Məhkəmə qərarları › İş №1(008)-3/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-3/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-3/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Tuti küçəsi, döngə 2, ev 10-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 140 (yüz qırx) manat, ümumilikdə cəmi 280 (iki yüz səksən) manat məbləğində pulu Mikayılzadəyə Xuraman israyıl qızına (Fərhadovaya) ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-7309/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə həbs inzibati tənbeh növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməsi üçün xx xxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə, cəmi 5.750 (beş min yeddi yüz əlli) manat məbləğində aliment borcunu ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ilin iyun ayının 23-də Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxxxx 2009cu il təvəllüdlü Məhəmməd adlı və xx xxxxxxx 2015-ci il təvəllüdlü Hüseyn adlı iki övladları var. İlk vaxtlarZərərçəkmiş şəxs ilə münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr baş vermiş, yoldaşı ondan boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-7309/2017 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahları ləğv olunaraq xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2009-cu il təvəllüdlü Məhəmməd Fərhadovun və xx xxxxxxx 2015-ci il təvəllüdlü Hüseyn Fərhadovun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay hər bir uşağa görə 140 (yüz qırx) manat, ümumilikdə cəmi 280 (iki yüz səksən) manat məbləğində pulun ondan alınaraq keçmiş arvadı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsindən sonra, o, işsiz olduğu üçün aliment borcu ilə bağlı heç bir ödəniş etməmişdir. O, dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanışdığını, aliment borcunu vaxtında ödəməməyinə səbəb bir müddət işsiz olduğunu və Xuraman Fərhadovanın iki azyaşlı uşaqları ilə onunla görüşə icazə verməməsi ilə əlaqələndirərək borclu olduğu məbləği tez bir zamanda iş taparaq ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cu ilin iyun ayının 23-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından xx xxxxxxxx 2009-cu il tarixdə Məhəmməd adlı və xx xxxxxxx 2015-ci il tarixdə Hüseyn adlı iki oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2016-cı ilin yanvar ayında iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra 2017-ci ilin axırlarında Təqsirləndirilən şəxs boşanması və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay hər bir uşağa görə 140 (yüz qırx) manat, ümumilikdə cəmi 280 (iki yüz səksən) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair xx xxxxxx 2017-ci il tarixli, 2(008)-7309/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs alimenta görə ona heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən aliment borcu ilə bağlı ödəniş edilmədiyi üçün ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkə¬məsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-7309/2017 saylı icra vərəqəsinə əsasən xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 140 (yüz qırx) manat, ümumilikdə cəmi 280 (iki yüz səksən) manat məbləğində pulun alınaraq X2 ödənilməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin, o, heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs inzibati tənbeh növü təyin edilmişdir. Borcluya məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, heç bir ödəniş etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Cinayət işinin 8-9-cu vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-7309/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx xxxx 2009-cu il tarixdə Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsində bağlanmış 701 saylı aktı üzrə bağlanmış nikahları pozulmuş, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs X1 xeyrinə hər ay hər bir uşaq üçün 140 manat, cəmin 280 manat məbləğində alimnet alınması qərara alınmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan xx xxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7309/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 830/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir Cinayət işinin 39-cu vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il, xx xxxx 2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan Sabunçu RPİ-nin 42-ci PB-nin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 50366 saylı axtarış işi üzrə xx.xx.2019-cu il tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 129-130-cu vərəqəsində olan xx xxxx 2019-cu il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma remissiya mərhələsində qeyd olunur. Təqsirləndirilən şəxs onda qeyd olunan şizofreniya paranoid forma xroniki psixi xəstəliyin remissiya vəziyyətində olduğundan özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs psixi xəstəliyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda şizofreniya paranoid forma xəstəliyin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Bununla belə məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Tərtər rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın çağırışlarına vaxtında gəlmək və sınaq müddəti ərzində Sabunçu Rayon Məhkəməsinin 2(008)-7309/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnamənin icrası ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyi ijra etmək vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə X8 tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə probasiya orqanına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gün ərzində saat 00:00-dan saat 06:00-dək tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın çağırışlarına vaxtında gəlmək və sınaq müddəti ərzində Sabunçu Rayon Məhkəməsinin 2(008)-7309/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnamənin icrası ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyi ijra etmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar