Məhkəmə qərarları › İş №1(008)-30/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-30/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-30/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 küçəsi, ev 5, mənzil 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı yerdə istintaqla müəyyən edilməyən “Aydın” adlı şəxsdən 25 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,228 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və iki ədəd gümüşü rəngli bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,249 və 0,10 qram, ümumlikdə təmiz çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin şəxsi istifadəsi üçün qanunsuz əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il saat 15.00-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, “Al” marketin yaxınlığında saxlanılaraq Sabunçu RPİnin 15-ci PB-nə aparılıb üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,228 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iki ədəd gümüşü rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 və 0,10 qram, ümumlikdə təmiz çəkisi 0,259 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroini çəkmə yolu ilə qəbul edir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, soyadını və adını bilmədiyi “Aydın” adlı şəxsdən 25 manata bir büküm narkotik vasitə olan heroin və iki büküm isə şüşə, yəni metamfetamin alaraq yaşadığı evə gəlmişdir. O, həmin narkotik vasitələrin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə üstündə saxlamışdır. xx.xx.2020-ci il saat 15 radələrində tanışı Ümidlə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, “AL” marketin yaxınlığında söhbət edərkən iki nəfər mülki geyimdə şəxs onlara yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onlara qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirmədə şübhəli olduqlarını bildirərək onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-nə getmələrini təklif etmişlər. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina etmiş və buna dair ərizə yazmışdır. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş heroini və 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşlarına həmin bükümlərdə narkotik maddə olduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Ərzuman adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisi, polis polkovnik-leytenantı Fəxrin Bektaşinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı saat 15 radələrində Ərzuman adlı şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolunda yerləşən “Al” marketin yaxınlığında tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişdir. Polis Bölməsində xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl iki hal şahidi dəvət olunmuş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa əşya saxlayıb-saxlamadığı soruşulmuş, o, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş heroini və 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamini hal şahidlərinin yanında çıxarıb polis əməkdaşlarına təqdim etmiş, ondan həmin bükülülərdə nə olduğu soruşulduqda o, bükümlərin birində narkotik vasitə olan heroin, ikisində isə şüşə, yəni metamfetamin olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həmin bükülülər açılaraq içərisinə baxılmış, bükülülərin birinin içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik kütlənin olmasını, digər iki bükümdə isə ağ rəngli, kristal formalı kütlənin olması müəyyən edilmişdir. Daha sonra, həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxuduqdan Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili X4 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 16-cı vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokodan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi və könüllü təqdim etmə barədə protokoldan görünür ki, X5, Şahid2, X2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristalşəkilli və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş tozşəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 39-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/12 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,228 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroinin təmiz çəkisi - 0,228 qram, tədqiqata 0,05 qram sərf olundu, qalıq çəki 0,178 qramdır və 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,259 qram ağ rəngli kristall şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,178 qram, metamfetaminin qalıq çəkisi isə 0,159 qramdır. Cinayət işinin 78-82-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Sərdar Alıbəylinin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru vəzifəsini icra edən Fəqan Mahmudov tərəfindən imtina edilmiş, Ərzuman Ehtibar oğlunun MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 83-85-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,178 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,159 qram olan metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, xx xxxxxxx 2019-cu il tarixdə cinayət işi baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin 94-96-cı vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmşdir. Cinayət işinin 117-118-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və o, Sabunçu RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 122-123-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 1656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs 2018-ci ildən “Opioidlərin (Tiryək) qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu” diaqnozu ilə Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)- 300/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qəraRından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilMİŞ və onun haqqında axtarış elan olunmuşdur. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq xx xxxxxx 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü üzrə 1000 manat cərimə məbləğini tam ödədiyi üçün xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarında olan Akad. M.A.Topçubaşov adına X6 baş həkimi Y.Əliyevin məktubundan görünür ki, X3 xx.xx.2018 tarixdə Akademik M.A.Topçubaşov adma X6 Damar cərrahlığı şöbəsinə «Bud arteriyaların bağlanmasından sonrakı vəziyyət, pəncənin qanqrenası» diaqnozu ilə stasionar müalicə üçün qəbul olunmuşdur. Xəstəyə xx.xx.2018 tarixdə tarixdə «Sol budun aşağı 1/3-dən amputasiyası» cərrahi əməliyyatı icra olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini VƏ PSİXOTOROP MADDƏ OLAN METAMFETAMİNİ əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, XƏSTƏLİYİNİ cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2021ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) günü (02+02) nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq 0,178 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,159 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddətinin azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 26 (İyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,178 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,159 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar