Məhkəmə qərarları › İş №1(008)-30/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-30/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-30/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1990-ci il tarixdə Kəlbəcər şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, 20 Yanvar küçəsi, ev 09-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, döngə 06 nömrəsiz evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq 25 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində radələrində yuyucu və kimyəvi təmizləyici işlədiyi ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinə kimyəvi təmizlənməsi üçün verilmiş Zərərçəkmiş şəxs məxsus 1995-ci il buraxılışlı «Mercedes Benz 200» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobili mühərrikini işə salmaqla ələ keçirib qaçırmış, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda bunlara əməl etməyərək, sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməklə, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin, yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyan, yaxud ləğv edən qadağan nişanlarının tələblərinə riayət etməli olduğu halda, bunlara əməl etməyərək 26 mart 2021-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Z.Bünyadov prospekti istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən H.Əliyev prospekti istiqamətində sağa dönmə əməliyyatını yerinə yetirən zaman idarəetməni itirməklə avtomobil yolun kənarına düzülmüş beton maneəyə dəymiş və avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs xeyli miqdarda 5.260 miqdarda manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 185.2.4-cı maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Uzun zamandır ki, onunla qonşudur və ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan evdə kirayədə yaşamışdır. Onların münasibəti yaxşıdır. 2021-ci ilin yanvar ayının əvvəllərinə qədər məlum hadisədən bir həftə sonraya, yəni həmin ilin aprel ayının əvvəllərinə qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Qaz» yanacaqdoldurma məntəqəsinin həyətində yerləşən avtomobillərin yuyulması və kimyəvi təmizlənməsi sexində yuyucu və kimyəvi təmizləyici işləmişdir. Zərərçəkmiş şəxs 19 mart 2021-ci il tarixdə özünə məxsus «Mercedes Benz» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxt yuyucu və kimyəvi təmizləyici işlədiyi yuxarıda qeyd etdiyi sexə gətirmiş və avtomobili satışa çıxaracağı üçün avtomobilinin salonunu ümumilikdə kimyəvi təmizlətdirmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onu tanıdığı üçün avtomobilinin kimyəvi təmizlənməsini onun etməsini xahiş etmiş, avtomobili sexə qoyub, açarını ona təhvil vermişdir. Səhəri gün avtomobilin salonunu sökmüş və kimyəvi təmizləməyə başlamışdır. 3 gün ərzində avtomobilin kimyəvi təmizlənməsini bitirmiş, 3 gün də avtomobilin qapılarını açıq saxlamışdır ki, qurusun. Artıq avtomobil hazır vəziyyətə gəlmişdir. Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlamış və ona avtomobilin təmizlik işlərinin qutardığını bildirmişdir. Zərərçəkmiş şəxs da tez bir zamanda vaxt edib gəlib avtomobili götürəcəyini ona bildirmişdir. Düşünmüşdür ki, Zərərçəkmiş şəxs məxsus avtomobili götürüb sürər və nəticədə onun yaşadığı evə aparıb təhvil verər. Ona görə də, 25 mart 2021-ci il tarixdə, saat 23:55 radələrində işlədiyi sexdə Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz» markalı, «az ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salaraq oradan çıxmışdır. O avtomobildə tək olmuşdur. Qara Qarayev prospekti ilə H.Əliyev prospekti istiqamətində hərəkət etmiş, hərəkət sürəti də 80 km/saat olmuşdur. Qara Qarayev prospektindən H.Əliyev prospekti istiqamətində dönən yola daxil olan zaman idarəetməni itirmiş və avtomobil yolun sol tərəfində olan beton maneə ilə toqquşmuşdur. Hadisədən çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlmişlər. Halhazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını, mülki iddianın isə qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdən X3, 2013-cü ildən isə tutduğu vəzifədə, yəni Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin məsul növbətçi köməkçisi vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. «Mercedes Benz 200» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin fevral ayında 7.200 manata almış və nasaz vəziyyətdə olduğu üçün özü təmir etdirərək 2.100 manat da pul xərcləmişdir. Avtomobil Y.X.Qocayevuq adına olsa da, həmin avtomobil baş etibarnamə ilə özünə məxsus olmuşdur. Məlum hadisədən sonra avtomobili əzilmiş formada 3.400 manata satmışdır. 2021-ci ilin mart ayının ortalarında özünə məxsus «Mercedes Benz 200 minik» markalı «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobili kimyəvi təmizləmə üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Qaz» yanacaqdoldurma mərkəzində avtomobillərin kimyəvi təmizlənməsi ilə məşğul olan, adının Orxan olduğunu bildiyi şəxsə təhvil vermişdir. Həmin vaxtı Orxan bildirmişdir ki, avtomobilinin kimyəvi təmizləmə işinin baş çatdırılması üçün təxminən bir həftə vaxt lazımdır. Razılaşaraq avtomobilini Orxana təhvil verdikdən sonra yaşadığı evə getmişdir. 26 mart 2021-ci il tarixdə, saat 09:30 radələrində «***-***-**-**» nömrəsindən mobil telefonuna zəng gəlmiş və danışan şəxs bildirmişdir ki, O.N.Şərəfxanov ona məxsus avtomobili idarə etmək məqsədi ilə qaçırmış və gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində həmin avtomobillə yol-nəqlyyat hadisəsi törətmişdir. Bundn sonra özünə məxsus «Mercedes Benz 200» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı Bakı şəhərində yerləşən «Xəmsə» şadlıq sarayının yaxınlığındakı cərimə meydançasına getmiş və həqiqətən avtomobilinin əzilərək yararsız vəziyyətdə olduğunu görmüşdür. Ona görə də Sabunçu rayon Polis İdarəsinin 13cü polis bölməsinə gedib hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. əhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən avtoyuma sexində yuyucu işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının ortalarında işlədiyi avtoyuma sexində yuyucu kimi işə başlamışdır. Orxan sözü gedən avtoyuma sexində yuyucu kimi işə başladıqdan 2-3 gün sonra onun tanışı Vüqar adlı şəxs özünə məxsus «Mercedes Benz C» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilini kimyəvi təmizlənməsi üçün işlədikləri avtoyuma sexinə gətirmiş və Orxana təhvil vermişdir. Orxan bir neçə gün ərzində həmin avtomobilin salon hissəsini təmizləmiş, oturacaqlarını çıxararaq yumuşdur. 25 mart 2021-ci il tarixdə digər işçilərlə birlikdə avtoyuma sexindən çıxmış, Orxan isə orada qalmışdır. Vüqara məxsus yuxarıda qeyd etdiyi avtomobilin açarı da Orxanda olmuşdur. Orxan açarı heç kimə verməmiş, özündə saxlamışdır. 26 mart 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb işə gələn zaman Orxanla telefon əlaqəsi saxlamış, çünki o, işə yeni başladığı üçün onun işə gəlib-gəlmədiyini soruşmuş və işə gecikməməsini nəzərinə çatdırmışdır. Orxan danışıq zamanı bildirmişdir ki, işə gələ bilməyəcəkdir. Bunun səbəbini soruşduqda o, bildirmişdir ki, 25 mart 2021-ci il tarixdə onlar işdən çıxdıqdan sonra Vüqar avtomobilini gətirib verməsini dediyi üçün onun avtomobilini idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. İşə gedib Vüqarın mobil nömrəsini maraqlanıb öyrənərək ona zəng etmiş və hadisə barədə məlumat vermişdir. Çox keçmədən Vüqar avtoyuma sexinə gəlib maraqlanmış, avtomobili kimin idarə edibetmədiyini soruşduqda ona Orxanın idarə edərək avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Vüqardan Orxana avtomobili idarə edərək ona təhvil verməsini deyib-demədiyini soruşduqda Vüqar bu barədə Orxana bir söz demədiyini, Orxanın özbaşına onun məlumatı olmadan avtomobili idarə etdiyini bildirmişdir. Vüqar oradan getmiş, Orxan özü avtoyuma sexinə gələrkən onun alnının əzildiyini görmüşdür. Orxan bildirmişdir ki, Vüqarın avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətdiyi üçün alnı hadisə zamanı əzilmişdir. Orxanla çox sorğu-sual etmişdir ki, avtomobili götürüb idarə etməsindən Vüqarın məlumatının olub-olmamasını desin. Nəticədə Orxan bildirmişdir ki, o, avtomobili Vüqarın məlumatı olmadan idarə etmək üçün götürmüş və yol-nəqliyyat hadisəsi törətmişdir. Orxandan avtomobili kimlə birlikdə götürüb getdiyini soruşduqda o, bildirmişdir ki, özü tək avtomobili götürüb idarə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 yanvar 2019-cu il tarixdə M.H.Mahmudov ilə icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən avtoyuma və yağdəyişmə sahəsini icarəyə götürməklə işlədir. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında bir müddət icarəyə götürüb işlətdiyi avtoyuma sexində yuyucu işləmişdir. 2021-ci ilin mart ayında avtoyuma sexində yuyucu işləyən Rəşad ona zəng edərək bildirmişdir ki, sexdə yuyucu işləyən Təqsirləndirilən şəxs sexə avtomobilini kimyəvi təmizləmək üçün təhvil verən Vüqar adlı şəxsə məxsus «Mercedes Benz C» markalı minik avtomobilini sahibindən icazəsiz idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Bu barədə məlumatı olduqdan sonra Təqsirləndirilən şəxs avtoyuma sexindən uzaqlaşdırmış və həmin hadisədən sonra o, artıq avtoyuma sexində işləmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 283 saylı, 17 aprel 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-təpə nahiyəsinin sağ yarısının əzilmiş yarası-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 26 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/825 saylı, 23 aprel 2021-ci il tarixli yol nəqliyyat vasitələri məhkəmə ekspertizasının tədqiqi ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Mercedes Benz» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması) yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1936 saylı, 29 aprel 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» Avtoservis tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1995-ci il buraxışlı, «Mercedes Benz C 200» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin mart ayına təmir-bərpa xərci təxminən 5.260.00 manat müəyyən edilir. O cümlədən:Dəyişməli hissələrin qiyməti- 3.180.00 manat; təmir-bərpa işlərinin qiyməti- 2.080.00 manat. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 mart 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasənavtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) ərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilmə-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törtəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət işinin materiallarında olan 10 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokodan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (səh.,75). Cinayət işinin materiallarında olan 11 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,96). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 117). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 121). Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 1(008)385/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx/xx-6786 saylı, 27 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə tutularaq, 03 iyun 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətrilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd «Mersedes Benz 200» markalı, «az ** KZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alımalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5.260 manat məbləğində maddi ziyanın və 2.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında mülki cavabdeh Təqsirləndirilən şəxs iddia tələbini qismən qəbul etmiş, avtomobilə dəymiş ziyanın onun tərəfindən vurulduğunu, imkanı olduqda ödəməyə hazır olduğunu bildirmişdir. Mənəvi ziyan hissəsində isə iddianı qəbul etməmişdir. Bundan başqa iddiaçı tərəfindən mənəvi ziyan dəyilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 5.260 manat maddi ziyan, ödənilmiş 40 manat mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, ödənilmiş 34 manat dövlət rüsumu isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş şəxs cəzadan Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «05» (beş) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» iyun 2022-ci il tarixdən hesablansın. 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut bir ədəd «Mersedes Benz 200» markalı, «az ** KZ ***»dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 5.260 manat maddi ziyan, ödənilmiş 40 manat mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun, ödənilmiş 34 manat dövlət rüsumu isə mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar