Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-30/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, xüsusi ittihamçı X10 nümayəndəsi Bakı şəhəri 02 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 və onun müdafiəçisi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştrakı ilə, 14 iyul 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, “AFN" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X16 xüsusi ittihamçı X19 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə xüsusilə ağır cinayətdə ittiham etməklə şərəf və ləyaqətini ləkəyən, onu nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları xx.xx.2024cü il tarixdə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatları sayılan - AFN.AZ - X17 portalında qəsdən yaymaqla ona böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, AFN.AZ - X17 internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X16, Pravda.az internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə və X28 xəbər portalının aid olduğu “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi Azər Qaramanlı kütləvi nümayiş etdirilən adları çəkilən internet informasiya ehtiyatlarında xüsusilə ağır cinayətdə ittiham etməklə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları xüsusilə ağır cinayətdə ittiham etməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında qəsdən yaymışlar. Belə ki, onlar son bir neçə il ərzində hər ilin başlanğıcında Avro-5 yanacağının tezliklə xalqın istifadəsinə veriləcəyinin deyildiyini, lakin bu modemizasiya layihəsində necə maraqlı hadisələr baş verirsə, ayrılan məbləğlərin bir çoxları üçün çox şirin gəldiyinə görə layihənin bitmək bilmədiyini qeyd edərək rəhbərlik etdikləri internet informasiya ehtiyatlarında yalan olduğunu bilə-bilə qəsdən kütləvi şəkildə onun barəsində böhtan xarakterli məlumatları yayaraq göstərmişlər ki, SOCAR-da artıq 3 ildir ki, dəyişiklik olub və layihədə olan məbləğlər də kimlərinsə, başını döndürüb. Əks halda bütün Respublikanın ən böyük modemizasiya layihəsi indiyə bitmiş olmalı idi. ....Artıq 2024-cü ilin ilk yarısı bitmək üzrədir, bu da onu göstərir ki, ölkə başçısına yalan danışılıb. Ola bilər ki, Pandemiya və 2-ci Vətən müharibəsinin başlanması layihənin gedişatına təsir edib. Belə olan halda proyekt 2023-cü ilin sonuna qədər təhvil verilməli idi. Onu da qeyd edək ki, Pandemiya dövründə (2020-ci ildə) layihənin 80% bitmiş olmalı idi. Amma bugün də təhviltəslim olmayıb. …Bəs layihə çərçivəsində “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlardan və dövlət büdcəsinin mənimsənilmə hallarından müvafiq orqanların xəbəri varını? İlk illərdən Türk vətəndaşına Rövnəq Abdullayev tərəfindən layihə həvalə edilmiş və bütün yeyinti onun əli ilə edilmişdir. 2020-ci ildən sənədlər araşdırılsa, kifayət qədər fakt vardır. Lakin layihəni idarə edən Məsut İlter bəy olsa, da layihəni idarə edən və bütün kadrları əsas yerlərə təyin etdirən həmin dövrdə layihə rəhbəri Emil Alxaslı olmuşdur. Emil Alxaslının oğlunun kirvəsindən tutmuş qrup yoldaşları, sinif yoldaşları, dostları bu layihədə mühüm postları tutublar. X25 gəlməsi ilə layihədə bir irəliləyişin olacağına ümid olsa da, Emil Alxaslı adı çəkilən qurumun baş direktoru təyin olunur. …Yeni SOCAR prezidentini aldadırlar ki, layihə bitməsi üçün bu adam bu postda qalmalıdır. Amma anlamadılar ki, həmin vaxt işdən çıxarılsa idi layihə daha da sürətlənəcəkdi. İndi bu şəxs o qədər güclənib ki, sahə üzrə vitse-prezident belə onunla bacarmır. 2023-cu idə quruma SOCAR-ın daxili nəzarət şöbəsi yoxlama üçün daxil olmuşdu, maraqlısı odur ki, çox mühüm yeyinti faktları əldə olunsa da, qəfil yoxlama dayandırılmış və müəssisəni tərk etmişdir. Səbəbini bilən olmasa da, məlumdur ki, belə hallarda ya Alxaslı yaxşı xərc çəkib, ya da güclü hamiləri vardır. Onun Zavoddakı fəaliyyəti kimlərisə, ifşa edə bilərdi. Nəzərinizə çatdıraq ki, bu günə qədər layihə üçün 5 milyard manatdan çox vəsait xərclənib. …Təbii ki, bu qədər vəsaitin mənimsənilməsi açıq aydın görünür. Layihə çərçivəsində heç bir iş və xidmət “otkatsız" verilməmişdir. Bunu SOCAR rəhbərliyi çox yaxşı bilir və əllərində kifayət qədər faktlar vardır. …İstər çirkli suların təmizlənməsi qurğusunun tikilməsi barədə '‘Hazar Arıtım” şirkətinə “tenderlə” verilmiş iş, istər Azfen şirkətinin gördüyü işlər, bütün beton işlərinin yalnız Azkontakt tərəfindən verilməsi, İlk inşaatın fəaliyyəti, Hidroinşaat MMC-nin bağladığı müqavilələr və gördüyü işləri, Zavod ərazisinin asfaltlanması üçün tenderin qalibi olan Teknikon şirkətinin fəaliyyəti araşdırılmalıdır. Bu şirkətlərin necə qalib olması araşdırılmalıdır, təbii ki, əlimizdə faktlar vardır, müvafiq qurumlar tərəfindən araşdırılıb ictimaiyyətə çatdırılsa, daha yaxşı olardı. Görünən odur ki, bugünki SOCAR rəhbərliyi də bu məlumatların üzə çıxmasında maraqlı deyildir. Əks halda Emil Alxaslının atası Aydın kişinin hesabına köçürülmüş vəsaitlər, bacısı X4 hesablarına (VÖEN **********) (hesab nömrəsi- AZ31BRES41040AZ**********001) HAOR Modernisation və ya HAOR Revamp project adı ilə DSP Laboratory complex Dubai Unit (İntertek) tərəfindən ödənişlərdən, onun İtaliyadakı, Türkiyədəki otellərindən məlumatları olduqları halda o vəzifədə qalmazdı. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X16 xx.xx.2024-cü il tarixdə internet informasiya ehtiyatı sayılan “AFN.AZ - X17 xəbər portalında, Nümayəndə xx.xx.2024-cü il tarixdə internet informasiya ehtiyatı sayılan Pravda.az xəbər portalında, Azər Qaramanlı isə xx.xx.2024-cü il tarixdə internet informasiya ehtiyatı sayılan “Pia.az”-a aid Poliqon.İnfo.Az xəbər portalında şəxsi-qərəzlik, şəxsi və maddi maraqları məqsədi ilə onun haqqında həqiqətə uyğun olmayan, nüfuzuna və şəxsiyyətinə zərər vuran, imicinə ləkə gətirən, şərəf və ləyaqətini alçaldan, onu nüfuzdan salan, xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə müşayiət olunan yalan məlumatları kütləvi nümayiş etdirməklə böhtan atmışlar. Kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında məzmunu yayılan şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, həqiqətə uyğun olmayan, xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə müşayiət olunan yalan məlumatlar aşağıdakılardır: Avro-5 yanacağının istehsalı ilə bağlı dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlar nəticəsində mənimsənilməsi, bunun arxasında X26 durması və həmin vəsaitlərin onun və qızı X4 hesablarına köçürülməsi, bunun hesabına İtaliyada və Türkiyədə otellər əldə etməyi və s. Məlumat üçün bildirmək istəyir ki, onun 67 yaşı var. xx.xx.1975-ci ildən iş stajına malikdir və bu illər ərzində yalnız neft sənayesi sahəsində çalışmışdır. İlk iş yeri fəhləlikdən başladığı Neft Daşları, sonuncu iş yeri isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Hazırda təqaüddədir. Adı çəkilən şəxslərin rəhbərlik etdikləri internet informasiya ehtiyatları vasitəsilə xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan ataraq onun barəsində yaydıqları informasiyalar yalandır və heç bir halda həqiqəti əks elətdirmir. Belə ki, onun nə ölkədaxili, nə də xarici heç bir bankda iri məbləğlər köçürülən hesabları, nə öz ölkəsində, nə də hər hansı xarici ölkədə oteli və ya hər hansı başqa əmlakı yoxdur. Bütün əmək fəaliyyəti dövründə işlədiyi yerlərdə əmək müqaviləsi əsasında yerinə yetirdiyi işlərə görə rəsmi maaş almışdır, 2014-cü ildən SOCAR-dan təqaüdə çıxmış, təqaüdə çıxandan sonra müxtəlif yerlərdə işləmiş, sonuncu iş yeri isə yenə də əmək müqaviləsi əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olub və bunlardan əlavə gəlirləri olmayıb. Buradan isə xx.xx.2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. X26 bu gün tutduğu vəzifənin, yerinə yetirdiyi işin, gündəlik əmək funksiyalarının və aldığı maaşın ona heç bir aidiyyətı yoxdur. Qaldı ki, onun özünə oğlu Emil uzun illər təhsil aldıqdan sonra müxtəlif yerlərdə vicdanla işləyib və işlədiyi dövrdə xidməti fəaliyyətində heç bir nöqsana və ya qüsura yol verməyib. Gəlir yeri isə yalnız aldığı məvaciblər olub. Ailə üzvləri, o cümlədən qızı barəsində də bu şəxslərin yaydıqları böhtan xarakterli məlumatlar həqiqəti əks elətdirmir. Hər bir şəxsin şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu Azərbaycan Respublikasının Konstitusiyası, 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və s. normativ-hüquqi aktların müdafiəsi altında qorunur. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının 03 aprel 1998-ci il tarixli Qanununa görə internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adma və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır, internet informasiya ehtiyatının sahibi isə - internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxsdir. Bu Qanunun 13-2.1-ci maddəsinə görə internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3-cü maddəsində deyilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya- telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: ...13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən isə vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası CMnin 147.1 -ci maddəsində deyilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 147.2-ci maddəsində isə böhtan atma cinayətinin ağırlaşdırıcı tərkib əlaməti öz əksini tapmış və bu maddəyə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarındakı mövqeyinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli, 7 N°-li qərarının 3-cü bəndində deyilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:-məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;-həmin məlumatların doğru olmaması; -bu məlumatların yayılması. Belə olan halda aydın olur ki. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər - X16, Nümayəndə və Azər Qaramanlı kütləvi informasiya vasitələri və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yalan olduğunu bilə-bilə xüsusilə ağır cinayətdə ittiham etməklə mənim şərəf və ləyaqətimi ləkəyən, məni nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları qəsdən yaymaqla mənə böhtan atmışlar, yəni Avro-5 yanacağının istehsalı ilə bağlı dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaitin “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlar nəticəsində mənimsənilməsi, bunun arxasında oğlum Emil Alxaslının durması, həmin vəsaitlərin mənim və qızım X4 hesablarımıza köçürülməsi, bunun hesabına İtaliyada və Türkiyədə otellər əldə etməyimiz barədə sübutu olmayan məlumatların yalan olduğunu bilə-bilə, guya külli miqdarda vəsaitin mənimsənilməsi, cinayət nəticəsində əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və bununla cinayətin nəticələrinin gizlədilməsinə köməkçilik kimi xüsusilə ağır cinayətlərin törədilməsində iştirakçılıqda ittiham etməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında mənim şərəf və ləyaqətimi ləkələyərək, məni və ailə üzvlərimi nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları qəsdən yayaraq mənə böhtan atmışlar.Bununla da X16, Nümayəndə və Azər Qaramanlının törətmiş olduqları bu əməllər Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin təsiri altına düşür.Göstərilənlərdən əlavə qeyd etmək istəyir ki, X16, Nümayəndə və Azər Qaramanlının kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında - “AFN.AZ - X17 xəbər portalında, Pravda.az xəbər portalında, “Pia.az”-a aid Poliqon.İnfo.Az xəbər portalında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları xüsusilə ağır cinayət törətməkdə ittiham edib yaymaqla böhtan atandan sonra o, dərin sarsıntı keçirmiş, fiziki əzab çəkmişdir. Belə ki, onun kifayət qədər yaşı və həyat təcrübəsi var. Uzun müddət dövlət və qeyri dövlət orqanlarında xidmət etmiş, Azərbaycan Respublikasında geniş əhatə dairəsində tanınır və həmişə hörmət bəslənilən şəxs olmuşdur, ağsaqqaldır, geniş əlaqələri var. X16, Nümayəndə və Azər Qaramanlı tərəfindən yayılan böhtan xarakterli məlumatlar isə istər keçmişdə olmuş, istərsə də hazırda olan tanışlarının, ailə üzvlərinin, qohumlarının, iş yoldaşlarının yanında onu rüsvay etmişi, özünü həddindən artıq alçaldılmış hiss etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 N-li qərarında 21-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır.Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X16. Nümayəndə və Azər Qaramanlıya qarşı mənə vurduqları mənəvi zərərin əvəzi olaraq hər birindən alınaraq ona 30.000 manat məbləğində pulun ödənilməsinə dair mülki iddia verilməlidir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrıseçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir.Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür.Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - AFN.AZ - X17 internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında, Pravda.az internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 3 ünvanında qeydiyyata alınmışlar. X28 xəbər portalının aid olduğu “Pia.az” internet informasiya ehtiyatının əlaqə məlumatlarını (e- mail, telefon və s.) saytdan əldə etmək mümkün olsa da onun Dövlət Vergi Xidmətində rəsmi qeydiyyat ünvanını tapmaq mümkün olmadı.Buna baxmayaraq, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 N°-li qərarının 9-cu bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, kütləvi informasiya vasitəsində yayılmış şərəf və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır.Həmin Qərarın 17-ci bəndində məhkəmələrə izah edilir ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlərdə bir neçə cavabdeh olduqda (məsələn, kütləvi informasiya vasitəsinin redaksiyası və məlumatın müəllifi) məhkəməyə ərizə iddiaçının seçməsinə görə cavabdehlərdən hər hansı birinin yaşadığı və ya olduğu yerə görə verilə bilər.Sadalananlara əsasən xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə verilməlidir. Beləliklə, xüsusi ittihamçı X10 yalan olduğunu bilə- bilə xüsusilə ağır cinayətdə ittiham etməklə şərəf və ləyaqətimi ləkəyən, məni nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatları xx.xx.2024-cü il tarixdə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatları sayılan - AFN.AZ - X17, Pravda.az və X28 xəbər portallarında qəsdən yaymaqla ona böhtan atmış barələrində xüsusi ittiham qaydasında şikayət verilən AFN.AZ internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X16, Pravda.az internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə və X28 xəbər portallarının aid olduğu “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi Azər Qaramanlının Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmələri və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını və verilmiş mülki iddianı icraata qəbul etməklə törədilən əməl nəticəsində ona vurduqları mənəvi zərərin əvəzi olaraq barələrində xüsusi ittiham qaydasında şikayət verilən, mülki cavabdehlər X16, Nümayəndə və Azər Qaramanlıdan ayrı-ayrılıqda hərəsindən 30.000 manat olmaqla alınaraq ona, cəmi 90.000 məbləğində pulun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı Aydın Alxaslının nümayəndəsi Müdafiəçi1 tərəfindən xx.xx.2024-cü il tarixli xüsusi ittiham qaydasında verilən şikayətə dəqiqləşmə haqqında ərizədən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərdən X28 xəbər portallarının aid olduğu “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi Azər Qaramanlını onun özünün məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsindəki rəsmi anket məlumatları əsasında xx.xx.1966-cı il təvəllüdlü X3 qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avgust 2024cü il, 1(008)-622/2024 saylı qərarı ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Xüsusi ittihamçı Aydın Alxaslı və onun nümayəndəsi Müdafiəçi1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Pravda.az internet informasiya ehtiyatının təsisçisi və sahibi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə qarşı cinayət təqibindən, həmçinin mülki iddiadan imtina etmələrini və onunla barışmaqlarını nəzərə alınmasını xahiş etmişdir. Xüsusi ittihamçı Aydın Alxaslı və onun nümayəndəsi Müdafiəçi1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi X8 qarşı cinayət təqibindən, həmçinin mülki iddiadan imtina etmələrini və onunla barışmaqlarını nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-622/2024 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata xitam verilmişdir. Eyni zamanda, “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti müdafiə edərək X7 ittiham olunduğu cinayət əməlinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, təqdim edilmiş məlumatlar və ekspertiza rəyinə əsasən tam sübut olunduğunu, odur ki, xüsusi ittiham qaydasında vermiş olduqları şikayətin təmin edilərək cəza təyin edilməsini, eləcə də ona qarşı verilmiş 30000 manat mülki iddianın təmin edilərək təqsirləndirilən şəxsdən tutularaq xüsusi ittihamçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X16 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisi və “X17” xəbər portal informasiya resursunun baş redaktorudur. Xüsusi ittiham qaydasında şikayətdə əks olunmuş xəbərin məhz onun rəhbərlik etdiyi "xxxx" MMC-yə məxsus “X17” xəbər portalı informasiya resursu tərəfindən yayımlanmasına dair kifayət qədər dəlil və sübutlar əks etdirilməmişdir. Bundan başqa, o da məhkəmə prosesinin istənilən mərhələsində, işin yekun nəticəsinin nə olmasından asılı olmayaraq həmin məqaləyə dair xüsusi ittihamçının mövqeyini yayımlamağa hazırdır. Odur ki, ona bəraət verilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasılarında göstərmişdir ki, məlumatlar ona başqa bir jurnalist tərəfindən verilmişdir. O, bunu təsdiq etmək üçün məlumatları vermiş şəxsin məhkəmədə iştrakını təmin etmək məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha sonra həmin şəxsin ölkə xaricində olduğunu bildirmiş, həmin şəxsin iştrakını təmin edə bilmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmşdir ki, məqalədə sözügedən pul mənimsənilməsi ilə bağlı faktları məhkəməyə təqdim edəcəkdir. Adətən hüquqi məsuliyyət yarada biləcək hallarda məqaləyə birinci o baxır, sonra isə dərc olunması üçün adminə göndərir. “Sözügedən məqalə "xxxx" xəbər portalında çap olunubmu?” sualına cavab verməmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə sözügedən məqalənin "xxxx"-a istinadən yayımlanmasını bildirmişdir. Məhkəmə iclasında “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi X1 məqalənin "xxxx"-a istinadən yayımlanmasını bildirmişdir. İş materiallarında olan “Pravda.az” və “Pia.az” xəbər portallarının paylaşdıqları məqalələrdən görünür ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində nəzərdə tutulan məqalə “X17” xəbər portalına istinadən həmin xəbər portallarında yayımlanmışdır. “Pravda.az” xəbər portalının paylaşdığı təkzib məlumatlarından görünür ki, həmin təkzibdə göstərilmişdir ki, “"Pravda.az" xəbər portalında xx.xx.2024-cü il tarixdə "xxxx" xəbər saytına istinadən "Emil Alxaslını kim və niyə qoruyur? - "SOCAR Downstream Management" şirkətinin etdiyi özbaşınalıqlara "dur" deyən olacaq?.." adlı məqalə dərc edilib. Biz etibarlı mənbə hesab etsək də, sonradan məqalədə bəhs edilən məlumatlar təsdiqini tapmayıb.Adı keçən məqalə tərəfimizdən dərc olunsa da, məlumatların doğruluğunu təsdiq edə bilmərik. Ona görə də bir müddət sonra material internet resursumuzdan silinib. Təəssüf hissi ilə qeyd edirik ki, məqalə dərc edilərkən əlavə araşdırma aparılmayıb və məlumatlar dəqiqləşdirilməyib.Məqalədə irəli sürülən iddiaları, o cümlədən fakt kimi təqdim edilən maliyyə sənədini təkzib edirik. Buna görə də X20 və atası X9 üzr istəyirik.” “Pia.az” xəbər portalının paylaşdığı təkzib məlumatlarından görünür ki, həmin təkzibdə göstərilmişdir ki, “"Poliqon.info" xəbər portalında xx.xx.2024-cü il tarixdə "xxxx" xəbər saytına istinadən "Emil Alxaslını kim və niyə qoruyur? - "SOCAR Downstream Management" şirkətinin etdiyi özbaşınalıqlara "dur" deyən olacaq?.." adlı məqalə dərc edilib. Biz etibarlı mənbə hesab etsək də, sonradan məqalədə bəhs edilən məlumatlar təsdiqini tapmayıb.Adı keçən məqalə tərəfimizdən dərc olunsa da, məlumatların doğruluğunu təsdiq edə bilmərik. Ona görə də bir müddət sonra material internet resursumuzdan silinib. Təəssüf hissi ilə qeyd edirik ki, məqalə dərc edilərkən əlavə araşdırma aparılmayıb və məlumatlar dəqiqləşdirilməyib.Məqalədə irəli sürülən iddiaları, o cümlədən fakt kimi təqdim edilən maliyyə sənədini təkzib edirik. Buna görə də X20 və atası X9 üzr istəyirik.” Məhkəmə ekspertizasının 07 mart 2025-ci il tarixli 4/185 nömrəli rəyindən görünür ki, linqvistik ekspertizaya təqdim olunmuş məqalədə X10 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən təhqir xarakterli söz və ifadələr işlədilməmişdir. X2 ilə bağlı neqativ məlumatın mövcudluğunu, faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, məqalədə əks etdirilmiş iddialar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə X10 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Təqdim olunan məqalədə verilmiş məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlaradan görünür ki, X7 himayəsində xx.xx.2013-cü il təvəllüdlü, xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X16 özünü təqsirli bilməyərək bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisi və “X17” xəbər portal informasiya resursunun baş redaktorudur. Xüsusi ittiham qaydasında şikayətdə əks olunmuş xəbərin məhz onun rəhbərlik etdiyi "xxxx" MMC-yə məxsus “X17” xəbər portalı informasiya resursu tərəfindən yayımlanmasına dair kifayət qədər dəlil və sübutlar əks etdirilməmişdir. Bundan başqa, o da məhkəmə prosesinin istənilən mərhələsində, işin yekun nəticəsinin nə olmasından asılı olmayaraq həmin məqaləyə dair xüsusi ittihamçının mövqeyini yayımlamağa hazırdır. Odur ki, ona bəraət verilməsini xahiş etmişdir. Lakin, sonrakı məhkəmə iclasılarında göstərmişdir ki, məlumatlar ona başqa bir jurnalist tərəfindən verilmişdir. O, bunu təsdiq etmək üçün məlumatları vermiş şəxsin məhkəmədə iştrakını təmin etmək məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha sonra həmin şəxsin ölkə xaricində olduğunu bildirmiş, həmin şəxsin iştrakını təmin edə bilmədiyini bildirmişdir. Göründüyü kimi, X16 həmin məlumatın X17” xəbər portalı informasiya resursu tərəfindən yayımlanmasına dair dəlil və sübut olmamasını əsas gətirməsinə baxmayaraq, sonrakı məhkəmə iclasında dolayısı olaraq həmin məlumatı yayımladıqlarını etiraf edərək ona məlumatı başqa jurnalistin verdiyini göstərmişdir. Həmçinin, X16 məhkəmənin “Sözügedən məqalə "xxxx" xəbər portalında çap olunubmu?” sualına cavab verməyərək susmuşdur. Bundan başqa, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə sözügedən məqalənin "xxxx"-a istinadən yayımlanmasını bildirmişdir. Eyni zamanda, məhkəmə iclasında “Pia.az” internet informasiya ehtiyatının qanuni təmsilçisi X1 məqalənin "xxxx"-a istinadən yayımlanmasını bildirmişdir. İş materiallarında olan “Pravda.az” və “Pia.az” xəbər portallarının paylaşdıqları məqalələrdən görünür ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində nəzərdə tutulan məqalə “X17” xəbər portalına istinadən həmin xəbər portallarında yayımlanmışdır. Bütün bu hallar xüsusi ittiham qaydasında şikayətdə göstərilmiş məqalənin X7 baş redaktoru olduğu xəbər portalında yayılmasına dəlalət edir. Böhtanla bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə ekspertizasının 07 mart 2025-ci il tarixli 4/185 nömrəli rəyindən görünür ki, linqvistik ekspertizaya təqdim olunmuş məqalədə X10 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən təhqir xarakterli söz və ifadələr işlədilməmişdir. X2 ilə bağlı neqativ məlumatın mövcudluğunu, faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, məqalədə əks etdirilmiş iddialar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə X10 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Təqdim olunan məqalədə verilmiş məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. X16 məhkəmə iclasında məqalədə əks etdirilmiş iddialara dair sübut təqdim edəcəyini bildirməsinə baxmayaraq bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə iclasında dindirilmiş şəxslərin ifadəsi, təqdim edilmiş sənədlər və ekspertiza rəyinə əsasən X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs X7 törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafedici ifadəsi, xüsusi ittihamçının, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə X7 yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X10 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, X7 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, X7 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətəndirir. X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35 X14rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə X11 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, X12 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs X7 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X7 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Xüsusi ittihamçı Aydın Alxaslı xüsusi ittiham qaydasında şikayət ərizəsində törədilən əməl nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğin X6 tutularaq ona ödənilməsini xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. İş materiallarından müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində mülki iddia ilə bağlı X6 30000 manat tutularaq Aydın Alxaslıya ödənilməsi göstərilsə də, verilmiş mülki iddia ilə bağlı hər hansı rüsum ödənilməmişdir. Halbuki, MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mülki iddia ayrıca olaraq verilmədiyindən, dövlət rüsumunun ödənilməməsi səbəbindən mülki iddia ərizəsinin geri qaytarılması mümkün olmamış, məhkəmə istintaqı başa çatanadək mülki iddia üzrə dövlət rüsumu ödənilmədiyindən MPM-nin 259.0.12-ci maddəsinə əsasən hazırki iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, X11 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ xüsusi ittihamçı X15 izah olunmalıdır. İş üzrə 200 (iki yüz ) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X6 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 10(on) faiz dövlət nəfinə tutulmaqla 09(doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası X7 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Mülki iddia baxılmamış saxlanılsın. Xüsusi ittihamçı X15 mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunsun. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat X6 tutularaq dövlət nəfinə keçirilsin. X7 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-30/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-30/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver