Məhkəmə qərarları › İş №1(008)-300/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-300/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-300/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristailik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 25 dekabr 2024-cü i! tarixdə saat 18:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristailik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə 24 dekabr 2024-cü il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşıyla əlaqə saxlayaraq onun kart hesabına 90 (doxsan) manat pul göndərməklə sonuncunun göndərdiyi konumla Bakı şəhəri, Xətai rayonu, Xətai metrostansiyasının yaxınlığından şəxsi istifadəsi üçün 01 (bir) büküm “patı” kimi tanıdığı psixotrop maddəni və 01 (bir) büküm “kakos” kimi tanıdığı narkotik vasitəni götürmüş, həmin narkotik vasitə və psixotrop maddəni özü üçün almış və həmin maddələri digər şəxsə satmaq fikrində olmamışdır. 25 dekabr 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya vasitənin olmasından şübhə edildiyi üçün onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə gətirmişlər. Orada xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmiş və axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə “patı” kimi tanıdığı kütləni və 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə “kakos” kimi tanıdığı kütləni və tünd göy rəngli şalvarının sol arxa cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu təqdim etmiş, qeyd edilən maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Bu hadisədən sonra narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə iş yoldaşı Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə, yəni ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər qadının onları gördükdən sonra özünü şübhəli apardığını görüb, ona yaxınlaşmış, özlərini təqdim etmiş, həmin qadın verilən suallardan yayınıb qaçmaq istəyərkən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirmişlər, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Orada videoçəkilişlə üzərinə axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onunla eyni cinsdən olan şəxsin iştirakıyla şəxsi axtarış keçirilmiş, videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Yadirgar qızının əynində olan tünd göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünün içərisindəki psixotrop maddəyə bənzər kütlə və 01 ədəd bükülünün içərisindəki narkotik vasitəyə bənzər kütlə və Təqsirləndirilən şəxs Yadirgar qızının əynində olan tünd göy rəngli şalvarının sol arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş 01 ədəd bükülünün içərisindəki psixotrop maddəyə oxşar kütləni və 01 ədəd bükülünün içərisindəki narkotik vasitəyə bənzər kütləni anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının kart hesabına 90 (doxsan) manat pul göndərməklə şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində psixotrop maddəyə və narkotik vasitəyə bənzər kütlələr olan 02 ədəd büküm və 01 ədəd "Samsung" markalı mobil telefon təhqiqatçı Rafiq Babayev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunaraq düzgün tərtib edildiyinə görə imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 dəqiqədən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol arxa cibindən göy rəngli “Samsung” markalı mobil telefonu, təqdim etmiş, sonra əynindəki tünd göy rəngli şalvarın arxa sağ cibindən iki büküm şəffaf sellofana bükülmüş, birinin içərisində qəhvəyi rəngli maddə, digərinin içərisində kristal formada olan maddələri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddələrin “kakos” və “patı” olduğunu, həmin narkotik vasitələri xx.xx.2024cü il tarixdə votsap vasitəsilə İran vətəndaşı ilə əlaqə saxlayıb 90 manat sonuncunun kart hesabına ödədikdən sonra Xətai rayonu, Xətai metrostansiyasının yaxınlığındakı məkandan götürüb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş iki büküm maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5581 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işinin materiallarına Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən narkotik vasitənilərin və psixatrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokola əlavə etdiyi 01 ədəd DVD diskdə qeydə alınmış videoyazıya baxış keçirilmişdir. Həmin diskə Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında 315 nömrəli xidməti otağında «HONOR» markalı kompüterdə baxış keçirilmişdir. Diskdə olan «WhatsApp Video 2025- 31-06 at 22.43.00_1358e849.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 19 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rafiq Babayev özünü təqdim edir və 25 dekabr 2024-cü il tarixdə 13-cü PŞ-nin əməkdaşlarının bir nəfər qadını şübhəli kimi 13-cü PŞ-nə gətirdiklərini bildirir. Daha sonra Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxsyla eynicinsli şəxs özlərini təqdim edirlər. Bundan sonra 13-cü Polis şöbəsinin əməkdaşı 25 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi yaxınlığında bir nəfər şəxsi qanunla dövriyyədə əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılaraq 13-cü Polis şöbəsinə gətirildiyini bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirir, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs tünd göy rəngli şalvarının sağ arxa cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükülünü və tünd göy rəngli şalvarının sol arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim edir. Bundan sonra X1 üzərinə onunla eyni cinsdən olan şəxs tərəfindən axtarış keçirilir. Daha sonra təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərdən birinin içərisində ağ rəngli maddə, digərində isə qəhvəyi rəngli maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofana bükülmüş bükülüdən aşkar olunmuş kütlələri telefon vasitəsilə İran vətəndaşından 90 (doxsan) manat ödəməklə Xətai rayonu ərazisində konumla göndərilmiş yerdən götürərək aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kütlə olan 02 ədəd bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2025-ci il tarixli 350 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəicəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi aşkar olunur). Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır; Maddi sübut kimi tanıma haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,300 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörünütlər olan disk maddi sübut kimi tanınmışdır. Elektron informasiya sistemində Təqsirləndirilən şəxs “qohumluq məlumatların”dan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı iki uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ və İİ siyahılarına əsasən təmiz çəkisi 0,400 qram olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,247 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,300 qram psixotrop maddə metamfetamin və 0,147 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 4 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 24 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 8 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 88 manat məbləğində vəsait, cəmi 112 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar