Məhkəmə qərarları › İş №1(008)-302/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-302/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-302/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Elman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır kəndi, N.Əsgərov küç., döngə 02, ev 01-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 06:05 radələrində ofisiant olaraq işlədiyi Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs xx xxxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında X4 Departametində qeydiyyatdan keçməklə fiziki şəxs olaraq işlətdiyi «Armada-Villa» mehmanxanasında işdə olarkən mehmanxananın girişqapısının yaxınlığında yerləşən mehmanxana inzibatçılarının oturduğu qeydiyyat otağına daxil olaraq, həmin otaqda olan üç siyirməli mebelin kassa olaraq istifadə olunan birinci siyirməsini üzərindəolan açar ilə açaraq siyirmədə olan özgənin əmlakını Zərərçəkmiş şəxs məxsus 6.890 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayının əvvəllərində Bakışəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Armada-Villa» mehmanxanasına ofisiant olaraq işə düzəlmiş, həmin mehmanxanada gündüz və gecə növbəsinə bölünməklə işdə olmuşdur. Gecə növbəsi axşam saat 21:00-dan səhər saat 09:00 qədər idi. Mehmanxananın giriş qapısının yaxınlığında yerləşən inzibatçıların oturduğu qeydiyyat otağına daxil olarkən, inzibatçıların həmin otaqda olan üç siyirməli mebelin birinci siyirməsindən kassa olaraq istifadə etdikləri, yəni müştərilərdən alınan pulları həmin siyirməyə qoyduqlarını görmüşdür. Həmin siyirmənin açarın çox zaman siyirmə üzərində qalmasını müşahidə etmişdir. İnzibatçıların olduğu otağa ofisiant olaraq girişlərinə qadağan qoyulmadığından, həmin otağa daxil olub divanda yataraq istirahət edirdilər. xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecədə mehmanxanada gecə növbəsində idi. xx xxxxx 2020ci il tarixdə mehmanxanada işdə olarkən saat 06:00 radələrində mehmanxananın giriş qapısının yaxınlığında yerləşən mehmanxana inzibatçılarının oturduğu qeydiyyat otağına daxil olarkən, həmin otaqda olan üç siyirməli mebelin kassa olaraq istifadə olunan birinci siyirmənin üstündə açarın olmasını görmüşdür. Otaqda inzibatçınının olmamasını vəotaqda olan digər ofisiant yoldaşının yatmasını görüb oğurluq etmək qararına gəlmişdir. Siyirməni üstündə olan açarı ilə açaraq orada olan 6.890 manat pulu oğurlayıb cibimə qoymuş və heç kimə bir söz demədən mehmanxanadan çıxaraq yaşadığı evə gəlmiş, mobil telefonunu söndürmüşdür. Mehmanxanadan oğurladığı pulları öz ehtiyaclarına və borclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Elman oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərində Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilmiş «Armada-Villa» mehmanxanası fiziki şəxs olmaqla onun adına qeydiyyatdan keçmişdir. Belə ki, o «Armada-Villa» mehmanxanasını Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakışəh., X4 Departametində xx xxxxxxx 2011ci il tarixdə qeydiyyatından keçirməklə işlədir. 2019-cu ili aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs mehmanxanaya ofisiant olmaqla sınaq müddəti keçməklə işə qəbul olunmuşdur. Mehmanxanada işçilər gündüz vəgecə növbəsi bölünməklə işdə olurlar. Gecə növbəsi axşam saat 21:00-dan səhər saat 09:00-a kimi davam edir. Mehmanxananın giriş qapısının yaxınlığında inzibatçılarının oturduğu qeydiyyat otağı var. Həmin otaqda olan üç siyirməli mebelin birinci siyirməsindən kassa olaraq istifadə olunur, yəni müştərilərdən alınan pulları həmin siyirməyə inzibatçılar qoyurlar. İnzibatçıların olduğu otağa ofisiantların girişinə qadağan qoyulmadığından, onlar həmin otağa sərbəst daxil olub gecələr divanda yataraq istirahət edirlər. xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecədə mehmanxanada inzibatçı işləyən Şahid1 gecə növbəsində olmuşdur. Həmin günü gecə saat 02:00-dan sonra Şahid1 qeydiyyat otağının yanında olan digər otağa yatmaq üçün keçərkən qeydiyyat otağında pullar olan siyirmənin açarını götürməyərək, açar siyirmənin üzərində qalmışdır. Səhər saat 09:30 radələrində Şahid1 pul götürmək üçün siyirməyə baxdıqda siyirmədə olmuş 6.890 manat pulun yerində olmadığını görmüşdür. Otağın kamerasına nəzər keçirdikdəhəmin pulları saat 06:05 radələrində mehmanxanada ofisiant işləyən Fuad adlı şəxsin oğurlamasını görmüşdür. Dəymiş ziyan ödənilməmişdir. Halhazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019cu ilin əvvəllərindən Bakı şəh., Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən «Armada- Villa» mehmanxanasına ofisiant olaraq işə düzəlmiş, həmin mehmanxanada gündüz və gecə növbəsi bölünməklə işdə olmuşdur. Gecə növbəsi axşam saat 21:00-dan səhər saat 09:00 kimi olmuşdur. Mehmanxanada işdə olarkən mehmanxananın giriş qapısının yaxınlığında yerləşən mehmanxana inzibatçılarının oturduğu qeydiyyat otağına daxil olarkən inzibatçıların, həmin otaqda olan üç siyirməli mebelin birinci siyirməsindən kassa olaraq istifadə etdiklərini, yəni müştərilərdən alınan pulları həmin siyirməyə qoyduqlarını görmüş və həmin siyirmənin açarının çox zaman siyirməüzərində saxlamışdır. İnzibatçıların olduğu otağa ofisiant olaraq girişlərinə qadağan qoyulmadığından həmin otağa daxil olub divanda yataraq istirahət etmişlər. Onunla bərabər həmin mehmanxanada xx xxxxx 2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs işləmişdir. xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecədə mehmanxanada gecə növbəsində işdə olmuşdur. Onunla bərabər həmin vaxtı Təqsirləndirilən şəxs işdə idi. Həmin günü gecə saatlarında o istirahət etmək üçün mehmanxananın qeydiyyat otağına keçərək divanda uzanıb yatmışdır. Həmin vaxtı inzibatçı Vahid də otaqda olmuşdur. Sonradan yuxuya getdiyimdən sonradan nə baş verməsini bilməmişdir. Səhərə yaxın oyanıb, yenə də işi ilə məşğul olmuşdur. Sonradan ona qeydiyyat otağında divanda yatdığı zaman saat 06:00 radələrində iş yoldaşı Fuad qeydiyyat otağına daxil olaraq kassa olaraq istifadə olunan mebelin siyirməsini üstündə olan açarı ilə açaraq orada olan 6.890 manat pulu oğurladığı məlum olmuş, mehmanxanadan çıxaraq mobil telefonunu söndürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Əliyev İlham Vahid oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərindən Bakı şəh., Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən «Armada-Villa» mehmanxanasında inzibatçı işləyir. İnzibatçı vəzifəsi ilə bağlı olaraq mehmanxanada gündüz və gecə növbəsi bölünməklə işdə olur. Gecə növbəsi axşam saat 21:00-dan səhər saat 09:00 kimi davam edir. Mehmanxanada giriş qapısının yaxınlığında yerləşən mehmanxana inzibatçılarının oturduğu qeydiyyat otağında olur və həmin otaqda olan üç siyirməli mebelin birinci siyirməsindən kassa olaraq istifadə edir. Müştərilərdən alınan pulları həmin siyirməyə o və digər inzibatçılar tərəfindən qoyulur, həmin siyirmənin açarı da çox zaman siyirmə üzərində və yaxud özlərində olur. Onun və digər inzibatçıların olduğu otağa ofisiantların girişinə qadağan qoyulmadığından, onlar həmin otağa sərbəst daxil olub gecələr divanda yataraq istirahət edirlər. xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecədə mehmanxanada gecə növbəsində olmuşdur. Həmin günü gecəsaat 02:00 radələrində qeydiyyat otağının yanında olan digər otağa yatmaq üçün keçərkən qeydiyyat otağında pullar olan siyirmənin açarını götürməyərək üstündə qalmışdır. Səhər saat 09:30 radələrində pul götürmək üçün siyirməyə baxdıqda siyirmədə olmuş 6.890 manat pulun yerində olmadığını görmüşdür. Otağın kamerasına nəzər keçirdikdə həmin pulları saat 06:05 radələrində mehmanxanada ofisiant işləyən Fuad adlı şəxsin oğurlaması məlum olmuşdur. Fuadı axtardıqda onun sübh tezdən mehmanxananı tərk etməsi və mobil tefonunu da söndürməsi məlum olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 12 iyun 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X5 İşlər Üzrə Azərbaycan Respublikasının Məəhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 67.1-ci maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2014-cü ildə Bakı şəh., Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü ildə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayəttörətməyə görə məhkum edilmişşəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2014-cütarixdə, cəzadan vaxtından əvvəl şərti azad olunduğundan, həmin müddətdən iki ildən artıq müddət keçdiyindən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, dindirilmiş və elan edilmiş təqsirləndirilən, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamiləsübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dadaşov X3 Məcəlləsinin 177.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyəgörə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Dadaşov X3 Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (səh., 61). Cinayət işinin materiallarında olan 4(008)301/2020 saylı, xx xxx 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu barəsində 29 may 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir (səh., 79). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs İlqar oğlunun cəza çəkmə müddətinin başlanğıcı «29» may2020ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs İlqar oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İlqar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcələlsinin 56.1.2-ci maddəsinəəsasənqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Dadaşov Fuad İlqar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən «02» (iki) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «29» may 2020-ci il tarixdən hesablansın. Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs İlqar oğlu barəsində seçilmiş «həbs» ətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar