Məhkəmə qərarları › İş №1(008)-302/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-302/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-302/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 08 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmaqla məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri Şahid2 prospektində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 0,792 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Anar” marketin yaxınlığına daşımış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin yerdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nə gətirlmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,792 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, aradabir narkotik vasitələrdən istifadə edir, 17 oktyabr 2022-ci il tarixdə saat 07:30 radələrində evdən çıxmış, uşağı məktəbə aparmış, təxminən saat 08:30 radələrində “Pirşağı” marketin yanında yol qəzası baş vermiş, o da xəsarət alan şəxsə kömək etmək üçün həmin avtomobilin yanına getmiş, əli qana bulaşmış, X3 əməkdaşları gələrək o və qəza törətmiş 2 nəfər şəxsi bölməyə aparmışlar, o maşında qalmış, digər 2 nəfər bölməyə aparılmış, təxminən 30 dəqiqədən sonra onuda polis bölməsinə dəvət etmişlər, bölmədə olarkən Asif adlı polis əməkdaşı bildirmişdir ki, ona cüzi miqdarda narkotik vasitə daşıdığı üçün inzibati qaydada həbs veriləcək, ona görə də razılaşaraq sənədlərə imza etmişdir. Üzərində aşkar olunan narkotik vasitə ona məxsus deyil. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanl vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki ailəsi ilə birlikdə Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsində nömrəsiz evdə yaşayır. Sonuncu dəfə həbsdən 2022-ci ilin yanvar ayında azad olunmuşdur. Həmin vaxtdan da narkotik vasitənin heroin növündən çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmiş, orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə olan heroin almışdır. Sonra o, yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsinə gəlmiş, həmin gün saat 16 radələrində yaşadığı evin yaxınlığında Sabunçu rayonu Pirşağı qəsəbəsi “Anar” marketin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə heroin olduğundan o, polis əməkdaşlarını görən kimi həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPİnin 15-ci PB-nə dəvət edilmişdir. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmiş, həmin vaxt fürsət tapıb üzərindəki narkotik vasitə heroini tullaya bilməmişdir. PB-də olarkən şəxsiyyəti müəyyən edilmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. O, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verdilmişdir. Qeyd olunanlarla bağlı 15-ci PB-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə heroin olmasını bilirmiş və istəmirmiş ki, həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən 15-ci PB-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 15-ci PB-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli şalvarın sağ cibindən bir bükümdə narkotik vasitə olan heroini təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi adlandırdığı heroindir. Həmin heroini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf PŞ-nin 161 nömrəli möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaları imzalamışlar. Bildirilmişdir ki, ondan aşkar edilmiş metamfetaminin çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. O, qeyd etmişdir ki, istifadə etdiyi narkotik vasitə heroini Sabunçu rayonu ərazisində müxtəlif yerlərdə tanımadığı müxtəlif şəxslərdən almış, həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının rəyində ondan aşkar edilmiş maddənin 0,792 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması ilə bağlı heç bir vəsatəti və şikayəti yoxdur. Ondan aşkar edilmiş heroini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən almış, həmin şəxsin onda heç bir əlaqə vasitəsi yoxdur, həmçinin həmin şəxsin xarici görünüşünü də xatırlamır. O, polis əməkdaşları tərəfindən saxlanılıb 15-ci PB-nə gətirilməsəymiş heç vaxt üzərindən aşkar edilmiş heroini polis əməkdaşlarına təqdim etməzmiş. Belə ki, özü narkotik vasitə heroin istifadəçisidir. Həmin heroini əldə etməkdə məqsədi özü istifadə etməklə bağlı olmuşdur. PB-də olduğu üçün bilirmiş ki, şəxsi axtarış zamanı əgər özü heroini təqdim etməsə polis əməkdaşları üzərindən aşkar edəcəklər. Onun çıxış yolu olmadığı üçün özü polis əməkdaşlarına heroini təqdim etmişdir. Üzərindən aşkar edilmiş heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, başqa heç bir cinayət hadisəsi etməmişdir, o, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir(i.v.75-78); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, o, həmin məlumatın yoxlanılması ilə bağlı Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə raportla məruzə etmiş, qeyd etdiyi məlumatın yoxlanılması ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar PB-nin rəisi tərəfindən təsdiq edilmiş və PB-nin polis sahə inspektoru polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o, əməliyyat qrupunun iştirakçısı polis kapitanı Şahid2lə birlikdə həmin gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsinə gəlmiş, saat 16:03-də Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Anar” marketin yaxınlığında Şahid2lə birlikdə xarici görünüşündən Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsi müəyyən edərək saxlamışlar. Həmin şəxsdən özünü təqdim etməsini bildirdikdə müəyyən edilmişdir ki, saxladıları şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğundan şübhə etdiklərindən sonuncunu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı raportla PB-nin rəisinə məruzə etmişlər. Raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təhqiqatçı Fərmail imanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncuya şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edilmiş, sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun və Şahid2 iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ cibinən 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “kakos” kimi adlandırdığı narkotik vasitə heroindir, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddə açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə heroin təhqiqatçı tərəfindən götürülüb qablaşdırılaraq DİN-in “Zərflər üçün” olan 161 saylı möhürü ilə möhürlənmiş, möhürlənmiş zərfi şəxsi axtarış zamanı iştirak edən bütün iştirakçılar imzalanmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokola şəxsi axtarış zamanı iştirak etmiş bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs heç bir etiraz etmədən imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru polis kapitanı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:03 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, həmin narkotikə bənzər maddəni xx.xx.2022-ci il tarixdə səhər radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 10 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir(i.v.26-27); məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 6/6010 saylı rəyindən görünür ki, tədqiqata tədim edilmiş, üzərində AR DİN “Zərflər üçün “N-161” möhür əksi “Vət.Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,792 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respubikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,792 qram, tədqiqata sərf edildi- 0,05 qr., qalıq 0,742 qr(i.v.37-39); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə 0,792 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır(i.v.58); Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-870/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.87-88); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 228.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 ay 08 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır(i.v.48-54, 89-99); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.109-110); Sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 0,792 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış bir bükümdə 0,742 qram heroin Sabunçu RPİ-nin saxlancına təhfil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir(i.v.112-117); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2014 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır(i.v.120-121); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-34/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 15 gün uzadılmışdır. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, o, həmin məlumatın yoxlanılması ilə bağlı Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə raportla məruzə etmiş, qeyd etdiyi məlumatın yoxlanılması ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar PB-nin rəisi tərəfindən təsdiq edilmiş və PB-nin polis sahə inspektoru polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o, əməliyyat qrupunun iştirakçısı polis kapitanı Şahid2lə birlikdə həmin gün Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsinə gəlmiş, saat 16:03-də Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Anar” marketin yaxınlığında Şahid2lə birlikdə xarici görünüşündən Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsi müəyyən edərək saxlamışlar. Həmin şəxsdən özünü təqdim etməsini bildirdikdə müəyyən edilmişdir ki, saxladıları şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğundan şübhə etdiklərindən sonuncunu 15-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı raportla PB-nin rəisinə məruzə etmişlər. Raport üzrə araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirlməsi təklif edilmiş, sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun və Şahid2 iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ cibinən 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “kakos” kimi adlandırdığı narkotik vasitə heroindir, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən maddə açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə heroin təhqiqatçı tərəfindən götürülüb qablaşdırılaraq DİN-in “Zərflər üçün” olan 161 saylı möhürü ilə möhürlənmiş, möhürlənmiş zərfi şəxsi axtarış zamanı iştirak edən bütün iştirakçılar imzalanmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokola şəxsi axtarış zamanı iştirak etmiş bütün iştirakçılar o cümlədən Təqsirləndirilən şəxs heç bir etiraz etmədən imza etmişlər. Digər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiqləmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,792 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını CM-nin 591.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,792 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,748 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,792 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,748 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar