Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-302/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 mart 2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı əsasənda cəzasının çəkilməmiş 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 9, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,472 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 20 dekabr 2023-cü il tarixdə saat 13.00 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,472 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, 19 dekabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsinə gedib oradan tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm narkotik vasitə heroini almışdır. Narkotik vasitəni o özü üçün almış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. Aldığı narkotik vasitə heroini o əynində olan şalvarın sağ yan cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə heroin bir bükümdə selofan kağız parçasına bükülmüşdür. Narkotik vasitəni alandan sonra o evə qayıtmış, ailə üzvləri evdə olduğuna görə narkotik vasitəni istifadə edə bilməmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 13 radələrində o Əsədullayev küçəsi ilə piyada gəzərkən ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onlar ona yaxınlaşanda o istiqamətini dəyişib digər tərəfə getmək istəmiş ki, onlarla üz-üzə gəlməsin, çünki üzərində narkotik vasitə heroin saxlamışdır. Polis əməkdaşları onu saxlayanda onun üzərində heç bir sənəd olmadığına görə onlar onu Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəməmişdir ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində narkotik vasitə heroin saxlamışdır. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin, sol yan cibindən isə istifadə etdiyi özünə məxsus olan «Samsung» markalı mobil telefon aparatı götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən o bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin maddəni o öz istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğuna hər gün özünə narkotik vasitələri almağa imkan tapmır. Buna görə o gündə aldığı narkotik vasitələrin bir hissəsini özü istifadə edir, qalan hissəni isə aldığı qiymətə digər şəxslərə verir, nəticədə pul qazanmır, qazancı o olur ki, özü istifadə etdiyi narkotik vasitə ona pulsuz başa gəlir. Polis bölməsindən ondan aşkar olunaraq götürülmüş özünə məxsus olan «Samsung» markalı mobil telefon aparatını o ***-***- **-** saylı nömrə ilə işlədir. Həmin mobil telefon aparatında quraşdırılmış «votsap» proqramını o ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə istifadə edir. Polis bölməsinə gətirilən zaman və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq olunmamış, o heç bir bədən xəsarətləri almamışdır, Mobil telefon aparatında aşkar olunmuş vhatsap yazışmaları və səs mesajları ona məxsusdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 dekabr 2023-cü il tarixdə saat 13 radələrində o iş yoldaşı Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Şahid2lə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Sabunçu rayonu A.Əsədullayev küçəsi nömrəsiz evin qarşısında bir nəfər özünü şübhəli apardığı şəxsi görmüşlər, həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs zahiri görünüşünə görə narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsə oxşamış və onların ona tərəf yaxınlaşdıqlarını görüb onlardan uzaqlaşmağa cəhd etmişdir. Həmin şəxs onlardan nəsə gizlətməyə çalışmış və onlar şəxsi saxlayıb sənədlərini təqdim etməyini xahiş etmişlər, həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə onlar onu Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında müəyyən olunmuşdur ki, gətirilən şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Sabunçu RPİ-nin 12ci polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Ceyhun ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən sellofana bükülmüş 01 bükümdə spesifik iyli tünd qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş 01 bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni o öz şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata alıb öz üzərində gəzdirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefon aparatı onun özünə məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, təhqiqatçı tərəfindən ucadan oxunmuş və imzalanmışdır. Ekspertizanın tədqiqatından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş maddə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs tutulandan sonra ətrafında əməliyyat tədbirləri keçirimiş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur və onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini də o satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zamanı ona zor tətbiq olunmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.96-98). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə həmin şalvarın sol yan cibindən bir ədəd Samsung markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və götürülmüş telefon qablaşdırılaraq DİN-in 100 saylı möhürləndi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi (i.v.26- 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 21 dekabr 2023-cü il tarixli 3-16-49-1/1-6872/23 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ‘‘Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (Siyahı İ) (i.v.32-35); Videoyazıya baxış keçirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru X3 RPİ-nin 12ci PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu bildirib, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aparatı aşkar olunaraq götürüldü (i.v.46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.49-50); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.63-64); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65-66); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmiş, təyin edilmiş 04 il azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ilə endirilmiş, xx.xx.2014-cü ildə Ali Məhkəmənin qərarı ilə Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib barəsində 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 10 mart 2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı əsasında cəzasının çəkilməmiş 17 gün hissəsi vaxtından əvvəl şərti azad edilib və cəza müddəti bitdiyinə görə xx.xx.2023-cu il tarixdə qeydiyyatdan çıxarılıb. (i.v.71-73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X1 X2 Komissiyasının 25 dekabr 2023-cü il tarixli 8425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.74-75); Maddi sübut kimi tanınması haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 0,472 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,422 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Elşən Abbasov tərəfindən narkotik vasitə heroinin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkoitik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 20 dekabr 2023cü il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.78-79); Mobil telefon aparatına baxış keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrə var. Mobil telefon aparatına «votsap» proqramı yüklənmişdir, həmin «votsap» proqramı ***-***-**-** və ***-***-**-** saylı nömrə ilə istifadə olunur. Mobil telefon aparatının «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+98905 *** ** ** habil», «+98992 *** ** ** İran» cəmi 2 ədəd nömrələrin olması müəyyən olunur. Mobil telefon aparatın votsap bölməsinə daxil olanda müəyən olunur ki, Təqsirləndirilən şəxs «habil» kimi qeydə alınmış +98905 *** ** ** nömrənin sahibi ilə aralarında yazışmalar və səsli mesajlar var. Həmin Habil adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitələri satması müəyyən olunur. Yazışmalardan və səsli mesajlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri adını öz telefonunda «habil» kimi qeydə aldığı şəxsdən onlayn vasitəsi ilə əldə edir. «Habil» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin olduğu yerin lokasiyasını yollayır, Təqsirləndirilən şəxs pulu ona bank kartı vaistəsi ilə göndərib, aldığı narkotik vasitələri və psixotrop maddələri digər şəxslərə satır. Təqsirləndirilən şəxs votsap yazışmasından görünür ki, Təqsirləndirilən şəxs «Kazan 2021 Serxan» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibə narkotik vasitələri satır, «Eşqin» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri satır, «Roska» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə psixotrop maddələri satır, ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri satır, ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri satır. Votsap yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs 055 *** ** ** saylı abonentin sahibinə 06 noyabr 2023-cü il tarixdə nakotik vasitəni satır. Həmin narkotik vasitəni «təbii» adlandırır, ehtimal olunur ki, təbii adlandırılan narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şalvarın arxa cibinə qoyub cinayətdən xəbəri olmayan taksi sürücüsünün vasitəsi ilə 055 *** ** ** saylı abonentin ondan xahiş etdiyi ünvana, «Qurtuluş 93 Masazıra» çatdırır. Baxış zamanı istintaq marağı kəsb edən digər xüsusatlar aşkar edilməmişdir (i.v.80); Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilməsi və tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.99-100); Axtarışda olan şəxsin tutulması barədə 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir (i.v.104); İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.106-110); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.126-127); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.128-129); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 20 dekabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrələr vasitəsilə ayrı ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmləri üzrə məhkumluqları ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək, 14 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli,(CM- 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar-Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,472 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,422 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 dekabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək, 14 fevral 2024-cü il tarixdən 15 fevral 2024cü il tarixədək tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03(üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan təmiz çəkisi 0,472 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 0,422 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-302/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-302/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver