Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-305/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi Xəlil Qulu oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi- 1, Nərimanov küçəsi ev 12, mənzil 9da yaşayan və barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə, yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, sürücü Təqsirləndirilən şəxs 30 iyul 2023-cü ildə saat 10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Golf” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri Sabunçu rayonu Zabrat-Kürdəxanı avtomobil yolunun Kürdəxanı qəsəbəsi ərazisində, üzü Zabrat qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ’’Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 50 km\saat sürətdən artıq sürətlə idarə etməməli, 1.3 üfüqi nişanlanma xətti (qoşa bütöv xətti) çəkildiyi yol sahəsində hər hansı məqsədlə həmin xətti kəsib avtomobili əks hərəkət zolağa çıxarmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun hərəkət hissəsinin mərkəzində olan qoşa bütöv xətti kəsib əks hərəkət zolağa çıxmış, bu zaman əks tərəfdən sağ zolaqla hərəkətdə olan X2 idarə etdiyi “Mercedes Benz 190” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sürücü E.Məmmədovun baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızına, alın sümüyünün kəllə əsasına keçən sınığı, baş beynin və ağciyərlərin ödemi, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qan və havanın yığılması), sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna hava yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin əzilmiş-cırılmış yarası, hematoması, qalxan və enən çənbər bağırsaqların, nazik bağırsaq müsariqəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin, qarının yumşaq toxumalarına qansizma, sağ bazu sümüyünün yerini dəyişən, sol mil sümüyünün yerini dəyişməyən qapalı sınıqları, başın, sifətin, gövdənin yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun 16 avqust 2023-cü ildə saat 11:00-da X5 ölümü ilə nəticələnən, “Mercedes Benz 190” minik markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, çənə sümüyünün sınığı, döş qəfəsi və sol baldır nahiyyələrinin yumşaq toxumaların əzilməsi, sol qulaq seyvanı, sol qaş üstü, çənəaltı və sol baldır nahiyyələrinin kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “Volkswagen Golf’ minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, mərhum Elnur Məmmədovu əvvəllər tanımamışdır. 30 iyul 2023-cü ildə saat 10 radələrində idarə etdiyi “Volkswagen Golf” minik markalı avtomaşınla Sabunçu rayonu Zabrat-Kürdəxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətdə saatda təxminən 75 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Kürdəxani qəsəbəsi ərazisindən keçdikdə, bir qədər məsafədən tanımadığı minik markalı avtomaşının sağ zolaqda dayanmış vəziyyətdə olduğunu görmüş, bu səbəbdən yolun sol zolağına keçmişdir. Həmin vaxtda avtomaşının güzgüsündən arxaya baxdıqda arxadan yüksək sürətlə “İnfıniti Fx-35” minik markalı avtomaşının gəldiyini görmüş, bu səbəbdən sükanı bir qədər sağa istiqamətləndirmişdir. Həmin “İnfiniti Fx-35” minik markalı avtomaşın yüksək sürətlə sol tərəfindən keçib getdikdən sonra,idarə etdiyi avtomobil sola tərəf istiqamətlənmiş, nə qədər çalışsa da avtomobili öz yoluna qaytara bilməmişdir, nəticədə əks tərəfdən gələn “Mercedes Benz 190” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi “Volkswagen Golf” minik markalı avtomaşınla “İnfıniti Fx-35” minik markalı avtomaşın arasında hər hansı toqquşma və ya sürtünmə baş verməmişdir. “Mercedes Benz 190” minik markalı avtomaşının sürücüsü Elnur adlı oğlanın vəfat etdiyini sonradan bilmişdir. Hadisə zamanı “Volkswagen Golf” minik markalı avtomaşında tək olmaqla müxtəlif bədən xəsarətləri almışdır. Özü də hadisə nəticəsində xəsarətlər almış, bir neçə dəfə əməliyyat keçirmişdir, zərərçəkmiş mərhum Elnur Məmmədovun ailəsi ilə barışığa dəfələrlə cəhd etmiş, belə ki 5-6 dəfə valideynləri onlarla barışıq üçün görüşüb danışmış, özü mərhumun həyat yoldaşı ilə danışmış, lakin cəhdləri alınmamışdır. Himayəsində 8 yaşında övladı var, onu tək böyüdür, əməlindən peşmandır, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Xəlil Qulu oğlu ifadəsində göstərdi ki, Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini mərhum Elnur Məmmədov doğma oğludur. 30 iyul 2023-cü ildə yaşadığı evdə olduğu zaman oğlu Elnurun Zabrat-Kürdəxanı yolunda yol qəzasına düşməsini eşitmiş, daha sonra Sabunçu RMX-na getmişdir. Xəstəxanada olduğu zaman oğlu Elnurun ağır xəsarətlər aldığından reanimasiya şöbəsinə yerləşdiyini və vəziyyətinin olduqca ağır olduğunu bilmişdir. 16 avqust 2023-cü ildə oğlu Elnur Məmmədov KTM-də vəfat etmişdir. Sonradan hadisə barədə soraqlaşanda, Gülşən adlı qadının idarə etdiyi “Volkswagen Golf” minik markalı avtomaşınla Mersedes Benz 190 minik markalı avtomaşının toqquşması nəticəsində oğlu Elnur Məmmədovun ağır bədən xəsarətləri aldığını bilmişdir. Təqsirləndirilən şəxsin valideynləri ilə bir neçə dəfə görüşüb danışmış, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum Elnur Məmmədovu əvvəllər tanımamışdır. 30 iyul 2023-cü ildə saat təxminən 10 radələrində sonradan adını bildiyi Elnur adlı oğlanın idarə etdiyi Mercedes Benz 190 minik markalı avtomaşınla Sabunçu rayonu Zabrat-Kürdaxanı yolu ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. Kürdəxanı qəsəbə ərazisindən keçdikdə ani olaraq əks istiqamətdən hərəkətdə olan “Volkswagen Golf” minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda məsafə az olduğundan Elnur hadisədən yayına bilməmiş, nəticədə “Mercedes Benz 190” minik markalı avtomaşının hərəkət zolağında toqquşma baş vermişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarətləri almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “İnfıniti Fx-35” minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 30 iyul 2023-cü ildə saat təxminən 10 radələrində idarə etdiyi “İnfıniti Fx-35” minik markalı avtomaşınla Sabunçu rayonu Zabrat-Kürdəxanı yolu ilə üzü Zabrat qəsəbəsi istiqamətdə saatda təxminən 80-90 km sürətlə hərəkətdə olmuşdur. Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisindən keçdikdə qarşısında “Volkswagen Golf” minik markalı avtomaşının sol zolaqla hərəkətdə olduğunu görmüş, bu zaman işıqları yandırıb-söndürməklə ona işarə vermişdir. “Volkswagen Golf” minik markalı avtomaşın sağ zolağa keçdikdən sonra sol zolaqla hərəkətini davam etdirmiş, bir qədər aralandıqdan sonra arxada toz duman olduğunu görmüşdür. İşini qurtarıb geri qayıtdıqda “Volkswagen Golf” minik markalı avtomaşının Mercedes Benz 190 minik markalı avtomaşınla toqquşduğunu bilmişdir. Hadisə zamanı idarə etdiyi “İnfıniti Fx-35” minik markalı avtomaşınla “Volkswagen Golf” minik markalı avtomaşın arasında heç bir toqquşma və ya sürtünmə baş verməmişdir. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbə sakini mərhum Elnur Məmmədovu əvvəllər tanımamışdır. 30 iyul 2023cü ildə saat təxminən 10 radələrində sonradan adını bildiyi Elnur adlı oğlanın idarə etdiyi “Mercedes Benz 190” minik markalı avtomaşınla Sabunçu rayonu Zabrat-Kürdaxanı yolu ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda arxa sərnişin oturacağında əyləşmişdir. Sabunçu rayon Kürdəxani qəsəbə ərazisindən keçdikdə ani olaraq əks istiqamətdən hərəkətdə olan “Volkswagen Golf” minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda məsafə az olduğundan sürücü Elnur hadisədən yayına bilməmiş, nəticədə “Mercedes Benz 190” minik markalı avtomaşının hərəkət zolağında toqquşma baş vermişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə müxtəlif bədən xəsarətləri almışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.176); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 30 iyul 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Kürdəxanı-Zabrat avtomobil yolunda hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.06-18); Diskə baxış keçirilməsi haqqında 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Kürdəxanı qəsəbəsi, Zabrat-Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən "İNCİ OİL” YDM-in qarşısından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan Volkswagen Golf markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn qara rəngli Mersedes 190 E markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsindən vurur (i.v.19); xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Babaşov İsrail Fərzi oğlunun xüsusi mülkiyyətindədir(i.v.20); xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, “Volkswagen Golf” minik markalı markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2029-cu il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir(i.v.21); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək etibarlı olan «B» kateqoriyalı AD 213103 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.20); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı var (i.v.49); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Xəlil Qulu oğlu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır(i.v.61-62); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.71- 72); “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 məhkəmə kimya şöbəsinin 14 avqust 2023-cü il tarixli 2803/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəlli narkotik vasitə hesab edilən) aşkar edilmədi (i.v.86-88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsinin 16 avqust 2023-cü il tarixli 219 nömrəli tibbi rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər - baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, alın sümüyünün kəllə əsasına keçən sınığı, baş beynin və ağciyərlərin ödemi, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qan və havanın yığılması), sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna hava yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin əzilmiş- cırılmış yarası, hematoması, qalxan və enən çənbər bağırsaqların, nazik bağırsaq müsariqəsinin əzilmişcırılmış yaraları, döş qəfəsinin, qarının yumşaq toxumalarına qansızma, sağ bazu sümüyünün yerini dəyişən, sol mil sümüyünün yerini dəyişməyən qapalı sınıqları, başın, sifətin, gövdənin yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlar. Xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. X1 ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçə açıq sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm 16 avqust 2023-cü ildə saat 11:00 da X5 baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır (i.v.89-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.96); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 Sabunçu rayon şöbəsinin 05 sentyabr 2023-cü il tarixli 2209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyin silkələnməsi, çənə sümüyünün sınığı, döş qəfəsi və sol baldır nahiyyələrinin yumşaq toxumaların əzilməsi, sol qulaq seyvanı, sol qaş üstü, çənəaltı və sol baldır nahiyyələrinin kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları müəyyən olundu. Xəsarətlərdə baş beyin silkələnməsi, çənə sümüyün sınığı, döş qəfəsi və sol baldır nahiyyələrinin yumşaq toxumaların əzilməsi bərk küt əşya (əşyalar) təsirindən, sol qulaq seyvanı, sol qaşüstü, çənəaltı və sol baldır nahiyyələrinin kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları isə iti kənara malik əşya (əşyalar), ola bilsin şüşə parçalarının təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü ildə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (i.v.97-99); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 fevral 2024-cü il tarixli 8/268 nömrəli rəyindən görünür ki, “Volkswagen Golf” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur 3.4. Mercedes Benz 190 markalı, 90EL496 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2-hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü E.X.X4 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 60km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» ırbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.
5. İnfiniti FX-35 markalı, 10SR408 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Şahid1 İnfiniti FX-35 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 80- 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v.125-129); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.134-135); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.146-147); maddi sübutun tanınması və təhvil verilməsi haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd DVD diskdə olan videoyazılar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir.“Volkswagen Golf” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil, ”Mercedes Benz 190” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil və “İnfiniti Fx-35” minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır (i.v.185-186); X10 PHŞ-nin cərrahiyə şöbəsi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarının küt travması, daxili qanaxma, baş beyin silkələnməsi diaqnozu ilə mərkəzə xx.xx.2023-cü il tarixdə daxil olmuş, cərrahi əməliyyat olunaraq xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır(i.v.203); X10 PHŞ-nin cərrahiyə şöbəsi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarının bitişmə xəstəliyi, bağırsaq keçməməzliyi diaqnozu ilə xx.xx.2023-cü il tarixdə əməliyyat olunmuş, xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır(i.v.202); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını(CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin özünündə xəsarətlər almasını(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85(səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), iş üzrə maddi sübutlar- bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, “Volkswagen Golf” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin, ”Mercedes Benz 190” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin və “İnfiniti Fx-35” minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar- bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsınş “Volkswagen Golf” minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin, ”Mercedes Benz 190” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin və “İnfiniti Fx-35” minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova