Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-306/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, Zərərçəkmiş şəxs Yusifov Elşad Müseyib oğlunun, 07 saylı vəkil bürosunun vəkili X3, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 17 ünvanda qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bədəlov Hacı Fərhad oğlu tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Maştağa Mail» ticarət mərkəzinin qarşısında vət., Zərərçəkmiş şəxs məxsus «Vaz 21074» markalı, «az ** EM ***» dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin arxa oturacağında yerləşən 15 manat dəyərində, içərisində 1.100 manat Azərbaycan Respublikasının milli valyutasına məxsus nağd pul, məzənnə ilə 510 manat təşkil edən 300 ABŞ dolları, bir ədəd dəyəri 500 manat olan enli qızıl qolbaq, iki ədəd və hər birinin dəyəri 400 manat olmaqla sünbül formalı qızıl qolbaq, bir ədəd dəyəri 700 manat olan sünbül formalı qızıl boyunbağı, bir ədəd dəyəri 300 manat olan qaşları yaşıl rəngli olmaqla qızıl komplekt dəst, bir ədəd dəyəri 300 manat olan qaşları göy rəngli olmaqla qızıl komplekt dəst, bir ədəd dəyəri 250 manat olan göy qaşlı qızıl üzük, bir ədəd dəyəri 300 manat olan qızıl üzük, bir ədəd dəyəri 200 manat olan yaşıl qaşlı qızıl üzük, bir ədəd dəyəri 300 manat olan uzunsov formada olmaqla yaşıl qaşlı qızıl üzük, bir ədəd və hər birinin dəyəri 500 manat olmaqla qızıl üzük, bir ədəd dəyəri 200 manat olan klonlu qızıl boyunbağı, bir cüt dəyəri 600 manat olan ağ qızıl materialdan olan sırğa, bir ədəd dəyəri 80 manat olan uşaq üçün nəzərdə tutulan klonlu qızıl boyunbağı, bir ədəd dəyəri 100 manat olan qızıl mirvari boyunbağı olan çantanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 7.285 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Fərhad oğlu ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində özünə köynək almaq üçün Maştağa qəsəbəsində yerləşən «Maştağa Mail» adlanan ticarət mərkəzinə getmişdir. Ticarət mərkəzində özünə köynək aldıqdan sonra oradan çıxdıqda iki nəfər şəxsin «Vaz 21074» markalı avtomobildən düşərək ticarət mərkəzinə girdiyini görmüşdür. O, həmin avtomobilin yanından keçdikdə, avtomobilin qabaq sağ qapısının açıq olduğunu və avtomobilin arxa oturacağında bir ədəd qara rəngli əl çantasının olduğunu görmüşdür. Həmin ərəfədə qarşıdan Novruz bayramı gəldiyindən və maddi imkanı pis olduğundan avtomobildən əl çantasını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə avtomobilin qabaq sağ qapısını açaraq arxa oturcaqda olan əl çantasının götürərək əlində olan sellofanın içərisinə qoymuşdur. Sellofan balaca olduğundan həmin yerin yaxınlığında yerləşən mağazaların birindən daha iri sellofan alaraq ticarət mərkəzindən aldığı köynək ilə avtomobildən oğurladığı əl çantasını sellofanın içərisinə qoymuşdur. Bundan sonra Maştağa qəsəbəsində yerləşən qəbirstanlığa gedərək orada əl çantasının içərisini açmışdır. Əl çantasının içərisində 345 manat nağd pul, bir ədəd qızıl sep, üç ədəd qızıl üzük, iki cüt qızıl sırğa və bir neçə ədəd bijuteriya olmuşdur. O, əl çantasının içərisindən pulu və bir ədəd qızıl sepi, üç ədəd qızıl üzüyü, iki cüt qızıl sırğanı götürmüş və bijüteriyanı çanta ilə birlikdə qəbirstanlığa tullamışdır. Bundan sonra əldə etdiyi pulu hissə-hissə xərcləmişdir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində məhdudiyyətlər qoyulması səbəbindən lombardlar eyni zamanda, qızılın alğı-satqı yerləri işləmədiyi üçün oğurladığı qızılı sata bilməmişdir. Çantada zərərçəkmiş şəxsin göstərdiyi məbləğdə pul və zinnət əşyaları olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində ailə üzvləri ilə birlikdə ona məxsus «Vaz 21074» markalı avtomobil ilə Maştağa qəsəbəsində yerləşən «Maştağa Mail» adlanan ticarət mərkəzinə getmişlər. Evdən çıxarkən evlərində olan 1.610 manat pulu və 5.000 manat dəyərində qızıl-zinnət əşyalarını götürüb həyat yoldaşının əl çantasına yerləşdirmişlər. Avtomobili mərkəzin qarşısında saxlayaraq, ticarət mərkəzinə girmişlər. Bir qədər mərkəzdə olduqdan sonra çölə çıxaraq avtomobilə yaxınlaşmış və avtomobilə əyləşib evə getmişlər. Evə çatdıqda əl çantası lazım olduğundan həyat yoldaşı çantanı tapa bilməmişdir. Bundan sonra Bakı şəh., Sabunçu RPİ-in 14-cü Polis Bölməsinə müraciət etmişdir. Hal-hazırda şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsitərəfindən 09 iyun 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Bədəlov X6 Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2, 67, 66.5-ci maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəh., Nizami Rayon Məhkəməsinin qərarı ilə əməl Cinayət Məcəlləsindən 177.2.1, 177.2.4-cü maddələrinə tövsüf olunaraq, Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci ildə Bakı şəh., Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 05 il, 06 aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə cəza 05 ilə endirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin83.3.3-cümaddəsinə əsasənaz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdəməhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Fərhad oğlunun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Təqsirləndirilən şəxs Fərhad oğlunun əməli təhlükəli residiv kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Bədəlov X5 Məcəlləsinin 177.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fərhad oğluna cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fərhadoğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Fərhad oğlunun törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin təhlükəli residivini Bədəlov Hacı Fərhad oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesabedir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 30). Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Bədəlov X5 Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 57). Cinayət işinin materiallarında olan 4(008)225/2020 saylı, xx xxxxx 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir (səh., 79). Məhkəmə, Təqsirləndirilən şəxs Fərhad oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yenicinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bədəlov Hacı Fərhad oğlunun cəza çəkmə müddətinin başlanğıcı «26» aprel 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan RespublikasınınCinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Bədəlov Hacı Fərhad oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Bədəlov Hacı Fərhad oğluna Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fərhad oğlu cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunun cəza çəkmə müddətinin başlanğıcı «26» aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Fərhad oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-306/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-306/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver