Məhkəmə qərarları › İş №1(008)-306/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-306/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-306/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi – Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Qax rayonu, Baydarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bərbər işləyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nəriman ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 20 sentyabr 2024-cü il tarixdə saat 08:56-da, nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Ford” markalı, “Fusion” modelli, **-RS-*** dövləf qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Sabunçu rayonunda Heydər Əliyev prospekti tərəfdən Maştağa qəsəbəsi istiqamətində Şəhər Yolu şosesi ilə hərəkətdə olarkən Zabrat qəsəbəsi ərazisində “MS Oil” yanacaqdoldurma məntəqəsinin qarşısında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub əks hərəkət istiqamətinə çıxması nəticəsində, yolun digər hərəkət hissəsində qarşıdan, yəni Maştağa qəsəbəsi tərəfdən Heydər Əliyev prospekti istiqamətində Şəhər Yolu şosesi ilə hərəkətdə olan, X2 idarə etdiyi “Chevrolet” markalı, “Cobalt” modelii, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmin avtomobilin isə arxadan gələn Şahid1 idaro etdiyi “Hyundai” markalı, “Elantra” modelii, **- LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, “Chevrolet” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs, sol sirkə kasasının (çanaq) arxa divarının yerini dəyişən, qapalı sınığı, sol bud sümüyünün başının çıxığı, alın və sol qaş nahiyəsinin əzilmiş yaraları kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, həmin avtomobilin sürücüsü zərərçəkmiş şəxs X4 isə, sağ tərəfli İ, İİ, İİİ, V, Vİ, sol tərəfli V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, ağciyərlərin kontuziyası, çanaq sümüklərinin yerini dəyişən qapalı və çoxqəlpəli sınıqları, sidik kisəsinin zədələnməsi, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, aralığın və xayalığın hematoması, sağ diz oynağı nahiyəsinin əzilmiş yarası, sağ yanağın sıyrığı kimi dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmanın əlamətlərinə malik olmaqla həmin xəsarətlərlə əlaqədar baş vermiş travmatik-hemorragik şok, X5 ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası, Qax rayonu, Baydarlı kəndində doğulmuşdur. Bərbərdir və iki işdə çalışır. Gecə işdə olduğuna görə adətən səhərlər yatır. Hadisə günü isə yatmaq imkanı olmamış və çox yuxusuz olduğundan avtomobili idarə edərkən özündən asılı olmadan yuxulamışdır. Qəza şarının zərbəsinə oyandıqda isə artıq hadisə baş verib bitmişdir. Özünə məxsus, lakin etibarnamə əsasında idarə etdiyi “Ford” markalı, “Fusion” modeli, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin aprel ayında almış və etibarnamə əsasında idarə etmişdir. 20 sentyabr 2024-cü il tarixində, saat 09:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində, Şəhər Yolu şosesi ilə saatda təxminən 60-70 km sürətlə hərəkət edərkən, Zabrat qəsəbəsi ərazisində “MS Oil” yanacaqdoldurma məntəqəsinin qarşısında yuxusuz olduğundan yuxulayaraq idarə etməni itirmiş və nəticədə əks hərəkət istiqamətinə çıxmışdır. İstintaqda müstəntiq dediyinə görə “diqqətinin telefona yönəldiyindən hadisə baş vermişdir” məzmununda ifadə verdiyini bildirmişdir. Əslində isə hadisənin baş verməsinə səbəb qeyd etdiyi kimi özündən asılı olmadan yuxulaması olmuşdur. Bu zaman, həmin nəqliyyat vasitəsinin qabaq sol tərəfi ilə, Heydər Əliyev prospekti istiqamətində Şəhər Yolu şosesinin 3-cü zolağında hərəkət edən digər bir avtomobil, sürücüsü Şahid1 olan "Hyundai" markalı, "Elantra" modelinə aid, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Daha sonra, X2 idarə etdiyi "Chevrolet" markalı avtomobilin sağ tərəfi, həmin istiqamətdə 2-ci zolaqda təxminən 1.5 metr arxada hərəkət edən "Hyundai" markalı avtomobilin sol tərəfi ilə təmasda olmuşdur. Hadisə nəticəsində X6 aldığı xəsarətlərə görə X15 yerləşdirilmiş, lakin həmin gün Tibb Mərkəzində vəfat etmişdir. Zərərçəkmiş şxsin hüquqi varisi ilə barışıq əldə olunmuşdur. Digər Zərərçəkmiş şəxs isə indiki zamanadək yaranmış xərcləri ödənilmişdir, amma ehtimal var ki, yenidən əməliyyat olunsun. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmişdir. Belə ki, o, idarə etdiyi “Ford” markalı avtomobil ilə yol hərəkəti qaydalarını pozmuş, ehtiyatsızlıq nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və sonradan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli xəsarət yetirilmişdir. Lakin, məhkəmə-tibbi ekspertizası tərəfindən "sağlamlığa az ağır zərər" kimi qiymətləndirilən xəsarətlərin faktiki nəticələri həyatına çox ciddi təsir göstərmişdir. Onun bildirdiyinə görə, hadisə nəticəsində o, 6 ay müddətində yataq xəstəsi olmuş, bu müddət ərzində hərəkət etmək, gündəlik ehtiyaclarını təmin etmək imkanına malik olmamış və başqasının köməyinə ehtiyac duymuşdur. Nəticədə, əmək qabiliyyəti tamamilə itirilmiş və qazanc əldə edə bilməmişdir. Bundan əlavə, hadisə baş verdiyi gündən etibarən müalicə xərcləri artmışdır. O, dərmanlar, həkim qəbulları, əməliyyat xərcləri və reabilitasiya dövrü ilə bağlı ciddi maliyyə xərcləri ilə qarşılaşmışdır. Onun vəziyyəti, yalnız fiziki deyil, həm də psixoloji cəhətdən ona ağır təsir göstərmiş və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Hadisədən əvvəl video-editor və videoqraflıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Hadisə baş verməmişdən əvvəl o, bu sahədə real iş təklifi almış və 2024-cü ilin avqust ayında əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, Xəzər TV-də yayımlanan, KN Media Prodakşın tərəfindən hazırlanmış “Xəyanət” serialında videomontajçı olaraq fəaliyyət göstərmişdir. Hadisəyə qədər serialın bir neçə bölümünün montajını tamamlamış və bu işin qarşılığında müəyyən məvacib almışdır. Bildirdiyinə görə, sentyabr ayında həmin layihədə əlavə 1500 (min beş yüz) AZN məvacib alacağı yeni iş təklifinin rəsmiləşdirilməsi mərhələsində olmuşdur. Serialın 22 bölümündə adı videomontajçı kimi qeyd olunmuşdur ki, bu da onun əmək fəaliyyətini təsdiqləyir. Əgər zərurət yaranarsa, serialın baş aktyoru Cövdət Şükürov və digər çəkiliş heyəti üzvləri də bu faktı təsdiq edə bilərlər. Hadisənin baş verməsi nəticəsində əmək fəaliyyətinə böyük təsir olmuş, o, həmçinin bu işdən əldə edəcəyi gəlir və gələcək karyera imkanlarını itirmişdir. Hadisə baş verməzdən əvvəlki dövrə aid bir sıra yeni və nüfuzlu layihələr üzrə iş təklifləri almışdır. Bunlardan biri, nüfuzlu dövlət tədbiri olan X13 ilə X16 COP29 Sammiti çərçivəsində həyata keçiriləcək bir layihədə videomontajçı və videoqraf olaraq iştirak etməsi ilə bağlı olmuşdur. Hadisə baş verməzdən əvvəl bu layihəyə 10 gün iştirak etməsi üçün 3000 (üç min) AZN məbləğində qonarar alacağı barədə razılaşma əldə etmişdir. Bu faktı layihə təşkilatçıları təsdiqləyə bilər. Bundan əlavə, o, sağlam olduğu dövrdə mütəmadi olaraq müxtəlif layihələrdə freelance videomontajçı və videoqraf olaraq işlər götürmüşdür. Lakin baş vermiş hadisə nəticəsində səhhəti imkan vermədiyi üçün bu dövr ərzində bir çox müştərisini itirmişdir. Hadisədən əvvəlki dövrdə freelance işlədiyi nüfuzlu müştərilərindən biri ona Qazaxstan və Türkmənistanda çəkilişləri nəzərdə tutulan “Turanyol” beynəlxalq layihəsində operator olaraq iş təklif etmişdir. Bu layihənin Türkiyənin TRT kanalında yayımlanması nəzərdə tutulurdu və zərərçəkmişin iştirak etməsi, onun karyerası üçün mühüm bir addım olacaqdı. Lakin hadisə nəticəsində bu layihədə aktiv iştirak etmək və beynəlxalq arenada tanınmaq şansını tamamilə itirmişdir. Bu faktı təklifi edən layihə təşkilatçıları da təsdiq edə bilər. Hadisə, zərərçəkmişin peşəkar inkişafına və gələcək iş imkanlarına ciddi şəkildə mənfi təsir etmişdir. Təqsirləndirilən şəxsin əməli nəticəsində sağlamlığına yetirilmiş xəsarətlər onun əsas peşə fəaliyyəti olan videoqrafiya və videomontaj sahəsində iş qabiliyyətini ciddi şəkildə məhdudlaşdırmışdır. O, aldığı xəsarətlər və onların yaratdığı fəsadlar səbəbindən artıq kamera ilə çəkiliş prosesində birbaşa iştirak edə bilmir. Videoqrafiya fəaliyyəti, xüsusilə toylar, kliplər, konsertlər, kütləviictimai tədbirlər və dövlət əhəmiyyətli tədbirlərin çəkilişi, yüksək fiziki aktivlik və peşəkar reaksiya tələb edir. Bu sahələrdə iş görmək üçün müntəzəm olaraq ayaqüstə durmaq, avadanlıqları idarə etmək və daim hərəkət etmək lazımdır. Lakin, mövcud fiziki vəziyyəti artıq bu fəaliyyətlərə imkan vermir və o, əvvəlki peşə fəaliyyətini davam etdirə bilmir. Bu vəziyyət, onun gələcəkdə həm karyera inkişafı, həm də maddi gəlirləri ilə bağlı ciddi çətinliklər yaratmışdır. Hadisənin onun peşəkar fəaliyyətinə olan təsiri, yalnız fiziki deyil, həm də iqtisadi və sosial aspektlərdə böyük nəticələrə səbəb olmuşdur. O, həm videoqrafiya, həm də videomontaj sahəsindəki fəaliyyətlərinin ciddi şəkildə məhdudlaşdığını bildirmişdir. Videomontaj işi uzun müddət fasiləsiz olaraq oturaq rejimdə kompüter qarşısında işləməyi tələb etdiyi üçün, həkim rəyinə əsasən, bu cür uzun müddət oturaq vəziyyətdə işləməsi qətiyyən tövsiyə olunmur. Bu məhdudiyyətlər nəticəsində, nə fiziki çəkilişlərdə, nə də montaj işlərində tam şəkildə fəaliyyət göstərə bilir. O, həmçinin qeyd edir ki, videoqrafiya və videomontaj sahələri onun əsas gəlir mənbəyini təşkil edir. Lakin, baş vermiş hadisə nəticəsində bu sahələrdəki iş qabiliyyətinin ciddi şəkildə itirilməsi, onun maddi rifahına və peşəkar karyerasının inkişafına əngəl yaratmışdır. Bu itkilər, keçici deyil, uzunmüddətli və bəlkə də daimi xarakter daşıyacaqdır. İddialarına əsasən, bu hallar tibbi sənədlərlə təsdiqlənmişdir və məhkəməyə təqdim ediləcəkdir. Onun iş qabiliyyətinin itirilməsi, yalnız hazırda əmək fəaliyyətində məhdudlaşmasına deyil, həm də onun real və təmin olunmuş gəlir əldə etmə imkanlarının da aradan qalxmasına səbəb olmuşdur. Bu, həmçinin, gələcəkdəki iş imkanları və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə yol açmışdır. O, ailənin yeganə işləyən və gəlir gətirən üzvü olmuşdur. Ailəsinin digər üzvlərindən anası dövlət sektorunda müəllimə kimi məhdud gəlirlə çalışır, atası isə əmək qabiliyyətsiz olduğuna görə heç bir gəlir gətirən fəaliyyətdə iştirak etmir. Hadisə baş verməzdən əvvəl həm öz şəxsi ehtiyaclarını, həm də ailəsinin maddi tələbatını tam şəkildə qarşılayırdı. Lakin cinayət hadisəsi nəticəsində uzun müddət işləyə bilməməsi, yalnız onun öz həyatına deyil, həm də ailəsinin ümumi sosial rifahına ciddi təsir göstərmişdir. Ailə üzvləri gündəlik zəruri ehtiyaclarını qarşılamaq üçün çətinliklər yaşamış və nəticədə borc götürmək məcburiyyətində qalmışlar. Bu vəziyyət, maliyyə öhdəlikləri qarşısında ailəni çıxılmaz vəziyyətə salmışdır. Bu, bir daha göstərir ki, iş qabiliyyətinin itirilməsi yalnız onun şəxsi həyatı ilə məhdudlaşmayıb, eyni zamanda ailə üzvlərinin sosial vəziyyətinə də ciddi mənfi təsir etmişdir. Hadisənin nəticələri ailənin maddi və sosial vəziyyətinə əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Hadisə nəticəsində ağır əməliyyat keçirrmişdir. Əməliyyat sonrası müalicə və reabilitasiya xərcləri, israrı nəticəsində təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Lakin, həkim tərəfindən sinirlərinin zədələnməsi səbəbindən 1 il sonra yenidən əməliyyat olunma ehtimalının yüksək olduğu bildirilmişdir. Bu tibbi ehtimal və proqnoz müvafiq tibbi sənədlərdə qeyd olunmuşdur və məhkəməyə təqdim ediləcəkdir. O, təqsirləndirilən şəxsdən həmin gələcək əməliyyat və müalicə xərclərini də qarşılamasını tələb etmişdir. Lakin təqsirləndirilən şəxs, bu öhdəliyi əvvəlcədən təmin etməkdən imtina edərək yalnız gələcəkdə əməliyyat baş verərsə, xərcləri ödəyəcəyini bildirmişdir. Bu, təqsirləndirilən şəxsin mülki məsuliyyətini tam şəkildə yerinə yetirməməsi və onun gələcəkdə əlavə zərər görmə ehtimalının olması deməkdir. Əlavə olaraq, qeyd edir ki, sinir zədələnməsi səbəbindən 1 il sonra ehtimal olunan əməliyyatın sığorta tərəfindən ümumiyyətlə qarşılanmayacağı bildirilmişdir. Belə ki, əməliyyatın və əməliyyat sonrası müalicə və reabilitasiya xərclərinin ümumi məbləği təxminən 5000 (beş min) AZN olacaqdır. O, bu əməliyyat və müalicə xərclərini qarşılamaq üçün maddi vəziyyətinin yetərli olmadığını vurğulamışdır. Onun sağlamlığına dəyən zərərin nəticəsi olaraq çanaq nahiyəsinə implant yerləşdirilməsi məqsədilə əməliyyatın aparılmasının mütləq olduğunu bildirmişdir. Həkimlərin tövsiyəsinə əsasən, əməliyyatın vaxtı hələ müəyyən edilməmişdir, çünki mümkün qədər gecikdirilərək aparılması məsləhət görülür. Bu qərar həkimlərin tibbi ekspertizasının nəticəsi olub, əməliyyatın vaxtının təxirə salınması sağlamlıq baxımından faydalı hesab edilir. Bununla belə, əməliyyatın təxirə salınması, hüquqlarını və əməliyyat xərclərinin ödənilməsini aradan qaldırmır. Əksinə, gələcəkdə həmin xərclərin meydana çıxma ehtimalı daha da artır. Həkimlərin bildirdiyinə görə, hazırda çanaq əməliyyatı sığorta tərəfindən qarşılanır, lakin gələcəkdə əməliyyatın sığorta tərəfindən ödənilməməsi ehtimalı mövcuddur. Həmçinin, tibbi xidmətlərin qiymətlərinin dəyişkən olduğunu vurğulayan zərərçəkmiş, hazırda 5000 (beş min) AZN olan əməliyyat xərclərinin gələcəkdə artaraq 10,000 manata qədər çata biləcəyini qeyd edir. Əgər təqsirləndirilən şəxs gələcəkdə dünyada olmazsa, xaricə köçərsə və ya hər hansı bir səbəbdən öhdəliklərini yerinə yetirməzsə, hüquqlarını necə müdafiə edəcəyini sorğulamışdır. Buna görə də, zərərçəkmiş, gələcəkdəki əməliyyat və müalicə xərclərinin qarşılanması məqsədilə müvafiq təminatın təmin edilməsini istəyir. Onun tələb etdiyi məbləğ 5000 (beş min) AZN təşkil edir və bu, hazırkı dövr üçün əməliyyat xərclərinin qarşılanması məqsədilə məhkəmədən təminat tələb edir. Bu, həmçinin gələcəkdə qarşılaşacağı tibbi və maliyyə çətinlikləri ilə bağlı təhlükəsizlik tədbirinin alınması ehtiyacını vurğulayır. Məhkəmənin müvafiq təminat qərarı ilə, hüquqları qorunmuş olacaq və gələcəkdə mümkün tibbi xərclərin qarşılanması təmin ediləcəkdir. O, təqsirləndirilən şəxsin əməliyyat və müalicə xərclərini ödəmə məsələsində göstərdiyi qeyri-ciddi yanaşma və öhdəliklərini yerinə yetirməməsi barədə məlumat vermişdir. Qeyd edir ki, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs heç bir şəkildə müalicə xərclərini könüllü olaraq qarşılamamışdır. Dəfələrlə müalicə xərcləri üçün təqsirləndirilən şəxsdən tələblər olmasına baxmayaraq, bu tələblərə əhəmiyyət verilməmiş və yalnız hüquq mühafizə orqanlarının təzyiqi nəticəsində təqsirləndirilən şəxs müəyyən məbləğdə ödəmə etmişdir. İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxsin ödəniş etməkdən yayındığını və gələcəkdə əməliyyat və müalicə xərclərini könüllü şəkildə ödəməsinin real olmadığını vurğulamışdır. Bu səbəbdən, məhkəmədən müvafiq təminat tədbirləri görülməsini və gələcək əməliyyat xərclərinin əvvəlcədən ödənilməsinin təmin edilməsini xahiş edir. Bu tələbi, həmçinin təqsirləndirilən şəxsin gələcəkdə də öhdəliklərini yerinə yetirməməsi ehtimalını nəzərə alaraq, gələcək tibbi xərclərin qarşılanması ilə bağlı təhlükəsizliyin təmin olunması məqsədini daşıyır. Bu, zərərçəkmişin sağlamlığının qorunması və maddi rifahının bərpası üçün vacib bir addım olaraq qiymətləndirilə bilər. Hadisənin nəticəsi olaraq fiziki ağrılarla yanaşı, əməliyyatlar və reabilitasiya dövrü ərzində yaşadığı psixoloji çətinliklər və əzablar barədə geniş məlumat vermişdir. O, bildirir ki, müalicə müddətinin, əməliyyatların və gələcəkdə gözlənilən çanaq əməliyyatının psixoloji vəziyyətinə mənfi təsir etdiyi, gündəlik həyat fəaliyyətini və sosial münasibətlərini ciddi şəkildə məhdudlaşdırdığı barədə ciddi narahatlıqlar yaşamışdır. İfadə etdiyi kimi, uzun müddət yataq xəstəsi olmuş və bu müddət ərzində başqalarının yardımına ehtiyac duymuşdur. Fiziki hərəkətsizlik və sosial təcrid nəticəsində psixoloji vəziyyəti pisləşmiş, bununla yanaşı, emosional sarsıntılar və depressiv əlamətlərlə üzləşmişdir. Əməliyyatlar və müalicə ilə bağlı qeyri-müəyyənlik və gələcəkdə daha bir neçə əməliyyatın ehtimalı zərərçəkmişin psixoloji vəziyyətini daha da gərginləşdirmişdir. Həkimlərin rəyinə əsasən, bu müalicə prosesinin psixoloji dəstək tələb etdiyi qeyd edilmişdir. O, əməliyyatın nəticəsi ilə bağlı qorxu və emosional yükün davamlı olaraq mənəvi izlər buraxdığını vurğulamışdır. Bu, həmçinin onu da göstərir ki, baş vermiş hadisə yalnız fiziki ziyanla əlaqəli deyil, həm də onun doğurduğu uzunmüddətli psixoloji və emosional təsirlərlə bağlıdır. Psixoloji vəziyyətinin mövcud olduğu narahatlıqları və gələcəkdəki müalicə dövrünün onun mənəvi və emosional vəziyyətinə təsiri ciddi nəzərə alınmalı və bu hallar müvafiq tibbi sənədlər və ekspert rəyləri ilə dəstəklənmişdir. Bu, həmçinin göstərir ki, hadisənin doğurduğu təsirlər yalnız fiziki deyil, həm də uzunmüddətli psixoloji zərərli nəticələrə yol açmışdır və bu faktorlar məhkəmənin qiymətləndirməsində müvafiq şəkildə nəzərə alınmalıdır. Hadisə nəticəsində yalnız fiziki və psixoloji zərər deyil, həm də peşəkar fəaliyyətində ciddi məhdudiyyətlər və itkilər yaranmışdır. O, uzun müddət əmək fəaliyyətindən kənarda qalaraq karyera inkişafında fasilə yaşamış, iş imkanlarını və nüfuzunu itirmişdir. Bunun nəticəsində, həm peşəkar əlaqələrinin zəifləməsi, həm də gələcək iş imkanlarının məhdudlaşması psixoloji vəziyyətini pisləşdirmişdir. Hadisə onun gələcəklə bağlı planlarını pozmuş və dərin narahatlığa səbəb olmuşdur. Daha da əhəmiyyətlisi, hadisə nəticəsində itirdiyi gəlirlər və gələcəkdəki müalicə xərcləri ilə bağlı təxmin edilən ümumi xərclər 25.000 manat təşkil edir. Bu məbləğ, həm fiziki, həm də mənəvi zərərin qiymətləndirilməsində nəzərə alınan əsas meyardır. Onun psixoloji və peşəkar itkilərinin, o cümlədən uzunmüddətli səhhət pozuntularının və gələcəkdə ediləcək əməliyyatların təxmin edilən xərclərinin nəticəsi olaraq mənəvi zərər 25.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə, həyatında yaranan bu mənfi təsirlər, onun sosial və emosional vəziyyətini mənfi şəkildə təsir etmiş, həyat keyfiyyətini ciddi şəkildə azaldaraq onun uzunmüddətli bərpası çətin olan itkilərə yol açmışdır. O, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində yaranan bu vəziyyətin kompensasiya edilməsi üçün məhkəmədən müvafiq qərarın qəbul edilməsini xahiş edir. Təqdim etdiyi tibbi sənədlər və müvafiq ekspert rəyləri ilə göstərilən vəziyyət, onun qarşılaşdığı zərərlərin əhatəsini və dərinliyini nümayiş etdirir. Buna görə də, məhkəmədən mənəvi və maddi zərərin kompensasiya edilməsini və gələcək əməliyyat və müalicə xərclərinin qarşılanmasını təmin etmək məqsədilə müvafiq təminatların verilmesini tələb edir. Bu halları nəzərə alaraq, məhkəmə cavabdeh Təqsirləndirilən şəxs, zərərçəkmişə dəymiş maddi və mənəvi ziyanı ödəməsini tələb edir. Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın, 25.000 (iyirmi beş min) manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində Şahid2 elan olunmuş ifadəsindəgöstərmişdir ki, o, sürücülər X6, Şahid1 və Təqsirləndirilən şəxs hadisə baş verənədək tanımamış və onlarla heç bir münasibəti olmamışdır. 20 sentyabr 2024-cü il tarixində saat 09:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Bakı şəhərinə, metronun “Koroğlu” stansiyasına gedən sərnişin, bu məqsədlə, taksi kimi fəaliyyət göstərən və sonradan adını bildiyi Şahid1 idarə etdiyi "Hyundai Elantra" markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. O, avtomobildə qabaqda, sürücünün yanındakı oturacaqda oturmuşdur. Şahid1 idarə etdiyi "Hyundai Elantra" markalı avtomobil ilə sərnişini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Heydər Əliyev prospekti istiqamətində, Şəhər Yolu şosesi ilə 3 zolaqdan ibarət olan yolda, orta yolda (yəni 2-ci zolaqda) saatda 50 km sürətlə hərəkət etmişlər. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində "MS Oil" yanacaqdoldurma məntəqəsinin qarşısından ötərkən, əks istiqamətdə, yəni Heydər Əliyev prospekti tərəfdən Maştağa qəsəbəsi istiqamətində hərəkət edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil, 3-cü zolağa çıxaraq həmin zolaqda hərəkət edən X2 idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 3 metr məsafədə toqquşmuşdur. Toqquşma anında, "Chevrolet Cobalt" markalı avtomobil, qarşıda olan "Hyundai Elantra" avtomobilinin üzərinə düşmüş, iki avtomobilin sağ və sol tərəfləri arasında təmas yaranmışdır. Nəticədə,xəsarət almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində Şahid3 göstərmişdir ki, o, sürücülər X6, Şahid1 və ya Təqsirləndirilən şəxs hadisə baş verənədək tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 20 sentyabr 2024-cü il tarixində saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən metronun “Koroğlu” stansiyasına getmək məqsədilə, taksi kimi fəaliyyət göstərən və sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Hyundai” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və arxada oturmuşdur. Şahid1 idarə etdiyi “Hyundai” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Heydər Əliyev prospekti istiqamətində, Şəhər Yolu şosesi ilə 3 zolaqdan ibarət olan yolda orta zolaqda (yəni 2-ci zolaqda) hərəkət edirdilər. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “MS Oil” yanacaqdoldurma məntəqəsinin qarşısından ötərkən, əks istiqamətdə, yəni Maştağa qəsəbəsi istiqamətində, Şəhər Yolu şosesi ilə hərəkət edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil, sərnişini olduğu avtomobilin hərəkət etdiyi zolağa, yəni 3-cü zolağa çıxaraq, həmin zolaqda hərəkət edən X2 idarə etdiyi “Chevrolet” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma anında, “Chevrolet” markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin, sərnişini olduğu avtomobilin üzərinə düşməsi nəticəsində, iki avtomobilin sağ və sol tərəfləri arasında təmas yaranmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunan ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisə 20 sentyabr 2024-cü il tarixində, saat 09:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Heydər Əliyev prospekti istiqamətində baş vermişdir. O, öz idarə etdiyi "Hyundai Elantra" markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şəhər Yolu şosesi üzrə 3 zolaqdan ibarət yolda orta zolaqda, yəni 2-ci zolaqda, saatda 50 kilometr sürətlə hərəkət etmişdir. Həmin vaxt, onunla eyni sürətlə, sol zolaqda (yəni 3-cü zolaqda) hərəkət edən "Chevrolet Cobalt" markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəhriyar Məmmədov və onun sərnişini ilə qarşılaşmışdır. Hadisə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, "MS Oil" yanacaqdoldurma məntəqəsinin qarşısında baş vermişdir. Bu zaman, əks istiqamətdə hərəkət edən "Ford Fusion" markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, 3-cü zolağa çıxaraq, həmin zolaqda hərəkət edən Şəhriyar Məmmədovun idarə etdiyi "Chevrolet Cobalt" markalı avtomobillə toqquşmuşdur. Toqquşma anında, sürücünün idarə etdiyi "Hyundai Elantra" ilə "Chevrolet Cobalt" arasında məsafə təxminən 1.5 metr olmuşdur. Hadisə nəticəsində, "Chevrolet Cobalt" markalı avtomobil, onun idarə etdiyi "Hyundai Elantra" avtomobilinin üzərinə düşmüş və iki avtomobilin sağ və sol tərəfləri arasında təmas yaranmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Cinayət işi materiallarında olan “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) Cinayət işi materiallarında olan “görüntüyə baxış keçirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in X8 Xidməti, Təhlükəsiz Şəhər Xidmətinin TŞ9-203 və TŞ9-006 videomüşahidə kamerasında qeydə alınaraq “DVD” diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2024-cü il 20 sentyabr tarixində, saat 08:56 radələrində Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətindən Maştağa qəsəbəsi istiqamətində yerləşən Şəhər Yolu Şosesində, 3 zolaqlı yolun 3-cü (sağ) zolağı ilə qara rəngli, “Ford” markalı, “Fusion” modelii avtomobil hərəkətdə olmuşdur. Avtomobilin sağ və ya sol tərəfində hər hansı digər nəqliyyat vasitəsi və ya maneə qeydə alınmamışdır. Avtomobil Zabrat qəsəbəsi ərazisində, "MS Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, YDM-ya çatmamış, hərəkətini davam etdirdiyi istiqamətdə qəflətən sol tərəfə manevr edərək, yolun qoşa xəttini keçmiş və əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət hissəsinə daxil olmuşdur. “Ford Fusion” markalı avtomobil əks hərəkət zolağına tam keçdikdən təxminən 3 metr sonra onun sol tərəfi, Maştağa qəsəbəsi istiqamətindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən, yolun digər hərəkət hissəsində, 3-cü zolaqla hərəkətdə olan ağ rəngli, “Chevrolet” markalı, “Cobalt” modelii avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Chevrolet Cobalt” markalı avtomobil hərəkət istiqamətində davam edərkən, arxadan onunla eyni istiqamətdə, 2-ci zolaqla hərəkətdə olan ağ rəngli, “Hyundai” markalı, “Elantra” modelii avtomobilin sol tərəfi ilə də toqquşma baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə yaxın olan şəxslər və yoldan keçən nəqliyyat vasitələrinin sərnişinləri dərhal hadisə yerində dayanmış, hadisə iştirakçısı olan avtomobillərin ətrafına toplaşmışlar. (i.v. 16). Cinayət işi materiallarında olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/8594 nömrəli, 20 sentyabr 2024-cü il tarixli tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 17). Cinayət işi materiallarında olan 18 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 58). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X9” X17 Sabunçu Rayon Şöbəsinin 20 sentyabr 2024-cü il tarixli, 213 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Sağ tərəfli İ, İİ. İll, V, Vİ sol tərəfli V-Vİ-Vİl-Vİİl-İX qabırğaların yerini dəyişən qapalı sınıqları. Ağciyərlərin kontuziyası. Çanaq sümüklərinin yerini dəyişən qapalı və çoxqəlpəli sınıqları. Sidik kisəsinin zədələnməsi. Döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Aralığın və xayalığın hematoması. Sağ diz oynağı nahiyəsinin əzilmiş yarası, sağ yanağın sıyrığı. Xəsarətlər həyati olub, mərhumun X15 daxil olmasından (20 sentyabr 2024-cü il, saat 09:50) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb olmuş olduğu xəsarətlərlə əlaqədar baş vermiş travmatik-hemorragik şok olmuşdur. Ö!üm20 sentyabr 2024-cü il tarixdə, saat 13:00-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, eyill, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. (i.v. 63-68). Cinayət işi materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-183466/2024 nömrəli məktubundan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 448557 nömrəli B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 74). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X9” X17 Sabunçu Rayon Şöbəsinin 21 noyabr 2024-cü il tarixli 2848 saylı ekspert rəyindən görünür ki, Şahid2 alın nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 82-83). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X9” X17 Sabunçu Rayon Şöbəsinin 23 noyabr 2024-cü il tarixli 2862 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol sirkə kasasının (çanaq) arxa divarının yerini dəyişən qapalı sınığı; sol bud sümüyünün başının çıxığı; alın və sol qaş nahiyəsinin əzilmiş yaralan müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20 sentyabr 2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 84-86). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X10” X17 Sabunçu Rayon Şöbəsinin 27 noyabr 2024-cü il tarixli 2859 saylı ekspert rəyindən görünür ki, Şahid3 Valid qızında baş beyin silkələnməsi müəyyən edildi. Xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20 sentyabr 2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 87-89). Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. (i.v. 95). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 28 fevral 2025-ci il tarixli, 8/3234 nömrəli ekspert rəyindən görünür ki, Ford Fusion markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Chevrolet Cobalt markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur. Hyundai Elantra markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (i.v. 96-98). Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Şahid3 Valid qızı və Şahid2 dərəcəsinə görə sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət aldıqlarından onların xəsarət almaları faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 100-106). Cinayət işi materiallarında olan 18 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 127-128). Cinayət işi materiallarında olan AZ İV seriyalı 743491 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. (i.v. 142). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 144). Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 10 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini, digər zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkən şəxsin əməliyyat xərclərini ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, zərərçəkmişin iddiası yalnız cinayət nəticəsində birbaşa yaranmış ilkin zərəri deyil, uzunmüddətli və qeyri-müəyyən tibbi xərclər, gələcək peşəkar fəaliyyət imkanlarının itirilməsi, itirilmiş qazanc, psixoloji pozuntular, ailə rifahına təsirlər və s. kimi mürəkkəb və qiymətləndirilməsi çətin olan elementlərdən ibarətdir. Bu xüsusatlar iddianın tam və obyektiv qiymətləndirilməsi üçün geniş mülki-hüquqi araşdırmalar tələb edir, əlavə ekspertizalar, maliyyə araşdırmaları, şahidlərin ifadələri və subyektiv meyarların dəyərləndirilməsini zəruri edir. Bu hallar cinayət işinin operativ və səmərəli baxılmasına maneə yarada və prosesin uzanmasına səbəb ola bilər. Məhkəmə təcrübəsində də, zərərçəkmiş tərəfindən gələcək tibbi xərclər, itirilmiş qazanc, iş imkanlarının məhdudlaşdırılması və digər qeyri-maddi zərərlərin kompensasiya edilməsi ilə bağlı çoxelementli və qiymətləndirilməsi subyektiv xarakterli olan mülki iddialar daha çox mülki məhkəmələrdə həll olunur. Belə iddialar cinayət işi çərçivəsində yox, müstəqil qaydada mülki iş kimi qaldırıldıqda tam və əhatəli araşdırıla bilir. Zərərçəkmişin iddiasında gələcəkdə baş verməsi mümkün olan əməliyyatlar və reabilitasiya xərcləri, bu xərclərin dəqiq məbləğinin indidən təyin edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin gələcək davranışına dair ehtimallar (ölməsi, ölkəni tərk etməsi, öhdəlikdən yayınması və s.) hüquqi baxımdan şərti və qeyri-müəyyənliklərlə doludur. Bu səbəbdən, bu cür şərti tələblərin cinayət işi çərçivəsində mülki iddia ilə təmin edilməsi hüquqi baxımdan qeyrimümkün hesab olunur. Belə iddialar yalnız mülki-prosessual qaydada və əldəki sübutlara əsaslanaraq həll oluna bilər. Qeyd edilən hüquqi əsaslara və faktiki hallara əsasən, təqdim edilmiş mülki iddia cinayət işinin baxılmasını əhəmiyyətli dərəcədə çətinləşdirir, mürəkkəb, qiymətləndirilməsi subyektiv və çoxsaylı hüquqi faktlara əsaslanır, gələcəkdə baş verəcək ehtimal olunan hallara əsaslandığı üçün hüquqi baxımdan hazırda kompensasiya predmeti ola bilməz. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 128 manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar