Məhkəmə qərarları › İş №1(008)-308/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-308/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-308/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2024-cü il tarixdə saat 23 radələrində təmir və tikinti işlərinin icraçısı Zərərçəkmiş şəxs rəhbərliyi altında əvvəllər fəhlə kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən yeni tikilmiş təmirsiz fərdi yaşayış evinin açıq vəziyyətdə olan qapısından keçməklə qanunsuz olaraq evə daxil olub evin otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 manat dəyərində “İnko” markalı laqonda, 01 ədəd 150 manat dəyərində laqonda, 01 ədəd 350 manat dəyərində pereferator, 01 ədəd 150 manat dəyərində drel, 01 metri 23 manat olan, ümumi dəyəri 1840 manat olan 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqillərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2790 ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək göstərmişdir ki, iş materialları ilə tanış olarkən ibtidai araşdırma zamanı bir sıra kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir, odur ki, cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. Vəsatətini onunla əsaslandırmışdır ki, həmin cinayət işi xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanılmasına əsas və səbəb, 2024-cü ilin oktyabr ayının 5dən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Zərərçəkmiş şəxs usta kimi təmir işləri ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 2-ci dalanda yerləşən təmirsiz fərdi yaşayış evindən naməlum şəxs tərəfindən 80 metr uzunluqda 16x6 ölçülü elektrik naqilləri, 01 ədəd laqonda, 01 ədəd preparator və drelin gizli olaraq talanması faktı əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-də toplanmış materiallar olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Sabunçu rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2024-cü il tarixdə saat 23 radələrində təmir və tikinti işlərinin icraçısı Zərərçəkmiş şəxs rəhbərliyi altında əvvəllər fəhlə kimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi 2-ci dalanda yerləşən yeni tikilmiş təmirsiz fərdi yaşayış evinin açıq vəziyyətdə olan qapısından keçməklə qanunsuz olaraq evə daxil olub evin otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 manat dəyərində “İnko” markalı laqonda, 01 ədəd 150 manat dəyərində laqonda, 01 ədəd 350 manat dəyərində pereferator, 01 ədəd 150 manat dəyərində drel, 01 metri 23 manat olan, ümumi dəyəri 1840 manat olan 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqillərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2790 ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində cinayətin törədildiyi vaxt yanlış göstərilməklə kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işinin başlanması haqqında 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-nə ərizə ilə müraciəti əsasında toplanmış materialla müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr ayının 5-dən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Zərərçəkmiş şəxs usta kimi təmir işləri ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 2-ci dalanda yerləşən təmirsiz fərdi yaşayış evindən naməlum şəxs tərəfindən 80 metr uzunluqda 16x6 ölçülü elektrik naqilləri, 01 ədəd laqonda, 01 ədəd preparator və drelin gizli olaraq talanmış zərərçəkmiş şəxsə ümumilikdə 2000 manat dəyərində ziyan vurulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə müraciət etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bilgəh qəsəbəsində yerləşən iş yerindən ona məxsus avadanlıqların və elektrik naqilinin oğurlanmasını aşkar etmiş və hadisə ilə əlaqədar qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs 08 dekabr 2024 və 10 dekabr 2024-cü il tarixli müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, qeyd olunan cinayət əməlini xx.xx.2024-cü il tarixdə saat 23 radələrində törətmiş, oğurladığı əşyaları həmin yerdə olan dəmir araba vasitəsi ilə həmin yerdən təxminən 200 metr uzaq məsafədə olan sahibsiz torpaq sahəsinə aparmış və sonra arabanı geri qaytarmışdır. Daha sonra oğurladığı əşyaları tanımadığı taksi sifariş edərək Xətai rayonu “OPD" deyilən ərazidə əvvəl yaşadığı ünvanın yaxınlığında yerləşən məişət tullantıları yığılan yerə aparıb orada gizlətmişdir. Növbəti gün oğurluq yolu ilə əldə etdiyi 02 ədəd laqondanı “Ulduz” metrostansiyasmın yaxınlığında təmir işləri aparan tanımadığı şəxslərə satmışdır, 01 ədəd drel aparatını Nərimanov rayonunda təmir işləri aparan əvvəlcədən tanımadığı şəxsə satmışdır. Oğurladığı 01 ədəd prefarator aparatını Xətai rayonunda yuxarıda qeyd etdiyi məişət tullantıları atılan yerə qoyduqdan sonra naməlum şəraitdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurladığı 40 metr uzunluqda elektrik naqilini isə yandırıb mis hissəsini hissələrə bölərək tanımadığı şəxslərə satmışdır. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, cinayətin törədildiyi vaxt “03 dekabr 2024-cü il saat 23 radələri” göstərilmiş və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin məzmunda ittiham elan edilmişdir.Yuxarıda qeyd olunan xüsusat, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə də təsdiqini tapır. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında layihə üzrə təmir işlərinin icrasını həyata keçirir. 05 oktyabr 2024-cü il tarixdə işçilərindən Ağa adlı şəxs onun mobil telefonuna zəng edərək laqonda lazım olsa da tapa bilmədiyini bildirmişdir. Bir az keçdikdən sonra o, qeyd edilən ünvana getmiş və laqondanı axtaran zaman ona məxsus digər bir laqondanın, həmçinin, pereferator və drelin yerində olmadığını aşkar etmiş və evdə oğurluq olduğuna əmin olmuşdur. 07 oktyabr 2024-cü il tarixdə təmir işləri apardığı evdə işçiləri ona əvvəlcədən kardon qutuların altında qoyduğu 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqilinin yerində olmadığını bildirmişlər. Yenidən ünvana gedib baxdıqda həqiqətən də həmin qeyd olunan elektrik naqilinin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qonşuluqda yerləşən evlərin videomüşahidə kameralarından görüntüləri əldə edərək həmin görüntülərə baxmış və görüntülərə baxdıqda 03 oktyabr 2024-cü il tarixdə gecə saat 21 radələrində şəxsiyyəti ona məlum olmayan şəxsin iki ədəd araba ilə onun təmir işləri apardığı həyətə daxil olub çıxdığını, yük daşıdığını müəyyən etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində həmin xüsusatları təsdiq etmişdir.İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının sonlarında Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən özünə məxsus əlvan metal qəbulu məntəqəsində özünü ona “Natiq” kimi təqdim etmiş, lakin sonradan polis şöbəsində həmin şəxsin adının “Nəsib” olduğu müəyyən edilən şəxsdən 12 manat müqabilində 1 kq çəkidə mis məftili almışdır.İş üzrə şahid qismində dindirilmiş Sultanov X1 Əfəndiyevlə oxşar məzmunlu ifadə vermişdir.İş materiallarından qeyd olunan cinayət əməlinin 03 oktyabr 2024-cü il tarixdə törədilməsi müəyyən edilməsinə baxmayaraq 10 dekabr 2024cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan, həmçinin iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini 03 dekabr 2024-cü il tarixdə saat 23 radələrində törətməsi göstərilmişdir.Azərbaycan Respublikası CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir.CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir.CPM-in 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin iş materialları ilə 03 oktyabr 2024-cü il tarixdə törədilməsi müəyyən edilməsinə baxmayaraq, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamda cinayətin törədildiyi vaxt yanlış olaraq 03 dekabr 2024-cü il göstərilmişdir. Bu da, cinayət işi üzrə ittiham aktının cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamasına gətirib çıxarmışdır. Odur ki, CPM-in 303.3.6-cı maddəsinin tələbləri pozulduğu üçün cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir.Həmçinin, CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəə hazırlıq iclasında Zərərçəkmiş şəxs hadisənin oktyabr ayında baş verdiyini qeyd edərək dövlət ittihamçısının vermiş olduğu vəsatətə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatəti ilə razı olduqlarını bildirdi. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vermiş olduğu vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan: Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə müraciət etdiyi xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bilgəh qəsəbəsində yerləşən iş yerindən ona məxsus avadanlıqların və elektrik naqilinin oğurlanmasını aşkar etmiş və hadisə ilə əlaqədar qanuni tədbir görülməsini xahiş edir(i.v.03); Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixli və 10 dekabr 2024-cü il tarixli müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, qeyd olunan cinayət əməlini xx.xx.2024-cü il tarixdə saat 23 radələrində törətdiyini göstərmişdir(i.v.47-49, 69-71); Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında layihə üzrə təmir işlərinin icrasını həyata keçirir. 05 oktyabr 2024-cü il tarixdə işçilərindən Ağa adlı şəxs onun mobil telefonuna zəng edərək laqonda lazım olsa da tapa bilmədiyini bildirmişdir. Bir az keçdikdən sonra o, qeyd edilən ünvana getmiş və laqondanı axtaran zaman ona məxsus digər bir laqondanın, həmçinin, pereferator və drelin yerində olmadığını aşkar etmiş və evdə oğurluq olduğuna əmin olmuşdur. 07 oktyabr 2024-cü il tarixdə təmir işləri apardığı evdə işçiləri ona əvvəlcədən kardon qutuların altında qoyduğu 80 metr uzunluğunda 6x16 ölçülü elektrik naqilinin yerində olmadığını bildirmişlər. Yenidən ünvana gedib baxdıqda həqiqətən də həmin qeyd olunan elektrik naqilinin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qonşuluqda yerləşən evlərin videomüşahidə kameralarından görüntüləri əldə edərək həmin görüntülərə baxmış və görüntülərə baxdıqda 03 oktyabr 2024-cü il tarixdə gecə saat 21 radələrində şəxsiyyəti ona məlum olmayan şəxsin iki ədəd araba ilə onun təmir işləri apardığı həyətə daxil olub çıxdığını, yük daşıdığını müəyyən etmişdir(i.v.54- 56); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, cinayətin törədildiyi vaxt “03 dekabr 2024-cü il saat 23 radələri” göstərilmiş və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin məzmunda ittiham elan edilmişdir(i.v.60-61); Şahid1 izahat və ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının sonlarında Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən özünə məxsus əlvan metal qəbulu məntəqəsində özünü ona “Natiq” kimi təqdim etmiş, lakin sonradan polis şöbəsində həmin şəxsin adının “Nəsib” olduğu müəyyən edilən şəxsdən 12 manat müqabilində 1 kq çəkidə mis məftili almışdır(i.v.16-17, 87-88); Şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində həmin xüsusatları təsdiq etmişdir(i.v.89-91, 99-101): Göründüyü kimi iş materiallarında olan sənədlərə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin oktyabr 2024-cü il tarixdə törədilməsi müəyyən edilməsinə baxmayaraq 10 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan, həmçinin iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini 03 dekabr 2024-cü il tarixdə saat 23 radələrində törətməsi göstərilmişdir. Yuxarıda göstərilən hallardan göründüyü kimi cinayət işinin materiallarındakı sənədlər bir birinə uyğunsuz olmaqla təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X2 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin: 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar