Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-31/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3, Müdafiəçi “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs enerji içkiləri və müxtəlif adda siqaretlərin ucuz qiymətə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində işlətdiyi topdan satış mağazasında satıb yüksək gəlir əldə edəcəklərinə inandırıb bu barədə yalan vəd verməklə aldadaraq xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində 10000 manat və 2019-cu ilin dekabr ayında yenidən həmin ünvanda 10000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 20000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində özlərinə məxsus mağazada siqaret, energetik içki və ətirlərin satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs müştəri qismində tanımışdır. O, adətən Zərərçəkmiş şəxs topdan qiymətinə müxtəlif markalı siqaretlər satmış, həmçinin, Zərərçəkmiş şəxs “Bizon” markalı energetik içkilər almışdır. O, hər ilin əvvəlində siqaretlərin qiyməti bahalaşdığı üçün Zərərçəkmiş şəxs əvvəlcədən xeyli sayda siqaret almasını təklif etmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək faizə pul verən tanışının olduğunu, ona siqaret almaq üçün pul verə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs tanışının 20.000 (iyirmi min) manat pul müqabilindən hansı məbləğdə faiz alacağını soruşmuş, Zərərçəkmiş şəxs qeyd olunan məbləğə qarşılıq 1800-2000 manat aralığında faiz tələb olunduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs təklifi ilə razılaşmış, 06 dekabr 2019-cu il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs onun işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən mağazaya gələrək həmin şəxsdən 10.000 (on min) manat ala bildiyini, 1 ay sonra qeyd olunan məbləğlə birlikdə əlavə olaraq 2000 (iki min) manat faiz tələb olunduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs təklifi ilə razılaşmış, işlədiyi mağazada ondan 1 ay müddətinə ümumilikdə 12.000 (on iki min) manat qaytarmaq şərti ilə 10 (on min) manat pul almışdır. O, 2020-ci ilin yanvar ayının sonlarına qədər Zərərçəkmiş şəxs aldığı 10.000 (on min) manatı tam şəkildə qaytarmış, lakin, siqaretlərin qiyməti bahalaşmadığı, ölkə ərazisində pandemiya vəziyyəti elan olunduğu üçün tələb olunan faiz məbləği 2000 (iki min) manatı ödəyə bilməmiş, bunun üçün Zərərçəkmiş şəxs vaxt istəmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona və atasına zəng edərək 2000 (iki min) manatı tələb etmiş, onlar işlərini qaydasına qoyaraq tez bir zamanda geri qalan 2000 (iki min) manatı ödəyəcəyini bildirmişlər. O, 27 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, o, etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən təhqiqatçı Hüseyn Nağıyev barəsində şikayət ərizəsi daxil olduğunu, Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat pul aldığını, həmin məğbləğin 10.000 (on min) manatının qaytarıldığını, lakin, geri qalan hissəsinin qaytarılmadığını bildirmişdir. O, təhqiqatçıya Zərərçəkmiş şəxs əlavə olaraq 2000 manat qaytarmaq şərtiylə 10.000 (on min) manat aldığını, həmin məbləğin 10.000 (on min) manatını geri ödədiyni bildirmişdir. 28 yanvar 2023-cü il tarixdə atası X1 RPİ-nin 12-ci PŞ-nə dəvət edilmiş, polis şöbəsində olarkən atasından Zərərçəkmiş şəxs alınan məbləğin geri qaytarılması tələb olunmuş, atası Rəşad Cəfərov şikayətçi Zərərçəkmiş şəxs alınan məbləğin geri qaytarıldığı bildirməsinə baxmayaraq qanunsuz olaraq bir neçə saat polis şöbəsində saxlanılmış, daha sonra evə buraxılmışdır. O, baş verənlərdən sonra DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs ona şər atdığını, aldığı pulu geri qaytarmasına baxmayaraq ondan həmin məbləği yenidən istəməsi barədə şikayət etmişdir. O, DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında ərizə yazması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, polis şöbəsində olduğu zaman qanunsuz olaraq 2 gün növbətçi hissədə saxlanılmış, valideynlərinin dəfələrlə DİN-nin 102 xidmətinə müraciətindən sonra evə buraxılmışdır. 18 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şahid2 istifadəsində olan mobil nömrəyə zəng edərək onu Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətlə bağlı Sabunçu RPİ-yə dəvət etmiş, o, atası ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində müstəntiqin xidməti otağına daxil olduqdan sonra Şahid2 ona barəsində şikayət ərizəsi daxil olduğunu, Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat pul aldığını, həmin məğbləğin 10.000 (on min) manatının qaytarıldığını, lakin, geri qalan hissəsinin qaytarılmadığını bildirmişdir. O, təhqiqatçıya Zərərçəkmiş şəxs əlavə olaraq 2000 manat qaytarmaq şərtiylə 10.000 (on min) manat aldığını, həmin məbləğin 10.000 (on min) manatını geri ödədiyni, faiz hissəsi olan 2000 (iki min) manatı isə yaxın zamanda ödəyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs müstəntiqin otağına daxil olmuş, müstəntiq Şahid2 onun atasından otaqdan çıxaraq aşağıda gözləməsini tələb etmişdir. Atası otaqdan çıxdıqdan sonra müstəntiq Zərərçəkmiş şəxs yanında onun ünvanına nalayiq ifadələr işlədərək çiyin nahiyəsinə yumruqla vurmaqla, onu həbs etdirəcəyini bildirib Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat aldığını etiraf etməsini tələb etmişdir. Həmçinin, müstəntiq ona təzyiq göstərərək Zərərçəkmiş şəxs qalan borcunu 25 fevral 2023-cü il tarixədək geri ödyəcəyinə dair qəbz yazdıraraq imzalatmışdır. O, bir gün əsassız olaraq Sabunçu RPİ-nin inzibati binasında saxlanılmış, növbəti gün atası Rəşad Cəfərov onun buraxılması üçün müstəntiq Şahid2 1000 (min) manat vermiş, lakin, müstəntiq məcburi şəkildə həmin məbləğin Zərərçəkmiş şəxs verildiyinə dair qəbz yazdıraraq ona imza etmişdir. O, Zərərçəkmiş şəxs həqiqətən 10.000 (on min) manat borclu olmadığı üçün 25 fevral 2023-cü il tarixədək həmin məbləği toplamamış və Sabunçu RPİ-yə getməmişdir. Daha sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şahid2 vəsatəti təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şahid2 hərəkətləri barədə müxtəlif dövlət qurumlarına müraciət etmiş, lakin, araşdırmanın nəticəsi barəsində ona rəsmi məlumat verilməmişdir. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməsə də, onun qeyd olunan cinayət əməlini tğrətməsi zərəçəkmiş şəxsin, şahid ifadələri, iş materiallarında olan səs yazıları və digər dəlillər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ildə tanıyır. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən topdan satış mağazasından enerji içkiləri, siqaretlər və spirtli içkilər alaraq özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən şərab evi mağazasında satmışdır. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı Şövqi ona dəyərindən qat-qat ucuz qiymətə “Bizon” enerji içkisi alaraq sataraq satışdan yaxşı gəlir əldə edə biləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs “Bizon” enerji içkisi alaraq satmaq üçün 20000 (iyirmi min) manat pul verə biləcəyini demiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, verdiyi pula alınan “Bizon” enerji içkisinin satışından 1800 (min səkkiz yüz) manat gəlir əldə olunacaq və o, əldə olunan gəlirin 300 (üç yüz) manatını özünə, 1500 (min beş yüz) manatını ona verəcək. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, ayrı-ayrı vaxtlarda 2 dəfə olmaqla ümumilikdə 20000 (iyirmi min) manat pulu Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən topdan satış mağazasında sonuncuya vermiş, həmin vaxt, mağazada onlardan satıcı işləyən xanımda olmuşdur. O, Təqsirləndirilən şəxs pulu verdikdən bir ay sonra onunla əlaqə saxlamış, Təqsirləndirilən şəxs maddi sıxıntılarının olduğunu bildirərək ona 10-15 gün vaxt verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 15 gün sonra onunla görüşərək ona təxminən 1500-2000 manat pul vermiş, o isə, verdiyi pulu tam şəkildə qaytarmasını Təqsirləndirilən şəxs tələb etmişdir. Bir müddət sonra təsadüfən Təqsirləndirilən şəxs məxsus obyektin qarşısından keçərkən obyektdə olan malın boşaldıldığını görərək ora yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin şəxslər firma işçiləri olduqlarını, Təqsirləndirilən şəxs onlara borcu olduğu üçün özlərinə məxsus malı mağazadan götürdüklərini bildirmişlər. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs maddi sıxıntıları olduğunu, borclarının yarandığı bildirmiş, o, verdiyi 20000 (iyirmi min) manat pulu geri qaytarmasını, əlavə gəlir olan 1500 (min beş yüz) manatı istəmədiyini bildirmişdir. Lakin, xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarmamış, o, məcbur qalaraq Təqsirləndirilən şəxs atası ilə görüşümüş, atası oğlunun səhv etdiyini, aldığı pulu tez bir zamanda geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq aldığı puldan Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən “444” şərab evinin yanında ona 3000 (üç min) manat pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ona 9500 (doqquz min beş yüz) manat qaytarmış, lakin, müxtəlif bəhanələr gətirərək pulun geri qalan hissəsini qaytarmamışdır. O, məcbur qalaraq Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı polisə müraciət etmişdir. Təhqiqat araşdırılması zamanı o, polis şöbəsinə dəvət edilmiş, orada ona şikayətçi olmaması, işin istintaq orqanına göndərilməməsi üçün 5000 (beş min) manat pul təklif edilmişdir. O, qeyd olunan məbləğlə razılaşmamış, ondan aldığı pulu tam şəkildə qaytarmasını tələb etmişdir. O, Sabunçu RPİ-nin İŞ-yə dəvət edilərək Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşdirilmə zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək 25 fevral 2023-cü il tarixədək ondan aldığı pulun geri qalan hissəsini qaytaracağına dair iltizam yazmışdır. Sabunçu RPİnin inzibati binasından çıxarkən növbətçi hissənin yaxınlığında Təqsirləndirilən şəxs ona əlavə olaraq 1000 (min) manat ödəmiş, həbs olunmaması üçün şikayətçi olmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixədək aldığı pulu geri qaytaracağına dair iltizam yazmasına baxmayaraq qeyd olunan tarixədək ondan aldığı pulun geri qalan hissəsini ödəməmişdir. O, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şahid2 zəng edərək Təqsirləndirilən şəxs aldığı pulun geri qalan hissəsini qaytarmadığını, Təqsirləndirilən şəxs barəsində tədbir görmələrini xahiş etmişdir. Şahid2 ibtidai istintaqı aparan orqanın çağırışına gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyini bildirmişdir. O, özü dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, lakin, onu tapa bilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanunla nəzərdə tutulmuş cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər görməmiş, Təqsirləndirilən şəxs ilə iş görməsi barədə ona oğlu məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə iş görmək məqsədi ilə Tural evdən ümumilikdə 20000 (iyirmi min) manat pul götürərək Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs vədinə əməl etməyərək Turalı aldatmış, Tural dəfələrlə onun yanında Təqsirləndirilən şəxs zəng etməsinə baxmayaraq Şövqi müxtəlif bəhanələr gətirərək aldığı pulu tam şəkildə ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cinayət işi üzrə izahat vermiş Şahid2 bilrmişdir ki, o, Sabunçu RPİnin İŞ-nin müstəntiqi vəzifəsində çalışır və polis mayoru rütbəsi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs dəymiş ziyandan 1000 (min) manat ödəniş etmək istədiyini demiş, o, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs pulu almasına dair qəbz tərtib etməsini bildirmişdir. Zərərçəkmiş şəxs tərtib olunmuş qəbzi ona təqdim etmiş, qeyd olunan qəbz cinayət işi materiallarına əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qəbzlə müfaviq qurumlara şikayət etmiş, bununla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırlma aparılaraq qanunla nəzərdə tutulmuş qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş qəbz onun iştirakı olmadan tərtib edilmiş, qəbzdə onun iştirakı və ya imzası göstərilməmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulun 10000 manatını qaytarmış, geri qalan 10000 manat məbləği 25 fevral 2023-cü il tarixədək qaytarmağı öhdəliyinə götürmüşdür. Cinayət işinin 19-cu vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulun 1000 manatını qaytarmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin 51-ci vərəqəsində olan 17 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-92-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-307/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhməvoun vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan 18 aprel 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan 24 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs arasında aparılmış səs yazılarını əks etdirən 01 ədəd CD disk diskə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gələrkən 20000 (iyirmi min) manat pulu gətirməsini və gələrkən “Azgranata” mağazasından müxtəlif növ spirtli içkilər almasını bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 118-124-cü vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş CD disk məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs atası Rəşad Cəfərov işlərin yaxşı getmədiyini, bununla əlaqədar pulun qaytarılması üçün vaxt verilməsini Zərərçəkmiş şəxs xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…2020-ci ilin yanvar ayının sonlarına qədər Zərərçəkmiş şəxs 10.000 (on min) manat aldığını, aldığı 10.000 (on min) manatı tam şəkildə qaytardığını, lakin, siqaretlərin qiyməti bahalaşmadığı, ölkə ərazisində pandemiya vəziyyəti elan olunduğu üçün tələb olunan faiz məbləği 2000 (iki min) manatı ödəyə bilmədiyini.......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şəxlərin ifadəsi, müstəntiqin izahatı, səs yazıları, qəbzlər və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Belə ki, səs yazıları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 20.000 manat pul gətirilməsini xahiş etmişdir. Digər diskdəki səs yazısında isə təqsirləndirilən şəxsin atası pulun qaytarılmasına imkan olmamasını bildirməsi və vaxt verilməsini xahiş etməsi və müəyyən vaxtlar pulunu tələb edən zərərçəkmiş şəxsin telefon zənglərinə cavab verməməsi müəyyən edilmişdir. İş materiallarında olan qəbzlər də aydın şəkildə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 20.000 manat pul almasını təsdiq edir. Əməlin dələduzluq cinayəti olmasını formalaşdıran cəhət isə qeyd olunan məbləğin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs enerji içkiləri və müxtəlif adda siqaretləri hətta maya dəyərindən qat-qat aşağı qiymətə alıb gəlir əldə etmək məqsədilə ələ keçirilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, cinayətin yetkinlik yaşına çatmayan dövrdə törədilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 aprel 2023-cü il tarix saat 12:00-dan 18 aprel 2023-cü il tarixədək saat 14:00-dək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış səs yazılarını əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs atasına məxsus səs yazılarının olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-31/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-31/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver