Məhkəmə qərarları › İş №1(008)-31/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-31/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-31/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 2001-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Müzəffər Nərimanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs dostu X11 və sonuncunun iş yoldaşları X25, X24 və X12 ilə birgə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Nicat İmanov, Şəmistan İmanlının dostları X3 yaşadığı ünvan 1 ünvanında qonaq olaraq spirtli içki qəbul edərkən, pivə almaları üçün nağd pulları olmadıqlarına və bu məqsədlə Azər Əliyevdən borc istədikləri 10 manat pulu sonuncunun onlara vermədiyinə görə hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən açıq talama cinayətinin törədilməsinə yönəldib, bu hərəkətlərini inadla davam etdirərək Azər Əliyevin masasının üzərində içərisində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan 880 manat dəyərində “Redmi 11 pro 5Z” markalı mobil telefonunu və barmağındakı 50 manat dəyərində gümüş üzüyünü, cinayət qrupunun digər üzvləri Nicat İmanov 340 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonunu, İlqar Əliyev əynindəki şalvarının cibindən 20 manat nağd pulunu, Şəmistan İmanlı və Murad Məlikov isə sonradan cinayət qrupunun üzvləri arasında bölüşdürmək məqsədilə ilə birgə evdən götürdükləri 20 və 25 manat dəyərlərində 2 ədəd idman çantalarına topladığı sonuncunun 200 manat dəyərində 1 ədəd çiyindən asılan çantasını, 50 manat dəyərində “Prada” firmasının 1 cüt kişi ayaqqabısını, 700 manat dəyərində digər 1 cüt kişi ayaqqabısını, 35 və 89 manat dəyərlərində 2 ədəd qulaqcıqlarını, 80 manat dəyərində 1 ədəd telefon altlığını, 120 manat dəyərində 1 ədəd “Prada” firmasının kepkasını, 25 manat dəyərində 1 ədəd “Puma” firmasının kepkasını, 30 manat dəyərində 1 ədəd digər kepkasını, 120 manat dəyərində 1 ədəd “GİVENCHY” firmasının pul kisəsini, 40 manat dəyərində “CAT" firmasının 1 ədəd çiyindən asılan pul kisəsini, 50 manat dəyərində 1 ədəd digər pul kisəsini və 50 manat dəyərində “GİVENCHY” markalı idman dəstinin gödəkcəsini toplayaraq, həmçinin həmin idman dəstinin şalvarını Azər Əliyevin əynindən soyundurub ələ keçirərək zərərçəkmiş şəxs Azər Əliyevə ümumilikdə 2934 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, zərərçəkmiş şəxs X21 əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə X11 ona zəng edərək görüşməyi təklif etmiş, o, etiraz etməyərək həmin şəxslərlə görüşmüşdür. Onlar aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq X15 yaşadığı ünvan 1 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra X26 ilə Rusiya–Ukrayna müharibəsini müzakirə etməyə başlamış, onlar arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermiş, lakin, aralarında barışıq yaranmışdır. O, bir müddət sonra pivə içmək istədiyinə görə X11 pulları olmadığı üçün X13 borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. X26 onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən X22 bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı X22 dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı X26 ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. X22 məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, X15 əlləri onlar tərəfindən bağlanılmamışdır. Həmçinin, o, hadisə zamanı sərxoş olduğu üçün mənzildən hər hansı əşya götürülməsini xatırlamır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs X21 Bakı şəhəri 1-ci mikrorayon ərazisində yaşayarkən tanımış, qohumu X24 ilə zərərçəkmiş şəxsi tanış etmişdir. 2023-cü ilin iyul ayında X26 ona zəng edərək anasının rayona getdiyini bildirərək onu qonaq dəvət etmiş, o, etiraz etməyərək işdən çıxdıqdan sonra onun yaşadığı ünvana gələcəyini bildirmişdir. O, həmin gün, axşam saatlarında X15 yaşadığı ünvana getmiş, orada olduğu zaman X24 ona zəng edərək tanışları X11, Təqsirləndirilən şəxs və X25 ilə birlikdə gecə klubuna getmək istədiyni bildirmişdir. O, X22 məxsus ünvanda qonaq olduğunu deyərək X16 digər tanışları birlikdə həmin ünvana dəvət etmiş, X14 ora gələcəyindən X15 məlumatı olmuş və buna etiraz etməmişdir. Bir müddət sonra, X11, Təqsirləndirilən şəxs, X24 və X25 ilə birlikdə zərərçəkmiş şəxsin yaşadığı ünvana gəlmiş, özləri ilə birlikdə spirtli içki və qida məhsulları gətirmişlər. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra aralarında sözlə mübahisə baş vermişdir. X15 danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs onu vuracağını bildirmiş, X26 isə Təqsirləndirilən şəxs ona heçə edə bilməyəcəyini bildirmişdir. X11 məsələyə müdaxilə edərək X26 onun evin qonaq olduqlarını, hörmətsizlik etməməməsini bildirmiş, həmçinin, o, özü də, X13 mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs pivə içmək istədiyini bildirmiş, X11 pulları olmadığı üçün X13 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. X26 onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, Təqsirləndirilən şəxs barmağındakı gümüş üzüyü ona verməsini X13 tələb etmiş, X26 üzüyü çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Daha sonra stolun üstündə olan X22 məxsus mobil telefonlardan birini X24 digərini isə X11 və ya Təqsirləndirilən şəxs götürmüşdür. Masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən X22 bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. X26 ilə Təqsirləndirilən şəxs mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişlər. X22 məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamışdır. Belə ki, X11 evdəki qapısı bağlı olan otağın dəstəyini tutduğu zaman, o, X7 həmin otağın qapısının bağlı olduğunu, həmin otağa girməmisini bildirmişdir. Mübahisədən sonra, etdiyi əməldən peşman olaraq X13 üzr istəməyi qərara almış, lakin, ortalığın sakitləşməsi bir müddət keçməsini gözləmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində X22 məxsus idman dəsti olmamışdır. X15 əlləri onlar tərəfindən bağlanılmamış, X26 özü onları qapıdan yola salmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X24 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs X21 qohumu X12 vasitəsi ilə tanımışdır. X11, Təqsirləndirilən şəxs və X25 onun tanışlarıdır. 07 iyul 2023-cü il tarixdə X11 ona zəng edərək Təqsirləndirilən şəxs Rusiya Federasiyasından gəldiyini axşam görüşərək birlikdə harasa getməyi təklif etmiş, o, X5 təklifi razılaşmışdır. O, işdən çıxdıqdan sonra “20 Yanvar” metrostansiyası yaxınlığında X11 ilə görüşərək Yasamal rayonu ərazisində bir qədər gəzdikdən sonra Təqsirləndirilən şəxs götürərək gecə klubuna getməyi planlaşdırmış, daha sonra X8 zəng edərək kluba getməyi təklif etmiş, X12 yorğun olduğunu, həmçinin, X26 onu qonaq dəvət etdiyi üçün sonuncunun yaşadığı ünvana gedəcəyini bildirmişdir. Daha sonra yenidən X8 zəng etmiş, aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq X22 məxsus ünvanda görüşməyi planlaşdırmış, həmin vaxt, telefon selektorda olduğu üçün aralarında olan danışığı X26 eşitmiş, onların yaşadığı ünvana gəlməsinə etiraz etməmişdir. Bir müddət sonra, o, X11, Təqsirləndirilən şəxs və X25 birlikdə spirtli içki və qida məhsulları alaraq X22 məxsus ünvan 1 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra X26 ilə Təqsirləndirilən şəxs arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. X15 danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs onu vuracağını bildirmiş, X26 isə Təqsirləndirilən şəxs ona heçə edə bilməyəcəyini bildirmişdir. X11 məsələyə müdaxilə edərək X22 evində qonaq olduqlarını, hörmətsizlik etməməsini bildirmiş, həmçinin, o, özü də, X13 mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs pivə içmək istədiyini bildirmiş, X11 pulları olmadığı üçün X13 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. X26 onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən X22 bıçaqla hədəqorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. X26 ilə Təqsirləndirilən şəxs mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişdir. Onlar evdən çıxarkən X2 üzərindəki telefonu götürməsini bildirmiş, o, sərxoş olduğu üçün stolun üzərindəki telefonu götürmüşdür. Bakı şəhəri Probasiya Xidmətində olduğu zaman saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı X22 dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı X26 ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. X22 məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, X15 əlləri onlar tərəfindən bağlanılmamış, X26 özü onları qapıdan yola salmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, zərərçəkmiş şəxs X21 əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə X17 zəng edərək Təqsirləndirilən şəxs Rusiya Federasiyasından gəldiyini bildirərək axşam görüşüb birlikdə harasa getməyi təklif etmiş, X24 onun təklifi ilə razılamışdır. O, “20 Yanvar” metrostansiyası yaxınlığında X24 ilə görüşərək Yasamal rayonu ərazisində bir qədər gəzdikdən sonra Təqsirləndirilən şəxs götürərək gecə klubuna getməyi planlaşdırmış, X24 daha sonra X8 zəng edərək kluba getməyi təklif etmiş, X12 yorğun olduğunu, həmçinin, X26 onu qonaq dəvət etdiyi üçün sonuncunun yaşadığı ünvana gedəcəyini bildirmişdir. X24 bir müddət sonra yenidən X8 zəng etmiş, aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq X22 məxsus ünvanda görüşməyi planlaşdırmışlar. Bir müddət sonra, o, X24, Təqsirləndirilən şəxs və X25 birlikdə spirtli içki və qida məhsulları alaraq X22 məxsus ünvan 1 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra X26 ilə Təqsirləndirilən şəxs arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. X15 danışığı xoşuna gəlmədiyi üçün Təqsirləndirilən şəxs onu vuracağını bildirmiş, X26 isə Təqsirləndirilən şəxs ona heçə edə bilməyəcəyini bildirmişdir. O, məsələyə müdaxilə edərək X22 evində qonaq olduqlarını, hörmətsizlik etməməsini bildirmiş, həmçinin, mübahisəni sonlandırmasını xahiş etmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs pivə içmək istədiyini bildirmiş, o, pulları olmadığı üçün X13 10 manat borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. X26 onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmışdır. Masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən X22 bıçaqla hədəqorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. X26 ilə Təqsirləndirilən şəxs mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız bir-birilərini çəkişdirmişdir. O, X22 məxsus evdən hər hansı əşya götürməmiş, sərxoş olduğu üçün digər tanışlarının hansısa əşya götürməsinin şahidi olmamışdır. X22 məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, X15 əlləri onlar tərəfindən bağlanılmamışdır. X22 dəymiş ziyan onun valideyninə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X25 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər onun tanışlarıdır, lakin, zərərçəkmiş şəxs X21 əvvəllər tanımamışdır. 07 iyul 2023-cü il tarixdə X11 və X24 ona zəng edərək görüşməyi təklif etmiş, o, etiraz etməyərək həmin şəxslərlə görüşmüşdür. O, X11 və X24 aralarında olan danışığa əsasən spirtli içki və qida məhsulları alaraq X15 yaşadığı ünvan 1 ünvanına getmiş, orada içki məclisi qurmuşlar. Birlikdə spirtli içki qəbul edib yemək yedikdən sonra X26 ilə Təqsirləndirilən şəxs arasında fikir ayrılığı yarandığı üçün aralarında sözlə mübahisə baş vermişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs pivə içmək istədiyini bildirmiş, X11 pulları olmadığı üçün X13 borc pul istəmiş, sonuncu, pulu olmadığını, olsa belə verməyəcəyini bildirmişdir. X26 onlarla kobud şəkildə danışdığı üçün aralarında yenidən mübahisə yaranmış, lakin, tərəflər bir-birinə hansısa xəsarət yetirməmişdir. Mübahisənin baş verdiyi otaqda masanın üzərində mətbəxdən götürülmüş bıçaq olsa da, bıçaqdan yalnız qida məhsullarını doğramaq üçün istifadə olunmuş, tərəflərindən X22 bıçaqla hədə-qorxu gəlinməmiş və ya hansısa xəsarət yetirilməmişdir. X26 ilə Təqsirləndirilən şəxs mübahisə zamanı bir-birinə zərbə endirməmiş, yalnız birbirilərini çəkişdirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı X22 dəymiş ziyan ödənilərək aralarında barışıq əldə edilmiş, lakin, məhkəmə istintaqı zamanı X26 ifadəsini dəyişərək aralarında barışığın olmadığını bildirmişdir. X22 məxsus evdən soyğunçuluq etmək niyyətləri olmamamış, X15 əlləri onlar tərəfindən bağlanılmamışdır. Həmçinin, o, X22 məxsus mənzildən heçnə götürməmiş və ya tanışlarının hər hansı əşya götürməsinin şahidi olmamışdr. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında kirayə yaşayır. X9 Bakı şəhəri 1-ci mikrorayon ərazisində yaşayarkən tanımış, X24 ilə X12 vasitəsi ilə tanış olmuşdur. Digər təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, ilk dəfə evinə basqın etdikləri zaman görmüşdür. 07 iyul 2023-cü il tarixdə X12 ona zəng edərək işdən çıxdığını, bekar olduğunu bildirmiş, o, X8 qonaq olmağı təklif etmişdir. Həmin gün, yəni, 07 iyul 2023-cü il tarixdə saat 22-23 radələrində X12 onun yaşadığı ünvanın yaxınlığına gəlmiş, o, həyətdə X9 qarşıladıqdan sonra onlar birgə evə qalxmışdır. Onlar evdə bir müddət söhbət etdikdən sonra X24 telefon vasitəsi ilə X8 zəng edərək yaxınlıqda olduğunu bildirmiş, X12 ilə birgə geri qayıtmaq istədiyi üçün X12 ondan X14 onun yaşadığı ünvana gəlməsinə etirazının olub-olmamasını soruşmuş, o, X16 tanıdığı üçün onun gəlməsinə etiraz etmədiyni bildirmişdir. X12 bir müddət sonra X24 gəldiyi üçün getmək istədiyini bildirmiş, onlar birgə evin çıxış qapısına yaxınlaşmışlar. X12 qapını açaraq çıxmaq istədiyi zaman X24 və yanında olan əvvəllər tanımadığı digər üç şəxs aqressiv şəkildə onun yaşadığı evə daxil olmuş, həmin şəxslərdən ikisinin əlində bıçaq olmuşdur. Digər iki şəxs evin mətbəx otağına keçərək bçaq götürüb geri qayıtmış, o, qorxduğu üçün geri çəkilərək həmin şəxslərə etirazını bildirmişdir. Həmin şəxslər əllərində olan bıçaqla onu qorxudaraq pul və qiymətli əşya tələb etmiş, o, üzərində 20 manat pulu olduğunu və evdəki qiymətli əşyaların göz qabağında olduğunu bildirmişdir. O, ilk öncə pul verməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs və X25 davamlı olaraq ona yumruq təpik zərbələri vurmuş, X11 isə bir neçə dəfə ona sillə vurmuşdur. Təqsirləndirilən şəxslər onun əllərini köynəklə bağlayaraq evdə qiymətli əşya axtarmağa başlamış, evdən ona məxsus 02 cüt kişi ayaqqabısını, 01 ədəd kişi idman dəstini, 02 ədəd mobil telefonu, 01 ədəd gümüş üzüyü və hazırda adlarını dəqiq xatırlamadığı bir neçə əşyanı götürmüş, əynində olan idman şalvarını məcburi şəkildə çıxarmışlar. O, anası xəstə olduğu üçün onunla əlaqə saxlamasına görə özünə məxsus telefonlardan birini geri qaytarmalarını xahiş etmiş, lakin, onun sözlərinə əhəmiyyət verən olmamışdır. Təqsirləndirilən şəxslər evdəki ona məxsus əşyaları götürdükdən sonra onun yataq otağına salaraq oradan uzaqlaşmışlar. O, köynəklə bağlanmış əllərini açmış, lakin, aldığı xəsarətlərdən hərəkət etməyə halı olmadığı üçün evdən çıxa bilməmiş, bu səbəbdən, polisə məlumat verə bilməmişdir. Hadisədən iki gün sonra anası yaşadıqları ünvana geri qayıtdığı zaman o, baş verənləri anasına danışmış, anası DİN-nin 102 xidmətinə zəng edərək təqsirləndirlən şəxsləri hərəkətləri barədə polisə məlumat vermişdir. Hadisə zamanı X12 formal olaraq onu müdafiə etməyə çalışmış, lakin, hərəkətlərindən onlarla əlbir olduğu açıq şəkildə görünmüş, həmçinin, həmin şəxslərə evə qalxana qədər dəfələrlə telefon vasitəsi ilə sms yazışma aparmışdır. Təqsirləndirilən şəxs daha çox onu döyərək qulaq pərdəsini partlatmış, göz nahiyəsinə xəsarətlər yetirmişdir. X12 və X24 əvvəllər bir neçə dəfə onun yaşadığı ünvanda olmasına baxmayaraq, o, heç vaxt həmin şəxslərlə birgə evində içki məclisi təşkil etməmişdir. Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən X1 ona məxsus idman dəsti və 01 cüt kişi ayaqqabısı X6 əynində olmuşdur. Təqsirləndirilən şəxslər əllərində olan bıçaqla ona hədə-qorxu gəlməsinə baxmayaraq, bıçaqla ona hansısa xəsarət yetirməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı ifadəsini oxumadan imza etmiş, lakin, sonradan ona ittiham aktı təqdim edildiyi zaman müstəntiq tərəfindən ifadəsinin təhrif edildiyini müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən X18 izahatında göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsi daşıyır. X11, X12, Təqsirləndirilən şəxs, X24 və X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin ibtidai istintaq zamanı 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısı, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabı, 01 ədəd “Givency” firmasına məxsus idman dəsti cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmiş şəxs X22 təhvil verilmiş, bundan əlavə, Sabunçu RPİ-nin inzibati binasında onun iştirakı ilə zərərçəkmiş şəxsin anasına 6000 manat pul ödənilmişdir. Cinayət işinin istintaqı zamanı zərəçəkmiş şəxs X26 təqsirləndirilən şəxslərlə barışmasına, dəymiş ziyanın ödənildiyinə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasına dair ərizə təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsində olan 11 iyul 2023-cü il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd üzərində “Cat” sözləri yazılmış, istifadə olunmuş, qara rəngli pul kisəsini təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsində olan 11 iyul 2023-cü il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi haqqında protokoldan görünür ki, X12 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısını və 01 ədəd “Givency” firmasına məxsus idman dəstini təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-548/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqəsində olan 21 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxs X26 təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyanın ödənildiyindən onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 2-ci cildinin 56-57-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X30 1611 nömrəli, 13 iyul 2023cü il tarixli ekspert rəyindən görünür ki, X4 gözaltı və sol gicgah-təpə nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 2-ci cildinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1210 nömrəli, 14 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər, üzərində əlavə və dəyişiklik edilməyib. Cinayət işinin 2-ci cildinin 63-64-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 2200 nömrəli, 08 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-61-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5956 nömrəli, 01 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada “CAT” firmasının çiyinə keçirmə pul kisəsi 40 manat, “Prada” firmasının 1 cüt kişi ayaqqabısı 50 manat, “GİVENCHY” kişi idman şalvarı və gödəkçəsi dəsti 50 manat, ümumilikdə 140,00 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 143-164-cü vərəqəsində olan 21 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısı, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabı, 01 ədəd “Givency” firmasına məxsus idman dəsti cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmiş şəxs X22 təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 242-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X32 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X30 18-1-23/3-640/2024 nömrəli, 28 iyun 2024-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən “Ağcabədi RMX” PHŞ-nin cərrahiyyə şöbəsinə “kəskin apendisit” diaqnozu ilə daxil olmuş, “kəskin fleqmanoz apendisit yerli peretonit” diaqnozu ilə əməliyyat olunaraq xəstəxanada stasionar müalicəsi davam etdirilir. Cinayət işi materiallarında olan 4(008)-805/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 100/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat ayrılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, digər təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onların əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısının, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabının və 01 ədəd “Givency” firmasına məxsus idman dəstinin saxlanılması üçün zərərçəkmiş şəxs X22 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 01 cüt “Prada” firmasına məxsus kişi ayaqqabısının, 01 ədəd “Cat” firmasına məxsus çiyindən asılan pul qabının və 01 ədəd “Givency” firmasına məxsus idman dəstinin saxlanılması üçün zərərçəkmiş şəxs X22 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar