Məhkəmə qərarları › İş №1(008)-310/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-310/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-310/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı- Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Qədirov İlqar Hümmət oğlunun və 18 saylı vəkil bürosunun vəkili Tumasov Vüqar Əjdər oğlunun iştirakı ilə xx xxx 1994-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küç., ev 41-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov rayonu, «Azenko» adlanan binaların yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.596 və 3.588 qram olan, ümumi təmiz çəkisi isə 5.184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.328, 0.343, 0.346, 0.381 və 0.307 qram olan, ümumi təmiz çəkisi isə 1.705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0.2 qram təşkil edən dörd ədəd dairəvi formada, bir ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməkdaşlarının Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.596 və 3.588 qram olan, ümumi təmiz çəkisi isə 5.184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.328, 0.343, 0.346, 0.381 və 0.307 qram olan, ümumi təmiz çəkisi isə 1.705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0.2 qram təşkil edən 4 ədəd dairəvi formada, bir ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İsrayıl oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 3 ay olar ki, narkotik madələrdən istifadə etmişdir. Ehtiyaclarını ödəmək üçün narkotik vasitələri müxtəlif şəxslərdən alırdı. Lakin həmin şəxslərin adlarının nə olmasını, eyni zamanda harada yaşamaları barədə onda məlumat olmamışdır. Bakı şəh., Nərimanov rayonu ərazisində yerləşən «Azenco» binaların yanında üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 180 manat ödəyərək «kokos» və «şüşə» kimi deyilən heroin, metamfetamin adlı narkotik vasitələr əldə etmişdir. Həmin narkotik vasitələrin bir hissəsini istifadə etmiş və qalan hissəsini isə cibində saxlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:10 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Bəyaz» çay evində oturduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin əldə edilməsində, üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-in 13-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-in 13-cü PB-nə gəlmişdir. Bölmədə otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl polis əməkdaşları üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda könüllü təqdim etməyini təklif etmişlər. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd ayrı-ayrı sellofana bükülmüş «şüşə» adlandırılan metamfetamini, bir ədəd sellofanda dörd ədəd bütov, bir ədəd iki hissəyə bölünmüş metadom həblərini və bir ədəd sellofanda üç ədəd qara rəngli, iki ədəd qəhvəyi rəngli sellofana bükülmüş «kokos» kimi tanınan heroini və bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi predmetlərin nə olduğunu soruşmuşlar. O, təqdim etdiyi predmetləri narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetmanin və güclü təsir edən metadon olduğunu demişdir. Daha sonra polis əməkdaşları həmin predmetləri haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşar. Verilmiş suala cavab olaraq predmetləri təqribən üç gün əvvəl Bakı şəh., Nərimanov rayonu ərazisində yerləşən «Azenco» binların qarşısından tanımadığı şəxsdən 180 manata, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı İsmayıl Bəradər oğlu ifadəsində göstərmişdir ki, «Ramal» adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması, və onun qəbulu ilə məşğul olması barədə işlədiyi Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Ramal» adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə ondan və Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin sahə inspektoru F.T.Hüseynlidən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Bəyaz Saray» restoranının yaxınlığında zahiri əlamətləri «Ramal» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu 13cü Polis Bölməsinə dəvət etmişlər. Ramal onlarla razılaşaraq birlikdə» 13-cü Polis Bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Ramala hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Ramal əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofana bükülmüş ağ kristal maddə, bir ədəd sellofanda dörd ədəd bütöv formada bir ədəd iki hissəyə bölünmüş formada olan qəhvəyi rəngli həbləri, bir ədəd sellofanda üç qara rəngli, iki qəhvəyi rəngli olan və sellofana bükülmüş maddələri, həmçinin bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli kağızları təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələri Bakı şəh., Nərimanov rayonunda yerləşən «Azenko» binalarının yaxınlığında tanımadığı şəxsdən 180 manat şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İsmayıl Bəradər oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəh., Nərimanov rayonu, «Azenko» adlanan binaların yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.596 və 3.588 qram olan, ümumi təmiz çəkisi isə 5.184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.328, 0.343, 0.346, 0.381 və 0.307 qram olan, ümumi təmiz çəkisi isə 1.705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0.2 qram təşkil edən dörd ədəd dairəvi formada, bir ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar əldə edib üzərində saxlayaraq daşımışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu RPİ-in 13-cü PB-in əməkdaşlarının Sabunçu rayonu Bakıxanov qəsəbəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.596 və 3.588 qram olan, ümumi təmiz çəkisi isə 5.184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.328, 0.343, 0.346, 0.381 və 0.307 qram olan, ümumi təmiz çəkisi isə 1.705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi miqdarı 0.2 qram təşkil edən dörd ədəd dairəvi formada, bir ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Bakı şəh., Sabunçu RPİ-in 13-cü PB-in baş təhqiqatçısı, E.M.Quliyevin tərtib etdiyi «şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Sabunçu RPİ-in 13-cü PB-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş, ayrıayrılıqda təmiz çəkisi 1.596 və 3.588 qram olan, ümumi təmiz çəkisi isə 5.184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.328, 0.343, 0.346, 0.381 və 0.307 qram olan, ümumi təmiz çəkisi isə 1.705 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofanda ümumi miqdarı 0.2 qram təşkil edən dörd ədəd dairəvi formada, bir ədəd iki yerə bölünmüş metadon tərkibli preparatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən «Xiomi Redmi» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o xx xxxxxxx 2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Bəyaz» çay evində olan zaman ona polis əməkdaşları yaxınlaşıb onu Sabunçu RPİ-in 13-cü PB-nə gətirmişlər. Orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş metamfetamin, bir ədəd sellofanda metadon, bir ədəd sellofanda heroin aşkar edilərək götürülmüşdür. O həmin narkotik vasitələri təqribən 3 gün bundan əvvəl Nərimanov rayonunda tanımadığı şəxsdən 180 manata aldığını göstərmişdir. O həmin narkotik vasitələri satmaq məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün almış, ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. İş materiallarında olan «xxxxxxx» MMC-in istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə gələn-çıxan əlaqə zənglərini özündə əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2019- cu il tarixdə, saat 03:42 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «söz deyirəm kokos var? İstiyen var, tez yaz» məzmunlu sms mətni ötürülmüş, cavab olaraq «hə problem deyil» məzmunlu sms mətni alınmışdır. Lakin iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq müstəntiq Cavid İsayev tərəfindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan əlaqə zəng sahibləri işin mahiyyəti üzrə dindirilməmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni satdığı şəxslər, qabaqcadan əlbir olduğu bir qrup şəxslər müəyyən edilib ifşa edilməmiş, təqsirləndirilən şəxsin evində axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün üstündə gəzdirməsi barədə göstərməsi işin obyektiv hallarına uyğun deyildir. Məhkəmədən vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs İsmayıl oğlunun hərəkətlərində daha ağır cinayətin, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham sürülməsi məsələsinə baxılması üçün cinayət ihşinin baxılmasına xitam verilməsi və işin ibtidai raşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçilər vəsatətin əsassız olduğunu bildirərək, vəsatətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 318.2-2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ibtidai araşdırma aparıla bilər. Bu halda ibtidai araşdırma müddəti həmin iş prokurorluğa daxil olduğu vaxtdan əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Həmin Məcəllənin 318.2-3-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülməsi və işin aidiyyəti məhkəməyə göndərilməsi üçün kifayət hesab edildikdə bu Məcəllənin 284-297-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Bu halda cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olduqda məhkəmə icraatı bu Məcəllənin 298-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin ilkin hərəkətləri ilə başlayır. Həmin Məcəllənin 318.2-4-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunun həmin tələbindən göründüyü kimi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Cinayət Prosessual Məcəllənin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, Albabayev Ramal İsrayıl oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri xx xxxxxxx 2020-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 318, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Albabayev Ramal İsrayıl oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri xx xxxxxxx 2020-ci il tarixə kimi uzadılsın. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar