Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-310/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X27 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X4 qızının, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Rusiya Federasiyası, Leninqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olan, ünvan 1-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi-1,529 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 02 iyun 2024-cü il tarixdə saat 01:30-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yerləşən fərdi nömrəsiz evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi-1,529 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evdən çıxmış Sabunçuya, vağzala gəlmişdir, yanında bir uşaq da olmuşdur, onunla məhlədə qarşılaşmış, manatlıq taksiylə vağzalda düşmüşdür, vağzala düşən kimi polislər onu götürüblər, heçnədən xəbəri olmamışdır, bölməyə aparıblar, orada iki adam var idi, ata-bala olmuşlar, onları tanıyırdı, polisə işləyən şəxslər olmuşlar, onlar onun barəsində polisə məlumat vermişlər, bölmədə polis narkotiki onun qarşısına qoyub ona bildirmişdir ki, bu sənindir, səndən çıxıbdır, hadisəni görən şahidi də var. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polisə işləyən Şirin adlı şəxs və atası Elşən onu ələ vermişlər, əvvəllər qonşuları olmuşdur, hazırda qonşu deyillər, onlar bölmədə olduğu üçün, sonra da bölməyə ardınca gətirdikləri üçün ehtimal edir ki, onlar onu ələ vermişdir, onlarla orada söhbətləri olmamışdır, sadəcə polislə əməkdaşlıq etdikləri üçün elə fikirləşir, o maşından düşən kimi onu götürmüşlər, ona görə elə düşünür, onu şübhəli şəxs kimi saxlamayıblar, özünü ümumiyyətlə təqsirli bilmir, sonradan həmin şəxsləri görməmiş, onlarla danışmamışdır, o əvvəl də tutulmuşdur, imza çəkmişdir ki, sonradan vəziyyəti izah etsin, müstəntiq ona demişdir ki, araşdırar, ona görə də şikayət etməmişdir, polisdən kimə şikayət edəcəyini bilmir, iki dəfə məhkumluğu olub, CM-nin 177-ci və 234.1-ci maddələri ilə məhkumluğu olub, hazırki iş üzrə polis əməkdaşları tərəfindən ona fiziki təzyiq olub, döyüblər, xəsarət izi qalmamışdı, onu yerə yıxıb təpiklə vurmuşlar, sinəsindən yumruqla vurmuşlar, heç yerə müraciət etməmiş, həkimə göstərməmişdir, müvəqqəti saxlama yerinə daxil olan zaman da deməmişdir, ola bilər ki, izlər qalmışdır lakin o deməmişdir, təpik zərbələri ayağına və sifətinə vurulub, heç yerə şikayət etməmişdir, müstəntiqə demişdir, müstəntiq də təhqiqatçıya zəng etmişdir onlar öz aralarında danışmışlar, əvvəllər narkotik vasitə istifadə etmişdir, kiməsə pay verməmişdir, istifadəsində ********** mobil nömrəsi olub, daimi onda olmayıb, sonradan almışdır, təzə nömrədir, tutulmazdan 5-10 gün öncə almışdır, ondan əvvəl bakcell nömrəsi olub, əldən almışdır, tanış uşaqlardan almışdır, öz adına keçirmişdir, cinayət işi materiallarını görmüşdür, məzmunu ilə tanışdır, mesajlar ilə tanışdır, özü oxumamışdır, Whatsapp işlədir, sms yaza bilir, ona yazılan smsləri görməmişdir, sms işlətmir Whatsapp istifadə edir, ona sms yazan olub, həmin vaxt yazan şəxs sadə telefon işlədib ona görə sms yazıb, o vəkildən imtina etməmişdir, vəkilin iştirakını istəmişdir, lakin təmin olunmamışdır, istintaq dövründə smsləri soruşanda demişdir ki, ola bilsin ki, kimdənsə pul istəmişdir, müstəntiq də demişdir ki, satış yazışmalarıdır, yazsın ki bəxşiş vermişdir, hədələyiblər ki, CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklər, ona görə o cür ifadə vermişdir, müstəntiqin yanında 2, ya 3 dəfə olmuşdur, müstəntiqə bildirmişdir o kömək etməmişdir ona görə gözləmişdir ki məhkəmədə bildirsin, üzərinə baxış zamanı bükümü görmüş etiraz etmşdir ki, çoxdur, demişlər ki narahat olmasın, 234.1-ci maddə düşür, sonra götürmüşdür, onu vağzalın girişində saxlamışlar, smsləri kimin yazdığını bilmir, sms yazılan nömrələri görməmişdir, ********** mobil nömrə onundur, əvvəl narkotik vasitə istifadəçisi olmuşdur, smslərdəki “tema” narkotikdir, onun istifadəçi olduğunu bildiyi üçün ona yazıb ki “tema var”, həmin şəxs də istifadəçisidir, o zəng edir ki, kimdən tapmaq olar, istifadə edərkən bir-birlərinə yazmışlar ki, tanıdıqları varsa ondan narkotik alsın, həmin vaxt uzaqlaşmışdır ona görə heç kəsə cavab yazmamışdır, “əmanəti götürdüm, 1 ədəd telefon var” nə olduğunu bilmir, “kola” kakosdur(heroindir), “10luq” 10 manatlıq deməkdir, smsləri narkotik istifadə edənlər yazmışdır, onun xeyri o olacaqdır ki, gedib onunla götürüb o da birlikdə istifadə edəcəkdir, o da tapa bilməyəndə kiməsə müraciət edir, istifadə elədiyi az olanda deyir ki doburu bir şey versin, 4 gündür yazılıb, yəni o deməkdir ki, o camaatdan qaçır, kənara çəkilmişdir, həbsdən çıxmışdır, ona görə uzaqlaşmışdı, yazan şəxs özü tapsa ona müraciət etməz, onsuz da bükümdə az olur, istəməz kiminləsə bölsün, 40 manat smsində Şirin satan adamdır, ona deyir ki onunla danışsın, o isə uzaqlaşmışdır, o cavab verməmişdir ki elə bilsinlər həbsdədir, çıxmamışdır, həbsdən çıxandan sonra heç kimlə görüşməmişdir, istifadə edən vaxt idi ki, kimin üçünsə narkotik tapmışdır sonra birgə istifadə etmişlər, həbsdən çıxandan sonra olmamışdır, ********** nömrəsini tanımır, ola bilsin ki, ehtiyacı olduğu üçün xanım ona pul göndərib, ********** nömrəsini tanımır, yadında qalmayıb, Nihat məhlə uşağıdır. Videoçəkiliş qabaqcadan hazırlanmışdır, cibində narkotik olmamışdır, onlar özləri vermişdir, Şahid1 ona demişdir ki, bu cür desin, heç bir yerə şikayət etməmişdir, hara şikayət edəcəyini bilməmişdir, fikirləşmişdir ki, hamısını məhkəmədə deyər. Tutularkən yanında müdafiəçi olmamışdır. Video çəkilişdə də müdafiəçinin olması müəyyən olunmur. Vəkilin iştirakı olmadan keçirilməsi ilə bağlı sənəddəki imza onundur. Müdafiəçi müstəntiqdə ifadələri alınarkən yanında olmamışdır. İfadələri arasında ziddiyyət olduğundan ifadəsi elan olunmuş və təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsində göstərmişdir ki, o, mebel ustası işləyir. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvəllər Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum edilmişdir. Uzun müddətdir ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroini ineksiya yolu istifadə edir və arada bir isə “nəşə” kimi tanıdığı marixuana istifadə edir. Sonuncu dəfə 01 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün bir bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroini almış və üzərimdə saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 02 iyun 2024-cü il tarixdə saat 01:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində fərdi nömrəsiz evin yaxınlığında piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş onun adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt onun üzərində heç bir sənəd olmadığından və cibində narkotik vasitə heroin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan vermədikləri üçün o, polis əməkdaşlarının onun üzərində narkotik vasitə heroinin olmasından məlumatları olduğunu ehtimal edərək, özünü şübhəli aparmamışdır ki, polislər onu bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onunla bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımağında şübhəli olduğunu deyib, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Bu təklifdən sonra o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getmişdir. Yolda gedərkən o, üzərindəki içərisində narkotik vasitə heroin olan bükümü tullamaq istəsədə polis əməkdaşları buna imkan verməmiş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmiş və onun hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmişdir. Bundan sonra vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etdikdən sonra isə video çəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. O, üzərində narkotik vasitə heroin olduğundan müdafiəçinin bunu öz gözü ilə görməməsi və gələcəkdə onu ürəkdən müdafiə edə bilməsi üçün müdafiçənin iştirakını istəməmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, da artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan boz rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü və sağ yan cibindən isə özünə məxsus olan “Samsung Galaxy A10” markalı qırmızı rəngli mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, da səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kokos” olduğunu deyərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə və mobil telefon qablaşdırıiaraq möhürlənmiş bu barədə protokol tərtib edilmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü öz imzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir.Həmçinin istintaqa verdiyi ilkin ifadələrini təsdiq edərək əlavə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL- 2448/24 nömrəli içərisində onun istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsinə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01(bir) ədəd diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 09:20:53-də +**********72 saylı mobil nömrədən “Rasib nese var tema" məzmunda, xx.xx.2024-cii il tarixdə saat 21:07:54- də +**********99 saylı mobil nömrədən “Emantde gotrdum bidene de telfon var” məzmunda, 21.01,2024-cü il tarixdə saat 11:12:46 +**********21 saylı nömrədən “Rasim menem Ferud 10luh kola var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 11:49:08də +**********21 saylı mobil nömrədən “Ay qaqaw yanimda adam var mehlevize catirag 2deq 10m pul var patida var 2dene doburu bir sy ver patid” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 04:39:14-də +**********00 saylı mobil nömrədən “Rasim 4 gundu senin yanina deyirem azindan meni tanidin borca ceti ma qiymisan agrida qoyursan bizi senol sennen gozdemirem bele wey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:09:35 +**********57 saylı mobil nömrədən “Qaqaw eldar qapida seni gozduyur bayaxdan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 22:30:16 +**********08 saylı mobil nömrədən “zibilivi götür o adam seni ilişdirecek” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:39:55-də +**********12 saylı mobil nömrədən “Rasim sender alimir SA bil kelme sozdi” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:40:19-da +**********12 saylı mobil nömrədən “20 manat var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:50:48-də +**********12 saylı mobil nömrədən “Gelim siz terasim naruwnikin zarekqasi yoxdul 20 manat var gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:03:17-də +**********48 “Qaqa bazarda baglidi saatdan xeberim yoxdu sen deme 12imiw.inwallah tezden 5 manat sendedi. birde mencin imkan olsa seher tezden pulu goturum gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:04:36-də +**********48 “Eleye bilsun en azi 10saxla hec olmasa tezden addim gtmaqa hey olsun” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:07:47-də +**********38 saylı mobil nömrədən “Birde olarki senen bilkelme soz xayiw eliyim imkan daxilində eliye bilrsese de mene sene pul vuruşam nese goturmek olar” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:40:42-də +**********28 saylı mobil nömrədən “Atdim senen 40 manat” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:36-da +**********08 “Rasim sene bil iwim duwubdur ancag sene zeg eliyib dimeye utaniram diyene belecik yazib isdedim ata biyag elədiyim hem meni az oldu diyen vezetden cixmad” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:42-də +**********08 saylı mobil nömrədən “im hemde ata sen ol ozum olum biiisen necur tirixat tutub meni qacib vağzala gilmiwe egel sende nese varsa gelim mene nese vel yarim sagta bil sagta xec” məzmunda xx.xx.2024-cü il tarixdə saat 19:05:47-də +**********08 saylı mobil nömrədən “aletinen artglamsnan cixacam nolar ayaginda olum meni dis gunde qoyma dalim gelen geden mene bagir ata indi bideqe elimde pul yoxdul diye rahat zeg elyib” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:52-də +**********08 saylı mobil nömrədən “dilinen isdiye bilmirem utaniram maxma bilden yox diyesen nolar pulum olana kimi mene komey ele ayaginda olum ata cox disem” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 14:10:49- da +**********08 saylı mobil nömrədən “Ata sen 1 tolpagdan duzed dunan yali daw adinan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:26:32-də +**********08 saylı mobil nömrədən “Ata mende 40 mamat val wirinen daniw” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:37-də +**********78 saylı mobil nömrədən “Rasim sen balavin cani gör ne and verirəm 7m verecem 15tocka bisey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:38-də +**********78 saylı mobil nömrədən “duz qış ele de mene hele men 2saat zada gelecem and verdim seni” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “Rasim qaqamsan nolar yetim 15tocqa da olsa bisey duz qış ele saxlad” xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “@Atamin qebri 7m verecem gelen kimi” məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilmişdir. O, həmin şəxsləri tanımadığını, anket məlumatları barədə heçnə bilmədiyini, bundan başqa o, narkotik vasitə və ya psixotrop maddə satmadığını, özüdə narkotik istifadəçisi olduğu üçün ondan narkotik istəyən tanışlarına onları vəziyyətdən çıxarmaq üçün bəxşiş kimi verdiyini bildirmişdir. Verilmiş suallara cavabında istintaqdakı ifadəsini qəbul etmədiyini, müstəntiqin ona əhəmiyyət vermədiyini, dindirmə protokolunu oxumadığını, imza çəkdirdiklərini, bəxşiş verməsini müstəntiqin düz qeyd etməməsini, birlikdə bir neçə dəfə başqa şəxslərlə narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin Cinayət- axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən 02 iyun 2024-cü il tarixdə saat 01:30-da Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi fərdi nömrəsiz evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində heç bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər və həmin şəxsdə etiraz etməmişdir. Həmçinin sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs polis şöbəsinə aparılana qədər olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu narkotik vasitəni özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı polis kapitanı İsmayıllı İsmayıl tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş və vəkilinin iştirakı ilə keçirilməməsini xahiş etmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü və sol yan cibindən isə qırmızı rəngli “Samsung" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kokos” olduğunu 01 iyun 2024-cü il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə və “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış DİN-nin möhürü ilə möhürlənmiş, həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılma səbəbi narkotik vasitənin istifadəsi ilə bağlı olmuşdur. Üzərin axtarış və baxış təhqiqatçının otağında keçirilib, həmin zaman Bəkirov özü ərizə yazaraq müdafiəçinin iştirakından imtina etmişdir. Ona qarşı hər hansı ədavəti yoxdur. Onlarda Bəkirovun narkotik vasitənin satması ilə bağlı məlumat yoxdur. Ancaq istifadəçi kimi tanımışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Bəkirov düz danışmır, saxlanılarkən, axtarışda o da iştirak etmiş və bu video görüntüdə öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində saxlamışlar. Şahid1 ilə birlikdə olmuşdur. Bölmədə üzərinə video çəkiliş ilə baxış keçirilmiş, üzərindən çıxan narkotik vasitəni, telefonu çıxardaraq təhvil vermişdir. Həmin vasitəni Balaxanıdan şəxsi istifadəsi üçün aldığını demişdir. Müdafiəçi dəvət edildi, lakin özü ərizə yazaraq müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tutularkən satışla bağlı onlarda məlumat olmamışdır. Məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X12 ifadəsində göstərmişdir ki, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti 02 iyun 2024-cü il tarixdə gecə saat 03:30 radələrində aparılmışdır. Həmin vaxt müdafiəçi dəvət edilmiş və Bəkirov ərizə yazaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasını xahiş etmişdir. Bu səbəbdən də həmin istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmışdır. Həmin gecə müdafiəçinin iştirak etməməsi qeyrimümkündür, bu prosessual pozuntudur. Müdafiəçi Bəkirovla tanış olmuş və bunu sənədlərə imza etməklə təsdiq etmişdir. Gecə saat 03-04 radələri olduğu üçün müdafiəçi telefonunun gecə vaxtı anidən çıxdığı üçün evdə qaldığını bildirmişdir. Şəxsin ərizə əsasında müdafiəçi həmin istintaq hərəkətində iştirak etməmişdir. Özünü müdafiə məqsədilə müdafiəçinin yanında olmadığını deyir. Məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X16 ifadəsində göstərmişdir ki, müdafiəçi bütün istintaq hərəkətlərində iştirak etmiş, dindirmə zamanı heç bir konflikt yaranmamışdır. Təqsirləndirilən şəxsdə CM-nin 234.2-ci maddəsinə tövsif zamanı aqressiya yaranmışdır. Onunla heç bir qəsdi və qərəzi yoxdur. İfadəsini dediyi kimi yazmış, bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs oxumaqla müdafiəçisinin iştirakı ilə imzalamışlar. Lakin müdafiəçi ilə birlikdə özünü satışla təqsirli bilməyərək, bu barədə vəsatət vermiş və vəsatət əsassız hesab edilərək rədd edilmişdir. Aparılan istintaq hərəkətləri zamanı müdafiəçi iştirak edərək sənədləri öz imzası ilə təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, +702281938 saylı mobil nömrə ona məxsusdur və istifadəsində olmuşdur. Rasimi rus bazarından usta kimi tanıyır. Əvvəllər o da bazarda işləmişdir. Gündəlik işlə əlaqədar Rasimlə əlaqə saxlamışdır. Hazırda telefon istifadə etmir. 2-3 ay olar ki telefonu oğurlanıb. Rasimlə yazışdığı nömrə yadında deyil. Sms mətnini paltar almaq üçün, köməklik etmək məqsədi ilə yazmışdır. Minaya düşmüş, hazırda ağrıması onunla bağlıdır. Ola bilər həmin vaxt sərxoş olmuşdur. Nəsə deyəndə paltar nəzərdə tutmuşdur. Rasimin narkotik istifadə etməsi və ya satışla məşğul olması barədə məlumatı yoxdur. Smsin məzmunu narkotik üçün yozula bilməz. narkotik vasitələrdən istifadə etmir. Zəif şəkildə sms yaza və yeni qrafikanı bilir. O, narkotik vasitə istifadə etmir. Başı ağrıdığı üçün dərmanlar qəbul edir. Ehtiyacı olanda yəni pul lazım olanda Rasimə zəng edir. Rasimdən gürcü çaxırı almış, onunla dost kimi oturub çörək yeyib içki içmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, +**********48 saylı mobil nömrə onun adına olsa da, həmin nömrəni 2025-ci ilin iyul ayında əldə etmişdir. Bu səbəbdən də nömrənin əvvəl kimin adına olması və sms yazışmaları barədə məlumatı yoxdur. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı təkrar şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs təsiri altına ifadə vermişdir. Özünün də barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi məhkəmədə olmuşdur. Həmin məhkəmə baxışında narkotik vasitənin Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir. Rasimi bazardan tanımış və ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Əsasən narkotik vasitələri zəng vurmaqla və sms yazmaqla əldə etmişdir. Yazdığı sms mətnini də narkotik vasitə əldə etmək üçün yazmışdır. Özü əvvəlki məhkəmə iclasında narkotik vasitə istifadə etmədiyini bildirsə də, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə də üzərində narkotik vasitə olarkən tutulmuş və barəsində cinayət işinə baxılaraq hökm çıxarılmışdır. Dəqiq yadında deyil, amma Rasimdən 3-4 dəfə narkotik vasitə almışdır. Həmin smsi yanında olan qız yazmış, o da Rasimdən narkotik vasitəni gedib götürmüşdür. Əvvəlki ifadəsini Rasim məhkəmə iclasından qabaq ona necə var elə deməsini xahiş etmiş və onun əsasında gəlib Rasimdən narkotik vasitə əldə etmədiyini demişdir. Yekun olaraq hazırki ifadəsinin əsas götürülməsini, həqiqətin indi dediyi kimi olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v 1). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnu qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni, şalvarının sol yan cibindən bir ədəd mobil telefonu təqdim edərək, həmin maddənin narkotik vasitə bildiyi “kakos” olduğunu, Balaxanı qəsəbəsindən üzdən tanımadığı şəxsdən 30 manata alıb istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavabında 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq DİN zərflər üçün 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,529 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.31-35). “DVD diskdə olan video görüntüyə baxış keçirmə haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntü 05 dəqiqə 40 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı İsmayıllı İsmayıl özünü təqdim edir, sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyərək, daha sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddəni və sol yan cibindən isə qırmızı rəngli mobil telefonu masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün içərisində aşkar olunmuş maddənin “kokos” olduğunu, Balaxanıdan tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və mobil telefon qablaşdırılır və möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Bununla da şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqini tapmışdır. Bu barədə tərəfimdən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.63-64). “Baxış keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A 10” markalı mobil telefon qara rəngli ekran və qırmızı rəngli korpusdan ibarətdir. Mobil telefon işə salındıqda müəyyən edildi ki, “Samsung Galaxy A 10” markalı modeldir, üzərində 070 *** ** ** və 099 *** ** ** saylı GSM nömrələr vardır. Mobil telefonda olan mesajlar, zənglər, “vvatsApp” və s. baxış keçirildikdə iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi(i.v.81). “maddi sübut kimi tanıma haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsndan aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,529 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə maddi sübut hesab olunmuş, tədqiqata 0,10 qram sərf edilməsi nəzərə alınmaqla 1,429 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir( i.v.83-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 sentyabr 2024-cü il tarixli 6262 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.129-130). “Diskə baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-2448/24 nömrəli içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsinə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 (bir) ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 09:20:53-də +**********72 saylı mobil nömrədən “Rasib nese var tema” məzmunda, xx.xx.2024-cil il tarixdə saat 21:07:54- də +**********99 saylı mobil nömrədən “Emantde gotrdum bidene de telfon var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 11:12:46 +**********21 saylı nömrədən “Rasim menem Ferud 10luh kola var” məzmunda, xx.xx.2024-cü ii tarixdə saat 11:49:08-də +**********21 saylı mobil nömrədən “Ay qaqaw yanimda adam var mehlevize catirag 2deq 10m pul var patida var 2dene doburu bir sy ver patid” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 04:39:14-də +**********00 saylı mobil nömrədən “Rasim 4 gundu senin yanina deyirem azından meni tanidin borca ceti ma qiymisan agrida qoyursan bizi senol sennen gozdemirem bele wey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:09:35 +**********57 saylı mobil nömrədən “Qaqaw eldar qapida seni gozduyur bayaxdan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 22:30:16 +**********08 saylı mobil nömrədən “zibilivi götür o adam seni ilişdirecek” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:39:55-də +**********12 saylı mobil nömrədən “Rasim sender alimir SA bil kelme sozdi" məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01;40:19-da +**********12 saylı mobil nömrədən “20 manat var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:50:48-də +**********12 saylı mobil nömrədən “Gelim siz terasim naruwnikin zarekqasi yoxdul 20 manat var gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:03:17-də +**********48 “Qaqa bazarda baglidi saatdan xeberim yoxdu sen deme 12imiw.inwal!ah tezden 5 manat sendedi. birde mencin imkan olsa seher tezden pulu goturum gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:04:36-də +**********48 “Eleye bilsun en azi 10saxla hec olmasa tezden addim gtmaqa hey olsun” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:07:47-də +**********38 saylı mobil nömrədən “Birde olarki senen bilkelme soz xayiw eliyim imkan daxilinde eliye bilrsese de mene sene pul vuruşam nese goturmek olar” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:40:42-də +**********28 saylı mobil nömrədən “Atdim senen 40 manat" məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:36-da +**********08 “Rasim sene bil iwim duwubdur ancag sene zeg eliyib dimeye utaniram diyene belecik yazib isdedim ata biyag elediyim hem meni az oldu diyen vezetden cixmad” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:42-də +**********08 saylı mobil nömrədən “im hemde ata sen ol ozum olum bilisen necur tirixat tutub meni qacib vağzala gilmiwe egel sende nese varsa gelim mene nese vel yarım sagta bil sagta xec” məzmunda xx.xx.2024-cü il tarixdə saat 19:05:47-də +**********08 saylı mobil nömrədən “aletinen artglamsnan cixacam nolar ayaginda olum meni dis gunde qoyma dalim gelen geden mene bagir ata indi bideqe elimde pul yoxdul diye rahat zeg elyib” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:52-də +**********08 saylı mobil nömrədən “dilinen isdiye bilmirem utaniram maxma bilden yox diyesen nolar pulum olana kimi mene komey ele ayaginda olum ata cox disem” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 14:10:49-da +**********08 saylı mobil nömrədən “Ata sen 1 tolpagdan duzed dunan yali daw adinan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:26:32-də +**********08 saylı mobil nömrədən “Ata mende 40 mamat val wirinen daniw” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:37-də +**********78 saylı mobil nömrədən “Rasim sen balavin cani gör ne and verirəm 7m verecem 15tocka bisey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:38-də +**********78 saylı mobil nömrədən “duz qış ele de mene hele men 2saat zada gelecem and verdim seni” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “Rasim qaqamsan nolar yetim 15tocqa da olsa bisey duz qış ele saxlad” xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “@Atamin qebri 7m verecem gelen kimi” məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilmişdir(i.v.151-152). “maddi sübut kimi tanınma haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 21 yanvar 2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.153-155). “diskə baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 099 *** ** ** saylı telefon danışıqları məlumatlarında narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir(i.v.159). “diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 09:20:53-də +**********72 saylı mobil nömrədən “Rasib nese var tema” məzmunda, xx.xx.2024-cil il tarixdə saat 21:07:54-də +**********99 saylı mobil nömrədən “Emantde gotrdum bidene de telfon var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 11:12:46 +**********21 saylı nömrədən “Rasim menem Ferud 10luh kola var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 11:49:08-də +**********21 saylı mobil nömrədən “Ay qaqaw yanimda adam var mehlevize catirag 2deq 10m pul var patida var 2dene doburu bir sy ver patid” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 04:39:14-də +**********00 saylı mobil .nömrədən “Rasim 4 gundu senin yanina deyirem azindan meni tanidin borca ceti ma qiymisan agrida qoyursan bizi senol sennen gozdemirem bele wey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:09:35 +**********57 saylı mobil nömrədən “Qaqaw eldar qapida seni gozduyur bayaxdan” məzmunda, 23.01,2024-cü il tarixdə saat 22:30:16 +**********08 saylı mobil nömrədən “zibilivi götür o adam seni ilişdirəcək” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:39:55-də +**********12 saylı mobil nömrədən “Rasım sender alimir SA bil kelme sozdi” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:40:19-da +**********12 saylı mobil nömrədən “20 manat var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:50:48-də +**********12 saylı mobil nömrədən “Gelim siz terasim naruwnikin zarekqasi yoxdul 20 manat var gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:03:17də +**********48 “Qaqa bazarda baglidi saatdan xeberim yoxdu sen deme 12imiw.inwallah tezden 5 manat sendedi. birde mencin imkan olsa seher tezden pulu goturum gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:04:36-də +**********48 “Eleye bilsun en azi 10saxla hec olmasa tezden addim gtmaqa hey olsun” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:07:47-də +**********38 saylı mobil nömrədən “Birde olarki senen bikelme soz xayiw eliyim imkan daxilində eliye bilrsese de mene sene pul vurusam nese goturmek olar” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:40:42-də +**********28 saylı mobil nömrədən . “Atdim senen 40 manat” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:36-da +**********08 “Rasim sene bil iwim duwubdur ancag sene zeg eliyib dimeye utaniram diyene belecik yazib isdedim ata biyag elediyim hem meni az oldu diyen vezetden cixmad” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:42-də +**********08 saylı mobil nömrədən “im hemde ata sen ol ozum olum bilisen necur tirixat tutub meni qacib vagzala gilmiwe egel sende nese varsa gelim mene nese vel yarim sagta bil sagta xec” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:47-də +**********08 saylı mobil nömrədən “aletinen artglamsnan cixacam nolar ayaginda olum meni dis gunde qoyma dalim gelen geden mene bagir ata indi bideqe elimde pul yoxdul diye rahat zeg elyib” məzmunda, xx.xx.2024cü il tarixdə saat 19:05:52-də +**********08 saylı mobil nömrədən “dilinen isdiye bilmirem utaniram maxma bilden yox diyesen nolar pulum olana kimi mene komey ele ayaginda olum ata cox disem” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 14:10:49-da +**********08 saylı mobil nömrədən “Ata sen 1 tolpagdan duzed dunan yali daw adinan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:26:32-di +**********08 saylı mobil nömrədən “Ata mende 40 mamat val wirinen daniw” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:37-də +**********78 saylı mobil nömrədən “Rasim sen balavin cani gör ne and verirəm 7m verecem 15tocka bisey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:38-də +**********78 saylı mobil nömrədən “duz qış ele de mene hele men 2saat zada gelecem and verdim seni” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “Rasim qaqamsan nolar yetim 15tocqa da olsa bisey duz qış ele saxlad” xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “@Atamin qebri 7m verecem gelen kimi” məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilmişdir(i.v.188-189). “sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 1,529 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 1,429 qram hissəsi 03 iyun 2024-cü il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, iş üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL- 2448/24 nömrəli məktuba əlavə edilmiş 01 (bir) ədəd disk 24 fevral 2025-ci il tarixdə tərəfimdən maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə göndərilmişdir, iş üzrə təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3073 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 sentyabr 2024-cü il tarixli 6262 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir (i.v.198-208). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə, saat 01:30-dan tutulmuş hesab edilmişdir (i.v.14). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.48-49). “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, vəsatətin müdafiə olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.73- 75). “qətimkan tədbirinin seçilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.75-78,79). Əİavə edilmiş qəbzin surətindən görünür ki, “Samsung Galaxy A 10” markalı mobil telefonu Təqsirləndirilən şəxs saz vəziyyətdə təhvil almışdır(i.v 82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1; 69.4-cü maddələri ilə təqsirli bilinərək 2700 manat cərimə edilmiş, xx.xx.2013-cü il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır. xx.xx.2011-ci il tarixdə Suraxanı RPİ tərəfindən AR CM-nin 177.2.1; 177.2.2ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işininin icraatına xitam verilmişdir. Sabunçu rayon məhkəməsinin 06,05.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1,69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 02 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək AR CM-nin 234.1, 69,3-cü maddələrinə əsasən qəti olaraq 01 il 08 ay 20 gün müzddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2022-ci ildə Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 24 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2024-cü ildə cəza sonu ilə azad olunmuşdur(i.v.97-99). Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Vaqivoviçin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olmamışdır(i.v 96). 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.113-114). 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.116-117). Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Vaqivoviç könüllü şəkildə Sabunçu RPİ-nə gəlmişdir(i.v 119). 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Vaqivoviç barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır(i.v 120-121). 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.135-136). 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.148-149). “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir(i.v.160-162). Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir(i.v.167). “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.168-169). “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v.190-191). “vəsatətə baxılması haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib rədd edilmişdir(i.v. 193-194). İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü (X25) xx.xx.2018-ci il təvəllüdlü(X26) iki övladı var(i.v.211). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 il 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 08 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 01 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 18 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-310/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq təhvil verildiyindən təzələnmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Bakı şəhər Sabunçu RPİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 49/2-21332/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-yə əməliyyat-axtarış işinin, babelə ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar daxil olmamışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 30534 saylı məktubdan görünür ki, ********* saylı nömrə X11, ********* saylı mobil telefon nömrəsinin müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir və hazırkı dövrədək hər hansı bir şəxsin adına qeydiyyata alınmayıbdır. Həmin tarixədək mobil nömrə X7 adına olmuşdur. "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, ********* saylı nömrə SİMCELL MMC-nin, ********* saylı nörmə X17, ********* saylı nömrə X13, ********* saylı nömrə X22 adına, ********* saylı nömrə Şahid5, ********* saylı nömrə X14 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan zənglərin məxsusluq tarixçəsindən görünür ki, ********* saylı nömrə Şahid4, ********* saylı nömrə Şahid3, ********* saylı nömrə X2 məxsusdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 89213 saylı məktubdan görünür ki, ********* mobil telefon nömrəsinin qərarda göstərilən müddətlərdə mövcud olan istifadəsinin əhatə dairəsinə dair məlumat təqdim edilir. Hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hər hansı şanın ərazisində olma dəyişə bilər. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 9912 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən(AZ1034) Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xidmət aldığı(əhatə dairəsinə düşən) "xxxx" MMC-yə məxsus şanlarının siyahısı təqdim edilir(CD diskdə). Təqdim edilən siyahıda əks edilən şanların əhatə dairələrinin kəsişmə ehtimalı var. ünvan 2 ünvanında yerləşən(AZ1034) Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi "xxxx" MMC-yə məxsus “Bakıxanov qes.,” və “Bakıxanov hab.Arablinski str” şanlarının əhatə dairəsində deyildir. Eyni zamanda qeyd edilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunukasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin özünü təqsirli bilməməsinə və məhkəmə iclasında qeyd etdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını qeyd edərək, məhkəməyədək icraat dövründə etiraf edici ifadəsini ona qarşı fizki təsir tədbiri olması ilə əlaqədar verdiyini qeyd etmişdir. Ona verilmiş suallara cavabında isə sənədlərə imza çəkdiyini polisdən kimə şikayət edəcəyini bilmıdiyini, iki dəfə məhkumluğu olduğunu, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq olduğunu, döyüldüyünü, lakin bədənində xəsarət izləri qalmadığını, polis əməkdaşlarının onu yerə yıxıb təpiklə vurduğunu, sinəsindən yumruqla vurduğunu, heç yerə bu barədə müraciət etmədiyini, həkimə göstərmədiyini, müvəqqəti saxlama yerinə daxil olan zaman da demədiyini, heç yerə şikayət etmədiyini bildirmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən(şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının(onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Belə ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadəsində(i.v. 37-40), təqsirləndirilən şəxs kimi ifadəsinə(i.v. 58-60), təqsirləndirən şəxsin yenidən dindirilməsi zamanı ifadəsində(i.v 180-183), şəxsi axtarış və götürmə aparılması haqqında protokolda(i.v 26-27), bunu özündə əks etdirən video görüntülərdə, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Göründüyü kimi kimi təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda verdiyi ifadələrində özünü təqsirli bilmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə bir dəfə də olsun məhkəməyədək icraat dövründə məlumat verməmiş, əksinə olaraq həmin maddənin ona məxsus olmasını dəfələrlə qeyd etmişdir. Belə ki, təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə, saat 01:30-dan tutulmuş, 03 iyun 2024-cü il tarixli qərarla dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin imkanı olmuşdur ki, ifadəsində yazılanların doğru olmadığını bildirsin, buna dair etiraz və vəsatətlə istintaq orqanına müraciət etsin. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, hər hansı formada ona qarşı fiziki təsir halı olmuşdursa ona dair etirazını bildirmək imkanına malik olmuşdur. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təsir altında, yəni onun döyüldükdən sonra ifadə verməsi məhkəməyə inandırıcı gəlməmiş və özünü müdafiə xarakterli olaraq qiymətləndirilməlidir. Belə ki, əməl baş verən vaxt qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O, cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən Təqsirləndirilən şəxs 1,529 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Bu halların müəyyən edilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs saxlanılmasının əsasını Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis bölməsinin əməliyyat müvəkkillərinin 02 iyun 2024-cü il tarixli raportu olmuşdur. Göründüyü kimi onun saxlanılması üçün “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” hər-hansı qərar təşkil etməmişdir. Həmçinin də həmin qərarın məhkəmə qaydasında qanuni və əsaslı hesab edilməsi barədə də hər hansı qərar da iş materiallarında yoxdur. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alışverişin iştirakçıları-narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır(Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il). Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə əsas sübut onun istifadəsində olmuş telefonda olan nömrələrdən aşkar edilmiş aşağıdakı məzmunda olan mesajlar olmuşdur: xx.xx.2024-cü il tarixdə saat 09:20:53-də +**********72 saylı mobil nömrədən “Rasib nese var tema” məzmunda, xx.xx.2024-cil il tarixdə saat 21:07:54- də +**********99 saylı mobil nömrədən “Emantde gotrdum bidene de telfon var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 11:12:46 +**********21 saylı nömrədən “Rasim menem Ferud 10luh kola var” məzmunda, xx.xx.2024-cü ii tarixdə saat 11:49:08-də +**********21 saylı mobil nömrədən “Ay qaqaw yanimda adam var mehlevize catirag 2deq 10m pul var patida var 2dene doburu bir sy ver patid” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 04:39:14-də +**********00 saylı mobil nömrədən “Rasim 4 gundu senin yanina deyirem azından meni tanidin borca ceti ma qiymisan agrida qoyursan bizi senol sennen gozdemirem bele wey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:09:35 +**********57 saylı mobil nömrədən “Qaqaw eldar qapida seni gozduyur bayaxdan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 22:30:16 +**********08 saylı mobil nömrədən “zibilivi götür o adam seni ilişdirecek” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:39:55-də +**********12 saylı mobil nömrədən “Rasim sender alimir SA bil kelme sozdi" məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01;40:19-da +**********12 saylı mobil nömrədən “20 manat var” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 01:50:48-də +**********12 saylı mobil nömrədən “Gelim siz terasim naruwnikin zarekqasi yoxdul 20 manat var gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:03:17də +**********48 “Qaqa bazarda baglidi saatdan xeberim yoxdu sen deme 12imiw.inwal!ah tezden 5 manat sendedi. birde mencin imkan olsa seher tezden pulu goturum gelim” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:04:36-də +**********48 “Eleye bilsun en azi 10saxla hec olmasa tezden addim gtmaqa hey olsun” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:07:47-də +**********38 saylı mobil nömrədən “Birde olarki senen bilkelme soz xayiw eliyim imkan daxilinde eliye bilrsese de mene sene pul vuruşam nese goturmek olar” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 00:40:42-də +**********28 saylı mobil nömrədən “Atdim senen 40 manat" məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:36-da +**********08 “Rasim sene bil iwim duwubdur ancag sene zeg eliyib dimeye utaniram diyene belecik yazib isdedim ata biyag elediyim hem meni az oldu diyen vezetden cixmad” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 19:05:42-də +**********08 saylı mobil nömrədən “im hemde ata sen ol ozum olum bilisen necur tirixat tutub meni qacib vağzala gilmiwe egel sende nese varsa gelim mene nese vel yarım sagta bil sagta xec” məzmunda xx.xx.2024-cü il tarixdə saat 19:05:47-də +**********08 saylı mobil nömrədən “aletinen artglamsnan cixacam nolar ayaginda olum meni dis gunde qoyma dalim gelen geden mene bagir ata indi bideqe elimde pul yoxdul diye rahat zeg elyib” məzmunda, xx.xx.2024cü il tarixdə saat 19:05:52-də +**********08 saylı mobil nömrədən “dilinen isdiye bilmirem utaniram maxma bilden yox diyesen nolar pulum olana kimi mene komey ele ayaginda olum ata cox disem” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 14:10:49-da +**********08 saylı mobil nömrədən “Ata sen 1 tolpagdan duzed dunan yali daw adinan” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 23:26:32-də +**********08 saylı mobil nömrədən “Ata mende 40 mamat val wirinen daniw” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:37-də +**********78 saylı mobil nömrədən “Rasim sen balavin cani gör ne and verirəm 7m verecem 15tocka bisey” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 15:29:38-də +**********78 saylı mobil nömrədən “duz qış ele de mene hele men 2saat zada gelecem and verdim seni” məzmunda, xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “Rasim qaqamsan nolar yetim 15tocqa da olsa bisey duz qış ele saxlad” xx.xx.2024-cü il tarixdə saat 17:00:32-də +**********78 saylı mobil nömrədən “@Atamin qebri 7m verecem gelen kimi” məzmunda mesajlar olmuşdur. Məhkəmə mesajda göstərilən şəxslərin, həmin mesajları göndərmiş(göndərdiyi) şəxslərlə təqsirləndirilən şəxsin əlaqələrinə aydınlıq gətirmək və sms mətnlərin aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə suallar ünvanlamış və təqsirləndirilən şəxs cavabında ********** mobil nömrə onundur, əvvəl narkotik vasitə istifadəçisi olmuşdur, smslərdəki “tema” narkotikdir, onun istifadəçi olduğunu bildiyi üçün ona yazıb ki “tema var”, həmin şəxs də istifadəçisidir, o zəng edir ki, kimdən tapmaq olar, istifadə edərkən birbirlərinə yazmışlar ki, tanıdıqları varsa ondan narkotik alsın, həmin vaxt uzaqlaşmışdır ona görə heç kəsə cavab yazmamışdır, “əmanəti götürdüm, 1 ədəd telefon var” nə olduğunu bilmir, “kola” kakosdur(heroindir), “10luq” 10 manatlıq deməkdir, smsləri narkotik istifadə edənlər yazmışdır, onun xeyri o olacaqdır ki, gedib onunla götürüb o da birlikdə istifadə edəcəkdir, o da tapa bilməyəndə kiməsə müraciət edir, istifadə elədiyi az olanda deyir ki doburu bir şey versin, 4 gündür yazılıb, yəni o deməkdir ki, o camaatdan qaçır, kənara çəkilmişdir, həbsdən çıxmışdır, ona görə uzaqlaşmışdı, yazan şəxs özü tapsa ona müraciət etməz, onsuz da bükümdə az olur, istəməz kiminləsə bölsün, 40 manat sms-ində Şirin satan adamdır, ona deyir ki onunla danışsın, o isə uzaqlaşmışdır, o cavab verməmişdir ki elə bilsinlər həbsdədir, çıxmamışdır, həbsdən çıxandan sonra heç kimlə görüşməmişdir, istifadə edən vaxt idi ki, kimin üçünsə narkotik tapmışdır sonra birgə istifadə etmişlər, həbsdən çıxandan sonra olmamışdır, ********** nömrəsini tanımır, ola bilsin ki, ehtiyacı olduğu üçün xanım ona pul göndərib, ********** nömrəsini tanımır, yadında qalmayıb, Nihatın məhlə uşağı olduğunu qeyd etmişdir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs sms yazışmalarında olan terminlərin məzmununa aydınlıq gətirərək, həmin yazışmalarda qeyd edilən ifadələrin narkotik vasitə və psixotrop maddə olmasını, məbləğlərin miqdarını qeyd etmişdir. Məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən edilmiş mesajların mətnlərinin araşdırılması məqsədi ilə həmin nömrələrin məxsus olduğu şəxslərin bir qismi əlavə şahid qismində cəlb edilməklə dindirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, +702281938 saylı mobil nömrə ona məxsusdur və istifadəsində olmuşdur. Rasimi rus bazarından usta kimi tanıyır. Əvvəllər o da bazarda işləmişdir. Gündəlik işlə əlaqədar Rasimlə əlaqə saxlamışdır. Hazırda telefon istifadə etmir. 2-3 ay olar ki telefonu oğurlanıb. Rasimlə yazışdığı nömrə yadında deyil. Sms mətnini paltar almaq üçün, köməklik etmək məqsədi ilə yazmışdır. Minaya düşmüş, hazırda ağrıması onunla bağlıdır. Ola bilər həmin vaxt sərxoş olmuşdur. Nəsə deyəndə paltar nəzərdə tutmuşdur. Rasimin narkotik istifadə etməsi və ya satışla məşğul olması barədə məlumatı yoxdur. Smsin məzmunu narkotik üçün yozula bilməz. narkotik vasitələrdən istifadə etmir. Zəif şəkildə sms yaza və yeni qrafikanı bilir. O, narkotik vasitə istifadə etmir. Başı ağrıdığı üçün dərmanlar qəbul edir. Ehtiyacı olanda yəni pul lazım olanda Rasimə zəng edir. Rasimdən gürcü çaxırı almış, onunla dost kimi oturub çörək yeyib içki içmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, +**********48 saylı mobil nömrə onun adına olsa da, həmin nömrəni 2025-ci ilin iyul ayında əldə etmişdir. Bu səbəbdən də nömrənin əvvəl kimin adına olması və sms yazışmaları barədə məlumatı yoxdur. İttiham tərəfinin vəsatəti əsasında təkrar şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilmiş suallara cavabında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs təsiri altına ifadə vermişdir. Özünün də barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi məhkəmədə olmuşdur. Həmin məhkəmə baxışında narkotik vasitənin Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir. Rasimi bazardan tanımış və ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Əsasən narkotik vasitələri zəng vurmaqla və sms yazmaqla əldə etmişdir. Yazdığı sms mətnini də narkotik vasitə əldə etmək üçün yazmışdır. Özü əvvəlki məhkəmə iclasında narkotik vasitə istifadə etmədiyini bildirsə də, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə də üzərində narkotik vasitə olarkən tutulmuş və barəsində cinayət işinə baxılaraq hökm çıxarılmışdır. Yadında deyil, amma Rasimdən 3-4 dəfə narkotik vasitə almışdır. Həmin smsi yanında olan qız yazmış, o da Rasimdən narkotik vasitəni gedib götürmüşdür. Əvvəlki ifadəsini Rasim məhkəmə iclasından qabaq ona necə var elə deməsini xahiş etmiş və onun əsasında gəlib Rasimdən narkotik vasitə əldə etmədiyini demişdir. Yekun olaraq Rasim tutulub ona təsir göstərə bilmədiyi üçün hazırki ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Məhkəmə Şahid4 iki ifadəsi arasında ziddiyyətlə bağlı qeyd edir ki, Şahid4 əvvəlki ifadəsində ümumiyyətlə narkotik vasitədən istifadə etmədiyini, Sms mətnini paltar almaq üçün, köməklik etmək məqsədi ilə yazdığını, həmin vaxt sərxoş olduğunu, nəsə deyəndə paltar nəzərdə tutduğunu, Rasimin narkotik istifadə etməsi və ya satışla məşğul olması barədə məlumatı olmadığını, narkotik vasitələrdən istifadə etmədiyini qeyd etmişdir. Lakin təkrar ifadəsi alınarkən müəyyən edilmişdir ki, Rasimi bazardan tanımış və ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Əsasən narkotik vasitələri zəng vurmaqla və sms yazmaqla əldə etmişdir. Yazdığı sms mətnini də narkotik vasitə əldə etmək üçün yazmışdır. Özü əvvəlki məhkəmə iclasında narkotik vasitə istifadə etmədiyini bildirsə də, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə də üzərində narkotik vasitə olarkən tutulmuş və barəsində cinayət işinə baxılaraq hökm çıxarılmışdır. Yadında deyil, amma Rasimdən 3-4 dəfə narkotik vasitə almışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şahid4 CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmaqla barəsində ittihamedici hökm çıxarılmış, elə ilkin ifadəsində narkotik vasitədən istifadə etməməsini deməsi, onun ilkin ifadəsinin qeyri səməmi olmasına dəlalət edir. Həmçinin o, əvvəlki ifadəsini Rasim məhkəmə iclasından qabaq ona necə var elə deməsini xahiş etməsi və onun əsasında gəlib Rasimdən narkotik vasitə əldə etmədiyini demişdir. Yekun olaraq Rasim tutulub ona təsir göstərə bilmədiyi üçün hazırki ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Şahid4 məhkəmə istintaqı zamanı təkrar ifadəsi sübut növü kimi qiymətləndirilməlidir. Göründüyü kimi məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 xx.xx.2024-cü il tarixdə saat 23:07:47-də +**********38 saylı mobil nömrədən “Birde olarki senen bilkelme soz xayiw eliyim imkan daxilində eliye bilrsese de mene sene pul vuruşam nese goturmek olar” məzmunlu mesajı narkotik vasitə əldə etmək üçün yazmışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və sonuncu dəfə də üzərində narkotik vasitə olarkən tutulmuş və barəsində cinayət işinə baxılaraq hökm çıxarılmışdır. Rasimdən 3-4 dəfə narkotik vasitə almışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 təqsirləndirilən Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə alması və “Birde olarki senen bilkelme soz xayiw eliyim imkan daxilində eliye bilrsese de mene sene pul vuruşam nese goturmek olar” məzmunlu mesajı narkotik vasitənin əldə etməsi üçün yazması müəyyən edilmişdir. Məhkəmə mesaj mətnlərinin yazılması tarixlərinə münasibətdə qeyd edir ki, mesaj mətnlərinin tarixi xx.xx.2024-cü ildən-xx.xx.2024-cü ilədək olan vaxt dövrünü əhatə edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə sms məlumatlarının son yazılma tarixi şəxsin tutulduğu vaxtdan uzun müddət tarixinə olan mesajlar deyil, onun tutulması tarixinədək olan dövrü əhatə etmişdir. Məhkəmənin diqqətini çəkən məqamlardan biri də ondan ibarətdir ki, təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 30.012024-cü il tarixli qərarı ilə təqdimat təmin edilməklə, barəsində olan azadlığın məhdudlaşdırılması 01 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməklə məhkəmə iclas zalından həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müaəssisəsində çəkməklə müddətin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmış, xx.xx.2024-cü il tarixdə cəza sonu ilə azad olunmuşdur. Həmin tarix aralığında təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə mesajlar daxil olmamış, yalnız azad edildiyi vaxtdan sonra sms yazışmaları davam etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 1,529 qram narkotik vasitə heroinin miqdarı, həmin vasitənin satış məqsədi ilə əldə edilməsi üçün kifayət edə biləcək həddədir. Yuxarıda sadalanan mesaj yazışmaları əlavə şahid dindirilməklə tədqiq edildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop vasitələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni də satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmış olur. Şahid4 Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə və psixotrop maddə almasını bildirməsi, SMS mətnlərində olan “ifadələrin” təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz yayılmasına yönəldiyindən onların satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində yanında müdafiəçinin olmamasına münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, müdafiəçi onun iştirakı ilə aparılan istintaq hərəkətlərinin protokollarını öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə müdafiəçinin istifadəsində olan anten məlumatlarından görünür ki, müdafiəçi istintaq aparılan bütün istintaq hərəkətləri(dindirmə, yenidən dindirmə və s.) zamanı Sabunçu RPİ-nin inzibati binasının yerləşdiyi binanın inzibati ərazisində, yəni Bakıxanov qəsəbəsində olmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X16 ifadəsində göstərmişdir ki, müdafiəçi bütün istintaq hərəkətlərində iştirak etmiş, dindirmə zamanı heç bir konflikt yaranmamışdır. Təqsirləndirilən şəxsdə CM-nin 234.2-ci maddəsinə tövsif zamanı aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs ifadəsini dediyi kimi yazmış, bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs oxumaqla müdafiəçisinin iştirakı ilə imzalamışlar. Lakin müdafiəçi ilə birlikdə özünü satışla təqsirli bilməyərək, bu barədə vəsatət vermiş və vəsatət əsassız hesab edilərək rədd edilmişdir. Aparılan istintaq hərəkətləri zamanı müdafiəçi iştirak edərək sənədləri öz imzası ilə təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin tutularkən, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolda iştirak etməməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədən və müdafiəçi X5 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etməsi barədə ərizəsi mövcuddur. İstintaq orqanı Təqsirləndirilən şəxs qeyd edilən ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan video çəkilişlə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətini aparmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ərizənin onun tərəfindən yazıldığını və ərizədə olan imzanın ona məxsus olmasını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinin tələb etməsi barədə mövqeyi nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi imzalamamış, şübhəli şəxsin bu müraciəti üzrə isə heç bir qərar qəbul edilməmiş və protokol tərtib olunmamışdır. Şəxsi axtarışın aparılması zamanı isə Təqsirləndirilən şəxs CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının izah olunması 02 iyun 2024-cü il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri qeyd edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarında şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti aparılarkən müdafiəçinin istifadəsində olan mobil nömrənin Sabunçu qəsəbəsində deyil, Bakıxanov qəsəbəsində olması müəyyən edilmişdir. Göstərilən vəziyyətlə bağlı məhkəmə iclasında dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞnin təhqiqatçısı X12 göstərmişdir ki, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti 02 iyun 2024-cü il tarixdə gecə saat 03:30 radələrində aparılmışdır. Həmin vaxt müdafiəçi dəvət edilmiş və Bəkirov ərizə yazaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasını xahiş etmişdir. Bu səbəbdən də həmin istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan aparılmışdır. Həmin gecə müdafiəçinin iştirak etməməsi qeyri-mümkündür, bu prosessual pozuntudur. Müdafiəçi Bəkirovla tanış olmuş və bunu sənədlərə imza etməklə təsdiq etmişdir. Gecə saat 03-04 radələri olduğu üçün müdafiəçi telefonunun gecə vaxtı anidən çıxdığı üçün evdə qaldığını bildirmişdir. Şəxsin ərizə əsasında müdafiəçi həmin istintaq hərəkətində iştirak etməmişdir. Bundan əlavə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 9912 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən(AZ1034) Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xidmət aldığı(əhatə dairəsinə düşən) "xxxx" MMC-yə məxsus şanlarının siyahısı təqdim edilir(CD diskdə). Təqdim edilən siyahıda əks edilən şanların əhatə dairələrinin kəsişmə ehtimalı var. ünvan 2 ünvanında yerləşən(AZ1034) Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi "xxxx" MMC-yə məxsus “Bakıxanov qes.,” və “Bakıxanov hab.Arablinski str” şanlarının əhatə dairəsində deyildir. Eyni zamanda qeyd edilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunukasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Daxil olmuş sorğuya cavabdan da göründüyü kimi hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunukasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Nəzərə almaq lazımdır ki, Sabunçu və Bakıxanov qəsəbələri Sabunçu rayonun qəsəbələri olmaqla qonşuluqda yerləşən ərazi vahidləridir. Beləliklə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılarkən müdafiəçidən müvəqqəti imtina etməsi barədə ərizəsi əsasında aparılması arzu olunan hal hesab edilə bilməz. Bu hal əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə təsir göstərən amil hesab edilə bilməz. Buna baxmayaraq Təqsirləndirilən şəxs şübhəli şəxs kimi, təqsirləndirilən şəxs kimi, yenidən təqsirləndirilən şəxs kimi ifadələrində, şəxsi axtarış aparılması zamanı video görüntüdə üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Eyni zamandan iş materiallarında olan məcburi-narkoloji tibbi yoxlama rəyi ilə Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən olunur. Göründüyü kimi şəxsi axtarış və götürməni aparılması haqqında protokol, şahid ifadəsi ilə təqsirləndirilən şəxsin verdiyi ifadədə qeyd edilənlərə diqqət yetirdikdə hadisələrin mexanizminin eyni şəkildə göstərildiyi müəyyən edilir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı gətirdiyi dəlillərini özünü müdafiə xarakterli və öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmaların, məhkəmə istintaqı zamanı dindirilmiş əlavə şahid ifadəsi, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayəttərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması (CM-in 59.1.4) onun cəzasını yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin məhv edilməli, DVD və CD disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub müvafiq hesaba keçirilməlidir(CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,429 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-01 ədəd DVD, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs AZ.MEM VÖEN **********, X8, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 83 iş saatına (15s*6m=90m, 68s*11m=748m) görə 838 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X35ov
Məhkəmə qərarları › İş №1(008)-310/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-310/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver