Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-312/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair təqsirləndirilən şəxsxx.xx.2002-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı vəzifə bölgüsünə əsasən o, 01 avqust 2023-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” çimərliyində ‘'Yummy-Tummy” restoranında plastik çarpayının üzərində olan X2 məxsus qadın çantasının guya öz qohumuna məxsus olduğunu cinayətdən xəbərsiz olan iş yoldaşı yetkinlik yaşına çatmayan Şahid3 bildirərək sonuncu tərəfindən həmin çantanı götürüb çimərlikdə fəaliyyət göstərən ‘‘Rose Bar” restoranının yanına gətirməsinə nail olmuş, qrup üzvü Təqsirləndirilən şəxs2 Şahid3 çantanı götürdükdən sonra “Rose Bar” restoranının yanınadək aparmasım sığortalamış, o isə etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Rose Bar” restoranının yanında Şahid3 həmin çantanı alıb Təqsirləndirilən şəxs2la birlikdə oradan uzaqlaşaraq 900 manat dəyərində “Parfois” markalı qadın çantasını içərisində olan 500 manat dəyərində “Maykl Cours” markalı pul qabı, 1500 manat dəyərində "İphone 12” markalı mobil telefon, 2500 manat dəyərində 1 cüt qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızılı rəngli bijuteriya, 300 manat dəyərində 1 ədəd qızılı rəngli qolbaq, 80 manat dəyərində 1 ədəd “poverbank” aparatı, 200 manat dəyərində 1 ədəd “Airpod-2 Wireless” markalı qulaqcıq və 3 manat nağd pul vəsaiti ilə birlikdə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 6283 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 01 avqust 2023-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” çimərliyində "Yummy-Tummy” restoranında plastik çarpayının üzərində olan Zərərçəkmiş şəxs məxsus qadın çantasının guya öz qohumuna məxsus olduğunu cinayətdən xəbərsiz olan iş yoldaşı yetkinlik yaşına çatmayan Şahid3 bildirərək sonuncu tərəfindən həmin çantanı götürüb çimərlikdə fəaliyyət göstərən “Rose Bar” restoranının yanına gətirməsinə nail olmuş, o, qrup üzvü olaraq Şahid3 çantanı götürdükdən sonra “Rose Bar” restoranının yanınadək aparmasını sığortalamış, Təqsirləndirilən şəxs1 isə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Rose Bar” restoranının yanında Şahid3 həmin çantanı almış, o, avtomobilə əyləşərək Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan uzaqlaşaraq 900 manat dəyərində “Parfois” markalı qadın çantasını içərisində olan 500 manat dəyərində “Maykl Cours” markalı pul qabı, 1500 manat dəyərində “İphone 12” markalı mobil telefon, 2500 manat dəyərində 1 cüt qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızılı rəngli bijuteriya, 300 manat dəyərində 1 ədəd qızılı rəngli qolbaq, 80 manat dəyərində 1 ədəd “poverbank” aparatı, 200 manat dəyərində 1 ədəd “Airpod-2 Wireless” markalı qulaqcıq və 3 manat nağd pul vəsaiti ilə birlikdə gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 6283 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Həmin əməlinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verən ərəfədə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində “Yummy-Tummy” restoranında dönərçi olaraq çalışmışdır. Həmin restoranda 1 ildir ki, tanıdığı Kənan və 2 aydır ki, tanıdığı birgə çalışdığı Əli adlı şəxs də çalışmışdır. Kənan və Əli həmin restoranda ofisiant olaraq çalışmışlar. Hər ikisi ilə aralarında münasibətlər yaxşı olmuşdur. Belə ki, 01 avqust 2023-cü il tarixdə saat 16:30 radələrində Kənan və o, çimərlikdə olan zaman lejankalardan birinin üzərində qara rəngli çanta görmüşlər və həmin çantanı oğurlamaq qərarına gəlmişlər. İkisi aralarında qərara gəlmişlər ki, restoranda ofisiant işləyən Əli azyaşlı olduğundan ona bildirmədən onun vasitəsilə çantanı oğurlasınlar. O, Əlini yanına çağırıb ona bildirmişdir ki, lejankada qohumlarına məxsus çanta yaddan çıxaraq qalmış, çantanı götürüb üstünə yanındakı paltarı götürüb örtsün və "X10” restoranın içərisi ilə “Rose Bar” restoranının yanına gətirsin, o da avtomobili ilə gəlib çantanı ondan orada alacaq. Kənanla belə razılaşmışlar ki, Əli çantanı lejankadan götürüb uzaqlaşanadək onu müşahidə etməli imiş, kimsə görəcəyi təqdirdə ona deməli imiş ki, guya çantanın yaddan çıxdığını görmüş, itmiş əşya kimi saxlamaq üçün Əliyə götürüb gətirməyi tapşırmışdır. O isə çantanı Sea Breeze istirahət mərkəzindən çıxartmaq üçün etibarnamə əsasında idarə etdiyi, boz rəngli, **-HE- *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili "Rose Bar” restoranının yanına gətirməli imiş və Əlidən orada çantanı götürüb Kənanla getməli imiş. Avtomobili “Rose Bar” restoranının yaxınlığına gətirmək üçün “Sea Breeze” istirahət mərkəzinin duracağına getmiş və bir az sonra “Rose Bar” restoranının yanına gəlmişdir. O, ora gəldikdə Kənan və Əli orada olmuşdur. Kənanla oğurlamaq istədikləri qara rəngli çanta Əlinin əlində olmuşdur. Kənan çantanı Əlidən götürmüş və avtomobilə əyləşmiş və Əliyə işə qayıtmasını bildirmişdir. Kənanla birgə “Sea Breeze” istirahət mərəkəzinin duracağına getmişlər. Orada avtomobilin içərisində çantanın içərisinə baxmışlar. Çantanın içərisində İphone 12 markalı mobil telefon, qırmızı rəngli markasını bilmədiyi pul qabı, 2 manat pul, müxtəlif bank kartları, sənədlər, kosmetik ləvazimatlar, Power bank, adapter, paltarlar və digər xırda ləvazimatlar olmuşdur. Telefona görə tutulacaqlarından qorxub telefonu həmin ərazidə yerə tullamaq qərarına gəlmişlər. Kənan İphone 12 markalı mobil telefonu götürmüşdür. O, çantanın içərisindən çıxan 2 manatı da Kənana vermişdir. Çantanı isə avtomobilində saxlamışdır. Səhəri günü işə gəlmişlər. Kənan telefonun üzərində olduğunu bildirmişdir. Ona telefonu “Sea Breeze" istirahət mərkəzində çalışan məsul şəxslərdən kiməsə verməyi təklif etmişdir. Kənan da onunla razılaşmışdır. Birlikdə 02 avqust 2023-cü il tarixdə günorta saatlarında oğurladıqları İphone 12 markalı mobil telefonu Hüseyn adlı “Sea Breeze” istirahət mərkəzinin işçisinə vermişlər. Həmin şəxs mobil telefonun şəklini çəkmiş və “Sea Breeze” istirahət mərkəzinin işçilərinin olduğu “Whatsapp” qrupuna göndərmişdir. Bundan sonra işlərinə davam etmişlər. Əli həmin günü işə gəlməmişdir. O və Kənan çantanın içərisinə baxdıqda həmin çantadan “İphone 12” markalı mobil telefon, kosmetik ləvazimatlar, qırmızı rəngli pul qabı, içərisində 2 manat pul, şəxsiyyət vəsiqəsi, müxtəlif bank kartları, adapter, powerbank, paltarlar, bijuteriyalar olmuşdur. Oğurluq hadisəsini ətrafda görən olmamış və Əli həmin qadın çantasını “lejanka” nın üzərindən gizli götürəndə buna heç kim şahid olmamışdır. Əlinin onun və Kənanın qeyd olunan çantanı oğurlamaq niyyətlərindən və onun Təqsirləndirilən şəxs2la qabaqcadan oğurluq barədə razılığa gəldiklərin məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə məxsus çanta içərisindəki əşyalarla birlikdə geri qaytarılmışdır. Əməlindən peşmandır. İlk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verən ərəfədə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində “Yummy-Tummy” restoranında ofisiant olaraq işləmiş və günlük 25-30 manat qazanc əldə etmişdir. Şahid3 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla heç bir ədavəti və düşmənçilyi yoxdur. Rəvan onun işlədiyi restoranda dönərçi, Əli isə ofisiant işləmişdir. 01 avqust 2023-cü il tarixdə saat 16:30 radələrində Rəvan onu çağıraraq çimərlikdə “lejankaları” göstərmiş və orada göstərdiyi qara rəngli çantanı oğurlamaq istədiyini demişdir. Ona hər yerin kamera olduğunu, tutula biləcəklərini bildirmişdir. Sonuncu ona bildirmişdir ki, çantanı Əlinin vasitəsilə lejankadan götürmək olar, amma oğurluq etmək niyyətləri barədə Əliyə heç bir söz deməməyi tapşırmışdır. O da razılaşmışdır. İkisi aralarında qərara gəlmişlər ki, restoranda ofisiant işləyən Əli azyaşlı olduğundan ona bildirmədən onun vasitəsilə çantanı oğurlasınlar. Bundan sonra Rəvan Əlini yanına çağırıb sonuncuya bildirmişdir ki, lejankada guya qohumlarına məxsus çanta yaddan çıxaraq qalmış, çantanı götürüb üstünə yanındakı paltarı götürüb örtsün və “X10” restoranın içərisi ilə “Rose Bar” restoranının yanına gətirsin, özü də avtomobili ilə gəlib çantanı ondan orada alacaq. Rəvanla belə razılığa gəlmişlər ki, Əli çantanı lejankadan götürüb uzaqlaşanadək o, sonuncunu müşahidə etməli imiş, kimsə görəcəyi halda ona deməli imiş ki, guya çantanın yaddan çıxdığını görmüş, ona görə itmiş əşya kimi saxlamaq üçün Əliyə çantanı götürüb gətirməyi tapşırmışdır. Rəvan isə çantanı “Sea Breeze” istirahət mərkəzindən çıxartmaq üçün idarə etdiyi “Toyota Prius” markalı avtomobili “Rose Bar” restoranının yanına gətirməli imiş ki, Əlidən orada çantanı götürüb birlikdə getsinlər. Rəvan avtomobili “Rose Bar” restoranının yaxınlığına gətirmək üçün “Sea Breeze” istirahət mərkəzinin duracağına getmişdir. O da hovuzun kənarı ilə Rəvanın avtomobillə gələcəyi “Rose Bar” restoranının yaxınlığına getmişdir. Əli ilə orada Rəvanı gözləmişdir. Əli də əlində çanta ilə onun yanında olmuşdur. Bir qədər sonra Rəvan avtomobillə “Rose Bar” restoranının yanına gəlmiş və avtomobili ağaclığa çəkmişdir. Rəvan Ətiyə çantanı avtomobilin yük yerinə qoymağı bildirmişdir. Əli də çantanı avtomobilin yük yerinə qoymuşdur. X9 işə qayıtmasını tapşırmış, ona isə avtomobilə əyləşməyini bildirmişdir. O, avtomobilə əyləşmiş və birlikdə avtoduracağa getmişlər. Orada Rəvan çantanı açmış, çanta qara rəngli olmuş, içərisində “İphone” markalı telefon olmuşdur. Telefonu görən kimi "Rəvan zibilə düşəcik, gəl qaytaraq geriyə qoyaq" demişdir. Rəvan ona “gecdir, aparsan daha da zibil düşərik” demişdir. Sonra Rəvan pul qabını açmış və "pul zad yoxdur” demişdir. Bundan əlavə çantanın içərisində paltar, kosmetik ləvazimatlar, bijuteriyalar, poverbank və sairə olmuşdur. Çantanın içərisində dəyərli heç bir şey tapmadıqda o, yenə də Rəvana çantanı geri qaytarmalı olduqlarını bildirmişdir. Rəvan isə əksini düşünmüş və “olmaz” demişdir. Rəvan bundan sonra telefonu çimərliyin ətrafında bir yerə atmalı olduqlarını bildirmiş və telefonu salfetkaya bükərək ona vermişdir. O, həmin telefonu çalışdığı restoranın yaxınlığında hovuzun kənarında ağaclıq bir yerə atmışdır. Həmin günü axşam Rəvana zəng edərək məsələnin nə yerdə qaldığını soruşmuş, sonuncu ona polislərin gəlib kameraya baxdığını Əlinin kameraya düşmədiyini, narahat olmamağını demişdir. Səhəri günü, yəni 02 avqust 2023-cü il tarixdə işə gəlmiş və oğurladıqları telefonu atdığı yerə baxmış və telefonun orada olduğunu görmüşdür. Telefonu götürüb “Sea Breeze” istirahət mərkəzinin işçisi olan Hüseyn adlı şəxsə vermişdir. Bu zaman Rəvan da onunla birlikdə olmuşdur. Hüseyn “Sea Breeze" istirahət mərkəzinin işçilərinin olduğu “Whatsap” qrupuna həmin “İphone 12” markalı telefonun şəklini atmışdır. Bundan sonra işlərinə davam etmişlər. Sonra isə 42-ci PB-nin əməkdaşları hadisənin üstünü açmışlar və onu da həmin PB-nə aparmışlar və o, izahatında olan hadisələri etiraf etmişdir. Çantanın içərisinə baxdıqda həmin çantadan İphone markalı mobil telefonun, çantanın içərisindəki pul qabıdan 3 manat pul çıxdığını görmüşdür. İphone telefonuna görə tapılacaqlarını bildiyindən qorxuya düşmüşdür. Bu səbəbdən çantanın içərisində dəqiq nə olduğunu xatırlamır. Yadında qalan çantanın içərisində ayrıca pul qabının olması, pul qabının içərisində 3 manat pul, kosmetik əşyalar, adapter, poverbank və pal-paltar olmuşdur. Rəvan avtomobilə oturduqdan sonra ona 2 manat pu! vermişdir. Oğurluq hadisəsini ətrafda görən olmamış və Əli həmin qadın çantasını “lejanka" nın üzərindən gizli götürəndə buna heç kim şahid olmamışdır. Əlinin onun və Rəvanın qeyd olunan çantanı oğurlamaq niyyətindən və onun Təqsirləndirilən şəxs1lə qabaqcadan oğurluq barədə razılığa gəldiklərindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə məxsus çanta içərisindəki əşyalarla birlikdə geri qaytarılmışdır. Əməlindən peşmandır. İlk dəfə cinayət törətməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində istirahət etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzinə getmiş, “Sea Breeze” istirahət mərkəzində “X10" yazılı restoranın yanında ümumi çimərlikdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində çimərlikdə olan “Lejanka”-ya yaxınlaşdıqda “Parfois” markalı qara rəngli çantasının həmin yerdə olmadığını aşkar etmiş, ətrafda istirahət edən şəxslərdən bu barədə soruşduqda onlar heç nə görmədiklərini bildirmişlər. O, başqa şəxsin mobil nömrəsi ilə zəng edərək bu barədə anasına bildirmiş, bundan sonra o, çantasının və içərisində olan “İphone 12” markalı mobil telefonunun, müxtəlif bank kartlarının, 1 cüt qızıl sırğa, bijuteriya əşyalarının oğurlanması barədə “Sea Breeze” istirahət mərkəzinin əməkdaşlarına məlumat vermişdir. Həmin gün axşam saatlarında anası Şahid2 “Sea Breeze” istirahət mərkəzinə gəldikdən sonra çantasının tapılmadığını görüb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin hadisə zamanı oğurlanan çantası qiyməti 900 manat olan “Parfois” markalı çanta olmuş, həmin çantanın içərisində “Maykl Cours” markalı 500 manat dəyərində pul qabı, 1500 manat dəyərində “İphone 12” markalı mobil telefon, 2500 manat dəyərində 1 cüt qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızılı rəngli bijuteriya, 300 manat dəyərində 1 ədəd qızılı rəngli qolbaq, 80 manat dəyərində “poverbank”, 200 manat dəyərində “Airpod-2 Wireless” markalı qulaqcıq, 2 ədəd Kapital bank kartı, Beynəlxalq Banka məxsus 2 ədəd plastik kart, şəxsiyyət vəsiqəsi və digər sənədləri və 3 manat nağd pul olmuşdur. Oğurlanmış telefonunda ***-***- **-** saylı mobil nömrə olmuşdur, İmei 1:**********26883, İmei2: **********0676 kodları olmuşdur. Oğurlanan kartların 7 ədədi Kapital Banka, 1 ədədi isə LEO banka məxsus olmuşdur. Əşyalardan “Airpod-2 Wireless” markalı qulaqcıq istisna olmaqla digər əşyaların hamısı ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yay aylarında “Sea Breeze” istirahət mərkəzində supervayzer olaraq çalışır. İstirahət mərkəzində olan ümumi hovuza nəzarət edir və artıq ikinci sezondur ki, orada işləyir. 02 avqust 2023-cü il tarixdə günorta saatlarında çalışdığı istirahət mərkəzində “Yummy Tummy" kafesində çalışan Kənan adlı şəxs ona yaxınlaşaraq “İphone 12” markalı mobil telefon təqdim etmiş və onu ərazidə yerdən tapdığını bildirmişdir. O, həmin şəxsdən mobil telefonu təhvil götürmüşdür, iş prosesində bu kimi hallarda onlar itən əşyaların şəklini “Sea Breeze” istirahət mərkəzinin çalışanlarının olduğu “Whatsap” qrupuna göndərirlər. O da belə etmişdir. Bir az sonra polis əməkdaşları gəlmişlər və telefona baxmışlar. Həmin telefonun oğurluq olmasını bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarına telefonu ona kimin təqdim etdiyini bildirmiş və mobil telefonu da polis əməkdaşlarına təhvil vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzinin çimərliyinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Sea Breeze” istirahət mərkəzində supervayzer çalışan Şahid1 “İphone 12” markalı mobil telefon işlək vəziyyətdə maddi sübut olaraq götürülmüşdür. Şahid1 təhvil verdiyi mobil telefonun istirahət mərkəzində “Yummy-Tummy” kafesində ofisiant olaraq çalışan Kənan adlı şəxsin gətirib verməsini, ona ərazidən tapdığını deməsini bildirmişdir. “İphone 12” markalı mobil telefonun İMEİ kodu yoxlanılmış və zərfdə qablaşdırılaraq imzalanmışdır. - zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. - şübhəli şəsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Sabunçu RPİnin MSY-dən azad olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Sabunçu RPİnin MSY-dən azad olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi 01 ədəd “Parfois” markalı qadın çantası içərisində olan “Maykt Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank”, 01 ədəd qulaqcıq, 2 ədəd “Kapital Bank” a aid plastik kart, 2 ədəd “Beynəlxalq Bank” a aid plastik kart, şəxsiyyət vəsiqəsi, geyim və kosmetika əşyaları ilə birlikdə ondan götürülmüşdür. - 10 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 01 ədəd “İphone 12” markalı mobil telefonu, 01 ədəd “Parfois” markalı qadın çantasını və içərisində olan “Maykl Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank", 01 ədəd qulaqcıq, 2 ədəd “Kapital Bank” a aid plastik kart, 2 ədəd “Beynəlxalq Bank” a aid plastik kart, şəxsiyyət vəsiqəsi, geyim və kosmetika əşyalarını nəzərdən keçirib həmin əşyaların və sənədlərin ona məxsus olmaqla 01 avqust 2023-cü i! tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi “Sea Breeze” çimərliyində oğurlanmış əşyalar olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, 01 ədəd “İphone 12” markalı mobil telefon, 01 ədəd “Parfois” markalı qadın çantası içərisində olan “Maykl Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank”, 01 ədəd qulaqcıq, geyim və kosmetika əşyaları ilə birlikdə qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. - Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs1 qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma dövründə əldə edilmiş 01 ədəd “İphone 12” markalı mobil telefon, 01 ədəd “Parfois” markalı qadın çantası və içərisində olan “Maykl Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank", 01 ədəd qulaqcıq, geyim və kosmetika əşyaları ilə birlikdə maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduqları 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün azadlığın məhdudlaşdırılması cəzası onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yerləri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “İphone 12” markalı mobil telefonun, 01 ədəd “Parfois” markalı qadın çantasının içərisində olan “Maykl Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank", 01 ədəd qulaqcıq, geyim və kosmetika əşyaları ilə birlikdə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2ı axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “İphone 12” markalı mobil telefonun, 01 ədəd “Parfois” markalı qadın çantasının içərisində olan “Maykl Cours” markalı pul qabı, 1 cüt qızıl sırğa, 1 cüt qızılı rəngli bijuteriya, 1 ədəd qızılı rəngli qolbaq, 01 ədəd “poverbank", 01 ədəd qulaqcıq, geyim və kosmetika əşyaları ilə birlikdə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma sərf etdiyi 4 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 24 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra hüquqi yardıma sərf etdiyi 16 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 176 manat məbləğində vəsait, cəmi 200 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-312/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-312/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver