Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-313/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1995-ci il tarixdə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən, nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərədə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmişdir. Belə ki, o, 12 iyun 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən ünvanında hər hansı bir əsaslı səbəb olmadan, yəni həmin ünvanda qonşuluqda yaşayan qeyri-rəsmi münasibətdə olduğu Şahid1 qışıqıraraq kömək istəməsini eşidib Şahid1 səsinə gələn atası Zərərçəkmiş şəxs2 məsələyə aydınlıq gətirmək üçün qızı Şahid1 yaşadığı fərdi həyət evinin küçə qapısını döydükdən sonra qapını açaraq heç bir söz demədən Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 gözü qarşısında xüsusi amansızlıqla, ağır iztirablar verməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, xuliqanlıq niyyəti ilə qəsdən əlində olan silah qismində istifadə etdiyi baltanın küt hissəsi ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə və sonra bədənənin müxtəlif nahiyələrinə təpik zərbələri vurub Zərərçəkmiş şəxs2 burun dəlikləri vasitəsilə tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerini dəyişən qəlpəli sınığı, sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması, sağ əlin əzilmiş səthi yarası, sağ dirsək və sol diz oynağı nahiylərinin sıyrıqları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurduqdan sonra hərəkətlərini davam etdirib ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək onun qanunsuz hərəkətlərinin qarşısını alan Zərərçəkmiş şəxs3 fiziki ağrı yetirib müqavimət göstərərək zor tətbiq edib ayaq zərbələri ilə Zərərçəkmiş şəxs3 vurmuş, daha sonra Zərərçəkmiş şəxs2 yaşadığı evin hasarına çıxaraq silah qismində istifadə etdiyi mişar daşları ilə dam örtüyünü vurub hər birinin qiyməti 18 manat 50 qəpik təşkil edən cəmi 333 manat dəyərində 18 ədəd dam örtüyünü yararsız hala salıb məhv edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 16 avqust 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən “MSOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarında olan İşıq dirəyinin yanında tanışı X9 ilə birlikdə bir qrup şəxs tərəfindən ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs4 onlardan siqaret istəməsini cüzi səbəb kimi bəhanə edərək əvvəlcə Əliyev Əlyar Vəli oğlu silah qismində istifadə etdiyi bıçağın dəstəyinin arxası ilə bir dəfə zərbə ilə Zərərçəkmiş şəxs4 baş nahiyəsinə vuraraq ona sol təpə nahiyəsinin səthi əzilmiş yarası, daha sonra isə o, Əlyar Əliyevlə birlikdə Zərərçəkmiş şəxs4 əl və ayaq zərbələri vuraraq Zərərçəkmiş şəxs4 sağ bazu, sağ çiyin, sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları ilə nətəcələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin ediməyən xəsarətlər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 09 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində bina evinin qarşısında orta alkoqol sərxoşluğu vəziyyətində ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs1 09 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Firuzə” şadlıq sarayında keçirilən məclisdə musiqiçilərdən ifa edilən musiqini davam etdirməsini xahişini cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən qəsdən vuraraq ona sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvasıətrafı nahiyəsinin sıyrığı-qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən zərər vurub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Əntiqə adlı qadınla qeyri-rəsmi olaraq yaşamışdır. Zərərçəkmiş şəxs2 da Əntiqənin atası olmuşdur. xx.xx.2021-ci il tarixdə gecə təxminən saat 02 radələrində Əntiqənin evində olan zaman onunla aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs2 qızı Əntiqənin evinə yaxın qaldığından onların səs-küyünü eşidib gəlmişdir. Qapını açıb çölə çıxanda Zərərçəkmiş şəxs2 balta ilə onu vurmuşdur. Balta onun çiynindən dəymişdir. Bu zaman o da Aydını sillə ilə vurmuş, balta əlindən yerə düşmüşdür. Daha sonra o, xəstəxanaya getmişdir. Bir həftə xəstəxanada yatmışdır. O, baş vermiş hadisə barədə polisə şikayət etməmişdir. Lakin Zərərçəkmiş şəxs2 polisə şikayət etmişdir ki, guya onu baltanın küt hissəsi ilə vurmuşdur. Belə bir hadisə baş verməmişdir. Zərərçəkmiş şəxs2 ona balta atmışdır. O, da Aydını vurmuş, balta əlindən yerə düşmüşdür. Zərərçəkmiş şəxs3 vurmamışdır. Onların evinin damına çıxıb oradakı şiferləri sındırmamışdır. Yanacaq doldurma məntəqəsində baş vermiş hadisə ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs4 narkotik vasitə satan biri kimi tanımışdır. 16 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində Əliyarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən “MSOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman Süleyman ona yaxınlaşaraq ondan siqaret istəmişdir. O, da Süleymana narkotik satan olduğu üçün ona siqaret düşmədiyini qeyd edərək ona siqaret verməkdən imtina etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Süleyman bıçaq çıxardıb Əliyarı vurmaq istəyən zəman təpiklə Süleymanı vurmuş, bıçaq onun əlindən yerə düşmüşdür. Sonra səhv etmirsə Əliyar onu bıçağın arxa hissəsi ilə vurmaq istəmişdir. Süleyman isə qaçıb getdiyindən vura bilməmişdir. İttihamda qeyd edildiyi kimi Süleymanı yerdə təpiklə vurmaları, onun başından xəsarət yetirmələri halı baş verməmişdir. Digər epizod üzrə isə bildirir ki, Əliyar oğlu Elyarın hərbi xidmətə getməsi münasibəti ilə 09 mart 2024-cü il tarixdə saat 17-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sayarında qonaqlıq verdiyindən həmin qonaqlıqda o da iştirak etmişdir. Musiqiçilər getmək istəyən zaman məclisdə iştirak edən sonradan adının Zöhrab olduğunu bildiyi şəxs qazi mahnısı sifariş verdiyi halda musqinin dayanadırılmasına söyüş söyərək etiraz etmişdir. Bu zaman o, həmin şəxsə yaxınlaşaraq orada qadınların olmasını bildirərək söyüş söyməməsini demişdir. Bununla bağlı aralarında sözlə mübahisə olmuşdur. Sonra o, məclisdən çıxıb getmişdir. O evə gedən zaman Zöhrab adlı şəxs dostu ilə birlikdə ona yaxınlaşıb təhqiramiz ifadələr işlətmiş, Zöhrab əlini belinə atanda bıçaq çıxartdığını düşünüb Zöhrabın sifətinə yumruqla zərbə endirmişdir. Bundan sonra Zöhrabın dostu qaçıb getmişdir. Həmin vaxt yoldan keçən post patrul xidmətinin əməkdaşları onların mübahisə etdiklərini görüb avtomobili saxlamışlar və sonra onları 13-cü Polis Şöbəsinə gətirmişlər. Onun işinə düzgün baxılmamışdır. Baş vermiş hadisələrdə onun heç bir günahı olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən 04 il azdlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti cəzaya, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 mart 2019-cu ildə ölkə Prezidentinin fərmanı ilə əfv edilərək cəzadan azad edilmişdir. Təxminən 2-3 olar ki, Zərərçəkmiş şəxs2 qızı Şahid1 ilə qeyri rəsmi ər-arvad münasibətlərində yaşamışdır. Əntiqənin evi atasının yaşadığı evin arxa tərəfində yerləşsə də giriş-çıxışı əks yola baxır. 12 iyun 2021-ci il tarixdə gecə saat 02:30-radələrində o, sərxoş vəziyyətdə Əntiqənin yaşadığı evin həyətinə daxil olmuş və bu zaman su çənindən suyun küçəyə axdığını görmüşdür. Bu zaman evin darvzasının döyüldüyünü eşidib darvazanı açmış, Əntiqənin atası onu görüb onunla mübahisə etməyə başlamışdır. Həyətdə olan baltanı götürüb bir söz demədən baltanın dəmirdən olan tərəfi ilə Zərərçəkmiş şəxs2 sifətinə vurmuş və bu zaman Zərərçəkmiş şəxs2 yerə yıxılmışdır. Zərərçəkmiş şəxs2 həyat yoldaşı o, Aydını vurmasın deyə Aydının üstünə uzanmış və ona Aydını vurmaması üçün yalvarmışdır. Zərərçəkmiş şəxs2 ona onun qızı Əntiqə ilə qeyrirəsmi ər-arvad kimi münasibət saxlamağına və onun qızı Əntiqənin evinə gəlməsinə razı olmadığını bildiyi üçün Aydından əsəbi idi. Həmin vaxt Aydının arvadı Şəlaləni də təpiklə vurmağa başlamışdır. Aydının qızı Əntiqə, Əntiqənin övladları Bəyazgül və Elcan onların yanına gəlmiş və o, baltanı Əntiqənin qızı Bəyazgülə vermiş, sonra onları Ənitqə ilə birlikdə evə yola salmışdır. Aydınla söhbətini davam etdirmək üçün Aydınla Şəlalənin arxasınca qaçmış və onlar evin həyətinə daxil olub darvazanı bağladıqları üçün həyətə daxil ola bilməmişdir. Hasarın üstünə qalxıb həyətə düşmək istəsə də həyətə keçə bilməmişdir. Hasarın üzəri ilə hərəkət edərək evin dam hissəsinin üstünə çıxmış, orada olan mişar daşlarını götürüb həmin daşlarla şiferləri vurmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis maşınının gəldiyini görüb oradan uzaqlaşıb getmişdir. Baltanın harada olduğunu bilmir. Törətdiyi əməlindən peşmandır. Mübahisəyə səbəb isə Zərərçəkmiş şəxs2 qızı ilə onun münasibətinə razı olmaması üzündən baş vermişdir. Bundan başqa 15 avqust 2022-ci il tarixdə saat 22 radələrində onun qonşusu Əliyev Əlyar Vəli oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat” adlı kafeyə gedib orada yemək yeyib spirtli içki qəbul etmişlər. 16 avqust 2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində kafedən çıxıb evə gələrkən bir qədər piyada yeridikdən sonra yoldan keçən taksi ilə “MSOİL” yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər və avtomobildən düşərək piyada keçidi ilə yolu digər tərəfə keçmişlər. Yolu keçdikdən sonra yolun kənarında tək dayanan bir şəxs onlaran siqaret istəmişdir. Həmin vaxt onun Özü və Əlyar siqaret çəkirmişlər. Həmin şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı onda məlumatlar olduğu üçün acıqca həmin şəxsə siqaretlərinin olmadığını bildirib ona təhqiramiz şəkildə gedib işi ilə məşğul olmasını demişdir. Bu zaman həmin şəxs üzərindən bıçaq çıxarıb “srokda” olduğunu, yəni azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini, yenicə içəndən çıxdığını deyərək onların ikisindən birini vurmaq istəmişdir. Əliyar da həmin şəxsin əlindəki bıçağı sağ əli ilə tutmuşdur. Həmin şəxsin sol əlində də mobil telefon var idi və tez-tez mübahisə etmək üçün adam çağıracağını onlara demişdir. O, həmin şəxsin bıçaq tutduğu əlinə təpiklə vurmuş, bıçaq və həmçinin sol əlində tutduğu mobil telefonu yerə düşmüşdür. Bundan sonra həmin şəxs qaçmaq istəyən zaman Əlyar onun ayağına ayağı ilə vurduqda o, da yerə yıxılmışdır. Əlyar cibindən bıçağı çıxararaq bıçağın dəstək hissəsi ilə həmin şəxsin başının arxa hissəsinə vurmuş, sonra həmin şəxsi Əlyarla birlikdə əl və ayaqla döymüşlər. Sonra onun özü həmin şəxsin yerə düşmüş bıçağını götürmüşdür. Həmin şəxs ayağa qalxmış və onun köynəyi əynindən çıxdığından köynəyini də götürərək onlardan uzaqlaşdıqda o, yerə düşmüş həmin şəxsin mobil telefonunu ayağı ilə itələyərək mobil telefonunu da götürməsini bildirmişdir. Həmin şəxs isə söyüş verib uzaqlaşdıqda o, və Əlyar onun arxasınca getmişlər. Lakin həmin şəxs qaçıb uzaqlaşdığı üçün ona çata bilməyib geri qayıtmışlar. Bu zaman mübahisə etdikləri şəxs yanacaq doldurma məntəqəsinin digər tərəfində qışqıraraq gün ağardıqdan sonra tanışları ilə gəlib onlarla söhbət edəcəyini bildirdiyinə görə Əlyar ona tərəf qaçmışdır. Lakin həmin şəxs qaçdığı üçün yenə də Əlyar ona çata bilməyib qayıtmışdır. Bundan sonra mübahisə olan yerə qayıtdıqda həmin şəxsin mobil telefonunun yerdə olduğunu yenidən görüb telefonu yerdən götürmüş, düşünmüşdür ki, gün ağardıqdan sonra onunla görüşüb söhbət edən zaman ona həmin mobil telefonu qaytarar. Ona görə də, həmin şəxsin mobil telefonunu və bıçağını yaşadığı evə aparmışdır. Həmin bıçağı və mobil telefonu polisə təqdim etmişdir. Bundan başqa onun qonşusu Əliyarın oğlu Elyarın hərbi xidmətə getməsi münasibəti ilə 09 mart 2024-cü il tarixdə saat 17-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sayarında qonaqlıq verdiyindən həmin qonaqlıqda onun özü də iştirak etmişdir. Elyarın iş yoldaşları da həmin məclisə dəvə edilmişdilər və Elyarın iş yoldaşlarından da biri şəxsiyyətini sonradan bildiyi Zərərçəkmiş şəxs1 da var idi. Həmin günü saat 22 radələri olardı, Elyarın iş yoldaşı Zöhrab mahnı sifariş vermək istədikdə Elyarın atası Əliyar məclisin bitdiyini elan etmişdir. Zöhrab Əliyarla sözlə mübahisə etdikdə o,onlara yaxınlaşmış və Zöhrabı sakitləşdirmək isətdikdə Zöhrabın onunla mübahisə etdiyini görüb şadlıq sarayından küçəyə çıxmış və saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi .Mehmandarov küçəsində taksi gözələyən zaman Zərərçəkmiş şəxs1 iş yoldaşı adını həmin günü bildiyi Kainatla gəldiyini görüb onlara yaxınlaşmışdır. Zöhrab ondan nəyə görə məclisdə onunla mübahisə etməyinin səbəbini soruşub ona irad bildirmişdir. Buna görə də Zöhrabla onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Zöhrabın əlini şalvarının belinə apardığını görüb düşünmüşdür ki, bıçaq çıxarda bilər. Zöhrabın bıçaq çıxaracağını güman etdiyi üçün bir dəfə sağ əli ilə zərbə ilə Zöhrabın sifətinə yumruq vurmuşdur. Sonra Zöhrabın iş yoldaşı Kainat onları ayırmışdır. Həmin vaxt yoldan keçən post patrul xidmətinin əməkdaşları onların mübahisə etdiklərini görüb avtomobili saxlamışlar və sonra onları 13-cü Polis Şöbəsinə gətirmişlər. Mübahisə təxminən 5-7 dəqiqə davam etmişdir. Mübahisə zamanı Zöhrab və Kainat onu vurmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nizami rayonunda yerləşən “Koroğlu” metrosunun yaxınlığında yerləşən “Miİli” lavaş sexində usta kimi işləmişdir. İşlədiyi sexin anbardarı Eliyarın əsgər getməsi ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sayarında qonaqlıq olduğundan 09 mart 2024-cü il tarixdə həmin qonaqlığa iş yoldaşları ilə birlikdə getmişdir. Məclisdə olan zaman məclisdə iştirak edən şəxslərdən biri qazi mahnısı sifariş vermiş və mahnı bir qədər sonra yarımçıq kəsilmişdir. Buna görə də o, Eliyarın atası Əliyardan mahınının davam etdirilməsini bildirdikdə Əliyar ona artıq məclisin başa çatdığını demişdir. Bundan sonra şadlıq sarayından çıxıb evə getmək istədikdə yolda onunla birlikdə həmin məclisdə iştirak edən iş yoldaşı Kainatla rastlaşmışdır. Həmin günü saat təxminən 22:30 radələri olardı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi ilə bina evinin qarşısından keçərkən tanımadığı və hadisədən sonra polis şöbəsində şəxsiyyəti barədə onda məlumat olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ona ailəsinin də “Firuzə” şadlıq sarayında onun iştirak etdiyi qonaqlıqda olduğunu bildirib ondan nəyə görə mahnının davam etməsini istədiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, sifarişinin onun ailəsinə heç bir aidiyyəti yoxdur. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs iş yoldaşı Kainatın yanında heç bir səbəb olmadan sol əli ilə bir dəfə onun sifətinə yumruqla zərbə vurub ona xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb avtomobillə onları 13-cü Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə 5-7 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qızı Şahid1 əri X3 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Sonradan eşitmişdir ki, onun qızı Əntiqə qonşuluqda yaşayan Nihad adlı şəxslə qeyri rəsmi ər-arvad münasibətlərində yaşayır. Qızı Əntiqənin evi onun yaşadığı evin arxa tərəfində yerləşsə də qızının evinin giriş-çıxışı əks yola baxdığından Nihadın qızının evinə gəlib-getməsini görməmişdir. 12 iyun 2021-ci il tarixdə gecə küçədən gələn səs-küyə yuxudan ayılmışdır. Tez əynini geyinib küçəyə çıxmış, qızının qışqıraraq kömək istəməsini eşitmişdir. Buna görə də evin həyətində olan kiçik ara qapısından qızının evinin həyətinə keçmək istəmiş, lakin qapı bağlı olduğu üçün məcbur qalıb qızının yaşadığı evin həyətinə olan böyük darvazanı döyərək qızını səsləmişdir. Təxminən 2-3 dəqiqə sonra qapını Nihad adlı şəxs açmış və Nihad əlində olan baltanın küt tərəfi ilə onun burun nahiyəsinə bir dəfə zərbə ilə vurmuş, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Özünə gəldikdə arvadı Şəlalənin onun üstünə yıxılaraq onu vurmaması üçün Nihada yalvardığını eşitmişdir. Həmin ərəfədə qızı Əntiqə və nəvələri də orada olmuşdur. Nihad onun qızını da vurmuşdur. Qızı Nihaddan qorxur, qızını təzyiq altında saxlayır, evini satmağını tələb edir. O, buna imkan verməmişdir. O, qızının Nihadla münasibət qurmasına heç vaxt razı olmamışdır. Nihad və başının dəstəsi 4-5 nəfər orada rekertlik edirlər. Sonra arvadı Şəlalə onun qoluna girərək onu yerdən qaldırmış və evinin həyətinə tərəf aparmışdır. Nihad onların arxasınca gəlmişdir. Onun arvadı Şəlalə isə tez onu evinin həyətinə salıb darvazanı arxadan bağlamışdır. Nihad onların qapını bağladıqlarını görüb bir neçə dəfə cəhd edib təpiklə qapıya vuraraq qapını açmaq istəsə də istədiyinə nail olmamışdır. Onlar qorxularından evin hamam otağına girib qapını arxadan bağlayıb işığı söndürmüşlər ki, Nihad onları tapıb onlara xəsarət yetirə bilməsin. Hamam otağında olan zaman tez DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Küçə qapısını aça bilmədiyini görüb Nihad hasarın üstünə çıxmış, hasarın çox hündür olduğunu görüb həyətə düşmədən hasarın üzəri ilə hərəkət edərək evin dam hissəsinin üstünə çıxmış, orada küləyin təsirindən şiferlərin uçmaması üçün onun düzdüyü mişar daşlarını Nihad götürüb həmin daşlarla şiferləri vurub bir neçə şiferi sındırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis maşınının gəldiyini görüb Nihad oradan uzaqlaşmışdır. Polis gəldikdən sonra onlar hamam otağından çıxmışlar və hadisə barədə polisə məlum vermişlər. Onun vəziyyəti pis olduğu üçün təcili yardım maşını ilə onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Nihad 18 ədəd şiferi sındırıb yararsız hala salmışdır. Hər bir şiferin qiyməti 18 manat 50 qəpikdir. Hadisə vaxtı Nihad ondan başqa onu Nihadın zərbələrindən qoruyan arvadı Şəlaləni də təpiklə vurub xəsarət yetirsə də amma arvadının başı onun müayinə və müalicələrinə qarışdığından həkim müayinəsindən keçməmişdir.Təqsirləndiriıən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Aydının qızı Əntiqə qonşuluqda yaşayan Nihad adlı şəxslə qeyri rəsmi ərarvad münasibətlərində yaşamışdır. Əntiqənin evi onların yaşadığı evin arxa tərəfində yerləşsə də giriş-çıxışı əks yola baxdığından Nihadın Aydının qızının evinə gəlib-getməsini görməmişdir. 12 iyun 2021-ci il tarixdə gecə saatlarında küçədən gələn səs-küyə yuxudan ayılmışlar. Aydının tez əynini geyinib küçəyə çıxdığını görmüşdür. O da əynini geyinib Aydının arxasınca getmişdir. O Əntiqəgilə gedəndə yolda heç kimlə rastlaşmamışdır. Əntiqədən atasını soruşmuş, o isə orada olmadığını bildirmişdir. Bundan sonra Əntiqəgildən çıxıb üzü aşağı yol ilə düşmüşdür. Bu zaman səs eşidib dayanmışdır. Aydının yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Nihadın əlində balta olmuşdur. Lakin balta ilə onu vurduğunu görməmişdir. O, gələnə qədər Nihad Aydını artıq vurmuşdur. O, çatanda Aydının üzü başı qanin içərisində olmuşdur. Onu yerdə uzanıqlı vəziyyətdə görüb üstünə yıxılaraq onu vurmamasını demişdir. Həmin vaxt Nihad təpiklə zərbələr vuranda ona dəymişdir. Əntiqə və uşaqları da orada olmuşdur. Onlar Nihadın əlindən qaçıb evə girmiş, qapını bağlamışlar. Nihad bir neçə dəfə təpiklə qapıya vuraraq qapını açmaq istəsə də aça bilməmişdir. O və Aydın qorxularından evin hamam otağına girib qapını arxadan bağlayıb işığı söndürmüşlər ki, Nihad onları tapıb xəsarət yetirə bilməsin. Hamam otağında olan zaman tez DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Küçə qapısını aça bilmədiyini görüb Nihad hasarın üstünə çıxmışdır. Nihad hasarın çox hündür olduğunu görüb həyətə düşmədən hasarın üzəri ilə hərəkət edərək evin dam hissəsinin üstünə çıxmış, orada küləyin təsirindən şiferlərin uçmaması üçün Aydının düzdüyü mişar daşlarını Nihad götürüb həmin daşlarla şiferləri vurub bir neçə şiferi sındırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis maşınının gəldiyini görüb Nihad oradan çıxıb getmişdir. Polis işçiləri gəldikdən sonra onlar hamam otağından çıxmışlar və hadisə barədə polisə məlumat vermişlər. Aydının vəziyyəti pis olduğu üçün təcili yardım maşını ilə Aydını 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Başı əri Aydının müayinə və müalicəsinə qarışdığından həkim müayinəsindən keçməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, hadisədən sonra iki dəfə yol nəqliyyat hadisəsi keçirtdiyindən başından travma almışdır. Ona görə də hadisə ilə bağlı çox şey yadında qalmamışdır. “MSOİL" yanacaq doldurma məntəqəsində təqsirləndirilən şəxslə mübahisələrinin olmalarını xatırlayır, mübahisənin nəyin üstündə olması, neçə nəfərlə mübahisə baş verdiyini, kimin onu vurduğunu, necə vurmağını xatırlamır. Yalnız mübahisə zamanı oraya çoxlu insanın toplandığını xatırlayir. İstintaq zamanı hadisə ilə bağlı ətraflı ifadə vermişdir. Təqsirləndirilən şəxsə qarşı hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə ilkin ifadəsində bildirmişdir ki, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olsa da ünvan 4 ünvanında yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil cə hazırda işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-in 126.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2021 -ci ilin noyabr ayında amnistiya aktına əsasən barəsində seçilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl azad edilmişdir. 16 avqust 2022-ci il tarixdə saat 01:30 radələrində yaşadığı evdən piyada tək çıxmış, düşünmüşdür ki, bir qədər yerisin və yorularaq gedib evdə yatar. Çünki gecələr yatmaqda çətinlik çəkir və yorulanda rahat yata bilir. Həmin tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən “MSOİL" yanacaq doldurma məntəqəsinin yanına gəlmişdir. Yanacaq doldurma məntəqəsinin yanında şossenin kənarı ilə hərəkətdə olan zaman piyada keçidinin yanında tanımadığı iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən yaşca cavan olan şəxs ona “üstündə nəyin varsa ver bizə” deyə ona bildirdikdə o, həmin şəxsə heç nəyi olmadığını demişdir. Həmin şəxsin yanındakı digər şəxs onun əlində olan mobil telefonunu görüb “bəs əlindəki nədir?" deyə ondan soruşaraq telefonunu onlara verməyini tələb etmişdir. O, buna etiraz etdikdə onlar hər ikisi ciblərindən bıçaq çıxartmışlar və ona kobud şəkildə üstündə nə qədər pul varsa pulu və mobil telefonunu onlara verməyini ondan tələb edib vermədiyi təqdirdə onu bıçaqla vuracaqlarını bildirmişlər. O, onlara bir-birinə problem yaratmamağı və gedib işləri ilə məşğul olmalarını bildirdikdə yaşca böyük olan şəxs əlində olan bıçağın arxası ilə onun başının arxasından vuran zaman o, yerə yıxılmış, onlar ona yerdə yumruq və təpiklə vuraraq onu yerdə sürümüşlər, həmin hərəkətləri etdikcə də ondan üzərində nə varsa tələb etmişlər. Onlar onun əlindəki “Redmi” markalı mobil telefonunu və əynindəki şalvarının arxa cibində olan 108 manat pulunu götürmüşlər. Yerdən qaxlmış və onlar onun köynəyini dartanda köynəyi əynindən çıxmışdır. Onların hərəkətlərindən sərxoş olduqları bilinmiş və onların ona qarşı olan hərəkətlərinə görə yoldan keçən tanımadığı avtomobillər dayanmışdır, Həmin şəxslərin əlindən qaçıb yanacaq doldurma məntəqəsinin içərisinə tərəf irəliləmişdir. Bu zaman onlar onun arxasınca qaçmışlar. Lakin oradan uzaqlaşdığı üçün ona çata bilməmişlər. Onlarin getdiyini gördükdən sonra o, yanacaq doldurma məntəqəsinin işçilərindən birinə yaxınlaşıb qohumuna zəng etmək üçün mobil telefon istəmişdir. Lakin həmin şəxs çəkindiyi üçün ona mobil telefonunu verməmişdir. Bundan sonra, o, yanacaqdoldurma məntəqəsinin yanında dayanmış “Uber" taksi sürücüsünə yaxınlaşmış və ondan da həmin xahişi etmişdir. Həmin şəxs ona mobil telefonu vermiş və o, mobil telefonla Vüsal adlı tanışının ***-***-**-** saylı mobil nömrəsinə zəng edib başına gələnləri danışmışdır. Vüsal isə ona kənarda olduğunu, gün ərzində gəlib söhbət edəcəyini deyərək həmin şəxsləri tanıyıb-tanımadığını ondan soruşduqda Vüsala tanımadığını bildirmişdir. Taksi avtomobilindən uzaqlaşmaq istəyəndə oraya bir nəfər üzdən tanıdığı şəxsin gəldiyini görsə də lakin adını xatırlamır. Çünki onda yaddaş pozğunluğu vardır. Belə ki, həmin şəxs onu təsadüfən görüb yaxınlaşdığını bildirmiş, söhbət zamanı da o, həmin şəxsə başına gələnləri danışmışdır. Bundan sonra o, evinə getmiş və evdə bu barədə heç kimə bir söz demədən həmin şəxsləri necə tapa biləcəyini düşünmüşdür. Bir qədər düşündükdən sonra atasına məxsus ***-***-**-** saylı mobil nömrə ilə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mobil telefonu göy rəngli “X14 7” markalı olmuşdur. Həmin mobil telefonu 4 ay qabaq 240 manata almış, saz vəziyyətdə olmaqla üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Ərizə və ilkin izahatımda mobil telefonunun səhvən “Xiaomi Redmi 9A” markalı olduğunu bildirmişdir. Cinayət işi üzrə zərərçəmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 cinayət işi üzrə əlavə ifadəsində bildirmişdir ki, 16 avqust 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesində yerləşən “MSOİL” YDM-nin yanında yolun kənarında dayanan zaman istintaq dövründə tanıdığı Əliyev Əlyar Vəli oğlu və X1 istədikdə onlar isə onu təhqir edərək ona siqaret verməkdən imtina etmişlər. Ona görə də aralarında mübahisə yaranmış və mübahisə zamanı Əlyar və Nihad adlı şəxslər onu əlləri və ayaqları ilə döyüb xəsarət yetirmişlər. Əlyar cibindən bıçaq çıxarıb arxası ilə onun başının arxasına vurduqda yerə yıxılmış və onlar onu yerdə də döyməyə davam etmişlər. O, əynindən çıxmış köynəyini götürüb həmin yerdən qaçıb uzaqlaşmış, uzaqdan Əlyar və Nihaddan onun özünün yerə düşmüş mobil telefonunu ona vermələrini tələb etmişdir. Onlar ona özünün mobil telefonunu götürməyini bildirsələr də Əlyarın əlində bıçaq olduğu üçün qorxmuşdur ki, onu vurar və ona görə də onlara yaxınlaşmamışdır. Onlar onun arxasınca qaçdıqları üçün oradan kənarlaşmışdır. Onlar isə onun arxasınca yanacaq doldurma məntəqəsinə qədər gəlmişlər. Bundan sonra Əlyar və Nihad hadisə baş verən yerdən uzaqlaşmış və o, hadisə baş verən yerə qayıdıb telefonunun orada olmadığını gördükdə bilmişdir ki, mobil telefonunu onlar aparıblar. Bu səbəbdən də DİN- nin 102 xidmətinə müraciət etmişdir. Hadisə zamanı sonradan tanıdığı Əliyev Əlyar Vəli oğlu və Təqsirləndirilən şəxs bıçaqla onu hədələyərək mobil telefonunu, pulunu və ümumiyyətlə hər hansı bir əmlakını ondan tələb etməmişlər və ələ keçirməmişlər. Onlar onun ünvanına nalayiq sözlər deyərək əlləri və ayaqlan ilə bədəninin müxtəlif nahiyələrinə vurmaqla, o cümlədən Əlyar Vəliyev özündə olan bıçağın dəstəyi ilə onun başına vurub xəsarət yetirmişlər. Hazırda onun ifadəsində göstərdikləri tamamilə doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Təqsirləndirilən şəxs ilə birlikdə qeyri-rəsmi ər-arvad münaibətində yaşamışdır. Lakin hazırda münasibətləri yoxdur. Əvvəllər təqsirləndirilən şəxslə aralarında mübahisələr olmuş, onu döymüşdür. Lakin hadisə günü təqsirləndirilən şəxs onu vurmamışdır. 12 iyun 2021-ci il tarixdə Su ya da İşıq İdarəsindən kimsə gəlmişdi, Nihad bunu bilib əsəbiləşmişdi. Bununla bağlı aralarında sözlü mübahisə yaranmışdır. Nihad həmin vaxt içkili vəziyyətdə olmuşdur. Təxminən saat 02:00-02:30 radələri olmuşdur. Atasının yaşadığı evlə onun yaşadığı evin ara məsafəsi yaxındır. Atası səs-küyə həyətə gəlmişdir. Nihad qapını açıb çölə çıxanda qarşılaşmışlar. Onlar arasında mübahisə çöldə olmuşdur. O, yenidən evə qayıtmışdır. Sonra Şəlalə onların evinə gəlmiş, Nihadla atasının dalaşdığını demişdir. O, çölə çıxdıqda Nihadın üstü başı qan içində olmuşdur. Sonra atasının evinə getmiş, atasının vəziyyəti pis olduğu üçün TTY çağırmışlar. Sonra öyrənmişdir ki, atası başından travma almışdır. O, hadisənin necə baş verdiyini, kimin kimi vurduğunu görməmişdir. Həmin günü Nihad onu döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı da uşaqları orada olmamış, evdə yatmış vəziyyətdə olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonunda yerləşən “Koroğlu” metrosunun yaxınlığında yerləşən “Milli” lavaş sexində anbardar işləyir. İşlədiyi sexdə anbardar işləyən Eliyarın əsgər getməsi münasibəti ilə 09 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sayarında qonaqlıq verilmişdir. Eliyarın qonaqlığında onunla yanaşı digər iş yoldaşları da dəvət edilmişdir. Məclisdə olan zaman məclisdə iştirak edən şəxslərdən biri qazi mahnısı sifariş vermiş və Eliyarın atası Əliyar qonaqlara məclisin bitdiyini bildirib mahnını dayandırmışdır. Bundan sonra şadlıq sarayından çıxıb evə getmək istədikdə yolda onunla birlikdə həmin məclisdə iştirak edən iş yoldaşı Zərərçəkmiş şəxs1la rastlaşmışdır. Saat 22:30 radələri olardı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi ilə bina evinin qarşısından keçərkən tanımadığı və hadisədən sonra polis şöbəsində şəxsiyyəti barədə onda məlumat olan Təqsirləndirilən şəxs onun iş yoldaşı Zöhrab Abbasova yaxınlaşaraq “Firuzə” şadlıq sarayında iştirak etdiyi qonalıqda Zöhrabdan nəyə görə mahnının davam etməsini və ailəsinin həmin məclisdə olduğunu demişdir. Zöhrab isə Təqsirləndirilən şəxs sifarişinin onun ailəsinə heç bir aidiyyəti olmadığını və mahnının qazilərə aid olduğunu bildirib mahnının yarımçıq kəsilməsini istəmədiyini dedi. Zöhrabın bu sözündən sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan sol əli ilə bir dəfə Zöhrabın sifətinə yumruqla vurmuşdur. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb onları avtomobillə 13-cü Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs ilə Zöhrabın arasında olan mübahisə 5-7 dəqiqə davam etmişdir. Mübahisənin başa çatmasına səbəb polis əməkdaşlarının onların yanına gəlməsi olmuşdur. Mübahisə zamanı o, və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 09 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati ərazisi hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Səmədbəy Mehmandarov küçəsində AP6852 çağırış nömrəsi olan patrul avtomobilində polis nəfəri Şahid4 ilə xidmətdə olan zaman iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmışlar və özlərini onlara təqdim edərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi PPXB-nin polis nəfərləri olduqlarını bildirib nə baş verdiyini soruşduqda araşdırma dövründə şəxsiyyəti onlara məlum olan və üst-başı qan olan Zərərçəkmiş şəxs1 mübahisə etdiyi şəxsiyyəti barədə sonradan onlarda məlumat olan Təqsirləndirilən şəxs göstərib bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu vurub xəsarət yetirmişdir. Bundan sonra həmin şəxsləri patrul avtomobili ilə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirib bu barədə raportla 13-cü PŞ-nin rəisinə məruzə etmişlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, gətirilən şəxslərdən biri Zərərçəkmiş şəxs1, digər şəxs isə Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən AR CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başalnılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta alkoqol sərxoşluğu olmuşdur. Hadisə yerinə baxış keçirilməsi barədə 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasənda hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Sabunçu Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 541 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvasətrafı nahiyəinin sıyrıq-qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 09 mart 2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, elcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yerinə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* statistik nömrəsi ilə aparılmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Sabunçu Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 799 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun dəlikləri vasitəsilə tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerini dəyişən, qəlpəli sınığı, sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması, sağ əlin əzilmiş səthi yarası, sağ dirsək və sol diz oynağı nahiylərinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 12 iyun 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi icraatda olan həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* statistik nömrəsi ilə aparılmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət etməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “X14 7” markalı mobil telefonu və 01 ədəd bıçağı təqdim edərək bildirmişdir ki, telefon və bıçaq Zərərçəkmiş şəxs4 məxsusdur. Telefonu və bıçağı xx.xx.2022-ci ildə “MSOİL” YDM-nin qarşısından keçən yoldan yerdən götürmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 Sabunçu Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1896 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ bazu, sağ çiyin, sol dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda qeyd olunduğu kimi xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə sol təpə nahiyəsinin səthi əzilmiş yarası qərarda göstərilən şəraitdə bıçağın dəstək hissəsinin təsirindən, sağ bazu, sağ çiyin, sol dirsək və sağ diz nahiyələrinin sıyrıqları müayinə olunan şəxsin yerlə sürtünməsi nəticəsində törənə bilərdi. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Fərid Soltanlının xx.xx.2022-ci il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 589 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X5 tərəfindən hadisə yerinin baxışı zamanı götürülmüş Bakı şəhəri Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən “MSOİL” yanacaqdoldurma məntəqəsinin videomüşahidə kamerası ilə qeydə alınmış hadisənin görüntüləri olan “DVD” cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmişdir. Baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Soltanlı tərəfindən 16 avqust 2022-ci il tarixdə hadisə yerinin baxışı zamanı götürülmüş Bakı şəhəri, Sabunçu, Şəhər şossesi, 36D ünvanında yerləşən “SMSOİL” yanacaqdoldurma məntəqəsinin videomüşahidə kamerası ilə qeydə alınmış hadisənin görüntüləri olan 01 ədəd “DVD” diskə HP markalı kompüterdən istifadə etməklə baxış aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, “DVD”-də 03 ədəd videofayl vardır. 1-ci videofayl açıldıqda görüntüdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən "5MSOİL” yanacaqdoldurma məntəqəsinin ərazisi və yol görüntülənmişdir, xx.xx.2022-ci il, saat 02:04:36 saniyəni göstərir. YDM-nin giriş hissəsində 03 nəfər kişi cinsindən olan şəxsin arasında mübahisənin olduğu müşahidə edilmişdir. Saat 02:07:03 saniyədə bir nəfər əynində köynək olmayan şəxs və həmin şəxsin arxasınca da iki nəfər kişi cinsindən olan şəxs YDM-nin ərazisinə daxil olur. Həmin şəxsin arxasınca gələn şəxslərdən birinin əynində ağ rəngli, digər şəxsin əynində isə göy rəngli köynək vardır və həmin şəxslər əynində köynək olmayan şəxsin arxasınca qaçmağa başlayırlar. 2-ci videofayl açıldıqda görüntüdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən “SMSOİL” yanacaqdoldurma məntəqəsinin ərazisi və yol görüntülənmişdir. xx.xx.2022-ci il saat 02:09:06 saniyəni göstərir. Əynində köynək olmayan şəxs YDM-nin içərisinə doğru hərəkət edir, daha sonra həmin şəxsin geriyə doğru qayıtdığı və onun arxasınca əynində göy rəngli köynək olan oğlanın qaçdığı görünür. Göy rəngli köynək geyinmiş şəxsin sağ əlində parıltılı alətin olduğu görünür. Az sonra əynində ağ rəngli olan köynək olan şəxs görünmüşdür. Sağ əlində alət olan şəxs həmin əşyam şalvarına qoymuş və yanına gələn şəxslə geri qayıdıb YDM-dən çıxmışdır. 3-cü videofayl açıldıqda görüntüdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, 36D ünvanında yerləşən “SMSOİL" yanacaqdoldurma məntəqəsinin ərazisi və yol görüntülənmiş, həmin görüntüdə iki nəfər şəxs görünmüşdür. Məhkəmə istintaqı zamanı 01 ədəd “CD” formatlı video diskdə olan görüntülərə baxış keçirilmiş, diskdə olan video görüntülər baxış keçirilməsi haqqında xx.xx.2022-cü il tarixli protokola uyğun olmuşdur. Həmin video görüntüdən yanacaq doldurma məntəqəsinin giriş hissəsində mübahisə baş verən zaman yoldan keçən bir neçə avtomobilin dayandığı görünür. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş AR CM-nin 127.2.2-ci maddəsi ilə bağlı olan ittiham üzrə qeyd edir ki, təqsirləndirilən şəxsə 12 iyun 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən ünvanında hər hansı bir əsaslı səbəb olmadan, yəni həmin ünvanda qonşuluqda yaşayan qeyri-rəsmi münasibətdə olduğu Şahid1 qışıqıraraq kömək istəməsini eşidib Şahid1 səsinə gələn atası Zərərçəkmiş şəxs2 məsələyə aydınlıq gətirmək üçün qızı Şahid1 yaşadığı fərdi həyət evinin küçə qapısını döydükdən sonra qapını açaraq heç bir söz demədən Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 gözü qarşısında xüsusi amansızlıqla, ağır iztirablar verməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə vuraraq sağlamlığına az ağır xəsarət yetirdiyi qeyd edilmişdir. Halbuki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Zərərçəkmiş şəxs3 həyat yoldaşı Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin əvvəlində orada olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirmişdir ki, o, 12 iyun 2021-ci il tarixdə gecə saatlarında küçədən gələn səs-küyə yuxudan ayılmışlar, Aydının tez əynini geyinib küçəyə çıxdığını görmüşdür. O da əynini geyinib Aydının arxasınca getmişdir. O Əntiqəgilə gedəndə yolda heç kimlə rastlaşmamışdır. Əntiqədən atasını soruşmuş, o isə orada olmadığını bildirmişdir. Bundan sonra Əntiqəgildən çıxıb üzü aşağı yol ilə düşmüşdür. Bu zaman səs eşidib dayanmışdır. Aydın yerdə uzanıqlı vəziyyətdə olmuş, o, gələnə qədər Nihad Aydını artıq vurmuş, Nihadın əlində balta olmuş, Aydının üzü başı qanın içərisində olmuş, onu yerdə uzanıqlı vəziyyətdə görüb üstünə yıxılaraq Nihada onu vurmamasını demiş, bu zaman Nihad təpiklə zərbələr vurmuş, həmin zərbələr ona da dəymişdir. Digər Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 iyun 2021-ci il tarixdə gecə küçədən gələn səs-küyə yuxudan ayılmış, tez əynini geyinib küçəyə çıxmış, qızının qışqıraraq kömək istəməsini eşitmiş, qızının yaşadığı evin həyətinə olan böyük darvzanı döyərək qızını səsləmiş, təxminən 2-3 dəqiqə sonra qapını Nihad açmış və Nihad əlində olan baltanın küt tərəfi ilə onun burun nahiyəsinə bir dəfə zərbə ilə vurmuş, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Özünə gəldikdə arvadı Şəlalənin onun üstünə yıxılaraq onu vurmaması üçün Nihada yalvardığını eşitmişdir. İş üzrə Şahid1 isə kimin kimi vurmasını görmədiyini, hadisədən sonra Təqsirləndirilən şəxs üst-başının qan içində, yaralı olduğunu görmüş, atasının isə başından xəsarət aldığını bildirmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs3sə yerinə sonradan gəlmişdir, o gələnə qədər artıq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Zərərçəkmiş şəxs3 orada olmadığı halda təqsirləndirilən şəxsin ona əzab vermək kimi niyyətinin yaranması isə mümkün deyil. “Qəsdən adam öldürmə işləri üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Plenum qərarına əsasən “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmə Plenumunun sözü gedən qərarından da görünür ki, əməl o halda xüsusi amansızlıq kimi tövsif oluna bilər ki, bu təqsirkarın qəsdi ilə əhatə olunmuş olsun. Belə bir qəsdin mövcudluğu məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun sümüyünün yerini dəyişən qəlpəli sınığı, sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması, sağ əlin əzilmiş səthi yarası, sağ dirsək və sol diz oynağı nahiylərinin sıyrıqları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlərdən burun sümüyünün yerini dəyişən qəlpəli sınığı zərərçəkmiş şəxsdə yaranmış xəsarətin az ağır xəsarət kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Zərərçəkmiş şəxsin sözlərindən belə məlum olur ki, həmin xəsarət ona Təqsirləndirilən şəxs tərəfindən qapını açan kimi ilk zərbə olaraq baltanın küt hissəsi ilə yetirilmişdir. Həmin vaxt isə Zərərçəkmiş şəxs3 orada olmamışdır. Bunu Zərərçəkmiş şəxs3 özü məhkəmə iclasında ifadəsində bildirmiş, həmçinin təqsirləndirilən şəxsin əlində balta olmasını görsə də, balta ilə ərini vurmasını görmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsə AR CM-nin 127.2.2-ci maddəsi ilə, yəni sağlamlığa az ağır zərər vurma cinayətinin xüsusi amansızlıqla törədilməsi ittihamı verilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, sağlamalığa az ağır zərərvurmaya aid olan xəsarət, yəni zərərçəkmiş şəxsə balta ilə xəsarət yetirilən zaman zərərçəkmiş şəxsin arvadı Zərərçəkmiş şəxs3 orada olmamışdır. Zərərçəkmiş şəxsə yetirilən digər xəsarətlər isə dərəcəsinə görə yüngül xəsarətlərdir. Qəsdən sağlamlığa yüngül zərərvurma cinayətinin isə belə bir tövsifedici əlaməti, yəni xüsusi amansızlıqla sağlamlığa yüngül zərərvurma nəzərdə tutulmamışdır. Xüsusi amansızlıq o halda yarana bilər ki, təqsirləndirilən şəxsin belə bir niyyəti yaranmış olsun. Yəni zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında sağlamlığına az ağır xəsarətlər yetirərkən bununla onlara xüsusi əzab, iztirab verdiyini dərk etmiş olsun, bunu qabaqcadan görsün və arzu etmiş olsun. Lakin hazırki iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirən zaman belə bir niyyətlə hərəkət etməsi müəyyən edilməmişdir. Bütün bunlar ibtidai istintaq orqanın qeyd etdiyi nəticəni, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə arvadının gözü qarşısında xüsusi amansızlıqla, ağır iztirablar verməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə zərbələr yetirərək sağlamlığına az ağır xəsarət yetirməsi kimi nəticəni istisna edir. Digər tərəfdən təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən o, Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır xəsarət yetirdikdən sonra hərəkətlərini davam etdirib ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək onun qanunsuz hərəkətlərinin qarşısını alan Zərərçəkmiş şəxs3 fiziki ağrı yetirib müqavimət göstərərək zor tətbiq edib ayaq zərbələri ilə Zərərçəkmiş şəxs3 vurmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda Zərərçəkmiş şəxs3 münasibətdə ona fiziki ağrı yetirməklə zor tətbiq edib ayaq zərbələri ilə vurması qeyd edilmişdir. Halbuki “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Qərarına əsasən CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycab Respublikası Cinayət Prosessual Məcəllənin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Hazırki iş üzrə Zərərçəkmiş şəxs3 bədən xəsarətlərinin olmasını təsdiq edən ekspert rəyi mövcud deyil. Belə olan halda onun zərərçəkmiş şəxs olması, barəsində zor tətbiq edilməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol verilməsi istisna olunur. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə xitam verilir; Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan onun əməlində AR CM-nin 127.2.2-ci maddəsinin yəni qəsdən sağlamlığa az ağır zərər vurmanın xüsusi amansızlıqla törədilməsi cinayətinin tərkibi olmadığından xaric edilməlidir. Həmçinin təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan “Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır xəsarət yetirdikdən sonra hərəkətlərini davam etdirib ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək onun qanunsuz hərəkətlərinin qarşısını alan Zərərçəkmiş şəxs3 fiziki ağrı yetirib müqavimət göstərərək zor tətbiq edib ayaq zərbələri ilə Zərərçəkmiş şəxs3 vurmaqla müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi” xaric edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti xuliqanlıq niyyəti ilə törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. AR DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Yəni, Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-65.2), təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 6 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 36 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra isə sərf etdiyi 40 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 440 manat məbləğində vəsait, cəmi 476 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-313/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-313/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver