Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-315/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsinə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,722 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsində inzibati ərazidə xidmət aparan zamanı narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası küçəsində saxlanılaraq Sabunçu RPİnin 14-cü PB-nin inzibati binasına aparılmış, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,722 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,529 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın yaxınlığına qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 4rləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd, ağ rəngli sellofan bükümün içərisindəki təmiz çəkisi 0,529 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildən başlayaraq narkotik vasitələr qəbul edir. Daha çox «kakos» adlandırılan narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır, həmin şəxsləri yalnız üzdən tanıyır, adlarını bilmir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən 25 manata bir büküm heroin almış, həmin bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, axşam saatlarında qəbul etsin. Həmin tarixdə saat 18:40 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası küçəsində piyada evinə gedərkən iki nəfər mülki geyimli əməkdaşlar ona yaxınlaşaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini ona təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Onun üzərində heç bir sənədi olmadığından və bundan başqa üzərində narkotik vasitə olduğundan həyəcanlanmış, polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu zaman həmin polis əməkdaşları ondan şübhələndiklərinə görə onu Sabunçu RPİ 14-cü PB-yə aparmışlar. Bundan sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı təqdim edilmiş, hüquqları izah olunmuş, seçdiyi vəkil polis bölməsinə gəldikdən sonra təhqiqatçı vəkilin iştirakı ilə ona şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Təhqiqatçı ona videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdikdə, o, üzərinə şəxsi axtarış keçirilərkən vəkilinin iştirakından imtina etmişdir. Odur ki, bu barədə özü ərizə ilə müraciət etmişdir ki, vəkili üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etməsin. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Bölmədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif olunmuşdur. Bu səbəbdən o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş heroini təqdim etmişdir. Üzərinə şəxsi axtarış zamanı başqa əşya və maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilən heroin qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Həmin fakta görə Sabunçu RPİ İŞ-də barəsində cinayət işi başlanılmış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək saxlanıldığı MSY-dən azad olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində olarkən adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən 10 manata 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə heroini alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, axşam saatlarında qəbul etsin. Həmin tarixdə saat 17 radələrində yaşadığı evə gələrkən, evlərinin yaxınlığında küçə ilə gedən zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. O, yenidən həyəcanlanmış və uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları ondan şübhələndikləri üçün 14-cü PB-yə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gəlmişdir. Orada şəxsiyyəti barədə müvafiq məlumatlar öyrənildikdən sonra təhqiqatçı tərəfindən qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələr əldə etmə, saxlama, və daşımaqda şübhəli şəxs qismində tutulması izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiə olunması üçün vəkil təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən xidməti otaqda, onu PB-yə gətirən polis əməkdaşlarının iştirakı ilə videogörüntü ilə üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsini təklif etdikdə o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan kakosu çıxardaraq masanın üzərinə qoymuşdur. Bildirmişdir ki, bükümdəki maddə kakos adlandırılan narkotik vasitə heroindir. Təhqiqatçı həmin heroini haradan və nə məqsədlə aldığını soruşanda özünün istifadə etməsi üçün Zabrat qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Onun təqdim etdiyi heroin təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüş, həmin zərf möhürlə möhürlənib üzəri imzalanmışdır. Sonda isə təhqiqatçı şəxsi axtarış barədə protokol tərtib etmiş, o və iştirak edən polis əməkdaşları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:00-da Sabunçu RPİ 14-cü PB-nin sahə rəisi Şahid1lə birgə xidməti ərazidə xidmətdə olarkən sonradan şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivinin qarşısında özünü şübhəli apardığına görə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd soruşduqda özünü şübhəli apararaq onlardan uzaqlaşmaq istəmişdir. Bu səbəbdən onlar Təqsirləndirilən şəxs 14-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə PB-yə gəlmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirilməsi barədə onlar PB rəhbərliyinə raportla məruzə etmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra 14-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl iştirakçılar videoçəkilişin aparılması barədə xəbərdar edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmənin aparılması və videoçəkilişin həyata keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı tərəfindən izah edilmiş, daha sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif emişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandakı bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin "kakos" olduğunu deyərək, onu Zabrat qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək tərəflərindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq doğruluğunu təsdiq etmişlər. Şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin sahə rəisi Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir(i.v.150-151); Şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan yaşayış sahəsində həmin bölmənin sahə inspektoru Şahid4 ilə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını, xx.xx.1990-cı il təvəllüdlü, Sabunçu rayonu, Maştaba qəsəbəsi, Daş Karxanasında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlardan yayınmaq istəməsi sonuncunun üzərində narkotik maddə olmasına şübhə doğurduğundan onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gəlmişdir. Bölmədə, xidməti iş otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o, bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və bu heroini Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 25 manata almışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Nicat Qəmbərovun üzərindən aşkar olunmuş büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir(i.v.141-143); Şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları təsdiq etmişdir(i.v.144-146); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə heroinə bənzər maddəni təqdim etmiş, həmin bükümdə olan kütləni Sabunçu rayonu, Zabrat qəsəbəsindən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(i.v.25-26); məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6021 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 100 nömrəli möhür əksi olan», ".. Təqsirləndirilən şəxs üzərindən aşkra edilmiş malddə; saxlanılan şəxs; N.Qəmbərov-imza, iştirakılar -iki imza; S.Allahverdiyev-imza..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,529 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(i.v.30-33); CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iki polis əməkdaşı ilə birgə polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin təhqiqatçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Polis bölməsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazı olmur, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitəni Zabrat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat verərək özünün istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan 1 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir. Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır(i.v.42-43); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilmişdir(i.v.61-63); qətimkan tədbirinin seçilməsi barədə 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.64-65); maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,529 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qərarlarla maddi sübut kimi tanınmış, tədqiqata 0,05 -qram sərf edildikdən sonra qalıq çəkisi 0,479 qram olan heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.68); cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir(i.v.70); şübhəli şəxsin tutulması haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.85); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim edir, kakos adlanan heroin olmasını bildirir, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirir(i.v.96-97); məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/4348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 100 nömrəli möhür əksi olan», "Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlü» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,722 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(i.v.103-106); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nın əməliyyat müvəkkili Şahid3 və həmin bölmənin sahə inspektoru X1 iştirakları ilə Sabunçu RPİ 14-cü PB-nin təhqiqatçısı Müsəllim Müsəllimov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf kiçik polietilenə bükülmüş bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilir və həmin büküm təhqiqatçı tərəfindən açılır və içərisində olan qəhvəyi rəngli maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunur(i.v.128); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilmişdir(i.v.134-136); qətimkan tədbirinin seçilməsi barədə 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.137-138); maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,722 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qərarlarla maddi sübut kimi tanınmış, tədqiqata 0,05-qram sərf edildikdən sonra qalıq çəkisi 0,672 qram olan heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.147); seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(i.v.160); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 77 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.161-162); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.168); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(i.v.170- 175); Məhkəmə iclasında bir ədəd “CD” və bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 15 avqust 2022-ci il və 17 oktyabr 2022-ci il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,722 qram və 0,529 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.2) və ağırlaşdıran hallar(CM- 61.1.1), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd ) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,722 qram olan, tədqiqatdan sonra qalıq qalan 0,672 qram narkotik vasitə heroin və 0,529 qram olan, tədqiqatdan sonra qalıq qalan 0,479 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), 01 ədəd “CD” və 01 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 157(yüz əlli yeddi) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd ) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,722 qram olan, tədqiqatdan sonra qalıq qalan 0,672 qram narkotik vasitə heroin və 0,529 qram olan, tədqiqatdan sonra qalıq qalan 0,479 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” və 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 157 (yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-315/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-315/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver