Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-318/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi evin qonaq otağında olarkən faktiki nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ona spirtli içki içməsinə irad bildirməsi səbəbindən ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən boğaz nahiyəsindən tutub əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq, ona sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz yuvasıətrafıalmacıq-yanaq və sol təpə ənsə nahiyələrinin dərialtı, sol çənə və boyun nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl ailə qurmuş, lakin, rəsmi nikaha daxil olmamışlar. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan onun spirtli içki qəbul etməsi ilə bağlı aralarında mübahisə yaranmışdır. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi evin qonaq otağında olarkən onun spirtli içki qəbul etməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs sözlərindən əsəbləşərək əli ilə bir neçə dəfə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə bir neçə il öncə ailə qurmuş, lakin, aralarında rəsmi nikah bağlanmamışdır. Təqsirləndirilən şəxs ilə ilk vaxtlar münasibətləri normal olmuş, sonradan Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etməsi ilə bağlı münasibətləri pozulmuş, aralarında mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, nömrəsiz fərdi evin qonaq otağında olarkən Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etməsi ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə bir neçə dəfə onun sifət nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, hadisə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, otaqda onlardan başqa heç kim olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 11 mart 2024-cü il tarixli, 528 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq və sol təpə ənsə nahiyələrinin dərialtı hematomaları, sol çənə və boyun nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarının 51-52-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 19 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmü dəyişdirilərək barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-633/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-318/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-318/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver