Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-319/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, “X10” MMC-də satış təmsilçisi işləyən, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi ev 19/21-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, M.Gəncəvi küçəsi ev 4 mənzil 8-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində özünə məxsus “Chevrolet Cruze” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə metronun “Nefçilər” stansiyası istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin surətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq məqsədi ilə ara məsafəsini düzgün seçməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qanunun tələblərini pozaraq düzgün ara məsafəsi seçmədiyindən ehtiyatsızlıqdan idarəetməni itirib R.Rüstəmov küçəsində “Lukoil” YDM-nin qarşısındakı piyada keçidində dayanmış ilk olaraq “Opel-Omeqa” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq zərbənin təsiri ilə həmin avtomobili irəliyə doğru sürüşdürüb qarşısında dayanmış “Mersedes Benz C200” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılması nəticəsində yaranmış qüvvənin təsirindən sonuncu nəqliyyat vasitəsinin irəli sürüşərək piyada keçidində yolu sağdan sola doğru adi yerişlə keçən piyada X3 dəyməsi nəticəsində Tünzalə Mustafayevanın aldığı baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ənsə nahiyəsinin hematoması, baş beyin maddəsinin əzilməsi kimi bədən xəsarətərindən yerləşdirildiyi Sabunçu rayonu 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsində xx.xx.2022ci il tarixdə saat 23:15 radələrində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 iyul 2022-ci il tarixdə saat 08:45 radələrində özünə məxsus olan “Chevrolet-Cruze” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsi ilə “Nefçilər” metrosu istiqamətdə 45-50 km/saat surətlə hərəkətdə olarkən “Lukoil” YDM-nin bərabərliyinə çatmamış təxminən 5-6 metr aralı məsafədə özündən qabaqda hərəkətdə olan “Opel-Omega” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada keçidinə çatmağa az qalmış ani olaraq tormozlama edib dayandığını görmüşdür. Bu anda hərəkəti üçün təhlükə yarandığını anlayıb idarə etdiyi avtomobilin əyləcini bassa da, avtomobili dayandıra bilməmiş, qabaq hissəsi ilə «Opel» markalı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Zərbə nəticəsində Opel markalı avtomobil də qabağa doğru hərəkət edərək qabaq hissəsi ilə özündən qabaqda, piyada keçidinin qarşısında dayanmış **-BP- *** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. O, toqquşmalardan sonra avtomobilindən düşüb baxdıqda görmüşdür ki, Mercedes markalı həmin avtomobil də zəncirvari baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada keçidi zolağı ilə yolu sağdan sola doğru keçən qadını vurması nəticəsində həmin piyada arxası üstə yerə yıxılmış vəziyyətdədir, lakin qadının huşu özündə olmuş və çətinliklə də olsa danışa bilmişdir. Aralarında razılığa gələrək o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, Aqşin isə 103 qaynar xəttinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə gələn polis əməkdaşları onların iştirakı ilə hadisə yerinə baxış keçirib sxemini çəkmişlər.Qadın 3 saylı xəstəxanada 5 gün qalmış, onlar təklif etmişlər ki, zərərçəkmiş şəxsi daha müasir şəraitli xəstəxanaya aparsınlar, lakin zərərçəkmiş şəxsin yaxınları qəbul etməmişlər. Xəstəxanada olarkən zərərçəkmiş şəxsin bütün xəstəxana məsrəflərini ödəmişlər, lakin sonradan zərərçəkmiş şəxs vəfat etmişdir. Həmçinin o bildirdi ki, əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüququ varisi ilə barışmış, onlara dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə 08:30 radələrində həyat yoldaşı Tünzalə Müstafayeva mağazadan ərzaq almaq üçün evdən çıxmış, saat 09:30 radələrində Sabunçu RPİ-dən ona Tünzalə Mustafayevanın Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində avtomobillə vurulduğu və hazırda 3 saylı xəstəxanaya yerləşdirildiyi bildirilmişdir. Bundan sonra o xəstəxanaya gəlmiş və orada məlum olmuşdur ki, zəncirvari yol naqliyyat hadisəsini törətmiş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Tünzalənin müalicə xərclərini ödəmişdir. Bir neçə gündən sonra Tünzalə aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və onu Yevlax rayonu Tanrıqulular kəndindəki qəbristanlıqda dəfn etmişdir. Arvadının ölümü ilə nəticələnən 3 avtomobilin toqquşmasından ibarət zəncirvari yol nəqliyyat hadisəsini sürücü Təqsirləndirilən şəxs törətməsinə baxmayaraq sonuncu tərəfindən Tünzalənin müalicə xərcləri və dəfn xərcləri ödənildiyinə görə ondan şikayəti olmasa da həyat yoldaşını vuran Mercedes markalı avtomobilin sürücüsündən şikayətçidir (i.v. 95-97) Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 08:35 radələrində idarə etdiyi “Mersedes Benz C- 200” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə “Neftçilər" metrostansiyası istiqamətində 30 km/saat sürətlə hərəkətdə olan zaman “Lukoil” YDM-nin bərabərliyində piyada zolağının qarşısına çatdıqda, sağ zolaqda hərəkətdə olan “Ford” markalı ağ rəngli avtomobilin piyada zolağına çatdığı anda dayandığını görərək o da, zolaqda piyada olduğunu başa düşüb əyləci basıb avtomobilini saxlamışdır. Çünki həmin vaxt sağdakı “Ford” markalı avtomobil onun görünüş məsafəsini qarşısını kəsdiyindən o, piyada zolağa girib yolu sağdan sola doğru hərəkətə başlamasını ilk anda görmək imkanı olmasa da, piyada zolağına çatarkən sürətini də azaltığı üçün piyada zolağına çatdıqda artıq həmin zolaqda bir nəfər qadın piyadanın yolu sağdan sola doğru adi addımlarla keçməsini görmüşdür və piyadaya yol vermək üçün idarə etdiyi avtomobili dayandırmışdır. Bu zaman arxadan gələn “Opel-Omega” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsindən toqquşmuş və nəticədə onun avtomobili təkanla 2-3 metr qabağa sürüklənmiş və qabaq hissəsi həmin piyadaya dəymişdir. Piyada zərbədən arxası üstə yerə yıxılmış və başı zərbə ilə yerə dəymişdir. O əyləci daha da güclə basaraq avtomobili dayandırmış və dərhal avtomobildən düşüb baxdıqda görmüşdür ki, arxasındakı “Opel-Omega” minik markalı avtomobili arxasındakı “Chevrolet Cruze” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil də qabaq hissəsi ilə Opel markalı avtomobilin arxa hissəsi ilə toqquşaraq yerlərində dayanmışlar. Sonra “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Tahir adlı şəxs 102 xidmətinə zəng edərək törətdiyi yol nəqliyyat hadisəsi barədə məlumat vermiş, o isə 103 qaynar xəttinə zəng edərək təcili tibbi yardım çağırmış, təcili yardım maşını gəlib vuralan piyada qadını xəstəxanaya aparmışdır. Sonra isə hadisə yerində o və digər sürücülər gözləmiş, oraya gələn polis əməkdaşları onların iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə təxminən saat 08:40 radələrində idarə etdiyi “Opel-Omega” minik markalı **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Rüstəm Rüstəmov küçəsi ilə üzü “Neftçilər” metrostansiyası istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman piyada keçidinin qarşısında eyni istiqamətdə ondan qabaqda hərəkət edən “Mercedes” markalı avtomobilin piyda zolağının üzəri ilə yolun sağından soluna doğru hərəkətə edən piyada qadına yol vermək üçün dayandığını görmüş və həmin anda tormoz edərək avtomobilini dayandırmışdır. Bu zaman ondan arxada eyni istiqamətdə hərəkət edən “Chevrolet” markalı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa hissəsində toqquşmuş, zərbədən onu avtomobili qabağa doğru sıçrayaraq qabaq hissəsi ilə Mersedes markalı avtombilin arxa hissəsindən vurmuşdur. Bu zərbədən isə Mersedes markalı avtomobil qabağa doğru hərəkət edərək həmin anda qarşısından keçən həmin piyadanı vurmuş, piyada arxası üstə yerə yıxılıb başı zərbə ilə yerə dəymişdir. Sonra «Chevrolet» markalı avtomobilin sürücüsü sonradan adını bildiyi Tahir hadisə barədə 102 xidmətinə, Mersedes markalı avtomobilin sürücüsü Aqşin isə 103 qaynar xəttinə zəng edərək təcili tibbi yardım çağırmışdır. O isə vurulan piyadaya su verib, üzünü yumuşdur. Bir qədər sonra təcili yardım maşını gəlib piyadanı xəstəxanaya aparmışdır. Sonra isə hadisə yerinə gələn polis əməkdaşları onların iştirakları ilə hadisə yerinə baxış keçirib sxemini çəkmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun anası, zərərçəkmiş şəxsin hüquqi varisi isə onun atasıdır. Atası yük maşını idarə etdiyi üçün müxtəlif rayonlara gedir, bununla əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, Təqsirləndirilən şəxs mərhum anasının xəstəxana və dəfn xərclərini çəkdiyi, onlara dəymiş ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti və tələbləri yoxdur. Bununla bağlı ibtidai istintaq orqanına notarial qaydada barışıq ərizəsi təqdim etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 06-11); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 1/3353 №-li 05 iyul 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 20); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AD 197641 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 22); xx.xx.2020-ci il tarixli AD 751850 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir. (i.v.22); DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 08:49 radədə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolun “Neftçilər” metro stansiyası istiqamətinə aid hərəkət hisəsində sağ zolağında “Ford Tranzit” markalı, ondan bir qədər arxada sağ zolaqda isə “Mersedes” markalı, ondan arxada “Opel” markalı ondan da arxadan isə qara rəngli Cevrolet markalı avtomobilin hərəkət etməsi, piyada keçidinin qarşısında əvvəlcə “Ford Tranzit” markalı, daha sonra isə “Mersedes” markalı avtomobil yanaşı vəziyyətdə tam dayandıqdan sonra yolun sağ kənarından sola doğru piyada mərhum Tünzalə Müstafayeva adi yerişlə hərəkət edərək “Ford Tranzit” markalı avtomobilin qarşısından keçib Mercedes markalı avtomobilin qarşısına çatdığı anda, “Chevrolet” markalı avtomobil qabaq hissəsi ilə özündən qabaqda hərəkətdə olmaqla Mersedes markalı avtomobilə yaxınlaşan Opel markalı avtombilin arxası toqquşması, zərbədən sonuncu avtomobili qabağa doğru hərəkət edib, qarşısında tam dayanıqlı vəziyyətdə olan Mercedes markalı avtomobillin arxa hissəsi ilə toqquşduqdan sonra bu avtomobil qabağa doğru hərəkət edib qabaq hissəsi ilə piyada T.Mustafayevanı vurması müəyyən olunmuşdur(i.v.32-33); məhkəmə-tibbi ekspertizasının 01 avqust 2022-ci il tarixli, 168 saylı rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: Baş beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma. Ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı. Ənsə nahiyəsinin hematoması. Xəsarətlər həyatı olub, T.i.Mustafayevanın xəstəxanaya daxil olmasından (xx.xx.20220-ci il saat 10:30) az əvvəl bərk küt əşya (əşyalar) təsiridən törənmişlər, qərarın təsviri hisəsində göstərilən xx.xx.2022-ci ila tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 23:15-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən inkar olunmur (i.v.55-59); məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 8/2538 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1. Chevrolet Cruze markalı 99VG610 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinəi riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Omeqa” markalı 10FT552 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmaması ilə əlaqədar hərəkətlərinin texniki bilik tələb etmir. 3. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz C200 markalı 90BP767 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmaması ilə əlaqədar hərəkətlərinin texniki bilik tələb etmir(i.v.65-68); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.87); zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan bütünlüklə ödədiyi üçün heç bir şikayət və tələbi yoxdur, onu bağışlayır, xahiş edir ki, ərizəsi nəzərə alınsın(i.v.89); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə ölmüş arvadı X2 hüquqi varisi qismində tanınmışdır (i.v.91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 01 noyabr 2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 104); Doğum haqqında AZ-İV seriyalı 545452 nömrəli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il təvvəllüdlü azyaşlı övladı vardır(i.v.105); sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, TŞ və videoqeydedici kameraların videogörüntüləri köçürülmüş 01 ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v. 107-112); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bi azyaşlı övladının olmasını(CM- 59.1.4), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-319/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-319/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver