Məhkəmə qərarları › İş №1(008)-32/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-32/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-32/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2, 29.177.2.3, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğurluq etmək məqsədi ilə 28 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən nömrəsiz evin həyətyanı sahəsinə hasarı aşmaqla keçərək, orada təmir-tikinti tullantı kimi saxlanılan, istehlaka yararsız, maddi dəyəri olmayan, işlənmiş dəmir boru kəsiyini götürmək istəyərkən, hərəkətləri həmin evdə yaşayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edildikdə özgənin əmlakının qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etmədən həyətyanı sahəni tərk etmək istəyərkən Zərərçəkmiş şəxs1 onu yaxalamaq üçün yerə yıxdıqdan sonra o, sonuncunun əlindən çıxmaq üçün üzərindəki kəsici-deşici alətlə Zərərçəkmiş şəxs1 sol çiyin nahiyəsinə iki dəfə ardıcıl olaraq zərbə endirib daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bundan başqa o özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2020-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən 4 saylı evin mətbəxdəki pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq evin mətbəxindən 50 manat dəyərində qabyuma yerin üst dəmiri ilə birlikdə 30 manat dəyərində su kranı, 50 manat dəyərində iki gözlü qaz sobasını, 100 manat dəyərində aspiratoru, 100 manat dəyərində soyuducunun mühərrikini, evin hamam otağından 120 manat dəyərində su qızdırıcısını, 60 manat dəyərində əl-üz yuma üçün su kranı, 60 manat dəyərində çimmək üçün su kranını, 150 manat dəyərində dəsmal qurudanı, evin qonaq otağından 100 manat dəyərində peyk antenanın resiverini, evin yataq otağından 600 manat dəyərində «İndesit» markalı paltaryuyan maşını, 120 manat dəyərində ətçəkən maşını, 100 manat dəyərində şirəkən maşını. 50 manat dəyərində mikseri, 100 manat dəyərində tozsoranı, 100 manat dəyərində «Akel»” markalı elektrik sobanı, 50 manat dəyərində ütünü, 50 manat dəyərində çayniki, 50 manat dəyərində «DVD» playeri, 250 manat dəyərində 12 nəfərlik servizi, 400 manat dəyərində «Tefal» markalı qazan dəsti, 70 manat dəyərində dəst yemək alətləri, 150 manat dəyərində büllurdan hazırlanmış 2 vaza, 1 güldan və 1 çıraqdan ibarət «Bohema» dəsti, 50 manat dəyərində 6 ədəd stakan və 1 ədəd qrafindən ibarət büllur dolça dəsti, 50 manat dəyərində 6 ədəd stakan, bir meyvə qabı, bir konfet qabı və bir ədəd qrafindən ibarət «Bohema» büllur dolça dəsti, 500 manat dəyərində nahar dəsti, 300 manat dəyərində bir büllur çilçırağı, hərəsi 100 manat olan 200 manat dəyərində iki ədəd büllur çilçırağı, 100 manat dəyərində curnal masanı, 30 manat dəyərində suvenir güldanı, 300 manat dəyərində çay dəsti, 30 manat dəyərində keramikadan hazırlanmış üç mərtəbəli qabı, 20 manat dəyrində şüşə baloıılara qapaq bağlamaq üçün cihazı, hərəsi 25 manat olan 50 manat dəyərində iki ədəd gecə işıqlandırıcısım, 100 manat dəyərində SSR-i dövlətində istehsal olunmuş paltartikən maşını, evin bütün yaşayış və qeyri yaşayış sahələrindən hərəsi 100 manat olan 600 manat dəyərində 12 seksiyalı istilik radiatorları, evin həyətindən 100 manat dəyərində hidrofonla təhciz edilmiş «Marcus» markalı su pompasını və 50 manat dəyərində odunla işləyən dəmir sobanı gizli talayaraq Zərərçəkmiş şəxs2 5.390 manat xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2020-ci il tarixdə, saat 05:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı nömrəsiz evin həyətində yerləşən, təndir çörək bişirilən yer və ərzaq dükanı kimi istifadə olunan saxlanc yerinə pəncərədən qanunsuz daxil olaraq özgənin, Zərərçəkmiş şəxs3 məxsus 10 ədəd hər biri 1 manat 80 qəpik dəyərində «X20» markalı, 10 ədəd 22 manat dəyərində «Want Line X» markalı, 25 ədəd 50 manat dəyərində «X21 Black» markalı, 35 ədəd 77 manat dəyərində «X17» markalı, 8 ədəd 28,8 manat dəyərində «Kent 1 Nano» markalı, 20 ədəd 50 manat dəyərində «X22 Kings» markalı, 35 ədəd 77 manat dəyərində «X19» markalı, 25 ədəd 45 manat dəyərində «X23» markalı, 20 ədəd 44 manat dəyərində «X11» markalı, 18 ədəd 45 manat dəyərində «X15» markalı, 27 ədəd 54 manat dəyərində «X18» markalı və 10 ədəd 20 manat dəyərində «X21 Red» markalı siqaret qutularını, ümumilikdə 530.8 manat dəyərində tülün məmulatları gizli talayıb onları saxlanc yerindən çıxartmaq üçün selofan torbaya yığdıqdan sonra Zərərçəkmiş şəxs3 həmin saxlanc yerinə qəfildən daxil olması nəticəsində əməlin aşkar olunduğunu bilərək iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini başa çatdıra bilmədən hadisə yerindən qaçaraq oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə 30 yanvar 2021-ci il tarixə keçən gecə Bakı şəh., Sabunçu rayonu, Zabrat-Kürdəxanı avtomobil yolunun kənarında yerləşən «daş bazarı» adlanan yerdə dayanmış, Zərərçəkmiş şəxs4 məxsus «MMZ 4505 yük» markalı, AZ **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının nəfəsliyindən əlini içəri salıb giriş qapısının kilidini açıb kabinaya daxil olaraq mühərriki işə salma sisteminə dəmir alət daxil etməklə mühərriki işə salıb həmin avtomobili dayandığı yerdən hərəkətə gətirib sürərək təkrarən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs5 icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanında yerləşən dükanın saxlanc yerinin giriş qapısının üzərindəki boşluğu qoruyan dəmir barmaqlıqları yerdən ayırıb dəmir məftili içəri salıb qapının cəftəsini açmaqla qapıdan saxlanc yerinə qanunsuz daxil olaraq oradan özgənin, Zərərçəkmiş şəxs5 məxsus hərəsi 8 manat olan 24 manat dəyərində 3 ədəd kanistnn içində 60 manat dəyərində 60 litr və ayrıca plastmas qablarda 40 manat dəyərində 40 litr Aİ-92 markalı avtomobil benzini gizli taladıqdan sonra, dükanın satış sahəsinin giriş qapısının üzərindəki boşluğu qoruyan dəmir barmaqlıqları yerdən ayırıb pəncərədən saxlanc yerinə qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə 72 manat dəyərində 48 ədəd «GO» markalı 500 ml tutumlu spirtli enerci içkiləri, 25 manat dəyərində 25 ədəd 0,5 litr tutumlu «Bizon» markalı enerci içkiləri, 36 manat dəyərində 20 ədəd 0,5 litr tutumlu «Xırdalan» markalı pivələri, 20 manat dəyərində 10 ədəd 0,5 litr tutumlu «Kuller» markalı pivələri, 6 manat dəyərində bir ədəd Crystal markalı 0,75 litr tutumlu ağ çaxırı, 25 manat dəyərində 5 ədəd Crystal markalı, 0,75 litr tutumlu «Mədrəssə» qırmızı çaxırı, 16 manat dəyərində iki ədəd, 0,5 litr tutumlu «Mamedoff» markalı araqları, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «Mamedoff» markalı araqları, 11 manat dəyərində bir ədəd 1 litr tutumlu «Mamedoff» markalı arağı, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «5İKopb İCE» markalı araqları, 26 manat dəyərində iki ədəd, 1 litr tutumlu «BK0pb İCE» markalı araqları, 25 manat dəyərində 5 ədəd, 0,5 litr tutumlu «Rusalka» markalı araqları, 7 manat dəyərində bir ədəd 0,7 litr tutumlu «Rıısalka» markalı arağı, 18 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «44 gıın» markalı araqları, 15 manat dəyərində 2 ədəd, 0,7 litr tutumlu «44 gım» markalı araqları, 24 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «Qubadlı» markalı araqları, 25 manat dəyərində 10 ədəd, 100 qramlıq «Pbi6uoe Memo» markalı konservləri, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beta» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Azərçay» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beıqa» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Champion» markalı çay qutuları, 10 manat dəyərində 10 ədəd 100 qramlıq «Bizim süfrə» markalı mayonezləıi, 10 manat dəyərində bir ədəd 700 qram çəkidə «Halal Nemət» markalı seıvelatı, hər kilonun qiyməti 11 manat olan 22 manat dəyərində 2 kiloqram «Halal Nemət» markalı «Oxotniçi» sosiskanı, müxtəlif nominalda qəpiklərlə 55 manat, 10 ədəd bir manat nominalda əskinazlarla və bir ədəd 5 manat nominalda əskinazlarla 15 manat pulu, 170 manat dəyərində 50 ədəd “Winstone” markalı, 108 manat dəyərində 60 ədəd «X20» markalı, 126 manat dəyərində 70 ədəd «Bakı» markalı, 120 manat dəyərində 60 ədəd «Prima» markalı, 80 manat dəyərində 40 ədəd «Magnum» markalı, 75 manat dəyərində 30 ədəd «X24 Kings» markalı, 108 manat dəyərində 30 ədəd «X21 Black» markalı, 60 manat dəyərində 30 ədəd «Viceroy» markalı, 108 manat dəyərində 30 ədəd «Davidoff» markalı, 78 manat dəyərində 20 ədəd «Sobranie» markalı və 75 manat dəyərində 30 ədəd «X15» markalı siqaret qutuları gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 1.775 manat dəyərində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qızılı rəngli kağız bükümündə, ümumi təmiz çəkisi 0.242 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz olaraq əldə edərək 04 fevral 2021-ci il tarixdə, saat 15:00 radələrinə kimi özündə saxlayaraq Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsinə qədər daşımış, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün Sabunçu Rayon Polis İdarəsi tərəfindən barəsində xx.xx.2021-ci il tarixdə elan edilmiş axtarışla əlaqədar olduğu yeri barədə etimad doğuran mənbədən alınmış məlumat əsasında həmin gün, saat 15:00 radələrində Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4rləşən 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün, orada keçirilmiş şəxsi axtarışı zamanı əynindəki açıq mavi cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümündə, satış məqsədi olmadan, naməlum mənbədən əldə edib özündə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0.242 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3, 185.2.2 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 28 oktyabr 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində çörək almaq məqsədi ilə Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən yaşadığı evdən çıxaraq Sabunçu rayonu, Sovxoz-Ramana adlan əraziyə getmişdir. Ölkədə karantin recimi ilə bağlı məhdudiyyətlər tətbiq edildiyindən evinin yaxınlığında yerləşən mağazalar bağlı olmuşdur. O, Sabunçu rayonu, Sovxoz Ramana ərazisinə gedərək orada komendant saatı zamanı açıq olan mağaza tapa biləcəyini düşünmüşdür. Yol ilə gedərkən o, tanışı Əhmədə zəng edərək həmin ərazidə açıq ola biləcək mağaza barədə məlumatının olub-olmamasını soruşmuş, Əhməd gecə saatları olduğu üçün açıq mağaza tapa bilməyəcəyi ona bildirərək ondan harada olmasını soruşmuşdur. O, Əhmədə onun yaşadığı evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra Əhməd ona olduğu yerdə dayanaraq gözləməsini, evdən ona çörək gətirəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Əhməd onun olduğu yerə gələrək ona evdə çörək qalmadığını bildirmişdir. Əhmədin onu gözlətməsindən əsəbləşərək ona öz iradını bildirərək onu tənbeh etmişdir. Həmin vaxt, Əhmədin arvadı ilə oğlunun onlara tərəf gəldiyini görərək onların ona şər atmalarından ehtiyyat edərək Əhmədlə sağollaşaraq başqa istiqamətdə hərəkət etmişdir. Lakin, həmin istiqamətdə Post Patrul avtomobili polislərin gəldiyini görmüş, komendant saatı zamanı sərbəst hərəkət üçün icazəsi olmadığından o, məcbur qalaraq Əhmədgilin olduğunu tərəfə hərəkət etmişdir. O, Əhmədgilin yanından keçərək xeyli məsafə qət etdikdən sonra kiminsə arxasınca qaçdığını eşidib, geriyə dönmüş, Əhmədin oğlu Valehin ona yaxınlaşdığını görmüşdür. Valeh ondan kim olduğunu soruşmuş, o, Valehə onun kim olmasının ona heç bir aidiyyəti olmadığını bildirərək yoluna davam etmişdir. Valeh onun getməsinə mane olaraq onun çiynindən tutub özünə tərəf çevirmiş, o, Valehi tənbeh etməsi üçün Əhmədi səsləmişdir. Lakin Valeh təkidlə onunla söhbət etmək istədiyini bildirmiş, bu səbəbdən aralarında ilkin olaraq sözlə mübahisə yaranmış, daha sonra onlar əlbəyaxa olmuşlar. Mübahisə zamanı Valehin əlində bıçaq olduğunu görmüş, bıçağı Valehin əlindən almaq məqsədi ilə təpiklə onun baş nahiyəsinə zərbə vuraraq Valeh yerə yıxmışdır. Valeh yerə yıxıldığı zaman bıçaq onun çiynini kəsmişdir. Daha sonra o, bıçağı divara çırparaq oradan uzaqlaşmışdır. 21 dekabr 2020-ci il tarixdə, saat 05:00 radələrində o, gecələmək üçün Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı nömrəsiz evin həyətində yerləşən, təndir çörək bişirilən yer və ərzaq dükanı kimi istifadə olunan saxlanc yerinin pəncərəsinin üzərində yerləşən barmaqlıqları yerdən tapdığı dəmir parçası ilə əyərək oraya daxil olub, orada olan təndirlərdən birinə söykənərək yatmışdır. Anidən qapının səsinə oyanaraq Rəqsanənin içəri daxil olduğunu görmüş, lakin, ora qaranlıq olduğu üçün Rəqsanə onu görməmişdir. O, qəfildən Rəqsanənin içəriyə daxil olduğu istiqamətə qaçaraq həyətə çıxmışdır. Daha sonra oradan uzaqlaşmışdır. 30 yanvar 2021-ci il tarixə keçən gecə Bakı şəh., Sabunçu rayonu, Zabrat- Kürdəxanı avtomobil yolunun kənarında yerləşən «Daş bazarı» adlanan yerdə dayanmış bir neçə yük avtomobili görmüş, həmin avtomobillərdən birinin kabinası pərdələndiyindən həmin avtomobildə gecələməyi qərara almışdır. O, bu məqsədlə, ilkin olaraq ətrafa nəzər yetirmiş, ətrafda heç kəsin olmamasından əmin olduqdan sonra yük avtomobilinin kabinasının nəfəsliyini sıxaraq açmış, daha sonra əlini içəri salaraq kabinanın kilidini açıb içəri daxil olaraq orada yatmışdır. Bir neçə saat sonra yuxudan oyanmış, içəri soyuq olduğu üçün avtomobilin istilik sistemini qoşmaq məqsədi ilə cibində olan qəpik vasitəsi ilə avtomobilin mühərrikini işə salmış, lakin, istilik sistemini qoşa bilməmişdir. Daha sonra avtomobili idarə edərək Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gedərək avtomobili boş ərazidə saxlayaraq gecələmək üçün Ramana qəsəbəsində yaşayan tanışının evinə getmişdir. O, tanışından köhnə geyim əşyaları götürdükdən sonra yenidən həmin yük avtomobilinə geri qayıtmış, avtomobilin istilik sistemini qoşaraq iki gün həmin avtomobildə gecələmişdir. O, həmçinin yük avtomobilinin tapılmasını çətinləşdirmək məqsədi ilə zibillikdən tapdığı «az ** HD ***» dövlət qeydiyyat nişanlarını avtomobilə bağlamışdır. O, hər dəfə avtomobilin mühərrikini işə saldığı zaman benzindən istifadə olunduğu benzin alma zərurəti yaranmış, bu məqsədlə, o, Ramana qəsəbəsi ərazisində yerləşən benzin satılan mağazadan oğurluq etməyi qərara almışdır. 03 fevral 2021-ci il tarixdə gecə saatlarında Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs5 işlətdiyi mağazaya tərəf getmiş, mağazanın ətrafında bir qədər gəzdikdən sonra yan tərəfdə olan saxlanc yerinin qapısının üstündə bir mişar daşı ölçüsündə boşluğun olduğunu görərək qapının dəstəyinin üzərinə ayağını qoyaraq qalxmış, əlində olan fənərlə içəriyə işıq salmış, dəmir qapının içəridən cəftə ilə bağlandığını görmüşdür. O, yerdən tapdığı məftil ilə qapını acaraq saxlanc yerinə daxil olmuş, ətrafa nəzər yetirdikdən sonra orada olan su qablarının içərisində benzin olduğunu müəyyən edərək həmin 7 ədədini küçəyə çıxarmış, onlardan ikisini götürərək Avtomobilin yanına getmişdir. Daha sonra qablarda olan yanacağı yük avtomobilinin yanacaq çəninə tökərək avtomobili hərəkətə gətirib mağazanın qarşısına sürmüşdür. Mağazanın qarşısına çatdıqdan sonra orada qalan qablardakı benzini avtomobilin yanacaq çəninə tökmüşdür. O, yanacaq qablarını saxlanc yerindən çıxaran zaman mağazada olan siqaretləri, spirtli içkiləri və qida məhsullarını oğurlamağı qərar almışdır. Bu məqsədlə, mağazanın arxa tərəfinə keçərək divarda olan nəfəsliyin dəmir barmaqlıqlarını yerdən tapdığı dəmir parçası ilə açaraq nəfəslikdən mağazaya daxil olmuş, orada olan tütün məmulatlarını, spirtli içkiləri, konservləri və yadında qalmayan başqa əşyaları nəfəslikdən çıxdıqdan sonra əlini içəri salaraq rahatlıqla götürə bilməsi üçün nəfəsliyin altında olan rəflərə yığmış, daha sonra mağazadan polietilen torba götürərək mağazanı tərk etmiş, oğurladığı əşyaları torbaya yığaraq qaçırdığı avtomobilin yük yerinə qoymuşdur. Həmçinin o, qeyd olunan mağazadan dəqiq xatırlamadığı məbləğdə xırda qəpiklər oğurlamışdır. 03 fevral 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığına getmiş, orada üzdən tanıdığı, lakin, anket məlumatlarını dəqiq bilmədiyi şəxsə yaxınlaşaraq şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq istədiyini bildirmiş, həmin şəxs, 10 manat müqabilində bir ədəd bükümdə təxminən 0.2 qram narkotik vasitə heroin satmışdır. O, aldığı narkotik vasitəni gələcəkdə istifadə etməsi üçün əynindəki açıq mavi cins şalvarının sağ yan cibinə qoyaraq Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində saxladığı yük avtomobilinə geri qayıtmışdır. O, həmin üzərində olan metadon həbindən istifadə etmiş, həmin həb günlük narkotik vasitəyə olan tələbatını ödədiyi üçün aldığı heroini istifadə etməmiş, gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. O, 04 fevral 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-də istintaqı aparılan cinayət işi üzrə barəsində axtarış elan edildiyi üçün onu Sabunçu RPİ-in 12-ci PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-in 12-ci PŞ-nə getmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan açıq mavi cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxaraq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin oludğunu bildirmişdir. Sorğu zamanı, o,təqdim etdiyi narkotik vasitə heroini 03 fevral 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığına gedərək üzdən tanıdığı anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda qeydiyyatda olmaqla Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən nömrəsiz evdə yaşayır. 28 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, 1ci sahədə yerləşən nömrəsiz evdə olduğu zaman həyətdə saxladıqları itin hürməsini eşitmiş, itin səsinə valideyinləri də yuxudan oyanmışdır. O, itə baxmaq üçün həyətə çıxmış, valideynləridə onun arxasınca gəlmişlər. Həyətə kiminsə daxil olduğundan şübhələndiyi üçün ətrafa nəzər yetirməyə başlamış, həyətdə olan tövlənin arxasında ev tikmək üçün qazdıqları özülün içində qoyduqları dəmir borunu qəsəbə sakini Müşfiq adlı şəxsin aparmaq istədiyini görüb həmin yerə yaxınlaşmışdır. Müşfiq onun yaxınlaşdığını görərək götürmək istədiyi dəmir borunu atıb hasara tərəf qaçmağa başlamışdır. O, Müşfiqi tutaraq onu yerə yıxmış, Müşfiq isə onun əlindən çıxmaq üçün kəmərinin üstündən bıçağı çıxararaq bıçaqla onun sol çiynindən ardıcıl 2 dəfə zərbə vuraraq hasardan aşıb küçəyə çıxmış, daha sonra qaçaraq oradan uzaqlaşmışdır. O, bıçaq zərbələrinin təsirindən yerə yıxılaraq ağrıdan qışqırmağa başlamış, valideynləri onun yanına gələrək tibbi yardım göstərilməsi üçün onu Sabunçu xəstəxanasına aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 saylı ev ona məxsusdur. Oğlu Bəhruz evləndikdən sonra bir müddət həmin ünvanda yaşamış, daha sonra övladının səhətində yaranan problem ilə bağlı onun yaşadığı ünvana köçmüşdür. Qızı Tamara evlənərkən ona cehiz əşyaları alaraq həmin ünvana yığmış, qızı evləndikdən sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçdüyü üçün cehiz əşyaları həmin ünvanda qalmışdır. 27 dekabr 2020-ci il tarixdə, saat 12:00 radələrində Bəhruz ona zəng vuraraq Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən evə naməlum şəxslərin daxil olaraq Təranəyə məxsus cehiz əşyalarını və evin məişət əşyalarının oğurlandığını bildirmişdir. O, dərhal qeyd olunan ünvana getmiş, evin mətbəx otağının pəncərəsinin açıq olduğunu, evin giriş qapısının söküldüyünü və ətrafın dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evə baxış keçirdiyi zaman, evdən cehiz əşyalarının, otaqlarda divardan asılmış 6 ədəd 12 seksiyalı istilik radiatorlarının, mətbəxdəki qabyuma yerinin dəmir üstünün, su kranının, 2 gözlü qaz sobasının, soyuducunun mühərrikinin, hamamdan su qızdırıcısının, sobanın üstündəki aspiratorun, hamamda olan qurudan (suşilka), əl-üz yuma kranının, çimmək üçün kran və duşun, evin həyətində arxa hissədə olan hidrofonla birlikdə «Marcus» markalı su pompasının, evin qonaq otağından peyk antenanın tyunerinin, evin həytində olan kustar üsulla hazırlanmış dəmir odun sobası oğurlandığını aşkar etmişdir. Cehiz əşyaların əksəriyyəti yataq otağında olmuş, otağın qapısı açarla bağlanmışdır. Həmin otaqdan təzə vəziyyətdə olan 600 manat dəyərində «İndesit» markalı paltaryuyan maşın,120 manat dəyərində markasını xatırlamadığı ətçəkən maşın, 100 manat dəyərində markasını xatırlamadığı şirəkən maşın, 50 manat dəyərində markasını xatırlamadığı mikser, 100 manat dəyərində markasını xatırlamadığı tozsoran, 100 manat dəyərində markasını xatırlamadığı eelktrik sobası (duxovka), 50 manat dəyərində markasını xatırlamadığı ütü, 50 manat dəyərində markasını xatırlamadığı çaynik, 50 manat dəyərində markasını xatırlamadığı DVD player, 250 manat dəyərində 12 nəfərlik serviz, 400 manat dəyərində Tefal markalı qazan dəsti, 70 manat dəyərində dəst yemək alətləri, 150 manat dəyərində büllurdan 2 vaza, 1 güldan və 1 çıraqdan ibarət Bohema dəsti, 50 manat dəyərində 6 ədəd stakan və 1 ədəd qrafindən ibarət büllur dolça dəsti, 50 manat dəyərində 6 ədəd stakan, bir meyvə qabı, bir konfet qabı və bir ədəd qrafindən ibarət Bahema büllur dolça dəsti, 500 manat dəyərində nahar dəsti, 300 manat dəyərində bir büllur çilçıraq, hərəsi 100 manat dəyərində iki ədəd büllur çilçıraq, 100 manat dəyərində curnal masası, 30 manat dəyərində suvenir güldan, 300 manat dəyrində çay dəsti, 30 manat dəyərində keramikadan hazırlanmış üç mərtəbəli qab, 20 manat dəyrində şüşə qablara qabaq bağlamaq üçün cihaz, 50 manat dəyərində iki ədəd çarpayının yanında qoyulan gecə işıqlandırıcısı olmuşdur. Polis bölməsində olarkən «İndesit» markalı paltaryuyan maşın, odun sobası, su kranı ilə birlikdə qabyuma yerinin üst dəmiri, böyük büllur çilçıraq, 2 gözlü qaz sobası və 2 ədəd gecə lampasından biri ona təqdim edilərək onların ona məxsus olub-olmaması soruşulmuş, o, həmin əşyaları tanımış, özünə məxsus olduğunu, evindən talanmış əşyalarından olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən yaşadığı evin həyətində təxminən 3x4 metr ölçülərdə inşa edilmiş qeyri-yaşayış sahəsində tütün məmulatlarının, təndirdə hazırlanan çörəyin və sərinləşdirici içkilərin satışı ilə məşğul olur. Həmin tikiliyə həyətdən və küçədən giriş var. Tikilinin girişində dəmir seyf qapı və plastik pəncərəsinin üzərində dəmir barmaqlıqlar var. 21 dekabr 2020-ci il tarixdə, saat 05:00 radələrində o, yuxudan oyanaraq təndiri yandırmaq üçün tikiliyə daxil olmuş, həmin vaxt bir nəfər kişi cinsli şəxsin vitrində olan siqaret qutularını sellofan torbaya yığıdığını görmüşdür. O, tikilinin işığını yandırmış, orada olan şəxs diksinərək ayağa qalxmışdır. O, həmin şəxsin üzünə baxdığı zaman onun bir neçə ev aralıda yaşayan, ərazidə cinayətkar kimi tanınan «Müşfiq» adlı şəxs olduğunu görmüşdür. O, həyəcanlanaraq Müşfiqin yaxasından tutaraq qışqırmağa başlamış, Müşfiq onu həyətə çıxararaq itələmiş, o, həmin vaxt həyətdə olan qoz ağacına dəymişdir. Daha sonra Müşfiq darvazının kilidini açaraq həyətdən çıxmış və oradan uzaqlaşmışdır. Müşfiq oradan özü ilə heçnə apara bilməmişdir. O, evə qayıdaraq hadisə ilə bağlı ərinə məlumat vermiş, əri Müşfiq qonşuluqda yaşadığı üçün ondan polisə şikayət etməməyi təklif etmişdir. O, ərinin təklifi ilə razılaşmış, tikiliyə qayıdaraq təndiri yandırmış, Müşfiqin sellofan torbaya yığıdığı siqaret qutularını yenidən vitrinə yığmışdır. Həmin gün, saat 07:30 radələrində ərini həmin tikiliyə göndərmiş, bir neçə dəqiqə sonra əri onu tikiliyə çağıraraq orada olan siqaretlərin oğurlandığını bildirmişdir. O, içəri daxil olduqdan sonra küçəyə tərəf olan pəncərinin üzərindəki dəmir barmaqlıqların boş hissəsinə bağlanmış məftillərin kəsildiyi, vitrindən 10 ədəd hər biri 1 manat 80 qəpik dəyərində «X20» markalı, 10 ədəd 22 manat dəyərində «Want Line X» markalı, 25 ədəd 50 manat dəyərində «X21 Black» markalı, 35 ədəd 77 manat dəyərində «X17» markalı, 8 ədəd 28,8 manat dəyərində «Kent 1 Nano» markalı, 20 ədəd 50 manat dəyərində «X22 Kings» markalı, 35 ədəd 77 manat dəyərində «X19»markalı, 25 ədəd 45 manat dəyərində «X23» markalı, 20 ədəd 44 manat dəyərində «X11» markalı, 18 ədəd 45 manat dəyərində «X15» markalı, 27 ədəd 54 manat dəyərində «X18» markalı və 10 ədəd 20 manat dəyərində «X21 Red» markalı siqaret qutularının oğurlandığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, «MMZ 4505 yük» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və o, həmin avtomobil ilə yük daşıma fəaliyyəti göstərir. 29 yanvar 2021-ci il tarixdə, saat 16:00 radələrində özünə məxsus «MMZ 4505 yük» markalı avtomobilə yeni dövlət qeydiyyat nişanlarını almaq üçün avtomobilin üzərində olan «az ** BA ***» dövlət qeydiyyat nişanlarını çıxarıb avtomobilin texniki pasportu ilə birlikdə Baş Dövlət Yol Polis İdarəsinin Qaradağ rayonunun ərazisində yerləşən xidmət mərkəzinə aparıb təhvil vermişdir. Həmin vaxt avtomobili Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən daş bazarı yaxınlığında magistral yolun kənarında saxlamış, avtomobilin kabinasını açarla bağlamışdır. 30 yanvar 2021-ci il tarixdə, səhər saat 08:00 radələrində avtomobili saxladığı yerə getdiyi zaman avtomobilin orada olmadığını görmüşdür. Bazarda digər yük avtomobili srüücülərindən ona məxsus avtomobili görüb-görməmələrini soruşmuş, sürücülər ona avtomobili sonuncu dəfə 29 yanvar 2021-ci il tarixdə, saat 21:00 radələrində onun avtomobili saxladığı yerdə gördüklərini bildirmişlər. Bundan sonra, avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını düşündüyü üçün bununla bağlı polisə müraciət etmişdir. 30 yanvar 2021-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin qeydiyat şöbəsindən ona yeni texniki pasport və «AZ ** BY ***» dövlət qeydiyyat nişanları verilmişdir. 04 fevral 2021-ci il tarixdə polis əməkdaşları ona zəng edərək ona məxsus avtomobilin Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində aşkar etdiklərini bildirmişlər. Ona məxsus avtomobilin qaçırılması nəticəsində ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o bir neçə aydır ki, ünvan 7 ünvanında yerləşən Nadir Əsədova məxsus ərzaq mağazasını icarəyə götürərək işlədir və mağaza saat səhər 07:00-dan axşam saat 22:00-dək fəaliyyət göstərir. O, həmin mağazada ərzaq və tütün məmultaları ilə yanaşı «Aİ92» markalı benzin satışı ilə məşğul olur. O, hər gün və ya bir gündən bir Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən «Rosoil» yanacaq doldurma məntəqəsindən 100-150 litr benzin alaraq müxtəlif tutumlu plastmas qabları dolduraraq gündüz saatlarında mağazanın qarşısındakı örtüyün altında, gecə saatlarında isə mağazanın sol tərəfində yerləşən saxlanc yerində saxlamışdır. 03 fevral 2021-ci il tarixdə mağazada satıcı işləyən «Zaur» adlı şəxs ona zəng edərək mağazadan oğurluq edildiyni bildirmiş, o, dərhal mağazaya getmişdir. O, mağazaya gəldikdən sonra naməlum şəxs tərəfindən mağazanın arxa divarında satış və saxlanc yerinin nəfəsliyinin üzərindəki dəmir barmaqlığın çıxarılaraq nəfəsliyin şüşələrinin sındırıldığını, mağazadan oğurluq edildiyini müəyyən etmiş, sahə inspektoruna zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra işçisi Zaurla birlikdə mağazaya baxış keçirmiş və mağazadan hərəsi 8 manat olan 24 manat dəyərində 3 ədəd kanistnn içində 60 manat dəyərində 60 litr və ayrıca plastmas qablarda 40 manat dəyərində 40 litr Aİ-92 markalı avtomobil benzininin, 72 manat dəyərində 48 ədəd «GO» markalı 500 ml tutumlu spirtli enerci içkiləri, 25 manat dəyərində 25 ədəd 0,5 litr tutumlu «Bizon» markalı enerci içkiləri, 36 manat dəyərində 20 ədəd 0,5 litr tutumlu «Xırdalan» markalı pivələri, 20 manat dəyərində 10 ədəd 0,5 litr tutumlu «Kuller» markalı pivələri, 6 manat dəyərində bir ədəd «Crystal» markalı 0,75 litr tutumlu ağ çaxırı, 25 manat dəyərində 5 ədəd «Crystal» markalı, 0,75 litr tutumlu «Mədrəssə» qırmızı çaxırı, 16 manat dəyərində iki ədəd, 0,5 litr tutumlu «Mamedoff» markalı araqları, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «Mamedoff» markalı araqları, 11 manat dəyərində bir ədəd 1 litr tutumlu «Mamedoff» markalı arağı, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «5İKopb İCE» markalı araqları, 26 manat dəyərində iki ədəd, 1 litr tutumlu «BK0pb İCE» markalı araqları, 25 manat dəyərində 5 ədəd, 0,5 litr tutumlu «Rusalka» markalı araqları, 7 manat dəyərində bir ədəd 0,7 litr tutumlu «Rıısalka» markalı arağı, 18 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «44 gıın» markalı araqları, 15 manat dəyərində 2 ədəd, 0,7 litr tutumlu «44 gım» markalı araqları, 24 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «Qubadlı» markalı araqları, 25 manat dəyərində 10 ədəd, 100 qramlıq «Pbi6uoe Memo» markalı konservləri, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beta» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Azərçay» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beıqa» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Champion» markalı çay qutuları, 10 manat dəyərində 10 ədəd 100 qramlıq «Bizim süfrə» markalı mayonezləıi, 10 manat dəyərində bir ədəd 700 qram çəkidə «Halal Nemət» markalı seıvelatı, hər kilonun qiyməti 11 manat olan 22 manat dəyərində 2 kiloqram «Halal Nemət» markalı «Oxotniçi» sosiskanı, müxtəlif nominalda qəpiklərlə 55 manat, 10 ədəd bir manat nominalda əskinazlarla və bir ədəd 5 manat nominalda əskinazlarla 15 manat pulu, 170 manat dəyərində 50 ədəd «Winstone» markalı, 108 manat dəyərində 60 ədəd «X20» markalı, 126 manat dəyərində 70 ədəd «Bakı» markalı, 120 manat dəyərində 60 ədəd «Prima» markalı, 80 manat dəyərində 40 ədəd «Magnum» markalı, 75 manat dəyərində 30 ədəd «X24 Kings» markalı, 108 manat dəyərində 30 ədəd «X21 Black» markalı, 60 manat dəyərində 30 ədəd «Viceroy» markalı, 108 manat dəyərində 30 ədəd «Davidoff» markalı, 78 manat dəyərində 20 ədəd «Sobranie» markalı və 75 manat dəyərində 30 ədəd «X15» markalı siqaret qutularının oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən nömrəsiz evdə olduğu zaman həyətdə saxladıqları itin hürməsini eşitmiş, itin səsinə valideyinləri də yuxudan oyanmışlar. Valeh itə baxmaq üçün həyətə çıxmış, onlar isə onun arxasınca gəlmişlər. Həyətə kiminsə daxil olduğundan şübhələndiyi üçün ətrafa nəzər yetirməyə başlamış, həyətdə olan tövlənin arxasında ev tikmək üçün qazdıqları özülün içində qoyduqları dəmir borunu qəsəbə sakini Müşfiq adlı şəxsin aparmaq istədiyini görmüşlər. Müşfiq onları ı görərək götürmək istədiyi dəmir borunu atıb hasara tərəf qaçmağa başlamışdır. Bu zaman Müşviqlə oğlu Valeh arasında mübahisə yaranmışdır. Müşfiq kəmərinin üstündən bıçağı çıxararaq bıçaqla valehin sol çiynindən ardıcıl 2 dəfə zərbə vuraraq hasardan aşıb küçəyə çıxmışdır, qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bakı şəh., Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsi daşıyır. 04 fevral 2021-ci il tarixdə, Sabunçu RPİ-in 12-ci PŞ-in əməliyyat qrupunda xidmət apararkən etimad doğuran mənbədən Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi üzrə istintaq orqanından qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsində olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək o və polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid8 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 15:00 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı yerin yaxınlığına gələrək özlərinə əməliyyat mövqeyi seçərək bir neçə dəqiqədən sonra fotoşəkili onlarda olan Təqsirləndirilən şəxs küçə ilə piyada hərəkət etdiyini görmüşdürö.Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsin əvvəllər narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu bilərək həmin şəxsin üzərində qanunla saxlanılması qadağan edilmiş predmetlərin olmasını güman etməyə əsaslı şübhələri yarandığından Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, ondan buna dair etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan açıq mavi cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxaraq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin oludğunu bildirmişdir. Sorğu zamanı, o,təqdim etdiyi narkotik vasitə heroini 03 fevral 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Dəmiryol vağzalının yaxınlığına gedərək üzdən tanıdığı anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, «Saipa» markalı, «az ** PG ***» dövlət qeydiyyat nişanı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və taksi xidmətəri göstərmək üçün «0404» çarğı mərkəzinə qoşulmuşdur. 20 dekabr 2020-ci il tarixdə, saat 12:50 radələrində Bakı şəh., Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində müştərini düşürdükdən sonra Qala Ramana adlanan yerdən Keşlə qəsəbəsinə, oradan isə qeriyə qayıtmasına dair zəng mərkəzindən sifariş daxil olmuş, həmin sifarişi yerinə yetirmək üçün Qala Ramana adlanan ərazidə yerləşən həyət evlərdən birinin qarşısına gələrək sifariş daxil olan müştərinin mobil telefonuna zəng vuurb gəldiyini bildirmişdir. Bu zaman hasarlı ərazidə yerləşən evin həyətin qapısı açılmış və arıq uzun boylu bir oğlan çıxaraq onu qarşılamışdır. Daha sonra geyimi palçığa bulanmış dolu bədən quruluşlu oğlan çıxmış, onlar qutunun içərisində olan paltaryuyan maşını avtomobilin arxa oturacağına qoymuşlar. Bundan sonra arıq oğlan onun yanında əyləşmiş, onlar mərkəzi maqistral yola tərəf hərəkət etməyə başlamış, evdən bir qədər aralandıqdan sonra qəbiristanlığın yanında arxasınca hərəkət edən polis post patrul avtomobili xüsusi işıq və səs siqlanılan istifadə edərək ona avtomobilini saxlamağına dair işarə etmişdir. O, avtomobili saxlamış, polis əməkdaşları onlara yaxınlaşıb sərnişin qismində oturan şəxsi görən kimi sonuncunu tanıyaraq avtomobildə olan paltaryuyan maşını görəndən sonra əldə edilmə mənbəsindən şübhələnib ona onların arxasınca 12-ci Polis Şöbəsinə sürməyini bildirmişlər. O, polis əməkdaşlarının tələblərinə tabe olaraq avtomobilimi polis şöbəsinə sürmüş, izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Sabunçu qəsəbəsində ərazisində yerləşən «Rus bazarı» adlanan yerdə həftənin şənbə və bazar günləri işlənmiş məişət texnikasının alqı-salqısı ilə məşğul olmuş,. Təqsirləndirilən şəxs bir neçə ildir ki, qəsəbə sakini olaraq tanımışdır. Təxminən 2020-ci ilin dekabr ayının sonlarında o, yaşadığı evin qarşısında olarkən Müşfiq onun «Rus bazarın»da təzə və köhnə malların alqı-satqı ilə məşğul olduğunu bildiyi üçün ona yaxınlaşaraq 200 manat dəyərində təzə vəziyyətdə paltaryuyan maşın satdığını bildirmişdir. O, maddi imkanı yaxşı olmadığı üçün paltaryuyan maşını həmin qiymətə ala bilməyəcəyini demiş, Müşfiq ona paltaryuyanı 100 manata almasını təklif etmişdir. O, Müşfiqin təklifi ilə razılaşdıqdan bir neçə saat sonra Müşfiq taksi ilə «İndesit» markalı 6 kq tutumlu təzə vəziyyətdə qutunun içində paltaryuyan maşın gətirmişdir. O, həmin paltaryuyan maşını yaşadığı evin həyətinə qoymuş, Müşfiqə 100 manat pul vermişdir. O, həmin paltaryuyan maşını almağı qayını Mahirə təklif etmiş, sonuncu almaqdan imtina etdiyi üçün o, paltaryuyan maşını kirayə yaşadığı Zabrat qəsəbəsində yeləşən evə aparmağı qərara almışdır. Bu məqsədlə, taksi sifariş etmiş, paltaryuyan maşını taksiyə qoyaraq sürücü ilə birlikdə Zabrat qəsbəsinə yollanmışlar. Onlar bir qədər irəlilədikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, karantin recimi ilə əlaqədar sənədləri yoxlanılmışdır. Onun sənədləri qaydasında olmadığı üçün polis əməkdaşları tərəfindən Sabunçu RPİ-in 12-ci PŞ-nə dəvət edilmiş, polis şöbəsində olarkən ondan paltaryuyan maşını haradan əldə etməsi soruşulmuş, o, hərşeyi olduğu kimi danışmışdır. Aldığı paltaryuyan maşının oğurluq olması ehtimalı olduğu üçün polis əməkdaşları tərəfindən ondan təhvil alınmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhərində tikinti sektorunda günəmuzd fəhlə kimi işləyir,. Şahid11 onun uzaqdan qohumudur, uzaq qohumu olsa da, ailəlikcə onların gediş-gəlişləri var. O, ailəsi ilə birlikdə müvəqqəti olaraq Zaura məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən evdə yaşayır. Zaur pandemiya başlayana qədər Sabunçu bazarında işlənmiş malların alqı-satqısı ilə məşğul olurdu. Sonra bir müddət Zaur Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «ASAN» xidmət mərkəzi binasının avtodayanacaqda nəzarətçi işləmişdir. Zaurun əvvəllər işlənmiş malların alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün 2020-ci il oktyabr ayının axırları, noyabr ayının əvvəllərində o, Zaurdan yaxşı vəziyyətdə işlənmiş paltaryuyan maşın olarsa ona xəbər etməsini xahiş etmişdir. Həmin vaxtı o, ailəsi ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində kirayəyə tutduğu evdə yaşamışdır. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında Zaur ona zəng vuraraq həyətində satılmaqda olan təzə paltaryuyan maşın olduğunu demişdir. O, Zaurun evinə getmiş, həyətdə «İndesit» markalı 6 kq tutumlu sellofanlı, qutunun içində paltaryuyan maşın görmüşdür. Zaur ona həmin paltaryuyanı 120 manata satışa çıxarılmasını, lakin, ona 100 manata verə biləcəyini bildirmişdir. O, Zaurun dediyi qiymətin bazar qiymətindən qat-qat aşağı olmasından şübhələndiyi üçün paltaryuyanı almaqdan imtina etmişdir. Həmin vaxt Zaurun həyət darvazasını kimsə bərkdən döymüş, o, darvazanı açdıqda 30-35 yaşlarında olan, balaca boy, arıq oğlanın dayandığını görmüşdür. O, həmin oğlana qapını bu cür döydüyünü iradını tutaraq ondan kim olduğunu soruşmuş, həmin oğlan adının Müşfiq olduğunu bildirərək qapıya bir daha təpik vurmuşdur. O, bu hərəkətinə görə Müşfiqin üstünə getmiş, Müşfiq isə qaçaraq oaradan uzaqlaşmışdır. Həmin vaxt Zaur həyətdə olmasına baxmayaraq hər hansı müdaxilə etməmişdir. O, Zaurun yanına qayıdaraq həmin şəxsin kim olduğu soruşmuş, Zaur həmin şəxsin tanışı Müşfiq olduğu, polis tərəfindən axtarışda olduğunu və paltaryuyan maşını ondan aldığını bildirmişdir. O, Zaura həmin şəxsdən mal aldığına və həmin malı ona satmaq istədiyinə görə iradını bildirmişdir. Daha sonra Zaur paltaryuyan maşını Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı” adlanan yerdə satmağa aparmaq üçün taksi sifariş etmiş, bir neçə dəqiqədən sonra taksi gəlmiş, onlar birlikdə paltaryuyan maşını taksinin arxa oturacağına yerləşdirmiş, Zaur ön oturacağa əyləşərək taksi ilə oradan uzaqlaşmışdır. Təxminən 200-300 metr sonra polis avtomobilinin onların arxasınca getdiyini görmüş, Zaurun karantin recimi ilə əlaqədar sərbəst hərəkət üçün icazsəi olmadığından onun polis bölməsinə aparılacağını düşünmüşdür. Bir neçə gün sonra Zaurla görüşmüş, Zaur polis bölməsinə aparıldığını və paltaryuyan maşının oğurluq olması ehtimalı olduğundan polis əməkdaşları tərəfindən təhvil alındığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, Sabunçu qəsəbəsində yerləşən «Rus bazarı» adlanan bazarda şənbə və bazar günləri köhnə əşyaların alqısatqısı ilə məşğul olur.Müşfiqi təxminən 3-4 ildir ki, tanıyır. Müşfiq bir neçə dəfə onun evində qonaq kimi olmuş, Müşfiq ona alverlə məşğul olduğunu bildirmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Müşfiq onun evinə işlənmiş fen və təzə qazan dəsti gətirərək həmin əşyaları yaşadığı evin aid olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirərək həmin əşyaları satmaqda ona köməklik etməsini xahiş etmişdir. O, həmin əşyaları satmaq məqsədi ilə qonşuluqda yaşayan Şəhla adlı qadının evinə apararaq qutunun içində olan qazan dəsti və feni almağı ona təklif etmişdir. Şəhla təzəlikcə qazan dəsti aldığını və feninin olduğunu bildirərək ondan bu əşyaları almaq istəməmiş, o, həmin əşyaları digər qonşusu Nizaminin evinə apararaq fenlə qazan dəstini Nizamiyə 40 manata satmışdır. Növbəti gün, Müşfiq onun evinə gələrək təxminən 10 manatlıq ərzaq almış, o isə Nizamidən aldığı 40 manatı Müşfiqə vermişdir. Həmin gün Müşfiq əlavə olaraq bir ədəd çilçıraq, bir ədəd qutunun içində təzə elektrik qaz sobası, bir ədəd lampa, bir ədəd peyk televiziyasının aparatını, su kranla birlikdə qab yuma yerinin üst dəmirini, iki gözlü qaz sobasını və odunla işləyən dəmir sobanı gətirərək həmin əşyalarıda satmaqda ona köməklik etməsini xahiş etmişdir. Müşfiqin bu qədər əşyanı satmaq istədiyini görüb sonuncudan şübhələnərək bununla bağlı Sabunçu RPİ-in 12-ci PŞ-in polis əməkdaşı «Bəxtiyar» adlı şəxsə məlumat vermişdir. Daha sonra həmin əşyaları Sabunçu RPİ-in 12ci PŞ-nə apraraq protokolla təhvil vermişdir. Ondan təqdim etdiyi əşyaları haradan əldə etdiyi soruşulduqda o, həmin əşyaları satmaq üçün Müşfiq adlı tanışının gətirdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona bildirmişlər ki, Müşfiq kiməsə bıçaqla xəsarət yetirdiyi üçün axtarışdadır. O, həmin gün yaşadığı evə qayıtdığı zaman tanışı Nadirlə rastlaşmış, baş verənləri ona danışaraq qonşusu Nizamiyə verməsi üçün ona 40 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, sifarişlə evlərdə təmizlik işləri apararaq gündəlik qazanc əldə edir. Tərlan, Nizami və Nadiri qəsəbə sakini kimi tanıyır, onlar onunla qonşuluqda yaşayırlar. Onun əsl adı Şamama olsada, qonşuluqda yaşayan şəxslər onu Şəhla deyə çağırırlar. 17 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində Tərlan yaşadığı evin qapısını döyərək qazan dəstləri və saç qurudan fen satdığını bildirmiş, o, qazanlara və fenə baxmış bəyənmədiyi üçün almaqdan imtina etmişdir. Daha sonra o, Tərlanın digər qonşuları Nizaminin qapısını döydüyünü, bir qədər söhbət etdikdən sonra Nizaminin həmin əşyaları aldığını görmüşdür. Ertəsi gün, günorta saatlarında qonşuları Nadir onu görərək Tərlanın digər qonşuları Nizamiyə satdığı əşyların oğurluq olduğunu demiş, lakin, Tərlanın utandığı üçün bununla bağlı Nizamiyə heç nə deyə bilmədiyini bildirmişdir. O, Nizamigilin qapısını döyərək baş verənlərlə bağlı Nizamiyə məlumat vermiş, Nizami aldığı qazan dəsti və feni polis əməkdaşlarına onun təqdim etməsini, Tərlana verdiyi 40 manatı almasını xahiş etmişdir. O, Nizamidən qazan dəsti və feni alaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə təhvil vermiş, Nadirdən 40 manatı alaraq Nizamiyə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir və təqaüdçüdür. Tərlanı qəsəbə sakini kimi tanıyır. Şəhla isə onunla qonşuluqda yaşayır. 17 dekabr 2020-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı evdə olarkən evin giriş qapısı döyülmüş, həmin vaxtı ondan başqa evdə heç kəs olmamışdır. O, qapını açdıqda qəsəbə sakini Tərlanın əlində polietilen torba ilə dayandığını görmüş, Tərlan onunla salamlaşaraq qazan dəsti və saç qurudan (feni) satdığını bildirmişdir. O, əşyaların vəziyyəti barədə soruşduqda Tərlan torbanı açıb içərisindəki bir neçə ədəd qazan göstərərək onların təzə vəziyyətdə olduğunu, lakin, fenin isə işlənmiş vəziyyətdə olduğunu bildirmişdir. O, Tərlandan həmin əşyaları neçəyə satmaq istədiyini soruşduqda Tərlan həmin əşyaları ümumilikdə ona 70 manata sata biləcəyini bildirmişdir. O, 70 manatın baha olduğunu bildirdikdə Tərlan həmin əşyaları yarı qiymətə, yəni 40 manata sata biləcəyini demişdir. O, Tərlanın təklifi ilə razılaşaraq qazan dəsti ilə feni almış əvəzinə isə sonuncuya 40 manat pul vermişdir. Səhərsi gün, təxminən saat 13 radələrində qonşusu Şəhla onun yaşadığı evə gələrək Tərlanın ona satdığı əşyaların oğurluq olduğunu və həmin əşyaları geri qaytarmaq lazım olduğunu bildirmişdir. O, ürəyindən əməliyyat olunduğu üçün həmin əşyalara harasa apara bilməyəcəyini, lakin, əşyaları geri qaytaracağı təqdirdə əşyalara verdiyi pulun geri qaytarılamsını bildirmişdir. Şəhla ona bildirmişdir ki, Tərlan həmin əşyaları almasını onada təklif edib, lakin, o, Tərlanın təklifi ilə razılaşmayıb. Daha sonra həmin əşyaları Şəhlaya verərək Tərlandan pulunu almasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2020-ci il dekabr ayının ortalarında məhəllədə olarkən qonşusu Tərlanla rastlaşmış, söhbət əsnasında sonuncu ona bir nəfər tanıdığı adamın satmaq üçün məişət əşyası verdiyini, həmin malların bir neçəsini qonşuluqda yaşayan Nizami adlı şəxsə satdığını, sonradan həmin malların oğurluq olduğunu bildiyini üçün qonşuların yanında pis vəziyyətdə qaldığını bildirmişdir. O, Nizaminin kim olduğunu bilməmiş, lakin, Şəhlanı qonşu olaraq tanımışdır. Tərlan ona 40 manat pul verərək həmin pulu, Şəhla vasitəsi ilə Nizamiyə verməsini xahiş etmişdir. Tərlan onların yanında pis vəziyyətdə qaldığı üçün onların üzünə çıxmağa utandığını bildirmiş, bu səbəbdən də o, Şəhlanın evinə gedərək Tərlanın dediklərini ona danışmış, Nizamidə olan malları geri alaraq ona 40 manat verməsini xahiş etmişdir. Daha sonra Şəhla Nizamigilə gedərək qeyd əşyaları ondan götürərək onun verdiyi 40 manatı qaytarmış və həmin əşyaları Sabunçu RPİ-nin 12-ci PŞnə təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 bir neçə aydır ki, ünvan 7 ünvanında yerləşən Nadir Əsədova məxsus ərzaq mağazasını icarəyə götürərək işlədir və mağaza saat səhər 07:00-dan axşam saat 22:00-dək fəaliyyət göstərir. 03 fevral 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs5 zəng edərək mağazadan oğurluq edildiyni bildirmişdir. Mağazadan hərəsi 8 manat olan 24 manat dəyərində 3 ədəd kanistnn içində 60 manat dəyərində 60 litr və ayrıca plastmas qablarda 40 manat dəyərində 40 litr Aİ-92 markalı avtomobil benzininin, 72 manat dəyərində 48 ədəd «GO» markalı 500 ml tutumlu spirtli enerci içkiləri, 25 manat dəyərində 25 ədəd 0,5 litr tutumlu «Bizon» markalı enerci içkiləri, 36 manat dəyərində 20 ədəd 0,5 litr tutumlu «Xırdalan» markalı pivələri, 20 manat dəyərində 10 ədəd 0,5 litr tutumlu «Kuller» markalı pivələri, 6 manat dəyərində bir ədəd «Crystal» markalı 0,75 litr tutumlu ağ çaxırı, 25 manat dəyərində 5 ədəd «Crystal» markalı, 0,75 litr tutumlu «Mədrəssə» qırmızı çaxırı, 16 manat dəyərində iki ədəd, 0,5 litr tutumlu «Mamedoff» markalı araqları, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «Mamedoff» markalı araqları, 11 manat dəyərində bir ədəd 1 litr tutumlu «Mamedoff» markalı arağı, 20 manat dəyərində iki ədəd, 0,7 litr tutumlu «5İKopb İCE» markalı araqları, 26 manat dəyərində iki ədəd, 1 litr tutumlu «BK0pb İCE» markalı araqları, 25 manat dəyərində 5 ədəd, 0,5 litr tutumlu «Rusalka» markalı araqları, 7 manat dəyərində bir ədəd 0,7 litr tutumlu «Rıısalka» markalı arağı, 18 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «44 gıın» markalı araqları, 15 manat dəyərində 2 ədəd, 0,7 litr tutumlu «44 gım» markalı araqları, 24 manat dəyərində 3 ədəd, 0,5 litr tutumlu «Qubadlı» markalı araqları, 25 manat dəyərində 10 ədəd, 100 qramlıq «Pbi6uoe Memo» markalı konservləri, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beta» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Azərçay» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Beıqa» markalı çay qutuları, 10 manat dəyərində 5 ədəd 100 qramlıq «Champion» markalı çay qutuları, 10 manat dəyərində 10 ədəd 100 qramlıq «Bizim süfrə» markalı mayonezləıi, 10 manat dəyərində bir ədəd 700 qram çəkidə «Halal Nemət» markalı seıvelatı, hər kilonun qiyməti 11 manat olan 22 manat dəyərində 2 kiloqram «Halal Nemət» markalı «Oxotniçi» sosiskanı, müxtəlif nominalda qəpiklərlə 55 manat, 10 ədəd bir manat nominalda əskinazlarla və bir ədəd 5 manat nominalda əskinazlarla 15 manat pulu, 170 manat dəyərində 50 ədəd «Winstone» markalı, 108 manat dəyərində 60 ədəd «X20» markalı, 126 manat dəyərində 70 ədəd «Bakı» markalı, 120 manat dəyərində 60 ədəd «Prima» markalı, 80 manat dəyərində 40 ədəd «Magnum» markalı, 75 manat dəyərində 30 ədəd «X24 Kings» markalı, 108 manat dəyərində 30 ədəd «X21 Black» markalı, 60 manat dəyərində 30 ədəd «Viceroy» markalı, 108 manat dəyərində 30 ədəd «Davidoff» markalı, 78 manat dəyərində 20 ədəd «Sobranie» markalı və 75 manat dəyərində 30 ədəd «X15» markalı siqaret qutularının oğurlandığını müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/520 saylı, 15 fevral 2021-ci il tarixli narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.242 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələrin»in siyahısına daxildir. Heroinin təmiz çəkisi-0.242 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.192 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/834 saylı, 17 fevral 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatatına təqdim edilmiş malların 2020-ci ilin dekabr ayına olan bazar qiyməti 575.00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/835 saylı, 12 mart 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatatına təqdim edilmiş 13 əddə malların 2021-ci ilin fevral ayına olan bazar qiymətləri ilə ümumi dəyəri təxminən 101.50 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloci Mərkəzi X16 Ambulator X1 785 saylı, 15 mart 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X9» X14 1774 saylı 15 dekaör 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol çiyin nahiyəsinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan 28 oktyabr 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Lokalizasiyası və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materialları arasında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 13 yanvar 2021-ci il tarixdə doldurulmuş tələbnamədən, Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)086/2011 saylı, 08 iyun 2011-ci il tarixli hökmün, Bakı şəh., Suraxarı Rayon Məhkəməsinin 1(010)13/2015 saylı, 12 mart 2015-ci il tarixli hökmün, Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 1(003)586/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmlərdən görünür ki, X6 Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətinə, Bakı şəh., Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 29.177.2.1, 29.177.2.2, 185.2.2, 29.185.2.1, 29.185.2.2, 234.1-ci maddələri ilə 04 (dörd) il, 06 (altı) ay müddətinə, Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 08 sentyabr 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən görünür ki, 30 yanvar 2021-ci il tarixə keçən gecə Bakı şəh., Sabunçu rayonu, Zabrat-Kürdəxanı avtomobil yolunun kənarında yerləşən «daş bazarı» adlanan yerdə dayanmış, Zərərçəkmiş şəxs4 məxsus «MMZ 4505 yük» markalı, AZ **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının nəfəsliyindən əlini içəri salıb giriş qapısının kilidini açıb kabinaya daxil olaraq mühərriki işə salma sisteminə dəmir alət daxil etməklə mühərriki işə salıb həmin avtomobili dayandığı yerdən hərəkətə gətirib sürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır.Göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli bir dəfə törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin tərkibi yoxdur. Onun əməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə tövsif edilir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3, 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş- sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilmə və cəhd etməsi, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımacinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. X3 əməli Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2, 29.177.2.3, 185.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə görə-avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X7 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən X5 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədiləə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 04 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 15:30 radələlərindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,39). Cinayət işinin materiallarında olan 06 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X6 06 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,77). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəmsinin 4(008)78/2022 saylı, 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, X6 barəsində 04 fevral 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 92). Cinayət işinin materiallarında olan sübutların qyimətləndirilməsi haqqında 16 avqust 2021ci il tarixli qərardan görünür ki, X6 Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2, 29. 177.2.3, 185.2.2 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər azadlıqdan məhrum etmə nbvündə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi recimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi recimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.192 qram heroin məhv edilməli, 4 ədəd «GO» markalı 500 ml tutumlu spirtli enerci içkiləri, 4 ədəd 0,5 litr tutumlu «Kuller» markalı pivələri, bir ədəd «Crystal» markalı 0,75 litr tutumlu ağ çaxır, iki ədəd 0,5 litr tutumlu «Mamedoff» markalı araqlar, iki ədəd, 0,7 litr tutumlu «Mamedoff» markalı araqlar, bir ədəd 0,7 litr tutumlu «Yakor İCE» markalı araq, bir ədəd 1 litr tutumlu Yakor İCE» markalı araq, bir ədəd 0,5 litr tutumlu «Rusalka» markalı araq, bir ədəd 100 qramlıq «Rıbnoe Menyu» markalı konservləşdirilmiş balıq, bir ədəd 100 qramlıq «Azərçay» markalı çay qutusu, 2 ədəd 100 qramlıq «Berqa» markalı çay qutusu, bir ədəd 100 qramlıq «Champion» markalı çay qutusu və bir ədəd 100 qramlıq «Bizim süfrə» markalı mayonezin Zərərçəkmiş şəxs5, 6 kq tutumlu «İndesit» markalı paltaryuyan maşının, «Akel» markalı elektrik soba, «Surlko» markalı elektrik saç qurudan, təbii qazla işləyən iki gözlü soba, qızılı rəngdə metal konstruksiyalı çılçıraq, odunla işləyən dəmir soba, 6 ədəd müxtəlif ölçüdə qazandan ibarət dəst, gecə lampası, «Super Box» markalı rəqəmsal peyk resiveri və su kranı ilə birlikdə qab yuma yerinin üst dəmirinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 181 manat, 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Z.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2, 29.177.2.3, 185.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən «07» (yeddi) ay müddətinə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29.177.2.2 və 29.177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplansın və Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlınlsın. Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 1(003)586/2022 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təyin olunmuş «01» (bir) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hal-hazır ki, hökmlə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplansın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlınlsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» recimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 0.192 qram heroin məhv edilsin, 4 ədəd «GO» markalı 500 ml tutumlu spirtli enerci içkiləri, 4 ədəd 0,5 litr tutumlu «Kuller» markalı pivələri, bir ədəd «Crystal» markalı 0,75 litr tutumlu ağ çaxır, iki ədəd 0,5 litr tutumlu «Mamedoff» markalı araqlar, iki ədəd, 0,7 litr tutumlu «Mamedoff» markalı araqlar, bir ədəd 0,7 litr tutumlu «Yakor İCE» markalı araq, bir ədəd 1 litr tutumlu Yakor İCE» markalı araq, bir ədəd 0,5 litr tutumlu «Rusalka» markalı araq, bir ədəd 100 qramlıq «Rıbnoe Menyu» markalı konservləşdirilmiş balıq, bir ədəd 100 qramlıq «Azərçay» markalı çay qutusu, 2 ədəd 100 qramlıq «Berqa» markalı çay qutusu, bir ədəd 100 qramlıq «Champion» markalı çay qutusu və bir ədəd 100 qramlıq «Bizim süfrə» markalı mayonezin Zərərçəkmiş şəxs5, 6 kq tutumlu «İndesit» markalı paltaryuyan maşının, «Akel» markalı elektrik soba, «Surlko» markalı elektrik saç qurudan, təbii qazla işləyən iki gözlü soba, qızılı rəngdə metal konstruksiyalı çılçıraq, odunla işləyən dəmir soba, 6 ədəd müxtəlif ölçüdə qazandan ibarət dəst, gecə lampası, «Super Box» markalı rəqəmsal peyk resiveri və su kranı ilə birlikdə qab yuma yerinin üst dəmirinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 181 manat, 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Z.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar