Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-32/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X6 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mmahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2020-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Maştağa-Bilgəh» avtomobil yolunun yaxınlığında yerləşən küçədə yerin altında olan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus, 1 metrinin dəyəri 3.3 manat olan, 280 metr uzunluğunda TPP 50x2 tipli, 1 metrinin dəyəri 2.06 manat olan, 75 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini lyükləri açdıqdan sonra istintaq məlum olmayan alətlə kəsərək çıxarıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 1.078.5 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 iyun 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerin altında olan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus, 1 metrinin dəyəri 5.81 manat olan 354 metr uzunluğunda TPP 100x2 tipli, 1 metrinin dəyəri 3.3 manat olan, 118 metr uzunluğunda TPP 50x2 tipli, 1 metrinin dəyəri 2.06 manat olan, 118 metr uzunluğunda TPP 30x2 tipli, 1 metrinin dəyəri 1.52 manat olan, 118 metr uzunluğunda TPP 20x2 tipli dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini lyükləri açdıqdan sonra istintaq məlum olmayan alətlə kəsərək çıxarıb gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 829.27 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 iyun 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində iki quyu arasında yerin altında olan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus, 1 metrinin dəyəri 5.81 manat olan 136 metr uzunluğunda TPP 100x2 tipli, 1 metrinin dəyəri 3.3 manat olan, 68 metr uzunluğunda TPP 50x2 tipli dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini lyükləri açdıqdan sonra istintaq məlum olmayan alətlə kəsərək çıxarıb gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 1.014.56 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədi ilə 21 iyul 2021-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən yola paralel hissədən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən, 1 metrinin dəyəri 1.52 manat olan, 1 ədəd-TPP 20x2 tipli, 125 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini istintaqa məlum olmayan kəsici alətlə kəsərək çıxarıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 190 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində yerləşən yola paralel hissədən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən, 1 metrinin dəyəri 1.52 manat olan 2 ədəd - TPP 20x2 tipli, 160 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini istintaqa məlum olmayan kəsici alətlə kəsərək çıxarıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs 4 saylı Rabitə xidmətləri mərkəzinə ümumilikdə 243.2 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 sentyabr 2021-ci il tarixdə, saat 07:00 radələrində ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olmuş, evin təmirsiz otağına pəncərədən daxil olduqdan sonra həmin otaqdakı 220 manat dəyərində «Fixe line nevresim takımı» adlı, 01 ədəd, çarpayı örtüyü dəstini, 230 manat dəyərində, 01 ədəd «Beko» markalı samovarı, 30 manat dəyərində «Sakura mey-ji, Oval Plate on foot 36x23 cm» adlı şüşə qabı, 270 manat dəyərində «Hira sandık set» markalı çəngəl, bıçaq və qaşıq dəstini, 500 manat dəyərində «Cenk 11 parça mutfak seti» markalı qazan dəstini, 110 manat dəyərində «Sofram» çaydanlıq takımı 1.60 lt demlik, 3.00 «İt çaydanlıq» markalı çaydan dəstini, 100 manat dəyərində «Arzu çelik 5.00lt» markalı çaydanı, 20 manat dəyərində «İsfahan glass Lale ice cream bowl» markalı 6 ədədli dondurma qabı dəstini, 50 manat dəyərində «Excellent house ware» markalı 24 ədədli çəngəl, bıçaq, qaşıq dəstini, 400 manat dəyərində «Canali carla» markalı, 10 ədədli qazan dəstini, 80 manat dəyərində «Volga glass» markalı, 6 ədədli stəkan dəstini, 150 manat dəyərində, «Beko» markalı mikrodalğalı sobanı, 100 manat dəyərində «Chung chung crystal» markalı, 7 ədədli stəkan-qrafin dəstini, 50 manat dəyərində, «Tefal premiss» markalı elektron tərəzini, 800 manat dəyərində 01 ədəd kondisioneri, ümumi dəyəri 134 manat olan 20 ədəd sementi, ümumi dəyəri 25 manat olan 5 ədəd gips suvağı bağlamasını, 850 manat dəyərində «Hoffman» markalı, 01 ədəd televizoru, 120 manat dəyərində, 01 ədəd, «LG» markalı «DVD player»i, 40 manat dəyərində ətiri, 15 manat dəyərində mobil telefon adapterini, 55 manat dəyərində, 1 ədəd «Redmi» markalı «powerbank»ı, 280 manat dəyərində 01 ədəd dəyərində elektrikli divardeşəni, 220 manat dəyərində, 01 ədəd dreli, 28 manat dəyərində, 01 vedrə emulsiyanı vahid niyyətlə gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 4.877 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədi ilə 26 sntyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən yola paralel hissədən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən, 1 metrinin dəyəri 1.52 manat olan, 1 ədəd-TPP 20x2 tipli, 120 metr uzunluğunda və 1 metrinin dəyəri 2.06 manat olan, 1 ədəd TPP 30x2 tipli, 120 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabellərini istintaqa məlum olmayan kəsici alətlə kəsərək çıxarıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 482.4 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 iyun 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerin altında olan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus, 1 metrinin dəyəri 5.81 manat olan, 354 metr uzunluğunda TPP 100x2 tipli, 1 metrinin dəyəri 3.3 manat olan, 118 metr uzunluğunda TPP 50x2 tipli, 1 metrinin dəyəri 2.06 manat olan, 118 metr uzunluğunda TPP 30x2 tipli, 1 metrinin dəyəri 1.52 manat olan, 118 metr uzunluğunda TPP 20x2 tipli dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini lyükləri açdıqdan sonra istintaq məlum olmayan alətlə kəsərək çıxarıb gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 829.27 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 iyun 2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iki quyu arasında yerin altında olan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə xidmətləri mərkəzinə məxsus, 1 metrinin dəyəri 5.81 manat olan, 136 metr uzunluğunda TPP 100x2 tipli, 1 metrinin dəyəri 3.3 manat olan, 68 metr uzunluğunda TPP 50x2 tipli dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini lyükləri açdıqdan sonra istintaq məlum olmayan alətlə kəsərək çıxarıb gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərər çəkmiş şəxs 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 1.014.56 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, kirayə evdə yaşamış və məişət xərclərinə pulu çatmamışdır. Bu səbəbdən yeraltı rabitə naqillərini oğurlamaq qərarına gəlmişdir. Bunun üçün əvvəllərdə yaşadığı B.Bağırov küçəsində yerləşən lyuklardakı naqillərdən başlamaq istəmişdir. Həmin gün gecə saat 03- 04 radələrində yaşadığı evdən çıxmış və həmin lyukların yanına gəlmişdir. Həmin lyuklar «Köhnə dəlixana» adlanan yerdə yerləşir. Naqilləri kəsmək üçün özü ilə kiçik ölçülü taxtakəsən mişar götürmüşdür. Orada iki lyukun arasında olan naqilləri kəsməyə başlamışdır. Lyukların arasındakı məsafə təxminən 50 metr olmuşdur. Naqilləri kəsib çıxardıqdan sonra yerin altından dartıb çıxarmışdır. Köhnə dəlixana adlanan yerdə həyətyanı sahəyə yığmışdır. Naqillərin ümumi uzunluğu 160 metr olmuşdur. Həmin naqillərdən 4 top hazırlamışdır. Bundan sonra həmin vaxt istifadəsində olan «***-***-**-**» mobil nömrəsi ilə Faiqin hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək həmin yerə çağırmışdır. Faiq avtomobili ilə həmin yerə gəlmişdir. Mis naqil toplarının 3 ədədini avtomobilin yük yerinə, 1 ədədini isə arxa oturacağa yerləşdirmişdir. Faiqə bunların mis olduğunu və özünə məxsus olduğunu demişdir. Faiq avtomobilindən düşməmişdir. Bundan sonra Faiqin yaşadığı evin yaxınlığına getmişlər. Faiqə bu naqilləri Faiqin yaşadığı evin həyətyanı sahəsinə aparmaqlarını və orada saxlayaraq yandırmağı, mis əldə etməyi təklif etmişdir. Faiq yaşadığı evdə valideynlərinin olduğu üçün naqilləri həyətyanı sahəyə salmamağı, Faiqi belə işlərə qarışdırmamağı demişdir. Bu səbəbdən naqilləri yaxınlıqdakı zibillik ərazidə yandırmağa qərar vermişdir. Faiq onu yaxınlıqdakı zibilxanada düşürmüşdür. O, mis toplarını avtomobildən endirib yerə qoymuşdur. Faiq yenə ona narazılığını bildirib, bir daha belə yerləri çağırmamağı tələb etmiş və avtomobili ilə getmişdir. O, ətrafdan kağız və sair toplayaraq alışqan və ya kibritlə həmin naqilləri yandırmışdır. Təxminən 40 dəqiqə yanmış misin soyumağını gözləmişdir. Alınmış misləri zibilxanadan tapdığı kisəyə yığmış və həmin yerdə gizlətmişdir. Atasının evinə getmişdir. Həmin gün günorta saatlarında həmin yerin yaxılığındakı atasının yaşadığı evdə olarkən səyyar metal satanların səsini eşitmiş və onlara yaxınlaşmışdır. «Qazel» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı həmin avtomobili mis naqilləri gizlətdiyi yerə aparmışdır. Həmin misi satdığını demişdir. Naqillərin özünə aid olduğunu və yandıraraq burada saxladığını demişdir. Satıcı təxminən 40 yaşlı, adını bilmədiyi kişi həmin misi tərəzi ilə çəkmiş və təxminən 50 kq olmuşdur. Həmin misin 1 kq-ın 8 manat satmışlar. Ümumilikdə 400 manat pul əldə etmişdir. Növbəti gün saat 13:00 radələrində Faiqlə görüşüb 20 manat pulu Faiqə taksi kimi məcburi vermişdir. Faiq əvvəlcə götürmək istəmədiyini desə də, o, bu pulu Faiqə taksi kimi onu apardığı üçün verdiyini demişdir. Qalan pulu məişət xərclərinə sərf etmişdir. Bundan sonra 28 iyun 2021-ci il tarixdə, səhər saat təxminən 04:00 radələrində onunla eyni qəsəbə sakini olan və tanışı Vaqif ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerləşən yer altı ilə gedən telefon xətlərini oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə həmin ərazidə olan yeraltı xətlər üçün nəzərdə tutulmuş lyuk qapağını açıb içərisinə boru daxili ilə gedən hər birinin uzunluğu 160 metr olan naqilləri Vaqif ilə birlikdə qırıb bir yerə toplamış və əl arabasına yükləyib yaxınlıqda yerləşən Vaqifə məxsus evin həyətinə gətirmişlər. Həyətdə həmin naqilləri balta ilə doğrayıb yandırmışlar. O, kisəyə yığıb həmin mis qalıqlarını səhəri gün aparmış və yol kənarından keçən metal qəbulu ilə məşğul olan «Qazel» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil sahibinə 320 manata satmışdır. Sonra Vaqif ilə görüşüb həmin pulu Vaqif ilə yarı bölmüşlər. Həmin pulu ailəsi üçün çörək pulu olaraq xərcləmişdir. Bundan sonra 29 iyun 2021-ci il tarixdə, səhər saat 04:00 radələrində tanışı Vaqif ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerləşən yer altı ilə gedən telefon xətlərini oğurlamaq qərarına gəliblər. Bu məqsədlə həmin ərazidə olan yeraltı xətlər üçün nəzərdə tutulmuş lyuk qapağını açıb içərisinə boru daxili ilə gedən hər birinin uzunluğu 160, təxminən 300 metr olan naqilləri Vaqif ilə birlikdə qırıb bir yerə toplayıblar və əl arabasına yükləyib yaxınlıqda yerləşən Vaqifə məxsus evin həyətinə gətiriblər. Həyətdə həmin naqilləri balta ilə doğrayıb yandırıblar. O, kisəyə yığıb həmin mis qalıqlarını səhəri gün aparıb yol kənarından keçən metal qəbulu ilə məşğul olan «Qazel» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil sahibinə 320 manata satmışdır. Sonra Vaqif ilə görüşüb həmin pulu Vaqif ilə yarı bölmüşlər. Həmin pulu ailəsi üçün çörək pulu olaraq xərcləyib. Bundan başqa növbəti gün yəni, 30 iyun 2021-ci il tarixdə, səhər saat təxminən 04:00 radələrində Vaqif ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən yeraltı ilə gedən telefon xətlərini oğurlamaq qərarına gəliblər. Bu məqsədlə həmin ərazidə olan yeraltı xətlər üçün nəzərdə tutulmuş lyuk qapağını açıb içərisinə boru daxili ilə gedən uzunluğu 200 metr olan naqilləri Vaqif ilə birlikdə kəsib bir yerə toplayıblar və əl arabasına yükləyib yaxınlıqda yerləşən Vaqifə məxsus evin həyətinə gətiriblər. Həyətdə həmin naqilləri balta ilə doğrayıb yandırıblar. Həmin mis qalıqlarını növbəti gün eyni qaydada, lakin başqa səyyar metal qəbulu ilə məşğul olan avtomobil sahibinə 200 manata satmışdır. Sonra Vaqiflə görüşüb və 100 manat pulu Vaqifə vermişdir. O bu pulu şəxsi ehtiyaclarıma sərf etmişdir. Təxminən 2021-ci ilin iyul ayının sonlarında, 20-dən sonra yenə də maddi vəziyyəti pisləşmişdir. Hətta ərzaq almağa pulu olmayıb. Odur ki yenə də naqilləri kəsib oğurlamaqla gəlir əldə etmək qərarına gəlmişdir. Yeraltı kabelləri oğurlamaq bir qədər vaxt apardığı üçün kiminsə tərəfindən aşkarlanmaqdan qorxub və əvvəlki əməllərinin də üstünün açılmasını istəməyib. Odur ki dirəklər arasında, hava ilə gedən kabelləri oğurlamağa qərar verib. Təxminən saat 02:00 radələrində yaşayış evlərinə gedən yolda hasarın yuxarısında olan dirəklərlə uzanan kabelləri özü ilə gətirdiyi kəlbətinə bənzər qayçı ilə kəsib. Əvvəlcə hasarın üzərinə çıxıb. Oradan da dirəyə qalxıb naqilin bir ucunu kəsib. Sonra isə digər dirəyə eyni qaydada qalxıb naqilin digər ucunu kəsib. Həmin ərazini dəqiqliklə yerləşdiyi ünvanı deyə bilmir. Yalnız yerini göstərə bilər. Yerə düşüb təxminən 100 metr uzunluğunda olan bu kabeli top halında yığıb özü ilə aparmağa başlamışdır. Bu naqilləri də əvvəllər etdiyi qaydada yandıraraq mis əldə edib və növbəti gün səyyar metal qəbul ilə məşğul olan tanımadığı şəxsə 60 manat müqabilində satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin bu pul da tezliklə bitib və məişət tələbatlarını ödəməyə kifayət etməmişdir. Belə olan halda yenə də bu formada kabelləri oğurlamağa qərar vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində, saat 04:00 radələrində Maştağa qəsəbəsi, R.Salmanov küçəsində fərdi yaşayış evlərinin yaxınlığına gəlmişdir. Yenə də hasarın üzərinə çıxıb taxta dirəklərlə uzanan kabelləri özü ilə gətirdiyi kəlbətinə bənzər qayçı ilə kəsmişdir. Eyni qaydada mis qalığına çevirərək 80 manata satmışdır. 13 sentyabr 2021-ci il tarixdə qaynı Ədalətlə danışarkən ona məlum olmuşdur ki, qaynı və ailə üzvləri bir neçə gün yaşadıqları evdə olmayacaq. Yaranmış bu fürsətdən istifadə edərək qaynı Ədalətin evindən oğurluq etməyi qərara almışdır. 14 sentyabr 2021-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdən çıxaraq Ədalətin evinə girmək üçün yollanıb yol kənarında sonradan adının Emil olduğunu öyrəndiyi şəxsin idarə etdiyi, Çin Respublikası istehsalı olan, taksi kimi fəaliyyət göstərdiyi avtomobili ilə Ədalətin yaşadığı ünvana getmişdir. Yolda olarkən Emil adlı həmin taksi sürücüsünə yalandan kirayə yaşadığı evin pulunu verə bilmədiyi üçün ev sahibi onları evdən çıxarıb açarları əlindən aldığını, əşyalarının həmin evdə qaldığını, buna görə də həmin əşyaları götürməyə getdiyini bildirmişdir. Yol boyu söhbət edərək həmin taksi sürücüsündən öz niyyətini gizlətməyi bacarmışdır. Həyətə hasardan düşməyini görməməsi üçün taksi sürücüsündən avtomobili evin arxa tərəfində saxlamasını xahiş etmişdir. O, avtomobildən düşərək hasardan aşıb həyəyanı sahəyə düşmüşdür. Taksi sürücüsü Emil isə avtomobildən düşməmiş və onu avtomobilin içərisində gözləmişdir. Həyətə düşdükdən sonra o, evin arxa tərəfindəki pəncərədən evə daxil olmuş və Ədalətin arvadının cehizlərinin saxlandığı yataq otağından istifadə edilməmiş müxtəlif qazan dəstlərini, dəsmalları, yataq dəstlərini, mikrodalğalı sobanı, elektrik samovarını, qab-qacaqları, kondisioneri, «pereferator»u və s. adını xatırlamadığı əşyaları götürüb içəri girdiyi otağa gətirmişdir. Otağın sol tərəfindəki daşı sökülmüş yerin ağzını qoyulmuş taxta parçasını kənara atmış və evdən götürdüyü əşyaları həmin yerdən həyətə çıxarmışdır. Bundan sonra əşyaları oradan çıxarıb hasarın üzərinə yığmış və hasardan tullanıb küçəyə çıxdıqdan sonra həmin əşyaları Emilin idarə etdiyi taksi avtomobilinin yük yerinə yığmışdır. Həmin vaxt o və ailə üzvləri kirayə yaşadığı evdən çıxdıqları üçün oğurladığı əşyaları qoymağa yer olmamışdır. Buna görə də, yolboyu Emilə əşyalarımı yığmağa yer olmadığını bildirmişdir. Emilin ona yazığı gəlmiş və o da kirayədə yaşadığını, kirayəçi olmağın nə demək olduğunu yaxşı bildiyini demişdirdi. Buna görə də, həmin əşyaları Emilin evinə yığmağına razılıq vermişdir. Bundan sonra Emilin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evə getmişlər. Oraya çatdıqdan sonra oğurladığı əşyaları avtomobildən düşürüb Emilin yaşadığı evdə pilləkənin altına yığmış və axşama kimi ev tapıb oradan götürəcəyini bildirmişdir. Emilin evindən çıxdıqdan sonra yenidən Ədalətin evinə qayıdıb eyni üsulla evə daxil olaraq daha əvvəl avtomobilə yer olmadığı üçün götürə bilmədiyi divara quraşdırılmamış kondisioneri və «pereferator»u götürüb küçəyə çıxarmışdır. Təsadüfən yoldan keçən taksilərdən birini saxlamışdır. Kondisioneri və pereferatoru götürüb taksi ilə Sabunçu bazarına yollanmışdır. Orada kondisioneri 150 manata, pereferator isə 30 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Həmin gün axşam saatlarında Maştağa qəsəbəsində qohumu Qurbanəli ilə rastlaşmışdır. Qurbanəliyə yalandan ev yiyəsi kirayə qaldığı evdən onları çıxardığını bildirmişdir. Buna görə də həyat yoldaşının cehizlərini qoymağa yer tapmadıqları üçün satmağı qərara almışdır. Qurbanəlidən həmin əşyalara alıcı tapmasını və müvəqqəti olaraq öz evində saxlamasını xahiş etmişdir. Qurbanəli onun halına acıyaraq əşyaları evinə qoymağına icazə vermiş və alıcı tapmağa köməklik etməyə çalışacağını bildirmişdir. Bundan sonra Qurbanəli ilə birlikdə tanımadığı, qeydiyyat nişanı və markasını xatırlamadığı taksi ilə Emilin evinə getmişlər və oraya yığdığı əşyaları həmin avtomobillə yükləmişdir. Sonra Qurbanəli həmin əşyaları saxlamaq üçün öz evinə aparmışdır. Bu hadisənin üstündən uzun vaxt keçməsinə baxmayaraq oğurladığı əşyalara alıcı tapa bilməmişdir. 04 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada törətdiyi əməli etiraf edərək oğurladığı həmin əşyaların qohumu Qurbanəlinin evində olmasını bildirmişdir. Həmçinin bu əməlləri törətdiklərini Vaqif və ondan başqa heç kim bilməmişdir. Taksi sürücüsü onun hansı məqsədlə Zərərçəkmiş şəxs1 evinə getməyindən xəbərdar olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs və mülki avabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Həmzəli ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində müxtəlif yerlərdən telefon xətləri olan naqilləri oğurlamışlar. Oğurladıqları naqilləri zibbilliklərdə yandırıb mis metalı müxtəlif məntəqələrə təhvil vermişlər. 28 iyun 2021-ci il tarixdə, səhər saat təxminən 04:00 radələrində Həmzəli ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerləşən yer altı ilə gedən telefon xətlərini oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə həmin ərazidə olan yeraltı xətlər üçün nəzərdə tutulmuş lyuk qapağını açıb içərisinə boru daxili ilə gedən uzunluğu 160 metr olan naqilləri Həmzəli ilə birlikdə qırıb bir yerə toplamış və əl arabasına yükləyib yaxınlıqda yerləşən ona məxsus evin həyətinə gətirmişlər. Həyətdə həmin naqilləri balta ilə doğrayıb yandırmışlar. Həmzəli kisəyə yığıb həmin mis qalıqlarını səhəri gün aparmış və yol kənarından keçən metal qəbulu ilə məşğul olan Qazel markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil sahibinə 320 manata satmışdır. Sonra onunla görüşüb həmin pulu yarı bölmüşlər. Onun borcu olduğu üçün həmin pulu borc sahibinə qaytarmışdır. 30 iyun 2021-ci il tarixdə, səhər saat 04:00 radələrində Həmzəli ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən yeraltı ilə gedən telefon xətlərini oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə həmin ərazidə olan yeraltı xətlər üçün nəzərdə tutulmuş lyuk qapağını açıb içərisinə boru daxili ilə gedən uzunluğu 200 metr olan naqilləri Həmzəli ilə birlikdə kəsib bir yerə toplayıb, əridib qalıq mis məmulatə 200 manata satıblar. O əldə etdiyi pulu şəxsi ehtiyaclarıma sərf etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində evdən çıxaraq işə getmişdir. 14 sentyabr 2021-ci il tarixdə evə qayıtdıqda oğurluq olmasını müəyyən edib. Evə baxdıqda görüb ki, evə təmiri yekunlaşmamış otağın pəncərəsindən girən şəxs 220 manat dəyərində istifadə edilməmiş «Fixe line nevresim takımı» adlı çarpayı örtüyü dəsti, 230 manat dəyərində istifadə edilməmiş «Beko» BKK2111P adlı elektrik samovar, 30 manat dəyərində istifadə edilməmiş «Sakura» meyvə qabı, «Oval Plate on foot 36x23 cm» adlı şüşə qab, 270 manat dəyərində istifadə edilməmiş «Hira sandık set» adlı çəngəlbıçaq-qaşıq dəsti, 500 manat dəyərində istifadə edilməmiş «Cenk 11 parça mutfak seti» adlı qazan dəsti, 110 manat dəyərində istifadə edilməmiş «Sofram çaydanlıq takımı 1.60 litrlik dəmlik 3.00 lt çaydanlıq adlı çaydan-çaynik dəsti, 100 manat dəyərində istifadə edilməmiş «Arzu çelik 5.00lt» adlı çaydan, 20 manat dəyərində istifadə edilməmiş «İsfahan glass Lale ice cream bowl» adlı 6 dənəli dondurma qabı dəsti, 50 manat dəyərində istifadə edilməmiş «Excellent house ware» adlı 24 dənəli çəngəl-bıçaq-qaşıq dəsti, 400 manat dəyərində istifadə edilməmiş «Canali carla» adlı 10 dənəli qazan dəsti, 80 manat dəyərində istifadə edilməmiş «volga glass» adlı 6 dənəli stəkan dəsti, 150 manat dəyərində istifadə edilməmiş «Beko» adlı mikrodalğalı soba, 100 manat dəyərində istifadə edilməmiş «chung chung crystal» adlı 7 dənəli stəkan-qrafin dəsti, 50 manat dəyərində istifadə edilməmiş «Tefal premiss» adlı elektron tərəzi, 800 manat dəyərində markasını xatırlamadığı kondisioner, ümumi dəyəri 134 manat olan 20 ədəd sement, ümumi dəyəri 25 manat olan 5 ədəd alçı, 850 manat dəyərində «Hoffman» markalı televizor, 120 manat dəyərində «LG» markalı DVD player, 40 manat dəyərində adını bilmədiyi ətir, dəyəri 15 manat olan telefon adapteri, dəyəri 55 manat olan 1 ədəd «Redmi» markalı poverbank, dəyəri 280 manat olan elektrikli divardeşən, 220 manat dəyərində 01 ədəd drel, 28 manat dəyərində 01 ədəd vedrə emulsiya oğurlanmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi və mülki iddiaçının nümayəndəsi dindirilmiş Zərərçəkmiş şəxs2 kimi göstərmişdir ki, 2017-ci ildən Bakı Telefon Rabitəsi MMC-in 4 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi vəzifəsində işləyir. 2018-ci ilin avqust ayına qədər 4 saylı Rabitə Xidmətləri Mərkəzinin əvvəlki adı X4muşdur. 18 dekabr 2020-ci il tarixdə 450/51 saylı ATS-in xətt mühəndisi M.R.Vəliyev 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məlumat verərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Bilgəh yolununda yola paralel hissədə yerləşən 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən iki quyu arasında olan məsafədən 2 ədəd-280 metr uzunluğunda, TPP 50x2 tipli, 1 ədəd 75 metr uzunluğunda TPP 30x2 tipli, ümumilikdə 335 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 2.319.08 manat məbləğində ziyan dəymişdir. Bu kabellərin maddi dəyəri 2.319.08 manat təşkil edir. Bundan başqa 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsində yerləşən ATS-in arxa hissəsində yerləşən, 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən iki quyu arasında olan məsafədə 1 ədəd-118 metr uzunluğunda TPP 50x2 tipli, 1 ədəd 118 metr uzunluğunda TPP 30x2 tipli, 1 ədəd-118 metr uzunluğunda TPP 20x2 tipli və 3 ədəd, 3 metr uzunluğunda TPP 100x2 tipli, ümumilikdə 357 metr uzunluğunda yeraltı rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlanması aşkar edilmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 3.701.88 manat məbləğində ziyan dəymişdir. Bu kabellərin maddi dəyəri 829.27 manat təşkil edir. Bundan başqa 30 iyun 2021-ci il tarixində ünvan 6 ünvanlnda yerləşən, 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən iki quyu arasında olan məsafədə 2 ədəd-136 metr uzunluğunda TPP 100x2 tipli, 1 ədəd 68 metr uzunluğunda TPP 50x2 tipli, ümumilikdə 204 metr uzunluğunda yeraltı rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlanması aşkar edilmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 1.451.15 manat məbləğində ziyan dəymişdir. Bu kabellərin maddi dəyəri isə 1.014.56 manat təşkil edir. Bundan başqa 21 iyul 2021-ci il tarixində 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən, yola paralel hissədən 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən 1 ədəd - 125 metr uzunluğunda TPP 20x2 tipli, asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlanması aşkar edilmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 265 manat məbləğində ziyan dəymişdir. Bu kabelin maddi dəyəri isə 190 manat təşkil edir. Bundan başqa 01 sentyabr 2021-ci il tarixdə 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən, yola paralel hissədən 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən 2 ədəd - cəmi 160 metr uzunluğunda TPP 20x2 tipli, asma rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlanması aşkar edilmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 376.66 manat məbləğində ziyan dəymişdir. Bu kabelin maddi dəyəri isə 243.2 manat təşkil edir. Sonuncu dəfə 26 sentyabr 2021-ci il tarixdə 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində yerləşən, yola paralel hissədən 4 saylı RXM-ə məxsus rabitə kabellərinə xidmət edən bir neçə dirək arasında olan məsafədən 1 ədəd - 120 metr uzunluğunda TPP 20x2 tipli, 1 ədəd - 120 metr uzunluğunda TPP 30x2 tipli asma rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alətlə kəsilərək oğurlanması aşkar edilmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət əmlakına 860.83 manat məbləğində ziyan dəymişdir. Bu kabelin maddi dəyəri isə 482.40 manat təşkil edir. Bu oğurluq hadisələri barədə ətraflı məlumat, dəymiş maddi ziyanın məbləği, habelə bu oğurluğun aşkar edilməsi istintaqa təqdim edilmiş sənədlərin surətlərində əksini tapmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs1 5.962.83 manat, Təqsirləndirilən şəxs2 2.576.51 manat və 105.40 qəpik dövlət rüsumunun tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 tərəfindən ziyan tam öədnildiyindən ona qarşı olan mülki iddiadan imtina edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə «Saipa Tiba» markalı, «az ** SJ ***» dövlət qeydiyyat nişanlı avtomobili bir günü 22 manat müqabilində icarəyə götürmüşdür. Həmzəlini uşaq vaxtından tanımış və əvvəllər eyni məhəllədə yaşamışlar. 2020-ci ilin dekabr ayından 2 il əvvələ qədər Həmzəlini görməmişdir. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında təxminən gecə saat 02-03 radələrində yaşadığı evdə olarkən Həmzəli onun «***-***-**-**» saylı mobil nömrəsinə xatırlamadığı mobil nömrəsi ilə zəng edərək taksi kimi fəaliyyət göstərib göstərmədiyini soruşmuşdur. O, işlədiyini dedikdə, Həmzəli onu təzə köçdüyü evin yerləşdiyi əraziyə çağırmışdır. Avtomobili ilə oraya gəlib dəqiq yeri öyrənmək üçün Həmzəliyə zəng etmişdir. Həmzəli «köhnə evmizi keç, «pajarnı»ın yaxınlığındakı zibilliyə gəl demiş və yolun kənarında görəcəyini bildirmişdir. Oraya çatdıqda Həmzəli tək olmuş və o, başqa adam görməmişdir. Həmin gün yağış da yağırdı. O avtomobilindən düşməmişdir. Həmzəli yük yerini açmağını demişdir. O, yük yerini açmış və Həmzəlinin iki ədəd kisəni yük yerinə qoyduğunu görmüş və hiss etmişdir. Bundan sonra Həmzəli avtomobilə əyləşmişdir. Onlar onun yaşadığı ev istiqamətində getmişlər. Yolda olarkən Həmzəlidən bu əşyaların nə olduğunu soruşduqda, Həmzəli bunların «kabel» və «oğurluq» olduğunu demişdir. O, haradan oğurladığını soruşduqda Həmzəli «telefon kabeli» olduğunu demişdir. Həmzəlini yaşadığı evdən irəlidə yerləşən boş bağ sahələrində düşürmüşdür. Həmzəli həmin kisələri düşürtmüşdür. Həmzəli sabah görüşəcəklərini dedikdə, o, Həmzəlidən bir daha onu oğurladığı əşyaları daşımaq üçün çağırmamağı tələb etmiş və çıxıb getmişdir. Növbəti gün Həmzəli ilə qəsəbə ərazisində görüşmüş və Həmzəli ona 20 manat pul vermişdir. Bundan sonra o, bir daha Həmzəli ilə görüşməmiş və əlaqə saxlamamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qsimində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2007-ci il tarixdə 07:00 radələrindən özünə məxsus avtomobillə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivinin girişində dayanıb müştəri gözləyərkən tanımadığı bir nəfər yaxınlaşaraq taksi lazım olduğunu bildirmişdir. Sonradan adının Həmzəli olmasını öyrəndiyi həmin şəxs bildirib ki, ev sahibi kirayə yaşadığı evdən Həmzəlini və ailəsini çıxarır və buna görə də məişət əşyalarını oradan götürmək lazımdır. Bundan sonra həmin şəxsin göstərməsinə əsasən Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən evə gediblər. Sərnişin kimi əyləşmiş həmin şəxs avtomobili evin arxasına sürməyi xahiş etmişdir. Həmin oğlan avtomobilindən düşüb evə tərəf gedib və onun görüntü dairəsindən çıxdı. Bir qədər sonra əlində karton qutularla geri dönüb avtomobilinin yük yerinə yerləşdirib. Bir neçə dəfə gedib evdən qutular gətirib avtomobilə yığıb. Sonra birlikdə yola çıxıblar. Yolda söhbət zamanı həmin oğlan həmin əşyaları yığmağa yerinin olmadığını bildirib və ondan həmin əşyaları axşamadək öz evində saxlmağı xahiş etmişdir. O özü də uzun illərdir kirayədə yaşadığı üçün vəziyyətini anlayıb yazığı gəlib və əşyalarını müvəqqəti olaraq evinə yığmağına icazə vermişdir. Həmin əşyaları gətirib kirayə yaşadığı evdə pilləkənin altına yığıb və axşamadək əşyaları götürəcəyini bildirmişdir. Həmin gün, yəni 14 sentyabr 2021-ci il tarixdə tarixdə axşam saatlarında Həmzəli ona zəng edərək əşyalarını götürmək istədiyini bildirmişdir. Ona görə də o, evinə gəlib və orada Həmzəli ilə görüşmüşdür. Həmzəlinin yanında adını sonradan Qurbanəli kimi bildiyi şəxs də olmuşdur. Həmzəli onu həmin oğlanla tanış edib və qohumu kimi təqdim etmişdir. Sonra oraya çağırılan taksi kimi nişanlanmış markasını və nömrəsini xatırlamadığı avtomobillə onun evinə qoyulmuş əşyaları yükləyib aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Həmzəli ilə təsadüfən rastlaşıb. Bir qədər söhbətdən sonra Həmzəli ona bildirib ki, kirayə yaşadığı evdən kirayə haqqını ödəyə bilmədiyi üçün ev sahibi ailəsini çıxarmışdır. Ailə üzvləri qohumlarının evində olsa da əşyaları yığmağa yer olmadığından müvəqqəti olaraq taksi sürücüsünün evinə yığmışdır. Bundan sonra o, Həmzəliyə həmin əşyaları müvəqqəti olaraq onların evində saxlaya biləcəyini bildirib və həmin əşyaları onun evinə yığması barədə razılaşıblar. Birlikdə həmin əşyaları saxlayan taksi sürücüsünün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evinə yollanıblar. Həmzəli orada onu həmin sürücü ilə tanış edib və adının Emil olduğunu öyrənmişdir. Sonra başqa bir taksi çağıraraq oradakı əşyaları həmin taksiyə yükləyib onun evinə gətiriblər və evinin zirzəmisinə yığıblar. Həmzəli bildirib ki, kirayə qalmaq üçün ev tapan kimi əşyaları gəlib götürəcək. Aradan uzun vaxt keçməsinə baxmayaraq Həmzəli gəlməyib. Əşyalar zirzəmidə ona heç bir maneə törətmədiyi üçün Həmzəlini tələsdirməyib. 03 oktyabr tarixdə polis əməkdaşları onu 14-cü polis bölməsinə dəvət etmişlər və ona məlum olub ki, Həmzəli həmin əşyaları oğurlamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7630 saylı, 05 noyabr 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmamış malların 2021- ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.523.00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 25 noyabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 2-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri iləoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, himayəsində beş yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 02 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 70). Cinayət işinin materiallarında olan 04 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 188). Cinayət işinin materiallarında olan 4(008)867/2021 saylı, 04 noyabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 noyabr 2021-ci il tarixdən hesablanmaqla 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 224). Cinayət işinin materiallarında olan 03 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 115). Cinayət işinin materiallarında olan 04 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 201). Cinayət işinin materiallarında olan 04 noyabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh., 220). Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, dəymiş ziyanı ödəməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, cəza çəkmədən islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 03 noyabr 2021-ci il tarixdən,04 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. «Fixe line nevresim takımı» adli 01 ədəd çarpayı örtuyu dəsti, 01 ədəd «Beko» markali samovar, «Sakura» mey-ji, «Oval Plate on foot 36x23 sm»r adlı şüşə qabı, «Hira sandik set» markalı çəngəl, bıçaq va qaşıq dəsti, «Cenk 11 parga mutfak seti» markalı qazan dəsti, «Sofram çaydanlıq takımı 1.60 lt demlik, 3.00 lt çaydanlıq» marka çaydan dəsti, «Arzu gelik 5,00lt» markalı çaydan, «İsfahan glass Lale ice cream bowl» markalı 6 ədəd dondurma qabı dəsti, «Excellent house ware» markalı 24 ədəd çəngəl, bıçaq, qaşıq dəsti, «Canali carla» markali, 10 ədədli qazan dəsti, «Volga glass» markalı, 6 ədədli stəkan dəsti, «Beko» markali mikrodalgalı soba, «Chung chung crystal» markalı, 7 ədədli stəkanqrafin dəsti, «Tefal premiss» markalı bir adad elektron tərəzinin Zərərçəkmiş şəxs1 ogluna qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat xərci müştərək qaydada hər birindən ayrı-ayrılıqda 25 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 60 saata görə hər birinə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 5.962.83 manat, Təqsirləndirilən şəxs2 2.576.51 manat və 105.40 qəpik dövlət rüsumunun tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 tərəfindən ziyan tam öədnildiyindən ona qarşı olan mülki iddiadan imtina edirlər. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki tələbi tam olaraq məhkəmə iclasında müəyyən edilmiş hallarla tam olaraq sübuta yetirimlişdir. Təqsirləndirilən şəxs2 ziyanı tam olaraq ödəmiş, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 5.962 manat, 83 qəpik maddi ziyan Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, Təqsirləndirilən şəxs2 qarşı isə 2.576 manat, 51 qəpik maddi ziyanın tutulması hissəsində isə iddiaçının iddiadan imtina etməsi nəticəsində iş üzrə icraata xitam verilməlidir. Ödənilmiş 105.40 qəpik dövlət rüsumunun 80 manat Təqsirləndirilən şəxs1 Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, 25 manat 40 qəpik isə Təqsirləndirilən şəxs1 Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «02» noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 03 noyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. «Fixe line nevresim takımı» adli 01 ədəd çarpayı örtuyu dəsti, 01 ədəd «Beko» markali samovar, «Sakura» mey-ji, «Oval Plate on foot 36x23 sm»r adlı şüşə qabı, «Hira sandik set» markalı çəngəl, bıçaq va qaşıq dəsti, «Cenk 11 parga mutfak seti» markalı qazan dəsti, «Sofram çaydanlıq takımı 1.60 lt demlik, 3.00 lt çaydanlıq» marka çaydan dəsti, «Arzu gelik 5,00lt» markalı çaydan, «İsfahan glass Lale ice cream bowl» markalı 6 ədəd dondurma qabı dəsti, «Excellent house ware» markalı 24 ədəd çəngəl, bıçaq, qaşıq dəsti, «Canali carla» markali, 10 ədədli qazan dəsti, «Volga glass» markalı, 6 ədədli stəkan dəsti, «Beko» markali mikrodalgalı soba, «Chung chung crystal» markalı, 7 ədədli stəkanqrafin dəsti, «Tefal premiss» markalı bir adad elektron tərəzinin Zərərçəkmiş şəxs1 ogluna qaytarılması nəzərə alınsın. 50 manat xərci müştərək qaydada hər birindən ayrı-ayrılıqda 25 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirak etdikləri 60 saata görə hər birinə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs1 5.962 manat, 83 qəpik maddi ziyan Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun, Təqsirləndirilən şəxs2 qarşı isə 2.576 manat, 51 qəpik maddi ziyanın tutulması hissəsində isə iddiaçı iddiadan imtina etməsi səbəbindən iş üzrə icraata xitam verilsin. Ödənilmiş 105.40 qəpik dövlət rüsumunun 80 manat Təqsirləndirilən şəxs1 Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun, 25 manat 40 qəpik isə Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-32/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-32/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver