Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-320/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonunun Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonunun Əhmədavar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,296 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və ümumi təmiz çəkisi 0,528 qram psixorop maddə-metamfetamini 25 ədəd bükümdə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx xxx 2020-ci il saat 13 radələrində sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən «999» adlı kafenin yaxınlığında saxlanılaraq göstərilən şöbəyə aparılmış və üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd pudra qabının içərisində siqaretin gümüşü kağızına bükülmüş 10 ədəd bükümlərdə olmaqla hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,029 qram, 0,041 qram, 0,042 qram, 0,031 qram, 0,026 qram, 0,015, qram, 0,028 qram, 0,027 qram, 0,025 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,296 qram narkotik vasitə-heroin, 15 ədəd bükümlərdə olmaqla hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,013, qram, 0,024 qram, 0,059 qram, 0,057 qram, 0,049 qram, 0,016 qram, 0,022 qram, 0,031 qram, 0,040 qram, 0,040 qram, 0,050 qram, 0,047 qram, 0,032 qram, 0,025 qram, 0,023 qram, ümumi təmiz çəkisi 0,528 qram psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il olar narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci il saat 13 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yeni yaşayış massivinə getmiş, orada əvvəllər tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 30 manat qarşılığında narkotik maddə heroin və «şüşə» kimi tanınan metamfetamin almışdır. Belə ki, həmin şəxs ona bir ədəd pudra qabının içərisində 25 ədəd xırda bükümlərdə olan narkotik vasitə vermiş, o, aldığı narkotik maddələri cibinə qoyub oradan uzaqlaşmışdır. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massvində yerləşən «999» adlı kafenin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib 12-ci PŞ-nin işçiləri olduqlarını bildirərək ona narkotik maddələrin istifadəsi, saxlanılması və daşınmasında şübhəli bilindiyi üçün onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməsini təklif etmişlər. Bölmədə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olması soruşulmuş, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra, o, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd purdra qabını çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik maddə olduğunu bildirmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq üzərindən aşkar edilmiş maddələrin heroin və metadon tərkibli «şüşə» narkotik vasitə olduğunu, həmin narkotik maddələri saxlanılmamışdan bir saat əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən özü istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələri satmaq, eləcə də, kiməsə pay vermək niyyəti olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi vəzifəsində çalışır. xx.xx.2020-ci il saat 13 radələrində 12ci polis şöbəsinin baş əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisələrinin qarşısınının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi üçün xidmət apararkən Sabunçu rayonu, Balaxanı qəsəbəsi Fazenda yaşayış massvində yerləşən «999» adlı kafenin yaxınlığında bir nəfər şəxs narkotik vasitələrin istifadəsi və saxlanılmasında onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşıb yaşayış yeri və anket məlumatları haqqında soruşduqda həmin şəxs onlara məlumat verməyib özünü daha da, şübhəli aparmağa başlamışdır. Dərhal həmin şəxsi yoxlanılması üçün 12-ci polis şöbəsinə aparılmış və şəxsin Təqsirləndirilən şəxs olması bəlli olmuşdur. Axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmetin olub-olmaması soruşulmuş, bundan sonra o, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd pudra qabını çıxarıb masanın üzərinə qoymuş və içərisində narkotik maddələr olduğunu bidirmişdir. Pudra qabını açdıqda siqaretin gümüşü kağızına bükülmüş 25 ədəd büküm, narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bükümlərin içərisində olan maddələrin narkotik olduğunu, onu saxlanılmamışdan bir saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu,Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən özü istifadə etmək üçün 30 manata aldığını bildirmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokodan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqəsində olan baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd pudra qabının içərisindən siqaretin gümüşü kağızına bükülmüş 25 ədəd bükümdə spesifik iyə malik, tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Cinayət işinin 33-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 108 (yüz səkkiz) mana 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/800 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş 10 ədəd bükümlərdəki hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri - 0,029 qram, 0,041 qram, 0,042 qram, 0,031 qram, 0,026 qram, 0,015, qram, 0,028 qram, 0,027 qram, 0,025 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,296 qram olan qəhvəyi rəngil toz şəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Həmin zərfdəki 15 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,013, qram, 0,024 qram, 0,059 qram, 0,057 qram, 0,049 qram, 0,016 qram, 0,022 qram, 0,031 qram, 0,040 qram, 0,040 qram, 0,050 qram, 0,047 qram, 0,032 qram, 0,025 qram, 0,023 qram, ümumi təmiz çəkisi 0,528 qram olan ağ rəngli kristal hisəciklərdən ibarət olan maddələr, eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,246 qram, metamfetaminin çəkisi 0,448 qramdır. Cinayət işinin 70-72-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-276/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-90-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 1355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-99-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,296 qram olan heroin və 0,528 qram olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,246 qram olan heroin və 0,448 qram metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2012-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə-metamfetamin əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,246 qram olan heroin və 0,448 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (yüz səkkiz) mana 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,246 qram olan heroin və 0,448 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 108 (yüz səkkiz) mana 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-320/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-320/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver