Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-320/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – X2 iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Beylaqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Füzuli rayonu, Horadiz şəhəri, Nizami küçəsi, ev 18-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X3 verilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talayıb ələ keçirərək soyğunçuluq etmişdir. Belə ki, X4 özgənin əmlakını açıq talamaq məqsədi ilə 02 oktyabr 2022- il tarixdə, saat 05:40 radələrində taksi kimi fəaliyyət göstərən «Toyota Prius» markalı, 90NY858 dövlət )imrə nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs məxsus pul kisəsinin avtomobilinin sürət qutusunun yanında olduğunu görüb, həmin pul səsini açıq talamağını planlaşdıraraq ünvan 2 saylı binanın qarşısında çatdıqdan sonra avtomobildən düşən zaman avtomobilin salonunda sürət qutusunun yanında saxlanılmış Zərərçəkmiş şəxs məxsus olan bir ədəd 5 manat dəyərində dəyərində «Liuniaofu C/assik» yazıları olan qara rəngli pul kisəsini içərsində 50 manat nağd pulla, həmin dövrdə olan məzənnə ilə 2 manat 80 qəpik təşkil edən 100 rus rublu, 60 manat dəyərində olan “Samsung” markalı «SM-J510FN/DS» ( Galaxy J5 2016) modelli mobil telefon aparatı ilə birlikdə pulu açıq talayıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs pul kisəsini qaytarmağını tələb etdiyinə baxmayaraq qaçıb uzaqlaşaraq sonuncuya 117 manat 80 qəpik məbləğində maddi ziyan rmaqla soyğunçuluq etmişdir. Bununla da X4 AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022ci il tarixdə, axşam saatlarında o, kluba getmiş və spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur. Həmin klubdan saat 05 radələrində çıxarkən dayısı oğlu Əsgər taksi sifariş etmişdir. 02 oktyabr 2022-ci il tarixdə o Əsgər və Murad «Hiss» klubun qarşısına gələn taksi kimi fəaliyyət göstərən Toyota Prius markalı avtomobilə sərnişin qismində əyləşmişlər. Həmin vaxt o, avtomobilin qabağ oturacağına sürücünün yanında əyləşmişdir. Çünki dayısı oğlu Əsgər dostu Muradla birlikdə ondan tez düşməli idilər, o, isə Bakıxanov qəsəbəsinə evinə gedirdi. Əsgərlə Murad taksiyə arxa oturacağa əyləşmişlər. Dayısı oğlu Əsgərin sifarişi ilə taksi sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs onu Muradla birlikdə Nərimanov rayonu, Aga Neymətulla küçəsində düşürmüşdür. Əsgər də sürücüdən xahiş etmişdir ki, onu evinə Bakıxanov qəsəbəsinə aparsın və 6 manat dəyərində gediş haqqını onun əvəzinə sürücüyə ödəmişdir. Sürücü Cavanşir onu Bakıxanov qəsəbəinə gətirəndə saat 05.40 radələri olardı. Yol boyu o, görmüşdür ki, sürücü Cavanşirin qara rəngli pul kisəsi sürət qutusunun yanında olmuşdur. Onun üstündə pul olmadığına və sərxoş olduğuna görə özündən asılı olmayaraq sürücünün pul kisəsini ələ keçirmək qərarına gəlmişdir. Bakıxanov qəsəbəsinə çatanda o, özü qəsdən Cavanşirə demişdir ki, maşını ara məhəllələrə sürsün ki, orada adam olmasın. Cavanşir avtomobilini məhəllələrin arasına sürəndə o, xahiş etmişdir ki, binanın qarşısında maşını saxlasın. Cavanşir maşını saxlayanda o avtomobilin qapısını açıb avtomobildən düşəndə qəflətən avtomobilin salonunda sürət qutusunun yanında olan qara rəngli pul kisəsini götürüb qaçmışdır. Həmin vaxt onun Cavanşir arxası ilə qışqırmışdır ki, pul kisəsini qaytarsın. O, isə məhəllərin araları ilə qaçıb Cavanşirdən uzaqlaşmışdır. Oradan uzaqlaşanda o gördü ki, pul kisəsinin içərisində bir ədəd qızılı rəngli «X7» markalı mobil telefon aparatı, Cavanşirə aid olan müxtəlif növlü sənədlər, xırda əskinazlarla 50 manat pul var və həmin sənədləri evinin yaxınlığında olan zibilliyə pul kisəsi ilə birlikdə tullamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslər barışıq əldə edilmiş və zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən proses iştirakçılarının razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elgün onun oğludur. 01 oktyabr 2022-ci il tarixdə, axşam saatlarında Elgün dostları ilə görüşüb evdən çıxıb getmişdir. Elgün ona demişdir ki, şəhərin mərkəzində olan gecə klubların birinə əylənməyə gedir, səhərə yaxın evə qayıdacaq. O etiraz etməmişdir. Səhərisi gün, yəni 02 oktyabr 2022-ci il tarixdə, saat 06 radələrində Elgün sərxoş halda evə gəlib öz yerində uzanıb yatmışdır. O da həmin vaxt evdə olmuşdu və günorta saatlarında Elgün evdə yatanda evlərinə polis əməkdaşları gəlib Elgünü 13-cü polis bölməsinə dəvət etmişlər. Həmin vaxtı o, polis əməkdaşlarından və Elgündən nə baş verdiyini soruşanda polis əməkdaşları ona demişlər ki, Elgün səhər saat 05.40 radələrində taksi sürücüsünə qarşı sonradan adını bildiyi kimi Zərərçəkmiş şəxs soyğunculluq cinayətini törətmişdir. O, həmin vaxt Elgündən bu barədə soruşanda, Elgün etdiyi cinayəti etiraf edərək peşman olduğunu bildirmişdir. Elgün ona demişdir ki, sərxoş halda olduğuna görə evinin yaxınlığında taksidən düşən zamanı taksidən sürücüyə sonradan adı Zərərçəkmiş şəxs kimi bilinən şəxsin pul kisəsini götürüb qaçmışdır. Elgün polis bölməsində olan zamanı ona zəng vurub bildirmişdir ki, Zərərçəkmiş şəxs soyğunçuluq yolu ilə götürüb ələ keçirdiyi pul kisəsinin içəsindən olan qızılı rəngli ((X7» markalı mobil telefon aparatını evlərində gizlətmişdir və xahiş etmişdir ki, həmin telefon aparatını istintaqa təqdim edsin. Məhkəmə iclasında şahid Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 iştirak etmədiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanın arxasında düşən yerdə baş vermişdir (i.v.5-7). “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Elgün Balakişyevin zərərçəkmiş şəxsə məxsus pul kisəsini atdığı zibil qutusuna baxış zamanı orada bir ədəd qara rəngli dəri materialdan olan pul kisəsi aşkar edilmişdir. Elgün Balakişiyev həmin pul kisəsini açdıqda içərisində bir ədəd Zərərçəkmiş şəxs məxsus xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsi, bir ədəd BA 162616 seriyalı texniki pasport və bir ədəd kiçik ölçüdə qızla oğlan şəklinin olması müəyyən edilmişdir (i.v.11-13). “Götürmə haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 bir ədəd qızılı rəngli “Samsung” markalı, SM-J510FN/DS (Galaxy J5 2016) modelli mobil telefon aparatı götürülmüşdür (i.v.43-44). “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 ədəd rəqəmlə işarələnmiş 04 ədəd qara rəngli pul kisələrini nəzərdən keçirərək 03 nömrə ilə işarələnmiş qara rəngli pul kisəsinin ona məxsus olduğunu bildirmişdir (i.v.45). “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 ədəd rəqəmlə işarələnmiş 04 ədəd qızılı rəngli “X8” markalı mobil telefonları nəzərdən keçirərək 01 nömrə ilə işarələnmiş qara rəngli pul kisəsinin ona məxsus olduğunu bildirmişdir (i.v.46). “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 17 noyabr 2022-ci il tarixli, 9/7528 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-J510FN/DS (Galaxy J5 2016) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 60 manat, 01 ədəd üzərində “Liuniaofu Classic” yazıları olan qara rəngli 18x10 sm ölçülü, süni dəri materialından olan pul kisəsinin orta bazar qiyməti 5 manat müəyyən edilmişdir (i.v.74-76). “Maddi sübut kimi tanınma haqqında” 20 noyabr 2022-cil tarixli qərardan görünür ki, 01 ədəd “Samsung” markalı, SM-J510FN/DS (Galaxy J5 2016) model mobil telefon, 01 ədəd üzərində “Liuniaofu Classic” yazıları olan qara rəngli 18x10 sm ölçülü, süni dəri materialından olan pul kisəsi, Zərərçəkmiş şəxs məxsus xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsi, bir ədəd BA 162616 seriyalı texniki pasport və bir ədəd kiçik ölçüdə qızla oğlan şəkli maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs verilmişdir (i.v.78- 79). “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 AR CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v 85-89). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 02 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.30). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, X4 dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.63-64). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.65-66). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu barədə məlumat yoxdur (i.v.71). Zərərçəkmiş şəxs tərəfindəm verilmiş 08 fevral 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2-ci), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (AR CM 59.1.12), cinayət nəticəsində dəymiş zərərin aradan qaldırıldığını (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, X4 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, X3 təqsirli bilindiyi AR CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM- J510FN/DS (Galaxy J5 2016) model mobil telefon, 01 ədəd üzərində “Liuniaofu Classic” yazıları olan qara rəngli 18x10 sm ölçülü, süni dəri materialından olan pul kisəsi, Zərərçəkmiş şəxs məxsus xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsi, bir ədəd BA 162616 seriyalı texniki pasport və bir ədəd kiçik ölçüdə qızla oğlan şəkli qanuni sahibində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-132). Məhkəmə hesab edir ki, X4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X3 elektron nəzarət vasitəsi tətbiq edilməli, X2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, X3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 02 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd “Samsung” markalı, SM-J510FN/DS (Galaxy J5 2016) model mobil telefon, 01 ədəd üzərində “Liuniaofu Classic” yazıları olan qara rəngli 18x10 sm ölçülü, süni dəri materialından olan pul kisəsi, Zərərçəkmiş şəxs məxsus xxxxxxx seriyalı şəxsiyyət vəsiqəsi, bir ədəd BA 162616 seriyalı texniki pasport və bir ədəd kiçik ölçüdə qızla oğlan şəkli qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat X1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-320/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-320/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver