Məhkəmə qərarları › İş №1(008)-321/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-321/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-321/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs12, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 1974-cü ildə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş, evli, işləməyən, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, D.Əliyeva küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə keçib, orada yerləşən mənzilə pəncərəsini açaraq qanunsuz daxil olub mənzildə olan 01 ədəd 70 manat dəyərində samovarı, 01 ədəd 700 manat dəyərində “LG" markalı paltaryuyan maşını, 900 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru, 50 manat dəyərində 01 ədəd peyk antenaya məxsus “Euromax” markalı TV bloku, 120 manat dəyərində 01 ədəd “Salyut” markalı velosipedi, 100 manat dəyərində 01 dəst alüminium qazanları, 70 manat dəyərində 01 ədəd ütü aparatını, 750 manat dəyərində transformatorun mis məftildən olan sarğısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2690 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasarı aşmaqla qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1500 manat olan 410 metr uzunluqda armaturları və 2,5 kub.metr həcimdə taxta materiallarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1500 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs11 Abduhüseyn oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 26-cı məhəllədə yerləşən bağ evinə pəncərədən qanunsuz daxil olaraq oradan 110 manat dəyərində 01 ədəd su qızdırıcısını, hər biri 50 manat dəyərində olan 02 ədəd direli, 85 manat dəyərində 01 ədəd perforatoru, 45 manat dəyərində 01 ədəd laqondanı, 60 manat dəyərində 01 ədəd lobziki, 250 manat dəyərində hamam aksessuarlarını, 300 manat dəyərində pərdələri və yorğan üzlüklərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 Abduhüseyn oğluna 950 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq qanunsuz daxil olub oradan ümumi dəyəri 150 manat olan 02 ədəd direl, 70 manat dəyərində 01 ədəd laqondanı, 500 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 720 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinə qapısı olmayan girişindən qanunsuz daxil olaraq orada olan 01 ədəd 300 manat dəyərində olan su qızdırıcısını, 01 ədəd 60 manat dəyərində olan direli, 01 ədəd 10 manat dəyərində olan kəlbətini, 01 ədəd 2 manat dəyərində olan vintaçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 372 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 fevral 2022-ci il tarixdə, saat 02 radələrində X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, bağlar massivi, 30-cu dalanda yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan hər biri 250 manat dəyərində olan 02 ədəd «Samsung» markalı kondisionerlər, 100 manat dəyərində olan 01 ədəd su motorunu, 100 manat dəyərində 01 ədəd olan laqondanı, 150 manat dəyərində 01 ədəd direli və 50 manat dəyərində 01 top naqili, 180 manat dəyərində 01 ədəd samovarı, 10 manat dəyərində 01 ədəd yeni, 5 manat dəyərində 01 ədəd köhnə baltanı, 70 manat dəyərində 01 ədəd külüngü, ümumi dəyəri 70 manat olan hamam duşu və vintilləri gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 1185 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 Amil oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmir Yolu stansiyasının qarşısında yerləşən daş hasarlı torpaq sahəsinə hasarı aşmaqla qanunsuz daxil olaraq orada olan elektrik transformatorunun 1500 manat dəyərində mis naqillli sarğılarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 Amil oğluna 1500 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 fevral 2022-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinə qapının qıfılını sındırıb açmaqla qanunsuz daxil olaraq orada olan 1200 manat dəyərində mis naqilləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 1200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 fevral 2022-ci il tarixdə, saat 02 radələrində X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açaraq qanunsuz daxil olub yataq otağındakı dolaba yerləşdirilən pul qabının içindən 330 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 330 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 446 nömrəli bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub oradan 500 manat dəyərində yorğandöşək üzlüklərini və dəsmalları gizli olaraq taladıqdan sonra 25 fevral 2022-ci il tarixdə, saat 02 radələrində həmin mənzilə eyni yerdən daxil olaraq oradan 960 manat dəyərində olan 08 ədəd kombi istilik sisteminin radiatorlarını, 700 manat dəyərində olan 01 ədəd “Hofmann” markalı televizoru, 500 manat dəyərində 01 ədəd televizor altlığını, 500 manat dəyərində olan 01 ədəd dəmir seyfi, hər birinin qiyməti 400 manat olan 02 ədəd, qiyməti 600 manat olan ədəd ümumilikdə isə 1400 manat dəyərində 03 ədəd samovarları gizli olaraq talayaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə ümumilikdə 4560 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivi, 29-cu dalanda yerləşən bağ sahəsinə hasardan aşma yolu ilə həyətyanı sahəyə qanunsuz olaraq daxil olub orada yerləşən saxlanc yeri hesab edilən əl damından 100 manat dəyərində elektrik samovarını, həyətə və əl damına çəkilmiş 300 manat dəyərində elektrik naqilini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs6 400 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 mart 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaqla oradan 3000 manat dəyərində işıq tənzimləyicisinin üst hissəsini, ümumi dəyəri 450 manat dəyərində elektrik naqillərini, 150 manat dəyərində elektrik açarlarını, ümumi dəyəri 250 manat olan 80 metr uzunluğunda 90 mm-lik boruları, ümumi dəyəri 150 manat olan 10 ədəd proyektorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 4000 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 mart 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs15 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan 250 manat dəyərində olan 01 ədəd kondisioneri, ümumi dəyəri 160 manat olan 02 ədəd direlləri, 140 manat dəyərində olan 01 ədəd laqondanı götürüb aparmış, 04 mart 2022-ci il tarixdə, saat 02 radələrində həmin evə pəncərədən daxil olaraq oradan 800 manat dəyərində olan 01 ədəd soyuducunu, 600 manat dəyərində olan 01 ədəd qaz plitəsini, 100 manat dəyərində olan 01 ədəd su nasosunu, 150 manat dəyərində olan 01 ədəd su qızdırıcısını, ümumi dəyəri 2800 manat olan müxtəlif avtomobil mühərriklərinə aid releləri və tənzimləyiciləri götürməklə gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə davam edən cinayət formasında Zərərçəkmiş şəxs15 ümumilikdə 5000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 mart 2022-ci il tarixdə, saat 01 radələrində X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, M.Əsədullayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 150 manat dəyərində olan tozsoran, 01 ədəd 50 manat dəyərində olan sərinkeş, 01 ədəd 150 manat dəyərində olan hidroforlu su nasosunu, 01 ədəd 150 manat dəyərində olan ətçəkən maşını, 01 ədəd 140 manat dəyərində olan «Tefal» qazan dəstini, 01 ədəd 150 manat dəyərində nahar yeməyi dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 900 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 mart 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs8 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub orada olan şüşə balona yığılmış 60 ədəd 50 qəpiklik, 1000 ədəd 20 qəpikliklərdən ibarət cəmi 500 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 500 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2022-ci il tarixdə, saat 02 radələrində X9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən 520 nömrəli bağ evinə giriş qapısını və pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 500 manat dəyərində “Shivaki” markalı, 01 ədəd 500 manat dəyərində “Sony” markalı televizoru, 01 ədəd 200 manat dəyərində ət çəkən maşını gizli olaraq talamaqla zərərçəkmiş şəxs X9 1200 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq «SSRİ» dövlətində 1957-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, lülə qutusunda 116557 nömrəsi olan, sürgülü, tək-tək atan, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd “TOZ-8” modelli odlu yivli silah olan ov tüfəngi əldə edib özündə saxlamaqla daşıyaraq gəzdirmiş, 23 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəmir yolunun yaxınlığında polis bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxs axtarış və götürmə aparılarkən əlində olan 01 ədəd keçmiş «SSRİ» dövlətində 1957-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli lülə qutusunda 116557 nömrəsi olan, sürgülü, tək-tək atan, texniki cəhətdən saz və atəş üçün yararlı olan “TOZ-8” modelli yivli odlu silah ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 oktyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Delfin” çimərliyi yaxınlığında gəzişərkən yolun kənarına yığılmış köhnə əşya və paltarların arasından 01 ədəd “TOZ-8” modelli ov tüfəngi tapmış, ovçuluqla məşğul olan şəxslərdən birinə satmaq məqsədi ilə silahı götürmüşdür. 23 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində dəmir yolunun kənarı ilə piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində silah olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİnin 15-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getmişdir. Bölmədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Polis bölməsində xidməti otaqlardan birində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş, qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olub-olmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əlində olan 01 ədəd “TOZ-8” modelli ov tüfəngini təqdim etmişdir. Polis əməkdaşları silahı haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq aşkar edilmiş ov tüfəngini 20 oktyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Delfin” çimərliyi yaxınlığında gəzişərkən yoluna kənarına yığılmış köhnə əşya və paltarların arasından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd “TOZ-8” modelli ov tüfəngi qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş, protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, o, bildirmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə ona elan ittiham üzrə özünü qismən təqsirli bilir. Lakin, hansı tarixlərdə hansı evlərdən oğurluq etdiyini dəqiq xatırlamır. Belə ki, ittiham aktında, yalnız tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 fevral 2022-ci il tarixdə, saat 02 radələrində X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, bağlar massivi, 30-cu dalanda yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan hər biri 250 manat dəyərində olan 02 ədəd «Samsung» markalı kondisionerlər, 100 manat dəyərində olan 01 ədəd su motorunu, 100 manat dəyərində 01 ədəd olan laqondanı, 150 manat dəyərində 01 ədəd direli və 50 manat dəyərində 01 top naqili, 180 manat dəyərində 01 ədəd samovarı, 10 manat dəyərində 01 ədəd yeni, 5 manat dəyərində 01 ədəd köhnə baltanı, 70 manat dəyərində 01 ədəd külüngü, ümumi dəyəri 70 manat olan hamam duşu və vintellərinin oğurlandığı qeyd olunsa da, o, X1 məxsus evdən oğurluq etməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində ona məxsus fərdi yaşayış evi vardır. O, sonuncu dəfə, 04 fevral 2022-ci il tarixdə özünə məxsus fərdi yaşayış evində olarkən həmin vaxt, hər hansı oğurluq faktı aşkar etməmişdir. 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinə getdiyi zaman evin pəncərələrinin dəmir barmaqlıqlarının sındırıldığını görərək evə daxil olub baxış keçirmiş, 150 manat dəyərində 02 ədəd direlin, 70 manat dəyərində 01 ədəd laqondanın 30 manat dəyərində 02 ədəd kəsərin, 500 manat dəyərində yeni çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 720 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmir Yolu stansiyası yaxınlığında ona məxsus fərdi yaşayış evi vardır. 19 fevral 2022-ci il tarixdə qeyd olunan ünvana getdiyi zaman orada olan elektrik transformatorunun qapısının açıldığını, mis naqillərdən olan sarğıların oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində ona məxsus 2 mərtəbəli fərdi yaşayış evi var. Təmir işləri ilə əlaqədar olaraq orada daimi yaşayış olmamış, o, gündəlik həmin evə gedərək görülən işlərə nəzarət etmişdir. 17 fevral 2022-ci il tarixdə, saat 22 radələrində qeyd olunan ünvana getdiyi zaman evin qapısının sındırıldığını görərək evə daxil oub baxış keçirmiş, baxış zamanı evə çəkilmiş elektrik naqillərinin bütünlükdə oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivi, 29-cu dalanda yerləşən torpaq sahəsi vardır. O, torpaq sahəsini daş hasara aldırmış, həyətdə sanitar qovşaq, həyətin iki küncündə bir-birindən ayrı olan, tikintidə istifadə etmək üçün müxtəlif əşyaları yığıb saxlamaq məqsədi ilə anbar kimi istifadə edilən əl damı tikdirmişdir. 27 fevral 2022-ci il tarixdə, saat 11 radələrində torpaq sahəsinə getdiyi zaman həyətə və əl damına çəkilən elektrik xəttinin naqillərinin, əl damının pəncərəsinin çöl tərəfinə qoyduğu 01 ədəd elektrik samovarının oğurlandığını aşkar etmişdir. Bundan başqa, əl damının dəmir çərçivəli qoruyucusu çıxarılmış, lakin, orada olan əşyalar oğurlanmaışdır. Oğurlanan kabelin ümumi dəyəri 300 manatdır, samovarın qiyməti isə 100 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, bağlar massivi, 30-cu dalanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Evdə təmir işləri getdiyi üçün daimi yaşayış olmamışdır. 19 fevral 2022-ci il tarixdə, saat 08 radələrində qeyd olunan fərdi yaşayış evinə getdiyi zaman evin pəncərəsinin açıq olduğunu görərək evə daxil olub baxış keçirmiş, 02 ədəd hər biri 250 manat dəyərində olan «Samsung» markalı kondisionerlərin, hamam otağında su xəttinə quraşdırdığı 100 manat dəyərində 01 ədəd su motorunun, təmir işlərində istifadə etdiyi 100 manat dəyərində 01 ədəd laqondanın, 150 manat dəyərində 01 ədəd direlin və 50 manat dəyərində istifadə olunmayan 01 top naqilin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, D.Əliyeva küçəsində yerləşən ona məxsus fərdi yaşayış evi var. 13 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində özünə məxsus fərdi yaşayış evinə gəldiyi zaman evin giriş qapısının və pəncərələrin açıq vəziyyət olduğunu görərək evdən oğurluq edildiyni düşünmüşdür. O, evə daxil olaraq baxış keçirmiş, baxış zamanı 70 manat dəyərində 01 ədəd samovarın, 01 ədəd 700 manat dəyərində “LG” markalı paltaryuyan maşının, 900 manat dəyərində 01 ədəd “Samsung” markalı televizorun, 50 manat dəyərində 01 ədəd peyk antenaya məxsus «Euromax” markalı TV blokun, 120 manat dəyərində 01 ədəd “Salyut” markalı velosipedin, 100 manat dəyərində 01 dəst alüminium qazanların, 70 manat dəyərində 01 ədəd ütü aparatının, 750 manat dəyərində transformatorun mis məftildən sarğısının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2690 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsində yerləşən ona məxsus nömrəsiz fərdi yaşayış evi var. 07 mart 2022-ci il tarixdə saat 13 radələrində ailəsi ilə birəlikdə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən evindən çıxıb Qusar rayonuna getmiş, 10 mart 2022-ci il tarixdə evinə qayıdarkən evin plastik pəncərənin açıq olduğunu, evə daxil olduqda isə televizor altlığının içində şüşə balona yığılmış 60 ədəd 50 qəpiklik, 1000 ədəd 20 qəpiklikdən ibarət cəmi 500 manat pulunu oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 446 nömrəli bağ evi ona məxsusdur. 03 mart 2022-ci il tarixdə bağ evinə getdiyi zaman açarla qapını açıb içəri girdikdə evdəki 12 ədəd qızdırıcının 11 ədədinin yerindən açıldığını, evi su basdığını, 8 ədədinin aparıldığını müəyyən etmişdir. Bundan başqa, evdən 500 manat dəyərində yorğan-döşək üzlükləri və dəsmalların, 700 manat dəyərində olan 1ədəd “Hoffman” markalı televizorun, 500 manat dəyərində 1 ədəd televizor altlığının, 500 manat dəyərində olan içində heç bir əşya olmayan 1 ədəd dəmir seyfin, hər birinin qiyməti 400 manat olan 2 ədəd, qiyməti 600 manat olan 1 ədəd ümumilikdə isə 1400 manat dəyərində 3 ədəd samovarların oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4560 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən 520 saylı bağ evi ona məxsusdur. O, qeyd olunan bağ evin yaz-yay fəsillərində yaşayır. 12 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən 520 saylı bağ evinə getdiyi zaman bağ evinin birinci mərtəbəsinin dənizə baxan hissəsinə açılan plastik qapının şüşəsini sındırıldığını görərək evə daxil olub baxış keçirmiş, baxış zamanı evdən 01 ədəd 500 manat dəyərində “Shivaki” markalı, 01 ədəd 500 manat dəyərində “Sony” markalı televizorun, 01 ədəd 200 manat dəyərində ət çəkən maşının oğurlandığını müəyyən etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə polisə məlumat vermiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq protokol tərtib edilmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. Həmin ünvanda tikinti işləri getdiyi üçün oraya tikinti materialları alaraq yığımışdır. 21 dekabr 2021-ci tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəldiyi zaman həyətə yığdığı 410 m uzunluqda 12 və 18 mm-lik armaturların və 2,5 kub.metr həcmdə taxtaların oğurlandığını müəyyən edərək bununla bağlı polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evi var. 10 fevral 2022-ci il tarixdə sat 20 radələrində yaşadağı Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən fərdi evindən çıxıb işə getmiş, ertəsi gün saat 09 radələrində evinə gələrkən həyat yoldaşı ona bildirmişdir ki, səhər saatlarında evin zirzəmisindən kartof götürməyə girərkən orada yerləşdirdiyi 300 manat dəyərində yeni su qızdırıcısının, 60 manat dəyərində 1 ədəd direlin, 2 manat dəyərində olan 1 ədəd vintaçanın və 10 manat dəyərində 1 ədəd kəlbətinin oğurlandığnı akar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən ona məxsus nömrəsiz fərdi yaşayış evi var. 04 mart 2022-ci il tarixdə qeyd olunan ünvana getdiyi zaman oradan 3000 manat dəyərində işıq tənzimləyicisinin üst hissəsini, ümumi dəyəri 450 manat dəyərində elektrik naqillərinin, 150 manat dəyərində elektrik açarlarının, ümumi dəyəri 250 manat olan 80 metr uzunluğunda 90 mm-lik boruların, ümumi dəyəri 150 manat olan 10 ədəd projektorları gizli olaraq talandığını öyrənmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evi var. O, 18 fevral 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxıb qohumlarının toy məclisinə getmiş, həmin gün, saat 23 radələrində yaşadığı evə geri qayıtmışdır. Növbəti gün, saat 11 radələrində yataq otağının pəncərəsinin açıq olduğunu, həmin otaqda olan dolabındakı pul qabında saxladığı 330 manat pulunun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 26-cı məhəllədə yerləşən ona məxsus bağ evi var. 26 dekabr 2022-ci il tarixdə, günorta saatlarında qeyd olunan bağ evinə gəldiyi zaman oradan 110 manat dəyərində 01 ədəd su qızdırıcısının, hər biri 50 manat dəyərində olan 02 ədəd direlin, 85 manat dəyərində 01 ədəd preforatorun, 45 manat dəyərində 01 ədəd laqondanın, 60 manat dəyərində 01 ədəd lobzikin, 250 manat dəyərində hamam aksessuarlarının, 300 manat dəyərində pərdələrin və yorğan üzlüklərinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 950 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, M.Əsədullayev küçəsində yerləşən ona məxsus nömrəsiz fərdi yaşayış evi var. Həmin evdə daimi yaşayış olmamış, qohumu Cavid İbrahimov evə nəzarət etmişdir. 07 mart 2022-ci il tarixdə Cavid ona zəng edərək evə baxmağa getdiyi zaman evin giriş qapısının yanındakı pəncərənin qoruyucusunun sındırılaraq pəncərənin açıldığını gördüyünü, özündə olan açarla qapını açaraq içəri girərək evə baxış keçirdiyi zaman evdən 01 ədəd 150 manat dəyərində tozsoranın, 01 ədəd 50 manat dəyərində sərinkeşin, 01 ədəd 150 manat dəyərində hidroforlu su nasosunun, 01 ədəd 150 manat dəyərində ətçəkən maşının, 01 ədəd 140 manat dəyərində «Tefal» qazan dəstinin, 01 ədəd 150 manat dəyərində nahar yeməyi dəstinin oğurlandığını aşkar etdiyini bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən ona məxsus fərdi yaşayış evi var. 06 mart 2022-ci il tarixdə qeyd olunan ünvana getdiyi zaman fərdi yaşayış evinin pəncərəsinin şüşəsinin sındırıldığını görərək evə daxil olub baxış keçirmiş, baxış zamanı evdən 250 manat dəyərində olan 01 ədəd kondisionerin, ümumi dəyəri 160 manat olan 02 ədəd direllərin, 140 manat dəyərində olan 01 ədəd laqondanın, 04 mart 2022-ci il tarixdə, saat 02 radələrində həmin evə pəncərədən daxil olaraq oradan 800 manat dəyərində olan 01 ədəd soyuducunun, 600 manat dəyərində olan 01 ədəd qaz plitəsinin, 100 manat dəyərində olan 01 ədəd su nasosunun, 150 manat dəyərində olan 01 ədəd su qızdırıcısının, ümumi dəyəri 2800 manat olan müxtəlif avtomobil mühərriklərinə aid relelərin və tənzimləyicilərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsi daşıyır. Sabunçu RPİ-nin 15-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 23 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəmir yolunun yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada getiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis bölməsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, sonuncu həmin vaxt əlində olan 01 ədəd üzərində 22874 yazısı olan tüfəngi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş “TOZ-8” modelli odlu silah qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan 23 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild-1, səhifə 10). Cinayət işi materiallarında olan 23 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X11 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əlində olan 01 ədəd üzərində 22874 yazısı olan tüfəng aşkar edilərək götürülmüşdür. (cild-1, səhifə 29-30). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 22/664R №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş lülə qutusunda 116557 N-si olan silah keçmiş «SSRİ» dövlətində 1957-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, “TOZ-8” modelli sürgülü, tək-tək atan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə edilmiş güllə və giliz DİN-nin KTİ-də yerləşən güllə- giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmiş və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (cild-1, səhifə 37-41). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-892/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild-1, səhifə 63-65). Cinayət işi materiallarında olan 14 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild-1, səhifə 214). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-214/2022 saylı, 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild-2, səhifə 6-8). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-499/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 iyul 2022-ci il tarixədək uzadılmışdır. (cild-2, səhifə 42-45). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-567/2022 saylı, 02 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 avqust 2022-ci il tarixədək uzadılmışdır. (cild-2, səhifə 67-70). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-660/2022 saylı, 13 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. (cild-2, səhifə 88). Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-791/2022 saylı, 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. (cild-2, səhifə 153-156). Cinayət işi materiallarında olan 14 oktyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild-4, səhifə 45). Cinayət işi materiallarında olan 18 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyən edilməsi və dəqiqləşdirilməsi məqsədi ilə ifadəsi hadisə yerində yoxlanılmışdır. (cild-4, səhifə 49-57). Cinayət işi materiallarında olan 10 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd üzərində 22874 yazısı olan “TOZ-8” modelli sürgülü, tək-tək atan ov tüfəngi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild-4, səhifə 73-89). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. (cild-4, səhifə 33-34). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “amnistiya” qararının 2.4-cü bəndinə əsasən ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edildiyi üçün məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 23 oktyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 mart 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs həbsdə olduğu 07 (yeddi) ay müddəti nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) ayına bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd üzərində 22874 yazısı olan “TOZ-8” modelli sürgülü, tək-tək atan ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 09 (doqquz) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 07 (yeddi) ay müddət azadlıqdan məhrumetmə cəzasının 07 (yeddi) ayına bərabər tutulmaqla, onun cəzasından 07 (yeddi) ay çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd üzərində 22874 yazısı olan “TOZ-8” modelli sürgülü, tək-tək atan ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar