Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-322/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam ərazi dairəsi, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx xxxxxx 1998-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə, 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 600 manat cərimə cəzasına məhkum edilmiş, Füzuli rayonu, Pirəhmədli Ə/D, Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 yanvar 2024-cü il tarixdə, saat 03:23-də ünvan 3 ünvanında yerləşən «Al Market» adlı mağazanın plastik pəncərəsini açmaq yolu ilə Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunsuz içəriyə daxil olmuş, Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs gələrkən onlara xəbər vermək üçün həmin mağazanın qarşısında dayanıb onları sığortalamış, o və Təqsirləndirilən şəxs3 mağazanın içərisində olan Zərərçəkmiş şəxs MMC-yə məxsus 40021 nömrəli «SAQA» markalı terminalın kassasını özləri ilə gətirdikləri dəmir linglə sındırıb açaraq dəyəri 860 manat olan pul qəbuledicisini pul kasseti ilə birlikdə və içərisində olan 13514 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdarda 14374 (on dörd min üç yüz yetmiş dörd) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam ərazi dairəsi, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. O, Təqsirləndirilən şəxs1 ortaq dostları Mirsəmədin vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 o, tanış etmişdir. Təqsirləndirilən şəxs1, 25 yanvar 2024-cü il tarixdə marketlərdə olan ödəmə terminallarını sındıraraq pul oğurlamağı ona təklif etmiş, maddi sıxıntıları olduğu üçün Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 oğurluq etmək üçün əlavə bir nəfərin də, lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs2 zəng edərək bu barədə danışmışdır. Təqsirləndirilən şəxs2 onunla razılaşdıqdan sonra onlar üçü birlikdə görüşərək marketlərdə olan ödəmə terminallarından oğurluq etməyi müzakirə etmiş, Təqsirləndirilən şəxs1 içərisində video müşahidə kamerası olmayan market tapdıqdan sonra onlara məlumat verəcəyini bildirmişdir. 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək müşahidə kamerası olmayan market yeri müəyyən etdiyini bildirmiş, daha sonra onlar taksi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Al Market» adlı mağazanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 marketin içərisində olan ödəmə terminalını göstərərək marketdə müşahidə kamerası olmadığı üçün həmin terminaldan oğurluq etməyin mümkün olduğunu bildirmişdir. Onlar birlikdə 30 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində «Memar Əcəmi» metrostansiyasından «Koroğlu» metrostansiyası yaxınlığına gələrək taksi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Al Market» yaxınlığına gəlmiş, aralarında razılığa əsasən Təqsirləndirilən şəxs1 ətrafda kiminsə olacağı təqdirdə onlara məlumat vermək məqsədi ilə yaxınlıqda dayanmış, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə marketə yaxınlaşmış, özü ilə gətirdiyi mismarçıxardıcı ilə marketin plastik pəncərəsini sıxaraq açmış, Təqsirləndirilən şəxs2 ilə birlikdə pəncərədən mağazaya daxil olmuşdur. Onlar mağazada olan ödəmə terminalını yerə aşırdaraq terminalın pul salınan hissəsini dəmir linglə sındırıb açmış, Təqsirləndirilən şəxs2 pul qəbuledicisini pul kasseti ilə birlikdə götürərək mağazadan çıxmışdır. Onlar birlikdə piyada şəkildə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana doğru hərəkət etmiş, Təqsirləndirilən şəxs2 pulları kassadan çıxararaq əynində olan köynəyin qabaq cibinə qoymuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı məhəlləyə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 cibində olan pulları çıxarmış, onlar oğurluq yolu ilə əldə edilən pulu üç yerə bölmüşlər. Təqsirləndirilən şəxs2 ona 3145 manat, Təqsirləndirilən şəxs1 3200 manat vermiş, özünə isə 3100 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs1 «Bolt» taksi xidmətindən taksi sifariş vermiş, taksi ilə Memar Əcəmi istiqamətində hərəkət etmişlər. Onlar avtomobildə olduqları zamanı taksi sürücüsü övladlarını Quba rayonuna aparmaq istədiyini, lakin, maddi imkanı olmadığı üçün bunu edə bilmədiyini bildimiş, onlar uşaqlarını Quba rayonuna aparması üçün taksi sürücüsünə hər biri 200 manat olmaqla, ümumilikdə 600 manat vermişlər. O və tanışları Memar Əcəmi metrostansiyası yaxınlığında avtomobildən enmiş, o, boş olan pul kasseti metrostansiya yaxınlığında tullamışdır. Təqsirləndirilən şəxs2 evə getmək istədiyini bildirmiş, o, payına düşən pulun 1450 manatını Təqsirləndirilən şəxs2 verərək onun üçün saxlamasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə yaxınlıqda yerləşən kafedə əyləşib yemək yeyərək spirtli içki qəbul etmiş, həmin vaxt, üzərində olan puldan 700 manatı xərcləmiş, növbəti gün, özünə ümumilikdə 350 manata şavlar, ayaqqabı və gödəkçə almışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 zəng edərək ona verdiyi puldan 800 manatını tanışına verməsini xahiş etmiş, geri qalan pulu digər şəxsi ehtiyyaclarına sərf etmişdir. 31 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Memar Əcəmi metrostansiyası yaxınlığında kafedə olarkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən peşmandır, cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə zərərçəkmiş şəxsə ödənilmişdir və bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanımışdır. 28 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 ona zəng edərək Təqsirləndirilən şəxs1 ilə birlikdə müşahidə kamerası olamayan marketlərdən birindən ödəmə terminalından oğurluq etmək istədiklərini, bunun üçün, əlavə bir nəfər lazım olduğunu bildirmiş, pula ehtiyacı olduğu üçün, o, Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmışdır. Onlar üçü birlikdə «Memar Əcəmi» metrostansiyası yaxınlığında görüşərək marketlərdə olan ödəmə terminallarından oğurluq etməyi müzakirə etmiş, Təqsirləndirilən şəxs1 içərisində video müşahidə kamerası olmayan market tapdıqdan sonra onlara məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 müşahidə kamerası olmayan market yeri müəyyən etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs3 ilə birlikdə taksi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Al Market» adlı mağazanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 marketin içərisində olan ödəmə terminalını göstərək marketdə müşahidə kamerası olmadığı üçün həmin terminaldan oğurluq etməyi mümkün olduğunu bildirmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində birlikdə «Memar Əcəmi» metrostansiyasından «Koroğlu» metrostansiyası yaxınlığına gələrək taksi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Al Market» yaxınlığına gəlmiş, aralarında razılığa əsasən Təqsirləndirilən şəxs1 ətrafda kiminsə olacağı təqdirdə onlara məlumat vermək məqsədi ilə yaxınlıqda dayanmış, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə marketə yaxınlaşmış, Təqsirləndirilən şəxs3 ilə gətirdiyi linglə marketin plastik pəncərəsini sıxaraq açmış, Təqsirləndirilən şəxs3 ilə birlikdə pəncərədən mağazaya daxil olmuşdur. Onlar mağazada olan ödəmə terminalını yerə aşırdaraq terminalın pul salınan hissəsini dəmir linglə sındırıb açmış, o, pul qəbuledicisini pul kaseti ilə birlikdə götürərək mağazadan çıxmışdır. Onlar birlikdə piyada şəkildə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana doğru hərəkət etmiş, o, kassada olan pulu çıxaraq əynində olan köynəyin qabaq cibinə qoymuş, Təqsirləndirilən şəxs1 kassanı özü ilə götürmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı məhəlləyə çatdıqdan sonra cibində olan pulları çıxarmış, onlar oğurluq yolu ilə əldə edilən pulu üç yerə bölmüşlər. Təqsirləndirilən şəxs3 3145 manat, Təqsirləndirilən şəxs1 3200 manat vermiş, özü isə 3100 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs1 «Bolt» taksi xidmətindən taksi sifariş vermiş, taksi ilə Memar Əcəmi istiqamətində hərəkət etmişlər. Onlar avtomobildə olduqları zaman taksi sürücüsü övladlarını Quba rayonuna aparmaq istədiyini, lakin, maddi imkanı olmadığı üçün bunu edə bilmədiyini bildimiş, onlar uşaqlarını Quba rayonuna aparması üçün taksi sürücüsünə hər biri 200 manat olmaqla, ümumilikdə 600 manat vermişlər. O və tanışları Memar Əcəmi metrostansiyası yaxınlığında avtomobildən enmiş, Təqsirləndirilən şəxs1 boş olan pul kasseti metrostansiya yaxınlığında tullamışdır. O, evə getmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs3 payına düşən pulun 1450 manatını ona verərək saxlamasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs3 saxlamaq üçün verdiyi pulu götürərək yaşadığı ünvana getmişdir. Növbəti gün, İradə adlı tanışının işlədiyi çayxanaya getmiş, orada olarkən İradə obyektin icarə haqqını verməsi üçün 1500 manat pulun lazım olduğunu bildirmiş, o, icarə haqqını verməsi üçün İradəyə 1500 manat vermişdir. Bir müddət sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən peşmandır, cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə zərərçəkmiş şəxsə ödənilmişdir və bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Füzuli rayonu, Pirəhmədli Ə/D, Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayır. O, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Digər təqsirləndirilən şəxslər onun tanışlarıdır. O, maddi sıxıntıları olduğu üçün marketlərdə olan ödəmə terminalından oğurluq edərək pul əldə etməyi qərara almış, bununla bağlı tanışı Təqsirləndirilən şəxs3 məlumat vermiş, Təqsirləndirilən şəxs3 pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmışdır. O, oğurluq üçün əlavə bir nəfər lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 bu barədə tanışları Təqsirləndirilən şəxs2 məlumat verəcəyini demişdir. O, yaşadığı əraziyə yaxın məsafədə yerləşən müşahidə kamerası olmayan market axtarmağa başlamış, ünvan 3 ünvanında yerləşən «Al Market» adlı mağazanın içərisində ödəmə terminalının olduğunu, lakin, mağazanın içərisində müşahidə kamerasının olmadığını müəyyən edərək, bu barədə, Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Daha sonra onlar birlikdə ünvan 3 ünvanında yerləşən «Al Market» adlı mağazanın yaxınlığına gedərək bir qədər mağazanı müşahidə etmiş, həmin mağazadan oğurluq etməyi qərarlaşdırmışlar. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində «Memar Əcəmi» metrostansiyası yaxınlığında görüşmüş, yaxınlıqda yerləşən tikinti materiallarının satışını həyata keçirən mağazadan 01 ədəd ling almışlar. 30 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində birlikdə «Memar Əcəmi» metrostansiyasından «Koroğlu» metrostansiyası yaxınlığına gələrək taksi vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Al Market» yaxınlığına gəlmiş, aralarında razılığa əsasən o, ətrafda kiminsə olacağı təqdirdə digərlərinə məlumat vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 marketə yaxınlaşmış, Təqsirləndirilən şəxs3 gətirdiyi linglə marketin plastik pəncərəsini sıxaraq açmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə pəncərədən mağazaya daxil olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mağazada olan ödəmə terminalının kassasını sındırıb kassanı kaseti ilə birlikdə götürərək çölə çıxmış, birlikdə piyada şəkildə onun yaşadığı ünvana doğru hərəkət etmişlər. Təqsirləndirilən şəxs2 pulları kassadan çıxararaq əynində olan köynəyin qabaq cibinə qoymuş, onun yaşadığı məhəlləyə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 cibində olan pulları çıxararaq üç yerə bölmüşdür. Təqsirləndirilən şəxs3 3145 manat, ona 3200 manat vermiş, özünə isə 3100 manat pul götürmüşdür. O, «Bolt» taksi xidmətindən taksi sifariş vermiş, taksi ilə Memar Əcəmi istiqamətində hərəkət etmişlər. Onlar avtomobildə olduqları zamanı taksi sürücüsü övladlarını Quba rayonuna aparmaq istədiyini, lakin, maddi imkanı olmadığı üçün bunu edə bilmədiyini bildimiş, onlar uşaqlarını Quba rayonuna aparması üçün taksi sürücüsünə hər biri 200 manat olmaqla, ümumilikdə 600 manat vermişlər. O və tanışları Memar Əcəmi metrostansiyası yaxınlığında avtomobildən enmiş, o, boş olan pul kasseti metrostansiya yaxınlığında tullamışdır. Təqsirləndirilən şəxs2 onlardan ayrılaraq evə getmiş, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə yaxınlıqda yerləşən kafedə əyləşib yemək yeyərək spirtli içki qəbul etmişdir. O, oğurluq yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir.Törətdiyi əməldən peşmandır, cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə zərərçəkmiş şəxsə ödənilmişdir və bununla əlaqədar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə həmin ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 71, ev 1A-da yaşayır. 2016-cı il tarixdən "xxxx" MMC şirkətində menecer vəzifəsində işləyir. "xxxx" MMC şirkəti tərəfindən bağlanmış müqavilə əsasında ünvan 3 ünvanında yerləşən «AL» marketə "xxxx" MMC-yə məxsus «Saqa» markalı ödəniş terminalı qoyulmuş, həmin terminalda olan pul iki gündən bir olaraq şirkətin işçiləri tərəfindən götürülmüşdür. 27 yanvar 2024-cü il və 28 yanvar 2024-cü il tarixləri qeyri iş günləri olduğu üçün marketdə olan terminaldan pul götürülməmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində «AL» marketin işçisi Günay Quliyeva ona zəng edərək naməlum şəxslərin mağazanın plastik pəncərəsini açmaq yolu ilə mağazaya daxil olub orada olan ödəniş terminalındakı pulu oğurlandığını bildirmişdir. O, ünvan 3 ünvanında yerləşən «AL» marketə getmiş, 40021 saylı «Saqa» markalı terminaldan 13514 manat nağd pulun və 860 manat dəyərində pul qəbuledicisi pul kaseti ilə birlikdə oğurlandığını müəyyən etmişdir. X4 baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. X4 mağaza müdiri olmuş, lakin, maddi zərər "xxxx" MMC şirkətinə dəymişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC daha sonra ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclaslarında iştirak etməyəcəklərini, təqsirləndirilən şəxslər tərəfindən "xxxx" MMC-yə cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin tam şəkildə ödənilməsi, heç bir şikayət və tələblərinin olmamasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9 O, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində «Qədim Bakı» adlı çay evi işlətmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütaəmadi olaraq müştəri qismində onun işlətdiyi çay evinə gəlmişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında dostluq münasibəti yaranmış, Təqsirləndirilən şəxs2 30 yanvar 2024-cü il tarixdə icarə haqqını ödəməsi üçün ona 1500 manat borc pul vermişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq əməlinin törədilməsindən məlumatı olmamış, Təqsirləndirilən şəxs2 ona borc verərəkən həmin məbləği kazinoda udduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin 30 yanvar 2024-cü il tarixli aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi ərazisində yerləşən «Al Market» mağazasında müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən ümumi dəyəri 5100 manat olan 40021 saylı «SAQA» markalı ödəniş terminalından pul kassetinin içərisində olan 13514 manat, 860 manat dəyərində pul qəbuledicisi pul kaseti ilə birlikdə oğurlanmış, 50 manat dəyərində pul qəbuledicinin qapısının qıfılı sındırılmış və pul bölməsinin qapısının təmiri (dəmirçi və rəngsaz işləri ilə birlikdə) 180 manat təşkil etmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan 31 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan 31 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 127-128-ci vərəqəsində olan 4(008)-71/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 131-133-cü vərəqəsində olan 02 fevral 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 135-136-cı vərəqələrində olan 02 fevral 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan 02 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 160-cı vərəqəsində olan 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X1 tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs MMC-yə vururlmuş ziyandan 3300 manat ödənilmişdir. Cinayət işinin 162 vərəqəsində olan qəbzdən görünür ki, X5 tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyandan 14604 manat ödənilmişdir. Cinayət işinin 185-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 73/2024 nömrəli, 03 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanılmaqla 02 (iki) ay 20 (iyirmi) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 193-cü vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin 08 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə oğurluq əməli nəticəsində vurulmuş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 200-204-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-81/2024 nömrəli, 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 215-217-ci vərəqəsində olan 19 fevral 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 220-223-cü vərəqəsində olan 29 fevral 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 231-240-cı vərəqəsində olan 02 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus 40021 nömrəli «Saqa» markalı terminal cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 225-227-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Nuriyev X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 9 ay sınaq müqddəti şərtilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmidir, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 185.2.1, 185.2.2, 185.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 263-1.1-ci maddələri ilə təqsirli bilinib 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzalarına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2015-ci il tarixli və 02 mart 2015-ci il tarixli qərarları ilə 02 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzalarına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə, 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 600 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə hökmlərdəki 2 epizod üzrə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilərək cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci ildə Baki şəhəri Xəzər Rayon Məhkəməsinin qərari ilə CM-nin 185.2.4-cü maddəsi hökmdən xaric edilmiş, CM-nin 66.3-cü maddəsi sözləri CM-nin 66.2-ci maddəsi sözləri ilə əvəz edilmişdir, xx.xx.2022-ciildə Baki şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 09 ay 04 gün vaxtindan əvvəl şərti azad edilib, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmişdir. Cinayət işinin 228-229-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 230-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 31 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək, Təqsirləndirilən şəxs3 31 yanvar 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün, Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 04 (dörd) günü azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) ay 08 (səkkiz) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Eləcə də məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəlki cinayət əməllərini yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi yaranmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 02 fevral 2024-cü il tarixdən tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1- ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 12 (on iki) günü və 600 manat cərimə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Zərərçəkmiş şəxs MMC-yə məxsus 40021 nömrəli «Saqa» markalı terminal zərərçəkmiş hüquqi şəxsə qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 04 (dörd) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) ay 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı və Abşeron rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 12 (on iki) gün hissəsi və 600 manat cərimə cəzası hazırkı azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində 09 (doqquz) ay 12 (on iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 fevral 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış, Sabunçu rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs MMC-yə məxsus 40021 nömrəli «Saqa» markalı terminal zərərçəkmiş hüquqi şəxsə qaytarılsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-322/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-322/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver