Məhkəmə qərarları › İş №1(008)-322/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-322/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-322/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Yardımlı rayonu, Bərcan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Xəzər ərazi dairəsi, Xəzər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəşir Bünyatov üçəsi, fərdi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 0,319 qram ağ rəngli, kristlaşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 12 iyun 2024-cü il tarixdə saat 02:30-da Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qəzet kağızına bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,319 qram ağ rəngli, kristlaşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla razı olduğunu, lakin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla razı olmadığını bildirmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəşir Bünyatov küçəsi fərdi nömrəsiz evdə ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Təmir tikinti ustası işləyərək ailəsini dolandırır. 15-20 gündür ki, “patı, şüşə” kimi tanıdığı psixotrop maddələrdən falqada çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Sonuncu dəfə 11 iyun 2024-cü il tarixdə saat 16 radələrində Maştağa qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini almış və üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 12 iyun 2024-cü il tarixdə saat 02:30-da ünvan 1 ünvanında piyada gedərkən, iki nəfər biri mülki geyimdə, digəri isə polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş, onun adını, soyadını soruşduqdan sonra şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin olduğundan o, tez bir zamanda oradan yayınmaq istəmi, lakin polis əməkdaşları buna imkan verməmişlər. Bundan sonra o, başa düşmüşdür ki, polis əməkdaşlarının onun üzərində psixotrop maddə metamfetaminin olmasından məlumatları var, buna baxmayaraq o, özünü çox da şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımağında şübhəli olduğunu deyib, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getməyimi təklif etmişlər. Bu təklifdən sonra o, səs küy salmadan etiraz etməmiş və onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində psixotrop maddə metamfetamin olan bükümü tullamaq istəsədə polis əməkdaşları buna imkan verməmişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirdikdən sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə onun hüquq və vəzifələrini izah etdikdən sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. O, üzərində psixotrop maddə metamfetamin olduğundan müdafiəçinin bunu öz gözü ilə görməməsi və gələcəkdə onu ürəkdən müdafiə edə bilməsi üçün ərizə verərək müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasını xahiş etdikdən sonra polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd özünə məxsus olan üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Samsung Galaxy A 30” və üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələn olan “Samsung Galaxy A 10” markalı mobil telefonlarını, daha sonra isə sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qəzet kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən şəxsi istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin aşkar edilmiş, polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, da səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “patı”, “şüşə” olduğunu deyərək, Maştağa qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, pul müqabilində heç kəsə narkotik vasitə vermədiyini, mobil nömrələrin ona məxsus olduğunu, “WhatsApp” proqramı vasitəsilə yaxın adamları ilə yazışdığını, sms yaza bilmədiyini, heç kimlə sms yazışmasının olmadığını, sms mətnlərindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin RPİ-nin 13-cü PŞnin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 02:30-da Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenatı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, ünvan 1 ünvanının qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, həmin şəxsin özünü şübhəli apardığı üçün onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması şübhə yaratdığı üçün həmin şəxsi işlədikləri Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. Bu təklifdən sonra həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə aparılan müddət ərzində müşahidə altında saxlanıldığından sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddə metamfetamini hər hansı bir üsulla özündən kənarlaşdıra bilməmişdir. Bundan sonra onun şəxsiyyəti müəyyən olunmuş, şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı polis kapitanı Kənan Əliyev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra onun hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilmiş Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını və şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd “Samsung Galaxy A 10” və “Samsung Galaxy A 30” markalı mobil telefonları, daha sonra isə sağ yan cibindən bir ədəd qəzet kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “patı, şüşə” olduğunu deyərək 11 iyun 2024-cü il tarixdə saat 16 radələrində Maştağa qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kristalşəkilli maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru Qurbanov X2 Aqil Yaşar oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v 1). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonar Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm qəzet kağızına bükülmüş içərisində ağ kristal şəklində maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə bildiyi “şüşə” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 17:00 radələrində Maştağa qəsəbəsində tanımadığı şəxsdən 15 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtraış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd Samsung A30 və bir ədəd Samsung A10 markalı mobil telefonlar aşkar edilmişdir, mobil telefonlar iş üçün sübutu əhəmiyyətə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 160” möhür əksi, “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..." və s. sözlər, içzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,319 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə!ər”-in İ siyahısına daxildir (i.v.33-36). “baxış keçirmə haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsung» markalı mobil telefonlara baxış keçirərkən həmin telefondan birinin üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Samsung Galaxy A 10" markalı telefon qara rəngli ekran və qara rəngli korpusdan ibarətdir. Üzərində plasmas materialdan hazırlanmış qara rəngli telefonu kənar zərbələrdən qoruyucu örtük vardır. Mobil telefonun üzərində zədəli hissə aşkar olunmamışdır. Digər telefon isə üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan “Samsung Galaxy A 30" mobil telefonundur. Həmin telefonun qara rəngli bütov ekrandan arxası isə bənövşəyi rəngli plasmas materialdan ibarətdir. Üzərində ekranı kənar zədələrdən qoruyan şəffaf rəngli plasmas örtük və telefonun arxasında telefonu kənar zərbələrdən qoruyucu örtük vardır. Mobil telefonun üzərində zədəli hissə aşkar olunmamışdır. Mobil telefonlara, eləcə də, telefonlarda olan mesajlar, zənglər, «WhatsApp», və s. baxış keçirdikdə iş üçün mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir(i.v.79). “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülərin qeydə alınması öz əksini tapmışdır. Belə ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs biri polis geyim formasında, digəri isə mülki geyim formasında olan polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olurlar, əvvəlcə Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 özünü təqdim edir, sonra Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyərək, daha sonra video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd “Samsung" markalı mobil telefonunu və sağ yan cibindən 01 ədəd qəzet kağızına bükülmüş ağ rəngli kristalşəkilli maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümün içərisində aşkar olunmuş maddənin "patı”, “şüşə" olduğunu deyərək, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır (i.v.81-82). “maddi sübut kimi tanıma haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,319 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut hesab olunmuş, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,269 qram qalığı saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir( i.v.83-84). Əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etdiyi mənbənin, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi üçün əməliyyat tədbirinin keçirilməsi tapşırılmışdır(i.v. 87). Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ əməliyyat tapşırığına cavab olaraq göstərmişdir ki, keçirilmiş zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətinin, psixotrop maddənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə məlumat daxil olsada konkret satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır(i.v.101). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 sentyabr 2024-cü il tarixli 6137 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(i.v.127-128). “diskə baxış keçirilməsi haqqında” 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs telefon danışıqları məlumatlarında narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir(i.v.150). “Diskə baxış keçirilməsi haqqında” 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə xx/xx/2024, 23:00:15,**********38, **********37, Baba ayagvin altinda olum getirib uwaga temani verdim mene hecne catmadi balamin cani lomkada qalmiwam 10 manati mamadan aldimki lomkada qalmiyim ayagvin xx/xx/2024,23:00:15, **********38, **********37, altinda olum gelimde nolar xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm xx/xx/2024, 02:25:13,**********94, **********38, Salam qaqa mənə 100 göndərsin tavanm var haqsaplasarq qurbanın olun xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm xx/xx/2024,13:11.01, **********72, **********38, sulduz meni yiga bilersen? xx/xx/2024,13:42:16,**********72,**********38, en kartima yalvariram. gedim goturum gelim duzelim. cox pisem balam xx/xx/2024,13:42:18,**********72, **********38, in cani xx/xx/2024,13:42:18, **********72, **********38, senin ayaguvin altinda olum, onda olmasa eger xx/xx/2024,20:10:34, **********47, **********38, Sulduz xx/xx/2024,20:13:13, **********47, **********38, Zeng vur tezol xx/xx/2024,17:37:25, **********47, **********38, Get ogun xeyalnan goturduyuvuz ottigda siget packasindadi. xx/xx/2024,18:06:55, **********38, **********47, Yoxdu axi burda hecne tapa bilmirem cavab verde 1 kelme otugda yoxdu xx/xx/2024,23:29:54,**********86, **********38, Sulduz o temadan 1 cikkan qirda qurban olum sene. Onunla goruwub verenen sonra, xeber ele o 1 tikeni goturumde xaiw edirem. Ozune hecne bildirme qurban olum məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilmişdir. Bundan başqa hemin diskə baxış zamanı xx/xx/2024,17:15:32, **********12, **********41,Serin kola iciriy sizdeyik buzun var getir, xx/xx/2024,19:39:35,**********12, **********47,Mrnem xeyal nese var qaqa pul vurum kimi sms mətnləri aşkar edilmişdir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmişlər. Bununlada SMS mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir digər xüsusatlar aşkar edilməmişdir(i.v.151). “maddi sübut kimi tanınma haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 22 noyabr 2024-cü il 24641 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.152-153). “diskə baxış keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə xx/xx/2024,23:00:15,**********38,**********37, Baba ayagvin altinda olum getirib uwaga temani verdim mene hecne catmadi balamin cani lomkada qalmiwam 10 manati mamadan aldimki lomkada qalmiyim ayagvin xx/xx/2024,23:00:15, **********38, **********37, altinda olum gelimde nolar xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm xx/xx/2024,02:25:13,**********94, **********38, Salam qaqa mənə 100 göndərsin tavanm var haqsaplasarq qurbanın olun xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm xx/xx/2024,13:11:01, **********72, **********38, sulduz meni yiga bilersen? xx/xx/2024,13:42:16,**********72,**********38, en kartıma yalvariram. gedim goturum gelim duzelim. cox pisem balam xx/xx/2024,13:42:18,**********72, **********38, in cani xx/xx/2024,13:42:18, **********72, **********38, senin ayaguvin altinda olum, onda olmasa eger xx/xx/2024,20:10:34, **********47, **********38, Sulduz xx/xx/2024,20:13:13, **********47, **********38, Zengvurtezol xx/xx/2024,17:37:25, **********47, **********38, Get ogun xeyalnan goturduyuvuz ottigda siget packasindadi. xx/xx/2024,18:06:55, **********38,**********47, Yoxdu axi burda hecne tapa bilmirem cavab verde 1 kelme otugda yoxdu xx/xx/2024,23:29:54,**********86, **********38, Sulduz 0 temadan 1 cikkan qirda qurban olum sene?Onunla goruwub verenen sonra, xeber ele 0 1 tikeni goturumde xaiw edirem. Ozune hecne bildirme qurban olum məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilmişdir. Bundan başqa hemin diskə baxış zamanı xx/xx/2024,17:15:32, **********12, **********41 Serin kolam iciriy sizdeyik buzun var getir. xx/xx/2024,19:39:35,**********12, **********47.Mrnem xeval nese var qaqa pul vurum kimi sms mətinləri aşkar edilmişdir(i.v.183). “sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Quliyev julduz Rəşid oğluna Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ttiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,319 qram psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,269 qram hissəsinin 13 iyun 2024-cü il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, iş üzrə İş üzrə "Azercell Telekom” MMC-dən daxil olmuş 22 noyabr 2024-cü il 24641 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk 15 yanvar 2025-ci il tarixdə tərəfimdən maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 13-cü polis şöbəsinə göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2024-cü il tarixli, 3-16-16/2- 6/3232 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 sentyabr 2024-cü il tarixli 6137 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir (i.v.192-206). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 02:30-dan tutulmuş hesab edilmişdir (i.v.15). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.47-48) “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, vəsatətin müdafiə olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.71- 73). “qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.74-76,78). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Neftçala Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə 143 M 2 His. AZ.SSR 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1992-ci ildə Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsi qərarı İlə ARCM 50-2 Maddəsinə əsasən 11 ay 02 gün müddətə şərti olaraq azad edilib. Neftçala Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 104 M 1 His. AR ilə təqsirli bilinərək 01 il islah işləri 20 % təyin edilmişdir. Neftçala Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə 143 M 2 His. AR təqsirli bilinirək 02 il azadlıqdan məhrum edilməklə əmlakı müsadirə olunmaqla cəza təyin edilmişdir.xx.xx.1998-ci ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 4 maddəsinə əsasən azad edilib.Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 226-1 M 1 His; 55 AR 02 il 06 ay azadlıqdan məhrum etmə narkomaniyadan məcburi müalicə olunmaqla Nizami Rayon Məhkəməsinin 19.11 2001-ci il tarixli qəraraı ilə 55-ci maddəsi üzərindən götürülmüşdür. xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunub. Neftçala Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli AR CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 1100 manat cərimə edilmişdir. AR MM xx.xx.2007 il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur (i.v.95-98). 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.113-114). 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.137-138). 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.113-114). 01 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.147-148). “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir(i.v.155-156). xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs sms mətnlərinin məzmunu üzrə narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin şəxsiyyəti müəyyən edilərək ifadələrinin alınması üçün Bakı şəhər Sabunçu RPİ İŞ-nə gətirilməsi təmin edilməsi üçün tapşırıq verilmişdir(i.v.158-159). Bakı şəhəri sabunçu RPİ 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, faktla əlaqədar bütün şəxsi heyyət təlimatlandırılmaqla onlara tapşırıqlar verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək üçün bir sıra zəruri əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır(i.v.191). “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir(i.v.162-163). xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, istintaq tərəfindən aşkar edilən smslərdə Təqsirləndirilən şəxs tərəfindən kiməsə narkotik vasitələrin təqdim edilməsinə dair heç bir mətn olmadığını bildirmiş, ona görə də Təqsirləndirilən şəxs əməlini AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir(i.v.178). “vəsatətə baxılması haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti özünü müdafiə kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib rədd edilmişdir(i.v. 179-180). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitənin ona məxsus olduğunu, lakin şəxsi istifadəsi üçün nəzərdə tutduğunu, narkotik vasitə satmadığını, sms yazışmalarında olan şəxsləri tanımadığını, yazışmalardan xəbəri olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlillərini özünü müdafiə xarakterli və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə əsas sübut onun istifadəsində olmuş telefonda olan nömrələrdən aşkar edilmiş aşağıdakı məzmunda olan mesajlar olmuşdur: -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsi üzrə: -xx/xx/2024, 23:00:15,**********38 (gedən), **********37, Baba ayagvin altinda olum getirib uwaga temani verdim mene hecne catmadi balamin cani lomkada qalmiwam 10 manati mamadan aldimki lomkada qalmiyim ayagvin xx/xx/2024,23:00:15, **********38, **********37, altinda olum gelimde nolar; -xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm xx/xx/2024, 02:25:13,**********94, **********38, Salam qaqa mənə 100 göndərsin tavanm var haqsaplasarq qurbanın olun xx/xx/2024,02:25:13, **********94, **********38, sabah gözləyirəm; -xx/xx/2024,13:11.01, **********72, **********38, sulduz meni yiga bilersen? xx/xx/2024,13:42:16,**********72,**********38, en kartima yalvariram. gedim goturum gelim duzelim. cox pisem balam xx/xx/2024,13:42:18,**********72, **********38, in cani xx/xx/2024,13:42:18, **********72, **********38, senin ayaguvin altinda olum, onda olmasa eger; -xx/xx/2024,20:10:34, **********47, **********38, Sulduz xx/xx/2024,20:13:13, **********47, **********38, Zeng vur tezol; -xx/xx/2024,17:37:25, **********47, **********38, Get ogun xeyalnan goturduyuvuz ottigda siget packasindadi. xx/xx/2024,18:06:55, **********38, **********47, Yoxdu axi burda hecne tapa bilmirem cavab verde 1 kelme otugda yoxdu -xx/xx/2024,23:29:54,**********86, **********38, Sulduz o temadan 1 cikkan qirda qurban olum sene. Onunla goruwub verenen sonra, xeber ele o 1 tikeni goturumde xaiw edirem. Ozune hecne bildirme qurban olum; - xx/xx/2024,17:15:32, **********12, **********41,Serin kola iciriy sizdeyik buzun var getir; -xx/xx/2024,19:39:35,**********12, **********47,Mrnem xeyal nese var qaqa pul vurum kimi sms mətnləri aşkar edilmişdir. Məhkəmə mesajda göstərilən şəxslərin, həmin mesajları göndərmiş(göndərdiyi) şəxslərlə təqsirləndirilən şəxsin əlaqələrinə aydınlıq gətirmək və sms mətnlərin aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə dəfələrlə suallar ünvanlamış və təqsirləndirilən şəxs cavabında ümumiyyətlə sms yaza bilmədiyini və həmin şəxsləri tanımadığını bildirmişdir. Lakin suallara cavab olaraq istifadəsində olan **********38 və **********12 saylı mobil nömrələrin ona məxsus olmasını, həmin smslərin necə yazıldığından məlumatı olmadığını təkrar olaraq qeyd etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən telefon nömrələrinin təqsirləndirilən şəxsə məxsus olduğu halda, onun sms mətnlərindən ümumiyyətlə xəbərinin olmaması barədə dəlili inandırıcı hesab edilmir. Əksinə sms mətnlərinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin adı ilə, yəni Sulduz deyə yazışmalarda müraciət olunmuşdur. SMS mətnlərindən təqsirləndirilən şəxsin istifadəsində olan **********38 nömrəsindən xx/xx/2024-də **********37 saylı nömrəyə yazmışdır ki, “Baba ayagvin altinda olum getirib uwaga temani verdim mene hecne catmadi balamin cani lomkada qalmiwam 10 manati mamadan aldimki lomkada qalmiyim ayagvin altinda olum gelimde nolar “, təqsirləndirilən şəxsin istifadəsində olan **********38 nömrəyə xx.xx.2024-cü ildə **********86 saylı nömrədən yazılmışdır “Sulduz o temadan 1 cikkan qirda qurban olum sene. Onunla goruwub verenen sonra, xeber ele o 1 tikeni goturumde xaiw edirem. Ozune hecne bildirme qurban olum”, xx/xx/2024,02:25:13, **********94, **********38, “Salam qaqa mənə 100 göndərsin tavanm var haqsaplasarq qurbanın olun sabah gözləyirəm” və protokolda qeyd edilən digər yazışmaların həm təqsirləndirilən şəxsdən göndərilməsi, həm də ona daxil olması müəyyən edilir. Bunlar onu deməyə əsas verir ki, sms mətnlərdə olan “verdim, verəndən sonra, götürümdə, haqhesablaşarıq, pul vurum, 10 manati, en kartıma” ifadələri narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz yayılmasına yönələndiyindən onların satılması(satış məqsədi) kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə sms mətnlərinin yazılması tarixlərinə münasibətdə qeyd edir ki, sms mətnlərinin tarixi xx.xx.2024-cü ildən-xx.xx.2024-cü ilədək olan vaxt dövrünü əhatə edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sms mətinin sonuncu yazışması xx.xx.2024-cü il tarixdə “Sulduz o temadan 1 cikkan qirda qurban olum sene. Onunla goruwub verenen sonra, xeber ele o 1 tikeni goturumde xaiw edirem. Ozune hecne bildirme qurban olum” məzmunda olmuşdur. Göründüyü sms məlumatlarının son yazılma tarixi onun tutulmasından qısa müddət əvvələ(21 gün) təsadüf edir. Yuxarıda sadalanan SMS yazışmaları tədqiq edilməklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop vasitələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş psixotrop maddəni də satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Bundan əlavə Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ əməliyyat tapşırığına cavab olaraq xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə məlumat daxil olsada konkret satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri sabunçu RPİ 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, faktla əlaqədar bütün şəxsi heyyət təlimatlandırılmaqla onlara tapşırıqlar verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək üçün bir sıra zəruri əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayəttərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd DVD, 02 ədəd CD disk iş materialları arasında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək(saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,269 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD, 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 22 iş saatına görə 242 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6ov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar