Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-323/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 13-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd qara rəngli sellofan bükülüdə 0,905 qram narkotik vasitə heroin, həmçinin şəxsi istehlak miqdarında 03 ədəd ağ rəngli sellofan bükülüdə 1,608 qram narkotik vasitə marixuana və 03 ədəd şəffaf sellofana bükülmüş, ümumi çəkisi 0,064 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq yaşadığı ünvan 1-də saxlamış, xx xxxxxx 2020-ci il saat 01:00 radələrində Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədov küçəsində yerləşən 7 saylı evə baxış keçirildiyi zaman evin yataq otağındakı dolabın üzərindən 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,290 qram; 0,115 qram; 0,255 qram; 0,245 qram, ümumi təmiz çəkisi 0,905 qram olan narkotik vasitə heroin, 03 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,690 qram; 0,515 qram; 0,403 qram, ümumi təmiz çəkisi 1,608 qram narkotik vasitə marixuana və 03 ədəd ağ rəngli sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,006 qram, 0,036 qram, ümumi təmiz çəkisi 0,064 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 5 il olar narkotik vasitələrdən, eyni zamanda psixotrop maddələrdən istifadə edir. Əsasən narkotik vasitə heroin və marixuanadan, psixotrop maddə metamfetamindən istifadə edir. Ehtiyacı üçün psixotrop maddələri və narkotik vasitələri Bakı şəhəri, Sabunçu raynu, Balaxanı qəsəbəsindən adlarını bilmədiyi müxtəlif şəxslərdən əldə edir. xx.xx.2020-ci il saat 12:00 radələrində ehtiyacı üçün lazım olan narkotik vasitə, eyni zamanda psixotrop maddə almaq üçün üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxslə görüşmüşdür. Ona 100 manat ödəməklə 3 ədəd sellofan bükümdə narkotik vasitə marixuana, 4 ədəd bükümdə narkotik vasitə heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq yaşadığı evə gəlmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri otağında olan dolabın yuxarı hissəsinə qoymuşdur. Aldığı narkotik vasitə heroinin bir hissəsini istifadə etmiş, qalan narkotik vasitələr və psixotrop maddələri evdə saxlamışdır. xx xxxxxx 2020-ci il saat 00:45 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində olduğu zaman mobil telefonuna zəng gəlmişdir. Telefona baxdığı zaman atasının zəng etdiyini görmüş, cavab verdiyi zaman atası polis əməkdaşlarının evə gəldiklərini, evə baxış keçirmək istədiklərini bildirərək harada olduğunu soruşaraq evə gəlməsini tapşırmışdır. O, atasına tezliklə gələcəyini bildirmiş və tutulmaqdan qorxaraq yaşadığı evə getməyərək polisdən yayınmağa başlamışdır. Bu hadisədən bir-neçə gün sonra atasına zəng etmiş və polislərin evdən hər hansısa bir əşya tapıb-tapmadıqlarını soruşmuşdur. Atası polis əməkdaşlarının onun otağından narkotik vasitələr, eyni zamanda psixotrop maddələr aşkar etdiklərini bildirmişdir. Bundan sonra, o, ailəsi ilə əlaqələrini kəsmiş və yenidən polisdən gizlənməyə başlamışdır. xx.xx.2020-ci il saat 00:30 radələrində yaşadığı evə getmək qərarına gəlmişdir. Yaşadığı ünvan 1 ünvanına gedərək ailəsi ilə görüşdükdən sonra yenidən evdən çıxmaq istəmişdir. Bu zaman yaşadığı evin qarşısında polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlяр, оradan isə barəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Бундан башга, Təqsirləndirilən şəxs евдя ашкар олунмуш ики ядяд тярязинин ишляк вязиййятдя олмамасыны билдиряряк ашкар олунмуш наркотик васитя вя психотроп маддялярин сатыш мягсяди иля йох, юз истифадяси цчцн евдя сахладыьыны билдирмишдир. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs адлы шяхсин qanunsuz olaraq narkotik vasitələr, eyni zamanda psixotrop maddə əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 və Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Məlumatın yoxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020ci il saat 01:20 radələrində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri yaşadığı ünvan 1-də saxlaması müəyyən edilmişdir. Bu məqsədlə Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə müvafiq raportla müraciət etmişlər. Raport əsasında əməliyyat qrupunun üzvləri, eyni zamanda Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı X5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-yə getmişlər. Evə getdikləri zaman qapını şübhəli Təqsirləndirilən şəxs atası Şahid4 açmışdır. Ona Təqsirləndirilən şəxs narkotik vasitələri, eyni zamanda psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, daşıması, üzərində, eyni zamanda yaşadığı evdə saxlamasında şübhəli olduğunu bildirərək evə baxış keçirmək zərurətinin yarandığını bildirmişlər.Şahid4 evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra onlar evə keçmiş və evə keçdikdən sonra təhqiqatçı Zaur Vəliyev baxış keçirilməzdən öncə Şahid4 hüquq və vəzifələri izah edilərək videogörüntü ilə müdafiəçinin iştirakı olmadan fərdi evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşmuşlar. Şahid4 heç bir etirazının olmadığını bildirdikdən sonra fərdi evə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağındakı çarpayı ilə üzbəüz yerləşən köhnə dolabın açıq olan birinci gözündən 01 ədəd tərəzi, həmin gözdən 01 ədəd sarı rəngli, dairəvi plasmas qab aşkar edilmişdir. Plasmas qabın içərisinə baxış zaman 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə, ağ rəngli maddə aşkar edilmişdir. Baxış davam etdirildiyi zaman dolabın alt gözündən 01 ədəd istifadə edilmiş şüşə ampula və 01 ədəd istifadə edilmiş insulin şpris aşkar edilmişdir. Dolabın üzərinə baxış keçirilən zaman isə oradan 01 ədəd dəmir qutu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman 04 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə, qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddə aşkar edilmişdir. Dolabın üzərinə baxış davam etdirildiyi zaman bir ədəd “Kent” markalı siqaret qutusu, həmin qutunun içərisindən isə 03 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə, spesifik iyə malik ot kütləsi aşkar edilmişdir. Yataq yerinə baxış keçirildiyi zaman isə 01 ədəd istifadə edilmiş insulin şprisi aşkar edilərək götürülmüşdür. Baxış başa çatdıqdan sonra Şahid4 baxış keçirilmiş otağın, eyni zamanda otaqda aşkar edilən maddələrin və əşyaların kimə məxsus olması soruşulmuşdur. Şahid4 aşkar edilən maddələrin və əşyaların oğlu Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr və əşyalar qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki,Şahid4 müdafiəçinin iştirakı olmadanünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin 10-11-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli fərdi evə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakı iləünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin yataq otağındakı çarpayı ilə üzbəüz yerləşən köhnə dolabın açıq olan birinci gözündən 01 ədəd tərəzi, həmin gözdən 01 ədəd sarı rəngli, dairəvi plasmas qab aşkar edilmişdir. Plasmas qabın içərisinə baxış zaman 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə, ağ rəngli maddə aşkar edilmişdir. Baxış davam etdirildiyi zaman dolabın alt gözündən 01 ədəd istifadə edilmiş şüşə ampula və 01 ədəd istifadə edilmiş insulin şpris aşkar edilmişdir. Dolabın üzərinə baxış keçirilən zaman isə oradan 01 ədəd dəmir qutu aşkar edilmişdir. Həmin qutunun içərisinə baxış keçirilən zaman 04 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə, qəhvəyi rəngli, spesifik iyə malik toz şəkilli maddə aşkar edilmişdir. Dolabın üzərinə baxış davam etdirildiyi zaman bir ədəd “Kent” markalı siqaret qutusu, həmin qutunun içərisindən isə 03 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə, spesifik iyə malik ot kütləsi aşkar edilmişdir. Yataq yerinə baxış keçirildiyi zaman isə 01 ədəd istifadə edilmiş insulin şprisi aşkar edilərək götürülmüşdür. Baxış başa çatdıqdan sonra Şahid4 baxış keçirilmiş otağın, eyni zamanda otaqda aşkar edilən maddələrin və əşyaların kimə məxsus olması soruşulmuşdur. Şahid4 aşkar edilən maddələrin və əşyaların oğlu Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Bundan sonra, aşkar edilmiş maddələr və əşyalar qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 17-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 (altmış altı) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 18-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4787 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddə» yazılar və imzalar olan zərfdə 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,690 qram; 0,515 qram; 0,403 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi təmiz çəkisi - 1,608 qramdır. Tədqiqata təqdim olunmuş zərfdə 03 (üç) ədəd sellofan bükümdə olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata sərf edildikdən sonra marixuananın qalıq çəkisi 1,548 qramdır. Cinayət işinin 20-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 21-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4788 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddələr...» sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qr., 0,115 qr., 0,255 qr., 0,245 qr., ümumi təmiz çəkisi 0,905 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. - üzərində “Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş əşyalar...” sözləri olan zərfdəki bir ədəd sınıq ampula və iki ədəd birdəfəlik şprisin daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. - üzərində “Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddə...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qr., 0,006 qr., 0,036 qr., ümumi təmiz çəkisi 0,064 qram ola ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Cinayət işinin 39-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokodan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-77-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-80-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,905 qram narkotik vasitə heroin, 0,064 qram psixotrop maddə metamfetamin, 1,608 qram çəkidə narkotik vasitə vasitə marixuana, 01 ədəd boş ampula, 02 ədəd işlənmiş insulin şprisi maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,825 qram çəkidə narkotik vasitə heroin, 1,548 qram çəkidə marixuana və 0,034 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin aşkar edilmiş 2 ədəd tərəzi, 01 ədəd boş ampula və iki ədəd insulin şpris saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ядяд диск мадди сцбут кими танынараг ъинайят ишиня ялавя едилмишдир. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 1654 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-114-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanına keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidлярin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetaminи əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxsna cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, яввялляр мящкум олунмамасыны cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0,825 qram çəkidə narkotik vasitə heroin, 1,548 qram çəkidə marixuana və 0,034 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin aşkar edilmiş 2 ədəd tərəzi, 01 ədəd boş ampula və 02 ədəd insulin şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 148 (yüz qırx səkkiz) manaт 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,825 qram çəkidə narkotik vasitə heroin, 1,548 qram çəkidə marixuana və 0,034 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin aşkar edilmiş 2 ədəd tərəzi, 01 ədəd boş ampula və 02 ədəd insulin şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 148 (yüz qırx səkkiz) manaт 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-323/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-323/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver