Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-323/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, mənzil 53-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində “B” dərəcəli sürücülük vəsiqəsi və yol vərəqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyət olan “X11” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətində yolun sağ tərəfdən birinci hərəkət zolağında hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməklə və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətdə olduğu istiqamətdə yolun sağ tərəfində yerləşən “Nail” marketin qarşısında yolun sağ kənarında içərisi boş halda dayanmış “AUDİ A6 Minik” markalı, “**-KV-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, daha sonra həmin istiqamətdə yolun sağ kənarında dayanmış X6 məxsus “MİTSUBİSHİ GALANT” minik markalı, “**-XV-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan avtomobilin içərisində olan sürücü X6 baş-beyin maddəsinin əzilməsi, baş-beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, burun sümüyünün yerini dəyişən açıq qəlpəli sınığı, üst çənədə sağ İ və İİ dişlərin sınığı, sol tərəfi Vİ və Vİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə və köklərinə, hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirmiş və zərərçəkmiş şəxs X4 başın küt travması ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi, başbeyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan diskdə olan görüntülər, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Chevrolet Malibu” markal avtomobili ilə yaşadığı Sumqayıt şəhərinə getmək üçün Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı kəndi istiqamətinə yolun sağ tərəfdən birinci hərəkət zolağında təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilimin sol tərəfində təxminən tünd göy rəngdə olan “Mercedes Benz” markalı avtomobil hərəkətdə olmuş və həmin “Mercedes Benz” markalı avtomobilin sol tərəfində də markasını bilmədiyi başqa bir avtomobil hərəkətdə edən zaman həmin sol tərəfində olan “Mercedes Benz” makalı avtomobilin sürücüsü avtomobili onun hərəkət istiqamətinə tərəf hərəkət edən zaman o, da avtomobilini sağ tərəfə hərəkət etmək istəyən zaman idarəetməni itirmiş və yolun sağ tərəfində dayanan iki ayrı avtomobillərə yəni, “Audi” və “MİTSUBİSHİ GALANT” minik markalı avtomobillərə dəyərək hadisə törətmişdir. Həmin vaxtı ona ətrafda olan şəxslər kömək edərək onu avtomobilindən çölə çıxarmışlar. Daha sonra o, hadisə yerində olan zaman bilmişdir ki, “MİTSUBİSHİ GALANT” minik markalı avtomobilin sürücüsü X9 hadisə yerində ölmüşdür. O, özünü pis hiss etdiyi üçün təcili yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gedərək müayinə olunmuşdur. O, hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. O, avtomobili həmin vaxt təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Hadisənin baş verməsinə səbəb idarə etdiyi “Chevrolet Malibu” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobili ilə Kürdəxanı qəsəbəsində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilimin sol tərəfində hərəkətdə olan təxminən tünd göy rəngdə olan “Mercedes Benz” markalı avtomobilin sürücüsünün avtomobilini sağ tərəfə ani olaraq hərəkət etdirməsi nəticəsində idarəetməni itirməyindən baş verdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X9 onun oğlu olmuşdur. 10 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində qudası Sadıq İbrahimov onun mobil telefonuna zəng edərək oğlu Fəxri Umudovun avtomobil qəzasında dünyasını dəyişdiyini bildirmişdir. O, bu xəbəri alan kimi yaşadığı Daşkəsən rayonundan Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə ona məlum olmuşdur ki, oğlu Fəxri Umudov 10 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Kürdəxanı qəsəbəsində yerləşən Nail marketin qarşısında idarə etdiyi “MİTSUBİSHİ GALANT” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və özüdə avtomobilin içərisində oturan zaman başqa bir xanım sürücü avtomobili sürətlə idarə edərək idarətməni itirdiyindən avtomobili yolun kənarında dayanan başqa bir avtomobilə daha sonra isə oğlu Fəxrinin avtomobili ilə toqquşaraq hadisə törətmişdir. Nəticədə isə oğlu Fəxri dünyasını dəyişərək vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni massivdə nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır və özüdə avtomobil təmiri ustası işləyir. “Audi A 6” markalı, **-KV-*** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edir. 10 oktyabr 2022-ci il tarixdə, saat 17 radələri olardı o, Kürdəxanı qəsəbəsi Kürdəxanı Pirşağı istiqamətində yerləşən “Nail” marketin qarşısında özünə məxsus “Audi A 6” markalı **-KV-*** dövlət qeydiyyat nömrəli avtomobil saxlayıb “Nail” marketdən özü üçün siqaret almağa düşmüşdür. O, dükandan siqaret aldıqdan sonra tanıdığı ustanı görüb onunla marketin yanında yerləşən avtotəmir yerində içəridə dayanıb söhbət etmişdir. Həmin vaxtı çöldə səs eşidib dərhal çölə qaçmış və görmüşdür ki “Nail” marketin qarşısında avtomobil yolunda qəza baş vermiş və marketin qarşısında yerdə bir nəfər uzanılmış vəziyyətdədir. Dərhal həmin şəxsə yaxınlaşanda görmüşdür ki, yerə uzanan şəxs kişidir və yerdə qan izləri vardır. Onda bilmişdir ki həmin şəxs dünyasını dəyişmişdir. Daha sonra dirəyə çırpılan qara rəngli avtomobilə yaxınlaşanda özünə məxsus olan “Audi A 6” markalı **-KV-*** dövlət qeydiyyat nömrəli avtomobilində sağ tərəfi və qabaq tərəfi əzilmiş halda olduğunu görmüşdür. Detalları isə yerə səpələnmişdir. Həmin vaxtı ətrafdan tanımadığı şəxslər hadisə yerinə yaxınlaşmışlar. Daha sonra ətrafda tanımadığı şəxslərin köməkliyi ilə digər avtomobildə olan qadın sürücünü avtomobildən çıxartmışlar və hadisə yerinə polis və təcili yardım gəlmişdir. Ona məxsus “Audi A 6” markalı **-KV-*** dövlət qeydiyyat nömrəli avtomobil dayanılmış vəziyyətdə olduğunu bildirmişdir. O, hadisənin necə baş verdiyini görmədiyini, lakin ətrafda olan tanımadığı şəxslərin danışığından hadisəni törədən qadın sürücü olduğunu və həmin qadın sürücünün avtomobili surətlə idarə etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ə.Məlikov küçəsi, “Elgün” restoranının qarşısında baş vermişdir (i.v.5-17). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 10 oktyabr 2022-ci il tarixli, 1/2260 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.33). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 243 nömrəli rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Baş-beyin maddəsinin əzilməsi, baş-beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma, burun sümüyünün yerini dəyişən açıq qəlpəli sınığı, üst çənədə sağ İ və İİ dişlərin sınığı, sol tərəfi Vİ və Vİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə və köklərinə, hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, F.M.Umudovun ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi, baş-beyin qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsində 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.41-47). Yol-nəqliyyat hadisəsinin qeydə alındığı 01 ədəd DVD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin diskin içərisində 200 MB ölçüsündə üç ədəd videogörüntü vardır. Diskdə olan birinci videogörüntü 10 saniyyə olmaqla video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Chevrolet Malibu” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olduğu yolun sağ hissəsində dayanmış X6 məxsus “MİTSUBİSHİ GALANT” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İkinci videogörüntü 40 saniyəlik olmaqla görüntüdən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Chevrolet Malibu” markalı 77-PF- 587 dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olduğu yolun sağ hissəsində dayanmış Şahid2 məxsus “Audi A6" markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə daha sonra X6 məxsus “MİTSUBİSHİ GALANT” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və “MİTSUBİSHİ GALANT” minik markalı avtomobilin içərisində olan sürücü X9 zərbənin nəticəsində avtomobildən piyadalar üçün nəzərdə tutulmuş yola “Nail" marketin qarşısına düşərək vəfat etmişdir. Diskdə olan üçüncü videogörüntü 8 saniyəlik olmaqla görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Malibu” markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətində yolun sağ tərəfdən birinci hərəkət zolağında avtomobili idarə etdirir (i.v.52-53). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizanın 14 oktyabr 2022-ci il tarixli, 2420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarın və qasıq nahiyələrinin dərialtı hematomaları, sol bazunun, sağ mil-bilək oynağı nahiyəsinin, döş qəfəsinin, sol budun və sağ baldır nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətnmişdir, qərarda təsviri hissədə göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (i.v.54-56). 21 oktyabr 2022-ci il tarixli, ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AE 034541 nömrəli sürücülük vəsiqəsi DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən 15 dekabr 2017-ci il tarixdən 15 dekabr 2027-ci il tarixədək aktivdir və sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur (i.v. 70). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 noyabr 2022-ci il tarixli 8/3034 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Chevrolet Malibu makralı 77PF587 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Audi A6” markalı, 99KV371 dövlət qeydiyyat nişanlı sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “MİTSUBİSHİ GALANT” minik 10XV709 dövlət qeydiyyat nişanlı sürücüsü X4 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (i.v.80-83). “Sübutların qiymətləndirilməsi barədə” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, yol-nəqliyyat hadisəsinin qeydə alındığı 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır (i.v.122-128). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, hadisənin görüntülərini əks etdirən DVD diskin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən 19 dekabr 2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. (i.v.87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.89). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.118-119). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, hadisənin görüntülərini özündə əks etdirən disk iş materiallarında saxlanılmalıdır (CPM-198.1.). Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilərək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini xahiş etsə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunmasını və cəzanın AR CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Məlumdur ki, cəzanın xüsusi xəbərdarlıq məqsədi ilə (hansı ki, məhkumun özünə qarşı yönəldilir və ona təsir etməklə yenidən cinayət törətməsinin qarşısını alır) yanaşı, cəzanın ümumi xəbərdarlıq məqsədi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayətkara cəza təyin etməklə cəmiyyətin cinayətə meylli, səbatsız üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkməməsi cəmiyyətin digər üzvlərində cəzaya laqeyd münasibətin yaranmasına səbəb olmaqla cəzanın ümumi xəbərdarlıq məqsədini heçə endirmiş olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-323/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-323/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver