Məhkəmə qərarları › İş №1(008)-323/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-323/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-323/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakım gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 06 aprel 2024-cü il tarixdə saat 22 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, Ş.Mehdiyev küçəsi, yeni məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən nömrəsiz fərdi həyət evinin plastik pəncərəsini vintaçan ilə açaraq həmin evə qanunsuz daxil olaraq, həmin evin birinci mərtəbəsində yerləşən otaqların 1000 manat dəyərində diametri 4 mm olan, üzəri göy və qırmızı rəngli izolyasiyalı, mis əsaslı elektrik naqillərini, 500 manat dəyərində elektrik yuvalarını, 200 manat dəyərində 12 ədəd dəmir profil və 300 manat dəyərində kafelləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızma ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 12 aprel 2024-cü il tarixdə saat 01 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, Ş.Mehdiyev küçəsi, yeni məhəllədə yerləşən yaşayış sahəsi hesab edilən nömrəsiz fərdi həyət evinin plastik pəncərəsini vintaçan ilə açaraq həmin evə qanunsuz daxil olaraq, həmin evin ikinci mərtəbəsində yerləşən otaqların 2000 manat dəyərində diametri 4 mm olan, üzəri göy və qırmızı rəngli izolyasiyalı, mis əsaslı elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 qızma ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 aprel 2024-cü il tarixdə saat 01 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən yaşayış sahəsi hesab edilən nömrəsiz fərdi həyət evinin plastik pəncərəsini vintaçan ilə açaraq həmin evə qanunsuz daxil olaraq, həmin evdən 150 manat dəyərində 01 ədəd direl, 60 manat dəyərində 01 ədəd “JBL” markalı maqnitola və 390 manat dəyərində diametri 4 mm olan, üzəri göy və qırmızı rəngli izolyasiyalı, mis əsaslı elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu saxlayandan sonra Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirmişlər, orada onu 1 həftə saxlamışlar. Onu oraya gətirəndə şikayətçi xanım Zərərçəkmiş şəxs2 onları bezdirdiyini, hər gün telefonda yığdığını bildirmişlər. Onu döyərək məcbur etmişlər ki, bu cinayəti qəbul etsin. Onu zərərçəkmiş şəxsin evinə gətirmişlər və maşında başa salmışlar ki, “sən orada heçnə danışmayacaqsan, get orada ikinci mərtəbəni əlin ilə göstər.” O, oradada bunu etməmiş, ona 1 həftə işgəncə etmişlər, amanasızcasına döyüb, dişlərini sındırıb tökmüşlər. O, müstəntiqə cinayəti etmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Onu keçən il aprel ayının 25-i polislər saxlamışlar. Video görüntüdə olan şəxs odur, orada olan torbanın içindədə içki bankaları var, onları yığıb təhvil verir. Həmin məhəllə Təhminə xanımgilin evinə yaxındır, o küçələrdə gəzir. Həmin küçənin arxasında zibillikdə var, o, oranın kiminsə həyəti olduğunu bilməmişdir. Həmin vaxtı onun üzərində elektron nəzarət vasitəsi olmuşdur, videonun saat 00:46-da qeydə alındığı göstərilir, ona elektron qolbaq tətbiq edildiyindən gecə vaxtı o saatda orada gəzə bilməz. Onların evi ilə zərərçəkmiş şəxs X1 evinin arasındakı məsafə çoxdur. Elektron nəzarət vasitəsi daimi üzərində olmuşdur. Ona tətbiq olunan cəzada axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək olmuşdur, ona görədə həmin saatlarda çölə çıxmağı mümkün deyil. Onu polis tutarkən qaçarkən ayağı ilişib yıxılmışdır. Onda aşkar olunan çəkic, şunurlar, vintaçan və kəlbətin olan torbanı küçədən tapmışdır. Verilmiş mülki iddianı qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə tanış olmuş və bununla bağlı bildirmişdir ki o, həmin şəxsin evindən iki dəfə oğurluq etmişdir. Belə ki, 06 aprel 2024-cü il tarixdə saat 22 radələrində o, həmin şəxsə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavodyolu, yeni məhəllədə olan, yeni inşa edilmiş, yaşayış olmayan mənzilə hasardan keçərək daxil olmuş və mənzilin birinci mərtəbəsində olan plastik pəncərəni vintaçan ilə açaraq mənzilə daxil olmuş və üzərində həmişə gəzdirdiyi dəmir çəkic və kəlbətindən istifadə etməklə mənzilin birinci mərtəbəsində olan elektrik naqillərini və elektrik yuvalarını sökərək özü ilə gətirdiyi torbaya yığmışdır. Bundan sonra o, həmin mənzildə olan 12 ədəd profil və kafelləri də oğurlayaraq oradan uzaqlaşmışdır. O, həmin oğurladığı elektrik naqilləri, elektrik yuvaları, profil və kafelləri yaşadığı evə daşıyaraq orada saxlamış və həmin günün səhəri tanımadığı şəxsə öz əşyaları kimi satmışdır. 12 aprel 2024-cü il tarixdə yenidən pula ehtiyacı olduğu üçün gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavodyolu, yeni məhəllədə olan yeni inşa edilmiş yaşayış olmayan mənzilə hasardan keçərək daxil olmuş və mənzilin birinci mərtəbəsində olan plastik pəncərəni vintaçan ilə açaraq mənzilə daxil olmuş və üzərində həmişə gəzdirdiyi dəmir çəkic və kəlbətindən istifadə etməklə mənzilin ikinci mərtəbəsində olan elektrik naqillərini oğurlamışdır. O, oğurladığı elektrik naqillərinin bir qismini yandıraraq Sabunçu-Balaxanı şossesində yerləşən əlvan metal qəbulu məntəqəsinə 30 manata satmış və satarkən oğurluq olması barədə məlumat verməmişdir. Oraya satdığı həmin elektrik naqilləri Zərərçəkmiş şəxs2 qızma məxsus evdən oğurladığı elektrik naqillərinin bir qismidir. O, 22 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman oğurluqda istifadə etdiyi vintaçan, dəmir çəkic, fanar və kəlbətini təqdim edərək oğurladığı elektrik naqillərinin bir qismini satdığı əlvan qəbul məntəqəsinin yerini göstərmişdir. Bundan başqa Polis Bölməsində olan zaman onun Zərərçəkmiş şəxs2 qızma məxsus evdən xx.xx.2024-cü il tarixdə oğurluq etdikdən sonra belində olan torba ilə oradan uzaqlaşmaq görüntüləri təqdim edilmiş və o, həmin görüntüdəki şəxsin özü olduğunu bilirərək etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. O, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, M.İbrahimov küçəsində yerləşən yaşayış olmayan yarımtikilidən oğurluq etmişdir. Belə ki, 19 aprel 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsi ilə piyada hərəkət edən zaman orada heç kimin yaşamadığı yarımtikilini görmüşdür. O, həmin yarımtikiliyə hasardan keçərək daxil olmuş və mənzilin birinci mərtəbəsində olan plastik pəncərəni vintaçan ilə açaraq mənzilə daxil olmuş və üzərində həmişə gəzdirdiyi dəmir çəkic və kəlbətindən istifadə etməklə mənzildə olan elektrik naqillərini, 01 ədəd drel və 01 ədəd kiçik ölçülü üzərində “JBL” yazısı olan musiqi cihazını oğurlamışdır. O, həmin cinayət əməllərini tək törətmiş və həmin oğurluqları etməkdə ona heç kim köməklik etməmişdir. O, ilkin ifadələrində məsuliyyətdən yayınmaq üçün etdiyi oğurluqları səmimi etiraf etməmiş, hazırki ifadəsində etdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir(i.v.228-231); Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu yeni məhəllədə yeni inşa etdiyi, yaşayış olmayan və heç kimin olmadığı vaxtda iki mərtəbəli həyət evinin birinci mərtəbəsinin plastik pəncərəsini açma yolu ilə içəri daxil olan şəxs həmin evin birinci mərtəbəsində yerləşən 1.000 manat dəyərində bütün otaqların, yəni 3 otağın diametri 4 mm olan, üzəri qırmızı və göy rəngli elektrik naqillərini və 500 manat dəyərində elektrik yuvalarını, 200 manat dəyərində 12 ədəd profil və 300 manat dəyərində kafelləri oğurlayıb aparmışdır. Baş vermiş hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu yeni məhəllədə yeni inşa etdiyi, yaşayış olmayan və heç kimin olmadığı vaxtda iki mərtəbəli həyət evinin ikinci mərtəbəsinin plastik pəncərəsini açma yolu ilə içəri daxil olan naməlum şəxs qonaq otağından başqa bütün otaqların, yəni 3 otağ, 1 mətbəxin 2.000 manat dəyərində diametri 4 mm olan, üzəri qırmızı və göy rəngli elektrik naqillərini söküb çıxardaraq oğurlayıb aparmışdır. Baş vermiş hadisə nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Ona təqdim edilmiş şunurlar yararsızdır, onları qəbul etmir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ümumilikdə vermiş olduğu mülki iddianın təmin edilməsini, 4000 manat maddi ziyan, 60 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında ünvan 1 ünvanında yarımtikili vəziyyətdə ev almışdır. Həmin yarımtikilidə halhazırda təmir işləri aparır. xx.xx.2024-cü il tarixdə saat təxminən, 09:30 radələrində həmin yarımtikiliyə baş çəkməyə gələn zaman görmüşdür ki, naməlum şəxs və ya şəxslər mənzilin plastik pəncərəsini açaraq mənzilə daxil olub oradan 150 manat dəyərində 1 ədəd drel, 60 manat dəyərində 1 ədəd musiqi cihazı və 390 manat dəyərində 4 mm-lik mis elektrik naqillərini oğurladıqlarını aşkar etmişdir. Bundan sonra o, DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 600 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisədə şübhələndiyi hər hansısa bir şəxs yoxdur. Zərərçəkmiş olaraq ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ildən polis nəfəri kimi xidmət edir. xx.xx.2024-cü il tarixdə təqribən saat 20:45 radələrində 2488 çağırışlı avtopatrul inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, kərpic zavodu “Badam bağları” adlanan ərazidə hərəkətdə olduğu zaman bir nəfər şəxsin qaranlıq küçə ilə hərəkət etdiyini görmüşdürlər. Onlar həmin şəxsə yaxınlaşan zaman, həmin şəxs əlində olan sarı rəngdə olan sellofan paketi yerə ataraq onlardan qaçaraq yayınmağa başlamışdır. Onlar dərhal həmin şəxsi saxlamışlar. Həmin şəxsin onların suallarına qeyri-adekvat cavab verməsi, birdən yayınmağa çalışması, yerə atdığı paketin içərisində olan kəsici-deşici alətlər, kabel, şunurlar, fanar və s. əşyalar ərazidə baş vermiş oğurluqlar səbəbi ilə onlarda şübhə yaratdığı üçün, həmin şəxsi Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etdikdə, vətəndaş yenidən qaçmağa çalışmış, lakin ayağı tikinti materiallarına ilişərək yıxılmışdır. Onlar həmin vətəndaşı Sabunçu RPİ-nin 15-ci PB-yə gətirmiş və bu barədə raport yazmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və həmin şəxs polis bölməsində olan zaman oğurluq cinayəti etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yerləşən metalqəbuletmə məntəqəsini baş vermiş hadisəyə qədər 1 ay olardı ki, işlətmişdir. 12 aprel 2024-cü il tarixdə saat 15 radələrində işlətdiyi həmin metalqəbuletmə məntəqəsinə tanımadığı ortayaşlı bir kişi gəlmiş və əlində bir hissəsi yanmış elektrik miss naqillərinin olduğunu və onu satmaq istədiyini bildirmiş, onlar razılaşmışlar. O, həmin miss elektrik naqilləri olan bir hissəsi yanmış, çəkisi təxminən, 2,5 kq olan məftillari kiloqramı 9,50 AZN-dən həmin şəxsdən almış, ümumilikdə həmin şəxsə, təxminən 25-30 manat məbləğində pul ödəmişdir. Bundan sonra onun həmin sözügedən metalqəbulu emalatxanasına polis əməkdaşları gələrək özlərini təqdim etmiş və onun 12 aprel 2024-cü il tarixdə tanımadığı şəxsdən aldığı həmin bir hissəsi yanmış elektrik miss naqillərinin oğurluq olduğunu ona bildirmiş və həmin elektrik naqillərini ondan götürmüşdürlər. O, həmin bir hissəsi yanmış elektrik miss naqillərinin oğurluq olduğunu bilməmişdir. O, həmin şəxsi yalnız üzdən tanıyır, bundan əvvəl də bir neçə dəfə aralarında alış-veriş olmuşdur. Bildirmişdir ki, həmin şəxs haqqında heç bir məlumatı yoxdur, həmin şəxsi yalnız üzdən tanıyır, yaşı isə, təxmini 40 yaşlarında, qarayanız, boyu təxminən 175 sm olardı. O, həmin sözügedən bir hissəsi yanmış elektrik miss naqillərinin oğurluq olduğunu bilsəydi almayacağını bildirmişdir(i.v.134-136); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən yarımtikili evə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.5-8); Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin 25 fevral 2025-ci il tarixli məktubundan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur(i.v.29); Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixli ifadəsindən görünür ki, o, ona ittiham elan edilən əməllər üzrə özünü tam təqsirli bilmiş, “ifadəmi oxudum mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” yazaraq özü və müdafiəçisi tərəfindən imza edilmişdir(i.v.43-46); Baxış keçirilməsi və götürmə haqqında 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən yarımtikili evə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.55-58); Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixli izahatından görünür ki, o, Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etdiyini etiraf etmiş, həmin izahat onun tərəfindən imzlaanaraq təsdiq edilmişdir(i.v.64-65); Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə verilmiş əməliyyat axtarış nəticəsində hadisəni törədən Təqsirləndirilən şəxs saxlanılaraq PB-nə gətirilmiş, ilkin tutma zamanı o hadisəni etiraf edərək həmin evə gizlicə girib elektrik naqillərini kəsdiyini etiraf etmiş, həmin oğurladığı şunurları 30 manata Sabunçu- Balaxanı şosesində yerləşən əlvan metal qəbuluna verdiyini bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin maddi sübutlar həmin yerdən istintaqa təqdim etmək üçün götürülmüşdür, Təqsirləndirilən şəxs şunurları götürdüyü evi əli ilə göstərərək təsdiq etmiş, bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.64-70); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.91-94); Şübhəli şəxsin tutulması haqqında 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli olduğu üçün tutulmuşdur(i.v.126); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.137-139); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.162-166); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə, yəni 22 avqust 2024-cü il tarixədək uzadılmışdır(i.v.183-187); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, dərhal məhkəmə iclasından azad edilməsi qərara alınmışdır(i.v.192-200); Qətimkan tədbirinin seçilməsi barədə 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.201-202); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 9/6334 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında diametri 4 mm olan, üzəri göy və qırmızı rəngli izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış elektrik naqillərinin istifadədə olması nəzərə alınmaqla 100 metrinin 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən, 40,00 (100 x 0,40 manat) manat müəyyən olunur(i.v.205-208); DVD diskə baxış keçirilməsi haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “CD” diskdə olan kamera görüntülərinə Təqsirləndirilən şəxs və onun müdafiəçisiniin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olundu ki, 07 aprel 2024-cü il tarixdə saat 00.46 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, Ş.Mehdiyev küçəsində 1 nəfər naməlum şəxsin belində torba ilə nəsə apardığının görüntüləri aşkar edildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin onun özü olduğunu bildirdi 06 aprel 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yolu, Ş.Mehdiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evə oğurluğa daxil olub oğurluq etdikdən sonra 07 aprel 2024-cü il tarixdə saat 00.46 radələrində oradan uzaqlaşmaq görüntüsü olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir(i.v.218); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs tanınma üçün təqdim edilmiş elektrik naqillərini nəzərdən keçirərək bildirmişdir ki, həmin elektrik naqillərini fərdi xüsusiyyətlərinə görə tanıyır, ona məxsusdur, evdən oğurlanan elektrik naqillərinin bir qismidir(i.v.234-235); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X5 28 fevral 2025-ci il tarixli 655 Ns-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül əqli gerilik (yüngül debiliik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik (kəmağıllılıq) yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur(i.v.236-238); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərn surətindən görünür ki, o, Sabunçu rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə edilmişdir. Bundan başqa, o, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. xx.xx.2024-cü il tarixdə azadlığa buraxılmışdır. Sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol dirsəyin arxa səthində sıyrılmış üzəri qərtməkli yara, sol budun arxa səthində iri həcmli tünd bənövşəyi rəngli qançırı aşkar edlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Ağayev X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və onun icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, bu səbəbdən məhkum Təqsirləndirilən şəxs cəza müddətinin axımı xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Bundan sonra Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair vəsatət təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin axımı davam etdirilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə 02 il 05 ay 11 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 06 ay 19 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs müvafiq müddətlər üzrə coğrafi yerdəyişməsinə dair məlumatların təqdim edilməsi barədə müraciətə baxılmışdır. “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın enerji ehtiyatının tükənməsi ilə bağlı elektron nəzarət vasitələrinin(ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) kompleksdə işləmə əlaqəsi kəsildiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vermiş olduğu mülki iddia ərizəsindən görünür ki, o, ona dəymiş 4000 manat maddi ziyanın və 60 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, qərarın surəti Təqsirləndirilən şəxs göndərməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Səbail rayon məhkəməsinə şikayət etmək hüququ izah olunmuşdur. Məhkəmə istintaqı zamanı iş materiallarında olan diskə baxış keçirilmiş, həmin video görüntünün xx.xx.2025-ci il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, onu saxlayandan sonra Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirmişlər, orada onu 1 həftə saxlamışlar. Onu oraya gətirəndə şikayətçi xanım Zərərçəkmiş şəxs2 onları bezdirdiyini, hər gün telefonda yığdığını bildirmişlər. Onu döyərək məcbur etmişlər ki, bu cinayəti qəbul etsin. Onu zərərçəkmiş şəxsin evinə gətirmişlər və maşında başa salmışlar ki, “sən orada heçnə danışmayacaqsan, get orada ikinci mərtəbəni əlin ilə göstər.” O, orada da bunu etməmiş, ona 1 həftə işgəncə etmişlər, amanasızcasına döyüb, dişlərini sındırıb tökmüşlər. O, müstəntiqə cinayəti etmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Onu keçən il aprel ayının 25-i polislər saxlamışlar. Video görüntüdə olan şəxs odur, orada olan torbanın içindədə içki bankaları var, onları yığıb təhvil verir. Həmin məhəllə Təhminə xanımgilin evinə yaxındır, o küçələrdə gəzir. Həmin küçənin arxasında zibillikdə var, o, oranın kiminsə həyəti olduğunu bilməmişdir. Həmin vaxtı onun üzərində elektron nəzarət vasitəsi olmuşdur, video saat 00:46-da qeydə alındığı göstərilir, ona elektron qolbaq tətbiq edildiyindən gecə vaxtı o saatda orada gəzə bilməz. Onların evi ilə zərərçəkmiş şəxs X1 evinin arasındakı məsafə çoxdur. Elektron nəzarət vasitəsi daimi üzərində olmuşdur. Ona tətbiq olunan cəzada axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək olmuşdur, ona görədə həmin saatlarda çölə çıxmağı mümkün deyil. Onu polis tutarkən qaçarkən ayağı ilişib yıxılmışdır. Onu tutarkən aşkar olunan çəkic, şunurlar, vintaçan və kəlbətin olan torbanı küçədən tapmışdır. Təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ittiham olunduğu cinayət əməllərində özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlləri barədə xüsusatları göstərmiş, həmin ifadə təqsirləndirilən şəxsin özü və müdafiəçisi tərəfindən imzalanmışdır(i.v.228-231); Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X3 ona tutularkən zor tətbiq edildiyini, ona görə həmin etirafedici ifadəni verdiyini göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə tutulduqdan sonra təqsirləndirilən şəxs qismində dindirildiyi ifadəsində özünü təqsirli bilməyərək ittiham olunduğu cinayət əməllərini etiraf etməmiş, bundan sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin, Təqsirləndirilən şəxs həbsdən azad edildikdən sonra xx.xx.2025-ci il tarixdə törətmiş olduğu cinayət əməlləri barədə ətraflı ifadə verərək həmin əməllərdə özünü təqsirli bilmiş, həmin ifadə özü və müdafiəçisi tərəfindən imzalanmışdır(i.v.228-231); Göründüyü kimi, tutulduqdan sonra Təqsirləndirilən şəxs təqsirini etiraf etməmiş, lakin məhkəmə iclasında ona tutulduqdan sonra zor tətbiq edildiyi üçün təqsirini etiraf etdiyini bildirmişdir. İstintaqın gedişi zamanı həbsdən azad edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə öz təqsirini etiraf etmiş, hadisə ilə bağlı təfərrüatları göstərmişdir. Məhkəmə bu xüsusatın yoxlanılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. xx.xx.2024-cü il tarixdə azadlığa buraxılmışdır. Sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol dirsəyin arxa səthində sıyrılmış üzəri qərtməkli yara, sol budun arxa səthində iri həcmli tünd bənövşəyi rəngli qançırı aşkar edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli raportda görünür ki, Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları göstərmişlər ki, onu Sabunçu RPİ-nin 15ci PB-nə dəvət etdikdə vətəndaş qaçmağa başlamış, ayağı tikinti materiallarına ilişərək yıxılmışdır(i.v.63); İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 bu xüsusatı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs da həmin halı təsdiq edərək onu polis tutarkən qaçarkən ayağı ilişib yıxıldığını göstərmişdir. Göründüyü kimi, iş üzrə şahidlərlə yanaşı, təqsirləndirilən şəxsin özü də tutularkən yıxıldığını etiraf etmiş, hətta barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına daxil olarkən həbs olunanda zədə aldığını bildirsə də, polislər tərəfindən döyüldüyünü göstərməmişdir. Eyni zamanda, bu faktla bağlı 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, qərarın surəti Təqsirləndirilən şəxs göndərməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Səbail rayon məhkəməsinə şikayət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün göstərdiyi bu xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayaraq təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərilən oğurluq hadisəsi zamanı onun üzərində elektron nəzarət vasitəsi olduğunu, gecə vaxtı hadisə yerində ola bilməsinin mümkün olmadığı barədə xüsusatların yoxlanması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs müvafiq müddətlər üzrə coğrafi yerdəyişməsinə dair məlumatların təqdim edilməsi barədə müraciətə baxılmışdır. “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın enerji ehtiyatının tükənməsi ilə bağlı elektron nəzarət vasitələrinin(ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) kompleksdə işləmə əlaqəsi kəsildiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Göründüyü kimi, məhz hadisələrin baş verdiyi günlərdə Təqsirləndirilən şəxs tərəfindən ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin enerji ehtiyatının tükənməsi ona əsas verir ki, Təqsirləndirilən şəxs onun üzərinə qoyulmuş vəzifələri pozaraq cinayətin izlərini itirməyə çalışmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq onu tutarkən aşkar olunan çəkic, şunurlar, vintaçan və kəlbətin olan torbanı küçədən tapdığını bildirmişdir. Halbuki, ibtidai araşdırma zamanı xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs dindirilmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini etiraf etməyərək göstərmişdir ki, “mən 19 aprel 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni yaşayış massivi, Badamlıq deyilən çöllük ərazidə Kürdəxanı qəsəbəsindən yaşadığım evə getmək üçün piyada hərəkət edən zaman PPX maşınında xidmət aparan polis əməkdaşlarını gördüyü üçün əlimdə olan sarı rəngli sellofan torbanı yerə ataraq qorxub qaçdım və polis əməkdaşıarı məni tutaraq 15-ci Polis Bölməsinə apardılar. Mənim yerə atdığım sarı rəngli sellofan torbada təxminən 15-20 metrlik elektrik naqili, fanar, dəmir küt alət ola iskənə formasında çəkic, kəlbətin və vintaçan olmuşdur. Mən fəhlə işlədiyim üçün həmin alətlərdən gündəlik istifadə edirəm”(i.v.151-153); Göründüyü kimi, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs maddi sübut kimi tanınmış əşyaları küçədən tapdığını göstərsə də, xx.xx.2024-cü il tarixdə ibtidai istintaq zamanı təqsirini etiraf etmədiyi ifadəsində belə bu halla bağlı həmin əşyaların ona məxsus olduğunu gündəlik fəhlə işləyərkən işlətdiyini göstərərək ziddiyətli ifadə vermişdir. Bundan başqa, məhkəmə iclasında iş materiallarında olan video diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özü olduğunu, həmin məhəllənin zərərçəkmiş şəxsə məxsus evin yaxınlığı olduğunu təsdiq etmişdir. Yuxarıda göstərilənlərə əsasən bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 noyabr 2021-ci il tarixli və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən hazırki cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03 noyabr 2021-ci il tarixli və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluqlar olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs məhkumluqları ödənilmədiyi halda sözügedən cinayət əməllərini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM- 58.3.), daha əvvəl də onun iki dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06(altı) ay 19(on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 03 (üç) ay 24(iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli(CM- 67.1), 22 aprel 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03(üç) ay 26(iyirmi altı) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş elektrik naqilləri təsərrüfat təyinatını itirdiyindən, eləcə də bir ədəd vintaçan, bir ədəd dəmir çəkic, bir ədəd kəlbətin, bir ədəd fanar məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pulun və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapdığından, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 4000 (dörd min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki iddiaçının iddia tələbinin təmin olunmasını, eyni zamanda mülki iddiaya əlavə edilmiş qəbzdən 60(altmış) manat məbləğində dövlət rüsumunun ödənilməsini nəzərə alaraq hesab edir ki, 60(altmış) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 06(altı) ay 19(on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 03 (üç) ay 09(doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 aprel 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03(üç) ay 26(iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09(doqquz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş elektrik naqilləri, bir ədəd vintaçan, bir ədəd dəmir çəkic, bir ədəd kəlbətin, bir ədəd fanar təsərrüfat təyinatını itirdiyindən məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Mülki iddiaçı və Zərərçəkmiş şəxs2 vermiş olduğu mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat maddi ziyan, 60(altmış) manat dövlət rüsumu, ümumilikdə 4060(dörd min altmış) manat tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar