Məhkəmə qərarları › İş №1(008)-324/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-324/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-324/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətikan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il, saat 07 radələrində X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağının taxta pəncərisinin şüşəsini sındırmaqla evə qanunsuz daxil olaraq oradan 01 ədəd 200 manat dəyərində samovarı, bir ədədinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 02 ədəd tozsoran aparatlarını, 01 ədəd 250 manat dəyərində 3x4 ölçülü xalçanı, bir ədədinin dəyəri 40 manat təşkil edən ümumilikdə 80 manat dəyərində 02 ədəd mis tavaları, 01 ədəd 20 manat dəyərində mis tavanı, bir ədədinin dəyəri 25 manat təşkil edən ümumilikdə 50 manat dəyərində 02 ədəd aliminium qazanları, ümumi dəyəri 50 manat təşkil edən müxtəlif növ qaşıq-çəngəl-bıçaq-çömçə dəsti olan mətbəx əşyalarını, yaşayış evinin həyətindən isə 01 ədəd 120 manat dəyərində “SHMGE” markalı su matorunu gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X2 ümumilikdə 1170 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04:41-də Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən mişar daşı ilə hasara alınmış fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq yardımçı otaq kimi istifadə edilən otağın dəmir qapısını evin giriş qapısının üzərində olan açarla açaraq oradan 01 ədəd 750 manat dəyərində “Vilano” markalı velosipedi, 01 ədəd 230 manat dəyərində kömür samovarı, 01 ədəd 230 manat dəyərində ot biçən aparatı, 01 ədəd 100 manat dəyərində preparatoru, bir metrinin dəyəri 1 manat 50 qəpik təşkil edən ümumilikdə 150 manat dəyərində 100 metr elektrik naqilini, ümumi dəyəri 50 manat təşkil edən vintaçan dəsti, yaşayış evinin həyətində yerləşən hindən isə bir ədədinin dəyəri 10 manat təşkil edən ümumilikdə 100 manat dəyərində 10 ədəd ev quşları hesab edilən toyuqları gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 1610 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,203 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərinin sol əlinin ovuc əksi ilə eynilik təşkil etdiyindən Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən 06 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində saxlanılaraq Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,203 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətmiş, narktik vasitə və psixotrop maddələrdən istifadə etmişdir, hazırda isə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 massivində yerləşən ev Zərərçəkmiş şəxs2 məxsusdur. O, təxminən 6 ildir ki, Zərərçəkmiş şəxs2 tanıyır və Nadirin həyətində müəyyən işlər görürərək çörək pulu qazanmışdır. O, xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 04:05 radələrində Nadirə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 massivinə gəlmiş, orada evin hasarından həyətə keçmişdir. Bundan sonra həyətdə girişdə yerləşən sol tərəfdən dəmir qapısı olan yardımçı otağın qarşısına gəlmişdir. O, həyətə daxil olarkən həyətdə müşahidə kameralarının olduğunu bildikdən sonra onları söndürmək qərarına gəlmişdir. Bu səbəbdən geri qayıdaraq çölə çıxmışdır. Çöldə ümumi işıqları söndürmək istədikdə söndürə bilməmiş və yenidən içəri daxil olmuşdur. Həm də həyətdə bağlı vəziyyətdə itin olduğunu görmüş, o, yerdən itin qabını götürərək qabın içərisini su ilə doldurdub itin qabağına qoymuşdur ki, səs çıxarmasın. Belə ki, bundan sonra o, işıqları söndürmək üçün naqilləri kəsmiş və bir neçə müşahidə kameralarını isə sındırmışdır. Lakin kameraları özü ilə götürməmişdir. Bundan sonra o, həyətdə evin giriş qapısının üzərində topa açarlar olduğunu görmüş və açarları götürərək həyətdə olan yardımçı otağın qapısını açmışdır. Oradan 01 ədəd markasını xatırlamadığı velosipedi, 01 ədəd kömür samovarı, 01 ədəd ot biçən aparatı, 01 ədəd preparatoru, həyətdə kəsdiyi elektrik naqillərini, təmir-tikinti əlatlərin istifadə olunan vintaçan dəsti və həyətdə olan toyuq hininə daxil olaraq 10 ədəd toyuqları özü ilə gətirdiyi selofana yığmışdır. İçərisində oğurladığı əşyalar və toyuqlar olan selofanı velosipedin üzərinə qoyaraq həyətdən çıxaraq oradan uzaqlaşaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz evinə gəlmişdir. Belə ki, o, oğurladığı əşyalardan velosiped ilə kömür samovarını evdə saxlamış, digər əşyaları və toyuqları götürərək yenidən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Rus” bazarı kimi deyilən əraziyə gəlmişdir. Orada oğurladığı əşyaları səyyar metal qəbul edən yerdə tanımadığı şəxsə ümumilikdə 250 manata və 10 ədəd toyuqları isə yolun kənarında dayanaraq tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Baş vermiş hadisə ilə əlaqədar o, polis bölməsinə dəvət edilmişdir. O, polis bölməsində olarkən törətdiyi cinayəti etiraf etmiş, 01 ədəd velosipedi və 01 ədəd kömür samovarı polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş ittiham üzrə zərərçəkmiş şəxs X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən oğurluq etməmiş, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamindən istifadə edir. Bu səbəbdən narkotik vasitələri almağa imkanı çatmadığından oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə gəzərkən tanımadığı nömrəsiz həyət evinin işıqlarının yanmadığını görərək fikirləşmişdir ki, həmin evdə heç kim yoxdur və həmin evdən oğurluq edə bilər. Belə ki, o, evin hasarından içəri daxil olaraq evin qonaq otağının taxta pəncərəsinin şüşəsini əli ilə zərbə vuraraq qırmış və içəri daxil olmuşdur. İçəri daxil olan zaman evin yataq otağından 01 ədəd samovarı, markasını bilmədiyi 02 ədəd tozsoranı, digər yataq otağında olan 01 ədəd xalçanı, mətbəxdən 03 ədəd mis tavaları, 02 ədəd aliminium qazanları, müxtəlif növ mətbəx əşyaları olan qaşıq-çəngəl-bıçaqları və həyətdə olan markası yadımda qalmayan su matorunu özü ilə gətirdiyi böyük selofana yığaraq oradan uzaqlaşmışdır. Həmin günü günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Rus” bazarı kimi deyilən əraziyə gəlmişdir. Orada oğurladığı əşyaları səyyar metal qəbul edən yerdə tanımadığı şəxsə ümumilikdə 300 manata sataraq həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, o, oğurluq edərkən evdə həmin vaxt heç kim olmamış və oğurluq etdiyini heç kim görməmişdir. Baş vermiş oğurluq cinayəti ilə əlaqədar o, polis bölməsinə dəvət edilmişdir. O, polis bölməsində olarkən törətdiyi cinayəti etiraf etmiş, 01 ədəd velosipedi və 01 ədəd kömür samovarı polis əməkdaşları təqdim etmişdir. Bundan sonra o, 06 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında özünə istifadə etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində anket məlumatlarını bilmədiyi şəxslə görüşərək ondan 10 manat ödəyərək “patı” kimi tanıdığı metamfetamini almış və əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddəni götürmüşdür ki, lazım olanda istifadə etsin. Bildirmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində zaman ona iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman üzərində “patı” kimi tanıdığı maddə olduğundan o, polis əməkdaşlarından yayınmağa çalışmışdır. Həmin zaman polis əməkdaşları ona bildirmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı evdən götürülmüş əl-barmaq izlərinin onun əl barmaq izləri ilə eynilik təşkil edir. Bu səbəbdən onu Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları onunla söhbət zamanı onun üzərində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasına görə həyancanlanmış və bu zaman polis əməkdaşları onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnmişlər. O, da bundan sonra etiraz etməyərək polis əməkdaşları tərəfindən 14-cü polis bölməsinə gətirilmişdir. O, polis bölməsində olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən X2 məxsus evdən oğurluq cinayətini törətdiyini və üzərində “patı” kimi tanıdığı psixotrop maddə olduğu etiraf etmişdir. Bundan sonra onu polis əməkdaşları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşlar və hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra orada ona hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, da müdafiəçinin iştirakı olmadan üzərimə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra masanın üzərinə qoyduğu sellofan bükümdə olan maddəni polis əməkdaşı tərəfindən açılmış və içərisində ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış. Bundan başqa üzərindən hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və digər iştirakçılar həmin protokolu imzalamışlar. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən X2 məxsus evdən 01 ədəd samovarı, markasını bilmədiyi 02 ədəd tozsoranı, digər yataq otağında olan 01 ədəd xalçanı, mətbəxdən 03 ədəd mis tavaları, 02 ədəd aliminium qazanları, müxtəlif növ mətbəx əşyaları olan qaşıq- çəngəl-bıçaqları və həyətdə olan markası yadında qalmayan su matorunu oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalılıq-2 yaşayış massivində yerləşən nömrəsini bilmədiyi evdən 01 ədəd markasını xatırlamadığı velosipedi, 01 ədəd kömür samovarı, 01 ədəd ot biçən aparatı, 01 ədəd preparatoru, həyətdə kəsdiyi elektrik naqillərini, təmir-tikinti əlatlərin istifadə olunan vintaçan dəsti və həyətdə olan toyuq hininə daxil olaraq 10 ədəd toyuqları oğurlamışdır. O, hər iki evdən oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Rus” bazarı kimi deyilən ərazidə tanımadığı şəxsə səyyar metal qəbulu yerində satmışdır. Satdığı yerin dəqiq ünvanı yadında qalmadığı üçün həmin yeri göstərə bilməyəcədiyini bildirmişdir. Həmçinin oğurladığı 10 ədəd toyuqlarıda həmin ərazidə tanımadığı şəxsə satmışdır. Bildirmişdir ki, o, satdığı əşyaları və toyuqların özünə məxsus olduğunu bildirmiş, həmin tanımadığı şəxslər əşyaların və toyuqların oğurluq yolu ilə əldə etdiyindən məlumatsız olmuşlar. Bildirmişdir ki, o, oğurluq cinayətini törədən zaman onu ətrafda heç kim görməmişdir. O, həmin psixotrop maddəni 06 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Çiləgər YYM-də tanımadığı şəxsə 10 manat ödəyərək almışdır. O, psixotrop maddəni şəxsi istifadəsi üçün almış, kiməsə satmamış və ya hədiyyə etməmiş, şəxsi istifadə üçün əldə edərək üzərində saxlamışdır. O, psixotrop maddəni aldığı şəxsin barəsində hər hansı məlumatının olmadığını, həmin şəxsi tanımadığını bildirmişdir. O, qeyd edilən cinayətlərdən başqa cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini, törətdiyi cinayətləri səmimi olaraq etiraf etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda, həm də ünvan 5. Həmin bağ evini 2014-cü ildə almış və bağ evinin ümumi sahəsi 13 sotdur. Ona məxsus bağ evində yaşayış olmadığından mütəmadi olaraq ora nəzarət etmişdir. Sonuncu dəfə o, bağ evində xx.xx.2022-ci il tarixdə səhər saatlarında olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində bağ evinə yenidən nəzarət etmək üçün gələndə bağ evinin qonaq otağının taxta pəncərəsinin şüşəsinin qırıq olduğunu görmüş və dərhal evə baxış keçirmişdir. Bu zaman evin yataq otağında olan 200 manat dəyərində 01 ədəd samovarın, markasını xatırlamadığı hər birinin dəyəri 200 manat olan ümumi dəyəri 400 manat təşkil edən 02 ədəd tozsoran aparatların, digər yataq otağında ölçüsü 3x4 olan 250 manat dəyərində xalçanın, hər birinin dəyəri 40 manat təşkil edən ümumi 80 manat dəyərində 02 ədəd mis tavaların, 20 manat dəyərində digər 01 ədəd mis tavanın, hər birinin dəyəri 25 manat təşkil edən ümumi dəyəri 50 manat dəyərində 02 ədəd aliminium qazanların, ümumi dəyəri 50 manat təşkil edən müxtəlif növ qaşıq, çəngəl, bıçaq və çömçələr olan mətbəx əşyalarının, bundan başqa həyətdə olan 120 manat dəyərində 01 ədəd “SHMGE” markalı su motorunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Daha sonra dərhal evindən baş vermiş oğurluq cinayət hadisəsi ilə bağlı polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Alballıq-2 yaşayış massivində yerləşən bağ evi vardır. Evindən oğurluq hadisəsi baş verənədək, yəni 17 sentyabr 2022-ci il tarixədək anası Sona Babayeva həmin evdə yaşamışdır. 17 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində anası Sona ona zəng edib həyətdə bağlı vəziyyətdə olmuş itlərin açılaraq həyətdə olduqlarını, qorxduğu üçün həyətə çıxa bilmədiyini deyib onu yanına dəvət etmişdir. O, saat 09 radələrində bağ evinə gəldikdə ilk növbədə görmüşdür ki, evin girişində quraşdırılmış müşahidə kamerası sındırılmış, həyətin giriş qapısı açıq vəziyyətdə olmuşdur. Həyətə daxil olub həyəti müşahidə edəndə isə görmüşdür ki, həyətdə olmuş 03 ədəd müşahidə kameraları sındırılmış, dəmir qapısı olan yardımçı otağın qapısı açıq vəziyyətdədir. Həmin otaqda olmuş 01 ədəd 750 manat dəyərində velosipedin, 01 ədəd 230 manat dəyərində kömür samovarın, 01 ədəd 230 manat dəyərində markasını xatırlamadığı ot biçən aparatın, 01 ədəd 100 manat dəyərində markasını xatırlamadığı preparatorun, 100 metr 1 metrin qiyməti 1 manat 50 qəpik təşkil edən ümumi dəyəri 150 manat olan elektrik naqilinin, 50 manat dəyərində vintaçan dəstin, 10 ədəd hər birinin dəyəri 10 manat olan cəmi dəyəri 100 manat təşkil edən toyuqların yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, onlar oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1610 manat maddi ziyan dəymişdir. O, evə gələndən sonra müşahidə kamerası ilə qeydə alınmış videogörüntülərə baxanda görmüşdür ki, 17 sentyabr 2022-ci il tarixdə saat 04:41-də evinin həyətinə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs gizlin daxil olmuş, ətrafı sakitcə müşahidə etmiş, itlər səs çıxarmamaları üçün onlara yemək vermiş, sonra giriş qapısından həyətə çıxmış, elektrik sayğacdan evə gələn elektrik təchizatı dayandırmaq istəmiş, lakin bacarmamış, yenə həyətə daxil olmuş və sonra işıqlar söndürüldüyü üçün müşahidə kamerası ilə görüntülər dayanmışdır. O, evə gələndə evinin qapılarının açar topası yardımçı otağın qapısı üzərində olmuşdur. Bununla bağlı o, gedib Sabunçu RPİ-nin 14-ci PB-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərfindən hadisə yerinə baxış keçirilmiş, araşdırma aparılmış və məlum olmuşdur ki, evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Sahib özü də onun yanında evindən oğurluq etdiyini polis əməkdaşlarına səmimi olaraq etiraf etmiş, bildirmişdir ki, həyətinə hasardan düşüb əvvəl itlərin səs çıxarmamalarından ötrü onlara yemək vermiş, sonra evin işıqlarını həyətə girişdə küçədə olan elektrik sayğacdan keçirmək istəmiş, lakin bunu bacarmamış, həyətdə elektriki şitdən keçirmiş, müşahidə kameralarını sındırmış, evin giriş qapısı üzərində olmuş topa açarı götürüb həmin açarla yardımçı otağın qapısını açıb oradan oğurluq etmişdir. Həyətə giriş qapısını arxadan açıb oğurladığı əşyaları götürüb oranı tərk etmişdir. Anasından eşidib bildiyinə görə anasının oğurluq olduğunu hiss etməmiş, yatmağa gedərkən unudub topa açarı evin giriş qapısı üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, müşahidə kameralarının söndürülməsi nəticəsində ona 400 manat ziyan dəymişdir. Belə ki, hər bir kameranın dəyəri 50 manat olmaqla, hər birinin quraşdırılması üçün ustaya 50 manat zəhmət haqqı vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Polis bölməsinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərinin Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru polis baş leytenantı Şahid2 ilə birlikdə olarkən Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərinin ona məxsus olduğunu bildirib Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs etriaz etməyərək polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini etiraf etdikdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); şəxsi axtarış və götürmə aparılması haqqında 06 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə metamfetaminə bənzər maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümündə olan metamfetaminə bənzər maddəni xx.xx.2022-ci il tarixdə adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümündə metamfetaminə bənzər maddə cinayət rəqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. ( i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 6/5756 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: imza..” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,203 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 37-39); vəsatətin müdafiə edilməsindən imtina edilməi haqqında 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 65-67); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir və həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş metamfetaminə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə, o, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v.76); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (i.v. 83-84, 190-193); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən vətəndaş X2 məxsus bağ evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(i.v.100-106); Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir(i.v.129-130); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış masivində yerləşən vətəndaş X4 məxsus bağ evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(i.v.143-147); təqdim edilən maddi sübutun götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ünvanında 01 ədəd velosiped və 01 ədəd od samovarı maddi sübut kimi götürülmüş, fotoşəkil çəkilərək protokola əlavə edilmişdir(i.v.154-155); təqdim edilən əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskə köçürülmüş görüntüyə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskə köçürülmüş görüntü 02 dəqiqə 24 saniyədir. Görüntünün 2-ci saniyəsində bir nəfər şəxs ekranda göstərilən xx.xx.2022-ci il tarixdə saat 04:41-də həyətə daxil olaraq görüntünün 18-ci saniyəsində həyətdə yerləşən yardımçı otağa daxil olub ətrafa baxış keçirdikdən sonra görüntünün 31-ci saniyəsində həyətdən çıxaraq evin giriş qapısı istiqamətində gedərək çölə çıxır, görüntünün 2-ci dəqiqə 10-cu saniyəsində yenidən həyətə geri qayıdaraq yerdə olan qabı götürür. Bundan sonra görüntü başa çatır. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, görüntüdə olan şəxs Təqsirləndirilən şəxsdur və Təqsirləndirilən şəxs ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Alballıq-2 yaşayış massivində yerləşən bağ evində həyətdə sol tərəfdə yerləşən dəmir qapısı olan yardımçı otaqdan 01 ədəd 750 manat dəyərində velosipedi, 01 ədəd 230 manat dəyərində kömür samovarı, 01 ədəd 230 manat dəyərində markasını xatırlamadığı ot biçən aparatı, 01 ədəd 100 manat dəyərində markasını xatırlamadığı preparatoru, 100 metr 1 metrin qiyməti 1 manat 50 qəpik təşkil edən ümumi dəyəri 150 manat olan elektrik naqilini, 50 manat dəyərində vintaçan dəsti, 10 ədəd hər birinin dəyəri 10 manat olan cəmi dəyəri 100 manat təşkil edən toyuqları oğurlamışdır(i.v.172-173); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 01 ədəd “Vilano” markalı velosiped və 01 ədəd kömür samovar tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 ona təqdim edilən əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir(i.v.174); maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən yardımçı otaq kimi istifadə edilən yerdən oğurladığı 01 ədəd “Vilano” markalı velosiped və 01 ədəd kömür samovar maddi sübut kimi tanınmışdır(i.v.175); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2023-cü il tarixli 118 nömrəli ambulator Mməcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.181-182); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd Vilano markalı velosiped və 01 ədəd kömür samovarı Zərərçəkmiş şəxs2 təhvil verilmişdir(İ.v.188); ifadənin yerində yoxlanılması haqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayət əməllərini törətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən fərdi yaşayış evinə gedilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir(i.v.216-219); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü azyaşlı övladı vardır(i.v.223); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,203 qram, tədqiqatdan sonra qalıq qalmış 1,153 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 01 ədəd “Vilano” markalı velosiped və 01 ədəd kömür samovarının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü və Zərərçəkmiş şəxs2 təqdim etdiyi oğurluq cinayətinin qeydə alındığı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır (i.v.224-233); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə gəzərkən tanımadığı nömrəsiz həyət evindən 01 ədəd samovarı, markasını bilmədiyi 02 ədəd tozsoranı, digər yataq otağında olan 01 ədəd xalçanı, mətbəxdən 03 ədəd mis tavaları, 02 ədəd aliminium qazanları, müxtəlif növ mətbəx əşyaları olan qaşıq-çəngəl-bıçaqları və həyətdə olan markası yadında qalmayan su matorunu özü ilə gətirdiyi böyük selofana yığaraq aparıb satdığını, həmçinin üzərində olan psixotrop maddəni 06 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Çiləgər YYM-də tanımadığı şəxsə 10 manat ödəyərək öz istifadəsi üçün aldığını etiraf etmiş və “ifadəmi oxudum, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 60-62); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edir və həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş metamfetaminə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə, o, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Məhkəmə istintaqı zamanı digər video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskə köçürülmüş görüntüyə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskə köçürülmüş görüntü 02 dəqiqə 24 saniyədir. Görüntünün 2-ci saniyəsində Təqsirləndirilən şəxs ekranda göstərilən xx.xx.2022-ci il tarixdə saat 04:41-də həyətə daxil olaraq görüntünün 18-ci saniyəsində həyətdə yerləşən yardımçı otağa daxil olub ətrafa baxış keçirdikdən sonra görüntünün 31-ci saniyəsində həyətdən çıxaraq evin giriş qapısı istiqamətində gedərək çölə çıxır, görüntünün 2-ci dəqiqə 10-cu saniyəsində yenidən həyətə geri qayıdaraq yerdə olan qabı götürür. Bundan sonra görüntü başa çatır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə 2013-cü ildə elan olunmuş amnistiyanın təsiri altına düşdüyündən o, Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən zərərçəkmiş şəxs Laləzar Qurbanovaya məxsusı nömrəsiz həyət evindən oğurluq əməli ilə bağlı təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, polis bölməsinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərinin Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru polis baş leytenantı Şahid2 ilə birlikdə olarkən Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərinin ona məxsus olduğunu bildirib Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs etriaz etməyərək polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini etiraf etdikdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmiş və həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİnin 14-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. İş üzrə digər Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü hər iki oğurluq hadisəsində, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımada tam təqsirli bilərək oğurluq hadisələri və psixotrop maddə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1.203 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını (CM- 59.1.4), oğurluq əməlində zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM-59.1.12) və dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından 07 may 2013-cü il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmin əməllərin çox epizodlu olması, həmçinin psixotrop maddənin növü və miqdarı nəzərə alınmaqla, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmalı, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 06 oktyabr 2022ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 1,203 qram, tədqiqatdan sonra qalıq qalan 1,153 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Vilano” markalı velosiped və 01 ədəd kömür samovarının sahibinə geri qaytarılması nəzərə alınmalı, 2 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Sabunçu RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş 1,203 qram, tədqiqatdan sonra qalıq qalan 1,153 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “Vilano” markalı velosiped və 01 ədəd kömür samovarının sahibinə geri qaytarılması nəzərə alınsın, 2 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar