Məhkəmə qərarları › İş №1(008)-324/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-324/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-324/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Yatqxana 6, məhəllə 76 ünvanında qeydiyyatda olan və Tərtər rayonu, Seyidimli kəndində yaşayan barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 08 sentyabr 2024cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh- Pirşağı şossesində yerləşən “Sea Breaze” istirahət mərkəzində yerləşən “Bravo” marketdə yetkinlik yaşma çatmayan Şahid2-in (X7) işlətdiyi, babası Şahid2-ə (X8) məxsus olan 1300 (min üç yüz) manat dəyərində 01 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon, mobil telefonun içərisində 5 (beş) manat dəyərində 051-402- 63-13 GSM nömrəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs Şahid2-ə(X8) ümumilikdə 1.305 (min üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllə, 6 saylı yataqxanada qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi bağ evlərində gözətçilik etmişdir. xx.xx.2024- cü il tarixdə təxminən, 20:00 radələrində qonşuluqda yaşayan, çoxdan tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan İlqar adlı şəxslə birlikdə, həmin şəxsin idarə etdiyi “Lada” markalı, “Vaz 2107” modelli avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi Pirşağı-Nardaran-Bilgəh şossesində yerləşən “Seabreeze” istirahət mərkəzinin girişində fəaliyyət göstərən “Bravo” marketə getmişdir. Mağazadan alış-veriş edərkən spirtsiz içkilər olan soyuducuya yaxınlaşmışdır. Su götürərkən soyuducunun içərisində suların yanında “İ Phone 13 Pro Max” markalı mobil telefon görmüşdür. O, 1 ədəd “Fanta” və 1 ədəd “Coca-Cola” markalı içkilər götürmüş, təxminən 2-3 metr getdikdən sonra fikrini dəyişib soyuducuya tərəf qayıtmışdır. O, həmin vaxt başqa qida məhsulları da almışdır. Geri qayıtdıqdan sonra “Fanta” markalı suyu qaytarıb yerinə qoymuş və soyuducuda gördüyü mobil telefonu götürüb cibinə qoyaraq kassaya yaxınlaşıb ödəniş etdikdən sonra İlqarla birlikdə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yaşadığı evə qayıtmışdırlar. Evə qayıdan kimi həmin mobil telefonu evə qoymuşdur. Soyuducudan götürdüyü “İ Phone 13 Pro Max” markalı mobil telefonun kimə məxsus olmasım bilməmişdir. O. həmin mobil telefonu soyuducudan götürən zaman orada heç kim yox imiş, onun zənnincə telefonu götürməyini heç kim görməmişdir. Soyuducudan mobil telefon götürməyi barədə onunla birlikdə “Bravo” marketə gedən İlqar adlı qonşusunun məlumatı olmamış, həmin şəxsə bu barədə heç bir məlumat verməmiş və telefonu götürəndə həmin şəxs onun yanında olmamışdır. Həmin mobil telefonu götürməkdə məqsədi ələ keçirdikdən sonra özü işlətmək olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında video konfrans əlaqə sistemi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsilə birgə yaşamışdır.Bildirmişdir ki, oğlu Səmədov Zabit işləri ilə əlaqədar ölkə xaricində olduğu üçün azyaşlı nəvəsi Şahid2 onun yanında qalmışdır. O, özünə məxsus olan 1300 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu işlətmək üçün nəvəsi Şahid2 vermişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələriııdə nəvəsi ona başqa nömrədən zəng edərək nəvəsinə verdiyi ona məxsus olan “İphone 13 Pro Max” markalı mobil telefonun oğurlandığını bildirmişdir. Belə ki, nəvəsi Mubaris su almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Seabreze” istirahət mərkəzinin girişində yerləşən “Bravo” marketə su almaq üçün girən zaman ona məxsus olan və istifadəsində olan “İphone 13 Pro Max” markalı mobil telefon həmin şəxsin yadından çıxaraq həmin marketdə olan soyuducunun içərisində qalmış və geri qayıdaraq götürmək istəyən zaman oğurlandığını aşkar etmişdir. Onu da qeyd etmişdir ki, həmin mobil telefonun içərisində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olmuş və ona məxsus mobil telefonun oğurlanması nəticəsində ona, ümumilikdə 1305 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 6 ünvanında qeydiyyatda olsa da ünvan 7də nömrəsiz fərdi evdə yaşamışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, həmin şəxslə yaxın münasibətləri olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən, 20:00 radələriııdə qonşuluqda yaşayan, çoxdan tanıdığı, Zaur adlı şəxslə birlikdə, idarə etdiyi “Lada” markalı, “Vaz 2107“ modelli avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Pirşağı- Nardaran-Bilgəh şossesində yerləşən “Seabreeze“ istirahət mərkəzinin girişində fəaliyyət göstərən “Bravo“ marketə getmişdir. Mağazadan biraz alış-veriş edərkən Zaur mağazanın digər tərəfinə getmişdir. Hər ikisi mağazanın ayrıayrı hissələrindən alış-veriş etmiş və oradan çıxıb getmişdirlər. Daha sonra polis idarəsinə dəvət olunduqdan sonra məlum olmuşdur ki, Zaur həmin mağazadan mobil telefon götürmüşdür. Bildirmişdir ki, Zaurun oradan mobil telefon götürməsindən qəti şəkildə xəbərim olmamışdır, əgər bilsəydi mane olardı, buna imkan verməzdi. Daha sonra Zaurla birlikdə idarə etdiyi nəqliyyat vasitəsi ilə yaşadıqları evə qayıtmışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bravo marketin içərisidir(i.v.5-8). “təqdim etmə, götürmə və baxış keçirmə barədə” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “İphone 13 pro max” markalı telefonu təqdim etmiş, “See Breeze” adlanan yerin yaxınlığında yerləşən “Bravo” adlı marketdə olan soyuducudan oğurladığını bildirmişdir. Təqdim olunan 01 ədəd “İphone 13 pro max” markalı telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rəngli və saz vəziyyətdədir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon götürülmüşdür(i.v.13-15). “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd “İphone 13 pro max” markalı mobil telefonu tanınması məqsədi ilə Zərərçəkmiş şəxs-ə təqdim edilmişdir(i.v.45-46). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.52-53). Qətimkan tədbirinin seçilməsi barədə 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.67-68). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/7529 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun satış üçün kompleksləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən, 1250 manat (1150+1350 man):2 müəyyən edilir(i.v.73-76). Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdab görünür ki, tədqiqata təqdim edilmiş əl izləri Bakı Şəhər Baş Polis İdarəsinin X1raşdırılmış “NEC-İBW” sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində təqdim olunmuş əl izlərinin 02 ədədindən 01 ədədinin xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə digər 01 ədədinin isə həmin şəxsin sağ əlinin adsız barmağının əksi ilə(İMAS-ın məlumat bankına daxil olmuş) eynilik təşkil etdiyi müəyyən edilmişdir(i.v 80). 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.82). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 241.1 “B” və 42-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Bundan başqa Məmmədov X9 rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur(i.v.84-86). 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir(i.v.87). 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.3 və 53.3.3-cü maddələrinə əsasən dayandırılmışdır(i.v.91). 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir(i.v.93). “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd “İphone 13 pro max” markalı mobil telefonu tanınması məqsədi ilə şahid Zərərçəkmiş şəxs-ə təqdim edilmişdir(i.v.105-106). “axtarışda olan şəxsin tutulması barədə” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi dairəsində tutularaq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir(i.v.108). Qətimkan tədbirinin seçilməsi barədə 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.109-110). “sübutların qiymətləndirilməsi barədə” 15 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə hadisə yerindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəs Təqsirləndirilən şəxs oğurladığı “İphone 13 pro max” markalı mobil telefon maddi sübut qismində tanınmış, təqsirləndirilən və zərərçəkmiş şəxslərin cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra həmin maddi sübut Zərərçəkmiş şəxs-ə qaytarılmış, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilmiş, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və təqdim etmə barədə, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14 oktyabr 2024-cü il tarixli 9/7529 nömrəli rəyi iş üzrə sübut kimi qiymətləndirilmişdir(i.v.112-117). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan “İphone 13 pro max” markalı mobil telefonu təhvil almışdır(i.v 123). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o tapılaraq Sabunçu Rayon Məhkəməsinə gətirilənədək iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seyidimli kəndində tutulmuşdur. Bakı şəhər Sabunçu RPİ 42-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 3-13-49-5/2- 2219/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seyidimli kəndində tutularaq məhkəməyə təhvil verilir. xx.xx.2025-ci il tarixdə məhkəmə çağırış vərəqəsinə imza edilməklə məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-324/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 11:10-a təyin edilmişdir. Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin xx.xx.2025-ci il tarixli 210 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, Nizami küçəsi 94 saylı binanın 4 nömrəli mənzilində yaşayır. Sistem üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü uşağı-X10 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd). Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək, təqdim edilmiş sübutları şübhə altına ala biləcək və öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmasını(CM-59.1.13), himayəsində azyaşlı uşağın olması(59.1.4), törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətinxarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seyidimli kəndində tutulmuş və Bakı şəhər Sabunçu RPİ 42-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 3-13-49-5/2-2219/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seyidimli kəndində tutularaq məhkəməyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə çağırış vərəqəsinə imza edilməklə məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd “İphone 13 pro max” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş əl-barmaq izləri cinayət işi materialları arasında saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Tərtər rayonu ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yerini, axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut- hadisə yerindən götürülmüş əl-barmaq izləri iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “İphone 13 pro max” markalı mobil telefonun Zərərçəkmiş şəxsəə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Şirinova-X2 etdiyi hər iş saatına görə məhkəmə istintaqı zamanı sərf edilmiş 24 iş saatına görə(6s*6m,+18s*11m) 234 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və y a şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar