Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-325/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs5, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarından 10 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, Yeni yaşayış massivində yerləşən bağ evin həyətinə hasardan keçib və plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan bir ədəd 300 manat dəyərində LG markalı televizor, bir ədəd 150 manat dəyərində od samovarı, habelə evin həyətindəki hamam otağına qapısından daxil olaraq oradan bir ədəd 70 manat dəyərində uşaq velosipedi və hər birinin dəyəri 15 manat təşkil edən 03 ədəd su kranını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 565 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 avqust 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan keçib evin dəmir barmaqlıqlarını əyməklə plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd 2800 manat dəyərində «Toshiba» markalı televizoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 2800 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin oktyabr ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən bağ evin həyətinə hasardan keçib və evin arxa hissəsində yerləşən plastik qapısını sındıraraq açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin birinci mərtəbəsindən metrinin dəyəri 5 manat təşkil edən 70 metr uzunluğunda kanalizasiya borusu, 1 topu 170 manat təşkil edən 20 top elektrik naqili, habelə üçüncü mərtəbəsindən hər birinin dəyəri 38 manat təşkil edən 07 ədəd trap, hər birinin dəyəri 20 manat təşkil edən 08 ədəd işıq qutusu, hər kisəsinin dəyəri 7 manat təşkil edən 15 kisə «Mətanət-A» şirkətinin sementini, hər kisəsinin dəyəri 8 manat təşkil edən 15 kisə alçı və 350 manat dəyərində 1 kub taxtanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs6 cəmi 4751 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində vahid niyyətlə əhatə olunmuş qəsdlə davam edən cinayət formasında 2 gün ərzində gecə saatlarında Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 665 nömrəli bağ evin həyətinə hasardan keçib və əvvəlcə evin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin ikinci mərtəbəsində pilləkanla qalxdıqda birinci yataq otağından qutularda 1200 manat dəyərində qonaq otağı üçün nəzərdə tutulmuş çilçıraq, 600 manat dəyərində yataq otağı üçün nəzərdə tutulmuş çilçıraq, 1260 manat dəyərində “Karaca” firmasının qazan dəsti, 1200 manat dəyərində “Versace” firmasının bıçaq-çəngəl dəsti, 250 manat dəyərində 01 ədəd ət çəkən, 100 manat dəyərində 01 ədəd blender, 250 manat dəyərində 01 ədəd elektrik soba, 80 manat dəyərində mətbəx üçün ədviyyat qabları, 120 manat dəyərində 12 ədədlik bıçaq-çəngəl dəsti, 370 manat dəyərində İran İslam Respublikasının istehsalı olan 4,5x5 metr ölçüdə 01 ədəd xalça, 250 manat dəyərində 3x2 metr ölçüdə Belçika istehsalı olan 01 ədəd xalça, 300 manat dəyərində “Soft” firmasının 02 ədəd qış yorğanı, 250 manat dəyərində “Soft” firmasının 02 ədəd yay yorğanı, ümumilikdə dəyəri 230 manat təşkil edən 06 ədəd “Karaca” firmasının yastığı, 2600 manat dəyərində “LG” markalı oval formalı 49 diaqonallı 01 ədəd televizor və 800 manat dəyərində qab-qacaq servisi, habelə evin həyətyanı sahəsində 800 manat dəyərində su hovuzunun pilləkanı, 100 manat dəyərində su quyusunun dəmirdən olan qapağı, 100 manat dəyərində dəmirdən olan çarpayı və 500 manat dəyərində dəmir su çənini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs24 cəmi 11590 manat məbləğində xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs25 müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən nömrəsiz evin həyətinə hasardan keçib və evin açıq qapısından yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan 1200 manat dəyərində 01 ədəd «LG» markalı paltar yuyan maşın, 470 manat dəyərində 01 ədəd «LG» markalı televizor, 1900 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan qızıl kişi qol saatı «Çayka», 1000 manat dəyərində 01 ədəd qadın nişan üzüyü, 130 manat dəyərində 01 ədəd ət çəkən maşın, 160 manat dəyərində 01 ədəd ütü və soyuducudan 50 manat dəyərində hind toyuğunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs25 cəmi 4910 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən evin həyətinə hasardan keçib və evin dəmir barmaqlıqlarını yerindən çıxararaq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan 100 manat dəyərində 01 ədəd elektrik samovar, 50 manat dəyərində 01 ədəd elektrik çaydan, 60 manat dəyərində 01 ədəd kondisioner, 300 manat dəyərində 01 ədəd xalça, 100 manat dəyərində 80 metr uzunluğunda elektrik naqili və 45 manat dəyərində 01 ədəd su nasosunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs32 cəmi 655 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının əvvələrində gecə saatlarında Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz yarım tikili evin həyətinə hasardan keçib əvvəlcə evin giriş qapısını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 1500 manat dəyərində 01 ədəd markası məlum olmayan kondisioner, 1600 manat dəyərində markası məlum olmayan elektrik generatoru və ümumi dəyəri 900 manat təşkil edən 09 top elektrik naqillərini, habelə evin həyətindəki yardımçı tikililərin üzərinə quraşdırılmış hər birinin dəyəri 200 manat təşkil edən 05 ədəd ağ rəngli plastik qapıları söküb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs23 cəmi 5000 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının əvvələrində gecə saatlarında Zərərçəkmiş şəxs22 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz yarım tikili evin həyətinə darvazası olmayan hissədən keçib yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin həyətyanı sahəsindən ümumilikdə dəyəri 350 manat təşkil edən 15 ədəd 6 metrlik və ümumilkdə dəyəri 250 manat təşkil edən 15 ədəd 4 metrlik taxtaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs22 cəmi 600 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs11 məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinə hasardan keçib əvvəlcə evin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan Zərərçəkmiş şəxs11 əmlakından ibarət 140 manat dəyərində 01 ədəd təxminən 7 litr su tutumuna malik üzərində markalanma yazıları olmayan odun samovar, 80 manat dəyərində 01 ədəd ət çəkən maşın, 100 manat dəyərində 01 ədəd nərdtaxta və ümumilikdə dəyəri 40 manat təşkil edən 01 top elektrik naqilini, daha sonra həyətyanı sahədə yerləşən qarajın evdə saxlanılan açarını götürərək həmin açarla qarajın qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olmuş və oradan o zaman həmin evdə usta kimi işləyən Zərərçəkmiş şəxs16 əmlakından ibarət 250 manat dəyərində 01 ədəd kompressor, hər birinin dəyəri 75 manat təşkil edən 02 ədəd drel, 30 manat dəyərində 01 ədəd drel, 250 manat dəyərində 01 ədəd lazer ölçülü aparat, 500 manat dəyərində 01 ədəd taxta kəsən aparat və 60 manat dəyərində 01 ədəd laqondanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs11 cəmi 360 manat, Zərərçəkmiş şəxs16 isə cəmi 1240 manat məbləğində, ümumilikdə zərərçəkmiş şəxslərə 1600 manat ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 fevral 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq yaşayış massivində yerləşən 804 nömrəli bağ evin həyətinə hasardan keçib əvvəlcə evin taxta qapısını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 300 manat dəyərində Rusiya istehsalı olan 01 ədəd “Podolsk” markalı tikiş maşını, habelə Zərərçəkmiş şəxs30 məxsus həmin həyətyanı sahədə yerləşən 806 nömrəli bağ evində köməkçi otağın dəmir barmaqlıqlı qapısının asma qıfılını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 5 manat təşkil edən 20 ədəd işıq spotu, 100 manat dəyərində 01 ədəd soyuducu motoru, 80 manat dəyərində 01 ədəd drel, hər birinin dəyəri 9, 12 və 15 manat təşkil edən 02 ədəd qaz açarı, 5 manat dəyərində 01 ədəd kəlbətin, hər birinin dəyəri 40 manat təşkil edən 02 ədəd mis qazan, 100 manat dəyərində 01 ədəd şirə bişirən cihaz və ümumilikdə 150 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs30 cəmi 951 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz bağ evin həyətinə hasardan keçib evin dəmir barmaqlıqlarını əyməklə plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan 1200 manat dəyərində 01 ədəd kombi istilik sistemi və 100 manat dəyərində həmin istilik sisteminin qızdırıcısı, 500 manat dəyərində 01 ədəd “Samsunq” markalı televizor, 100 manat dəyərində televizor kanalını idarə edən “Mineks” markalı aparat və 150 manat dəyərində 01 ədəd od samovarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 cəmi 2050 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə saat 12:00-dan 14:30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs26 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçib pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabda qadın pul kisəsinin içərisində 600 manat nəğd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs26 cəmi 600 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivi 619Q saylı bağ evin həyətinə hasardan keçib və evin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 150 manat dəyərində 01 ədəd kiçik soyuducu, 150 manat dəyərində 01 ədəd od samovarı, 125 manat dəyərində 01 ədəd “Simpler” markalı su motoru, 110 manat dəyərində 01 ədəd laqonda, 45 manat dəyərində 01 ədəd drel, 50 manat dəyərində 01 ədəd taxta kəsən mişar, 100 manat dəyərində 01 ədəd “JVC” markalı televizor və 50 manat dəyərində 01 ədəd peyk antennasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs8 cəmi 780 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs31 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib və evin həyətyanı sahəsində olan hamam otağının qapısını sındıraraq qanunsuz daxil olmuş, oradan 80 manat dəyərində 01 ədəd su qızdırıcısı, habelə evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 180 manat dəyərində 01 ədəd su qızdırıcısı və 750 manat dəyərində «Shivaki» markalı televizoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs31 cəmi 1010 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən evi usta kimi təmir etdiyi müddətdə 18 mart 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs12 və həmin ünvanda işləyən digər ustaların evdə olmadığından istifadə edərək evin həyətyanı sahəsində quraşdırılmış 500 manat dəyərində 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MlNİ EOLO 28 3 E» model kombi istilik sistemini, habelə evin içərisindən hər birinin dəyəri 64 manat təşkil edən 03 ədəd 8-lik radiator, hər birinin dəyəri 96 manat təşkil edən 02 ədəd 12-lik radiator və 112 manat dəyərində 01 ədəd 14-lük radiatoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs12 cəmi 996 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən evin həyətinə hasardan keçərək həyətdə olan əl damının qapısını sındırıb saxlanc yerinə qanunsuz daxil olmuş və oradan 170 manat dəyərində 01 ədəd su motoru, 100 manat dəyərində 01 ədəd drel, 130 manat dəyərində plastik boru yapışdıran ütü, 150 manat dəyərində 01 ədəd laqonda, dəyəri 170 manat təşkil edən çantada təmir açarları dəsti, 15 manat dəyərində 01 ədəd balta, 15 manat dəyərində 01 ədəd çəkici gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 cəmi 750 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 1068 nömrəli bağ evin həyətinə hasardan keçib evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, yataq otağından 300 manat dəyərində qaşıq dəsti və həmin otaqdakı şkafın içərisindən 350 manat nəğd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 cəmi 650 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X38 küçəsi, Yeni yaşayış massivində yerləşən bağ evinin həyətinə hasardan keçib və evin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 2500 manat dəyərində 01 ədəd 1974-cü ilin əl palazı, 500 manat dəyərində 01 ədəd əl işi olan nərdtaxta, 150 manat dəyərində 01 cüt yorğan, 250 manat dəyərində 01 ədəd uşaq arabası, hər birinin dəyəri 15 manat təşkil edən 06 ədəd oturacaq döşəkçə, 120 manat dəyərində 01 ədəd su motoru, 70 manat dəyərində 01 ədəd manqal, 300 manat dəyərinə 01 ədəd od samovarı, 200 manat dəyərində 4 gözlü qaz sobası, 85 manat dəyərində 01 ədəd sərinkeş, 100 manat dəyərində 01 ədəd radiator, ümumilikdə dəyəri 150 manat təşkil edən 01 ədəd gül qabı, 01 ədəd qənd qabı, 01 ədəd şirniyyat qabı və 02 ədəd şamdandan ibarət «Bogema» komplekt dəsti, 50 manat dəyərində 01 ədəd stolüstü lampa və hər birinin dəyəri 1 manat təşkil edən 60 ədəd stəkanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs5 cəmi 4625 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən nömrəsiz evin həyətinə hasardan keçib orada açıq qapısı olan hamama qanunsuz daxil olaraq həmin ünvanda kirayədə yaşayan Zərərçəkmiş şəxs18 məxsus dəyəri 180 manat olan 01 ədəd su qızdırıcısı, 500 manat dəyərində 01 ədəd qədim mis qazan, 500 manat dəyərində 01 ədəd qədim mis aftafa, habelə evin həyətində yerləşən hamamın yanında saxlanc yeri hesab olunan qapısı olmayan əl damma keçərək hər birinin dəyəri 80 manat təşkil edən 04 ədəd avtonom yağ radiatorları, 400 manat dəyərində «Toyota Prado» markalı avtomobilə aid 01 ədəd radiator, 200 manat dəyərində «Ford tranzit» markalı yük avtomobilinə aid 01 ədəd hidravlik sükanı, 450 manat dəyərində mis kabelləri, həmçinin evin aluminium pəncərəsinin dartıb açmaqla yaşayış sahəsinə daxil olub oradan 300 manat dəyərində 01 ədəd perferator, 60 manat dəyərində 01 ədəd dreli və evin həyətyanı sahəsindən Zərərçəkmiş şəxs17 əmlakından ibarət 550 manat dəyərində 1 kub 5x10x6 ölçüdə təzə alınmış taxta materialı, hər kv/m 100 manat təşkil edən 40 kv/m alüminium və plastik pəncərə və qapıları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs18 cəmi 2910 manat, Zərərçəkmiş şəxs17 isə cəmi 4550 manat məbləğində, ümumilikdə zərərçəkmiş şəxslərə 7460 manat xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz yarım tikili evin həyətinə keçib evin plastik pəncərəsini dartıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan hər kv/m 20 manat təşkil edən 4 kv/m kafel, 170 manat dəyərində 01 ədəd laqonda, 100 manat dəyərində 01 ədəd laqonda, 30 manat dəyərində 01 ədəd drel, 110 manat dəyərində 01 ədəd istilik radiatoru və bir metrinin dəyəri 1 manat təşkil edən 30 və 50 metrlik elektrik naqillərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs21 cəmi 570 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs33 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq yaşayış massivində yerləşən 156 nömrəli bağ evinin həyətinə hasardan keçib evin həyətindəki tövlənin dəmir barmaqlıqlarını sındırmaqla taxta pəncərəni açıb saxlanc yerinə qanunsuz daxil olmuş və oradan ümumilikdə dəyəri 80 manat təşkil edən kəlbətin, kəsici alət, dəmirkəsən mişar, çəkic, balta və açarlardan ibarət usta alətləri, 20 manat dəyərində 01 ədəd dəmir ling, hər birinin dəyəri 50 manat təşkil edən 04 ədəd dəmir barmaqlıq, ümumilikdə dəyəri 150 manat təşkil edən 12 ədəd 2 metrlik dəmir su boruları, hər birinin dəyəri 60 manat təşkil edən 03 ədəd 8 metr uzunluğunda su quyusunun dəmir boruları, habelə tövlənin damının üstündə ümumilikdə dəyəri 400 manat təşkil edən 20 ədəd 8 metr uzunluğunda armatur, həmçinin bağ evinin həyətyanı sahəsində yerləşən su hovuzuna quraşdırılmış 50 manat dəyərində 10 metr uzunluğunda su kranının başlığı və çuqun su borusu, həmin hovuzun kənarından 80 manat dəyərində 01 ədəd 2 metrlik pilləkan və 20 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs33 cəmi 1180 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs29 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq yaşayış massivinndə yerləşən 925 nömrəli bağ evinin həyətinə hasardan keçib evin dəmir barmaqlıqlarını sındırmaqla plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş və oradan 300 manat dəyərində 01 ədəd qədim samovar, 150 manat dəyərində 01 ədəd adi samovar, 220 manat dəyərində 01 ədəd laqonda, 180 manat dəyərində 01 ədəd laqonda, 355 manat dəyərində 01 ədəd drel, 130 manat dəyərində su qızdırıcısı, hər birinin dəyəri 50 manat təşkil edən 04 ədəd su kranı və 165 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs29 cəmi 1700 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X38 küçəsində yerləşən evin həyətinə hasardan keçib və evin mansarına qanunsuz daxil olmuş, oradan 1000 manat dəyərində 01 ədəd “Novella” markalı kombi istilik sistemi, 500 manat dəyərində 01 ədəd uşaq oyuncaq avtomobili, hər metri 50 qəpik təşkil edən 300 metr uzunluğunda elektrik naqili, hər birinin dəyəri 5 manat təşkil edən 05 ədəd elektrik uzadıcısı, 500 manat dəyərində 01 ədəd su dispenseri və 50 manat dəyərində 01 ədəd 2 gözlü elektrik sobasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs9 cəmi 2225 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Quliyev küçəsində yerləşən 284 nömrəli bağ evinin həyətinə hasardan keçib əvvəlcə evin pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan sandığın içərisindən 2000 manat dəyərində kilim, hər birinin dəyəri 1500 manat təşkil edən 02 ədəd yun xalça, hər birinin dəyəri 100 manat təşkil edən 06 ədəd yorğan, hər birinin dəyəri 100 manat təşkil edən 06 ədəd döşək, hər birinin dəyəri 50 manat təşkil edən 10 ədəd yastıq, hər birinin dəyəri 25 manat təşkil edən 06 ədəd mütəkkə, habelə həmin evin həyətyanı sahəsində yerləşən qarajın qapısını sındırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olmuş və oradan hər birinin dəyəri 200 manat təşkil edən 02 ədəd orta ölçüdə mis qazanlar, 300 manat dəyərində 01 ədəd iri ölçüdə mis qazan, 100 manat dəyərində 01 ədəd mis su səhəngi, ümumilikdə 500 manat dəyərində qab-qacaq dəsti, 60 manat dəyərində 01 ədəd balıq tutmaq qarmağı, 100 manat dəyərində 01 ədəd unitaz, 100 manat dəyərində 01 ədəd manqal və hər birinin dəyəri 2 manat təşkil edən manqal üçün nəzərdə tutulmuş 40 ədəd şiş, 500 manat dəyərində bir ədəd samovar, dəyəri 400 manat təşkil edən çay dəsti servisi, dəyəri 500 manat təşkil edən xörək dəsti servisini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs19 cəmi 9890 manat məbləğində xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının əvvələrində gecə saatlarında Zərərçəkmiş şəxs28 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz bağ evin həyətinə hasardan keçib əvvəlcə evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 350 manat dəyərində 01 ədəd hava kompressoru, 2000 manat dəyərində 01 ədəd “LG” markalı televizor, 350 manat dəyərində 01 ədəd hava çəkən cihaz, 450 manat dəyərində 01 ədəd “Panasonic” markalı ev kinoteatrı, ümumilikdə dəyəri 850 manat təşkil edən 04 ədəd səs yayıcısı, 200 manat dəyərində 01 ədəd “LG” markalı kompyuter monitoru, 150 manat dəyərində 01 ədəd od samovarı, ümumilikdə dəyəri 220 manat təşkil edən “Volkswagen” markalı avtomobilə aid 7 ədəd 1 litrlik bankalarda ötürücü yağı və 01 ədəd filtri, habelə həmin evin həyətyanı sahəsində yerləşən köməkçi otağın dəmir qapısını sındırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olmuş və oradan 800 manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd “Airfıl” markalı kombi istilik sistemi, 250 manat dəyərində 01 ədəd Almaniya istehsalı olan “Bosch” markalı laqonda, 150 manat dəyərində 01 ədəd Almaniya istehsalı olan “Blackdicker” markalı laqonda, 50 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisi, hər birinin dəyəri 60 manat təşkil edən 04 ədəd “Volkswagen” markalı avtomobilin təkərləri, 200 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan “Ural” markalı qaynaq aparatı, 120 manat dəyərində 01 ədəd Ukrayna istehsalı olan markası bilinməyən taxta kəsən mişarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs28 cəmi 6380 manat məbləğində xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin may ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan yaşayış massivində yerləşən nömrəsiz evin həyətinə hasardan keçib və evin həyətyanı sahəsində bağ evinə çəkilmiş elektrik naqillərini sökmüş və evin həyətində yerləşən əl damının qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan mis məmulatlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs20 cəmi 4000 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs27 Qəldir oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz evin həyətinə hasardan keçib evin zirzəmisinin plastik qapısını sındırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olmuş, oradan 1500 manat dəyərində 01 ədəd kombi istilik sistemi, 150 manat dəyərində 01 ədəd su qızdırıcısı, 130 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili, 300 manat dəyərində 120 uzunluğunda plastik boru və hər birinin dəyəri 5 manat təşkil edən 12 ədəd vintili gizli olaraq talamaqla Zərərçəkmiş şəxs27 cəmi 2140 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 iyun 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə və açıq pəncərədən torunu çıxardıb qanunsuz daxil olmaqla oradakı yataq otağından şkafın içərisindən 15 manat dəyərində əl çantasının içərisində şüşə bankada olan dəmir əskinazlarla olan 300 manat nəğd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs15 ümumilikdə 315 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 iyun 2022-ci il tarixdən 07 iyun 2022-ci il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 999 nömrəli evin həyətinə hasardan keçib və evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 400 manat dəyərində 01 ədəd “Gree” markalı kondisioner, 50 manat dəyərində televizor tuneri və ümumilikdə 50 manat dəyərində elektrik avadanlıqlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs10 cəmi 500 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 iyun 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə və açıq pəncərənin quraşdırılması üçün nəzərdə tutulan yerdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradakı qonaq otağından 750 manat dəyərində «Reffle» markalı televizoru gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 750 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən evin həyətinə hasardan keçib və evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 2000 manat dəyərində 01 ədəd "LG” markalı televizor, 500 manat dəyərində 01 ədəd “Toshiba” markalı televizor, 1200 manat dəyərində 01 ədəd “Hisense” markalı kondisioner, hər birinin dəyəri 100 manat olan, ümumi dəyəri 200 manat təşkil edən 02 ədəd qaynaq aparatı, 200 manat dəyərində 01 ədəd taxta kəsən, 120 manat dəyərində 01 ədəd dəmir kəsən dəzgah, hər birinin dəyəri 80 manat, ümumi dəyəri 160 manat təşkil edən 02 ədəd laqonda və 50 manat dəyərində 01 ədəd dreli gizli olaraq talamaqla Zərərçəkmiş şəxs13 cəmi 4430 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs14 məxsus ünvan 4 ünvanındakı fərdi yaşayış evin həyətinə hasardan keçib və evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olmuş, oradan 350 manat dəyərində 01 ədəd «Score» markalı televizor, 30 manat dəyərində 01 ədəd şirəçəkən aparat və 30 manat dəyərində blender aparatı, habelə evin həyətyanı sahəsindən 140 manat dəyərində 01 ədəd su qızdırıcısını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs14 cəmi 550 manat məbləğində ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd 009223 nömrəli, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “ME38 Magnum-6R” modelli yivli odlu silah revolveri zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd patronla əldə edib özündə saxlamaqla daşıyaraq gəzdirmiş, 13 iyul 2022-ci il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə özünü şübhəli apardığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X27 8-ci Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ arxa tərəfdən bel hissəsinə keçirilmiş və şəffaf sellofan torbasına bükülmüş vəziyyətdə 01 ədəd 009223 nömrəli, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “ME38 Magnum-6R” modelli yivli odlu silah revolver və zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 gün əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz piyada gəzərkən zibilliyin yanında ağ rəngli sellofan paket aşkar etmiş, sellofon torbanı açdığı zaman torbanın içərisində 01 ədəd silah, 5 ədəd patron və 4 ədəd giliz olduğunu müəyyən etmişdir. O, həmin tapançanı, patronları və gilizləri götürərək əynindəki şalvarın arxa tərəfində kəmərə bərkitmiş və üzərində gəzdirərək yaşadığı evə gətirmişdir. Həmin tapançanı, darağını və gilizləri yaşadığı evdə bir müddət saxlamış, bir müddət sonra polis əməkdaşları tərəfindən tutulma ehtimalını nəzərə alaraq tapdığı yerə tullamaq qərarına gəlmişdir. Bu məqsədlə, 13 iyul 2022-ci il tarixdə, saat 11:20 radələrində tapançanı, giliz və patronları ilə birlikdə əynində olan şalvarın arxa tərəfində kəmərin altında gizlətmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə piyada gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. O, üzərində silah olduğu üçün polis əməkdaşlarından yayınmağa çalışmış, lakin, davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-yə getmişdir. Bölmədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Polis Bölməsində xidməti otaqlardan birində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş, qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olubolmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ arxa tərəfdən bel hissəsinə keçirilmiş və şəffaf sellofan torbasına bükülmüş vəziyyətdə 01 ədəd silahı, həmin sellofan paketin içərisində 05 ədəd patron və 04 ədəd gilizləri təqdim etmişdir. Polis əməkdaşları silahı haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq aşkar edilmiş tapançanı, gilizlər və patronları saxlanılmamışdan təxminən 20 gün əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz piyada gəzərkən zibillikdən tapdığını, heç bir məqsədi olmadan götürərək evə gətirdiyini və orada saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança, 05 ədəd patronları və 04 ədəd giliz qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Bundan əlavə, o, bildirmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə ona elan ittiham üzrə özünü qismən təqsirli bilir. Ona ittiham edilmiş edilmiş əməllərini bir çoxu tərəfindən törədilsə də, hansı tarixlərdə hansı evlərdən oğurluq etdiyini dəqiq xatırlamır. Bu barədə ibtidai istintaq zamanı ifadə vermişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşamaqla "xxxx" MMC-nin baş mühasibi işləyir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, Yeni yaşayış massivində bir mərtəbəli bağ evi var. Həmin evdə daimi yaşayış olmasa da, arasıra ailəsi ilə birlikdə oraya getmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında həmin bağ evində olduğu zaman bağ evində heç bir dəyişiklik olmamış, lakin, 10 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında bağ evinə getdiyi zaman evin yataq otağının çöldən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olaraq evin otaqlarına baxış keçirdiyi zaman bir ədəd “LG” markalı televizor, bir ədəd od samovarı, evin həyətindəki hamam otağından bir ədəd uşaq velosipedi, 3 ədəd su kranı və dəyəri olmayan bir neçə geyim paltarının oğurlandığını aşkar etmişdir. Bununla bağlı, o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onun ərizəsi alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 565 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən 665 nömrəli bağ evi ona məxsusdur və həmin evdə yalnız yay fəslində yaşayırlar. Sonuncu dəfə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən bağ evində 05 yanvar 2022-ci il tarixdə olmuş, bağ evindən hər hansı əşyanın oğurlandığını aşkar etməmişdir. 30 yanvar 2022-ci il tarixdə, saat 14:30 radələrində bağ evinə getdiyi zaman naməlum şəxsin evin hasarından həyətə daxil olub, evin həyətində olan 800 manat dəyərində su hovuzunun dəmir piləkənlərini, 100 manat dəyərində su quyusunun dəmirdən olan qapağını, 100 manat dəyərində dəmirdən olan çarpayını, 500 manat dəyərində həyətdəki hamamın üstündə mişar daşının üzərində yerləşdirdikləri dəmir su çəninin oğurladığını aşkar etmişdir. O, evə daxil olduğu zaman evin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını, plastikdən olan pəncərənin sıxılmaqla açıldığını görərək evə baxış keçirmiş, qızı üçün cehiz aldığı 1200 manat dəyərində qonaq otağı üçün nəzərdə tutulmuş çılçırağın, yataq otağı üçün nəzərdə tutulmuş 600 manat dəyərində çılçırağın, 1260 manat dəyərində “Karaca” firmasına məxsus qazan dəstinin, 1200 manat dəyərində “Versace” firmasına məxsus bıçaq-çəngəl dəstinin, 250 manat dəyərində tozsoranın, 230 manat dəyərində ət çəkənin, 100 manat dəyərində blenderin, 250 manat dəyərində elektrik sobasının, 80 manat dəyərində mətbəx üçün nəzərdə tutulmuş ədviyyat qablarının, 120 manat dəyərində gündəlik istifadə üçün nəzərdə tutulmuş 12 ədəd bıçaq çəngəlin, 370 manat dəyərində İran İslam Respublikasının istehsalı olan 4,5X5 metr ölçüdə xalçanın, 250 manat dəyərində 3X2 metr ölçüdə Belçika istehsalı olan xalçanın, 300 manat dəyərində “Soft” firmasına məxsus 2 ədəd qış yorğanının, 250 manat dəyərində “Soft” firmasına məxsus 2 ədəd yay yorğanının, 230 manat dəyərində 6 ədəd “Karaca” firmasına məxsus yastığın, 2600 manat dəyərində “LG” firmasına məxsus oval formalı 49 diaqonallı televizorun və 800 manat dəyərində servisin oğurlandığını müəyyən etmişdir. O, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, bir müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 11590 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır və fərdi qaydada ev ustası işləyir. O, 2022-ci ilin fevral ayının əvvəllərindən Rəsmiyə Sadıqovaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağları 2 ünvanında yerləşən bağ evində usta kimi işləməyə başlamış, həmin müddət ərzində müəyyən təmir alətlərini aparıb-gətirmək çətin olduğu üçün həmin avadanlıqları bağ evinin qarajına qoymuşdur. 09 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində gündəlik işini yekunlaşdıraraq oradan çıxmış, 10 fevral 2022-ci il tarixdə, səhər saatlarında bağ evinə gəldiyi zaman qarajın darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Qaraja daxil olub içəri baxdıqda özünə məxsus 250 manat dəyərində 01 ədəd kompressorun, hər birinin dəyəri 75 manat təşkil edən 02 ədəd drelin, 30 manat dəyərində 01 ədəd drelin, 250 manat dəyərində 01 ədəd lazer ölçülü aparatın, 500 manat dəyərində 01 ədəd taxta kəsən aparatın və 60 manat dəyərində 01 ədəd laqondanın oğurlandığını aşkar etmişdir. O, daha sonra bağ evinə nəzər yetirmiş, evin arxa tərəfindəki pəncərənin dəmir barmaqlığının yerindən çıxarıldığını və plastik pəncərənin açıq olduğunu görərək evdən oğurluq edildiyini düşünmüş, bununla bağlı, ev sahibi Rəsmiyə Sadıqovaya zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1240 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindən torpaq sahəsi alaraq həmin torpaq sahəsində bir mərtəbəli, üç otaqlı ev inşa etdirmiş, evin tikintisi başa çatdıqdan sonra özü və ailə üzvləri ara-sıra həmin evə getsə də, orada daimi yaşayış olmamışdır. 05 fevral 2022-ci il tarixdə həyat yoldaşı Əmir İsmayılovla birlikdə qeyd olunan bağ evində olmuş, lakin, hər hansı oğurluq faktı aşkar etməmişdir. 26 fevral 2022-ci il tarixdə həyat yoldaşı X13 ilə bilikdə yenidən özünə məxsus bağ evinə getdiyi zaman evin qonaq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlıqların sındırıldığını, plastikdən hazırlanmış pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra Əmir İsmayılovla birlikdə evə daxil olmuş və evdə olan əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Evdən oğurluq edildiyini düşünərək evin otaqlarına baxış keçirmiş, evdə olan 1 ədəd kombi aparatının, həmin aparatın qızdırıcısının, 1 ədəd “Samsung” markalı televizorun, 1 ədəd televizorun kanallarını idarə edən “Mineks” aparatının, 1 ədəd od samovarının oğurlandığını müəyyən etmişdir. Bununla bağlı həyat yoldaşı Əmir İsmayılov DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən evə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2050 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin yay aylarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivində yerləşən 619Q saylı bağ evi alaraq 1 mərtəbəli ev tikdirmişdir. Sonuncu dəfə, 20 fevral 2022-ci il tarixdə bağ evində olduğu zaman hər hansı bir oğurluq faktı aşkar etməmişdir. 26 fevral 2022-ci il tarixdə günorta saatlarında bağ evinə gəldiyini zaman pəncərənin dəmir barmaqlığının sındırıldığını, pəncərənin isə açıq vəziyyətdə olduğunu görərək evə daxil olmuş, evin dağınıq vəziyyətdə olduğunu görərək evdən oğurluq edildiyini anlamışdır. O, evə baxış keçirmiş, baxış zamanı 150 manat dəyərində bir ədəd balaca soyuducunun, 150 manat dəyərində bir ədəd od samovarının, 125 manat dəyərində bir ədəd “Simpler” markalı su motorunun, 110 manat dəyərində bir ədəd laqondanın, 45 manat dəyərində bir ədəd drelin, 50 manat dəyərində bir ədəd taxta kəsən mişarın, 100 manat dəyərində bir ədəd “JVC” markalı televizorun və 50 manat dəyərində bir ədəd peyk antennasının tünerinin oğurlandığını aşkar etmişdir. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən evə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. 2022-ci ilin aprel ayının sonlarında Cəlilabad rayonuna anasının ata yurduna getmişdir. Arada 15 iyun 2022-ci il tarixdə evə gəlib baş çəkdikdə qeyri qanuni hadisə ilə rastlaşmamış və axşam saatlarında yenidən rayona qayıtmışdır. 06 iyul 2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evə gəldikdə naməlum şəxsin evin həyətinə hasardan keçib mətbəxin plastik pəncərəsini açmaqla oğurluq etdiyini aşkar etmişdir. Belə ki, evə nəzər yetirdikdə qonaq otağından ona məxsus 350 manat dəyərində 01 ədəd «Score» markalı televizor, mətbəxdən 30 manat dəyərində 01 ədəd şirəçəkən aparat, 30 manat dəyərində 01 ədəd blender aparatı və evin həyətindən 140 manat dəyərində 01 ədəd su qızdırıcısı oğurlanmışdır. O, əvvəlcə evdən televizor və su qızdırıcısının oğurlandığını bilmiş, bu səbəbdən hadisə günü izahatında məhz həmin əşyaların oğurlandığını göstərmişdir. Lakin sonradan qeyd etdiyi qalan əşyaların da oğurlandığını bilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə ədaqədar o, 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirtmişlər və özü hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində oan 550 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, təxminən 3 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X38 küçəsi, Yeni yaşayış massivi ünvanında bağ evi almış, həmin bağ evinə ailə üzvləri ilə birlikdə ara-sıra getmişdir. Sonuncu dəfə, 27 mart 2022-ci il tarixdə bağ evində olmuş, lakin, hər hansı oğurluq faktı aşkar etməmişdir. 30 mart 2022-ci il tarixdə, saat 15:00 radələrində bağ evinə getdiyi zaman evin yataq otağının plastik pəncərəsinin dəmir barmaqlığının qırıldığını və evin giriş qapısının içəridən sındırıldığını müəyyən etmişdir. Evdən oğurluq edildiyini anladığı üçün otaqlara baxış keçirmiş, baxış zamanı 2500 manat dəyərində 01 ədəd 1974-cü ilin əl palazının, 500 manat dəyərində 01 ədəd əl işi olan nərdtaxtanın, 01 cüt 150 manat dəyərində yorğanın, 01 ədəd 250 manat dəyərində uşaq arabasının, hər birinin dəyəri 15 manat təşkil edən 06 ədəd oturacaq döşəkçənin, 120 manat dəyərində 01 ədəd su motorunun, 70 manat dəyərində 01 ədəd manqalın, 300 manat dəyərində 01 ədəd od samovarının, 200 manat dəyərində 4 gözlü qaz sobasının, 85 manat dəyərində 01 ədəd sərinkeşin, 100 manat dəyərində 01 ədəd radiatorun, ümumilikdə dəyəri 150 manat təşkil edən 01 ədəd gül qabının, qiymətini dəqiq bilmədiyi 01 ədəd qənd qabının, 01 ədəd şirniyyat qabının, 02 ədəd şamdandan ibarət «Bogema» komplekt dəstinin, 50 manat dəyərində 01 ədəd stolüstü lampanın və hər birinin dəyəri 1 manat təşkil edən 60 ədəd stəkanın oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4625 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o, Lerik rayonu, Kəlvəz kəndində ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildən dayısı oğlu Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. 2022-ci ilin fevral ayının ortalarında anasının vəfat etməsi ilə əlaqədar Lerik rayonuna getmişdir. Həmin müddətdə qardaşı Əbiş Quliyev arabir Gülçülük sovxozundakı evə gedərək ağacları suvarmışdır. Sonuncu dəfə 31 mart 2022-ci il tarixdə kirayə yaşadığı evdə olmuş, axşam saatlarında oradan çıxaraq Lerik rayonuna getmişdir. 03 aprel 2022-ci il tarixdə, səhər saatlarında qardaşı Əbiş evə gəlib baş çəkdikdə oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Bununla bağlı Əbiş ona zəng etmiş və şəxsi işləri ilə bağlı başı qarışıq olduğu üçün hadisə ilə əlaqədar 06 aprel 2022-ci il tarixdə 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona məlum olmuşdur ki, oğurluq edən şəxs (şəxslər) evin həyətində yerləşən, açıq qapısı olan hamama daxil olaraq oradan ona məxsus dəyəri 180 manat olan 01 ədəd su qızdırıcısı, 500 manat dəyərində 01 ədəd qədim mis qazan, 500 manat dəyərində 01 ədəd qədim mis aftafa, habelə evin həyətində yerləşən, hamamın yanında qapısı olmayan əl damma keçərək ona məxsus hər birinin dəyəri 80 manat təşkil edən 04 ədəd avtonom yağ radiatorları, 400 manat dəyərində «Toyota Prado» markalı avtomobilə aid 01 ədəd radiator, 200 manat dəyərində «Ford tranzit» markalı yük avtomobilinə aid 01 ədəd hidravlik sükanı, 450 manat dəyərində mis kabelləri, həmçinin evin alüminium pəncərəsinin dartıb açmaqla içəriyə daxil olub oradan ona məxsus 300 manat dəyərində 01 ədəd perferator, 60 manat dəyərində 01 ədəd drel və dəyəri olmayan xatırlamadığı xırda əşyaları oğurlamışdır. Bundan başqa evin həyətyanı sahəsindən evin sahibi Zərərçəkmiş şəxs17 məxsus 550 manat dəyərində 1 kub 5x10x6 ölçüdə təzə alınmış taxta materialı, hər kv/m 100 manat təşkil edən 40 kv/m alüminium və plastik pəncərə və qapılar oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2910 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yay aylarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X38 küçəsində ev tikmək üçün 6 sot torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. 14 aprel 2022-ci il tarixdə həmin evdə olduğu zaman hər hansı bir oğurluq faktı aşkar edilməmişdir. Həmin gün saat 20:00 radələrində çıxıb getmiş, 16 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində evə gəldikdə darvazanın qapısının açıq olduğunu görmüş, evin mansarına qalxdıqda orada bir ədəd “Novella” markalı kombi istilik sistemi, bir ədəd sürmək üçün nəzərdə tutulmuş qırmızı rəngli uşaq oyuncaq avtomobili, 300 metr uzunluğunda elektrik naqili, beş ədəd elektrik uzadıcısı, bir ədəd su dispenseri və bir ədəd 2 gözlü elektrik sobasının oğurlandığını aşkar etmişdir. Yarım tikili evdən oğurluq olduğunu başa düşüb 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmiş, özü də bununla bağlı 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsini törətməkdə şübhələndiyi şəxs yoxdur. Hadisə nəticəsində ona məxsus 1000 manat dəyərində bir ədəd “Novella” markalı kombi istilik sistemi, 500 manat dəyərində bir ədəd uşaq oyuncaq avtomobili, hər metri 50 qəpik təşkil edən 300 metr uzunluğunda elektrik naqili, hər bir dəyəri 5 manat təşkil edən beş ədəd elektrik uzadıcısı, 500 manat dəyərində bir ədəd su dispenseri və 50 manat dəyərində bir ədəd 2 gözlü elektrik sobası oğurlanmış, nəticədə ona ümumilikdə 2225 manat maddi ziyan dəydiyini təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 Məmmədəli qızı ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdən 01 may 2022-ci il tarixdə saat 13:00-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ə.Quliyev küçəsində yerləşən 284 saylı bağ evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edir. Belə ki, 18 mart 2022-ci il tarixdə yarım tikili bağ evinə baş çəkməyə getmiş, həmin vaxt heç bir oğurluq baş verməmişdir. 01 may 2022-ci il tarixdə saat 13:00 radələrində bağ evinə gəldikdə oğurluq olduğunu aşkar etmişdir. Nəzər yetirdikdə bağ evin həyətində olan qarajın qapısı açıq olmuş və içərisindən ona məxsus hər birinin dəyəri 200 manat təşkil edən 02 ədəd orta ölçüdə mis qazanlar, 300 manat dəyərində 01 ədəd iri ölçüdə mis qazan, 100 manat dəyərində 01 ədəd mis su səhəngi, ümumilikdə 500 manat dəyərində qab-qacaq dəsti, 60 manat dəyərində 01 ədəd balıq tutmaq qarmağı, 100 manat dəyərində 01 ədəd unitaz, 100 manat dəyərində 01 ədəd manqal və hər birinin dəyəri 2 manat təşkil edən manqal üçün nəzərdə tutulmuş 40 ədəd şiş, 500 manat dəyərində bir ədəd samovar, dəyəri 400 manat təşkil edən çay dəsti servisi, dəyəri 500 manat təşkil edən xörək dəsti servisi, habelə evin birinci mərtəbəsində olan pəncərədən daxil olaraq oradakı otaqda olan sandığın içərisindən 2000 manat dəyərində kilim, hər birinin dəyəri 1500 manat təşkil edən 02 ədəd yun xalça, hər birinin dəyəri 100 manat təşkil edən 06 ədəd yorğan, hər birinin dəyəri 100 manat təşkil edən 06 ədəd döşək, hər birinin dəyəri 50 manat təşkil edən 10 ədəd yastıq, hər birinin dəyəri 25 manat təşkil edən 06 ədəd mütəkkə oğurlanmışdır. Nəticədə ona 9890 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində torpaq sahəsi alıb orada 1 mərtəbə və mansardan ibarət fərdi yaşayış evi tikdirmişdir. Orada mütəmadi yaşayış olmasa da, əsasən yay aylarında ailəsi ilə gedib qalmışdır. 29 aprel 2022-ci il tarixdə bağ evində olduğu zaman hər hansı bir oğurluq faktı aşkar edilməmişdir. 03 may 2022-ci il tarixdə saat 12:00 radələrində bağ evinə gəlib baş çəkdikdə həyətdə olan köməkçi otağın qapısının açıq olduğunu, həmçinin evin birinci mərtəbəsinin plastik pəncərəsi də dartılıb açılmışdır. Bağ evindən oğurluq olduğunu başa düşüb 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, özü də bununla bağlı 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsini törətməkdə şübhələndiyi şəxs yoxdur. Evi nəzərindən keçirdikdə məlum olmuşdur ki, həyətdə olan köməkçi otaqdan ona məxsus 800 manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd “Airfıl” markalı kombi istilik sistemi, 250 manat dəyərində 01 ədəd Almaniya istehsalı olan “Bosch” markalı laqonda, 150 manat dəyərində 01 ədəd Almaniya istehsalı olan “Blackdicker” markalı laqonda, 50 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisi, hər birinin dəyəri 60 manat təşkil edən 04 ədəd “Volkswagen” markalı avtomobilin təkərləri, 200 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan “Ural” markalı qaynaq aparatı, 120 manat dəyərində 01 ədəd Ukrayna istehsalı olan markasını xatırlamadığı taxta kəsən mişar, evin içərisindən isə 350 manat dəyərində 01 ədəd hava kompressoru, 2000 manat dəyərində 01 ədəd “LG” markalı televizor, 350 manat dəyərində 01 ədəd hava çəkən cihaz, 450 manat dəyərində 01 ədəd “Panasonic” markalı ev kinoteatrı, ümumilikdə dəyəri 850 manat təşkil edən 04 ədəd səs yayıcısı, 200 manat dəyərində 01 ədəd “LG” markalı kompyuter monitoru, 150 manat dəyərində 01 ədəd od samovarı, ümumilikdə dəyəri 220 manat təşkil edən “Volkswagen” markalı avtomobilə aid 7 ədəd 1 litrlik bankalarda ötürücü yağı və 01 ədəd filtrin oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 6380 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, Gəgiran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsamayılov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Həmçinin 2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində 2 sot torpaq sahəsi almış və həmin vaxtdan torpaq sahəsində fərdi yaşayış evi tikilsə də təmir olunmamış və yaşayış yoxdur. 01 iyun 2022-ci il tarixdə Albalılıq bağ massivindəki evə baş çəkmiş, heç bir qeyri qanuni hadisə ilə rastlaşmamışdır. 13 iyun 2022-ci il tarixdə qeyd olunan ünvandakı evə gəlmiş, evin zirzəmisinin plastik qapısının sındırılaraq açıq vəziyyətdə olduğunu aşkar etmişdir. İçəriyə daxil olduqda evin zirzəmisindən ona məxsus bir ədəd 1500 manat dəyərində kombi aparatı, 01 ədəd 150 manat dəyərində su qızdırıcısı, 130 manat dəyərində 30 metr uzunluğunda elektrik naqili, 300 manat dəyərində 120 uzunluğunda plastik boru və hər birinin dəyəri 5 manat təşkil edən 12 ədəd vintilin oğurlandığını aşkar etmişdir. Həmin vaxt atası X24 da onun yanında olduğu üçün sonuncu 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Guman etmişdir ki, oğurluq edən şəxs (şəxslər) evin həyətinə hasardan keçmişlər. Belə ki, evin həyətinin dəmir darvaza və qapısı bağlı olmuş, oraya müdaxilə olunmamışdır. Hadisə nəticəsində ona 2140 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, nömrəsiz evdə kirayədə yaşayır. X1 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və 24 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunda döyüşdə yaralanaraq əlil olmuşdur. Bu səbəbdən 2020-ci ilin noyabr ayının əvvələrində Aminin müalicə olunması ilə əlaqədar Beyləqan rayonundan Bakı şəhərinə gəlmiş və həmin vaxtdan etibarən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində kirayə ev götürərək orada yaşayır. 12 yanvar 2022-ci il tarixdə oğlunun müalicəsi ilə əlaqədar Quba rayonuna Mərkəzi xəstəxanaya getmiş, 22 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində kirayə yaşadığı mənzilə geri qayıtdığı zaman 1200 manat dəyərində 01 ədəd «LG» markalı paltaryuyan maşının, 470 manat dəyərində 01 ədəd «LG» markalı televizorun, 1900 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan «Çayka» markalı qızıl kişi qol saatının, 1000 manat dəyərində 01 ədəd qadın nişan üzüyünün, 130 manat dəyərində 01 ədəd markasını xatırlamadığı ət çəkən maşının, 160 manat dəyərində 01 ədəd markasını xatırlamadığı ütünün və soyuducudan 50 manat dəyərində hind toyuğunun oğurlandığını müəyyən etmişdir. O, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, bir müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4910 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin məzunudur. Faktiki yaşadığı ev təmirli olsa da, əvvəl orada yaşayış olmamışdır. Belə ki, valideynləri Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış, özü isə təhsil aldığı Hərbi məktəbdə qalmışdır. Qeyd olunan evdə yaşayış olmadığı üçün evə nəzarət etməyi onlarla qonşuluqda yaşayan anasının bibisi oğlu Rafiq Məmmədova xahiş etmişdir. 28 avqust 2021-ci il tarixdə Rafiq atasına və ona zəng edərək evdən oğurluq edildiyini, bununla bağlı DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən evə baxış keçirildikdən sonra məlum olmuşdur ki, naməlum şəxs hasardan aşaraq evin həyətinə keçmiş, oradan isə dəmir barmaqlıqları əyməklə plastik pəncərəni açıb mənzilin qonaq otağına daxil olaraq həmin otaqdan 2800 manat dəyərində «Toshiba» markalı televizoru oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində ona 2800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Goradil bağlar massivində 3 mərtəbəli fərdi yaşayış evi tikdirmiş, lakin, ev təmirsiz olduğu üçün yaşayış olmamışdır. Buna baxmayaraq evin təmiri üçün lazım olan müxtəlif növ təmir avadanlıqları alaraq evə yığmışdır. Sonuncu dəfə həmin evdə oğurluq hadisəsi baş verməmişdən təxminən 15-20 gün əvvəl olmuşdur. 31 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində evə gələrkən evin həyət qapısının açıq vəziyyətdə olduğunu görərək evin həyətinə daxil olmuş, evin ümumi giriş qapısı bağlı vəziyyət olmuşdur, lakin, evin arxa hissəsinə baxdıqda evin arxa hissəsinin plastik qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olaraq ətrafa nəzər yetirmiş, çoxlu sayda kanalizasiya borusunun, kabel xətlərinin, həm rulon şəkilində, həm də, divardan kəsilərək oğurlandığını müəyyən etmişdir. Daha sonra bütün mərtəbələrə qalxaraq baxış keçirmiş həyətin trapının, işıq şitlərinin, 10-15 kisə sementin, 10-15 kisə alçının, müxtəlif sayda və ölçüdə taxtaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, bir müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 5000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Xələc kəndində qeydiyyatda olmaqla ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən 150 kv/m ölçüdə torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdirsə də, təmirini başa çatdıra bilməmişdir. Həmin evdə özünə məxsus məişət əşyalarını saxlamışdır. 15 yanvar 2022-ci il tarixdə həmin ünvanda olmuş, lakin, hər hansı əşyanın oğurlandığını aşkar etməmişdir. 30 yanvar 2022-ci il tarixdə, saat 12:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən təmirsiz fərdi yaşayış evinə gəldiyi zaman evin sol hissəsində plastik pəncərənin dəmir barmaqlığının çıxarılaraq yerə atıldığını görərək evdən oğurluq edildiyini düşünərək evə baxış keçirmiş, baxış zamanı evə daxil olan naməlum şəxs və ya şəxslərin ona məxsus 100 manat dəyərində 01 ədəd elektrik samovarını, 50 manat dəyərində 01 ədəd elektrik çaydanını, 60 manat dəyərində 01 ədəd kondisioneri 300 manat dəyərində 01 ədəd xalçanı, 100 manat dəyərində 80 metr uzunluğunda elektrik naqilini və 45 manat dəyərində 01 ədəd su nasosunu oğurladıqlarını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 655 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki,o, 2012-ci ildən Bakı şəhərində yaşayır, ailə qurduqdan sonra atası Arif onun üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində torpaq sahəsi alaraq fərdi ev tikdirərək orada təmir işləri aparmışdır. Aparılan təmir işləri ilə bağlı evdə daimi yaşayış olmamışdır. 31 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər hasardan aşmaqla həmin evin həyətinə düşərək həyətdəki yardımçı tikililərin üzərinə yeni quraşdırılmış, hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 1000 manat olan 5 ədəd ağ rəngli təzə plastik qapılarını sökmüş, həyətdəki yardımçı tikili ilə evin arasında olan qapıdan evin içərisinə keçməklə oradan bir ədəd dəyəri 1500 manat olan kondisioneri, bir ədəd dəyəri 1600 manat olan elektrik generatorunu və ümumi dəyəri 900 manat olan doqquz top elektrik naqillərini oğurlayaraq həyətin darvazasını içəri tərəfdən açaraq hadisə yerini tərk etmişlər. Evdən edilmiş oğurluqla bağlı atası polisə zəng edərək məlumat verdiyi üçün ilkin sənədlərdə şikayətçi olaraq atası göstərlmiş, lakin, faktiki olaraq maddi ziyan ona dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanında yaşayır. Təxminən 1 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış sahəsindən 2 sot torpaq sahəsi alaraq orada fərdi yaşayış evi inşa etdirmiş, təxminən 2 ay əvvəl müxtəlif ölçülərdə və qiymətlərdə taxta material alıb evində yığmışdır. Tikinti işləri aparıldığı üçün həmin evdə yaşayış olmamış, mütəmadi olaraq evə gedib nəzarət etmişdir. 02 fevral 2022-ci il tarixdə, saat 12:00 radələrində həmin evə getdiyi zaman yarım tikilinin içərisində yığdığı 15 ədəd 6 metrlik və 15 ədəd 4 metrlik taxtanın yerində olmadığını görərək taxtaların oğurlandığını anlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları 2 ünvanında 6 sotdan ibarət torpaq sahəsi var. Qeyd olunan torpaq sahəsini aldıqdan sonra ətrafını hündürlüyü təxminən 2-3 metr olan daş hasar ilə əhatələmiş giriş qapısına isə dəmir qapı qoyduraraq bir mərtəbəli üç otaqlı ev tikdirmişdir. Bağ evində təmir işləri getdiyi üçün daimi yaşayış olmamışdır. 10 fevral 2022-ci il tarixdə, saat 09:00 radələrində evdə usta işləyən Elşad ona zəng edərək evdən oğurluq edildiyini bildirmiş, o, oğlu ilə birlikdə bağ evinə getmiş, evin arxa tərəfində olan pəncərənin üzərinə qoydurduğu dəmir barmaqlığın sındırıldığını, həmçinin, qarajın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirdiyi zaman evin mətbəxində olan 150 manat dəyərində 01 ədəd samovarın, 80 manat dəyərində 01 ədəd ət çəkən maşının, otaqda olan 100 manat dəyərində 01 ədəd nərdtaxtanın və təmir işlərinə üçün aldığı ümumi dəyəri 40 manata təşkil edən 01 top elektrik kabelinin oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 370 manat maddi ziyan dəymişdir. Bundan əlavə bağ evindən orada usta işləyən Elşad adlı ustaya məxsus təmir avadanlıqlarıda oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 yaşayış massivi, 804 və 806 nömrəli bağ evi var. 804 nömrəli bağ sahəsində 2 evi, 806 nömrəli bağ sahəsində isə 1 ev və köməkçi otağı var və onlar hamısı 1 mərtəbədən ibarətdir. 10 fevral 2022-ci il tarixdə bağ evində olduğu zaman hər hansı bir oğurluq faktı aşkar etməmiş, 11 fevral 2022-ci il tarixdə saat 14:00 radələrində bağ evinə gəldikdə 804 nömrəli bağ evinin taxta qapısı sındırıldığını görərək evə daxil olub baxış keçirmiş 300 manat dəyərində Rusiya istehsalı olan 01 ədəd “Podolsk” markalı tikiş maşını oğurlandığını aşkar edilmişdir. Həmçinin 804 nömrəli bağ evinin digər 2-ci evinin şüşələri sındırılmış vəziyyətdə olsa da, oradan heçnə oğurlanmamışdır. Daha sonra o, 806 nömrəli bağ evinə keçmiş, orada köməkçi otağın dəmir barmaqlıqlı qapısının asma qıfılının sındırıldığını görmüşdür. O, köməkçi otağa nəzər yetirdiyi zaman orada hər birinin dəyəri 5 manat təşkil edən 20 ədəd işıq spotunun, 01 ədəd 100 manat dəyərində soyuducu motorunun, 01 ədəd 80 manat dəyərində drelin, hər birinin dəyəri 9, 12 və 15 manat təşkil edən 03 ədəd qaz açarının, 01 ədəd 5 manat dəyərində kəlbətinin, hər birinin dəyəri 40 manat təşkil edən 02 ədəd mis qazanın, 01 ədəd 100 manat dəyərində şirə bişirən cihazın və ümumilikdə 150 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 951 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, o, ünvan 16 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 22 fevral 2022-ci il tarixdə saat təxminən 07:00 radələrində işə getmək üçün o, evdən çıxmış, oğlu Tahir Qurbanov saat 08:00 radələrində, iki qızı və arvadı isə saat 12:00 radələrində evdən çıxmışlar. 22 fevral 2022-ci il tarixdə, saat 14:30 radələrində oğlu Tahir ona zəng edərək evin pəncərəsinin açıq vəziyyətdə olduğunu, evin isə dağınıq vəziyyətdə olduğunu ona bildirmiş, o, dərhal evə getmiş, və evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evdən oğurluq edildiyini düşünərək evə baxış keçirmiş, yataq otağında dolabda olan qadın pul kisəsinin içərisindən 600 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 6 sot torpaq sahəsi alaraq orada 1 mərtəbəli 2 otaqlı ev inşa etdirmişdir. 5 il həmin evdə yaşamış, lakin, sonradan həmin evdən köçmüşdür. Təxminən ayda 1 dəfə mütəmadi olaraq həmin evə gedib baxmışdır. Sonuncu dəfə, 10 fevral 2022-ci il tarixdə qeyd olunan evdə olmuş, hər hansı oğurluq faktı aşkar etməmişdir. Həmin ərəfədə evi kirayə vermək qərarına gələrək 13 mart 2022-ci il tarixdə evi kirayə vermək məqsədi ilə oraya getdikdə oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Belə ki, naməlum şəxs evin həyətinə hasardan keçib evdəki sanitar qovşağından 01 ədəd su qızdırıcısı oğurlamışdır. Həmçinin evin plastik pəncərəsini dartıb açıldığını görmüşdür. Evə girib baxdıqda ona məlum olmuşdur ki, evin giriş hissəsində sağ küncündə olan mətbəxdən 01 ədəd su qızdırıcısı, həmçinin qonaq otağından «Shivaki» markalı televizor oğurlanmışdır. Bundan sonra o, hadisə ilə bağlı 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Polis əməkdaşları evə gələrək hadisə yerinə baxış keçirmişlər. Özü isə oğurluq hadisəsi ilə bağlı ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1010 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Həmid Sultanov küçəsində özünə məxsus 4 otaqlı fərdi yaşayış evi var. O, ilkin olaraq həmin evi kirayə vermiş, lakin, sonradan evi təmir etdirərək satmaq qərarına gəlmişdir. Evin təmir işlərini tanışı Cavanşirə həvalə etmiş, Cavanşir evin təmir işləri ilə bağlı özü ilə birlikdə 3 nəfər usta gətirmişdir. O, hər gün qeyd olunan evə gedərək ustaların gördüyü təmir işlərinə nəzarət etmişdir. O, 19 mart 2022-ci il tarixdə, saat 12:30 radələrində həmin evə gedərək qapını döymüş, ustaları çağırmış və ev telefonuna yığdıqda cavab verən olmamışdır. Bundan sonra hasardan həyətə keçərək görmüşdür ki, həyətdə kombi istilik sisteminin əsas cihazı olan istilik paylayıcısı yerində yoxdur. Daha sonra ehtiyat açarı ilə evin qapısını açıb içəri girmiş və evdə də radiatorların olmadığını aşkar etmişdir. Bundan sonra Cavidanın istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ona məlumat vermişdir. Cavidan hadisə ilə bağlı Cavanşirə məlumat verdiyi üçün Cavanşir həmin ünvana gəlmiş, 18 mart 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin evdən çıxdıqlarını, lakin, ustalardan Azadın evdə qaldığını, ancaq, Azadın harada olması barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra Azadın istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxladıqda nömrəyə zəng çatmamışdır. Yaxınlıqda yaşayan qonşulardan onun həyətinə kənar avtomobilin gəlib gəlməməsini soruşduqda evin yaxınlığında mağaza işlədən Ataş adlı şəxs bildirmişdir ki, 18 mart 2022-ci il tarixdə saat 18:00 radələrində həmin Azad adlı usta ondan taksi fəaliyyəti ilə məşğul olub olmadığını soruşmuş, Ataş isə məşğul olmadığını Azada bildirmişdir. Bundan sonra onun evinin qarşısına VAZ 2104 markalı, hava yağışlı və qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını və rəngini seçmək mümkün olmayan avtomobil yaxınlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi 1083 nömrəli torpaq sahəsini alaraq orada 30 kv.m sahədə yay aylarında istirahət etmək üçün ev tikdirmişdir. Həmin evədə daimi yaşamasa da, həmin bağ evinə arabir gedərək nəzarət etmişdir. 21 mart 2022-ci il tarixdə, saat 12:00 radələrində bağ evinə gəldikdə qapını açamaq istəmiş, lakin, qapı açılmamışdır. O, hasardan keçərək həyətə daxil olmuş, qapının arxadan kiminsə tərəfindən bağladığını görmüşdür. Həmçinin evin qapısı zədələnmiş, kimsə açmaq istəmişdir. Həyətdə olan əl damına baxdıqda isə qapının sındırıldığını, içəridə olan su motorunun, drelin, plastik boru yapışdıran ütünün, laqonda alətlərinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəydiyini götsrəmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 17 ünvanında ailəsi ilə birlikdə yaşayır. Uzun illərdir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində 1068 nömrəli bağ evi var. Həmin bağ evinə əsasən yay aylarında köçüb yaşayır, digər fəsillərdə ailə üzvləri ilə birlikdə ora gedərək nəzarət etmişdir. O, sonuncu dəfə, 20 mart 2022-ci il tarixdə bağ evində olmuş, lakin, hər hansı oğurluq faktı aşkar etməmişdir. 23 mart 2022-ci il tarixdə, saat 13:50 radələrində bağ evinə gəldiyi zaman evin yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüş, evə baxış keçirdikdə yataq otağında olan diplomatın içərisində olan 01 ədəd 300 manat dəyərində qaşıq dəstinin və həmin otaqdakı şkafın içərisində 350 manat nəğd pulun oğurlandığını aşkar etmişdir. O, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Bununla bağlı o, ərizə yazmış və izahatı alınmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, ünvan 18 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, 2000-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda özünə torpaq sahəsi alaraq orada ev tikdirmiş, həmin torpaq sahəsini mərhum qardaşı Yadigar Abbasovun arvadı Mərziyyə Vəliyevanın adına sənədləşdirmişdir. 2019-cu ildən Gülçülük sovxozundakı evində bibisi oğlu Zərərçəkmiş şəxs18 ailəsi ilə birlikdə kirayədə yaşamışdır. 03 aprel 2022-ci il tarixdə Habil onunla əlaqə saxlayaraq evdən evin həyətyanı sahəsindən ona məxsus taxta materialın, pəncərə və qapıların oğurlandığı bildirmişdir. Habilin sözlərinə görə oğurluq hadisəsi 31 mart 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək olan müddət ərzində baş vermiş və həmin müddət ərzində evdə heç kim olmamışdır. Hadisə ilə bağlı Habil 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Evin həyətyanı sahəsindən ona məxsus 550 manat dəyərində 1 kub 5x10x6 ölçüdə təzə alınmış taxta materialı, hər kv/m 100 manat təşkil edən 40 kv/m aluminium və plastik pəncərə və qapılar oğurlanmışdır. Hadisə nəticəsində ona 4550 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qağayı düşərgəsində ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə torpaq sahəsi alaraq orada ev inşa etdirmiş, lakin, evin təmir işləri tamamlanmadığı üçün orada yaşayış olmamışdır. Sonuncu dəfə, 07 aprel 2022-ci il tarixdə qeyd olunan evdə olmuş, hər hansı oğurluq faktı aşkar etməmişdir. 08 aprel 2022-ci il tarixdə, saat 10:00 radələrində qeyd olunan evə gəldiyi zaman plastik pəncərənin açıq olduğunu görərək, evə daxil olmuş, evdən dəyəri 20 manat təşkil edən 4 kv.m kafelin, dəyəri 170 manat olan 01 ədəd laqondanın, dəyəri 100 manat olan 01 ədəd laqondanın, dəyəri 30 manat olan 01 ədəd drelin, dəyəri 110 manat təşkil edən 01 ədəd istilik radiatorunun, metrinin dəyəri 1 manat təşkil edən 50 və 30 metrlik elektrik naqilləri oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, o, ünvan 20 ünvanında ailəsi ilə birlikdə yaşayır. 1998-ci ildən Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ evi 156 ünvanında ona məxsus bir mərtəbəli kürsülü bağ evi vardır. Əsasən ailəsi ilə birlikdə yay aylarında həmin bağ evinə gəlib orada qalmış, həmin bağ evi tam təmirlidir, və 24 sot torpaq sahəsi daşdan hörülmüş hasarla əhatələnmiş və həyətin dəmirdən gırmızı rəngli qapısı vardır. Evin həyətyanı sahəsində isə tövlə tikdirmiş və heyvan saxlamışdır. Həmin yeri saxlanc yeri kimi istifadə edir, orada dəmir borular, usta alətləri və sair avadanlıqları da həmin yerə yığmışdır. Tövlənin taxta qapısı, taxtadan pəncərəsi vardır və pəncərənin qarşısına dəmir barmaqlıq quraşdırılmışdır. Oğurluq hadisəsindən əvvəl, sonuncu dəfə təxminən 10 aprel 2022-ci il tarixdə o, həmin bağ evinə baş çəkdikdə hər şey yerində olmuşdur. Daha sonra 16 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində bağ evinə baş çəkməyə gələn zaman görmüşdür ki, naməlum şəxs və ya şəxslər hasardan bağ evinin həyətinə daxil olub həyətdəki tövlənin, yəni saxlanc yerinin taxta pəncərəsinin bayır tərəfindəki dəmir barmaqlığı sındırıb pəncərəni açmaqla içəri daxil olaraq oradan 01 ədəd sellofan torbaya yığdığı ümumilikdə 80 manatlıq usta alətləri (kəlbətin, kəsici alət, dəmirkəsən mişar, açarlar, çəkic və balta), 01 ədəd 20 manat dəyərində dəmir ling, hər biri 50 manat olan 04 ədəd dəmir barmaqlıqları, 12 ədəd iki mətrlik ümumilikdə 150 manat dəyərində dəmir su boruları, hər birinin dəyəri 60 manat olan üç ədəd 8 metr uzunluğunda su quyusunun dəmir boruları, tövlənin damının üstündə olan 8 metr uzunluğunda 20 ədəd ümumilkdə 400 manat dəyərində olan dəmir armatur borular, bağın həyətindəki su hovuzuna quraşdırılmış 50 manat dəyərində 10 metr uzunluğunda su kranının başlığı və çuqun su borusu və hovuzun kənarındakı 80 manat dəyərində 2 metr hündürlükdə dəmir pilləkan sökülməklə, su motorunun 20 metr uzunluğunda 20 manat dəyərində elektrik naqillərini kəsməklə oğurladığını aşkar etmişdir. Bundan sonra o, 14-cü polis bölməsinə gələrək ərizə ilə müraciət etmiş və hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 1180 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, o,«Xariqa» Estetik mərkəzində kosmetoloq işləyir. X10 onun böyük qardaşıdır. Sahil yük daşıma ilə məşğul olduğu üçün tez tez işi ilə əlaqədar Rusiya Federasiyası və Ukrayna dövlətinə gedib gəldiyinə görə 03 oktyabr 2020-ci il tarixdə bütün əmlakına dair notariat qaydada ona baş etibarnamə vermişdir. Belə ki, çox müddət xarici dövlətdə olduğu səbəbindən Sahilin buradakı işlərini özü görmüşdür. 2022-ci ilin yay ayından isə Sahil səhhəti ilə bağlı İran İslam Respublikasına getmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq yaşayış massivi, 925 nömrəli bağ evləri vardır. 10 aprel 2022-ci il tarixdə özü, Sahil və oğlu Bəhlul ilə birlikdə bağ evinə getmişdir. Oraya baş çəkdikdə qeyri qanuni hadisə ilə rastlaşmamışlar və həmin gün axşam saatlarında çıxıb getmişlər. 17 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində bağ evinə gəldikdə naməlum şəxs və ya şəxslərin evin həyətinə hasardan keçib plastik pəncərənin dəmir barmaqlığını sındıraraq pəncərəni də dartıb daxil olaraq oğurluq etdiyini aşkar etmişdir. Belə ki, evə nəzər yetirdikdə oradan 300 manat dəyərində 01 ədəd qədim samovar, 150 manat dəyərində 01 ədəd adi samovar, 220 manat dəyərində 01 ədəd laqonda, 180 manat dəyərində 01 ədəd laqonda, 355 manat dəyərində 01 ədəd drel, 130 manat dəyərində su qızdırıcısı, hər birinin dəyəri 50 manat təşkil edən 04 ədəd su kranı və 165 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar qardaşı Sahil 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirtmişlər və Sahil hadisə barədə ərizə ilə müraciət etmişdir. Həmin bağ evi onların ümumi əmlakıdır və bu səbəbdən hadisə nəticəsində ona 1700 manat maddi ziyan dəymiş, başqa əşyaların oğurlanmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan yaşayış massivində 15 sot torpaq sahəsində ev almışdır. Təxminən 10 may 2022-ci il tarixdə həmin evdə olduğu zaman heç bir oğurluq hadisəsi baş verməmişdir. 18 may 2022-ci il tarixdə saat 14:00 radələrində evə gəldikdə küçədən evin həyətinə çəkilmiş, ölçüsünü və uzunluğunu dəqiq xatırlamadığı elektrik naqillərinin çıxarıldığını görmüşdür. Bundan başqa evin həyətində olan, əl damı kimi istifadə olunan saxlanc yerindən ümumi çəkisi 300 kq olan mis məmulatlarının oğurlandığını aşkar etmişdir. Uzun müddət qaynaqçı işlədiyi üçün həmin vaxtlardan qaynaq aparatlarında olan sarğıları yığıb saxlamış və bu səbəbdən o çəkidə mis məmulatları onda olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4000 manat ziyan dəymişdir. Elektrik naqilləri və mis məmulatlarını ayrı-ayrılıqda hesablaya bilməmiş, ona görə də dəymiş zərəri ümumilikdə göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Dental» studio diş klinikasında xadimə işləyir. 04 iyun 2022-ci il tarixdə, saat 06:45 radələrində əri Əbülfəz Həsrətov ilə birlikdə yaşadıqları evdən çıxaraq iş yerlərinə getmiş, işə gedərkən mətbəxin pəncərəsini açıq qoymuşdur. Həmin gün, saat 18:30 radələrində evə gəldikdə mətbəxdəki pəncərənin torunun açıq olduğunu görərək otaqları nəzərdən keçirdikdə yataq otağındakı şkafın qapısının açıq olduğunu, şkafda qadın əl çantasının içərisində şüşə bankada qəpiklərlə yığdığı 300 manat nəğd pulun 15 manat dəyərində olan çanta ilə birlikdə oğurlandığını aşkar etmişdir. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirmişlər və özü hadisə ilə əlaqədar 14-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmçinin bundan sonra bir dəfə də 10 iyun 2022-ci il tarixdə saat 06:45 radələrində yaşadıqları evdən çıxaraq iş yerlərinə getmişlər, həmin gün saat 18:30 radələrində evə gəldikdə evdə şkafların dağınıq vəziyyətdə olduğunu, səliqə səhmanın pozulduğunu görüb yenə də oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Otaqları nəzərdən keçirdikdə qonaq otağında 750 manat dəyərində «Reffle» markalı televizorun oğurlandığını aşkar etmişdir. Evdə təmir işləri aparıldığı üçün qonaq otağında pəncərə qoyulmamışdır. Lakin qonaq otağına bayırdan qapı qoyulmuş və həmin qapı içəridən cəftəylə bağlı olmuşdur. Oğurluq edən şəxs pəncərədən qoyulası yerdən qonaq otağına daxil olmuş, televizoru isə həmin otaqdakı qapıdan çıxartmışdır. Belə ki, o, gələndə qonaq otağının qapısı açıq vəziyyətdə olmuşdur. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 21 ünvanda 0,05 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi var. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunub, tam təmirlidir, 3 otaqdan və 1 mətbəxdən ibarətdir. Evin pəncərələrinə dəmir barmaqlıqlar qoyulmamışdır. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Həmin ünvanda o, yaşamasa da, hər həftə evinə gedib baş çəkmişdir. Sonuncu dəfə təxminən 05 iyun 2022-ci il tarixdə evinə gedib baxdığı zaman, hər şey öz qaydasında olmuşdur. Növbəti dəfə 08 iyun 2022-ci il tarixdə günorta saatlarında evinə gedib baxdığı zaman, evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, ancaq qapının üzərində qıfıl işlək vəziyyətində olduğundan başa düşmüşdür ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər hansısa bağlı olan pəncərəsindən evə daxil olmuş və evin giriş qapısını içəridən açmaqla həmin qapıdan evi tərk etmişdir. Lakin o, naməlum şəxsin hansı pəncərədən evə daxil olduğunu müəyyən edə bilməmiş, çünki evin bütün pəncərələri içəridən bağlı vəziyyətdə olmuşdur. Bundan sonra evə daxil olub baxış keçirdiyi zaman qonaq otağından dəyəri 400 manat təşkil edən 01 ədəd “Gree” markalı kondisioner, 50 manat dəyərində “teletuner”-in və ümumilikdə 50 manat dəyərində elektrik avadanlıqlarının yerində olmadığını aşkar etmişdir. Daha sonra dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən fərdi ev onun özünə məxsusdur. 28 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində sözügedən evə gedən zaman evə kənar şəxslərin daxil olmasını hiss etmişdir. Bundan sonra evin ətrafına nəzər yetirmiş, lakin heç bir sınma və açılma aşkar etməmişdir. Bundan sonra evin qapısını açarla açıb içəri daxil olduqda evin içərisində dəyişikliklər və dağıntılar aşkar edərək DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonuncu dəfə 26 iyun 2022-ci il tarixdə axşam saat 21:00 radələrində evin qapılarını bağlayıb çıxmışdır. Beləliklə evə daxil olduqdan sonra evin bütün otaqlarına nəzər yetirmiş və kifayət qədər ev əşyaları və təmir alətlərinin oğurlanmasını aşkar etmişdir. Evdən 01 ədəd 2000 manat dəyərində “LG” markalı və 01 ədəd 500 manat dəyərində “Toshiba” markalı televizor olmaqla 02 ədəd televizorlar, 012 ədəd 1200 manat dəyərində “Hasense” markalı kondisioner motoru ilə birlikdə, həmçinin təmir alətlərindən hər birinin dəyəri 100 manat olan, ümumi dəyəri 200 manat təşkil edən 02 ədəd qaynaq aparatı, 200 manat dəyərində 01 ədəd taxta kəsən və 01 ədəd 120 manat dəyərində dəmir kəsən dəzgah, hər birinin dəyəri 80 manat, ümumi dəyəri 160 manat təşkil edən 02 ədəd laqonda və 50 manat dəyərində 01 ədəd drel oğurlanmışdır. Evin pəncərəsi və qapısı bağlı olduğu üçün özünə də müəmmalı olmuşdur ki, evə necə daxil olunub, lakin evin arxa pəncərəsinə müdaxilə olunmuşdur. Hadisə ilə əlaqədar hesablamalarına görə ona 4430 manat ziyan dəymiş, evə diqqətlə baxan zaman bütün suvenir və geyim əşyalarının evdə olduğunu aşkar etmişdir. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Əlahiddə X27 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsi daşıyır. 13 iyul 2022-ci il tarixdə, saat 11:20 radələrində Əlahiddə X27 8-ci Patrul Bölüyünün əməkdaşı Ayxan Səmədov ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa tərəfdən bel hissəsinə keçirilmiş və şəffaf sellofan torbasına bükülmüş vəziyyətdə 01 ədəd silahı, həmin sellofan paketin içərisində 05 ədəd patron və 04 ədəd gilizləri təqdim etmişdir. Təhqiqatçı tərəfindən silahı haradan, hansı məqsədlə əldə etdiyini soruşulduqda, cavab olaraq aşkar edilmiş tapançanı, gilizlər və patronları saxlanılmamışdan təxminən 20 gün əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsində dəniz piyada gəzərkən zibillikdən tapdığını, heç bir məqsədi olmadan götürərək evə gətirdiyini və orada saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança, 05 ədəd patronları və 04 ədəd giliz qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, fərdi qaydada təmir tikinti işləri ilə məşğul olur. Onunla qonşuluqda dayısı qızı X9 ailəsinin fərdi yaşayış evləri vardır, lakin bacısı gil Türkiyə Respublikasında yaşadığından həmin evdə yaşayış yoxdur. Onların xahişi ilə həmin evə özü və ailə üzvləri nəzarət edirlər. 26 avqust 2021-ci il tarixdə saat 09:00 radələrində o, növbəti dəfə dayısı qızı gilin evinə baxmağa getmiş və həyətə daxil olanda qonaq otağının pəncərəsinin dəmir barmaqlığının naməlum şəxs (şəxslər) tərəfindən qırılmasını və pəncərənin açıq olmasını görüb otağın içərisinə baxanda orada olan bir ədəd “Toshiba” markalı televizorun oğurlandığını aşkar etmişdir. Sonra bu barədə zəng edərək polisə və ev sahiblərinə məlumat vermişdir. O, sonuncu dəfə həmin evin həyətində 25 avqust 2021ci il tarixdə təxminən saat 21:00 radələrində olmuş və hər şeyin qaydasında olduğunu görmüşdür. Hadisənin həmin gün gecə radələrində baş verməsini guman etmişdir. Hadisə barədə ərizə ilə müraciət etsə də, bunu ev sahibləri olmadıqları üçün etmiş, əslində isə hadisə nəticəsində maddi ziyan dayısı qızı Röya Əliyeva və onun ailə üzvlərinə dəymişdir. Evdən yalnız bir ədəd “Toshiba” markalı televizoru oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Özü fərdi qaydada Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən bazarın qarşısındakı mağazada məişət əşyalarının (laqonda, drel, ət maşını və s.) satışı ilə məşğul olub dolanır. 25 iyun 2022-ci il tarixdə səhər saatlarında bir nəfər şəxs mağazaya gəlib istifadə olunmuş 01 ədəd drel, 01 ədəd laqonda və 01 ədəd od samovarını təqdim edərək maddi vəziyyətinin pis olduğundan həmin əşyaları satdığını ona bildirmişdir. O da istifadə olunmuş məişət əşyaları qəbul edib onları təmin etməklə satdığına görə həmin şəxsdən təqdim etdiyi əşyaları almağa razılıq vermişdir. Aralarında olan razılığa əsasən tanımadığı şəxsdən hər üç əşyanı ümumilikdə 65 manata almışdır. Üstündən bir müddət sonra həmin şəxsdən aldığı əşyaların nasaz detallarını dəyişərək xatırlamadığı qiymətə başqa şəxslərə satmışdır. Həmin şəxs cəmi bir dəfə yanma gəlmiş, onu bir daha görməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs oğurluq və digər cinayətlər törətdiyinə görə Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş, həmin şəxsi əvvəllər tanımamış və anket məlumatlarını bilməmişdir. Sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs həmin əşyaları ona satarkən özünə məxsus olduğunu, pula ehtiyyacı olduğundan satdığını ona bildirmiş, oğurluq etməsi barədə heçnə deməmişdir. Təqsirləndirilən şəxs sadaladığı əşyalardan başqa bir əşya ona satmamış, onun həmin əşyaları cinayət yolu ilə ələ keçirdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatdadır, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, yeni yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. Özü fərdi qaydada Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən bazarın yaxınlığında 5 mərtəbəli yaşayış binasının altında yerləşən zirzəmidə texnika və elektronika mallarının alqı satqısı və təmiri mağazasını işlədir. İşi əsasən köhnə texnika və elektronika mallarını alıb təmir etdirmək və qazanc əldə etmək üçün onları satmaqdan ibarətdir. 30 iyun 2022-ci il tarixdə günorta saatlarında bir nəfər şəxs reklam lövhəsindən mobil nömrəsini götürüb ona yadında qalmayan bir nömrədən zəng edərək, özünə məxsus televizor, taxta kəsən elektron cihaz, elektron mişar və sair xatırlamadığı əşyaları satdığını bildirmişdir. O, həmin şəxsə etiraz etməmiş və gəlməyini bildirmişdir. Belə ki, əşyalara baxaraq sərf etdiyi halda almaq fikrində olmuşdur. Həmin şəxs dövlət nömrə nişanını xatırlamadığı «Opel» markalı taksi avtomobil ilə gəlmiş və o, mallara baxdıqdan sonra bütün əşyaları götürüb həmin şəxsə 500 manat pul ödəmişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş və o, həmin şəxsi bir daha görməmişdir. Həmin şəxsdən əşyaların kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu, Maştağa qəsəbəsindəki evindən köçdüyü üçün oradakı həmin əşyaları satdığını ona bildirmişdir. Həmin şəxsin ona satdığı əşyaların bir neçəsini tanımadığı müştərilərə satmışdır. Sonradan ona məlum olmuşdur ki, əşyaları satan Azad adlı şəxs tutulmuş və satdığı əşyaları oğurlamışdır. Bununla bağlı Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları iş yerinə gəlmişlər və Azad adlı şəxsin ona satdığı əşyalardan qalan 01 ədəd Toshiba markalı televizor, 01 ədəd taxta kəsən elektron cihaz və 01 ədəd elektron mişarı polis bölməsinə təhvil vermişdir. Azad adlı şəxsin ona verdiyi digər əşyaları müştərilərə satdığı üçün nə əşyalar olduğunu dəqiq xatırlamır. Həmin əşyalardan köhnə televizor, kondisioner və sair əşyalar da olmuşdur. Hazırda adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs həmin əşyaları ona satarkən özünə məxsus olduğunu, Maştağa qəsəbəsindəki evindən köçdüyü üçün satdığını bildirmiş, oğurluq etməsi barədə heçnə deməmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları cinayət yolu ilə ələ keçirdiyindən onun məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus olan evdə təmir işlərinə başlamışlar. Həmin işi Cavidan adlı usta götürmüş və onu işləməyə çağırmışdır. Təxminən 1 həftə sonra o, işin ağırlığını nəzərə alaraq qonşuluqda yaşayan Təqsirləndirilən şəxs çağırmışdır. Azad ona köməklik etmişdir. 18 mart 2022-ci il tarixdə saat 18:00 radələrində işdən çıxaraq yaşadığı evə getmişdir. Azad isə həmin evdə qaldığından onunla getməmişdir. Çünki ev sahibi ilə razılaşmalarına əsasən Azad həmin evdə qalmışdır ki, evdən oğurluq olmasın. Ertəsi gün, yəni 19 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 ona zəng edərək bildirmişdir ki, evdən kombi aparatı və radiatorlar oğurlanmışdır. O, ətrafa baxış keçirmiş və ona aid dəyəri 30 manat olan 01 ədəd drel və dəyəri 40 manat olan 01 ədəd qızdırıcı ütü oğurlanmışdır. Azadın həmin evdən oğurluq edəcəyi barədə əvvəlcədən məlumatı olmamışdır. İlkin olaraq o, 01 ədəd laqondanın da oğurlanması barədə məlumat vermiş, lakin sonradan laqondanı tapmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Ümumilikdə ona 70 manat məbləğində maddi ziyan dəydiyini, maddi ziyanın laqonda ilə birlikdə 200 manat göstərdiyini, laqondanı 13 manata aldığını, daha sonra laqondanı tapdığını, ona görə ona 70 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta kimi işləyib evlərdə təmir işəlri apararaq dolanır. Zərərçəkmiş şəxs12 tanıyır, əvvəllər Zərərçəkmiş şəxs12 qayınanasının evində tanışı, usta işləyən Cavanşirlə birlikdə təmir işləri aparmışdır. Ədalət onların işini bəyəndiyi üçün Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən evində təmir işləri görməyi xahiş etmişdir. Onlar da Ədalət ilə razılaşaraq 2022-ci ilin mart ayından sonuncunun evində təmir işləri görməyə başlamışdar. O, iş görməkdə köməklik göstərməsi üçün tanışı Hüseyni dəvət etmiş, Cavanşir isə öz tanışı Azadı dəvət etmiş və onlar 4-ü birlikdə evdə təmir işi aparmağa başlamışlar. Azadı ilk dəfədir ki, orada görmüşdür. Həmin ünvanda işlədikləri zaman arabir orada gecələmişlər, lakin Azad adlı usta daimi orada qalmışdır. 2022-ci ilin mart ayının ortalarında şəxsi işləri ilə bağlı 3 gün həmin evə iş görməyə gəlməmiş, lakin Cavanşir, Cavidan və Azad təmir işini davam edirmişlər. 19 mart 2022-ci il tarixdə günorta saatlarında Ədalət ona zəng edərək evin həyətindən kombi istilik sistemi və evin içərisindən isə radiatorların oğurlandığını bildirmişdir. Onlar Cavanşirlə əlaqə saxlamış və sonuncu həmin ünvana Ədalətin yanma getmişdir. Sonradan məlum olmuşdur ki, oğurluq baş verməmişdən əvvəl Azad adlı usta orada gecələmiş və Ədalətin qeyd etdiyi kombi və radiatorları, habelə Cavanşirin də usta əlatlərini oğurlayaraq çıxıb getmişdir. Azad adlı şəxsi ilk dəfə orada görüb tanımış, Azadı həmin ünvanda işləməyə Cavanşir adlı usta dəvət etmişdir. Onun həmin oğurluq hadisəsindən məlumatı olmamış və bu cinayət hadisəsində hər hansı bir iştirakı olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, fərdi qaydada usta kimi işləyib evlərdə təmir işəlri apararaq dolanır. 2022-ci ilin mart ayının əvvələrində tanışı, ev təmiri ustası işləyən Cavidan ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən bir fərdi yaşayış evində təmir işləri apardığını bildirərək həmin işi birlikdə görməyi ondan xahiş etmişdir. O da razılaşdıqdan sonra həmin evdə işləməyə başlamışdır. Orada əvvəllər üzdən tanıdığı Cavanşir adlı və sonuncunun yanında, əvvəllər tanımadığı Azad adlı ustalar da işləmişlər. Həmin şəxslərlə evin təmiri zamanı tanış olmuşdur. Həmin ünvanda işlədikləri zaman arabir orada gecələmişlər, lakin Azad adlı usta daimi orada qalırmış. 18 mart 2022-ci il tarixdə axşam saat 17:45 radələrində gündəlik işlərini bitirdikdən sonra özü və Cavanşir adlı usta oradan çıxmışlar. Azad isə onlardan sonra həmişəki kimi orada qalmışdır. Həmin ərəfədə tanışı Cavidan şəxsi işləri ilə əlaqədar təxminən 3 gün oraya gəlməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Cavidan ona zəng edərək təmir etdikləri evdə oğurluq hadisəsi baş verdiyini, bununla bağlı 40-cı polis bölməsinə gedib izahat verməli olduğunu bildirmişdir. O da bunu bildikdən sonra polis bölməsinə gedərək izahat vermişdir. Sonradan Cavidan ona bildirmişdir ki, həmin evdən oğurluğu usta Azad etmiş, kombi aparatı və digər əşyaları götürüb aparmışdır. Azad adlı şəxsi ilk dəfə orada görüb tanımış, Azadı həmin ünvanda işləməyə Cavanşir adlı usta dəvət etmişdir. Onun həmin oğurluq hadisəsindən məlumatı olmamış və bu cinayət hadisəsində hər hansı bir iştirakı olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir neçə il bundan qabaq Ramana qəsəbəsi, Südçülük sovxozunda kirayədə yaşayarkən tanımışdır. Sonradan bir neçə vaxt onlar görüşməmişlər. Azadla rastlaşanda sonuncu ondan mobil telefon nömrəsini əlaqə saxlamaq üçün almışdır. Azad özü evlərdə təmir işləri ilə məşğul olur. 18 mart 2022-ci il tarixdə təxminən axşam saatlarında Azad ona zəng vurub 01 ədəd kombi və 06 ədəd radiatorlarını pula ehtiyacı olduğu üçün satdığını, kombinin özünə məxsus olduğunu bildirmişdir. O isə Azada ona kombi lazım olmadığını, tanışı Mansur adlı şəxsdən soruşub bildirəcəyini demişdir. O, Mansur Əliyevlə əlaqə saxlamış, kombi lazım olub olmadığını soruşmuşdur. Mansur bildirmişdir ki, evi yeni təmir etdirmiş və kombi almaq istəyir. Azad ona həmin kombini 300 manata satmaq istədiyini bildirmiş, o da Mansura bu barədə bildirdikdə Mansur 250 manat pul verə biləcəyini demişdir. O, Azada zəng vuraraq həmin oğlanın kasıb olduğunu və 200 manat pulu olduğunu bildirmişdir. Azad da onunla razılaşmış və həmin malları hara gətirməli olduğunu soruşmuşdur. O, Azada həmin malları Mansurun yaşadığı Buzovna qəsəbəsinə gətirməsini bildirmişdir. O, Azadı Buzovna qəsəbəsində Daş bazarı adlanan yerin yaxınlığında gözləmiş, Azad bir taksi avtomobili ilə gəlmiş, özü yolda həmin avtomobilə əyləşmiş və onlar Mansurun yaşadığı evinə getmişlər. Həmin yerdə Mansur kombiyə baxıb bəyənmiş və həmin malları Azadla avtomobildən yerə düşürtmüşlər. Bundan sonra o, Mansurdan 250 manat pul almış, həmin puldan Azada 200 manat vermiş, Azadda həmin pulun üzərindən ona 20 manat şirinlik vermişdir. Bundan əlavə Azad ona bir ədəd laqonda, bir ədəd drel və bir ədəd qızdırıcı ütünü də hədiyyə olaraq vermişdir. Azad həmin əşyaları da özünə məxsus olduğunu bildirməklə ona hədiyyə etmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Azad həmin malların özünə məxsus olduğunu, pula ehtiyyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, X11 təxminən 1 il olar ki, tanıyır. 18 mart 2022-ci il tarixdə axşam saatlarında İbadət ona zəng vuraraq 01 ədəd kombi və 06 ədəd radiatoru ilə birlikdə bir nəfər tərəfindən satıldığını bildirmişdir. O, həmin malların kimə məxsus olduğunu soruşmuş, İbadət isə bildirmişdir ki, Azad adlı usta dostu vardır, mallar Azada məxsusdur, pula ehtiyacı olduğu üçün 300 manata satır. O da yaşadığı evi yeni təmir etdiyi üçün kombiyə ehtiyac yarandığından İbadətə həmin malları almaq istədiyini, lakin bunun üçün 250 manat pul verə biləcəyini demişdir. İbadətdə sorucub ona xəbər verəcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqədən sonra İbadət ona zəng vuraraq həmin şəxsin razılaşdığını və malları bu gün gətirəcəklərini ona bildirmişdir. Təxminən 1 saat sonra İbadət bir nəfər şəxslə taksi avtomobilində gəlmişlər. Onlar 01 ədəd kombi və 06 ədəd radiatoru avtomobildən düşürtmüşlər. O, mallara baxıb bəyənmiş və İbadətə danışdıqları kimi 250 manat pul vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. O da kombini evinə quraşdırmışdır. Daha sonra onu Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinə dəvət etmişlər və orada ona məlum olmuşdur ki, aldığı kombi oğurluq yolu ilə əldə olunmuşdur. Həmin kombinin oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X10 onun atasıdır, yük daşıma ilə məşğul olduğu üçün tez tez işi ilə əlaqədar Rusiya Federasiyası və Ukrayna dövlətinə gedib gəldiyinə görə 03 oktyabr 2020-ci il tarixdə bütün əmlakına dair notariat qaydada bacısı və onun bibisi Zərərçəkmiş şəxs29 baş etibarnamə vermişdir. Belə ki, çox müddət xarici dövlətdə olduğu səbəbindən atasının buradakı işlərini bibisi görür. 2022-ci ilin yay ayından isə atası Sahil səhhəti ilə bağlı İran İslam Respublikasına getmiş və hazırda da orada müalicə alır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq yaşayış massivi, 925 nömrəli bağ evləri vardır. 10 aprel 2022-ci il tarixdə özü, atası və bibisi Sevinc ilə birlikdə bağ evinə getmişlər. Oraya baş çəkdikdə qeyri qanuni hadisə ilə rastlaşmamışlar və həmin gün axşam saatlarında çıxıb getmişlər. 17 aprel 2022ci il tarixdə saat 14:00 radələrində bağ evinə gəldikdə naməlum şəxs və ya şəxslərin evin həyətinə hasardan keçib plastik pəncərənin dəmir barmaqlığını sındıraraq pəncərəni də dartıb daxil olaraq oğurluq etdiyini aşkar etmişlər. Belə ki, evə nəzər yetirdikdə oradan samovarlar, təmir alətləri və elektrik naqilləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar atası Sahil 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirtmişlər və atası hadisə barədə ərizə ilə müraciət etmişdir. Oğurluq etməkdə şübhələndiyi şəxs yoxdur. Oğurlanmış əmlak bibisi Sevinc və onların ümumi əmlakı olduğuna görə, hazırda da atasının İran İslam Respublikasında müalicə aldığını nəzərə aldıqları üçün bibisi Zərərçəkmiş şəxs29 iş üzrə zərərçəkmiş şəxs qismində çıxış etmişdir. Cinayət işinin 1-ci cildinin 125-ci vərəqəsində olan 13 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 143-144-cü vərəqəsində olan 13 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, X6 və X4 iştirakı ilə təqsiləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa tərəfdən bel hissəsinə keçirilmiş və şəffaf sellofan torbasına bükülmüş vəziyyətdə 01 ədəd 009223 nömrəli, üzərində “ME38 Magnum-6R” yazılan 01 ədəd silah, həmin sellofan paketin içərisində 05 ədəd patron və 04 ədəd gilizləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 151-154-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 13 iyul 2022-ci il tarixli, 22/483R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 009223 №-li silah, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlardan atəş açmaq üçün nəzərdə tutulmuş ME38 Magnum-6R modelli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsuli ilə Almaniya dövlətində istehsal olunmuş 6 mm kalibrli Flober patronlarıdır, döyüş sürsatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 04 ədəd gilizlər, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 6 mm kalibrli Flober patronlarının bir hissəsidir - atılmış gilizləridir, atəş üçün yararsızdır və hal-hazırda döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş silahdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə gilizlər DİN-nin KTİ-ndə yerləşən “güllə-giliz” kartotekasmda olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 05 ədəd 6 mm kalibrli Flober patronlarından 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 179-181-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-594/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04 iyul 2022-ci il tarixli, 011-7635-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yaşayan Zərərçəkmiş şəxs13 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədinin Təqsirləndirilən şəxs sol əlinin ovucunun orta barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 iyun 2022-ci il tarixli, 011-7635-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi 999 ünvanında Zərərçəkmiş şəxs10 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədinin Təqsirləndirilən şəxs sol əlinin şəhadət əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 187-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli, 9/4509 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MİNİ EOLO 28 3 E» model kombi istilik sistemi 500 manat, 03 ədəd 8- lik radiator 192,00 (3 ədədx64) manat, 02 ədəd 12-lik radiator 192,00 (2 ədədX96) manat və 01 ədəd 14-lük radiator 112 manat, malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 996 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 194-cü vərəqəsində olan 20 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qəraradan görünür ki, 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MİNİ EOFO 28 3 E» model kombi istilik sistemini, 03 ədəd 8-lik radiator, 02 ədəd 12-lik radiator və 01 ədəd 14-lük radiator, 01 ədəd “Eral” markalı “ER-02” model, 1500 vatt, 50-60HZ pslastik boru yapıçtıran ütü və 01 ədəd 650 BT “İnterskol” markalı, “DU- 13/650EP” model direl cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 4-cü cildinin 218-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 219-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/5881 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 7 litr su tutumuna malik, üzərində markalanma yazıları olmayan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına və hazırki vaxta orat bazar qiyməti təxminən 140,00 manat müəyyən edilir. Cinayət işinin 4-cü cildinin 222-225-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 24 avqust 2022-ci il tarixli, 22/552R №-li rəyindən görünür ki, xx.xx.2022-ci tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən vətəndaş Zərərçəkmiş şəxs13 məxsus nömrəsiz fərdi yaşayış evində müayinəsi zamanı 34 ədəd şəffaf rəngli yarışqan lent və 04 ədəd daktoplyonka kəsiklərinin vasitəsi ilə götürülmüş əl izlərindən 03 ədəd ovuc və 09 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədi xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağı ilə sol əlinin ovucu, şəhadət və orta barmaqların əksi ilə eynilik müəyyən edilmişdir. Digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc və 06 ədəd əl barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik aşkar edilmədi. Cinayət işinin 4-cü cildinin 234-237-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 22/580R №-li rəyindən görünür ki, xx.xx.2022-ci tarixdə saat Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi 999 nömrəli ünvanda Zərərçəkmiş şəxs10 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd yarışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 07 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (02 dəfə) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 9-cu cildinin 1-49-cu vərəqəsində olan 19 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 009223 nömrəli, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “ME38 Magnum- 6R” modelli yivli odlu silah revolver, patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd patron və 04 ədəd giliz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 01 ədəd “Toshiba” markalı televizor, 01 ədəd taxta kəsən dəzgah və 01 ədəd dəmir kəsən dəzgah cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs13, 01 ədəd təxminən 7 litr su tutumuna malik üzərində markalanma yazıları olmayan odun samovarı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs11 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MİNİ EOLO 28 3 E» model kombi istilik sistemini, 03 ədəd 8-lik radiator, 02 ədəd 12-lik radiator və 01 ədəd 14-lük radiator cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs12 qaytarılmışdır. Zərərçəkmiş şəxs13 məxsus evdən götürülmüş 04 ədəd əl barmaq izi maddi sübut kimi tanınaraq 01 ədəd möhürlənmiş zərfdə, Zərərçəkmiş şəxs10 məxsus evdən götürülmüş 02 ədəd əl barmaq izi maddi sübut kimi tanınaraq 01 ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 6-cı cildinin 190-191-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 009223 nömrəli, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “ME38 Magnum-6R” modelli yivli odlu silah revolver, patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd patron və 04 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “Toshiba” markalı televizor, 01 ədəd taxta kəsən dəzgah və 01 ədəd dəmir kəsən dəzgahın Zərərçəkmiş şəxs13, 01 ədəd təxminən 7 litr su tutumuna malik üzərində markalanma yazıları olmayan odun samovarının Zərərçəkmiş şəxs11, 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MİNİ EOLO 28 3 E» model kombi istilik sisteminin, 03 ədəd 8-lik radiator, 02 ədəd 12-lik radiator və 01 ədəd 14-lük radiatorun Zərərçəkmiş şəxs12 qaytarılması nəzərə alınmalı, 01 ədəd disk, Zərərçəkmiş şəxs13 məxsus evdən götürülmüş 04 ədəd əl barmaq izi, Zərərçəkmiş şəxs10 məxsus evdən götürülmüş 02 ədəd əl barmaq izi 02 ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə 04 (dörd) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 009223 nömrəli, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, idman təlim məşqlərində 6 mm kalibrli Flober patronlarından atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “ME38 Magnum-6R” modelli yivli odlu silah revolver, patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 02 ədəd patron və 04 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd “Toshiba” markalı televizor, 01 ədəd taxta kəsən dəzgah və 01 ədəd dəmir kəsən dəzgahın Zərərçəkmiş şəxs13, 01 ədəd təxminən 7 litr su tutumuna malik üzərində markalanma yazıları olmayan odun samovarının Zərərçəkmiş şəxs11, 01 ədəd 24 litr tutumlu «İmmergas» markalı, «MİNİ EOLO 28 3 E» model kombi istilik sisteminin, 03 ədəd 8-lik radiator, 02 ədəd 12-lik radiator və 01 ədəd 14-lük radiatorun Zərərçəkmiş şəxs12 qaytarılması nəzərə alınsın, 01 ədəd disk, Zərərçəkmiş şəxs13 məxsus evdən götürülmüş 04 ədəd əl barmaq izi, Zərərçəkmiş şəxs10 məxsus evdən götürülmüş 02 ədəd əl barmaq izi 02 ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-325/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-325/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver