Məhkəmə qərarları › İş №1(008)-326/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-326/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-326/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Ağdaş rayonu, Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayonu, Ağdaş şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi nömrəsiz evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətikan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 4-cü dalan 498 K nömrəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin taxta pəncərəsinin şüşəsini sındıraraq evə qanunsuz daxil olaraq birinci mərtəbədə yerləşən qonaq otağının mebel rəfindən bir ədədinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 02 ədəd Çin istehsalı olan, “HP” markalı, “Pavilion dv6 beats audio” modelli notebook tipli kompüterləri, evin ikinci mərtəbəsində yerləşən hamam otağından 01 ədəd 50 manat dəyərində su kranını, evin birinci mərtəbəsində yerləşən hamam otağı və sanitar qovşağından hər bir ədədinin dəyəri 25 manat təşkil edən ümumilikdə 50 manat dəyərində 02 ədəd su kranlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisənin törətməsinə səbəb həyat yoldaşının və oğlunun həmin ərəfədə ağır xəstə olmaları olmuşdur. Hazırda onun həm həyat yoldaşı, həm də oğlu rəhmətə getmiş və o, onların sağalmaları üçün heç nə edə bilməmişdir. O, 30 sentyabr 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bilgəh qəsəbəsi 4-cü dalanda gəzmiş, həyat yoldaşının və oğlunun dərmanlarına necə pul tapacağını düşünmüşdür. Bu vaxt tanımadığı bağ evinin çöl qapısında qıfıl olduğunu görmüş və elə fikirləşmişdir ki, həmin evdə heç kim yaşamaz. Buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmiş və həyətin çöl darvazasının yanından hasardan keçərək həyətə daxil olmuşdur. Daha sonra o, əmin olmuşdur ki həqiqətən də evdə heç kim yoxdur və həyətdə olan nərdivanı götürüb evin sağ tərəfinə keçmişdir. Nərdivandan istifadə edərək evin taxta pəncərəsinin şüşəsini sındırıb içəridən pəncərənin cəftəsini açaraq evin ikinci mərtəbəsinə daxil olmuşdur. O, evin içinə daxil olduqdan sonra evin otaqlarına baxmışdır. Lakin heç bir şey götürməyərək yenidən birinci mərtəbəyə düşmüşdür. O, birinci mərtəbədə olan qonaq otağındakı mebelin rəfindən iki ədəd markasını bilmədiyim notebookları və evin birinci və ikinci mərtəbələrindən hamamda və sanitar qovşağından olan 03 ədəd su kranlarını sökərək götürüb evdən çıxmışdır. Evdən çıxıb həyətə düşərək içəridən həyətin darvazasını açaraq çıxıb getmişdir. Həmin günün səhərisi yəni 30 sentyabr 2022-ci il tarixdə, günorta saat 13-14 radələrində o, həmin evdən oğurladığı iki ədəd notebookları və 03 ədəd su kranlarını götürüb Suraxanı bazarına gələrək orada tanımadığı şəxslərə satmışdır. O, notebookun birini tanımadığı şəxsə 50 manata, digərini isə tanımadığı şəxsə 120 manata və 3 ədəd su krantarını isə digər tanımadığı şəxsə hər birini 3 manata ümumilikdə 9 manata satmışdır. O, əldə etdiyi pulla dərmanlar almışdır. Törətdiyi əməldən səmimi peşmandır. Oğurladığı notebooklardan biri zərərçəkmiş şəxsə qaytarılsa da, digərini də yaxın zamanlarda tapıb zərərçəkmiş şəxsə qaytaracaq. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sabunçu rayonu Bilgəh qəsəbəsi, 4-cü dalan bağ evi 498K ünvanında bağı var və o, ailə üzvləri ilə yay tətillərində həmin bağda qalırlar. Həmin bağı ailə üzvləri onun üçün almışlar və bağ evi ona məxsdur. Bildirmişdir ki, yay tətili bitdiyi üçün onlar ünvan 4 ünvanında olan evlərinə köçmüşlər. Lakin bəzi əşyalar bağ evində qalmış və düşünmüşdür ki, başqa vaxt gəlib həmin əşyaları götürər. xx.xx.2022-ci il tarixdə, günorta vaxtlarında bacısı Şəbinə Axundova ona zəng edərək bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrədən Mirmehti adlı şəxs zəng edib bacısına bildirmişdir ki, tanımadığı şəxsdən 50 manata notebook almış, notebook aldıqdan sonra açıb içərisindəki sənədlərə baxan zaman ona məxsus sənədlər və telefon nömrəsini gördükdən sonra bu barədə ona bildirmişdir. O, bacısı Səbinənin bu sözündən sonra Bilgəh qəsəbəsinə bağ evinə getmişdir. Həmin vaxtı görmüşdür ki, bağ evinin çöl qapısı açıq vəziyyətdədir. Buna görə də içəri keçəməyərək birbaşa DİN-in 102 xidmətinə zəng edərək polisə bu barədə bildirmişdir. Daha sonra içəri keçib həyətə baxış keçirən zaman görmüşdür ki, bağ evin yan tərəfində olan divara dəmir nərdivan qoyulmuş və evin 2-ci mərtəbəsinin dəhlizində olan taxta pəncərəsinin şüşəsi sınıb və pəncərə açıq qalmışdır. O, evə daxil olduqdan sonra evin dağınıq olduğunu görmüşdür. Evə baxan zaman qonaq otağında olan şkafın siyirməsindən ona məxsus hər birinin dəyəri 250 manat olan 02 ədəd “HB Pavilion” markalı notebookların, evin ikinci mərtəbəsinin hamam otağından dəyəri 50 manat təşkil edən su kranının, evin birinci mərtəbəsində yerləşən hamam otağından 25 manat dəyərində su kranının, evin birinci mərtəbəsində yerləşən sanitar qovşağından 25 manat dəyərində su kranının oğurlandığını aşkar etmişdir. “HB Pavilion” markalı notebookun içərisində bacısı Şəbinə Axundovaya məxsus sənədlər və telefon nömrəsi olmasına baxmayaraq həmin notebook ona məxsusdur, həmin sənədlər və nömrəni də o, özü notebookun yaddaşında nə vaxtsa lazım olarsa istifadə etmək üçün saxlamışdır. Ona məxsus oğurlanmış notebooklardan biri qaytarılsa da, digəri hələ də qaytarılmamışdır. Həmin notebook da ona məxsus lazımi sənədlər olduğundan məhz notebookun özünün qaytarılmasını tələb edir. Ancaq bu təqdirdə təqsirləndirilən şəxslə barışararaq ondan şikayətçi olmaz.Hazırda həmin notebook ona qaytarılmadığından o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi, 4-cü dalan bağ evi 498K ünvanında bacısı Kamillaya məxsus bağları var və o, ailə üzvüləri ilə yay tətillərində həmin bağda qalırlar. Yay tətili bitdiyi üçün onlar ünvan 4 ünvanında olan evlərinə köçmüşlər. Lakin bacısı Kamillaya məxsus bəzi əşyalar bağ evində qalmışdır. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında ona tanımadığı bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək adının Mirmehti olduğunu və tanımadığı şəxsdən 50 manata notebook aldığını, notebook aldıqdan sonra açıb içərisindəki sənədlərə baxan zaman mənə aid sənədlər və telefon nömrəsimi gördükdən sonra ona zəng etdiyini demişdir. Daha sonra həmin şəxs video whtasap zəngi edərək notebooku ona göstərmiş və o, həmin notebooku tanıyaraq bacısı Kamillaya aid olduğunu bilmişdir. Bundan sonra o, bacısı Kamillaya zəng edərək bu barədə məlumat vermişdir. Bacısı Kamilla onun sözündən sonra Bilgəh qəsəbəsinə bağ evinə getmiş və orada bilmişdir ki bağdan oğurluq hadisəsi olmuş və bacısına məxsus iki ədəd hər birinin dəyəri 250 manat olan 02 ədəd “HB Pavilion” markalı notebooklar, evin ikinci mərtəbəsinin hamam otağından dəyəri 50 manat təşkil edən su krantı, evin birinci mərtəbəsində yerləşən hamam otağından 25 manat dəyərində su krantı, evin birinci mərtəbəsində yerləşən sanitar qovşağından 25 manat dəyərində su krantı oğurlanmışdır. O, da bunu bildikdən sonra bacına məxsus bağ evinə getmiş və orada polis əməkdaşları olduğunu görmüşdür. Bildirmişdir ki, “HB Pavilion” markalı notebookun içərisində ona və ailə üzüvlərinə aid şəkillərdən başqa ona aid sivi olmuş və həmin şividə onun mobil nömrəsi yazılmışdır. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13:45-də Suraxanı rayonu bazarında olarkən tanımadığı bir nəfər şəxs qışqıraraq əlində noutbuku 200 manata satdığını bildirmişdir. O, da həmin vaxt həmin şəxsi yanına çağırmışdır. O, həmin şəxsdən noutbukun kimə məxsus olduğunu ilk öncə soruşmuşdur. Həmin şəxs noutbukun oğluna məxsus olduğunu və təcili pul lazım olduğundan satdığını bildirmişdir. O, noutbuka baxış keçirmiş, müəyyən etdim etmişdir ki, həmin noutbuk “HP Pavilion” markalıdır və korpus hissəsisin zədəli vəziyyətdə olmaqla üzərində batıq və cızıqlar vardır. Bundan sonra o, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədinin surətini ona verməsini bildirmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən dəyişmək üçün verdiyini, hazırda təqdim edə bilməyəciyini, həmçinin ona narahat olmamağı və noutbkun şəxsi əşyası olmasını bir daha bildirmişdir. Bundan başqa həmin şəxs ona adının ibrahim olduğunu bildirmişdir. O, da İbrahimlə razılaşaraq noutbukun zədələrinin olmasını bildirib 50 manat pul verə biləcəyimi bildirmişdir. İbrahim onunla razılaşmış və İbrahimə 50 manat pul verib həmin noutbuku almışdır. Daha sonra notubuku evdə olarkən işlək vəziyyətə gətirmiş və içərisində olan sənədlərə baxarkən Şəbinə Axundovaya aid müxtəlif sənədlər və işə düzəlmək üçün SV sənədi, həmin sənədin üzərində Şəbinə Axunovaya məxsus mobil nömrə olduğunu görmüşdür. O, həqiqətən noutbuku aldığım İbrahim adlı şəxsə aid olmasını dəqiqləşdirmək üçün həmin mobil nömrəyə zəng etmişdir. Zəng etdiyi şəxs Şəbinə Axundova olduğunu ona bildirmiş və o, Səbinəyə noutbuku tanımadığı İbrahim adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra vatsap vasitəsi ilə görüntülü zəng edib həmin noutbuku Səbinəyə göstərmişdir. Şəbinə Axunova noutbuku tanıyaraq bacısı Kamillaya məxsus olduğunu ona bildirmişdir. O, dərhal Şəbinə Axunovaya noutbuku gəlib götürməsini xahiş etmişdir. Belə ki, bundan sonra Şəbinə Axundova polis əməkdaşları ilə birlikdə gəlmiş, o, noutbuku polis əməkdaşlarına təqdim etmiş və izahatının alınması üçün polis bölməsinə dəvət edilmişdir. Daha sonra məlum olmuşdur ki, “HP Pavilion” markalı noutbuku 50 manat pul müqabilində aldığı İbrahim adlı şəxs Zərərçəkmiş şəxs məxsus bağ evindən oğurluq yolu ilə əldə edərək ona satmışdır. Əlavə olaraq bildirmişdir ki, O, İbrahim adlı şəxsdən qeyd olunan “HP Pavilion” markalı noutbuku alan zaman İbrahim ona noutbukun şəxsi əşyası olmasını, oğluna məxsus olduğunu bildirmiş, o, İbrahim adlı şəxsədn şəxsiyyətini təsdiq edən sənədinin ona mənə verməsini bildirmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən dəyişmək üçün verdiyini, hazırda təqdim edə bilməyəciyini, həmçinin ona narahat olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 4-cü dalan, 498 K ünvanında yerləşən bağ evidir. Baxış zamanı qonaq otağındakı şkafların açıq vəziyyətdə olması, hamam otağında olan 03 ədəd su kranının açılaraq oğurlandığı müəyyən edilmişdir (i.v. 7-10). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd “HP Pavilion” markalı notebooka baxış keçirilərək götürülmüşdür (i.v.15-16). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 011-12020-1222 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 03 ədədi (ADİS-nin məlumat bankına BƏSİİ-dən daxil olan) Təqsirləndirilən şəxs sol əlinin şəhadət, adsız və çeçələ barmaqlaı ilə eynilik təşkil edir (i.v.21- 22). “Maddi sübutun tanınması haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd “HP Pavilion” markalı notebook maddi sübut kimi tanınmışdır (i.v.36). “İfadənin yerində yoxlanılması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq zamanı hərəkətlərinin mexanizmini və oğurluq etdiyi yerləri əyani olaraq göstərmişdir (i.v.93-97). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 9/9106 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Çin istehsalı olan, “HP” markalı “Pavilion dv6 beats audio” model notebookun istifadə olmaması və yuxarıda xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilmiş, qərarda göstərilən su kranları haqqında ətraflı məlumat (markası, mobeli, istehsal yeri, ölçüsü, istismar müddəti və s.)” olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (i.v.102-104). 16 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd “HP Pavilion” markalı notebook Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.108). “Sübutların qiymətləndirilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə ona yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs dediyi kimi ona məxsus 02 ədəd Çin istehsalı olan “HP Pavilion dv6 beats audio” model notebookların hər birinin dəyərinin 200 manat, evin ikinci mərtəbəsinin hamam otağından götürülmüş su kranının 50 manat, evin birinci mərtəbəsinin hamam otağından götürülmüş su kranının 25 manat, evin birinci mərtəbəsində yerləşən sanitar qovşağından götürülmüş su kranın isə 25 manat dəyərində olması nəzərə alınmışdır (i.v 117-124). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə, saat 19:30-da tutulmuşdur (i.v.57). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.84-86). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.87-88). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 20 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Xalq Məhkəməsinin 11 aprel 1989-cu il tarixli hökmünə əsasən AR CM-nin (köhnə redaksiyada) 15, 123 maddəsinin 2-ci hissəsi, 106-cı maddəsinin 2-ci hissəsi, 38,39-cu maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 avqust 1992-ci il tarixli Amnistiya aktına əsasən cəzadan azad edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 13 dekabr 1994-cü il tarixli hökmünə əsasən AR CM-nin (köhnə redaksiyada) 83-cü maddəsinin 4-cü hissəsi ilə əmlakı müsadirə olunmaqla 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 iyun 2001-ci il tarixdə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, Göyçay Rayon Məhkəməsinin 15 yanvar 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 avqust 2005-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 sentyabr 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 18 may 2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib AR CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərarına əsasən cəza müddəti 03 ilə endirilməklə cəzasını çəkib qurtardığından cəzadan azad edilmişdir (i.v.109-112). Şəki Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 7(075)-253/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 09 aya endirilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərarla Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2009-cu il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsinə əsasən təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 10 gün hissəsi qismən birləşdirilməklı üzərində qəti olaraq 03 il nüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı tam çəkdiyindən cəzadan azad edilmişdir (i.v.114-116). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (AR CM-nin 59.2-ci maddəsi), vurulmuş zərərin qismən ödənilməsini (AR CM- 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “HP Pavilion” markalı notebook qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək həbsdə saxlanldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd “HP Pavilion” markalı notebook qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar