Məhkəmə qərarları › İş №1(008)-326/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-326/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-326/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, kuryer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bakı Olimpiya stadionunun İnformasiya Mərkəzi adlanan otağına daxil olaraq X2 məxsus 01 ədəd dəyəri 1500 manat olan Çin istehsalı, “Asus” markalı, “TUF Gaming F17” model, intel core İ5 xüsusiyyətli noutbuku və 70 manat dəyərində əl çantasını gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 1570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bakı Olimpiya” stadionunda keçirilən Azərbaycan-Portuqaliya milli yığma komandalarının oyununa baxmaq məqsədi ilə qeyd edilən stadiona getmiş, stadionun daxilinə keçmək istəyərkən orada stadionun mühafizəsini təşkil edən polis əməkdaşı ona çiynindəki çanta ilə stadiona daxil olmağa icazə verilmədiyini bildirmişdir. O, tünd boz rəngli çantasını “İnformation center” yazılan saxlanc yerində yerə qoyaraq futbola baxmaq üçün tribunaya daxil olmuşdur. Futbol oyunun bitməsinə 5 dəq qalmış, o, stadiondan çıxmaq qərarına gəlmişdir. O, stadiondan çıxaraq çantasını qoyduğu yerə yaxınlaşmış və orada izdiham yaşanmışdır. O, ilkin olaraq saxlanc yerində çantasını axtarmış, lakin, içəridə işıq yanmadığından o, çantasını tapmaqda çətinlik çəkmişdir.Öz çantasını tapa bilmədiyi üçün həmin çantaya bənzər digər çantanı götürərək oradan uzaqlaşmışdır. O, çantanı açaraq içinə baxmış, çantanın içərisində qara rəngli, üzərində narıncı, boz, qara rəngli müxtəlif şəkillər (stikerlər) olan “Asus” markalı noutbuk olduğunu görmüşdür. O, çantada olan noutbuku satmağı qərara aldığı üçün sahibinə geri qaytarmaq məqsədi ilə stadiona geri qayıtmamışdır. 10 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında “28 May” metrostansiyasının yaxınlığından keçərkən təsadüfən “Eldaimond” adlı lombard görərək lombarda daxil olmuş, özünə məxsus noutbuku girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Orada çalışan şəxs noutbuka baxdıqdan sonra ona 1000 manat məbləğində pul verə biləcəyini demiş, o, həmin şəxsə 800 manata ehtiyyacı olduğunu bildirmişdir. O, girov qoyduğu noutbukun müqabilində 800 manat kredit almış, bunun müqabilində 08 ay ərzində ümumilikdə 920 manat geri qaytaracağını üzərinə öhdəlik götürmüşdür. O, iki gün sonra yenidən “Eldaimond” adlı lombarda gedərək girov qoyduğu noutbukun müqabilində əlavə pul götürmək istədiyini bildirmiş, lakin, lombardın əməkdaşı ona əlavə pulun verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, digər tanışı Şahid2ilə əlaqə saxlayaraq “28 May” metrostansiyasının yaxınlığında görüşüb “Eldaimond” adlı lombarda getmişlər. Şahid2 lombardda onun girov qoyduğu noutbuka baxaraq həmin noutbuku almaq istədiyini bildirmiş, noutbukun müqabilində ona 1600 manat ödəniş etmişdir. O, aldığı pulun 920 manatını lombarda ödəmiş, geri qalan hissəsini isə şəxsi ehtiyyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 məhkəməyə ərizə ilə müraciət edərək dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində "Bakı Olimpiya Stadionuna" Azərbaycan-Portuqaliya oyununa baxmaq üçün getmiş, stadionunun ərazisinə daxil olduğu zaman oradakı polis əməkdaşları həmin vaxt çiynindən asdığı içərisində “Asus” markalı noutbuk olan çiyin çantasının içəri keçirməyinə icazə verilmədiyini bildirmiş, o, polis əməkdaşlarından çiyin çantasını hara qoya biləcəyini soruşmuşdur. Polis əməkdaşları ona çiyin çantasını stadionun “İnformasiya Mərkəzi” adlanan otağına qoymağını məsləhət görmüş, o, İnformasiya Mərkəzi” adlanan otağa girərək özünə məxsus çantanı oradakı digər çantaların yanına qoymuş, futbol oyununa baxmaq üçün tribunaya daxil olmuşdur. Futbol oyunu başa çatdıqdan sonra o, çantasını götürmək məqsədi ilə “İnformasiya Mərkəzi” otağına daxil olmuş, bir müddət çantasını axtarmasına baxmayaraq çantasını tapa bilməmişdir. O, özünə məxsus noutbukun əl çantası ilə birlikdə oğurlandığını anlayaraq yaşadığı evə geri qayıtmış, bununla bağlı atası X1 məlumat vermişdir. Bundan sonra atası Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzi zəng sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. 07 sentyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə Sabunçu RPİ-nin 12-ci PŞ-yə müraciət etmiş, polis şöbəsində izahatı və ərizəsi alınmış, noutbukun alınması ilə müvafiq sənədləri polis əməkdaşlarına təqdim etmişdir. O, mütəmadi olaraq “Tap.az” sosial şəbəkəsinə daxil olaraq noutbukların satışı ilə maraqlanmış, 20 sentyabr 2021-ci il tarixdə ona məxsus olan noutbukun “Tap.az” sosial şəbəkəsində satışa çıxarıldığını görmüşdür. O, dərhal noutbukun satışını həyata keçirən mağazanın adının “Moon Telecom” olduğunu, “28 May” metrostansiyasının yaxınlığında yerləşdiyini müəyyən etmişdir. Bununla bağlı atasına məlumat vermiş, birlikdə “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Moon Telecom” adlı mağazaya getmişlər. Orada noutbuka baxış keçirərək onlara aid olduğunu müəyyən etmiş, bundan sonra, mağaza işçilərinə noutbukun onlara məxsus olduğunu, oğurlandığı üçün polis əməkdaşları tərəfindən araşdırılma aparıldığını bildirmişdir. Daha sonra noutbukun müəyyən edilməsi ilə ibtidai araşdırma aparan Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı İsa Süleymanova məlumat vermiş, təhqiqatçı tərəfindən ona məxsus noutbuk “Moon Telecom” adlı mağazadan götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun oğludur. 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Electrocomp” dükanından “Asus” markalı, qara rəngli, M6NRCX042231249 İMEİ kodlu noutbuku 2700 manata oğlu Heydər Həbibliyə hədiyyə olaraq almışdır. 07 sentyabr 2021-ci il tarixdə oğlu Heydər Həbibli Bakı Olimpiya Stadionunda oynanılan Azərbaycan-Portuqaliya futbol komandaları arasında keçirilən oyuna baxmağa getmişdir. O, işdən evə gəldikdən sonra oğlu, futbol oyununa baxmağa getdiyi zaman hədiyyə aldığı, “Asus”'markalı noutbuku da özü ilə apardığını, həmin noutbuku stadionun “İnformasiya Mərkəzi” adlanan otağa qoyduğunu, oyun başa çatdıqdan sonra həmin otaqdan içərisində “Asus” markalı noutbuk olan əl çantasını tapa bilmədiyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Səhər açıldıqdan sonra oğlu Həbibli Heydər ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-yə yaxınlaşaraq ərizə və izahat vermiş, eyni zamanda noutbukun alınması ilə əlaqədar müvafiq sənədləri təqdim etmişdir. Polis əməkdaşları oğlunun iştirakı ilə noutbukun oğurlandığı stadion ərazisinə baxış keçirmişlər. Qeyd edilən hərəkətlər edildikdən sonra oğlu Heydər mütəmadi olaraq “Tap.az” sosial şəbəkəsinə daxil olaraq noutbukların satışı ilə maraqlanmışdır. Heydər hədiyyə olaraq aldığı noutbukun “Tap.az” sosial şəbəkəsində satışa çıxarıldığını görmüş və dərhal noutbukun satışını həyata keçirən dükanın adının “Moon Telecom” olduğunu, dükanın “28 May” metrostansiyasının yaxınlığında yerləşdiyini müəyyən edərək bu barədə ona məlumat vermişdir. O da 20 sentyabr 2021 -ci il tarixində, axşam saatlarında oğlu Heydərlə birlikdə həmin dükana getmişdir. Noutbuka baxış keçirdikdən sonra noutbukun həqiqətən onlara məxsus olduğunu bilmişlər və o, dükanda işləyən şəxslərə noutbukun onlara məxsus olduğunu, oğurlanaraq satıldığını bildirərək polisin bununla bağlı araşdırma apardığını demişdir. Bundan sonra ərizə və izahatı üzrə araşdırma aparan Sabunçu RPİnin 12-ci PŞ-nin təhqiqatçısı İsa Süleymanova da bu barədə məlumat vermişdir. İsa Süleymanov dükandan onlara məxsus olan noutbuku götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41Q-də yerləşən “Moon Telecom” dükanında texnik, satıcı vəzifəsində işləyir. İşlədiyi dükanda müxtəlif markalı noutbukların, telefonların, aksesuarların alış və satışı ilə məşğul olur. 13 sentyabr 2021-ci il tarixdə “Neftçilər” metrostansiyasının yanında lombardda çalışan Raqif adlı şəxs “watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona “Asus” markalı noutbukun şəkillərini göndərmişdir. Raqifdən noutbukla bağlı nə lazım olduğunu soruşduqda Raqif şəkillərini göndərdiyi noutbukun Bakı şəhəri, Nəsimi rayonundə yerləşən “28 May” metrostansiyasının “Eldiamond” adlı lombardda girovda olduğunu, noutbukun sahibinin isə noutbuku satmaq istədiyini, lakin lombardın ucuz qiymətə götürdüyü üçün lombarda satmaq istəmədiyini bildirmişdir. O, Raqif adlı şəxsə kompüterə baxmalı olduğunu, bundan sonra müdirlə danışaraq xəbər edə biləcəyini bildirmişdir. Bundan sonra Raqif adlı şəxs kompüteri satmaq istəyən şəxsi yanına göndərəcəyini, birlikdə kompüterə baxmağı, bəyəndiyi halda satılmasına kömək etməyi xahiş etmişdir. O, heç bir problemin olmadığını bildirmişdir. 13 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında ona məxsus mobil telefona zəng gəlmişdir. Zəng edən şəxs nömrəsini Raqifin bildirdiyini, satılıq kompüterinin olduğunu, kompüterin lombardda olduğunu bildirmişdir. O, həmin şəxslə “Eldiamond” adlı lombardın qarşısında görüşmüşdür. Lombardda kompüterə baxış keçirtmiş və təzə vəziyyətdə olduğunu görmüşdür. Kompüteri satan Vüsal adlı şəxslə kompüterin qiymətini 1600 manata razılaşmışlar. Oradan çıxaraq yenidən dükana qayıtmış və dükanın müdiri Şahid3 satılan kompüterlə bağlı məlumat vermişdir. Məlumat verdikdən sonra müdir Şahid3 ona 1600 manat pul vermişdir. O, yenidən kompüteri satan Vüsal adlı şəxslə birlikdə lombarda qayıtmışlar. Orada Vüsala 1600 manat pul vermiş və Vüsal həmin pulun 920 manatını lombarda ödəyərək kompüteri götürmüşdür. Vüsal bundan sonra kompüteri ona təhvil vermişdir. O, kompüteri götürərək dükana qayıtmış və kompüteri “tap.az” sosial şəbəkəsində 2150 manata satışa qoymuşdur. 20 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində dükana iki nəfər tanımadığı şəxs gəlmişdir. Həmin şəxslər kompüterə baxmaq istədiklərini bildirmişlər və o, kompüteri həmin şəxslərə təqdim etmişdir. Gələn şəxslər kompüterə baxdıqdan sonra kompüterin özlərinə məxsus olduğunu, oğurlanaraq satıldığını, bununla bağlı polisdə araşdırma getdiyini bildirmişlər. O, dərhal müdiri Şahid3 zəng etmiş və baş verənləri danışmışdır. Müdiri Hüseyn kompüteri heç kimə verməməyini və özünə göndərməyini tapşırmışdır. O da Şahid3 dediyi kimi edərək kompüteri Hüseynə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 Q ünvanında yerləşən “Moon telekom" adlı mağzanı işlədir. Qeyd olunan mağazada müxtəlif növ noutbuklar, telefonlar, aksesuarların alışı və satışı ilə məşğul olur. Həmin mağazada bir neçə işçiləri vardır. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında mağazada texnik vəzifəsində çalışan Şahid2 ona yaxınlaşaraq dükana bir nəfər şəxsin yaxınlaşaraq “Asus” markalı noutbukun lombardda girovda olduğunu, noutbukun lombardda batmasının istəmədiyini, bu səbəbdən həmin noutbuku almaq istəyib istəmədiklərini soruşduğunu bildirmişdir. O, Samirə həmin şəxs ilə birlikdə lombarda gedib noutbuka baxaraq qiymətləndirməsini tapşırmışdır. Samir həmin günü mağazaya yaxınlaşan şəxs ilə birlikdə lombarda gedib “Asus" markalı nooutbuka baxaraq geri gəlmiş və ona noutbukun yaxşı vəziyyətdə olduğunu bildirmişdir. O, Samirdən girovun qiymətini soruşduqda Samir 800 manat olduğunu bildirmişdir. O, Samirə 1600 (min altı yüz) manat pul vermiş və Samir də həmin pulu mağazaya yaxınlaşan adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs vermişdir. Samir və Vüsal həmin günü yenidən lombarda qayıdaraq noutbuku girovdan çıxarmış və Samir noutbuku çalışdıqları “Moon telekom” mağazasına gətirmişdir. Onlar noutbuku satmaq üçün 1800-2000 manata vitrinə yerləşdirmişlər. Bundan əlavə noutbukun satılması üçün “Tap-az” internet saytına elan yerləşdirmişlər. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Samir ona zəng edərək mağazaya iki nəfər şəxsin gəldiyini, yeni aldıqları “Asus” markalı noutbukun oğurluq olduğunu, noutbukun mağazaya gələn şəxslərə məxsus olduğunu, polislərin gəlib məsələni aydınlaşdıracağını bildirmişdir. O, noutbuka görə 1600 manat pul verdiyi üçün Samirə həmin noutbuku heç kimə verməməsini, noutbuku ona göndərməsini, sabah polisə gedib məsələni aydınlaşdıracağını bildirmişdir. Biraz keçdikdən sonra Samir “Asus” markalı” noutbuku ona taksi vasitəsi ilə göndərmişdir. Bundan sonra o, polis əməkdaşı ilə danışaraq polis şöbəsinə getmiş və noutbukun həqiqətən də oğurluq yolu ilə əldə edildiyini, polis şöbəsində araşdırma aparıldığını öyrəndikdə həmin noutbuku polis əməkdaşına təhvil vermişdir. Cinayət işinin 63-cü vərəqəsində olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-99-cu vərəqəsində olan 07 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin MYS-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3671 nömrəli, 20 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan, “Asus” markalı, “TUF Gaming F17” model, intel core İ5 xüsusiyyətli noutbukun istifadədə olmasını nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 1500 manat müəyyən edilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan 21 may 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd Çin istehsalı olan, “Asus” markalı, “TUF Gaming F17” model, intel core İ5 xüsusiyyətli noutbuk cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxs X2 təhvil verilmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından həmçinin müəyyən olunur ki, ibtidai istintaq zamanı cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2022-ci il tarixdə təzələnmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən yenidən dayandırılmış, xx.xx.2024-cü il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Yəni hazırkı iş üzrə cinayət məsuliyyətinə cəlb etmə keçməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçşəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını və onlara dəymiş ziyanın ödənilməsini, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, islah işləri cəzasına məhkum etməklə islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd Çin istehsalı, “Asus” markalı, “TUF Gaming F17” model, intel core İ5 xüsusiyyətli noutbukun zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd Çin istehsalı, “Asus” markalı, “TUF Gaming F17” model, intel core İ5 xüsusiyyətli noutbukun zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar