Məhkəmə qərarları › İş №1(008)-327/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-327/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-327/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Kürdəmir rayonu, Stansiya Karrar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Karrar qəsəbəsində qediyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və 23 yanvar 1992-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Məh.6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs tikinti və təmir işləri apardığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşin iki mərtəbəli bağ evin dəmir darvazasını açma yolu ilə həyətinə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən evin həyətindən özgənin Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 22 manat olan, 1122 manat dəyərində 2 metr uzunluğunda, açıldıqda isə 3,80 metr uzunluğunda olan, 60 diametr ölçüdə 51 ədəd yivli dəmir dirəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1122 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs tikinti və təmir işləri apardığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən iki mərtəbəli bağ evin dəmir darvazasını açma yolu ilə həyətinə qanunsuz daxil olub, şaxlarıc yeri hesab edilən evin həyətindən özgənin Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 22 manat olan, 1122 manat dəyərində 2 metr uzunluğunda, açıldıqda isə 3,80 metr uzunluğunda olan, 60 diametr ölçüdə 51 ədəd yivli dəmir dirəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1122 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişqir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs tikinti və təmir işləri apardığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən iki mərtəbəli bağ evin dəmir darvazasını açma yolu ilə həyətinə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən evin həyətindən özgənin Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 22 manat olan, 1122 manat dəyərində 2 metr uzunluğunda, açıldıqda isə 3,80 metr uzunluğunda olan, 60 diametr ölçüdə 51 ədəd yivli dəmir dirəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1122 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən Aydın adlı şəxsə məxsus iki mərtəbəli bağ evində gedən tikinti və təmir işlərində fəhlə işləyirmiş. Həmin bağ evində ondan başqa fəhlələr və ustalar da işləyirmişlər. Zərərçəkmiş şəxs isə bağ evində gedən tikintiyə və təmirə nəzarət edirmiş. İşlədiyi bağ evində dəmir dirəklər olmuş və həmin dirəklər Mecidə məxsus imiş. O, həmin dirəklərin bir qismini oğurlayıb gəlir əldə etmək qərarına gəlmiş, lakin dəmir dirəkləri tək götürə bilmədiyi üçün tanışı Sakitə və Elşənə işlədiyi bağ evində çoxlu dəmir dirəklər olduğunu deyib, həmin dirəkləri birlikdə oğurlamalarını və satıb gəlir əldə etmələrini təklif etmişdir. Sakit və Elşən etiraz etməmişlər və onun təklifi ilə razlaşmışlar. 23 avqust 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Sakit və Elşənlə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüşlər. Elşənə dəmir dirəkləri götürmək üçün yük maşını lazım olacağını bildirmişdir. Elşən tanıdığı Oruc adlı şəxsə zəng edərək özünə məxsus dəmir dirəkləri satmaq istədiyini bildirmiş, həmin şəxs də Elşənə dirəkləri almaq istədiyini deyib, Ramana qəsəbəsinə gətirməsini və pulunu orada verəcəyini bildirmişdir. Bundan sonra Zabrat qəsəbəsi ərazisindən tanımadıqları “Mercedes Atego” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük avtomobili tapmışlar, həmin yük avtomobilinin sürücüsünə Bilgəh qəsəbəsində yerləşən bağ evində özlərinə məxsus dəmir dirəklər olduğunu deyib, həmin dirəkləri metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. “Atego” markalı avtomobilin sürücüsü də onlarla razlaşmış və həmin gün, təxminən saat 21 radələrində Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən Aydın adlı şəxsə məxsus iki mərtəbəli bağ evin qarşısına gəlmişlər, sonra bağ evin dəmir darvazasını açmışlar, sürücü avtomobili evin həyətinə sürmüş, evin həyətində olan 51 ədəd dəmir dirəkləri Atego markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar. Yolda gedərkən Elşən bir qədər əvvəl zəng etdiyi tanışı Oruc adlı şəxsə yenə zəng edərək “dəmir dirəkləri gətirirəm” demişdir. Onlar Atego markalı yük avtomobillə dəmir dirəkləri Ramana qəsəbəsinə aparmışlar, Elşən tanışı Oruca zəng edərək Ramana qəsəbəsində olduqlarını bildirmiş, bir neçə dəqiqədən sonra Elşənin tanışı Oruc Faton markalı yük avtomobili ilə gəlnpş, oğurladıqları 51 ədəd dəmir dirəkləri Atego markalı avtomobildən düşürərək, tanışı Oruca məxsus Faton markalı yük avtomobilinə yükləmişlər. Elşən Oruca rin hər birinə 10 manat verəcəyini bildirsə də, Oruc dirəkləri onlardan götürdükdən Elşənə hər bir dirəklərə görə 7 manat verəcəyini bildirmiş, onlar da artıq dirəkləri təhvil verdikləri üçün gec olduğundan etiraz etməmişlər. Bundan sonra Oruc 110 manat vermiş, qalan pulu isə səhər verəcəyini bildirmişdir. Elşən həmin 110 manatın 80 manatını dirəkləri gətirən “Atego” markalı avtomobilin sürücüsünə vermişdir, gün Elşən və Sakitlə Balaxanı qəsəbəsi ərazisində görüşmüşlər, Elşən 70 manat manat isə Sakitə verərək, mal alan Orucla dirəyin hər birini 10 manata danışsa da, hər bir dirəyi 7 manatdan hesabladığına görə hər üçünə az pul düşmüşdür. Etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmişə vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə, təxminən saat 20 radələrində tanışı Nurlan və Elşənlə Zabrat qəsəbəsi ərazisində görüşmüşlər. Nurlan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində fəhlə işlədiyini, həmin bağ evində çoxlu dəmir dirəklər olduğunu deyib. Elşənlə ona həmin dirəkləri oğurlayıb satmalarını təklif etmişdir. Onlar Nurlanın təklifi ilə razlaşmamışlar. Bundan sonra oğurlayacaqları dəmir dirəkləri oğurladıqdan sonra hara satacaqları barədə söhbət etmişlər, Elşən onlara “mənim tanışım var, əlaqə saxlayaram, əgər istəsə dirəkləri ona sata bilərik” demişdir. Bundan sonra Nurlan Elşənə dəmir dirəkləri götürmək üçün yük maşını lazım olacağını bildirmişdir. Elşən də tanışı Oruc adlı şəxsə zəng edərək özünə məxsus dəmir dirəkləri satmaq istədiyini bildirmiş, həmin şəxs də dirəkləri almaq istədiyini deyib Ramana qəsəbəsinə gətirməsini və pulunu orada verəcəyini bildirmişdir. Bundan sonra Zabrat qəsəbəsi ərazisindən tanımadıqları Mercedes Atego markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan yük avtomobili tapmışlar, həmin yük avtomobilinin sürücüsünə Bilgəh qəsəbəsində yerləşən bağ evində özlərinə məxsus dəmir dirəklər olduğunu deyib, həmin dirəkləri metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu bildirmişlər. Atego markalı avtomobilin sürücüsü də onlarla razlaşmış və həmin gün, təxminən saat 21 radələrində Nurlanın işlədiyi Bilgəh qəsəbəsində yerləşən, tanımadığı şəxsə məxsus iki mərtəbəli bağ evin qarşısına gəlmişlər, sonra bağ evin dəmir darvazasını açmışlar, Atego markalı avtomobilin sürücüsü avtomobili evin həyətinə sürmüş, evin həyətində olan 51 ədəd dəmir dirəkləri “Atego” markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar. Yolda gedərkən Elşən bir əvvəl zəng etdiyi tanışı Oruc adlı şəxsə yenə zəng edərək “dəmir dirəklərim” var, onları aparmaq lazım olduğunu demişdir. Onlar Atego markalı yük avtomobillə dəmir dirəkləri Ramana qəsəbəsinə aparmışlar, Elşən tanışı Oruca zəng edərək Ramana qəsəbəsində olduqlarını bildirmiş, bir neçə dəqiqədən sonra Elşənin tanışı Oruc Faton markalı yük avtomobili ilə oğurladıqları 51 ədəd dəmir dirəkləri “Atego” markalı avtomobildən düşürərərk, tanışı Oruca məxsus Faton markalı yük avtomobilinə yükləmişlər. Elşən Oruca dirəyin hər birini 10 manat verəcəyini bildirsə də, Oruc dirəkləri onlardan götürdükdən Elşənə hər bir dirəyə görə 7 manat verəcəyini bildirmiş, onlar da artıq dirəkləri təhvil verdikləri üçün gec olduğundan etiraz etməmişlər. Bundan sonra Oruc 110 manat vermiş, qalan pulu isə səhər verəcəyini bildirmişdir. Elşən həmin 110 manatın 80 manatını dirəkləri gətirən “Atego” markalı avtomobilin sürücüsünə vermişdir, səhəri gün Elşən və Nurlanla Balaxanı qəsəbəsi ərazisində görüşmüşlər, Elşən 70 manat ona, 70 manat isə Nurlana verərək, mal alan Orucla dirəyin hər birini 10 manata danışsa da Oruc hər bir dirəkləri 7 manatdan hesabladığına görə hər üçünə də az pul düşmüşdür. Etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmişə vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə, təxminən saat 20 radələrində tanışı Nurlan və Sakitlə Zabrat qəsəbəsi ərazisində görüşmüşlər. Nurlan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ dən birində fəhlə işlədiyini, həmin bağ evində çoxlu dəmir dirəklər olduğunu Sakitlə ona həmin dirəkləri oğurlayıb satmalarını təklif etmişdir. O, əvvəlcə Nurlanın təklifi ilə razılaşmasa da, sonra həmin təkliflə razılaşmışdır. Bundan sonra oğurlayacaqları dəmir dirəkləri oğurladıqdan sonra hara satacaqları barədə söhbət etmişlər. O, Nurlana “mənim tanışım əlaqə saxlayaram, əgər istəsə dirəkləri ona sata bilərik” demişdir. Bundan sonra Ramana qəsəbəsi ərazisində yaşayan tanışı Oruc adlı şəxsin istifadə etdiyi mobil telefonuna zəng vuraraq özünə məxsus dirəklər olduğunu deyib, həmin dirəkləri satmaq istədiyini bildirmişdir. Oruc da, etiraz etməmiş və dirəkləri Ramana qəsəbəsinə gətirməsini, orada ondan götürüb pulunu verəcəyini bildirmişdir. Bundan sonra Nurlan və o, Zabrat qəsəbəsi ərazisində yük daşıma ilə məşğul olan tanımadıqları Atego markalı avtomobilin sürücüsünə yaxınlaşaraq Bilgəh qəsəbəsindən, Ramana qəsəbəsinə aparmaq istədiklərini deyib, həmin yükü Ramana qəsəbəsinə neçəyə apara biləcəyini soruşmuşlar. Sürücü yükü Ramana qəsəbəsinə 80 manata apara biləcəyini bildirmiş və razlaşmışlar. Bundan sonra Nurlan, Sakit və o, Atego markalı yük avtomobilinə əyləşərək Nurlanın dediyi ünvana yollanmışlar. Təxminən saat 21 radələrində Nurlanın işlədiyi Bilgəh qəsəbəsində yerləşən, tanımadığı şəxsə məxsus iki mərtəbəli bağ evin qarşısına gəlmişlər, sonra bağ evin dəmir darvazasını açmışlar, Atego markalı avtomobilin sürücüsü avtomobili evin həyətinə sürmüş, evin həyətində olan 51 ədəd dəmir dirəkləri Atego markalı yük maşınına yüklədikdən sonra oradan çıxmışlar. Yolda gedərkən tanışı Oruca yenə zəng edərək “dəmir dirəkləri Ramana qəsəbəsinə gətirirəm” demişdir. Onlar Atego markalı yük avtomobillə dəmir dirəkləri Ramana qəsəbəsinə aparmışlar, o, Oruca zəng edərək dirəkləri Ramana qəsəbəsinə gətirdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Oruc Faton markalı yük avtomobili ilə gəlmiş, oğurladıqları 51 ədəd dəmir dirəkləri Atego markalı avtomobildən düşürərək, Oruca məxsus Faton markalı yük avtomobilinə yükləmişlər. O, Oruca dirəklərin hər birinə 10 manat verəcəyini bildirsə də, Oruc dirəkləri onlardan götürdükdən sonra hər bir dirəklərə görə 7 manat verəcəyini bildirmiş, onlar artıq dirəkləri Oruca təhvil verdikləri üçün gec olduğundan etiraz etməmişlər. Bundan sonra Oruc ona 110 manat vermiş, qalan pulu isə səhər verəcəyini bildirmişdir. O, Orucun verdiyi 110 manatın 80 manatını dirəkləri gətirən Atego markalı avtomobilin sürücüsünə vermiş və yola salmışdır. Səhəri gün Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında Orucla görüşmüş, Oruc onlardan aldığı dirəklərə görə borclu qaldığı 360 manatını vermişdir. Həmin gün Nurlan və Sakitlə Balaxanı qəsəbəsi ərazisində görüşmüşlər, Orucdan aldığı puldan 70 manat Nurlana, 70 manat isə Sakitə vermişdir. Etdiyi əməldən səmimi peşmandır. Zərərçəkmişə vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildən “MM Qrup” şirkətində Biriqadir vəzifəsində işləyir. 2022-ci ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı a yerləşən Aydın adlı şəxsə məxsus iki mərtəbəli bağ evin tikinti və təmir işlərini Qrup şirkəti görürdü. Həmin bağ evində şirkətin ustaları işləyirmişlər, ustalara rəhbərlik edən onun özü imiş, yəni ustaların gördükləri işə o, nəzarət edirmiş. Bağ evində iş gedən ərəfələrdə evin tikintisində və təmir işlərində istifadə etmək üçün o, özünə məxsus, şəxsi vəsait hesabına aldığı hər birinin dəyəri 22 manat olan, iki metr ğunda, açıldıqda isə 3,80 metr olan 60 diametr ölçüdə 51 ədəd yivli dəmir dirəkləri gedən bağ evə gətirmişdir. Ustalar və o, hər gün saat 09 radələrində bağ evində yə başlayırmışlar, saat 17 radələrində işlərini qurtarıb oradan çıxırmışlar. Sonuncu 23 avqust 2022-ci il tarixdə, saat 17 radələrində sözü gedən bağ evində işlərini yekunlaşdırmışlar, ustalarla birlikdə bağ evindən çıxmışlar. 24 avqust 2022-ci il tarixdə radələrində həmişə oluğu kimi Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən Aydın adlı məxsus tikinti işləri gördükləri bağ evə gələrkən, təmir işlərinin istifadəsi üçün gətirdiyi 51 ədəd dəmir dirəklərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Şəxsi işləri ilə bağlı həmin gün polisə müraciət edə bilməmişdir. 28 avqust 2022-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PBnə gedərək ona məxsus oğurlanmış dəmir dirəklərin oğurlanması barədə yazılı ərizə və izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dirəkləri bağ evində onlarla birlikdə usta işləyən Təqsirləndirilən şəxs3 adlarını bilmədiyi tanışları ilə birlikdə oğurlamışlar. Hazırda ona vurulmuş zərər tam ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və bu səbəbdən də şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsi yaxınlığında özünə məxsus Faton markalı, ** ML *** dövlət qeydiyyat nişanlı yük avtomobillə yükdaşıma ilə məşğul olur. 23 avqust 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə olarkən istifadə etdiyi mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs onun nömrəsini Zabrat qəsəbəsi ərazisindən tapdığını deyib, özünə məxsus olan dəmir dirəkləri satmaq istədiyini bildirmişdir. O, da həmin şəxsə dəmir dirəkləri Ramana qəsəbəsi, Gülçülük sovxozuna gətirməsini və pulunu ödəyib dəmir dirəkləri alacağını bildirmişdir. Həmin gün təxminən saat 23 radələrində sonradan adı ona məlum olan Elşən adlı şəxs onun istifadə etdiyi mobil telefonuna yenə zəng edərək, dəmir dirəkləri yük avtomobili ilə Ramana qəsəbəsinə gətirdiyini bildirmişdir. O, Elşənə yaşdığı evin ünvanını deyib dirəkləri yaşadığı evin yaxınlığına gətirməsini bildirmişdir. Bundan sonra o, idarə etdiyi Faton markalı yük avtomobili ilə yaşadığı evdən çıxmış, evin yaxınlığında Elşənlə görüşmüşdür. Elşən adlı şəxs Mercedes Atego markalı yük avtonjiobili ilə gəlmişdir, yük avtomobilinin sürücüsündən başqa yanında iki nəfər tanımadığı şəxslər də var imiş. Elşənin gətirdiyi 51 ədəd dəmir dirəkləri Atego markalı avtomobildən düşürüb onun idarə etdiyi Faton markalı avtomobilə yükləmişlər. Elşənlə aralarında olan razlaşmaya əsasən Elşənə satdığı dirəklərə görə ümumilikdə 470 manat verəcəyini bildirmişdir. Elşən də etiraz etməmişdir. Lakin həmin vaxt onun üzərində pulu az olduğu üçün, ilkin olaraq Elşənə 110 manat vermiş, qalan pulu isə səhər verəcəyini bildirmişdir. Elşən də etiraz etməmiş və ona bildirmişdir ki, “əgər mənim tanışlarım səndən dirəyi neçəyə adlğını soruşsalar, deyərsən ki, dirəyin hər birini 7 manatdan almışam”. Bundan sonra Elşən və yanında olan tanımadığı şəxslər çıxıb getmişlər, o, da yaşadığı evə getmişdir. Səhəri gün Elşənlə əlaqə saxlayaraq Zabrat dairəsi yaxınlığında Elşənlə görüşmüş və yerdə qalan 360 manatı Elşənə vermişdir. 28 avqust 2022-ci il tarixdə Zabrat qəsəbəsi ərazisində olduğu vaxt istifadə etdiyi mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs ona yük maşını lazım olduğunu deyib onunla görüşmək istədiyini bildirpıişdir. Bundan sonra o, həmin şəxslə Zabrat dairəsi yaxınlığında görüşmüş, həmin şəxs özünü ona Sabunçu RPİnin 42-ci PB-nin əməkdaşı kimi təqdim edərək, ondan Elşən adlı şəxsin ona dəmir dirəklər satıbsatmamasını soruşmuşdur. O, da həmin polis əməkdaşına 23 avqust 2022-ci il tarixdə Elşən adlı şəxsin ona 51 ədəd dəmir dirəklər satdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Elşənin ona satdığı dirəklərin oğurluq yolu ilə ədlə edib ona satdığını deyib, həmin dirəkləri maddi sübut kimi ondan götürəcəklərini bildirmişdir. O, da etiraz etməmiş və həmin dirəklər polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ondan götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 16-cı Dalanda yerləşən yeni tikilən bağ evidir (i.v.7-10). “Baxış keçirilməsi və maddi sübutu götürmə haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq nəticəsində satılmış 51 ədəd dəmir dirəklər X4 tərəfindən təqdim edilərək həmin dirklərin ona 23 avqust 2022-ci il tarixdə üç nəfər şəxsin 470 manata satdıqlarını bildirmiş, həmin dirəklər maddi sübut kimi götürülmüşdür (i.v.18-19). “Məhkəmə əmtəəşünaslıq ekspertizası”nın 11 yanvar 2023-cü il tarixli, 9/9476 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 2 metr uzunluğunda, açıldıqda isə 3,80 metr uzunluğunda olan, 60 mm diametr ölçüdə yivli dəmir dirəyin istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 22,00 manat, 51 ədədinin dəyəri isə 1122,00 manat müəyyən edilir (i.v.226-228). “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxslərin oğurladıqları Zərərçəkmiş şəxs məxsus 51 ədəd dirəklər maddi sübut kimi tanınaraq məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i.v.231-241). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 28 avqust 2022-ci il tarixdə tutulmuşdur (i.v.34). “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 avqust 2022-ci il tarixdə tutulmuşdur (i.v.60). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs3 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.126-128). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.129-131). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.132-133). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.136-137). “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 avqust 2022-ci il tarixdə tutulmuşdur (i.v.155). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.187-189). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.190-191). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v.203). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.204). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri AR CM-nin 67-ci maddəsinin tələbləri də nəzərə alınmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, 16 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 01 noyabr 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi məhkəmənin icraatındadır (i.v.205-206). Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və heç bir şikayət və tələbi yoxdur (i.v.219). 300 və 08 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 18 aprel 2016-cı il təvəllüdlü (X1) və 14 dekabr 2018-ci il təvəllüdlü (X2) uşaqları var (i.v.229-230) Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 120/2013 saylı, 27 iyun 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, AR CM-nin 69.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 2500 manat məbləğində cərimə cəzası saxlanılmışdır. AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 dekabr 2022ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri AR CM-nin 67-ci maddəsinin tələbləri də nəzərə alınmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ona məhkəmə hökmü ilə təyin edilmiş 2500 məbləğində cərimə cəzasını bu günədək ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Həmin qərarda göstərilmişdir ki, şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Göründüyü kimi, Qocalı X3 Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri AR CM-nin 67-ci maddəsinin tələbləri də nəzərə alınmaqla qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş və 16 aprel 2018-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq ona AR CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş cərimə cəzasını bu günədək ödəmədiyindən onun AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkumluğunun ödənilməsi müddətinin axımı başlamamış qalmışdır ki, bu da onun əməlində cinayətlərin residivinin olmasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaq getdiyi və 05 avqust 2022-ci il tarixdə həsblə əlaqədar olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi dövrdə hazırki cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilmədiyi və təqsirli bilindiyi başqa cinayət işi üzrə barəsində istintaqın aparıldığı dövrdə yenidən cinayət törətməsini və bununla da digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut 51 ədəd dirək qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərdən müəyyən paylar üzrə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 28 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut 51 ədəd dirək qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat-Təqsirləndirilən şəxs3 20 manat, Təqsirləndirilən şəxs2 15 manat, Təqsirləndirilən şəxs1 15 manat olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar