Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-328/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qurbanəli oğlunun, 07 saylı vəkil bürosunun vəkili Talıbov Təyyar Talıb oğlunun, Zərərçəkmiş şəxs Zəliyeva (Məşədiyeva) Ləman Ağahüseyn qızının iştirakı ilə 09 iyun 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəs., Yanardağ küç., ev 22 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Fəzahir oğlu xx xxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxx 2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat məbləğində alimentin tutularaq tələbkar X3 ödənilməsinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)3064/2014 saylı, 21 aprel 2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxx 2018-ci il, xx xxxxx 2018ci il və xx xxx 2018-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq aliment ödənişi etmədiyinə görə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1262/18 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə olunmasına, Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)2040/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, xx xxxxxx 2020-ci il tarixə kimi hesablanmış 3.761 manat aliment borcunun tələbkara ödəməməklə məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Fəzair oğlu ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(008)3064/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən N.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatana kimi xx xxxx 2009-cu il tarixdən başlayaraq hər ay 103 manat olmaqla aliment pulunu keçmiş arvadı Ləmana ödəməli olsa da icra məmurunun qanuni tələblərinə məhəl qoymamış, aliment məbləğini ödəyə bilməmişdir. Barəsində cinayət işi başlanmış, aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra da aliment borcunu ödəyə bilmədiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda onun aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ağahüseyn qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx xxxxxx 2008-ci il tarixdə faktiki nikaha daxil olmuş, onların birgə nikahından xx xxxx 2009-cu il təvəllüdlü N.Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Bir müddət birlikdə yaşadıqdan sonra xasiyyətlərinin tutmaması səbəbindən Fuadın ailənin dolanışığına yardım etməməsi səbəbindən 2014-cü ildə Bakı şəh., Sabunçu Rayon Məhkəməsinə boşanma və Fuaddan oğlunun saxlanması üçün alimentin tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 2(008) 3064/2014 saylı, xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə Fuadla onun arasında bağlanmış nikahın pozulması, birgə yaşayışdan dünyaya gəlmiş xx xxxx 2009-cu il təvəllüdlü N.Təqsirləndirilən şəxs yetkinlik yaşma çatana kimi onun himayəsində saxlanılması, xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 103 (yüz üç) manat məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Təqsirləndirilən şəxslə fərdi söhbətlər etmiş, lakin qətnamənin icra olunması üçün heç bir tədbir görülməmişdir. Hal-hazırda məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayeva Gülarə Norvuz qızı ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olan xx xxxxx 2014-cü il tarixli icra sənədi əsasında xx xxx 2014-cü il tarixdə şöbədə icraat başlanılmışdır. Aliment borclu tərəfindən ödənilməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə borclu şəxsin ölkədən getmək hüququ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 8(008)2838/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qərarını qərəzli icra etmədiyinə görə Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin l(008)268/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra da tələbin borcluya məxsus əmlak və gəlirləri hesabına ödətdirilməsi məqsədilə aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin müsbət nəticə əldə olunmadığını göstərərək borclu xx xxxx 2018-ci il tarixdə şöbəyə gələrək izahat verərək maddi imkanının olmadığından aliment borcundan heç bir ödəniş edə bilmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1262/18 saylı, xx xxxx 2018-ci il tarixli qərarına əsasən 600 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və həmin Məhkəmənin 3(008)2040/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış borcu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vaqit qızı, Şahid3 Şəmsəddin qızı Mustafayeva Gülarə Novruz qızının ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən xx xxxxxx 2020-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2016-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)1262/18 saylı, xx xxxx 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Fəzair oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində cərimə edilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 3(008)2040/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cümaddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs Fəzair oğlunun əməli sadə residiv kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə cinayətin residivni Məşədiyev Fuad Fəzair oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-cı maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Fəzair oğlu Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir (səh.,129). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu RPİ-in 12-ci PB-si tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş, bu barədə protokol tərtib olunmuşdur (səh., 111). Cinayət işinin materiallarında olan müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan təddbiri seçilmişdir (səh., 135). Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanınislah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşıdrılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən 26 iyun 2020-ci il tarixə (01 gün) şübhəli şəxs kimi həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Fəzair oğlunun 25 iyun 2020-ci il tarixdən 26 iyun 2020-ci il tarixə kimi (01 gün) şübhəli şəxsi kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il, 05 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-328/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-328/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver