Məhkəmə qərarları › İş №1(008)-328/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-328/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-328/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - X4, Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1983-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2017ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, İcra Hakimiyyəti Başçısının 1157 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı ilə vətəndaş X8 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində, 89 saylı orta məktəbin yanında ayrılmış 0,06 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini X2 13000 manata satacağını və həmin torpaq sahəsinə dair Suraxanı Rayonu İcra Hakimiyyətindən yerləşmə sxemini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alacağına dair yalan verib aldadaraq Qoşqar Məmmədovdan bundan öncə ona satmaq istədiyi Bakı şəhəri, Suraxanı rayonu, X23 sədrinin xx.xx.2004-cü il tarixli Sərəncamı ilə vətəndaş X9 Yeni Suraxanı qəsəbəsində ayrılmış 0,04 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinə görə tanışı X5 vasitəsilə 2016-cı ilin may ayında Bakı şəhəri, Nizami rayonu, Ə.Əliyev küçəsində, “Ruslan marketin yaxınlığında beh kimi aldığı 1000 manat pulu və xx.xx.2016cı il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən 18 saylı notariat kontorunda qeyd edilən 0,03 ha torpaq sahəsinə dair X1 Qoşqar Hüseynağa oğluna etibarnamə verdikdən sonra həmin gün notariat kontorunun yaxınlığında 12000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək ümumilikdə zərərçəkmiş şəxs X2 13000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, 24 mart 2020-ci il tarixdə həmin ərazidə torpaq sahəsinin alınmasına görə beh adı ilə 1000 manat, zəhmət haqqı adı ilə 200 manat, 25 mart 2020-ci il tarixdə isə torpaq sahəsinin alınması adı ilə 3650 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 4850 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 4850 manat dəyərində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində 12 sot torpaq sahəsi satmaq barədə yalan vədlər verib 2020-ci ilin sentyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində ümumilikdə 14600 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsinin guya özünə aid olması barədə yalan məlumat verməklə aldadaraq aralarında yaranmış etibardan sui-istifadə etməklə 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində torpaq sahəsinin yanında 3000 manat pulunu, 20 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində onun 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3800 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X27 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının əvvəllərində “tap.az” internet saytında satılması barədə elan yerləşdirdikləri Sabunçu rayonu, Ramanı qəsəbəsindəki 2,5 sot torpaq sahəsinin yaxınlığında müştəri kimi maraqlanan Zərərçəkmiş şəxs4 ilə görüşüb həmin torpaq sahəsini ona satacağı barədə yalan vəd verib aldadaraq beh adı ilə 500 manat, 2021-ci ilin may ayının ortalarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşüb həmin torpaq sahəsini satmaq vədi ilə aldadıb 4600 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5100 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci il ərzində Bakı şəhərinin bir çox ərazilərində torpaq alqı-satqısı ilə məşğul olmuşdur. O, tanışı X16 “tap.az” internet elan saytında yerləşdirdiyi və ona müştəri tapmağı tapşırdığı Sabunçu rayonu, Ramana qəsəbəsində 2,5 sot torpaq sahəsi ilə müştəri kimi maraqlanan Zərərçəkmiş şəxs4 həmin torpaq sahəsini göstərmiş, razılaşdıqdan sonra 2021-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada görüşüb həmin torpaq sahəsini satmaq məqsədi ilə 500 manat beh olaraq, sonradan isə 4600 manat pulunu almışdır. Həmin torpağı satarkən Elmin torpaq sahəsinin sahibi kimi X17 adlı şəxsi göndərmiş və torpaq sənədi ilə birlikdə Zərərçəkmiş şəxs4 Yasamal rayonu ərazisində yerləşən nömrəsi yadında qalmayan notariusda etibarnamə ilə verilmişdir. Lakin, sonradan həmin torpaq sahəsinin sənədinin düz olmaması məlum olmuş və torpaq sahəsinin başqa sahibləri çıxmışdır. O, bu barədə Elminə bildirdikdə, o həmin sənədin əvəzindən başqa yer verəcəyini desə də həmin məsələni də alındırmamışdır. O Zərərçəkmiş şəxs4 aldığı puldan 4000 manat pulu vermiş, özünə isə 1100 manat qalmışdır və o öz üstünə düşən məbləği ödəməyə çalışacaqdır. Bundan başqa, 2020-ci ilin təxminən mart ayının ortalarında o, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində maklerlik fəaliyyəti ilə məşğul olan zaman ona sonradan adının Zərərçəkmiş şəxs1 olmasını bildiyi qadın müştəri qismində yaxınlaşaraq 3 sot Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs1 tanış makler İsmayıl Əsgərovun satmaq üçün elan qoyduğu torpaq sahəsini təklif etmişdir. Güllü, onun qızı Afət, taksi sürücüsü ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyindəki həmin torpaq sahəsinə baxmağa getmiş, Güllü torpaq sahəsini bəyəndikdən sonra bildirmişdir ki, “Torpağın sahibi ilə danış əgər mən dediyim qiymətlə razlaşarsa alaram.” O, torpağın sahibi ilə danışıb deyəcəyini bildirmişdir. O, İsmayılla danışdıqdan sonra 24 mart 2020-ci il tarixdə Güllü xanıma zəng etmiş, torpaq sahəsinin sahibi ilə danışmağını, sənədini götürüb işlədiyi ofisə gəlməyini, torpağın sahibinin də yanında olmasını bildirmişdir. Həmin gün, təxminən saat 10 radələrində Güllü qızı Afət ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ofisinə gəlmiş, o, orada Güllünü İsmayıl ilə tanış etmiş, Gülü xanıma bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibidir. X34 torpaq sahəsini 5000 manata satmasını demişdir. Güllü isə 4800 manat civarında ödəməyə razılaşmışdır və sənədləşmə ilə bağlı səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqəni gətirərsən torpağı sənin adına sənədləşdirəcəkdir. Həmin vaxt Güllü torpaq sahəsinə görə 1000 manat behi İsmayıla vermiş, o da də öz zəhmət haqqını zarafatyana istəmişdir. Bundan sonra Güllü əlavə olaraq 200 manat ona zəhmət haqqı vermişdir. Güllü bildirmişdir ki, qalan 3700 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə Güllü qızı Afətlə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən istədikləri torpaq sahəsinə gəlmişlər, orada o və İsmayıl ilə görüşmüşlər. Güllü onlardan torpağın digər sahibi İlqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni ver, İlqarı evindən götürüb notariusa aparacaqdır, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra, Güllü qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermişdir. Bir müddət sonra X18 adından etibarnaməni Güllüyə vermişdir və torpağa görə qalan 3650 manatı isə Güllü ona vermiş, o da sayıb hamısını İsmayıla vermişdir. Güllü sonradan ona tikinti üçün layihə çəkməyi və hasar çəkdirməyi iki otaq ev tikməyi tapşırmışdır, 100 manat da ona usta pulu vermiş, o da də hasar tikmək işlərini başlatdırmışdır. 3-4 gün sonra Güllü də torpaq sahəsinin yanında olarkən torpaq sahəsinin başqa sahibləri çıxmışlar. O İsmayıla zəng edərək onu çağırmış, lakin, İsmayıl gəlməmiş və artıq İsmayılın onu da aldadıb problemə salmasını başa düşmüşdür. Güllü bu səbəbdən pulu qaytarmağı tələb etmişdir. O da bu barədə İsmayıla bildirərək nə üçün onu problemə salmasını irad bildirib pulu geri qaytarmağı İsmayıldan tələb etmiş, lakin, İsmayıl müxtəlif bəhanələrlə onu yubatmışdır. Bu hadisələrdən sonra Güllü dəfələrlə polisə şikayət etdikdən sonra İsmayıl ondan aldığı pulun 2000 manatını hissə-hissə qaytarmışdır, o, isə makler kimi İsmayıldan və Güllüdən aldığı ümumilikdə 800 manatı Zərərçəkmiş şəxs1 qaytarmışdır. Sonradan Güllünün kimə əlavə pul verməsindən və ya torpaq almaq üçün sövdələşməsindən xəbəri olmamışdır. Həmin mübahisə ilk yaranan vaxt torpaq sahəsində yaranan problemin həlli adı ilə Güllü xanımın adından Mübariz adlı şəxs torpaq sahəsinə gəlmiş, sonradan Yaşar adlı şəxs “VAZ 21011” markalı avtomobillə gəlmiş və Güllü ona Yaşar dayı deyə adlandırdığı şəxsin onun torpaq işini həll edəcəyini deyib onların avtomobilinə əyləşib getmişdir. O həmin ərəfədə Güllü xanıma zəng etdikdə demişdir ki, o, İsmayıldan pulu alıb geri qaytardıracaqdır, lakin o yenə Yaşar dayı dediyi şəxsin onun məsələsini həll etdiyini demiş və həmin vaxt heç ondan makler kimi verdiyi pulu istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə yaxınlaşaraq Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxs İsmayıl və İlqar adlı tanışlarının olduğunu və sonuncuların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, həmin torpağın qiymətini Vüsaldan soruşanda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manat olmasını demiş, lakin o, Vüsala 5000 manat pulunun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmiş, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişdir ki, sahibi ilə danışsın əgər onun dediyi qiymətlə razlaşarsa alar. Vüsal da ona torpağın sahibi ilə danışıb bildirəcəyini demişdir. 24 mart 2020-ci il tarixdə Vüsal onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışımış, sənədini götürüb tez onun işlədiyi ofisə gəlsin, torpağın sahibi də oradadır. Həmin gün təxminən saat 10 radələrində qızı Afət ilə birlikdə tanışı Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibləridirlər. Həmin vaxt o, sonunculara torpaq sahəsindən xoşum gəlməsini, nə vaxt sənədləşdirmələrini demiş, sonuncular isə bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqənizi gətirər torpağı onun adına sənədləşdirərlər. Həmin vaxt o, torpaq sahəsinə görə Vüsala 1000 manat beh vermişdir, Vüsalda həmin pulu İsmayıla vermiş və bildirmişdir ki, onun zəhmət haqqını kim verəcək. Bundan sonra o, əlavə olaraq 200 manat Vüsala zəhmət haqqı vermişdir. Sonunculara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə qızı Afətlə birlikdə tanışı Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin ona satmaq istədikləri torpaq sahəsinə gəlmiş, orada Vüsal və torpağın sahibi İsmayıl ilə görüşmüşdür. O, sonunculardan torpağın digər sahibi ilqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni versin, özü ilqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra o, qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermiş, İsmayılda demişdir ki, burada onu gözləsinlər. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, sonuncunun dalınca İsmayıl gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, ilqar öz adından onun qızının adına etdibarnamə vermişdir. O, da, etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı Vüsala vermiş, Vüsalda həmin pulu İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürmüş, usta çağırmışdır ki, işə başlasın. Təxminən 4-5 gündən sonra usta ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə «qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir, sən nə iş görürsən burda». Bundan sonra o, həmin torpaq sahəsinə gəlmiş, orada bir nəfər İlqar adlı şəxslə görüşmüş, həmin İlqar adlı şəxs ona etibarnamə göstərmişdir ki, «mən sizin aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışam». Həmin vaxt ona məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və İlqar onu aldadaraq saxta etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra o, orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə X19 və X24 gəlmişlər. Sonuncular gəldikdən sonra Yaşar Babayev şikayət etməməsini, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra o, Yaşar Babayev ona başqa torpaq sahəsinin alınması üçün 4100 manat və tikinti işlərinin aparılması üçün 1700 manat pul tələb etmiş, lakin torpağa sənəd verilmədiyi üçün həmin pulu da Yaşar Babayevdən tələb etmişdir. X36 tərəfindən ona vurulmuş ziyan geri qaytarılmışdır. Eyni zamanda onu vurulmuş ziyanın 2000 manat hissəsi İsmayıl tərəfindən qaytarılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, o, uzun illər işləyib pul toplayaraq özünə fərdi ev tikdirmək üçün torpaq sahəsi almaq istəyirmiş, böyük əmisi oğlu Əbülfəz Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayırmış və qərara gəlmişdir ki, torpaq sahəsini də böyük əmisi oğlu Əbülfəzin yaşadığı evin yaxınlığında alsın, qonşu olsunlar. Digər əmisi oğlu, Əbülfəzin kiçik qardaşı Rəşad tikintidə işləyirmiş, 2016-cı ilin aprel ayında ona müraciət edib xahiş etmişdir ki, soraqlaşsın, Yeni Suraxanı qəsəbəsində satılıq torpaq olsa ona xəbər vermişdir. Bir neçə gün sonra isə əmisi oğlu Rəşad ona zəng vurub bildirmişdir ki, onunla birgə işləyən Səxavət adında adam vardır ki, ona demişdir ki, qohumu X40 qəsəbəsində torpaq sahəsi satır. Bu qaydada Səxavətlə tanış olmuşdur. 2016-cı ilin may ayının əvvəllərində o Səxavətlə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 89 saylı orta məktəbin yaxınlığındakı daş hasara alınmış torpaq sahəsinə gəlmişlər, Səxavət ona həmin torpaq sahəsini göstərmiş və demişdir ki, Vüsal işi ilə əlaqədar gələ bilmir, torpaq sahəsinə baxmışdır, bir cərgə mişar daşla hasara alınmışdır, hasarın içində isə, torpaq sahəsində təxminən bir yük maşını qədər mişar daşlar olmuşdur. Torpaq sahəsini və onun yerləşdiyi ərazini o bəyənmişdir, qiymətini Səxavətdən soruşanda ona bildirmişdir ki, 15.000 manatdır, o demişdir ki, bu məbləğdə pulu yoxdur, endirim barədə soruşmuş, Səxavət isə demişdir ki, torpaq sahibi olan Vüsalla bunu müzakirə etmək lazımdır və orada Vüsalın mobil telefon nömrəsini ona vermişdir. O da Vüsalla danışmış və həmin şəxs 13.000 manata torpaq sahəsini sata biləcəyini demişdir. O etibarnaməyə baxmış, orada yazılmışdır ki, X12 xx.xx.2004-cü il tarixli 1 saylı Sərəncamına əsasən X6 mülkiyyəində olan və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 400 kv/m torpaq sahəsindən 300 kv/m torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqları ona verilmiş, müvafiq sənədləşdirmə işi aparıldıqdan sonra özəlləşdirilməsi qeyd olunmuşdur. O 1000 manat beh verdikdən sonra Vüsala demişdir ki, sənədi yoxlasın, düz çıxsa qalan pulu ona verər, Vüsal narazı olsa belə sonda razılaşmış, çünki o qalan pulu verməkdən imtina etmiş, sənədin həqiqiliyini yoxlayıb əmin olduqdan sonra pulu ona verəcəyini demişdir. Daha sonra o X13 getmiş və həmin etibarnaməni göstərmiş, etibarnamə öyrənildikdən sonra ona məlum olmuşdur ki, etibarnamədə göstərilən torpaq sahəsi ümumiyətlə başqa ərazidə yerləşir və Səxavətin ona göstərdiyi, 89 saylı orta məktəbin yaxınlığındakı torpaq sahəsi ilə eyni deyil, başqa ərazidir. O bunu Vüsala dedikdə Vüsal bildirmişdir ki, ola bilməz, sonra isə özü bunu araşdıracağını demişdir. xx.xx.2016-cı il tarixdə Vüsalla Nizami rayonu, H.Əliyev prospektində yerləşən Asan Xidmətin qarşısında görüşmüşlər, Vüsal özü ilə Suraxanı rayon İcra Hakimiyəti Başçısının 1157 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamını gətirmişdir, Vüsalın yanında isə ilk dəfə olaraq görüb tanıdığı və əsl torpaq sahibi olan X14 olmuşdur. Vüsal bildirmişdir ki, vaxtı ikən həmin torpaq sahəsini sənədsiz Xaliddən almışdır, torpaq onundur, lakin sənədləşmə üçün torpaq sahəsinin sənədlə sahibi iştirak etməlidir. Sonra onlar Asan Xidmətə daxil olmuşlar ki, alqı-satqı etsinlər, lakin orada ona bildirmişlər ki, alqı- satqı üçün tək Sərəncam kifayət etmir, bunun üçün ilk olaraq torpaq sahəsinin plan-sxemi çıxarılmalı imiş, sonra adına həmin Sərəncam verilmiş X10 adına mülkiyyətə dair çıxarış alınmalı imiş, bu çıxarış olduqdan sonra isə alqı-satqı etmək mümkün olacaqmış. Asan Xidmətdə Sərəncama da baxılmış və Sərəncamın həqiqi olduğu deyilmiş, bundan sonra BTİ-də getmişlər, orada da təsdiq etmişlər ki, bu Sərəncam həqiqidir. Bunlar onda inam yaratmışdır ki, torpağın qanuni sənədi vardır. Vüsal ona bildirmişdir ki, bu işləri görmək üçün, yəni torpaq sahəsinə dair plan-sxem almaq üçün, daha sonra çıxarış almaq üçün pul lazımdır, bildirmişdir ki, qalan pulu, yəni 12.000 manatı da ona versin, 3-4 günə həmin sənədləri düzəldib alqı-satqı edəcəklər. Oradan Xətai rayonu, metronun Əhmədli stansiyasının yaxınlığındakı 18 saylı Dövlət Notariat Kontoruna gəlmişlər, Vüsal demişdir ki, hələlik onun adına etibarnamə versin, qalan pulu ona versin, 3-4 günə isə çıxarış alacaqdır, sonra alqı-satqı edəcəklər. O bu təkliflə razılaşmış, 18 saylı Notariat etibarnamə vermiş, oradan çıxdıqdan sonra isə, ona məxsus Mercedes markalı, 99- FP-276 dövlət nömrə nişanlı avtomobilin içində Səxavətin yanında Vüsala sayaraq 12.000 manat pul vermişdir və ayrılmışlar. 4 gün keçmiş, Vüsalla zəngləşmişdir, ***-***-**- ** mobil telefon nömrəsi ilə zəng edib bildirmişdir ki, bir neçə gün də lazımdır ki, işləri həll etsin. Bundan sonra Vüsal hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamışdır. Bu qaydada 4 ay vaxt keçmiş, bu müddətdə özü də Suraxanı İcra Hakimiyyətinə gedib maraqlanmış, ona deyilmişdir ki, həmin torpaq sahəsinə plan-sxem alınması üçün külli miqdarda pul ödəmək lazım olacaq. Bunu Vüsala demişdir ki, səhv edib Suraxanı İcra Hakimiyyətinə gedərək maraqlanmışdır, özü bu işi həll edəcək, lakin onu aldatmışdır, sonra isə zənglərinə cavab verməmişdir. Buna görə məcbur olub xx.xx.2016-cı il tarixdə şikayət ərizəsi ilə Xətai RPİ-nə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, tikinti materiallarının satışı ilə məşğul olur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla ədavəti və düşmənçiliyi olmamışdır. O, 2021-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində torpaq sahəsi alaraq ev tikdirmək istəmiş, “Tap.az” saytında yerləşdirilmiş elan ilə tanış olaraq orada olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış özünü Emin kimi təqdim edən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində torpaq sahəsi olduğunu və hər sotunu 2500 manata satmaq şərti ilə ümumilikdə 2 sota görə 5000 manata torpaq sahəsi satmaq istədiyini bildirmişdir. O, Eminlə razılaşmış, daha sonra Vüsal adlı şəxs (055) 947-32-33, (051) ***-**-** saylı mobil nömrələrindən zəng edərək görüşməyi təklif etmişdir. O, Vüsalla Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində görüşmüş, Vüsal ona torpaq sahəsini təqdim etmişdir. Növbəti gün o ailə üzvləri ilə birlikdə həmin sahəyə getmişlər və orada Vüsal ilə yenidən görüşərək ilk öncə ona 500 manat pul vermişdir. Vüsal həmin torpaq sahəsinə görə ona etibarnamə verəcəyini qeyd etmişdir və şəxsiyyət vəsiqəsinin şəkilini telefonla çəkmişdir. Həmin gün saat 20:00 radələrində o Vüsal ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Dvorec” deyilən yerlə üzbəüz yerləşən “Zəka” məktəb ləvazimatları mağazanın yanında olan kafedə görüşmüşlər. Orada Vüsal onun adına X7 adından verilən etibarnaməni ona vermişdir. O orada ona 4600 manat pul vermişdir. Təxminən 10 gün ərzində o torpaq sahəsində müxtəlif işlər görmüşdür. Həmin ərəfələrdə Ramin adlı şəxs oraya gələrək həmin torpaq sahəsinin onlara məxsus olduğunu qeyd etmişlər və etibarnaməni təqdim etmişlər. O dəfələrlə Vüsal və Elminlə danışdıqda onlar hərşeyin yoluna qoyacaqlarını və kömək edəcəyini bildirsələrdə nə pulu qaytarmamışlar nədəki ona torpaq sahəsi verilməmişdir. O aldadıldığıı və dələduzluq etmişlər. Sonradan ona məlum olmuşdur ki, özünü “tap.az” saytında Emin kimi təqdim edən şəxsin əslində adı Elmin Babayevdir. Bunu ona Təqsirləndirilən şəxs özü də bildirmiş və ondan aldığı pulları Elminə verməsini bəhanə gətirmişdir. Sonradan o Elminlə telefonla danışdıqda Elmin əvvəlcə Vüsala verdiyi puldan ona 1500 manat çatmasını desə də, sonradan boyun qaçıraraq ona pul vermədiyi halda onu narahat etməməyini deyərək zənglərini açmamışdır. O da başa düşmüşdür ki, Vüsal və Elmin bu cür bir-birinə ötürməklə ondan aldıqları pulu qaytarmaqdan yayınırlar və ona qarşı dələduzluq ediblər. Mən də bu barədə DİN-nə müraciət ünvanlamış və sonradan Sabunçu RPİ-nin 12-ci və 13-cü polis bölmələrinə gedərək izahatlarını vermişdir. Ona qarşı Vüsal və Elmin adlı şəxslərin etdikləri dələduzluq hadisəsi nəticəsində 5100 manat dəyərində maddi ziyan dəymişdir. Onun Elminlə telefon danışığına iş yoldaşı Ramil Bəhrəmov şahid olmuş, onun özü də maraqlanmaq üçün Elminlə danışıqlar aparmış, sonradan Elminin görüşə göndərdiyi Təqsirləndirilən şəxsla görüşərkən və ona sonuncu dəfə 4600 manat pul verəndə dostu Ramil Bəhramov yanında olmuş və şahid olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında qohumu vasitəsi ilə özünü torpaqların satışı üzrə vasitəçi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O həmin şəxsə özünə və qohumlarına torpaq sahəsi almaq fikrində olduğunu demişdir, həmin şəxs isə Abşeron rayonu, X28 ərazisində belə bir torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 12 sotunu ona 14600 manata sata biləcəyini bildirmişdir. Lakin həmin torpaq sahəsinin ona satılması ilə bağlı aralarında yalnız “Etibarnamə” sənədi olacağını bildirmişdir. O onunla razılaşaraq xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində beh olaraq əvvəlcə 1500 manat, xx.xx.2020-ci il tarixdə isə 12 sot torpaq sahəsinin alınması ilə bağlı 13100 manat məbləğində pul vəsaiti vermişdir. Pul vəsaitlərini verdikdən sonra qeyd olunan torpaq sahəsinin 9 sotunu qohumunun adına, digər 3 sotuna isə dayı oğlunun adına etibarnamə verməsini xahiş etmişdir və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ona etibarnaməni təqdim edərək 9 sotu qohumu X3 adına, geriyə qalan 3 sotu isə dayısı oğlu X20 adına vermişdir. Qeyd olunan pul vəsaitlərini verdikdən sonra Təqsirləndirilən şəxs vermiş olduğu vədi yerinə yetirməmiş, 2022-ci ilin may ayında etibarnamə üzrə səlahiyyətlərini yoxlayarkən etibarnamənin ləğv edildiyini aşkar etmişdir. Torpaq sahəsinin sahibi kimi tanıdığı X11 ilə əlaqə saxlayan zaman həmin şəxs ona torpaq sahəsi ilə bağlı hər-hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2021 -ci ilin əvvəllərində özünə torpaq sahəsi almağı qərara almışdır. Bu məqsədlə "tap.az" adlı internet saytına daxil olaraq orada elan kimi yerləşdirilmiş torpaq sahələrinə baxış keçirməyə başlamışdır. Torpaq sahələrindən birini bəyənmiş və 04 yanvar 2020-ci il tarixdə saytda əlaqə nömrəsi kimi yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, telefona cavab verən və özünü "Elmin" kimi təqdim edən şəxs torpaq sahəsinin "Vüsal" adlı şəxsə aid olduğunu bildirmiş və onun əlaqə nömrəsini vermişdir. O ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır və telefona Vüsal cavab vermişdir. 05 yanvar 2021 -ci il tarixdə Vüsalla görüşmüşdür və Vüsal ona Binə qəsəbəsində torpaq sahəsi göstərərək torpaq sahəsinin satdığını ona demiş və torpağın qiymətini 4800 manata razılaşmışlar. Torpaq sahəsinin ölçüsü 6 sot təşkil edirmiş, o torpaq sahəsini bəyənib torpaq sahəsinin yerləşdiyi Binə qəsəbəsində torpağı almaq üçün Vüsala ilkin olaraq 3000 manat pul və şəxsiyyət vəsiqəsini vermişdir. Vüsal ona söz vermişdir ki, qısa müddət ərzində torpağın sənədlərini hazırlayacaqdır. Yerdəqalan pulu sənədlər hazır olandan sonra ödəyəcəyini bildirmişdir. Təxminən bir ay sonra Vüsal ona zəng edərək göstərdiyi torpaq sahəsinin sənədlərini hazırlaya bilmədiyini demiş və ona başqa bir torpaq sahəsi təklif etmişdir. O, Vüsalla yenidən görüşüb yeni təklif etdiyi torpaq sahəsinə baxmış və həmin torpaq sahəsini almağa razılıq vermişdir. 20 fevral 2021-ci il tarixdə sənədlərin hazırlanması üçün əlavə olaraq 800 manat lazım olduğunu bildirmiş, buna görə də o 23 fevral 2021 -ci il tarixdə Vüsalla Bakıxanov qəsəbəsində "Arzu" şadlıq sarayı haqqında görüşmüş və Vüsala əlavə olaraq eyni məqsədlə 800 manat vermişdir. Pulu aldıqdan sonra Vüsal torpaq sahəsinin guya ona aid olmasını bildirən çıxarış sənədini ona təqdim etmişdir və əlavə olaraq bildirmişdir ki, tikinti zamanı ortaya çıxacaq problemləri də özü həll edəcək. Bir neçə gün sonra o tikintiyə başlamağı qərara almışdır. Razılaşmaya əsasən Vüsal tikinti yerinə dəvət etmiş, lakin o müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən imtina etmiş və tikinti işlərinə heç bir köməklik etməmişdir. Sonra ona məlum olmuşdur ki, Vüsal onu aldatmış və ona heç bir sənədi olmayan özünə aid olmayan torpaq sahəsi təqdim edərək pulunu ələ keçirmişdir. Bundan əlavə onu Vüsalla tanış edən makler Elmin adlı şəxslə görüşüb 300 manat vermişdir. Vüsal tərəfindən aldadıldığımı başa düşəndən sonra Elminlə də əlaqə saxlamış, Elmin Vüsalı tapıb pulunu geri qaytaracağını bildirsə də o da vədini yerinə yetirməyərək aldatmışdır. Cinayət işi materiallarında olan 29 mart 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 31 mart 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı MSYdən azad edilmişdir. Cinayət işi materiallarında olan 30 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 1300 manat ödənilmişdir. Cinayət işi materiallarında olan qəbzdən görünür ki, X2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 4000 manat ödənilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mat 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs4 15 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs3 07 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 Əlməstan qızının 23 fevral 2024cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 13 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008) 357/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmiş və bununla əlaqədar onun barəsində icraat ayrılmışdır. Cinayət işi materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin 26 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 24 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sabunçu RPİ-nin MSY-yə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə, digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, X2 və Zərərçəkmiş şəxs3 qarşı (1, 4-cü epizodlar) Təqsirləndirilən şəxs törətdiyi cinayətlər birinci epizod az ağır cinayət, ikinci epizod isə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla həmin epizodlar üzrə müvafiq olaraq CM-nin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi müdafiə tərəfinin diqqətinə çatdırılmış, hüquqi nəticələri izah edilmiş, lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsinə dair müdafiə tərəfinin (təqsirləndirilən şəxs və müdafiəçinin) razılığı olmamışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin hər bir halda (müdafiə tərəfinin razılığı olmadan belə) cinayət təqibinə xitam verilməsi ilə nəticələnməsi barədə yanaşma CPM-in 44.2.1-ci maddəsini də anlamsız edərdi. Məhkəmə onu da nəzərə alır ki, hazırkı iş üzrə cinayət təqibinə xitam verilməsi əsası da bəraətverici əsas olmamışdır. Lakin, qanunvericilik məhz CPM-in 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş əsasla cinayət təqibinə xitam verilməsini müdafiə tərəfinin iradəsindən (razılığından) aslı etdiyindən qanunvericiliyin imperativ tələbindən çıxış edən məhkəmə həmin epizodlar üzrə də hökm çıxarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, 24 fevral 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay 09 (doqquz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 09 (doqquz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası ilə əlaqədar qeyd edir ki, 8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.8ci maddəsinə əsasən islah işləri növündə cəza təyin edilmiş şəxslər cəzadan azad edilirlər. Həmin Qərarın 23.3-cü maddəsinə əsasən icra məmurları – bu Qərarın 2.8-ci, 2.9 və 2.10 və 2.11-ci bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edirlər. Bununla əlaqədar icra məmuru tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində Amnistiya Qərarının tətbiq edilməməsi onun ziddinə şərh edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası 8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.8-ci maddəsinin təsiri altına düşdüyündən hazırkı hökm üzrə cəza təyini zamanı nəzərə alınmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 02 (iki) ay 07 (yeddi) gün, cəmi 02 (iki) ay 09 (doqquz) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar