Məhkəmə qərarları › İş №1(008)-329/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-329/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-329/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,238 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 08 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Akkord” binalarının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şallarının sağ yan kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,238 qram kustar üsulla hazırlatmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü onun üzərində heç bir qanunsuz predmet, narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 08 yanvar 2023-cü il tarixdə gecə radələri idi. Akkord binalarının qarşısında avtobus saxladıqda o və bir neçə sərnişin avtobusdan düşmüşlər. Bu zaman dörd nəfər polis əməkdaşı avtobusa yaxınlaşaraq Qarayevə gedib getmədiyini soruşduqda avtobus şoferi ora getmədiyini, Qaraja getdiyini bildirmişdir.Avtobusdan düşdükdən sonra bir nəfər ona yaxınlaşaraq siqareti yandırmaq üçün alışqan istəmiş, o da cibindən alışqanı çıxararaq həmin şəxsə vermişdir. Həmin şəxs siqareti yandırdıqdan sonra getmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq ondan alışqan istəyən şəxslə birlikdə olub-olmadığını soruşduqda o, həmin şəxsi tanımadığını, sadəcə həmin şəxs ondan alışqan istədiyindən ona alışqan verdiyini bildirmişdir. Sonra polis əməkdaşları həmin şəxsi çağıraraq onunla birlikdə olub-olmadığını soruşduqda həmin şəxs də birlikdə olmadıqlarını bildirmiş və bundan sonra polis əməkdaşları həmin şəxsin yoluna davam etməsinə icazə vermişlər. Sonra polis əməkdaşları ona demişlər ki, onun üzərinə axtarış və baxış keçirilməlidir. O, polislərdən bunun səbəbini, nəyə əsasən üzərinə axtarış və baxış keçirilməli olmasını soruşduqda, polis əməkdaşları ona şübhəli şəxs kimi göründüyünü bildirmişlər. Polis əməkdaşları onun üzərinə baxış keçirdilər və üzərində yalnız siqaret, açar və alışqan olduğunu gördülər. Bundan sonra şəxsiyyətini təsdiq edən sənədinin olub olmamasını soruşduqda o, üzərində sənəd olmadığını və ümumiyyətlə üzərində sənəd gəzdirmədiyini bildirmişdir. Sonra onu avtopatrul avtomobili ilə bölməyə apardılar. Bölməyə çatdıqda avtopatruldan düşəndə polis əməkdaşlarından biri avtomobilin arxa oturacağından kağız gətirərək demişdir ki, “bu sənindir?”.O isə “yox, mənim deyil, mənim olsa üzərimə baxarkən üstümdən çıxardı” deyə cavab vermişdir. Bundan sonra onu bölmədə otağa salaraq fiziki zor tətbiq edərək döymüşlər və təzyiqlər göstərmişlər.Gecə saat 01:30-da çəkiliş üçün əməkdaşlar gəlmişlər. Soruşdular “üstündən aşkar olunan hardadı?”, orda olan şəxslərdən biri stolun üstündə olduğunu söylədi. Həmin şəxs stolun üstündəki kağıza baxıb “burda nə var ki, çəkiliş edək” dedikdə polis əməkdaşlarından biri “düzəldərik” deyə cavab vermişdir. O, çəkilişə razı olmadıqda polis əməkdaşı, səhv etmirsə adı Orxan idi, onu yerə yıxaraq təpiklə vurmağa başlamışdır. O, ağrılara dözmədiyindən çəkilişə razılıq vermiş, çəkilişdən sonra orda olan və onu saxlayan polis əməkdaşlarından birinə həmin kağızın onun (yəni Raufun) əynindəki şalvarın sağ balaca cibindən çıxmasını bildirməsi söyləndikdə həmin əməkdaş bunu deyə bilməyəcəyini bildirmişdir. Bu zaman həmin əməkdaşı otağa salaraq nə isə yazdırmışlar. Səhər açılanda ona müxtəlif sənədləri imzalatdırmışlar. O, ilk öncə imzalamaq istəmədikdə onu yumruqla vurmuşlar. Ondan sonra o, təqdim olunan bütün sənədləri imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs çəkiliş zamanı ona polis əməkdaşları tərəfindən deyilənləri təkrar etdiyini, ona təzyiq göstərən və onu döyən polis əməkdaşlarının bölmənin əməliyyat qrupunda olan şəxslər olduğunu, onu saxlayaraq polis bölməsinə gətirən şəxslərin ona fiziki zor tətbiq etmədiklərini, bölmədə onu döyərək etiraf etməyəcəyi halda ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan ediləcəyini bildirdiklərini, polis əməkdaşlarından birinin onu divara itələyərək küncə sıxdığını, sonuncu dəfə ona bəraət verildikdən sonra təzyiqlərlə üzləşdiyini, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini, saxlanılan zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddənin olmadığını, döyülməsi ilə bağlı rəsmi müraciətinin olmadığını, bunun səbəbinin isə müstəntiqə bu barədə dedikdə müstəntiqin ona “prokurora heç nə demə, mən xahiş edəcəm, prokuror səni çölə buraxacaq” deməsinin olduğunu, müstəntiqin müvəqqəti saxlama yerində olarkən onun yarasını bağlamasını gördüyünü, döyülməsi nəticəsində ayağında olan yaraların açıldığını və qanadığını, qarnında xəsarətlərin olduğunu, bu barədə müstəntiqə dedikdə, “burda heç nə yoxdur, narahat olma, çöldən gedib gələcəksən” deyə cavab verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə, gecə saat 01 radələrində vətəndaşı görmüşlər. Həmin şəxs özünü şübhəli aparmışdır. Onun sənədləri də üzərində olmamışdır. Bu zaman onu Sabunçu RPİ-nin 13cü polis şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə aşkar edilmişdir. Deyə biləcəkləri bundan ibarətdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 onların Raufa yaxınlaşdıqları zaman Raufun qaçmaq istədiyini, onu saxladıqdan sonra portalda baxdıqda da onun haqqında məlumat çıxmadığını, şəxsi axtarış zamanı özünün könüllü olaraq üzərində olan maddəni təqdim etdiyini, çəkilişdən sonra baş verənləri, Raufunun bölmədə döyülüb-döyülmədiyini bilmədiyini göstərmişdir. Şahidin ifadəsindən sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı yalan danışdığını, kağız bükümün onun üzərindən aşkar edilmədiyini, həmin gün üzərində qanunsuz heç bir predmetin olmadığını, kağız bükümü polis əməkdaşlarından birinin avtopatrul maşınından gətirərək guya ona məxsus olduğunu bildirdiyini dedikdə Şahid2 “Düzdü sənin üzərindən biz axtaran zaman heç nə çıxmasa da, bölmədə çıxmış, həmin gün avtopatrul maşınında səndən başqa heç kim oturmamışdı, bu səbəbdən maşından çıxan kağız büküm sənin olmuşdur” deyə cavab vermişdir. Bu zaman sədrlik edən şahidə “O zaman belə aydın olur ki, Raufun çəkiliş zamanı üzərindən çıxardığı maddə Raufu polis bölməsinə gətizdiyiniz avtopatrul maşının salonunda aşkar edilmiş və siz həmin maddəni Raufa təqdim edərək çəkiliş zamanı cibindən çıxarmasını bildirmisiniz” deyə müraciət etdikdə Şahid2 həmin gün avtopatrul çağıraraq Raufu avtopatrul maşınına otuzdurduqlarını, maşından düşdükdən sonra post yoldaşının əlində kağız büküm gətirərək bükümün maşından çıxdığını, həmin gün Raufdan başqa həmin maşına başqa şəxs oturmadığından həmin kağız bükümün də ona məxsus olduğunu düşündüklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yanvar ayı idi. Onlar Akkord binalarının yanında hərəkətdə olarkən onların qarşısında Rauf gedirmiş. Onu arxadan bir neçə dəfə səsləsələr də, Rauf eşitməmişdir. Sonra onlar Raufa yaxınlaşaraq sənədlərini istədikdə sənədlərinin üzərində olmadığını bildirmişdir. Portal vasitəsi ilə yoxlayan zaman da şəxsiyyətini təsdiq edən sənəd çıxmadığından onu şübhəli şəxs qismində bölməyə dəvət etmişlər. Bu zaman onu avtopatrulun yük yerinə əyləşdirmişlər. Avtopatrulun yük yerindən düşdükdən sonra yerdə büküm görmüşlər. Raufdan bunun nə olduğunu soruşduqda, Rauf həmin bükümün ona aid olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məhərrəmov X1 zaman onun yalnız sənədlərini yoxladıqlarını, üzərinə baxışın bölmədə həyata keçirildiyini, səhv etmirsə şəxsi axtarış və götürmənin videoçəkilişlə həyata keçirildiyini, Raufun şalvarının ya sağ, ya da sol cibindən çıxararaq bükümü təqdim etdiyini, həmin bükümün maşının yük yerindən aşkar edildiyini, Raufa aid olduğundan avtopatruldan tapılan bükümü Raufa bölmədə özünün təqdim etməsi üçün verdiklərini, maşından aşkar edilmiş bükümü bölməyə təhvil verdiklərini, həmin bükümün avtopatrulda ayaq altından çıxdığını, avtopatrulda heç kim oturmadığından həmin bükümün Raufa məxsus olduğunu düşündüklərini, Raufun həmin bükümün hansı səbəbdən ayaq altına atdığını bilmədiyini, bölmədə Raufa təzyiqlərin olub-olmamasını bilmədiyini göstərmişdir. Şahid1 ifadəsinə münasibətdə Təqsirləndirilən şəxs maşında tapılmış bükümün ona təqdim edilərək “qoy cibinə, çəkiliş zamanı verərsən” deyildiyini, bu əməkdaşın sənədləri imzalamaq istəmədiyini və psixotrop maddənin onun cibindən çıxmadığını bildirdiyini, bu zaman bölmədə ona “Rəis deyibsə imzalanmalıdır” deyildiyini, Adəm adlı əməkdaşın “nə görmüşəmsə onu yazacam” deyə cavab verdikdə isə “sənə nə deyirlər onu yaz” dediklərini bildirmişdir. Sədrlik edən Şahid1 ibtidai istintaq zamanı verilmiş ifadəsini elan edir və dövlət ittihamçısı şahidə hazırki yoxsa ibtidai istintaq zamanı vetdiyi ifadəsini təsdiq etməsi barədə sual verdikdə Şahid1 “Nə dedimsə odur, mən nə görmüşəmsə onu da dedim” deyə cavab vermişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan 08 yanvar 2023-cü il tarixli raportda adı qeyd olunan polis əməkdaşı X2 əlavə şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə Şahid1 və Şahid2 ilə “Akkord” binalarının qarşısında olarkən bir nəfər şəxs gəlib onların yanından keçmiş və onlarda şübhə yaratmışdır. Onlar həmin şəxsi saxlayaraq şəxsiyyətini təsdiq edən sənədi istədikdə həmin şəxs üzərində sənədinin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsi bölməyə dəvət etmişlər. Bu məqsədlə avtopatrul avtomobili çağıraraq həmin şəxsin avtopatrulun yük yerinə əyləşdirmişlər. Bölməyə çatdıqdan sonra həmin şəxsi bölməyə təjvil vermişlər. Ondan sonra nə baş verdiyindən xəbəri yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X2 gün ərzində avtopatrul avtomobilinə çox sayda insanın əyləşdiyini və çox sayda şəxsin avtopatrulun yük yerində bölməyə aparıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 yanvar 2023-cü il tarixdə, saat 01:00-dan tutulmuş hesab edilmişdir (i.v. 13). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynindəki açıq göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli kristal halında olan maddəni çıxarıb təqdim etmiş, həmin psixotrop maddəni tutulmamışdan 04 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manata almasını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur ( i.v. 22-23). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixli, 6/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad) və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,238 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 33-37). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.66-68). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 yanvar 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.69-70). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin19 avqust 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 at azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmünə əsasən ona AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir (i.v.78-79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 72 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 80-81). “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,238 qram metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,188 qram metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.84-88). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən bölməyə aparılan zaman üzərində heç bir qanunsuz predmetin olmadığını, polis bölməsində ona fiziki zor tətbiq edildiyindən təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, ona komputer vasitəsi ilə yazılmış ifadələrini imzalayarkən hər hansı qeyd yazmağa şərait yaradılmadığını, döyüldüyündən və təzyiqlərə dözmədiyindən verilmiş bütün sənədləri imzaladığını, döyülməsi nəticəsində qarnında və ayağında xəsarətlərin yarandığını və köhnə yaralarının açıldığını, Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olan zaman qarnında və ayağında xəsarətlərin olduğunu və qeydə alındığını bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvvəqqəti saxlama yerinə daxil olarkən onda xəsarətlərin olub-olmaması barədə məlumat tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 49/2-8085/23 saylı məktubdan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əliyev X5 RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSYdən tam baxış keçirilmiş, baxış zamanı onun sol qolunda və qarın nahiyyəsində köhnə kəsik izləri və hər iki ayağında yaralar aşkar olunmuşdur. Özü bildirmişdir ki, kəsik izləri tutulmamışdan bir müddət əvvəl əsəbi olan zaman qolunu və qarnını kəsərək özünə xəsarət yetirmiş, ayaqlarındakı yaralar isə narkotik vasitə istifadə etdiyinə görə əmələ gəlmişdir. Məhkəmə iclasında həmin sənəd elan edildikdən sonra Təqsirləndirilən şəxs qarnında köhnə kəsik izləri ilə yanaşı aldığı zərbələr nəticəsində əlavə xəsarətlərin olduğunu və özü MSY-də olarkən həmin yaraları sarıdığını, ayağında olan yaraların isə döyülmə nəticəsində aldığı zərbələrdən açıldığını və qanadığını, MSY-də müayinə zamanı bunların hamısının görüldüyünü, bu barədə akt tərtib edildiyini, aktda onun dediklərinin olduğu kimi qeyd olunduğu bildirildiyindən həmin aktı imzaladığını bildirmişdir. Göründüyü kimi, hələ məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə sorğu verilərək müvafiq cavab məktubu alınmadan öncə təqsirləndirilən şəxs səmimi olaraq qarnında köhnə kəsik izlərinin, ayağında isə yaraların olduğunu, lakin döyülməsi nəticəsində qarnında yeni xəsarətlərin əmələ gəldiyini, ayağında olan köhnə yaraların isə aldığı zərbələrdən açıldığını və qanadığını bildirmiş, ondan sonra məhkəməyə daxil olan cavab məktubunda da Təqsirləndirilən şəxs bədninin məhz özünün ifadəsində göstərdiyi yerlərində xəsarətlərin aşkar olunması, sadəcə polis idarəsində həmin xəsarətlərin köhnə xəsarətlər kimi rəsmiləşdirilməsi müəyyən edilmişdir. Məhkəmə MSY-nə daxil olarkən Təqsirləndirilən şəxs xəsarətlərin olmasının real və inandırıcı olması qənaətinə gələrkən yalnız təqsirləndirilən şəxsin ifadələrinə deyil, məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş hallara istinad edir və həmin hallarla əlaqəli şəkildə sübutları tədqiq edərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində səmimi olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Nəzərə alınsa ki, məhkəmə iclasında şahidlər Şahid2 və X4 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrdən tamamilə başqa məzmunda ifadə verərək içərisində psixotrop maddə olan bükümün Təqsirləndirilən şəxs bölmədə üzərindən deyil, onun polis bölməsinə gətirildiyi avtopatrul maşınından tapıldığını, onların həmin bükümün Təqsirləndirilən şəxs məxsus olduğunu güman edərək polis bölməsinə təhvil verdiklərini, sonradan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin bükümü cibindən çıxararaq könüllü təhvil verdiyini, Təqsirləndirilən şəxs bölmədə təzyiq göstərilib-göstərilməməsindən xəbərlərinin olmadığını bildirmişlər, belə olan halda, məhkəmə üzərindən psixotrop maddə aşkar edilməyən və üzərində psixotrop maddə olmadan bölməyə daxil olmuş şəxsin polis əməkdaşları tərəfindən avtopatruldan aşkar etdikləri bükümü təqdim edərək həmin bükümün ona məxsus olduğunu və yalnız şəxsi axtarış və götürmə zamanı sanki ilk dəfə həmin bükümü təqdim edirmiş kimi təqdim etməsi işin bütün hallarının təhrif edilməsinə, polis orqanları tərəfindən qurulmuş ssenariyə uyğun rəsmiləşdirmənin həyata keçirilməsinə, üzərində psixotrop maddə olmadan bölməyə gətirilmiş şəxsin sonradan cibindən büküm çıxararaq içərisindən psixotrop maddə olmasını bildirməsi təqsirləndirilən şəxsin sadəcə ona bölmədə göstərilənləri icra etməsinə və bununla da onun təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusatların real və inandırıcı olmasına dəlalət edir. Bununla yanaşı, iş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi”nə dair 08 yanvar 2023cü il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair 09 yanvar 2023-cü il tarixli protokollara münasibətdə isə məhkəmə qeyd edir ki, eyni məzmunlu (bir cümləsi belə fərqli yazılmayan) etirafedici ifadələri özündə əsk etdirən həmin protokollardakı ifadələr eynilik təşkil edərək komputer vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli və ya təqsirləndirilən şəxsə öz xətti ilə əlyazma şəklində hər hansı qeyd vermək imkanı yaradılmamışdır. Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətlərinin göstəricisidir. -Bununla yanaşı, məhkəmə istintaq orqanının istinad etdiyi digər sübut növlərindən olan şahid ifadələrinin təhlil edilməsi və onlara qiymət verilməsini zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əsasən şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə, saat 01 radələrjndə Sabunçu RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Dəmirəl Adilzadə və Emin Mustaffayevlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olarkən, “Akkord” binalarının qarşısında sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və onların yanından yayınıb getmək istəməsini görüb onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu 13-cü PBnə dəvət etmişlər. 13-cü PB-də xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əlindəki bir ədəd cib dəsmalını və əynində olan açıq göy rəfıgli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində ağ rəngli, ksristal şəkilli maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin metamfetamin olduğunu, tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmiş, tərtib edilmiş protokolla tanış olduqdan sonra imza ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 tamamilə başqa məzmunda ifadə verərək hadisə günü onlar Raufa yaxınlaşaraq sənədlərini istədikdə Raufun sənədlərinin üzərində olmadığını bildirdiyini, portal vasitəsi ilə yoxlayan zaman da şəxsiyyətini təsdiq edən sənəd çıxmadığından onu şübhəli şəxs qismində bölməyə dəvət etdiklərini, bu zaman onu avtopatrulun yük yerinə əyləşdirdiklərini, avtopatrulun yük yerindən düşdükdən sonra yerdə büküm gördüklərini, Rauf saxlanılan zaman onun yalnız sənədlərini yoxladıqlarını, üzərinə baxışın bölmədə həyata keçirildiyini, səhv etmirsə şəxsi axtarış və götürmənin videoçəkilişlə həyata keçirildiyini, şalvarının ya sağ, ya da sol cibindən çıxararaq bükümü təqdim etdiyini, həmin bükümün maşının yük yerindən aşkar edildiyini, Raufa aid olduğundan avtopatruldan tapılan bükümü Raufa bölmədə özünün təqdim etməsi üçün verdiklərini, maşından aşkar edilmiş bükümü bölməyə təhvil verdiklərini, həmin bükümün avtopatrulda ayaq altından çıxdığını, avtopatrulda heç kim oturmadığından həmin bükümün Raufa məxsus olduğunu düşündüklərini, Raufun həmin bükümün hansı səbəbdən ayaq altına atdığını bilmədiyini, bölmədə Raufa təzyiqlərin olubolmamasını bilmədiyini göstərmişdir. İttiham aktında şahid X4 ilə eyni məzmunda ifadə verməsi göstərilmiş digər Şahid2 məhkəmə iclasında istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs bölmədə üzərinə baxış zamanı üzərindən büküm aşkar olunduğunu göstərsə də, onun həmin ifadəsindən sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı yalan danışdığını, kağız bükümün onun üzərindən aşkar edilmədiyini, həmin gün üzərində qanunsuz heç bir predmetin olmadığını, kağız bükümü polis əməkdaşlarından birinin avtopatrul maşının salonundan gətirərək guya ona məxsus olduğunu bildirdiyini dedikdə Şahid2 “Düzdü sənin üzərindən biz axtaran zaman heç nə çıxmasa da, bölmədə çıxdığını, həmin gün avtopatrul maşınında səndən başqa heç kim oturmamışdı, bu səbəbdən maşından çıxan kağız büküm sənin olmuşdur” deyə cavab vermiş, bundan sonra sədrlik edən şahidə “O zaman belə aydın olur ki, Raufun çəkiliş zamanı üzərindən çıxardığı maddə Raufu polis bölməsinə gətizdiyiniz avtopatrul maşının salonunda aşkar edilmiş və siz həmin maddəni Raufa təqdim edərək çəkiliş zamanı cibindən çıxarmasını bildirmisiniz” deyə müraciət etdikdə Şahid2 həmin gün avtopatrul çağıraraq Raufu avtopatrul maşınına otuzdurduqlarını, maşından düşdükdən sonra post yoldaşının əlində kağız büküm gətirərək maşından çıxdığını, həmin gün Raufdan başqa həmin maşına başqa şəxs oturmadığından həmin kağız bükümün də ona məxsus olduğunu düşündüklərini bildirmişdir. Göründüyü kimi, şahid qismində dindirilmiş X4 və Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələr müstəntiqin sübut qismində istinad etdiyi ifadələrindən tam başqa məzmunda olmaqla təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəsindəki önəmli xüsusatlarla uzlaşır ki, bu da yalnız təqsirləndirilən şəxsin deyil, şahidlərin ifadələrinin təhrif edilməsinin və formal olaraq yazılaraq iş materiallarına əlavə edilməsinin göstəricisidir. Məhkəmə iclasında şahidlər avtopatruldan aşkar edilmiş bükümün Təqsirləndirilən şəxs məxsus olduqlarını düşünmələrinin səbəbini onunla izah etmişlər ki, həmin gün avtopatrula Təqsirləndirilən şəxs başqa heç kim oturmamışdır. Məhkəmə şahidlərin həmin arqumentinə münasibət bildirmədən öncə şahidlərin həmin bükümün aşkar edilməsinə dair xüsusatla bağlı göstərdiyi hallar arasındakı ziddiyyəti qeyd etməyi zəruri hesab edir. Belə ki, Şahid2 Təqsirləndirilən şəxs avtoptarul maşınının arxa oturacağında oturduğunu və bükümün o, avtomobildən endikdən sonra avtopatrulun arxa oturacağından, digər şahid X4 isə Təqsirləndirilən şəxs avtopatrulun yük yerində bölməyə aparıldığını (bu hal əlavə şahid qismində dindirilmiş Dəmirəl Adilzadənin ifadəsi ilə də uzlaşır) və bir ədəd bükümün Rauf avtomobildən endikdən yük yerində yerdən aşkar edildiyini göstərmişdir ki, bu hal özü də həqiqətən də polis əməkdaşı tərəfindən avtomobildən bükümün aşkar edilməsinə dair xüsusatı belə şübhə altına alır. Məhkəmə iclasında şahidlər həmin gün, yəni 08 yanvar 2023-cü il tarixdə, gecə saat 01:00 radələrinədək avtopatrulda Təqsirləndirilən şəxs başqa heç kəsin oturmadığını və bu səbəbdən avtopatruldan (bir şahidin dediyinə görə avtopatrulun arxa oturacağından, digər şahidin dediyinə görə isə avtopatrulun yük yerindən) aşkar edilmiş bükümün Təqsirləndirilən şəxs məxsus olduğunu düşündüklərini bildirmişlər ki, həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, gecə vaxtı çağırılmış avtopatrulda Təqsirləndirilən şəxs əvvəl heç kəsin oturmaması real olmamaqla, polis əməkdaşlarının avtopatruldan aşkar edilmiş bükümün məhz Təqsirləndirilən şəxs üzərindən düşməsi və ya özünün avtomobilə atmasına dair ehtimal və gümanları absurd olmaqla polis əməkdaşlarının şəxsi mülahizələri ilə nəticəyə gəlməsinə dəlalət edir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Dəmirəl Adilzadə verilmiş suala cavab olaraq gün ərzində avtopatrula çox sayda şəxsin oturduğunu və şübhəli şəxs qismində bölməyə aparıldığını bildirmişdir. Məhkəmə şahidlərin həmin gün avtopatrula başqa şəxsin oturmaması ilə bağlı göstərdikləri xüsusatla bağlı onu da qeyd edir ki, hətta həmin gün avtopatrula Təqsirləndirilən şəxs başqa heç kəsin oturmaması təsdiq olunmuş olsa idi belə (halbuki bu inandırıcı deyil), həmin gündən əvvəlki günlərdə avtopatrulda oturulmuş şübhəli şəxslərdən hər hansı birinin üzərindən də həmin bükümün düşməsi mümkün olan haldir ki, belə olan halda həmin bükümün məhz 08 yanvar 2023cü il tarixdə aşkar olunmasına əsaslanmaqla onun məhz Təqsirləndirilən şəxs məxsus olması qənaətinə gəlinməsi əsassız şübhələr əsasında şəxsin təqsirli bilinməsi ilə nəticələnə bilər ki, bu da qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Bununla yanaşı, şahid X4 eyni məzmunda verilmiş suallara fərqli cavablar verərək gah avtopatrulun yük yerindən aşkar edilmiş bükümü Təqsirləndirilən şəxs təqdim edərək bölmədə özünün verməsini dediyini bildirmiş, gah da həmin bükümü bölməyə təhvil verdiyini bildirmişdir ki, bu da şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində də tam səmimi olmamasının göstəricisidir. Göründüyü kimi, ittihamda aktında göstərilmiş və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşımasını, onun özünü şübhəli apardığına görə bölməyə gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminin aşkar edilməsini təsdiq edən sübut kimi istinad edilmiş şahid ifadələri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxsnin üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümün əslində onun bölməyə gətirildiyi avtopatruldan aşkar edilməsi (avtopatrulun yük yerindən yoxsa arxa oturacağından aşkar edilməsinə dair ziddiyyətli ifadələr nəzərə alınmaqla) müəyyən edilmişdir ki, bu da iş materiallarında olan şahid ifadələrinin həqiqəti əks etdirməməsinin göstəricisi olmaqla şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 08 yanvar 2023-cü il tarixdə, saat 02:05-dən 02:25-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokolda şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynindəki açıq göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli kristal halında olan maddəni çıxarıb təqdim etməsi, həmin psixotrop maddəni tutulmamışdan 04 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manata almasını bildirməsi, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənməsi və imzalarla təsdiq edilməsi göstərilsə də, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi bükümün onun üzərindən deyil, bölməyə gətirildiyi avtoptaruldan aşkar edilməsi göstərilmişdir ki, bu da şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə, düşünülmüş ssenariyə uyğun tərtib edilməsinin göstəricisidir. Bundan savayı, məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əsk etdirən və iş materiallarına maddi sübut qismində əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman diskdə görüntünün olmaması, sadəcə səslərin qeydə alındığı müəyyən edilmiş, bununla bağlı istintaq orqanına müraciət edilməsi nəticəsində məhkəməyə yeni disk təqdim edilsə də, həmin diskin də eyni vəziyyətdə olması və görüntünün qeydə alınmaması aşkar edilmişdir ki, bu da həmin maddi sübutun da sübuti əhəmiyyətinin olmamasına dəlalət edir. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 08 yanvar 2023cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 01:50-də tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi oğunun həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçi imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 08 yanvar 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından bu hal özü də Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs 08 yanvar 2023cü il tarixdə, saat 01:00-da saxlanılmış, üzərinə baxış isə təxminən 02:05-də keçirilməyə başlamışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saatdan artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixə, 6/87 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 72 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,238 qram çəkidə psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,188 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar