Məhkəmə qərarları › İş №1(008)-329/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-329/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-329/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Südeyub oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 07 dekabr 1962-ci il tarixində Ermənistan SSR-nin Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 127-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayı ərzində Zərərçəkmiş şəxs2 Əliməstan qızına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, həmin ərazidə torpaq sahəsinin alınması adı ilə 4100 manat, torpaq sahəsində tikinti işlərinin aparılması adı ilə 1700 manat, torpaq sahəsinə darvaza qoyulması üçün qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə 300 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6100 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 Əliməstan qızına xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X44, X28 və X46 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə mülkiyyətində olmayan Abşeron rayon, Məhəmmədli kəndi ərazisində yerləşən “Təzə məhəllə” adlanan ərazidə 0.02 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli təmirsiz evin 20.000 manata satılması barədə “Tap.az” internet sosial şəbəkəsində elan yerləşdirib, Zərərçəkmiş şəxs3 həmin elanı gördükdən sonra onunla görüşərək mənzili ona satacağına dair yalandan vəd verib aldadaraq 21 aprel 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 43 saylı notariat ofisində cinayətdən məlumatı və iştirakı olmayan X23 adından etibarnamə verilməsinə nail olaraq Abşeron rayonu Məhəmmədli kəndində 14.500 manat, 28 aprel 2020-ci il tarixdə H.Əliyev adına hava limanı istiqamətində yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində sənədləşmə üçün qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə 200 manat, daha sonra qrupun üzvü Bədir Əliyevin vasitəsi ilə ilkin ev alqı- satqısıın baş tutmamasını bəhanə gətirib, həmin ev üçün verdiyi pulun müqabilində Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərçiciyində 4 sot torpaq sahəsi göstərib həmin torpaq sahəsini satmaq adı ilə 2020-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində 500 manat, 2020-ci ilin avqust ayının ortalarında isə həmin torpaq sahəsinin sənədləşməsi vədi ilə aldadıb 300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 15.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X28, X44 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib 2020-ci ilin aprel ayında ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 8,5 sot torpaq sahəsi satacağı ilə bağlı yalan vəd verib aldadaraq ondan ünvan 4 ünvanda 7000 manat, 2020-ci ilin aprel ayından 2020-ci ilin sonlarına kimi olan müddət ərzində torpağın çıxarışını almaq bəhanəsi ilə həmin ünvanda X44 vasitəsi ilə 1400 manat, torpaq sahəsinin dəyərinin ödənilməsi bəhanəsi ilə həmin ünvanda 1300 manat və ünvan 5 evinin qarşısında 300 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 Sabunçu rayonu, Ramana qəsəbəsində sovxoz massivində ümumilikdə iki hissədən ibarət 5,5 sot torpaq sahəsini özünə məxsus olmasını bildirib satmaq vədi ilə aldadıb hissə-hissə, ümumlikdə 8400 manat pulu vahid niyyətlə 2020-ci ilin may ayının əvvəllərində Sabunçu rayonu, Ramanı qəsəbəsində ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X28 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən «Araz» marketin arxa hissəsində yerləşən ərazidə torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 17 may 2020-ci il tarixdə torpaq sahəsinin alışına dair beh adı ilə aldadıb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında 150 manat, 19 may 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən 18 saylı notariat kontorunda dövlət rüsumunun ödənilməsi bəhanəsi ilə 120 manat, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında torpaq sahəsinin dəyərinin bir qisminin ödənilməsi bəhanəsi ilə 10000 manat və 22 may 2020-ci il tarixdə torpaq sahəsinin qalan məbləğinin ödənilməsi bəhanəsi ilə iki dəfəyə həmin ünvanda 2800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs1 13070 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X28 və X46 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində 0,2 hektar torpaq sahəsi satacaqlarına dair yalan vəd verib aldadaraq 12 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 3000 manat pulunu ələ keçirib, həmin torpaq sahəsinə dair faktiki olaraq alqı-satqı barədə heç bir sənədləşdirilmə aparılmadığını zərərçəkmiş şəxsdən gizlədib onun fikrini yayındırmaq və əvvəlcədən planlaşdırdıqları kimi ondan əlavə pul almaq məqsədi ilə rol bölgüsünə əsasən qrupun digər üzvü X46 verdiyi pul hesablandıqdan sonra əlavə ödəniş etmək şərti ilə 07 avqust 2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Pətək” marketin arxasında yerləşən torpaq sahəsini satacağına yalandan vəd verib 4500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs6 7500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evin həyətində əlavə tikinti işləri aparmaq üçün icazə almaqla bağlı yalan vəd verib aldadaraq 11 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 800 manat, 13 avqust 2020-ci il tarixdə isə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 550 manat olmaqla, ümumilikdə 1350 manat pulu qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs7 1350 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X28 və X44 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 etibarından suiistifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 0,35 hektar torpaq sahəsi satmaq adı ilə yalan vəd verib aldadaraq 31 avqust 2020-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında torpaq sahəsinin sənədlərinin düzəldilməsi bəhanəsi ilə 300 manat, 01 sentyabr 2020-ci il tarixdə isə ünvan 7 ünvanda yerləşən Suraxanı rayon icra Hakimiyyətinin yaxınlığında yerləşən adsız kafedə torpaq sahəsinin dəyəri olan 7800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs8 8100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinrərk 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə 05 (beş) il müddətinə endirilmiş, təyin edilmiş cəzanı çəkidiyindən azad edilmişdir. Həbsdən çıxdıqdan sonra ev və torpaq alqı-satqısı ilə məşğul olmuşdur. X18, X44 və X32 onun tanışıdır. O, Nazim adlı maklerin vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindən 3000 manata 3 sot torpaq sahəsi almış, 2020-ci ilin yay aylarında X18 ilə birlikdə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. 12 iyun 2020-ci il tarixdə həmin torpaq sahəsini Zərərçəkmiş şəxs6 3000 manata sataraq əldə etdiyi puldan 1500 manatı X6 vermiş, geri qalan 1500 manatı özünə götürmüşdür. O, şəxsiyyət vəsiqəsi olmadığı üçün başqa şəxsin adından torpaq sahəsinə dair Zərərçəkmiş şəxs6 etibarnamə vermiş, bir müddət sonra Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq torpaq sahəsində tikinti işləri apararkən tanımadığı şəxsin ora gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirməklə tikintinin aparılmasına mane olduğunu bildirmişdir. O, məsələni araşdırmış, nəticədə Zərərçəkmiş şəxs6 başqa ərazidə torpaq vermək qərarına gəlmiş, X18 tanışına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 10 sot torpaq sahəsindən 3 sot alaraq Zərərçəkmiş şəxs6 verəcəyini bildirmişdir. Bundan sonra, o, X18 və Bədirlə birlikdə Zərərçəkmiş şəxs6 ilə görüşmüş, aralarında olan söhbət zamanı onlar Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsi verəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs6 onların təklifinə etiraz etməmişdir. O, sonuncudan məsələnin həll edilib-edilmədiyini soruşduqda, Zərərçəkmiş şəxs6 onunla olan məsələsinin həll edildiyini bildirmiş, bundan sonra baş verənlərdən onun xəbəri olmamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində X33 ona müraciət edərək, tanışı Zərərçəkmiş şəxs7 yaşadığı fərdi evin həyətində əlavə tikinti işləri aparmaq istədiyini, lakin, torpaq sahəsinin Dövlət Neft Şirkətinin balansında olduğu üçün buna icazə verilmədiyini bildirmiş, sonuncuya köməklik etməsini ondan xahiş etmişdir. O etiraz etməyərək torpaq sahəsinə baxmalı olduğunu bildirmiş, Yaşar və sonuncunun yanında gələn Sevda, həmçinin, oğlu Fərhad adlı şəxslə birlikdə torpaq sahəsinə baxış keçirtmişdir. O, torpaq sahəsinə baxış keçirtdikdən sonra bu məsələnə kömək edə biləcək tanışlarının olduğunu, bu səbəbdən, tikinti işlərinin aparılması üşün icazə ala biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7tikinti işləri aparılması üçün nə qədər pul lazım olduğunu ondan soruşmuş, o, Zərərçəkmiş şəxs7 tikintiyə icazə almaq üçün 1500 manat İcra Hakimiyyətinə, 3000 manat isə Dövlət Neft Şirkətinə ödənilmələi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə pulunun olmadığını bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs7 pulun bir hissəsini tapmasını, qalan hissəsini isə özünün düzəldərək verəcəyini, onun qoyduğu pulu isə hissə-hissə verməsini təklif etmiş, Zərərçəkmiş şəxs7 onun dediyi məbləği heç bir formada düzəldə bilməyəcəyini bildirdikdən sonra o, heç olmazsa 1400 manat pul düzəltməyi tapşırmışdır. Bu danışıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs7 ona zəng edərək 800 manat pul düzəltdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi yaşayış evinə gedərək həmin pulu götürmüşdür. Bir neçə gün sonra əlavə olaraq Zərərçəkmiş şəxs7 yaşadığı evdə 150 manat, daha sonra isə 200 manat pul götürmüş, pulları aldıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayaraq tikinti materialları almaq istədiyini bildirmişdir. O, heç bir problem olmadığını bildirərək Zərərçəkmiş şəxs7 işə başlamalarını tapşırmış, bir neçə tanışından icazənin hansı qaydada alınacağını soruşmuşdur. Lakin, Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasının mümkün olmadığını ona bildirilmişdir. O, Zərərçəkmiş şəxs7 aldığı pulun 300 manatını X24 vermiş, geri qalan pulu isə geri qaytara bilməmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında tanışı X28 ilə birlikdə olduğu zaman X10 mobil telefonuna zəng gəlmiş, X28 mobil telefonla danışdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində görüş təyin etmişdir. X28 telefonu söndürdükdən sonra kiminlə danışdığını soruşmuş, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 4 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə baxmaq istəyən şəxslərin olduğunu bildirmişdir. Bir müddət sonra X19 yenidən zəng gəlmiş, telefonla danışdıqdan sonra X28 birlikdə gedərək torpaq sahəsini göstərməyi xahiş etmişdir. O etiraz etməmiş, X28 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişdir. Orada iki nəfər şəxslə görüşmüş, onlardan birinin adının Taleh, digərinin adının isə Tohid olduğunu öyrənmiş, onlar birlikdə torpaq sahəsinə baxmağa getmişlər. X28 həmin şəxsləri torpaq sahəsinə aparmış, onlarla orada torpağın 2 sotunu 3000 manata satmaqla bağlı razılıq əldə edilmişdir. Daha sonra həmin şəxslərdən biri X19 200 manat beh verdikdən sonra bir neçə günə əlaqə saxlayaraq görüşməyi, torpaqla bağlı etibarnamə verməyi razılaşdırmışlar. 20 oktyabr 2020-ci il tarixdə X28 birlikdə olduğu zaman o, əvvəllər birlikdə torpaq göstərdiyi şəxslərdən birinə etibarnamə vermək lazım olduğunu bildirmiş, etibarnamə vermək üçün birlikdə 18 saylı Notariat Ofisinə getməyi təklif etmişdir. Taleh onunla razılaşmış,birlikdə Notariata getmişlər. Orada olduğu zaman X38 gəlmiş və o, Notariat kontoruna keçərək etibarnamə vermişdir. Etibarnamə verildikdən sonra yenidən Sabunçu rayonu, Ramana qəsəbəsinə qayıtmış, orada Taleh torpaq sahəsinin müqabilində X19 2800 manat pul vermişdir. Bu hadisədən bir neçə gün sonra Taleh və Tohidlə birlikdə X10 yanına gələrək ona Sabunçu rayonu, Ramana qəsəbəsində 3000 manat ödəmişlər. Onlar əvvəllər satılmış 2 sot torpaq sahəsinin yanında olan 2 sot torpaq sahəsini də X7 almışlar. Daha sonra X28 birlikdə 18 saylı Notariat Ofisinə getmişlər. Onun işləri olduğu üçün bu dəfə onlarla birlikdə getməmiş, sonradan həmin torpaq sahəsi ilə bağlı X28 ilə həmin şəxslər arasında narazılıq olubolmamasından xəbəri olmamışdır. X10 torpaq sahəsinin satışı ilə bağlı X11 və X8 aldığı ümumilikdə 6000 manat puldan ona hər hansısa bir məbləğ çatmamışdır. 2020-ci ilin avqust ayında X28 və X44 ilə birlikdə olduğu zaman torpaq almaq istəyən müştəri olmasını, həmin müştəriyə boş torpaq sahəsini göstərmələrini, müştərinin 3,5 sot torpaq sahəsini 8000 manata almağa razılaşmasını bildirmişdir. O, 2020-ci ilin avqust ayının sonlarında X28 birlikdə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında görüşərək torpaq sahəsinə dair etibarnamə alınması bəhanəsi ilə 300 manat pul almışlar. Aralarında olan razılığa əsasən X28 onu Zərərçəkmiş şəxs8 torpaq sahəsinin sahibi kimi təqdim etmişdir. 01 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında o, X28 ilə birlikdə Zərərçəkmiş şəxs8 ilə görüşmüş, Suraxanı rayon İcra Hakimiyyətinin yanında olan adsız kafedə X28 onu torpaq sahəsinin sahibi kimi təqdim etmiş, orada 7800 manat torpağın pulunu almışdır. Zərərçəkmiş şəxs8 notariusa getmələrini bildirdikdə, X28 guya təcili işinin olmasını bildirərək növbəti gün notariusa getməyi təklif etmiş, bundan sonra Zərərçəkmiş şəxs8 ilə ayrılmış, aldıqları pulu o, X28 və X44 ilə aralarında bölmüşlər. Onun payına 2000 manat düşmüşdür. Həmin gün, yəni, 01 sentyabr 2020-ci il tarixdə, günün ikinci yarısında Zərərçəkmiş şəxs8 ona zəng vuraraq torpaq sahəsinin başqa şəxslərə aid olduğunu bildirdikdə o, Gəncə şəhərinə getdiyini bəhanə etmiş, sonra isə Zərərçəkmiş şəxs8 pulunu qaytarmamışlar. 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində Zərərçəkmiş şəxs4 evində əri X12 adına 18 saylı notariat kontorunda etibarnamə verildikdən sonra görüşərək 7000 manat pulu ev sahibi Zərərçəkmiş şəxs4 qohumları Əli və Nizaminin yanında alıb saymış, orada X19 vermiş, Zərərçəkmiş şəxs4 qohumu pul alınan zaman onların video görüntülərini qeydə almışdır. Onlar pulu aldıqdan sonra X44 oraya gələrək əl yazma qəbz yazmışdır. Onlar ayrıldıqdan sonra X28 ona 2000 manat pul vermişdir. X44 torpaq sənədinin qanuni olmasına onu inandırmış, sonradan torpaq sahəsinin sənədi düz çıxmadığı üçün Zərərçəkmiş şəxs4 və əri X29 ona zəng edərək görüşə çağırmış, o, həmin şəxslərlə görüşərək onları sakitləşdirməyə çalışsa da, Zərərçəkmiş şəxs4gil onların barəsində polisə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs4 razı salmaq üçün özünə məxsus olan torpaq sahəsini təklif etsə də, Zərərçəkmiş şəxs4 onun təklifi ilə razılaşmamışdır. 2020-ci ilin iyun ayında X28 ilə birlikdə olduğu zaman X44 onunla əlaqə saxlayaraq bir nəfər qadının internetə yerləşdirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı onunla əlaqə saxladığını bildirərək torpaq sahəsinin onlara göstərməyini xahiş etmişdir. X28 onun xahişi ilə onun iştirakı ilə X39 ilə Sabunçu Ramana qəsəbəsində görüşmüş, X25 yanında tanışı Sadıqov Yaşar adlı şəxs olmuşdur. X39 torpaq sahəsini bəyəndikdən sonra ilkin olaraq 3500 manata, qalan 1700 manatı isə iki aya ödəmək şərti ilə razılaşmışlar. Sadıqov Yaşar 3500 manatı X19 vermiş, o da, həmin pulu axşas saatlarında X44 ilə görüşərək ona vermiş, X44 alınan puldan 150 manatı X19 vermişdir. X44 iki ay tamam olduqdan sonra X39 ilə əlaqə saxlayaraq pulun qalan hissəsini verərək alqı-satqıya getmələrini bildirmiş, lakin, onlar pulu ödəməyə imkanlarının olmadığını bildirdiyi üçün alqı-satqı baş tutmamışdır. Bu səbəbdən, X44 3500 manat pulun 1500 manatını onlara qaytarmış, qalan pulun ödənilib-ödənilməməsindən xəbəri olmamış, ümumiyyətlə, yoldaş kimi həmin vaxt X10 yanında olmasına baxmayaraq o, həmin puldan heç bir məbləğdə götürməmiş, nə də ki, müştəri kimi torpaq almaq istəyən X39 ilə heç bir danışıq aparmamışdır. 2020-ci ilin may ayında tanışı X28 ona müraciət edərək müştəri kimi ona müraciət edən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı qəsəbəsində ona göstərdiyi torpağı bəyənmədiyini, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmiş, o, bununla bağlı X34 məlumat vermişdir. X5 rayonu, Ramana qəsəbəsində yerləşən “Araz” marketin arxa hissəsində torpaq sahəsi olduğunu demiş, o da, bu barədə, X19 məlumat vermişdir. Torpağı almaq istəyən şəxslər X28 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsindəki 6 sot torpaq sahəsinə gedərək baxaraq oranı bəyənmiş, Zərərçəkmiş şəxs1 ona 100 manat beh vermişdir. O, torpaq sahəsinin 15000 manata satıldığını bildirərək torpağın əmisi oğlunun adında olmasını demişdir. Onlar həmin pulu hissə-hissə verəcəklərini demiş, onlarla razılaşmışdır. Həmin şəxslər 4 saylı Asan xidmətə getmək istəsələr də, torpaq adında olan şəxsin Xətai rayonu ərazisindəki notariat kontoruna gələcəyini deyərək X13 şəxsiyyət vəsiqəsinin surətini almış, onlardan ayrılmışdır. O, növbəti gün 18 saylı Notariat kontoruna getmiş, orada onun şəxsiyyət vəsiqəsi olmadığından tanışı, adında torpaq sahəsi olan X20 adından X13 adına etibarnamə vermiş, daha sonra X28 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə Zərərçəkmiş şəxs1 evinə gəlmiş, orada 9000 manat pul almışdır. O həmin puldan 6500 manatı X19 və həmin torpaq sahəsini təşkil edən X34 vermişdir. Sonradan həmin torpaq sahəsinə başqa şəxslərin yiyələnməsini aşkar edən Zərərçəkmiş şəxs1 və atası onlardan verdiyi pulu tələb etməyə başladıqda o, bununla bağlı, X28 ilə X34 məlumat vermiş, onlar yaranmış problemi tez bir zamanda həll edəcəklərini bildirmələrinə baxmayaraq heç bir tədbir görməmişlər. Zərərçəkmiş şəxs1 torpağa dair onunla alqı-satqı müqaviləsi bağlanmadığı üçün polisə şikayət etmişdir. 2020-ci ilin təxminən mart ayında X28 2,5 sot torpaq sahəsini digər makler Vüsalın vasitəsi ilə Zərərçəkmiş şəxs2 Əliməstan qızına satarkən sənəd torpaq sahəsinə uyğun gəlmədiyindən Zərərçəkmiş şəxs2 Əliməstan qızının narazılıq etdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs2 Əliməstan qızı ilə razılıq əldə etməsini X14 xahiş etmişdir. 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində gələrək torpaq sahəsinin yanında Zərərçəkmiş şəxs2 Əliməstan qızı ilə görüşmüş, söhbət əsnasında , Zərərçəkmiş şəxs2 Əliməstan qızının qohumlarını tanıyıb həmyerli olduqlarını müəyyən etmişlər, Yaşar ondan şikayət etməməyi xahiş edib, İsmayılgildən pulu alıb verəcəyini bildirdikdə Güllü sakitləşmiş və problemi həll etməsini Yaşar Babayevə tapşırmışdır. X33 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində torpaq sahəsi olmasını və yekun olaraq 5000 manata həmin torpaq sahəsini alıb ona verəcəyini bildirmiş, həmin torpaq sahəsinə baxmağa getdikləri zaman Zərərçəkmiş şəxs2 Əliməstan qızı torpaq sahəsini bəyənmiş, aralarında razılıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs2 Əliməstan qızı ona 3200 manat pul vermiş, sonradan Zərərçəkmiş şəxs2 Əliməstan qızının əri onunla görüşərək Zərərçəkmiş şəxs2 Əliməstan qızının evdən pul oğurlamasını bildirdiyindən onu sakitləşdirmək üçün 200 manat qaytarmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs2 Əliməstan qızının problemli adam olmasını bildiyi üçün daha onunla görüşməmişdir. X33 onunla sonra da görüşmüş, X21 əlavə Zərərçəkmiş şəxs2 Əliməstan qızından hər hansı məbləğdə pul alıb-almamasından xəbəri olmamışdır. 2020-ci ilin may ayında X4 rayonu, Ramana qəsəbəsində Naxçıvan restoranının yaxınlığında torpaq sahəsi satmaq üçün müştəri qismində Zərərçəkmiş şəxs5 ilə görüşüb torpağı etibarnamə verməklə 3500 manata satmış, sonradan həmin torpaq sahəsi mübahisəli yer olması səbəbindən ondan xahiş etmişdir ki, həmin şəxslə görüşüb başqa torpaq sahəsi satmaq üçün razı salsın. O, makler yoldaşı olduğundan razılaşmışdır. O həmin ərəfədə Zərərçəkmiş şəxs5 ilə görüşüb bildirmişdir ki, ona X28 tərəfindən pulu qaytarmaq çətin olsa da, əlavə torpaq sahəsi verilə bilər. Zərərçəkmiş şəxs5 başqa torpaq sahəsi almağa razılaşmışdır. O, Sabunçu rayonu, Ramana qəsəbəs, sovxoz ərazisində bir qədər aralıda 2 sot yarım torpaq sahəsini ona göstərmiş, daha yaxşı yer olduğu üçün əlavə 3000 manat pul ödəməli olmasını bildirmişdir. Zərərçəkmiş şəxs5 razılaşmış, onun şəxsiyyət vəsiqəsini götürüb xx.xx.2020-ci il tarixdə X30 adından başqa bir etibarnamə vermiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində onunla görüşüb həmin torpaq sahəsinə görə əlavə 2100 manat pulu Zərərçəkmiş şəxs5 almışdır. Lakin, sonradan həmin torpaq sahəsinə də başqaları sahib çıxmaq istəyərkən Zərərçəkmiş şəxs5 ona bu barədə bildirdikdə, o, Zərərçəkmiş şəxs5 tikintiyə davam etməsini desə də, Zərərçəkmiş şəxs5 razılaşmamış və sonradan polisə şikayət etmişdir. 2020-ci ilin aprel ayında X44 ona zəng edərək Məhəmmədli qəsəbəsində satışda olan həyətyanı evi Zərərçəkmiş şəxs3 almaq istədiyini, Pərvizlə görüşüb həmin evi ona göstərməyi bildirmişdir. O, şəriki X28 ilə birlikdə Zərərçəkmiş şəxs3 ilə görüşüb həmin evi ona göstərmiş, Zərərçəkmiş şəxs3 evi bəyənib almaq istədiyini bildirmişdir. Aralarında olan danışığa əsasən evin qiyməti 20.000 olduğundan Zərərçəkmiş şəxs3 həmin evə ilkin olaraq 14.500 manat pul verəcəyini, qalan 5.500 manat məbləği isə bir il ərzində ödəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 14.500 manat pulu aldıqdan sonra onlar həmin pulu ev sahibinə verməli olmuş, həmin pulun 1 faizi onlara verilməli olmuşdur. Zərərçəkmiş şəxs3 bəyəndiyi ev sahibini o, görməmiş və tanımırmış, həmin şəxsin evinin satılması ilə əlaqədar məlumatları Elmin Babayev almışdır. O və İsmayıl Elmin onlara bildirdikdən sonra Pərvizlə görüşüb ona mənzili göstərmişlər. Pərvizdən 9000 manat pulu ona verdikdən sonra o İsmayıl ilə razılaşmışlar ki, həmin pulu ələ keçirsin. O Pərvizdən pulu alıb sayaraq İsmayıla vermişdir. Sonra Pərvizlə sənədləşmə aparılması üçün notariat kontoruna getmək lazım olduğunu bildirmişlər. Bundan sonra o, İsmayıl və Pərviz Nəsimi rayonu ərazisində olan notariat kontoruna getmişlər. Orada onlar boş torpaq sahəsinə dair Pərvizə etibarnamə vermişlər. Etibarnamə Müsabi adlı şəxsin adından verilmişdir. Lakin Pərviz ona verilmiş etibarnamənin boş torpaq sahəsinə dair verilməsini bilməmişdir. Belə ki, Pərviz etibarnamənin ona almaq istədiyi evə görə verilməsini başa düşmüşdür. Bundan sonra onlar çölə çıxmışlar və Suraxanı rayonu ərazisinə gəlməyə başlamışlar. Suraxanı rayonu ərazisində yolda o yalandan sənədlərin hazırlanması üçün Pərvizdən pul istəmişdir və ondan 200 manat almışdır. Pərviz getdikdən sonra Elmin ilə görüşmüşlər və baş verənlər barədə Elminə bildirmişlər. Onlar hər üçü, yəni o, Elmin Babayev və İsmayıl Əsgərovla razılaşmışlar ki, həmin pulu öz aralarında bölsünlər. Həmin puldan ona 3.000 manat və yolda Pərvizdən sənədləşmə adı ilə aldığı 200 manat çatdı. Qalan pulu Elmin və İsmayıl öz aralarında bölmüşlər. Sonradan Pərviz ona zəng edərək bildirmişdir ki, ona satdıqları ev sahibinin onun pulunun verilməməsini və evdən çıxmağı tələb etməsini demişdir. O Pərvizə narahat olmağını bildirmişdir onu aldatmışdır. Sonra o Elmin və İsmayıla zəng edərək Pərvizin zəng etməsini demişdir. Bundan sonra İsmayıl və Elmin Bədir adlı şəxs vasitəsilə Pərvizi aldatmışlar. Belə ki, öyrəndiyinə görə Bədir Pərvizin onlara verdiyi 14.500 manat pulun qarşılığında Pərvizə Ramana qəsəbəsində 4 sot torpaq sahəsini göstərib sənədləşmə aparılması üçün 500 manat alaraq aldatmışdır. Bundan əlavə X45 verdiyi torpaq sahəsinin yanında Pərvizə 4 sot torpaq sahəsini verərək sənədləşmə üçün 300 manat pul almışdır. X60 rayonu 18 saylı notariat kontorunda etibarnamə vermişdir. Bunları ona İsmayıl və Elmin demişdir. Çünki o onların yanında olmamış və iştirak etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin mart ayının əvvəlində əri İlqarla birlikdə «tap.az» internet elanlar saytı vasitəsi ilə X28 ilə danışaraq tanış olmuş, həmin elanda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən 6 sot torpaq sahəsinin satılması qeyd edilmiş və elanda olan 055342-30-81 saylı mobil nömrəsi ilə əlaqə saxlayıb danışmışlar. Danışıq zamanı İsmayıl kimi özünü təqdim edən şəxs ona və həyat yoldaşı X54 rayonu, Yeni Ramana qəsəbəsi, Südçülük sovxozunda elandakından da artıq, 8,5 sot torpaq sahəsi satmağı təklif etmişdir. Həmin vaxt o və əri İlqarla birlikdə Ramanı qəsəbəsinə getmişlər və onları yolun girəcəyində Mübariz adlı şəxs qarşılayaraq İsmayılın torpaq sahəsini göstərmək üçün gəldiyini demişdir və torpaq sahəsinin üstünə aparmışdır. İsmayıl orada onları gözləyirmiş, o və əri İlqar həmin torpaq sahəsinə baxıb bəyənmişlər. Onlar, Mübariz və İsmayılla razılaşdıqdan sonra yaşadıqları Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi 4A saylı ünvanda İsmayıl, Elmin, Mübariz adlı şəxslərlə görüşərək onlarla torpaq sahibi kimi özünü təqdim edən Mübarizə və İsmayıla əlbəəl 7000 manat pulu o, yoldaşı İlqarın dayısı Nizami və dayısı oğlu Əlinin yanında vermişdir. Həmin vaxt özünü Emin kimi təqdim edən lakin sonradan adının Elmin Babayev olduğunu bildiyi şəxs əlyazma sənəd yazaraq 7000 manat Təqsirləndirilən şəxs pul verməyini təsdiqləmiş və bütün iştirakçılar imzaları ilə həmin əlyazmanı təsdiq etmişlər. Həmin vaxt əri İlqarın dayısı oğlu X47 mobil telefonu ilə İsmayıla, Mübarizə pul verməyini, Elminin isə əlyazma yazmasını videoya çəkmişdir, İsmayıl onlara qalan 3000 manatı verdikdən sonra 21 günə həmin torpaq sahəsinin kadastrını çıxarıb əri X12 adına sənədləşdirərək təqdim edəcəyinə vəd vermişdir. Həmçinin, ərindən şəxsiyyətini təsdiq edən sənədləri götürərək çıxarış verəcəyini, Elmin adlı şəxs isə həmin günün axşamı onların evinə gələrək 1400 manata daha ucuzuna həmin torpaq sahəsinə DƏDRX-dən çıxarış alıb düzəldəcəyini bildirmiş, o da Elminə inanaraq ona 1400 manat pulu əlbəəl evində vermişdir. Bundan təxminən 1 ay sonra o, sonuncularla əlaqə saxlayan zaman onlar pandemiya ərəfəsi olduğunu və digər səbəbləri bəhanə gətirib vaxtı uzatmağa başlamışlar. Əlavə olaraq o, İsmayıl ilə 10000 manata danışdıqları torpaq sahəsinin pulunun qalıq hissəsini hissə-hissə ödəyirmişlədr. Belə ki, 2020-ci ilin aprel ayı ərzində İlqar onun yığdığı puldan götürüb Mübarizə hissə-hissə Ramana qəsəbəsində 1300 manat pul vermişdir, sonuncu dəfə İsmayıl ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2 saylı doğum evinin qarşısında əri İlqar görüşərək sonuncuya əlbəəl 300 manat vermişdir. Sonradan isə vaxt yubandıqda Təqsirləndirilən şəxs onlarla görüşüb 300 manat pulu alaraq sənədləşmə işini özü həll edəcəyinə vəd vermişdir. X1 və Təqsirləndirilən şəxs və X34 10000 manat pul vermişlər. Belə ki, Elmin Babayevə 1400 manat, Mübariz və İsmayıla isə 7000 manat ilkin, hissə-hissə 1300 manat hər ikisinə, sonuncu dəfə isə 300 manat pulu Mübarizə torpaq sahəsini almaq, sənədləşmək vədlərinə inanıb vermişlər. Lakin onlar həmin pulları aldıqdan sonra vədlərinə əməl etməmişlər və onlara heç bir torpaq sahəsi verməmişlər. Onu inandırmaq üçün X30 adından 18 saylı notariat kontoru tərəfindən 2,5 və 6 sot Ramanı Südçülük sovxozu ərazisindəki torpaq sahəsinə dair əri İlqarın adına etibarnamələr versələr də, sonradan onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxslərə aiddir. O həmin videoçəkiliş olan görüntüləri istintaqa diskə köçürülmüş vəziyyətdə təqdim edə bilər. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 may 2020-ci il tarixdə torpaq sahəsi almaq üçün «Tap.az» internet səhifəsində tapdığı İsmayıl adlı maklerlə həmin tarixdə ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq Yeni Suraxanı qəsəbəsində olan satılıq torpaq sahəsinə baxmaq üçün razılaşmışlar, özünü torpağın sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə, makler kimi təqdim edən X28 ilə və Emin adlı sürücüsünün idarə etdiyi «Xəzər» markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yeni Suraxanıda yerləşən dəmir yol xəttinin yanında görüşmüşlər. Həmin torpaq sahəsi xoşuna gəlmədiyi üçün evə qayıtmışdır. 16 may 2020-ci il tarixdə İsmayıl ona zəng edərək Yeni Ramana qəsəbəsində «Araz» marketin arxasında münasib qiymətə torpaq sahəsinin olduğunu demişdir. O, həmin gün həmin torpaq sahəsinə baxaraq evə qayıtmış və sonra zəng edərək torpaq sahəsini bəyəndiyini demiş və 17 may 2020-ci il tarixdə görüşmək barədə razılaşaraq həmin günü yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, 4 saylı evin qarşısında görüşərək ilkin olaraq 150 manat torpaq sahəsinə dair beh vermişdir. 19 may 2020-ci il tarixdə anası Əzizə həmin şəxslərlə Əhmədli qəsəbəsində yerləşən 18 saylı notariat kontoruna gedərək orada sənədləşmə işlərini görmüş və sənədləşmə zamanı İsmayıl onun anasından rüsum kimi ödənilməsini bildirərək 120 manat pul almışdır. Sənədləşmə qurtardıqdan sonra anası ilə Mübariz yaşadığı mənzilin qarşısına qayıdaraq anası 10000 manat pulu sürücüsü Emin adlı şəxsin yanında vermişdir. Bundan sonra Mübarizin göstərişinə əsasən o, 22 may 2020-ci il tarixdə yaşadığı evin qarşısında onun sürücüsü kimi göndərdiyi Eminə əvvəlcə 1000 manat və daha sonra isə 1800 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Mübariz adlı şəxsə məxsus deyildir və Mübarizlə İsmayıl onu aldadaraq onun ümumilikdə 12950 manat pulunu ələ keçirmişlər. O, pulunu tələb etdikdə isə həmin şəxslər müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışlar. Hadisə nəticəsində ona ümumilikdə 13070 manat maddi ziyan dəymişdir. Həmin pulun 10000 manatı anası Əzizə Rəcəbova versə də, həmin pul ona məxsus olmuşdur və anası onun xahişi ilə pulu vermişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əliməstan qızı ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə yaxınlaşaraq Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxs İsmayıl və İlqar adlı tanışlarının olduğunu və sonuncuların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, həmin torpağın qiymətini Vüsaldan soruşanda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manat olmasını demiş, lakin o, Vüsala 5000 manat pulunun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmiş, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişdir ki, sahibi ilə danışsın əgər onun dediyi qiymətlə razlaşarsa alar. Vüsal da ona torpağın sahibi ilə danışıb bildirəcəyini demişdir. 24 mart 2020-ci il tarixdə Vüsal onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışımış, sənədini götürüb tez onun işlədiyi ofisə gəlsin, torpağın sahibidə oradadır. Həmin gün təxminən saat 10 radələrində qızı Afət ilə birlikdə tanışı Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibləridirlər. Həmin vaxt o, sonunculara torpaq sahəsindən xoşum gəlməsini, nə vaxt sənədləşdirmələrini demiş, sonuncular isə bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqənizi gətirər torpağı onun adına sənədləşdirərlər. Həmin vaxt o, torpaq sahəsinə görə Vüsala 1000 manat beh vermişdir, Vüsalda həmin pulu İsmayıla vermiş və bildirmişdir ki, onun zəhmət haqqını kim verəcək. Bundan sonra o, əlavə olaraq 200 manat Vüsala zəhmət haqqı vermişdir. Sonunculara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə qızı Afətlə birlikdə tanışı Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin ona satmaq istədikləri torpaq sahəsinə gəlmiş, orada Vüsal və torpağın sahibi İsmayıl ilə görüşmüşdür. O, sonunculardan torpağın digər sahibi ilqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni versin, özü ilqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra o, qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermiş, İsmayılda demişdir ki, burada onu gözləsinlər. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, sonuncunun dalınca İsmayıl gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, ilqar öz adından onun qızının adına etdibarnamə vermişdir. O, da, etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı Vüsala vermiş, Vüsalda həmin pulu İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürmüş, usta çağırmışdır ki, işə başlasın. Təxminən 4-5 gündən sonra usta ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə «qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir, sən nə iş görürsən burda». Bundan sonra o, həmin torpaq sahəsinə gəlmiş, orada bir nəfər İlqar adlı şəxslə görüşmüş, həmin İlqar adlı şəxs ona etibarnamə göstərmişdir ki, «mən sizin aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışam». Həmin vaxt ona məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və İlqar onu aldadaraq saxta etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra o, orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə X32 və Təqsirləndirilən şəxs gəlmişlər. Sonuncular gəldikdən sonra Yaşar Babayev şikayət etməməsini, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra o, Yaşar Babayev ona başqa torpaq sahəsinin alınması üçün 4100 manat və tikinti işlərinin aparılması üçün 1700 manat pul tələb etmiş, lakin torpağa sənəd verilmədiyi üçün həmin pulu da Yaşar Babayevdən tələb etmişdir. X61 tərəfindən ona vurulmuş ziyan geri qaytarılmışdır. Eyni zamanda onu vurulmuş ziyaynın 2000 manat hissəsi İsmayıl tərəfindən qaytarılmışdır. Odur ki, Yaşar Babayevə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əliməstan qızı ifadəsində göstərmişdir ki, 1994-cü ildə Sabirabad rayonu, Yolçubəyli kəndində X48 ilə ailə həyatı quraraq rəsmi nigaha daxil olmuş, Aqillə evlənəndən 2 ay sonra Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşamışlar. 2016-cı ildə əri Aqillə münasibətləri pozulduğuna görə ayrılmış, həmin vaxtdan da qızı Kazımlı Afətlə birlikdə yaşayır. 2020-ci ilin mart ayının əvvəllərində qızı Afətə torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə yaxınlaşaraq Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxs İsmayıl və ilqar adlı tanışlarının olduğunu və sonuncuların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, həmin torpağın qiymətini Vüsaldan soruşanda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manat olmasını demiş, lakin o, Vüsala 5000 manat pulunun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmiş, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişdir ki, sahibi ilə danışsın əgər onun dediyi qiymətlə razlaşarsa alar. Vüsal da ona torpağın sahibi ilə danışıb bildirəcəyini demişdir. 24 mart 2020-ci il tarixdə Vüsal onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışımış, sənədini götürüb tez onun işlədiyi ofisə gəlsin, torpağın sahibidə oradadır. Həmin gün təxminən saat 10 radələrində qızı Afət ilə birlikdə tanışı Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib bildirmişdir ki, bu şəxslər ona satmaq istədiyi torpağın sahibləridirlər. Həmin vaxt o, sonunculara torpaq sahəsindən xoşum gəlməsini, nə vaxt sənədləşdirmələrini demiş, sonuncular isə bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqənizi gətirər torpağı onun adına sənədləşdirərlər. Həmin vaxt o, torpaq sahəsinə görə Vüsala 1000 manat beh vermişdir, Vüsalda həmin pulu İsmayıla vermiş və bildirmişdir ki, onun zəhmət haqqını kim verəcək. Bundan sonra o, əlavə olaraq 200 manat Vüsala zəhmət haqqı vermişdir. Sonunculara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə qızı Afətlə birlikdə tanışı Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin ona satmaq istədikləri torpaq sahəsinə gəlmiş, orada Vüsal və torpağın sahibi İsmayıl ilə görüşmüşdür. O, sonunculardan torpağın digər sahibi ilqarı nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olmasın şəxsiyyət vəsiqəni versin, özü ilqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra o, qızı Afətin şəxsiyyət vəsiqəsini İsmayıla vermiş, İsmayılda demişdir ki, burada onu gözləsinlər. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, sonuncunun dalınca İsmayıl gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, ilqar öz adından onun qızının adına etdibarnamə vermişdir. O, da, etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı Vüsala vermiş, Vüsalda həmin pulu İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürmüş, usta çağırmışdır ki, işə başlasın. Təxminən 4-5 gündən sonra usta ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə «qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir, sən nə iş görürsən burda». Bundan sonra o, həmin torpaq sahəsinə gəlmiş, orada bir nəfər İlqar adlı şəxslə görüşmüş, həmin İlqar adlı şəxs ona etibarnamə göstərmişdir ki, «mən sizin aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışam». Həmin vaxt ona məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və ilqar onu aldadaraq saxta etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra o, orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə X32 və Təqsirləndirilən şəxs gəlmişlər. Sonuncular gəldikdən sonra Yaşar Babayev şikayət etməməsini, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra o, Yaşarla birlikdə oturaraq söhbət etmiş, söhbət əsnasında X32 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində torpaq sahəsi olduğunu bildirmiş və 4100 manata oranı ala biləcəyini bildirmişdir. O, Yaşarla razılaşmış və Yaşar Babayev 4100 manat pul vermişdir. Bir neçə gün sonra Yaşar Babayev həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün 1700 manat pul lazım olduğunu bildirmişdir. O, həmin pulu da düzəldərək Yaşara vermişdir. Pulları verdikdən sonra dəfələrlə X15 torpağa sənəd verilməsini tələb etsə də Yaşar sənədi verməmiş, həmçinin pulu qaytarmamışdır. Bu hadisələrdən sonra dəfələrlə şikayət etdiyi üçün pulun bir hissəsi təqirləndirlən şəxslər tərəfindən ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, əvvəllər tanıdığı Elmin adlı ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxsin vasitəsi ilə Mübariz və İsmayıl adlı şəxslərlə tanış olmuş, sonuncularla bir həftə ərzində müxtəlif ərazilərdə torpaq sahələrinə baxmış və yekunda Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot torpaq sahəsini görüb bəyənmişdir. Mübariz həmin torpaq sahəsinin ona məxsus olmasını və 8000 manata satdığını bildirmişdir. O, Mübarizlə razılaşmış və 31 avqust 2020-ci il tarixdə dostu Rəşadın vasitəsi ilə Mübariz və İsmayıla 300 manat beh göndərmişdir. Rəşad isə pulu Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında Mübariz və İsmayıla vermişdir. 01 sentyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən Suraxanı rayon İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən adsız kafedə Mübariz və İsmayılla görüşmüş sonuncular ondan 7800 manat pul almışlar. Həmin zaman dostu Rəşad onunla birlikdə olmuş və pulu Rəşad Mübarizə vermiş, Mübariz isə pulu saydıqdan sonra X30 adından ona etibarnamə vermişdir. Bundan sonra onlar bir daha torpaq sahəsinə gələrək ölçüb biçdikdən sonra oradan getmiş, o, hər ehtimala qarşı adını xatırlamadığı qonşuluqda yaşayan şəxsə Rəşadın nömrəsini verərək torpağa nəzarət etməsini xahiş etmişdir. Həmin gün saat 16.30 radələrində həmin qonşu Rəşada zəng vuraraq təcili torpaq sahəsinə gəlmələrini bildirdiyindən o, Rəşadla birlikdə həmin yerə gəldikdə orada 3 nəfər qadın 1 nəfər isə oğlanın olmasını görmüş, həmin şəxslər torpaq sahəsinin onlara məxsus olmasını və ona verilmiş etibarnamənin saxta olmasını bildirmişlər. Bu səbəbdən o, Mübariz, İsmayıl və Eminə zəng vuraraq torpaq sahəsinə gələrək aydınlıq gətirməsini bildirdikdə, sonuncular onunla danışmaq istəməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində özünə torpaq sahəsi almaq istəyirmiş. Bu səbəbdən “Bina.az” sosial şəbəkəsinə daxil olmuşdur və oradan özünə torpaq axtarmağa başlamışdır. Torpaq sahəsi axtardığı zaman İsmayıl adlı şəxsin Ramana rəsəbəsində torpaq sahəsi satdığını görmüşdür. Elanda qeyd edilən 077 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır və torpaq sahəsinə baxmaq istədiyini dedim. Bu zaman İsmayıl adlı şəxs Ramana qəsəbəsində 0,2 hektar torpaq sahəsinin olduğunu, torpaq sahəsinin ətrafına 6 daş hündürlüyündə hasar çəkildiyini bildirmişdir. O İsmayıl və yanında gələn Mübariz adlı şəxslə birlikdə torpaq sahəsinə baxış keçirmişdir. Torpaq sahəsini bəyəndikdən sonra qiymətini 3000 manata razılaşmışlar və 12 iyun 2020-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunun ərazisində Mübariz adlı şəxsə 3000 manat pul vermişdir və birlikdə 18 saylı Notariat kontoruna getmişlər. Orada torpaqla bağlı səlahiyyətləri olan X66 adlı şəxs ona etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra torpaq sahəsinin hasarını 12 mişar daşı hündürlüyünə qaldırmış və ev üçün təməl qoymuşdur. Torpaq sahəsində tikinti işləri getdiyi bir zamanda Emin adlı şəxs torpaq sahəsinə gəlmiş və torpağın çıxarışını ona təqdim edərək torpağın ona məxsus olduğunu bildirmişdir. O Emin adlı şəxsə torpaq sahəsini Mübariz və İsmayıl adlı şəxslərdən 3000 manata aldığını demiş, lakin həmin şəxs torpağın ona məxsus olduğunu, bununla bağlı çıxarışının olduğunu deyərək torpaqdan çıxmağını tələb etmişdir. Çıxarışa baxdıqdan sonra həmin yerin həqiqətəndə həmin şəxsə aid olduğunu görmüşdür və oradan çıxmışdır. Daha sonra İsmayıl və Mübariz adlı şəxslərə zəng edərək nə üçün onu aldatdıqlarını soruşaraq pulunu qaytarmalarını tələb etmiş, onlar da pulu tez bir zamanda qaytaracaqlarını bildirsələr də, hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq pulu qaytarmaqdan yayınmışlar. Onların pulu qaytarmadıqlarını görüb Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ərizə verdikdən sonra Bədir və Yaşar adlı şəxslər onunla əlaqə saxlayaraq yanına gəlmişlər. Onlar Mübariz və İsmayıldan şikayət etməməyi xahiş etmişlər. O isə onlara pulunu geri qaytarmalarını tələb etdiyi zaman Bədir Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək”' marketin arxa hissəsində torpaq sahəsi olduğunu pulun qarşılığında həmin torpaq sahəsini ona verə biləcəklərini bildirmişdir.O da etiraz etməmiş və onlarla razılaşmışdır. Bu zaman Bədir və Yaşar həmin torpaq sahəsinin dəyərinin daha çox olduğunu bildirmişlər və əlavə olaraq 4500 manat pul ödəməyini istəmişlər. Torpaq sahəsinə baxış keçirtdikdən sonra bəyəndiyi üçün onlarla razılaşmış və Bədirə 4500 manat pul ödəmişdir. Pulu ödədikdən sonra Bədir ona əlavə olaraq 9 saylı Notariat Ofisində etibarnamə vermişdir. Həmin etibarnamə ilə torpaq sahəsini özəlləşdirmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Oradan torpaq sahəsinə baxış keçirtmək üçün bir nəfər əməkdaş ayırmışlar. Həmin əməkdaşla birlikdə torpaq sahəsinə gəlmiş və bu zaman torpaq sahəsini başqa şəxsə məxsus olduğu məlum olmuşdur. Bunu müəyyən etdikdən sonra Bədir adlı şəxslə əlaqə saxlamış və pulunu qaytarmasını tələb etmişdir. İlk əvvəl Bədir maddi imkanının zəif olduğunu, tez bir zamanda pulu ödəyəcəyini demiş, lakin sonradan Bədir pulunun olmadığını deyərək pulu olduğu vaxt ödəyəcəyini bildirmişdir. O da ona şikayət edəcəyini bildirdikdə isə o, istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. Bundan sonra o Bədirin, Yaşarın, İsmayılın, Mübarizin və Adilin əlbir olaraq pulunu ələ keçirdiklərini anlamış və barələrində şikayət etmişdir. İsmayıl və Mübariz adlı şəxslərə 3000 manat, Bədir adlı şəxsə isə 4500 manat torpaq sahəsi almaq üçün pul vermiş və sonuncular onu aldadaraq ona qarşı dələduzluq etmişlər. İsmayıla və sonradan Bədir adlı şəxsə 4500 manat pul verərkən Yaşar onun yanında olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda həyat yoldaşı X35 və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. O əvvəllər Təqsirləndirilən şəxs və X9 tanımamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin aprel ayının sonlarında İsmayıl adlı şəxslə “tap.az” sosial şəbəkədə tanış olmuşdur. İsmayıl adlı şəxslə danışıb Ramana qəsəbəsində Naxçıvan restoranının qarşısında görüşüb satmaq istədiyi torpaq sahəsinə baxmışdır. Həmin torpaq sahəsi, Naxçıvan restoranının arxasında yerləşirmiş və torpaq sahəsi 3 sot imiş. 3 sot torpaq sahəsini İsmayıl ona 3500 manata satdığını bildirmişdir. O İsmayıldan nə üçün torpaq sahəsini 3500 manata satdığını soruşduqda bildirmişdir ki, torpaq sahəsi qamışlığa yaxın olduğundan həm də rütubətli olduğundan ucuz satır. O İsmayılla razılaşıb 3 sot torpaq sahəsini 3500 manata almağa razılaşmışdır, İsmayıl ona aldığı torpaq sahəsinə görə sadəcə olaraq etibarnamə təqdim etmişdir. İsmayıl ona 18 saylı notariat kontorundan alınmış etibarnamədə X30 adına olan 1 hektar sahədən 3 sot torpaq sahəsini ayırıb ona vermişdir. Ona verilmiş 3 sot torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. O torpaq sahəsinin sənədləri hazır olduqdan sonra ona çıxarış veriləcəkdir. O İsmayılla razılaşmış və Ramana qəsəbəsində həyat yoldaşı Gülnar Şirinovanın və qaynı Tofis Əlillinin yanında 3500 manat pulu sayıb vermişdir. Bir müddət sonra o torpaq sahəsində təmizlik işləri aparan zaman ona bir nəfər qadın yaxınlaşıb bildirmişdir ki, ona satılmış torpaq sahəsi həmin qadına aiddir. O İsmayılla görüşüb bildirmişdir ki, ona satdığı torpaq sahəsi problemlidir. İsmayılla birlikdə Təqsirləndirilən şəxs adlı şəxs görüşüb bildirmişdir ki, satılmış bütün torpaq sahələri onun adınadır. Mübariz ona bildirmişdir ki, ona pul qaytarmaq çətin olsa da əlavə torpaq sahəsi verilə bilər. O Mübarizlə razılaşıb başqa torpaq sahəsi almağa razılaşmışdır. Mübariz Ramana qəsəbəsində sovxoz ərazisində bir qədər aralıda 2 sot yarım torpaq sahəsini ona göstərmiş və onun şəxsiyyət vəsiqəsini götürüb xx.xx.2022-ci il tarixdə X30 adından başqa bir etibarnamə vermişdir və o Ramanı qəsəbəsində onunla görüşüb həmin torpaq sahəsinə görə əlavə 2400 manat pul Mübarizə ödəmişdir. O aldığı torpaq sahəsində fundament qazıb betonlamışdır. O Mübarizdən torpaq sahəsi alan zaman yanında olan qohumu Mehman Şirinova təklif etmişdir ki, gəl sənə də torpaq sahəsi verək, Mehman bildirmişdir ki, onun torpaq almaq üçün pulu yoxdur. Mübariz Mehmana 3 sot torpaq sahəsi təklif edirmiş. O Mehmanın pulu olmadığından Mübarizə inanıb ondan əlavə 3 sot torpağ sahəsi almaq adı ilə ona Ramanı qəsəbəsində evinin yanında 2500 manat pul vermişdir. Mübariz ona əlavə 3 sot torpaq sahəsini verən zaman yenidən ona baş etibarnamə vermişdir. Bir müddət sonra müəyyən etmişdir ki, ona satılan torpaq sahələri başqa şəxslərə aiddir. O Mübariz və İsmayıl tərəfindən aldadıldığını görüb şikayət etmişdir. O həmin torpaq sahəsinin torpağa beton töküb fundament tökməyinə görə 4000 manat xərc çəkmişdir. O sonradan ad soyadının İsmayıl Əsgərov olmasını bildiyi şəxsə 3500 manat, Təqsirləndirilən şəxs isə 4900 manat torpaq almaq adı ilə pul vermişdir, lakin onlar onu aldadıb ona ümumilikdə 8400 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişlər. Mən ərizələrində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Bakı şəhəri 18 saylı notariat kontorundan X30 adından verilmiş etibarnamələrin surətini əlavə etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacarır, ona görə də ifadənin kompüter vasitəsilə latın qrafikalı azərbaycan əlifbası ilə yazılmasına etirazı yoxdur. 2020-ci ilin mart ayında kirayə yaşadığı üçün özünə ev almaq qərarına gəlmiş, bu məqsədlə internetdə “Tap.az” saytına daxil olaraq Məhəmmədli kəndinə iki sot torpaq sahəsinin içərisində bir mərtəbəli evin tam təmirsiz 20000 manata satışa çıxarılmasını görmüşdür. Saytda qoyulan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxladıqda özünü Elmir adlı kimi qələmə verən şəxslə satışa çıxartdığı evə baxmaq istədiyini bildirmişdir. Elmir ona makler olduğunu bildirib ev sahiblərinin onunla əlaqə saxlayacaqlarını söyləmişdir. Bundan sonra həmin günü Mübariz adlı şəxs onunla mobil telefon əlaqəsi saxlayaraq yanında olan İsmayıl adlı şəxslə birlikdə Məhmmədli kəndinə görüş yeri təyin etdiyi ünvana gəlmişlər. O evə baxıb bəyəndiqdən sonra Şamaxinka deyilən ünvanda yerləşən notarait kontoruna gedib orada ona “Müsabi” adlı şəxs tərəfindən etibarnamə verilmiş, onlarla birlikdə yenidən Məhəmmədli kəndinə qayıtmış və orada Mübariz adlı şəxsə 14500 manat pul vermişdir, qalan 5500 manat pulu isə bir il ərzində onlara verəcəyinə razılaşmışdır. Əlavə olaraq Mübariz ondan evin sənədlərinin hazırlanması məqsədi ilə Hava limanına gedən maqistral yoldan, Suraxanı rayonuna giriş hissəsinə dönən istiqamətində 200 manat pul almışdır. Bundan sonra aldığı evin həyətində iş görməyə başlamış və evin həyətinin darvazasının açarını dəyişmişdir. Təxminən dörd aydan sonra aldığı evə baş çəkməyə getmiş və görmüşdür ki, darvazanın açarı dəyişilib və Rəşad adlı şəxs ona yaxınlaşaraq Mübariz adlı şəxs tərəfindən satılan evin əslində ona məxsus olduğunu satışı çıxarılmasına baxmayaraq ona pulun verilmədiyini söyləmişdir. Bundan sonra Mübarizlə əlaqə saxladıqda ona Bədir adlı şəxs zəng edib bildirmişdir ki, Mübariz adlı şəxsə verdiyi pulu qaytaracaqdır və yaxud əvəzinə torpaq verəcəkdir. Bədir daha sonra onunla görüşüb Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi deyilən ünvanda dörd sot torpaq sahəsini göstərib ona Mübarizə verdiyi pulun əvəzində verdiyini söyləyib satıb pulunu bərpa etməyini söyləmişdir. O Bədir tərəfindən verilən torpaq sahəsinin daş hasarına öz nömrəsini yazaraq satışa çıxartmış və Bədirə özünün deməsinə görə torpaq sahəsinin onun adına sənədləşdirilməsi məqsədi ilə 500 manat pul istəmiş və həmin ünvanda ona 500 manat pul vermişdir. Daha sonra İsmayıl Bədirin ona verdiyi torpağ sahəsinin yanında əlavə olaraq dörd sot torpaq sahəsi vermiş və həmin torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə ondan Bakı şəhəri Xətai rayonu, 18 saylı notariat kontorunun yanında 300 manat pul almışdır. Lakin sonradan məlum olmuşdur ki, ona verilən torpaq sahəsi Alim adlı şəxsə məxsusdur. Bundan sonra o artıq aldanıldığını bilib bu barədə şikayət etmişdir. O 14500 manat pulu ev almaq məqsədi ilə Təqsirləndirilən şəxs, 300 manat pulu X19 vermiş, 500 manat pulu isə Bədirə Mübarizin əvəzinə verdiyi torpaq sahəsi üçün sənədləşmə işi aparılması məqsədilə vermişdir. Mübarizə 14.500 manat pulu 21 aprel 2020-ci il tarixdə, Mübarizə əlavə 200 manat pulu 28 aprel 2020-ci il tarixdə, Bədir adlı şəxsə 500 manat pulu 2020-ci ilin avqust ayının əvəllərində, İsmayıl adlı şəxsə 300 manat pulu 2020-ci ilin avqust ayının ortalarında vermişdir. O 14.500 manat pulu Mübarizə Abşeron rayonu, Məhəmmədli kəndində, 200 manat pulu Mübarizə H.Əliyev adına hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində, Bədirə 500 manat pulu 2020-ci ilin avqust ayının əvvəllərində Nərimanov rayonu ərazisində “saat” deyilən yerin yanında, İsmayıla 300 manat pulu isə 2020-ci ilin avqust ayının ortalarında Xətai rayonu, Əhmədli qəsəbəsində olan notariat ofisinin qarşısında vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qudası X28 vasitəsi ilə tanımışdır. Belə ki, qudası İsmayıl maklerlik fəaliyyəti ilə məşğul olarkən onunla görüşdüyü zaman Mübarizdə onun yanında olmuş, dəfələrlə onunla oturaraq çay içərək yemək yemişlər. Bu səbəbdən Təqsirləndirilən şəxsla münasibəti yaranmışdır. 2020-ci ilin təqribən yanvar-fevral ayında Mübariz onunla söhbət etdiyi zaman qohumu vasitəsi ilə İsmayılla şərikinə torpaq sahəsi alacağını demişdir. Daha sonra Mübariz özünün şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək ondan ona məxsus olan torpaq sahəsinin adına sənədləşməsini xahiş etmişdir. O da etiraz etməmişdir və özünə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini Mübarizin telefonuna göndərmişdir. Bu hadisədən təqribən dörd ay sonra, yəni 2020-ci ilin may ayında Mübariz ona zəng etmiş və adına rəsmiləşdirilmiş torpaq sahəsinin qohumunun adına keçirilməsi üçün notariusa etibarnamə verməyimi xahiş etmişdir. O Mübarizə heç bir problemin olmadığını, sadəcə olaraq vaxtının olmadığını, vaxt elədiyi zaman notariusa gedərək etibarnamə verəcəyini bildirmişdir. Lakin Mübariz təkidlə ondan tez bir zamanda notariusa gedərək etibarnamə verməyini xahiş etmişdir. Mübarizin təkid etdiyini görüb razılıq vermişdir və 19 may 2020-ci il tarixində 18 saylı notariusa getmişdir. Mübariz notariusa yanında bir nəfər qadınla gəlmiş və qohumu olduğunu bildirmişdir. Həmin notariusda o qadının adına etibarnamə vermişdir və oradan çıxaraq getmişdir. Bundan sonra həmin torpaqla bağlı məsələnin nə yerdə olduğundan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun adına rəsmiləşdirdiyi torpaq sahəsini haradan və kimdən alması barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs onun rəsmiləşdirdiyi torpaq sahəsini X2 barədə məlumat verməmişdir. X3 Kamal Vahid oğlundan ümumilikdə 5080 manat nəğd pul aldığı zaman o məlumatlı olsa da həmin məbləğin nə qədər olmasını və hansı məqsədlə almasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X55 ifadəsində göstərmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. 2020ci ilin mart ayının əvvəllərində anası Zərərçəkmiş şəxs2 onun üçün torpaq alıb ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra anasə Güllü Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getmiş, bir neçə ev alqı-satqı ofisinə yaxınlaşmışdır. Həmin vaxt Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olan Vüsal adlı şəxsə Ramana qəsəbəsindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Vüsal adlı şəxsdə İsmayıl və İlqar adlı tanışının olduğunu və onların Ramana qəsəbəsi ərazisində 2.5 sot torpaq sahəsinin olduğunu bildirmişdir. Anası Güllü həmin torpağın qiymətini Vüsal adlı şəxsdən soruşduqda, Vüsal torpaq sahəsinin qiymətini 5000 manata demişdir. Anası Güllü də evə gəldikdə bu barədə ona demişdir və görüş zamanı anası Güllü və o Vüsala 5000 manat pulun olmadığını, həmin torpaq sahəsinə görə 4500 manat verə biləcəyini ona bildirmişdir. Bundan sonra anası Güllü və o Vüsal ilə birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmişlər, torpaq sahəsindən xoşu gəlmiş, Vüsala bildirmişlər ki, sahibi ilə danışsın qiymətdə razlaşarsa anası Güllü həmin torpağı alar. Vüsal da torpağın sahibi ilə danışıb deyəcəyini bildirmişdir. 24 mart 2020-ci il tarixdə Vüsal anasının mobil telefonuna zəng vuraraq demişdir ki, torpaq sahəsinin sahibi ilə danışıb, sənədi götürün təz onun Ramanı qəsəbəsindəki işlədiyi makler ofisinə gəlin, torpağın sahibi də oradadır. Həmin gün təxminən saat 10 radələrində anası Güllü onunla birlikdə tanışları Turanın idarə etdiyi avtomobillə Vüsalın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən işlədiyi ev alqı-saqısı ofisinə getmişlər. Orada Vüsal anasını və onu İlqar və İsmayıl adlı şəxslərlə tanış edib, bildirmişdir ki, bu şəxslər ona satmaq istədikləri torpağın sahibləridirlər. Həmin vaxt anası Güllü onlara soruşmuşdur ki, torpaq sahəsindən xoşu gəlib, nə vaxt sənədləşdirsinlər. Onlar da bildirmişlər ki, səhər saat 11 radələrində torpağın pulunu və şəxsiyyət vəsiqəni gətirər, torpağı sənədləşdirərlər. Həmin vaxt anası Güllü 1000 manat pulu evdən götürüb onunla birlikdə Turan adlı taksi sürücüsünün avtomobili ilə Ramana qəsəbəsinə Vüsalın ofisinə getmişlər, orada o səhhəti ilə bağlı narahat olduğu üçün avtomobildə gözləmiş və anası 1000 manat pulu götürüb Vüsalın ofisinə girmiş, pulu verib geri qayıtmış və həmin vaxt 1000 manat pulu Vüsal da İsmayıla verməsini anası Güllü ona demiş 200 manat Vüsala əlavə zəhmət haqqı da verməsini bildirmişdir. Anası onlara bildirmişdir ki, qalan 3650 manat pulu səhər gətirib verəcəkdir. 25 mart 2020-ci il tarixdə yenə onunla birgə taksi sürücüsü Turanın avtomobili ilə birlikdə Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən Vüsalgilin satmaq istədikləri torpaq sahəsinə gəlmişlər, orada Vüsal və torpağı satan İsmayıl ilə görüşmüşlər. Anası onlardan torpağın digər sahibi İlqarın nə vaxt gələcəyini soruşanda, İsmayıl bildirmişdir ki, narahat olma şəxsiyyət vəsiqəsini ver, o İlqarı evindən götürüb notariusa aparacaq, orada torpağı onun adına sənədləşdirəcəklər. Bundan sonra anası onun şəxsiyyət vəsiqəsini İsmayıla vermişdir. İsmayıl da demişdir ki, burada gözləyin. Təxminən 3 saatdan sonra İsmayıl qayıtmış, onun dalınca İlqar gəlmiş, orada İsmayıl ona etibarnamə verib bildirmişdir ki, torpağın sənədi budur, İlqar öz adından onun adıma etibarnamə vermişdir. Anasə Güllü də etibarnaməni İsmayıldan götürmüş və torpağa görə qalan 3650 manatı pulu Vüsala vermiş, Vüsal da həmin pulu sayıb İsamayıla vermişdir. 27 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə daş və qum tökdürüb, usta çağırtdırıb tikintiyə başlamışlar. Təxminən 4-5 gündən sonra usta anasına zəng vuraraq bildirmişdir ki, torpaq sahəsinə qonşular gəliblər ki, bu torpaq başqa şəxsindir. Bundan sonra anası Güllü ilə birlikdə həmin torpaq sahəsinə gəlmişlər, orada başqa bir nəfər İlqar adlı şəxslə görüşmüşlər, həmin İlqar adlı şəxs onlara etibarnamə göstərmişdir ki, o aldığınız torpaq sahəsini İsmayıl və İlqar adlı şəxslərdən 4000 manata almışdır. Həmin vaxt onlara məlum olmuşdur ki, ev alqı satqısı ilə məşğul olan Vüsal, onun tanışları İsmayıl və İlqar anası Güllünü aldadaraq əvvəl satdıqları torpaq sagəsinə etibarnamə verib pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan sonra anası Güllünü orada polisə şikayət edəcəyini bildirmiş və pulunu qaytarmalarını tələb etmişdir. Bu zaman həmin yerə X32 və Təqsirləndirilən şəxs gəlmişlər. Onlar gəldikdən sonra, X32 şikayət etməməyi, İsmayılgildən verdiyi 4650 manatı alaraq verəcəyini bildirmişdir. Daha sonra anası Yaşarla birlikdə oturaraq söhbət etmişlər. Söhbət əsnasında X32 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində torpaq sahəsi olduğunu bildirmiş və 4100 manata oranı ala biləcəyini demişdir. Anası Güllü də onunla razılaşmış və X26 4100 manat pul vermişdir. Bir neçə gün sonra X32 həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün 1700 manat pul lazım olduğunu bildirmişdir. Anası Güllü də həmin pulu da düzəldərək ona Suraxanı rayonunda, Əmircan qəsəbəsindəki torpaq sahəsinin üstündə vermişdir. Pulları verdikdən sonra dəfələrlə X15 torpağa sənəd verilməsini tələb etsə də Yaşar heç bir sənəd verməmişdir, həmçinin pulu da qaytarmamışdır. Bu hadisələrdən sonra polisə dəfələrlə şikayət etdiyi üçün İsmayıl anası Güllüdən aldıqları pulun 2000 manatını hissəhissə qaytarmış, Vüsal isə 800 manatını qaytarmışdır. Sonradan Sabunçu RPİ-də istintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılan müddətdə X21 dələduzluq yolu ilə aldığı 5800 manat puldan 2000 manat pulu Yaşarın oğlu Yalçın anası Güllüyə ödəmişdir, qalan pulu isə ödəməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X49 ifadəsində göstərmişdir ki, o, ev və torpaq alqı satqısı ilə məşğul olan Mübariz və İsmayıl adlı şəxslər dostu Zərərçəkmiş şəxs8 Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot boş torpaq sahəsini satmaq məqsədilə xx.xx.2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşən Suraxanı rayon icra Hakimiyyətinin inzibati binasının yanında yerləşən adsız kafedə Aslandan onun iştirakı ilə 8100 manat məbləğdə pul alaraq onu aldatmışlar. Belə ki, o Aslanı əvvəllər tanıdığı Emin adlı ev və torpaq alqı satqısı ilə məşğul olan şəxslə tanış etmiş və sonuncunun vasitəsi ilə onlar Mübariz və İsmayıl adlı ev və torpaq alqı satqısı ilə məşğul olan digər şəxslərlə tanış olmuşlar. Aslan özünə münasib yerdən və münasib qiymətə torpaq sahəsi almaq qərarına gəlmişdir. Mübariz və İsmayıl adlı şəxslərlə tanış olduqdan sonra o Aslanla birlikdə təxminən 1 həftə onlarla birlikdə müxtəlif yerləri gəzib münasib torpaq sahəsi axtarmışlar. Emin də həmişə onlarla bərabər olmuşdur. Nəhayət Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 3,5 sot boş torpaq sahəsinə baxdıqdan sonra Aslan həmin torpaq sahəsini bəyənmişdir. Həmin vaxt Mübariz onlara bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur və torpaq sahəsini 8000 manata satır. Aslan Mübarizin bu təklifi ilə razılaşmış və xx.xx.2020-ci il tarixdə Aslan ona 300 manat pul vermişdir ki, pulu beh kimi Mübarizə və İsmayıla çatdırsın. O da həmin pulu Aslandan onun yaşadığı evdə aldıqdan sonra Suraxanı qəsəbəsində yerləşən “Əfsun” şadıq sarayının qarşısında İsmayıl ilə görüşüb 300 manat beh pulunu İsmayıla vermişdir. İsmayıl görüşə tək gəlmişdir. Sonra Aslana zəng vurub bir az sonra ona zəng vurub demişdir ki, Suraxanı qəsəbəsində yerləşən «Əfsun» şadlıq sarayının yanında İsmayılla görüşərək ondan aldığı 300 manat beh pulunu İsmayıla çatdırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə tanış olmuşdur. Mübariz və İsmayıl adlı şəxsləri təqribən 2020-ci ilin əvvəllərində tanımışdır. Belə ki, onları işlədiyi taksi fəaliyyəti ilə əlaqədar tanımışdır və onları bir neçə dəfə Bakı şəhərinin müxtəlif yerlərinə aparmışdır. 2020-ci ilin may ayında Mübariz ona zəng etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getməli olduqlarını bildirmişlər. O da etiraz etməmişdir və Mübarizi, eyni zamanda onun tanışı İsmayılı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsinin yaxınlığından götürərək Bakıxanov qəsəbəsində yerləşən “Asan” Xidmətin yanına gətirmişdir. Orada Mübariz və İsmayıl bir nəfər əvvəllər tanımadığı, sonradan adlarının Əzizə və bir nəfər əvvəllər tanımadığı, sonradan adının Oruc olduğunu bildiyi şəxslə görüşmüşlər. Onlar torpaqla bağlı danışıqlar aparmışlar. Bu hadisədən bir neçə gün sonra yenidən Mübariz və İsmayılı 18 saylı Notariat Ofisinə aparmışdır. Orada onlar Əzizə, Oruc və onun oğlu Talehlə görüşmüşlər. Notariusa keçərək işlərini görmüşlər və bir müddət sonra çölə çıxmışlar. Onlar çıxdıqdan sonra Mübarizi, Əzizəni, Orucu və Talehi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asan” Xidmət mərkəzinin yanına gətirmişdir. Orada Əzizə və Oruc adlı şəxslər Mübarizə 10000 manat pul vermişlər. Daha sonra oradan çıxaraq yenidən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dairəsinə gəlmişlər. Bu hadisədən bir neçə gün sonra Mübariz ona zəng etmişdir və Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmət mərkəzinin yanına gedərək Oruc adlı şəxsdən “əmanət” götürməyi xahiş etmişdir. O Mübariz dediyi yerə gəlmişdir və orada Oruc adlı şəxslə görüşmüşdür. Ondan 800 manat pulu götürərək Mübarizə vermişdir. Bundan sonra Mübarizin və İsmayılın qanunsuz işlərlə məşğul olduğunu hiss etmiş və onlarla əlaqəni kəsmişdir, bir daha onları heç bir yerə aparmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində Təzə məhəllə adlanan ərazidə 2 ha torpaq sahəsi ona məxsusdur. Özü orada yaşamasa da, bəzi vaxtlarda ora gedib həmin torpaq sahəsində təmirsiz ev tikmişdir. 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs3 adlı bir nəfər şəxs ona zəng etmiş və qeyd etdiyi Məhəmmədli qəsəbəsindəki torpaq sahəsinin ona satılmış olduğunu bildirmiş və o Pərviz adlı şəxslə görüşmüşdür və ona sənədlərini təqdim edib, qeyd olunan yerin rəsmi qaydada özünə məxsus olduğunu izah etmişdir. Bundan sonra Pərviz adlı şəxs ona torpaq sahəsini satmış şəxslər tərəfindən aldadıldığını müəyyən etmişdir. Həmin torpaq sahəsini Zərərçəkmiş şəxs3 qanunsuz olaraq satmış İsmayıl Əsgərov, Təqsirləndirilən şəxs və Elmin Babayev adlı şəxsləri tanımır. Lakin Zərərçəkmiş şəxs3lə danışarkən onu aldatmış şəxslərdən birinin Elmin olduğunu öyrənmişdir. Həmin Elmin adlı şəxs vaxtı ilə o evin satılmağı ilə bağlı elan yerləşdiridikdən sonra 2020-ci ilin yay aylarında onun mobil telefon nömrəsinə zəng edərək özünün ev alqı- satqısı ilə məşğul olan şəxs olduğunu demiş, onunla Abşeron rayonu, Məhəmmədi qəsəbəsində Təzə məhəllə adlanan ərazidə görüşüb və oradakı evini ona göstərmiş, həmin evi satmaq barədə danışdıqdan sonra müştərilərə evi təqdim etmək məqsədi ilə evin açarını Elmin ondan almışdır. Lakin bir müddət sonra Elmin Babayevdən açarı geri almış və nə onunla, nə də başqa biri ilə danışmamışdır. Pərviz adlı şəxs ona Elminlə danışdıqdan bir müddət sonra zəng etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qudası X28 vasitəsi ilə tanımışdır. 2020-ci ilin təqribən yanvar-fevral ayında Mübariz onunla söhbət zamanı qohumu vasitəsi ilə İsmayılla şərikinə torpaq sahəsi alacağını demişdir. Daha sonra Mübariz özünün şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək ondan torpaq sahəsini onun adına sənədləşməyi xahiş etmişdir. O da etiraz etməmiş və özünə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini Mübarizin telefonuna göndərmişdir. Bu hadisədən təqribən dörd ay sonra, yəni 2020-ci ilin may ayında Mübariz ona zəng etmiş və onun adına rəsmiləşdirilmiş torpaq sahəsinin qohumunun adına keçirilməsi üçün notariusa etibarnamə verməyini xahiş etmişdir. O da Mübarizə heç bir problemin olmadığını, sadəcə olaraq vaxtının olmadığını, vaxt elədiyi zaman notariusa gedərək etibarnamə verəcəyini bildirmişdir. Lakin Mübariz təkidlə ondan tez bir zamanda notariusa gedərək etibarnamə verməyi xahiş etdiyi üçün razılıq vermiş və 19 may 2020-ci il tarixində 18 saylı notariusa getmişdir. Mübariz notariusa yanında bir nəfər qadınla gəlmiş və qohumu olduğunu bildirmişdir. Həmin notariusda o qadının adına etibarnamə vermişdir və oradan çıxaraq getmişdir. Bundan sonra həmin torpaqla bağlı məsələnin nə yerdə olduğundan məlumatı olmamışdır. Mübariz adına rəsmiləşdirdiyi torpaq sahəsini haradan və kimdən alması barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs onun adına rəsmiləşdirdiyi torpaq sahəsini X2 barədə məlumat verməmiş, həmin qadını öz qohumu kimi təqdim etmişdir. X3 Kamal Vahid oğlundan ümumilikdə 5080 manat nəğd pul aldığı zaman o orada olmuş, lakin məbləğin nə qədər olmasını və hansı məqsədlə almasını bilməmişdir. Cinayət işinin 1-ci cildinin 260-cı vərəqəsində olan 01 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 1-ci vərəqəsində olan 07 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 39-40-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-14/2021 saylı, 09 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 25-27-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-460/2021 saylı, 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 iyul 2021-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 125-ci vərəqəsində olan 26 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X41 1500 manat ödəmişdir. Cinayət işinin 9-cu cildinin 83-86-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-749/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 15-ci cildinin 92-94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilməklə 05 (beş) il müddətinə endirilmiş, təyin edilmiş cəzanı çəkidiyindən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(000)- 406/2018 nömrəli, 01 mart 2018-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-675/2013 nömrəli, 19 avqust 2013-cü il tarixli hökmündə nəzərdə tutulmuş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 12 fevral 2013-cü il tarixdən hesablandığına, o, həmin cəzanı çəkib qurtardığına görə dərhal azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 11/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 Əliməstan qızının 21 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs7 07 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılmasını, zərərçəkmiş şəxslərin bəziləri ilə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə tutularaq barəsində həbs qətimkan tədbiri seçildiyindən sonuncunun cəza çəkmə müddətinin əvvəli 24 oktybar 2024-cü il tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə cinayət işi ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs azadlığının 10 (on) ay 24 (iyirmi dörd) gün tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs həbsdə olduğu 10 (on) ay 24 (iyirmi dörd) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 10 (on) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 40.3,41.2, 43.1.2, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinin 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 24 (iyirmi dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar