Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-33/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küç., ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Balağa oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitədən asıllığını təmin etmək üçün istintaqla müəyyən olunmamış vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi isteşlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.341 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsinə daşımış və 21 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhələnildiyi üçün Balaxanı qəsəbəsi, R.Qədimov küçəsində saxlanılaraq 12-ci Polis şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.341 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin bir ədəd selofan bağlamada aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Balağa oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində o yaşadığı ünvanın yaxınlığında yerləşən Görüş kafesinin yanında idi. Yerdə sellefon bükülü görüb götürmüşdür. Həmin bükülünü açarkən içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Dərhal içərisində narkotik vasitə olan bükülünü cibinə qoymuşdur ki, ehtiyacı yarandıqda qəbul etsin. Həmin gün yəni 21 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Özlərini təqdim edib ondan şəxsiyyətini təstiq edən sənədi tələb etmişlər. O, cavab vermişdir ki, şəxsiyyətini təstiq edən sənəd üzərində yoxdur. Belə olan halda 12-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt bir neçə saat əvvəl tapdığı narkotik vasitə də cibində olmuşdur. Həmin narkotik vasitəni atmaq imkanı olmamışdır. Polis əməkdaşları onu 12-ci Polis şöbəsinə aparmışlar. O, şöbənin təhqiqatçısına təqdim olunmuşdur. Təhqiqatçı ona nə üçün gətirildiyni və üstündə şəxsi axtarış aparılacağını elan etmişdir. Həmçinin bildirmişdir ki, axtarışa etiraz edə və vəkilin yardımından istifadə edə bilər. O, etiraz etməmişdir. Başa düşmüşdür ki, cibindəki içərisində narkotik vasitə olan bükülü aşkar olunacaqdır. Həmçinin elan olunmuşdur ki, axtarışın gedişatı kamera ilə çəkiləcəkdir. Təhqiqatçı ondan üzərində dövriyyəsi və saxlanılması qadağan edilmiş əşya və predmetlərin olub-olmaması və olduğu halda təqdim olunmasını təklif etmişdir. O, içərisində narkotik vasitə heroin olan bükümü şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülülər açılmışdır. O, Polis əməkdaşlarına bildirmişdir ki, aşkar edilənlər narkotik vasitə heroindir, saxlanılmamışdan bir neçə saat əvvəl Balaxanı qəsəbəsində yerləşən Görüş kafesinin yaxınlığında yerdən tapmış, özü istifadə etmək üçün cibinə qoymuşdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə şöbənin əməliyyat müvəkkili Şahid2lə vəzifə səlahiyətlərini yerinə yetirmək üçün xidməti əraziyə çıxmışlar. Saat 17:00 radələrində Balaxanı qəsəbəsi, R.Qədimov küçəsində bir nəfəri şəxsiyyətini müəyyən etmək üçün saxlamışlar. Özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. O sənədin üzərində olmamasını bildirib polis əməkdaşlarından tez ayrılmaq istəmişdir. Polis əməkdaşları isə ondan soyadını, adını soruşmuşlar. O, Təqsirləndirilən şəxs olmasını, Balaxanı qəsəbəsində yaşamasını bildirib yenə getmək istəmişdir. Polis əməkdaşları hiss etmişlər ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs polislə ünsiyyətdə olmaqdan yayınır. Onun bu hərəkəti şübhə yaratmış və ona şəxsiyyətini müəyyən olunması üçün 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs məcburiyyət qarşısında qalıb polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunarkən özü barədə məlumat verən şəxsin, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üstündə qanunla dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış predmetlərin saxlamasından şübhələnib axtarış aparılması üçün raportla şöbə rəisinə məruzə etmişlər. Şəxsi axtarışın və araşdırmanın aparılması şöbənin təhqiqatçısı Emil Əliyevə həvalə olunduğundan Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparılmışdır. X6 saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutmuş, hüquqlarını izah etmiş, vəkillə təmin etmişdir. Təqsirləndirilən şəxs üstündə videoçəkilişlə axtarış aparılması elan olunmuş və şəxsi axtarışda vəkilin yardımından istifadə etmək hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdi ki, şəxsi axtarışın vəkilin iştirakı olmadan aparılmasını istəyir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs təklif olunmuşdu ki, üstündə olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd şəffaf slofandan hazırlanmış xırda bağlamanı çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bağlamada nə olduğunu soruşanda o bağlamada narkotik vasitə heroin olmasını, 21 iyun 2021-ci ildə Balaxanı qəsəbəsindəki «Görüş» kafesinin yanında yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 6/2525 nömrəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının D.İ.N Zəflər üçün №159» möhür əks olunan……Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə………» yazı və imzalar olan zərfdə təmiz çəkisi 0.341 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respulikasının Qanunu ilə təstiq edilmiş Azərbacan Respublikasının ərazisində dövriyyəsi qadan edilən narkotik vasitələrin»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-0.341 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.291 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 2794 saylı, 11 avqust 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Balağa oğlunda opioidlərin birgə qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserindən qeydiyyata alınması msələhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balağa oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasənsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Balağa oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 21 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,06). Cinayət işinin materiallarında olan 23 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,47). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə olunmasında imtina olunması haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 62). Cinayət işinin materiallarında olan 23 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 65). Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)519/21 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 9122 saylı, 23 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə tutularaq 22 dekabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 21 iyun 2021-ci il tarixdən, 23 iyun 2021-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.341 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 88 manat, 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 21 iyun 2021-ci il tarixdən, 23 iyun 2021-ci il tarixə kimi olan müddət (02 gün) nəzərə alınsın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılsın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.341 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 88 manat, 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-33/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-33/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver