Məhkəmə qərarları › İş №1(008)-33/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-33/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-33/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs52 Rəhim qızının, X28, X10, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs20, X7, X24, X14, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs32 və X25, Zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs32 və X25 nümayəndəsi və vəkili Müdafiəçi3 iştirakı ilə 09 dekabr 1985-ci il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində nömrəsiz evdə evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxxx 1992-ci il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan və ünvan 4 «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, 1.000 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru və 300 manat dəyərində 1 ədəd suqızdırıcını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsində yerləşən saxlanc yeri olan sanitar qovşağına qanunsuz daxil olaraq, oradan 1.600 manat dəyərində 1 ədəd “immergas" markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs2 Məmmədəli oğluna məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaları üçün bir qədər kənarda dayanıb müşahidə aparmış, Təqsirləndirilən şəxs2 isə həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz evə daxil olmuş, qonaq otağından 600 manat dəyərində “LG” markalı televizorunu; mətbəxdən 220 manat dəyərində 1 ədəd havatəmizləyici qurğunu; 230 manat dəyərində 1 ədəd qaz sobasını; evin ikinci mərtəbəsindəki yataq otağından 160 manat dəyərində 1 ədəd qaşıq dəstini; 120 manat dəyərində 3 ədəd çaydanı; 60 manat dəyərində 1 ədəd “Tefal” markalı çaydanı; 250 manat dəyərində 1 ədəd qazan dəstini; 110 manat dəyərində 2 ədəd qazanı; 80 manat dəyərində 1 ədəd ütünü; 150 manat dəyərində 1 ədəd ətçəkən maşını; 420 manat dəyərində yataq örtüyünü; 110 manat dəyərində 1 ədəd yorğanı; 510 manat dəyərində 6 ədəd süfrəni; 690 manat dəyərində yataq dəstini; 80 manat dəyərində ləbləbi qabını; 140 manat dəyərində 2 ədəd meyvə qabını; 40 manat dəyərində 1 dəst mürəbbə qabını; 160 manat dəyərində 1 dəst konfetqabını; 1.080 manat dəyərində 6 ədəd yataq dəstini; 90 manat dəyərində 1 ədəd samovarı gizli olaraq talayıb, zərərçəkmiş Elibəyi Zamanova cəmi 5.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, 1.200 manat dəyərində “İmmergas” markalı kombi aparatını; hər biri 10 manat olmaqla 510 manat dəyərində 51 seksiyadan ibarət istilik sistemini; 55 manat dəyərində 1 ədəd krant dəstini; 120 manat dəyərində 1 ədəd qaz sobasını; hər biri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd su borusunu; 95 manat dəyərində 1 ədəd su mühərrikini; 60 manat dəyərində 1 ədəd cərəyan tənzimləyicini və 120 manat dəyərində dəmir barmaqlıqları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2.200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, Müşəlan küçəsində yerləşən, Gafıl Gasanova məxsus yaşayış sahəsi olan 38 nömrəli bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağından 2.080 manat nağd pulunu; 270 manat dəyərində 1 ədəd qızıl üzüyü; 350 manat dəyərində 1 ədəd qızıl kulonlu boyunbağı; 300 manat dəyərində 1 ədəd elektri sobanı; 200 manat dəyərində tozsoran aparatını; 580 manat dəyərində “LG” markalı televizoru; 510 manat dəyərində “Asus” markalı nootbuku gizli olaraq talayıb, zərərçəkmiş Gafıl Gasanova cəmi 4.290 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, X11 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı dolabda asılan gödəkçənin cibindən 350 və 120 manat dəyərlərində 2 ədəd qızıl boyunbaqları; 350 manat dəyərində 1 ədəd qızıl üzüyü; 400 manat dəyərində qızıl qolbağı; 100 manat dəyərində 1 cüt qızıl sırğasını və 670 manat dəyərində 1 cüt qızıl sırğa və qızıl üzük dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 cəmi 1.990 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana sovxozunda yerləşən, Zərərçəkmiş şəxs12 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, 1.500 manat dəyərində 3 kübmetr taxtanı; 1.000 manat dəyərində 200 metr istilik boruları; 70 manat dəyərində 70 metr kanalizasiya boruları, 300 manat dəyərində 6 ədəd plastik boruları, 800 manat dəyərində 400 metr elektrik naqilləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12aya cəmi 3.670 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 50 manat eləyərində 1 ədəd qazani; 50 manat dəyərində 1 ədəd tavanı; 100 manat dəyərində 2 ədəd çaydanı; 100 manat dəyərində 2 ədəd odeyal dəstini; 30 manat dəyərində 1 ədəd elektrik çaydanı; 150 manat dəyərində çay servisini; 30 manat dəyərində stəkan-nəlbəki dəstini, evin dəhlizində quraşdırılmış 1.000 manat dəyərində 1 ədəd “Elektronika” markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs13 cəmi 1.510 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs14 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 500 manat dəyərində “Hoffmann” markalı televizoru; yataq otağından 300 manat dəyərində ətçəkən dəzgahını; 150 manat dəyərində yataq dəstini; 200 manat dəyərində qaşıq dəstini və 50 manat dəyərində güzgünü, daha sonra saxlanc yeri olan bağ sahəsində yerləşən sanitar qovşağına vintaçanla sıxıb açdığı plastik qapısından qanunsuz daxil olaraq, oradan 700 manat dəyərində “ECA” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 cəmi 1.900 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs15 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin qapısının kilidini qırıb içəriyə qanunsuz daxil olaraq, qonaq otağından 350 manat dəyərində “Samsung” markalı televizoru; 100 manat dəyərində 1 ədəd “Evrolux” markalı tozsoran aparatını və fərdi evinin həyətyanı sahəsində quraşdırılmış 450 manat dəyərində 1 ədəd “Viva” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs15 cəmi 900 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs16 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağında, dolabın içərisində olan balondakı 1.700 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 cəmi 1.70Ö manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu Maşağa qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs19 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı taxta pəncərədən qanunsuz daxil olaraq, hər biri 500 manat olmaqla 1.000 manat dəyərində 2 ədəd “Toshiba” və “Dell” markalı nootbuk kompyuterləri; 350 manat dəyərində 1 ədəd planşeti; 100 manat dəyərində 1 ədəd “Philips” markalı tosteri; 50 manat dəyərində elektrik naqillərini və evin saxlanc yeri olan həyətyanı sahədəki hamam otağından 500 manat dəyərində bir ədəd samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs19 cəmi 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs18 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, hasardan aşmaqla qanunsuz daxil olaraq, saxlanc yeri olan evin həyətində yerləşən, 930 manat dəyərində 1 ədəd istifadə olunmamış «Energy» markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs18 cəmi 930 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs21 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, evin taxtadan olan qapısının kilidini, sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağından 170 manat dəyərində 1 ədəd bıçaq dəstim; 170 manat dəyərində 1 ədəd qaşıq dəstim; qaşıq dəstinin içərisində saxladığı 3.000 manat nağd pulu; hər biri 170 manat olmaqla 340 manat dəyərində 2 ədəd velosipedi; 50 manat dəyərində bir ədəd tozsoranı; 70 manat dəyərində su mühərrikini; hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd feni; 110 manat dəyərində 1 ədəd “Samsung” markalı telefonu və 1 ədəd 300 manat dəyərində “lenovo” markalı planşeti gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 cəmi 4.260 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs20 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, plastik qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq, 1.500 manat dəyərində 1 ədəd “Baykan” markalı kombi aparatını, 500 manat dəyərində 1 ədəd enerji tənzimləyicini, hər biri 300 manat olmaqla 600 manat dəyərində 2 ədəd bıçaq-çəngəl dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs20 cəmi 2.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs22 məxsus nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından vət. Zərərçəkmiş şəxs23 Əlağa qızına məxsus dəyəri 700 manat olan 1 ədəd “LG” markalı televizoru, dəyəri 250 manat olan 1ədəd tefal qazan dəsti, dəyəri 250 manat olan 1 ədəd qazan dəsti, dəyəri 400 manat olan 1ədəd “Galaksi” markalı qazan dəsti, dəyəri 170 manat olan 1 ədəd qazan dəsti, dəyəri 70 manat olan 1 ədəd tavanı, dəyəri 200 manat olan 1 ədəd qazan dəşti, dəyəri 150 manat olan 1 ədəd elektrik samovarı, dəyəri 130 manat olan 1 ədəd elektrik çaydanı, dəyəri 100 manat olan 1 ədəd mikseri, dəyəri 350 manat olan 1 ədəd yataq dəsti, hər birinin dəyəri 100 manat ümumi dəyəri 1000 manat olan 10 ədəd yataq örtüsü, hər birinin dəyəri 50 manat ümumi dəyəri 150 manat olan 3 ədəd yataq örtüsü, hər birinin dəyəri 150 manat ümumi dəyəri 1200 manat olan 8 ədəd yataq dəsti, ümumi dəyəri 480 manat olan dəsmal dəstini, dəyəri 50 manat olan 1 ədəd yorğanı, dəyəri 150 manat olan 1 ədəd süfrəni, evin giriş qapısının yanında olan vət. Zərərçəkmiş şəxs22 məxsus dəyəri 400 manat olan 1 ədəd “LG” markalı televizoru və dəyəri 500 manat olan 1 ədəd “İmmergas” markalı kombini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs22 cəmi 900 manat, zərərçəkmiş şəxs Aygül Ağayevə 5800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində, Sabunçu RPİ 15-ci PB-nin inzibati ərazisi olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, Zərərçəkmiş şəxs24 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində “Samsung” markalı televizoru; yataq otağındakı dolabdan 400 manat dəyərində 1 ədəd qızıl üzüyü, 500 manat dəyərində üzərində kulonu olan qızıl boyunbağı, 400 manat dəyərində 1 cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs24 cəmi 2.100 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, vət. Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən keçməklə saxlanc yerə qanunsuz daxil olaraq, 1.700 manat dəyərində 5 kub, 4 metrlik taxtaları; 7.000 manat dəyərində 35 ədəd 4 metrlik şivelleri və 300 manat dəyərində 35 ədəd 14-lük 4 metrlik armaturları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs27 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 6.100 manat nağd pulunu; 1.000 manat dəyərində 1 ədəd “LG” markalı televizoru; 2.200 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş 1 ədəd qızıl qolbaq, 2 ədəd qızıl sep və 1 cüt sirqanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs27 cəmi 9.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən keçməklə saxlanc yerə qanunsuz daxil olaraq, hər biri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd plastik pəncərələri və hər biri 100 manat olmaqla 300 manat dəyərində 3 ədəd plastik qapıları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 750 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən keçməklə saxlanc yerə qanunsuz daxil olaraq, hər biri 174 manat olmaqla 522 manat dəyərində 3 ədəd 6 metrlik şvelleri və hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd 6 metrlik taxtanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 672 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs30 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, 460 manat dəyərində 1 ədəd İran İslam Respublikası istehsalı olan 5X3.6 ölçülü xalçanı; 370 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 3,6X2,6 ölçülü oval formalı xalçanı; 300 manat dəyərində 1 ədəd Rusiya Federasiyası istehsalı olan 2,8X2 ölçülü xalçanı; hər biri 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan xalçanı; 500 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 3,2X1,8 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 5X1,6 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd mis samovarı və 150 manat dəyərində xrustal dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs30 cəmi 2.580 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən, X8 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 1.150 manat dəyərində 1 ədəd 110 diaqonallı “Samsung” markalı televizoru; hər biri 1.0 manat olmaqla 2.000 manat dəyərində 2 ədəd 82 diaqonallı “Samsung” markalı televizorları; 300 manat dəyərində 1 ədəd mikrodalğalı sobanı; 80 manat dəyərində 1 ədəd nərdtaxtanı; hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd viskini; hər biri 40 manat olmaqla 200 manat dəyərində 5 ədəd arağı gizli olaraq talayıb, zərərçəkmiş İlahə Bayramovaya cəmi 3.980 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən, Zərərçəkmiş şəxs36 məxsus yaşayış sahəsi olan 7/23 nömrəli bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, evdə quraşdırılmış 1.300 manat dəyərində 1 ədəd “Baymak” markalı kombi aparatını; 400 manat dəyərində 2 top elektrik naqili; 600 manat dəyərində 100 metr uzunluğunda 25-liksu borusunu; 150 manat dəyərində 1 ədəd laqondanı; 120 manat dəyərində 1 ədəd perfaratoru, 80 manat dəyərində 1 ədəd ütü aparatını, 200 manat dəyərində 2 ədəd duş aparatını; 100 manat dəyərində vintaçan dəstini və 50 manat dəyərində 1 ədəd spot işığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs36 cəmi 3.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs37 məxsus təmiri başa çatmamış, yaşayış sahəsinə açıq pəncərədən qanunsuz daxil olaraq, evin damında quraşdırılmış 2.400 manat dəyərində 8 kub taxtanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs37 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Südçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs38 məxsus yaşayış sahəsi olan nömrəsiz evinə, həmin evin dəmir qapısını vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, qonaq otağından 500 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru və 500 manat dəyərində 1 ədəd “Termogas” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs38 cəmi 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Zərkənd massivində yerləşən, Gamlet Efendıyevə məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, qonaq otağındakı pencəyinin cibindən 400 manat nağd pulu, yataq otağındakı dolabdan 700 manat dəyərində 1 ədəd qızıldan qadın nişan üzüyü, 200 manat dəyərində 1 ədəd qızıl sırğa, 200 manat dəyərində 1 ədəd qızıl boyunbağı, hər biri 50 manat, cəmi 100 manat dəyərində 2 dəst gümüşdən olan üzük, sırqa, boyunbağı və kulon dəstini gizli olaraq talayıb, zərərçəkmiş şəxs Gamlet Efendıyevə cəmi 1.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs39 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 1.600 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru və yataq otağının mebel dəstindən 1.000 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs39 cəmi 2.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs40 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağındakı dolabın üzərindən 2.000 manat nağd pulunu; 2.000 manat dəyərində qızıl dəstini; 200 və 180 manat dəyərlərində 2 ədəd qızıl qadın üzüklərini; 400 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü; 380 manat dəyərində 1 ədəd qızıl kişi boyunbağını; 100'manat dəyərində 1 ədəd qızıldan uşaq qolbağını; 70 manat dəyərində 1 ədəd qızıl uşaq sırğasını; 30 manat dəyərində 1 ədəd saatı; 20 manat dəyərində 1 ədəd qolbağı; 20 manat dəyərində 1 cüt sırğanı; 80 manat dəyərində 1 ədəd “Quick” markalı üzqırxanı və 30 manat dəyərində 1 ədəd mikrafonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs40 cəmi 5.510 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, İdris Sharıpova məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 120 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş şəxs İdris Sharıpova cəmi 120 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs43 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 900 manat dəyərində 1 ədəd “Samsung” markalı notebook kompyuterini; 1.000 manat dəyərində 1 ədəd “HP” markalı nootbuk kompyuteri; 300 manat dəyərində 1 ədəd Playstation-3 oyun aparatı; hər biri 140 manat olmaqla 280 manat dəyərində 2 ədəd qızıl qolbağı; 180 manat dəyərində 1 ədəd “Samsug” markalı fotoaparatı və 100 manat dəyərində 1 ədəd “Panasonic” markalı videokameranı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs43 cəmi 2.760 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06.01,2022-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, İntıkam Sharıphovıya məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin eləmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 400 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 400 manat dəyərində 1 ədəd “HP” markalı nootbuk kompyuterini, 100 manat dəyərində 1 cüt uğaq qızıl sırqa, sep və kulon dəstini və 1.100 manat dəyərində 1 ədəd “Termona” kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İntıkam Sharıphovıya cəmi 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Nazıla Velıevaya məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, plastik pəncərənin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq, yataq otağından milli pul vahidi ilə 680 manat təşkil edən 400 ABŞ dollarını, həmin otaqda olan iki litrlik şüşə bankadan isə 100 manat nağd pulunu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Nazıla Velıevaya cəmi 780 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi 1-ci Albalılıq massivində yerləşən, Zərərçəkmiş şəxs52 qızma məxsus 1369 B nömrəli bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, hər biri 105 manat olmaqla 210 manat dəyərində 2 ədəd direli; hər biri 85 manat olmaqla 170 manat dəyərində 2 ədəd laqondanı, 80 manat dəyərində 1 ədəd divardeşəni, 20 manat dəyərində 10 metr elektri naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs52 cəmi 480 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs'halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs49 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 650 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru, evin həyətində quraşdırılmış 600 manat dəyərində 1 ədəd “Mobella” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs49 cəmi 1.250 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs2 Məmmədəli oğluna məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 ev sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaları üçün bir qədər kənarda dayanıb müşahidə aparmış, özü isə həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz evə daxil olmuş, qonaq otağından 600 manat dəyərində “LG” markalı televizorunu; mətbəxdən 220 manat dəyərində 1 ədəd havatəmizləyici qurğunu; 230 manat dəyərində 1 ədəd qaz sobasını; evin ikinci mərtəbəsindəki yataq otağından 160 manat dəyərində 1 ədəd qaşıq dəstini; 120 manat dəyərində 3 ədəd çaydanı; 60 manat dəyərində 1 ədəd “Tefal” markalı çaydanı; 250 manat dəyərində 1 ədəd qazan dəstini; 110 manat dəyərində 2 ədəd qazanı; 80 manat dəyərində 1 ədəd ütünü; 150 manat dəyərində 1 ədəd ətçəkən maşını; 420 manat dəyərində yataq örtüyünü; 110 manat dəyərində 1 ədəd yorğanı; 510 manat dəyərində 6 ədəd süfrəni; 690 manat dəyərində yataq dəstini; 80 manat dəyərində ləbləbi qabını; 140 manat dəyərində 2 ədəd meyvə qabını; 40 manat dəyərində 1 dəst mürəbbə qabını; 160 manat dəyərində 1 dəst konfetqabını; 1.080 manat dəyərində 6 ədəd yataq dəstini; 90 manat dəyərində 1 ədəd samovarı gizli olaraq talayıb, zərərçəkmiş Elibəyi Zamanova cəmi 5.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz adlanan ərazidən ötən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus dövlət və ictimai əhəmiyyətli rabitə xətləri olan dirəklərin arasındakı TPP 100X2 tipli-150 metr, həmin qəsəbənin Rövşən Salmanov küçəsindən TPP 10X2 tipli -90 metr və KPD 2X2 tipli-90 metr uzunluğunda rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə cəmi 990 manat 30 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabdan 1.800 manat dəyərində 1 ədəd qızıl boyunbağı; 1.200 manat dəyərində 1 ədəd qızıl bilərziyi; 700 manat dəyərində 1 cüt qızıl sırğanı; hər biri 200 manat olmaqla 800 manat dəyərində 4 ədəd qadın qızıl üzüyü və 100 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 4.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, 1.200 manat dəyərində “immergas” markalı kombi aparatını; hər biri 10 manat olmaqla 510 manat dəyərində 51 seksiyadan ibarət istilik sistemini; 55 manat dəyərində 1 ədəd krant dəstini; 120 manat dəyərində 1 ədəd qaz sobasını; hər biri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd su borusunu; 95 manat dəyərində 1 ədəd su mühərrikini; 60 manat dəyərində 1 ədəd cərəyan tənzimləyicini və 120 manat dəyərində dəmir barmaqlıqları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2.200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, Müşəlan küçəsində yerləşən, Moldova Respublikası vətəndaşı Gafıl Gasanova məxsus yaşayış sahəsi olan 38 nömrəli bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağından 2.080 manat nağd pulunu; 270 manat dəyərində 1 ədəd qızıl üzüyü; 350 manat dəyərində 1 ədəd qızıl kulonlu boyunbağı; 300 manat dəyərində 1 ədəd elektri sobanı; 200 manat dəyərində tozsoran aparatını; 580 manat dəyərində “LG” markalı televizoru; 510 manat dəyərində “Asus” markalı nootbuku gizli olaraq talayıb, zərərçəkmiş Gafıl Gasanova cəmi 4.290 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində quraşdırılmış 1.300 manat dəyərində 1 ədəd “Termet” markalı kombi aparatını və 50 manat dəyərində 1 ədəd “Eko Gastherm” markalı cərəyan tənzimləyicini gizli oiaraq talayıb, Zərərçəkmiş şəxs7 cəmi 1.350 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, X11 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı dolabda asılan gödəkçənin cibindən 350 və 120 manat dəyərlərində 2 ədəd qızıl boyunbaqları; 350 manat dəyərində 1 ədəd qızıl üzüyü; 400 manat dəyərində qızıl qolbağı; 100 manat eləyərində 1 cüt qızıl sırğasını və 670 manat dəyərində 1 cüt qızıl sırğa və qızıl üzük dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 cəmi 1.990 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan massivində yerləşən, Zərərçəkmiş şəxs9 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağındakı dolabda yerləşən çantanın içərisindən hər biri 50 manat olmaqla 100 manat dəyərində 2 cüt qızıl sırğanı, 700 manat dəyərində 1 ədəd qızıl sepi, 1.200 manat dəyərində 1 ədəd qadın nişan üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalanda yerləşən, Zərərçəkmiş şəxs10 məxsus yaşayış sahəsi olan 747 nömrəli bağ evinə, həmin evin qapısının qıfıllarını sındırmaqla qanunsuz daxil olaraq, mətbəxdən 1.200 manat nağd pulunu və 20 manat dəyərində cib bıçağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 1.220 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsi olan 618 nömrəli bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 350 manat nağd pulunu və milli pul vahidi ilə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 520 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 50 manat dəyərində 1 ədəd qazani; 50 manat dəyərində 1 ədəd tavanı; 100 manat dəyərində 2 ədəd çaydanı; 100 manat dəyərində 2 ədəd odeyal dəstini; 30 manat dəyərində 1 ədəd elektrik çaydanı; 150 manat dəyərində çay servisini; 30 manat dəyərində stəkan-nəlbəki dəstini, evin dəhlizində quraşdırılmış 1.000 manat dəyərində 1 ədəd “Elektronika” markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs13 cəmi 1.510 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs14 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 500 manat dəyərində “Hoffmann” markalı televizoru; yataq otağından 300 manat dəyərində ətçəkən dəzgahını; 150 manat dəyərində yataq dəstini; 200 manat dəyərində qaşıq dəstini və 50 manat dəyərində güzgünü, daha sonra saxlanc yeri olan bağ sahəsində yerləşən sanitar qovşağına vintaçanla sıxıb açdığı plastik qapısından qanunsuz daxil olaraq, oradan 700 manat dəyərində “ECA” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 cəmi 1.900 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsindən ötən, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus dövlət və ictimai əhəmiyyətli rabitə xətləri olan dirəklərin arasındakı TPP 30X2 tipli, 75 metr uzunluğunda rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmirkəsən qayçı ilə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə cəmi 154 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs16 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağında, dolabın içərisində olan balondakı 1.700 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 cəmi 1.700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs17 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, taxta pəncərədən qanunsuz daxil olaraq, 300 manat dəyərində meyvəqabı dəstini, 50 manat dəyərində gözmuncuğu formalı suveniri və 50 manat dəyərində yataq dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs17 cəmi 400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs, halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən keçməklə saxlanc yerə qanunsuz daxil olaraq, 1.700 manat dəyərində 5 kub, 4 metrlik taxtaları; 7.000 manat dəyərində 35 ədəd 4 metrlik şivelleri və 300 manat dəyərində 35 ədəd 14-lük 4 metrlik armaturları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs26 məxsus yaşayış sahəsi olan nömrəsiz evinə, vintaçanla sıxıb açdığı plastik qapıdan qanunsuz daxil olaraq, yataq otağındakı dolabdan 2.000 manat nağd pulunu və milli pul vahidi ilə 680 manat təşkil edən 400 ABŞ dollarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs26 cəmi 2.680 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs27 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 6.100 manat nağd pulunu; 1.000 manat dəyərində 1 ədəd “LG” markalı televizoru; 2.200 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş 1 ədəd qızıl qolbaq, 2 ədəd qızıl sep və 1 cüt sirqanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs27 cəmi 9.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən saxlanc yerə keçməklə qanunsuz daxil olaraq, hər biri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd plastik pəncərələri və hər biri 100 manat olmaqla 300 manat dəyərində 3 ədəd plastik qapıları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 750 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs28 məxsus nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, mətbəxdən 400 manat dəyərində “İ_G” markalı televizorunu; 600 manat dəyərində kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs28 cəmi 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən, Zərərçəkmiş şəxs29 məxsus 38 nömrəli evin həyətindəki dəmir çərçivəyə alınmış saxlanc yerinə qanunsuz daxil olaraq, hər biri 6.25 manat olmaqla 150 manat dəyərində 24 ədəd 4 metrlik borunu; hər biri 50 manat olmaqla 350 manat dəyərində 7 ədəd şvelleri; hər biri 10 manat olmaqla 130 manat dəyərində 13 ədəd uqolniki və 70 manat dəyərində manqalı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs29 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən, Zərərçəkmiş şəxs25 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətyanı sahəsinə hasarın üzərindən saxlanc yerə keçməklə qanunsuz daxil olaraq, hər biri 174 manat olmaqla 522 manat dəyərində 3 ədəd 6 metrlik şvelleri və hər biri 30 manat olmaqla 150 manat dəyərində 5 ədəd 6 metrlik taxtanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs25 cəmi 672 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində, ünvan 5 ünvandan ötən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus dövlət və ictimai əhəmiyyətli rabitə xətləri olan dirəklərin arasındakı hər biri 120 metr olmaqla 240 metr uzunluğunda TPP 20X2 tipli rabitə kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmirkəsən qayçı ilə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə cəmi 364 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs30 qızma məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, 460 manat dəyərində 1 ədəd İran İslam Respublikası istehsalı olan 5X3.6 ölçülü xalçanı; 370 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 3,6X2,6 ölçülü oval formalı xalçanı; 300 manat dəyərində 1 ədəd Rusiya Federasiyası istehsalı olan 2,8X2 ölçülü xalçanı; hər biri 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan xalçanı; 500 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 3,2X1,8 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 5X1,6 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd mis samovarı və 150 manat dəyərində xrustal dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs30 cəmi 2.580 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tranvay küçəsində yerləşən, Zərərçəkmiş şəxs31 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağındakı çarpayının altından 500 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs31 cəmi 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs32 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağındakı dolabın üstündəki çantadan 600 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü; 1.200, 200, 500 və 200 manat dəyərlərində 4 ədəd qızıl qadın üzüklərini; 5.000 manat dəyərində qızıl üzük, sırğa, boyunbağı və qolbaq dəstini; 300 və 150 manat dəyərlərində 2 ədəd qızıl bilərzikləri; 500 manat dəyərində 1 dəst sırğa və üzüyü; 200 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını; 150 manat dəyərində 1 ədəd qızıl qadın sepini və qəpikdən ibarət 300 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs32 cəmi 9.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs33 məxsus yaşayış sahəsi olan 1295 nömrəli bağ evinə, həmin evin taxta pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağındakı dolabdan 650 manat nağd pulunu; yataq otağından 100 manat dəyərində 2 ədəd elektrik qızdırıcını və 240 manat dəyərində 2 ədəd paltar ütüsünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs33 cəmi 990 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi Müşalan küçəsində yerləşən, Zərərçəkmiş şəxs34 Tofiq oğluna məxsus yaşayış sahəsi olan 10 nömrəli bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, 650 manat dəyərində “Toshiba” markalı 1 ədəd televizoru, 45 manat dəyərində 1 ədəd DVD aparatını, 150 manat dəyərində 1 ədəd ətçəkən dəzgahını, 80 manat dəyərində 1 ədəd blenderi, 200 manat dəyərində xrustal qab dəstini və 200 manat dəyərində yataq dəstini, evin həyətyanı sahəsində yerləşən bir otaqdan ibarət saxlanc yeri kimi istifadə olunan əlavə tikilinin dəmir qapısının qıfılını sındırmaqla oraya qanunsuz daxil olaraq hər biri 50, 70, 80 və 100 manat dəyərində 4 ədəd dreli, hər biri 50, 60 və 111 manat dəyərində 3 ədəd laqondanı, 90 manat dəyərində 1 ədəd preforatoru, 50 manat dəyərində 1 ədəd “Bosh” markalı laqondanı və 65 manat dəyərində 1 ədəd “Candan” markalı boru ütüsünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs34 cəmi 2.051 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X50 küçəsində yerləşən, Zərərçəkmiş şəxs35 məxsus yaşayış sahəsi olan bağ evinə, həmin evin ikinci mərtəbəsindəki plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağındakı masanın üzərində olan bankanın içərisində saxladığı 50 manat pulu; uşaq otağındakı dolabdan 350 manat dəyərində 1 ədəd qızıl üzüyü; 170 manat dəyərində 1 ədəd qızıl boyunbağı; 510 manat dəyərində 1 ədəd qızıl qolbağı, 595 manat dəyərində 1 ədəd briliyant qaşlı üzüyü; 45 manat dəyərində 1 ədəd gümüş boyunbağı, hər biri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd gümüş klonu; 30, 40 və 30 manat dəyərlərində 3 ədəd gümüş üzükləri; 100 manat dəyərində “Gold” markalı qol saatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs35 cəmi 1.960 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, X9 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 1.200 manat dəyərində “Samsung” markalı televizoru və masanın üzərindəki qabın içərisindən 250 manat nağd pulu; evin həyətindəki saxlanc yerindən 850 manat dəyərində 1 ədəd “Warmhaus” markalı kombi aparatını və 60 manat dəyərində içərisində iş alətləri olan çantasını gizli olaraq talayıb, zərərçəkmiş Elsevər Mürsəliyevə cəmi 2.360 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən, X8 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 1.150 manat dəyərində 1 ədəd 110 diaqonallı “Samsung” markalı televizoru; hər biri 1.0 manat olmaqla 2.000 manat dəyərində 2 ədəd 82 diaqonallı “Samsung" markalı televizorları; 300 manat dəyərində 1 ədəd mikrodalğalı sobanı; 80 manat dəyərində 1 ədəd nərdtaxtanı; hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd viskini; hər biri 40 manat olmaqla 200 manat dəyərində 5 ədəd arağı gizli olaraq talayıb, zərərçəkmiş İlahə Bayramovaya cəmi 3.980 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8-də yerləşən, Zərərçəkmiş şəxs36 məxsus yaşayış sahəsi olan 7/23 nömrəli bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, evdə quraşdırılmış 1.300 manat dəyərində 1 ədəd “Baymak” markalı kombi aparatını; 400 manat dəyərində 2 top elektrik naqili; 600 manat dəyərində 100 metr uzunluğunda 25-lik su borusunu; 150 manat dəyərində 1 ədəd laqondanı; 120 manat dəyərində 1 ədəd perfaratoru, 80 manat dəyərində 1 ədəd ütü aparatını, 200 manat dəyərində 2 ədəd duş aparatını; 100 manat dəyərində vintaçan dəstini və 50 manat dəyərində 1 ədəd spot işığı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs36 cəmi 3.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs37 qızma məxsus təmiri başa çatmamış, yaşayış sahəsinə açıq pəncərədən qanunsuz daxil olaraq, evin damında quraşdırılmış 2.400 manat dəyərində 8 kub taxtanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs37 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Südçülük sovxozunda yerləşən, vət. Zərərçəkmiş şəxs38 məxsus yaşayış sahəsi olan nömrəsiz evinə, həmin evin dəmir qapısını vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, qonaq otağından 500 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru və 500 manat dəyərində 1 ədəd “Termogas” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs38 cəmi 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs39 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 1.600 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru və yataq otağının mebel dəstindən 1.000 manat nağd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs39 cəmi 2.600 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs40 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağındakı dolabın üzərindən 2.000 manat nağd pulunu; 2.000 manat dəyərində qızıl dəstini; 200 və 180 manat dəyərlərində 2 ədəd qızıl qadın üzüklərini; 400 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü; 380 manat dəyərində 1 ədəd qızıl kişi boyunbağım; 100 manat dəyərində 1 ədəd qızıldan uşaq qolbağını; 70 manat dəyərində 1 ədəd qızıl uşaq sırğasını; 30 manat dəyərində 1 ədəd saatı; 20 manat dəyərində 1 ədəd qolbağı; 20 manat dəyərində 1 cüt sırğanı; 80 manat dəyərində 1 ədəd “Quick” markalı üzqırxanı və 30 manat dəyərində 1 ədəd mikrafonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs40 cəmi 5.510 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs41 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, sanitar qovşağından 550 manat dəyərində “Bosch” markalı perfaratoru; 350 manat dəyərində “Maketa 6823” markalı alçipan drelini; 60 manat dəyərində 45 metrlik kabel uzadıcını; 100 manat dəyərində 3 ədəd 25, 15 və 20 metrlik işıqlanma ötürücüləri; hər biri 85 manat olmaqla 340 manat dəyərində 4 top 25 metrlik elektrik naqili; 125 manat dəyərində 12 ədəd “JVC” markalı qoruyucu avtomatı; 110 manat dəyərində 1 top anten kabelini və 270 manat dəyərində 4 top elektrik naqili gizli olaraq talayıb, Zərərçəkmiş şəxs41 cəmi 1.905 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs42 qızma məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, yataq otağından 300 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü; 120 manat dəyərində “A” hərifli formasında qızıl klonu; 260 manat dəyərində 1 cüt “Luiton” markalı qızıl sırqanı; 150 manat dəyərində, ürək formalı klonu olan sepi; 80 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs42 cəmi 910 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, İdris Sharıpova məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 120 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş şəxs İdris Sharıpova cəmi 120 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, Sharıphovı İntıkama məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 400 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 400 manat dəyərində 1 ədəd “HP” markalı nootbuk kompyuterini, 100 manat dəyərində 1 cüt uğaq qızıl sırqa, sep və kulon dəstini və 1.100 manat dəyərində 1 ədəd “Termona” kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İntıkam Sharıphovıya cəmi 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Nazıla Velıevaya məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, plastik pəncərənin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq, yataq otağından milli pul vahidi ilə 680 manat təşkil edən 400 ABŞ dollarını, həmin otaqda olan iki litrlik şüşə bankadan isə 100 manat nağd pulunu gizli olaraq talayıb, zərərçəkmiş şəxs Nazıla Velıevaya cəmi 780 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 07:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində yerləşən Zərərçəkmiş şəxs51 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 200 manat nağd pulu, 120 manat dəyərində 1 ədəd qızıl boyunbağı və 80 manat dəyərində 1 cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs51 cəmi 400 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11.01,2022-ci il tarixdə, saat 23:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs50 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 120 manat dəyərində 1 ədəd “Quattro TriggeT” markalı tir tüfəngini; qonaq otağından 180 manat dəyərində “Sony" markalı oyun konsolunu; saxlanc yeri olan evin zirzəmisindən 700 manat dəyərində “İmmergas” kombi aparatını və 30 manat dəyərində “Eko Gastherm” markalı gərginlik tənzimləyicini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs50 cəmi 1.030 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası massivində yerləşən, Zərərçəkmiş şəxs48 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, mətbəxdən 110 manat dəyərində ətçəkən dəzgahını və 120 manat dəyərində şirəçəkən dəzgahını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs48 cəmi 230 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs49 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, qonaq otağından 650 dəyərində 1 ədəd “Samsung" markalı televizoru və evin həyətində quraşdırılmış 600 manat dəyərində 1 ədəd “Mobella” markalı kombi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs49 cəmi 1.250 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs47 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq, evdən 700 manat nağd pulunu; 350 manat dəyərində 1 ədəd “Samsung” markalı planşetini; hər biri 50 manat olmaqla 150 manat dəyərində 3 ədəd döşək üzünü və hər biri 75 manat olmaqla 150 manat dəyərində 2 ədəd qadın köynəyini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs47 cəmi 1.350 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində yerləşən, Zərərçəkmiş şəxs46 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı pəncərədən qanunsuz daxil olaraq hər biri 30 manat olmaqla 60 manat dəyərində 40 metr uzunluğunda 2 ədəd elektrik uzadıcını, 150 və 180 manat dəyərlərində 2 ədəd “Bosch” markalı prefaratorları, hər biri 70 manat olmaqla 120, 140 və 300 manat dəyərlərində 3 ədəd “Bosch” markalı direlləri, 180 manat dəyərində 1 ədəd “Bosch” markalı mikseri, hər biri 10 manat olmaqla 120 manat dəyərində istilik sisteminə aid 12 ədəd latun krantları, 80 manat dəyərində 1 ədəd su mühərriki, 1 metri 4 manat 50 qəpik olmaqla 270 manat dəyərində 60 metr uzunluğunda 10-luq elektrik naqillərini, 1 metrinin dəyəri 2 manat 50 qəpik olmaqla 212 manat 50 qəpik dəyərində 85 metr uzunluğunda 4-lük elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs46 cəmi 1.812 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən, Zərərçəkmiş şəxs45 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, evin açıq qalan qapısından qanunsuz daxil olaraq dolabdakı pəncəyinin cibindən 1.285 manat nağd pulu, həyətyanı sahəsində yerləşən saxlanc yeri olan sanitar qovşağından 70 manat dəyərində 2 ədəd aliminium qazanları; 60 manat dəyərində 60 metr uzunluğunda elektrik naqilləri və 30 manat dəyərində 15 ədəd qaşıq dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs45 cəmi 1.445 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs44 məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 270 manat nağd pulu və 195 manat dəyərində 13 dəst uşaq idman geyimi, qonaq otağından isə 120 manat dəyərində 1 ədəd perfaratoru və 80 manat dəyərində 1 ədəd laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs44 ümumilikdə, cəmi 665 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş X3 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü və qardaşı Ruslan Abdulayev iş tapa bilmədiklərindən qərara gəlmişlər ki, oğurluq etsinlər. Bunun üçün ən əlverişli yer Bakı şəhərinin kənd və qəsəbələrində yeni salınan bağ evləri idi, belə ki, həmin evlərdə qış fəslində yaşayış olmur, evlər sahibsiz qalır, sahibsiz qalan bağlardan oğurluq etmək təhlükəsizdir. O, 2018-ci ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən nömrəsiz bağ evində ailəsi ilə birgə kirayədə yaşayır, odur ki, Savalan massivini yaxşı tanıyır, oğurluqlarının əksəriyyətini Savalan massivində etmişdir. Oğurladığı kombi aparatlarını və enerji tənzimləyiciləri 2021-ci ilin oktyabr, noyabr aylarında və dekabr ayının əvvələrinə kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən vət. Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmış, 2021-ci ilin dekabr və yanvar aylarında oğurladığı televizor və kombi aparatlarını isə Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2.oğlunun işlədiyi “Ferro Servis" adlanan mağazaya satmışdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində oğurluq üçün yeri Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsini seçmiş, özü ilə vintaçan götürmüşdür ki, girəcəyi evlərin qapı və pəncərələrini rahatlıqla aça bilsin. Maştağa qəsəbəsində gəzərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Savalan massivində yerləşən evinin yanından ötdükdə evdə işığın yanmaması diqqətini cəlb etmişdir. O, qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. Həmin evin həyətinə keçmiş, həyətdə kürsülü ev görmüş, ev yaşıl rəngli sarmaşığa bürümüşdür. Evin ətrafına firlanıb tam əmin olmuşdur ki, evdə heç kim yoxdur. Evin arxasına keçmiş, həyətdə taxtadan olan nərdivanı evin divarına söykəyib yuxarı dırmaşmış, lakin həmin pəncərədən girə bilməyib yerə düşmüşdür. Evin aşağısında olan pəncərənin dəmir barmaqlıqlarını dartaraq yerindən oynatmış və dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmışdır. Özündə olan vintaçanla sıxıb plastik pəncərəni açmış, pəncərədən evə daxil olmuşdur. Evin hamamından 1 ədəd su qızdırıcını yerindən çıxararaq kənara qoymuş, daha sonra qonaq otağından 82 diaqonallı “Samsung” markalı televizoru yerindən çıxararaq özü ilə götürmüşdür. O, həmin əşyaları küçəyə yığmış, yoldan ötən markasını xatırlamadığı maşını dayandıraraq əşyaları yükləyib özü ilə aparmışdır. Əşyaları 8-ci kilometr bazarının yanında düşürüb səhərin açılmasını gözləmiş, həmin evdə “İmmergas” markalı kombi aparatını görsə də yükü ağır olacağından kombini oğurlamamışdır. Hava işıqlandıqdan sonra su qızdırıcını tanımadığı şəxsə 30 manata, televizoru isə yoldan ötən Məhəmməd adlı şəxsə satmışdır. Pulu qurtardığından və oğurluq etdiyi ev təhlükəsiz olduğundan qərara gəlmişdir ki, həmin evdəki kombi aparatını oğurlasın. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, yuxarıda qeyd olunan, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus bağ evinə gəlmiş, rahatlıqla həyətə, sonra açıq olan pəncərədən evə girmiş, hamamda quraşdırılmış “İmmergas” markalı kombini sökərək həyətə düşürmüş və küçəyə qoymuşdur. Yoldan ötən xatırlamadığı maşınla kombini Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya 300 manata satmışdır. Həmin ərəfədə görmüşdür ki, piyada, yəni maşınsız oğurluq etmək çətindir, odur ki, xatırlamadığı rentakardan “Hyundai” markalı maşın götürmüşdür ki, oğurluğa həmin maşınla getsin. Sonuncu dəfə oğurladığı kombi aparatını rahat satdığından və kombi aparatı oğurlayarsa satmağa yer olduğundan qərara gəlmişdir ki, çalışıb kombi aparatını oğurlasın. 22 oktyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə razılaşmışlar ki, oğurluq etsinlər. Bu məqsədlə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 Məmmədəli oğluna məxsus bağ evinin qarşısına gəlmiş, həmin evdə işığının yanmaması diqqətlərini cəlb etmişdir. Ruslanla razılaşmışlar ki, o, küçədə maşında dayansın, kənardan müşahidə aparsın, ev sahibi və digər şəxslər tərəfindən gələn olarsa Ruslana məlumat versin. Ruslan isə həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, pəncərəni vintaçanla sıxıb pəncərədən evə daxil olmuşdur. Təxminən 30 dəqiyqə sonra Ruslan evdən çıxmış, evdən "LG” markalı 108 diaqonallı televizor, 1 ədəd havatəmizləyici qurğu, 1 ədəd qaz sobası, 1 ədəd qaşıq dəsti, 3 ədəd çaydan, 1 ədəd “Tefal” markalı çaynik, 1 ədəd qazan dəsti, 2 ədəd qazanlar, 1 ədəd ütü, 1 ədəd ətçəkən maşını, yataq örtüyü, 1 ədəd yorğan, 6 ədəd süfrə, yataq dəsti, ləbləbi qabı, 2 ədəd meyvə qabı, razetka, konfetqabı, 6 ədəd yataq dəsti və samovar götürərək maşına yığmışlar. Həmin əşyaları 8ci kilometr bazarında tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışlar.Bundan başqa, 12 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 məxsus bağ evinin qarşısına gəlmişlər. Evin işığının yanmaması diqqətlərini cəlb etmiş, evin sol yan hissəsinin alçaq hasarından həyətə daxil olmuşlar. İlk olaraq evin piləkəninin sol hissəsində yerləşən zirzəmi kimi istifadə olunan yerin dəmir qapısını vintaçanla qıraraq oraya daxil olmuşlar. Həmin hissədə 1 ədəd “İmmerqas” markalı kombi aparatını və 1 ədəd su mühərrikini oğurlayaraq həyətə qoymuşlar. Bundan sonra evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopardıb kənara atmış, özləri ilə gəzdirdikləri vintaçanla, yəni anvyorka ilə pəncərəni sıxıb açmış, pəncərədən evə daxil olmuşlar. Evin otaqlarında olan 4 ədəd 51 seksiyalı radiatoru, hamam otağında olan 1 ədəd krant dəstini çıxararaq kənara yığmış, oğurladıqları əşyaların hamısını Ramana qəsəbəsi Gülçülük sovxozu ərazisində gizlətmişlər. Həmin gün səhər saatlarında əşyaları tanımadığı şəxsə məxsus taksiyə yükləyərək satmaq üçün Sabunçu bazarına aparmış, Sabunçu bazarında həmin əşyaları ayrı-ayrı şəxslərə ümumilikdə 600 manata sataraq əldə etdikləri pulu özlərinə xərcləmişlər. “İmmergas” markalı kombi aparatını isə sonralar Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışlar. 8 ədəd radiatorda olan 51 seksiya istilik sisteminin bir qismini isə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışlar. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şahid2 işlətdiyi mağazadan “İmmergas” markalı kombi aparatı, Şahid3 işlətdiyi mağazadan isə istilik sisteminin 8 ədəd seksiyası aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin gecə, yəni xx.xx.2021 -ci il tarixdə saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzərkən sonradan adını bildiyi Gafıl Gasanovun evi diqqətlərini cəlb etmişdir. Həmin evin darvazasını yoxlamış, evin darvazasının bağlı olduğunu görüb evin hasarından həyətə keçmiş, evin işıqları sönlü olmuşdur. Ev sahibinin gəlmə etimalını nəzərə alaraq darvazanı içəridən bağlamış, vintaçanla evin plastik pəncərəsini itələyib açaraq pəncərədən evə daxil olmuşdur. İlkin olaraq daxil olduğu yataq otağını axtarmış, orada yerləşən şalvarın cibindən 300 manat nağd pulunu götürmüşlər. Sonra isə digər yataq otağını axtarmış, dolabın içərisində yerləşən qutudan 1 ədəd üzük və 1 ədəd kulonla birlikdə olan boyunbağını, iri paltar dolabının içərisindəki paltarların arasından 1.780 manat nağd pulunu götürmüşlər. Eyni zamanda zal otağından “LG" markalı televizor və “Asus” markalı nootbuk, digər bir yataq otağından 1 ədəd elektrik sobası və 1 ədəd tozsoran götürərək evi pəncərədən tərk etmişlər və oradan uzaqlaşmışlar. Oğurladıqları əşyaları növbəti gün Sabunçu bazarında tanımadığı şəxslərə satmışlar. 16 noyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2 ilə birgə, oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivinə getmiş, orada gəzişərkən günorta saatları olduğundan niyyəti yalnız pul və ya qızıl oğurlamaq olmuşdur. Ruslanla gəzişərkən sonradan adını bildiyi X11 məxsus yaşayış evi diqqətlərini cəlb etmiş, evdə heç kimin olmamasını dəqiqləşdirmək üçün yaşayış evinin qapısını döymüşlər. Qapıya heç kim çıxmadığından əmin olmuşlar ki, evdə heç kim yoxdur. Bundan sonra evin arxa tərəfindəki plastik pəncərəni vintaçanla açmış və həmin pəncərədən yataq otağına girmişlər. Evin giriş qapısını arxadan bağlamışlar ki, kimsə qapıdan gələrsə pəncərədən qaçıb gedə bilsinlər. Yataq otağını axtararkən paltar dolabında asılan gödəkçənin cibindən 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 1 cüt qızıl sırğa və 1 cüt qızıl sırğa və qızıl üzük dəsti taparaq götürmüşlər. Bundan sonra evi axtarsalar da pul və ya digər əşya tapa bilməmişlər. Pəncərədən çıxaraq həmin evdən uzaqlaşmış, qızılları Nizami rayonu ərazisində, metronun ‘Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, tanımadığı şəxsə sataraq pulunu yarı bölüb xərcləmişlər. Həmin ərəfədə xərclik pulu olduğundan bir müddət özünə istirahət vermiş, lakin 22 noyabr 2021-ci il tarixdə yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə Ruslana demədən təkcə, saat 02:00 radələrində, bir neçə gün əvvəl xatırlamadığı rentakardan icarəyə götürdüyü “KİA” markalı, nömrəsini xatırlamadığı maşınla Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana sovxozuna gəlmiş, orada oğurluq üçün ev axtarmağa başlamışdır. Gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs12 məxsus N mərtəbəli ev qarşısına çıxmış, evin həyətə girişi üçün darvazası olmamış, həmin evin həyətyanı sahəsinə girmiş, evin giriş qapısının sağında yerləşən plastik pəncərəni qolu ilə sıxıb itələyərək açmış və həmin pəncərədən evə daxil olmuşdur. Dəhlizə yığılan taxta parçalarını bir bir həmin pəncərədən həyətə çıxarmış, təxminən 150-200 metr boruları həyətyanı sahəyə yığmış, evdə quraşdırılmış naqilləri sökərək top halında yığmışdır. Pəncərədən həyətə çıxaraq evin divarlarına quraşdırılmış borularıda sökərək digər əşyaların yanına yığmış, oğurladığı əşyaları maşınına yükləyib oradan uzaqlaşmışdır. Həmin əşyaları səyyar metal yığan tanımadığı şəxsə 50 manata satmışdır. 23 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə rentakardan götürdüyü “KİA” markalı maşınla oğurluq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə gəlmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs13 məxsus bağ evinin işığının yanmaması diqqətini cəlb etmişdir. Ətrafda kiminsə olmamasına əmin olduqdan sonra hasardan evin həyətinə keçmiş, vintaçanla plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları sındıraraq dartıb yerindən ayırmışdır. Bundan sonra pəncərəni sıxaraq açmış, pəncərədən evə daxil olmuşdur. Evin yataq otağını axtardıqda dolabdan qazan, tava, çaydanlar, ədyallar və çay servisi götürərək evə daxil olduqları pəncərədən evi tərk etmişlər. Bundan sonra evin giriş qapısının yanında quraşdırılmış “Elektronika" markalı kombini sökərək oğurladıqları əşyaları hissə-hissə hasardan keçirərək maşına yığmış və oradan uzaqlaşmışlar. Həmin əşyaları Sabunçu bazarında tanımadıqları şəxslərə satmışlar. “Elektronika” markalı kombi aparatını həmin gün oğurladığı “ECA” markalı kombi aparatı ilə birgə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya 250 manata satmışdır. Həmin gecə, yəni Zərərçəkmiş şəxs13 evindən oğurladığı əşyalar maşında olduğu halda oğurluğu davam etdirmişlər. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən sonradan adını biildiyi Zərərçəkmiş şəxs14 məxsus evin yanından ötərkən evdə işıq yanmadığından oradan da oğurluq etmək qərarına gəlmişlər. Evin qapısını döymüş, açan olmadıqda tam əmin olmuşlar ki, evdə yaşayış yoxdur. Hasardan həyətə keçmiş, sanitar qovşağının plastik qapısını vintaçanla sıxıb açmış, oradan “ECA” markalı kombi aparatını yerindən sökmüş, lakin qapıdan çıxmayacağından sanitar qovşağının qapısını sökərək həyətə qoymuş və kombini sanitar qovşağından çıxara bilmişlər. Bundan sonra evin plastik pəncərəsini vintaçanla sıxıb açmış, həmin pəncərədən evə girmişlər. Qonaq otağından “Hoffmann” markalı televizoru, yataq otağından ətçəkən dəzgahı, yataq dəsti, qaşıq dəsti və 1 ədəd güzgünü götürərək həyətə çıxmışlar. Həmin əşyaları idarə etdiyi “KİA” markalı avtomaşına yükləyərək ərazidən uzaqlaşmışlar. O, “ECA” markalı kombi aparatını Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya, həmin gün digər evdən oğurladığı “Elektronika” markalı kombi ilə birgə 250 manata, digər əşyaları isə 8-ci kilometr bazarında tanımadığı şəxslərə satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində, oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə gəlmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs15 məxsus bağ evində işıq olmadığını görmüş, qərara gəlmişdir ki, evdən oğurluq etsin. Qonaq otağından 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Evrolux" markalı tozsoran aparatını götürərək həyətə çıxmış, evin həyətində divara quraşdırılmış bir ədəd “Viva” markalı kombi aparatını görmüş, həmin kombi aparatını sökərək digər əşyanın yanına qoymuşdur. Əşyaları həyətdən çıxararaq yol kənarına gətirmiş, yoldan ötən nömrəsini bilmədiyi taksiyə yükləyərək oradan uzaqlaşmışdır. Əşyaları Sabunçu rayonu ərazisində rus bazarı adlanan yerdə tanımadığı şəxslərə satmış, “Viva" markalı kombi aparatını isə 100 manata Şahid3 satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozuna getmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs16 məxsus bağ evinin qapısının açıq olub-olmamasını yoxlayarkən qapının bağlı olduğunu görmüş, döysə də açan olmamışdır. Evin darvazasının bağlı olduğunu görmüş, Ruslanla birgə hasardan həyətə daxil olmuş, vintaçanla plastik pəncərəni sıxıb açmış, pəncərədən evə girmişdir. Evin yataq otağındakı dolabın içərisində şüşə balon görmüş, balonun içərisində təxminən 200 manat dəmir pul, 3 ədəd 100 manatlıq olmaqla cəmi 1.000 manata yaxın kağız pul olmuşdur. O həmin 1.200 manat pulu götürmüş, evin digər otaqlarına baxmış, lakin qiymətli əşya tapmadıqlarından pəncərədən çıxaraq evdən uzaqlaşmışlar. Pulları öz aralarında bölərək şəxsi işlərinə xərcləmişlər. xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində oğurluq məqsədi ilə Sabunçu rayonu Maşağa qəsəbəsi M.Hüseynzadə küçəsinə gəlmiş, orada gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs19 bağ evində işığın yanmadığını görmüşdür. Evin hasarına qalxaraq həyətə baxdımış, əmin olmuşdur ki, evdə yaşayış yoxdur. Kiçik daş parçası götürərək evin pəncərəsinə atıb gözləmiş, lakin evdən çıxan olmamışdır. Bundan sonra həyətə keçmiş, evin taxtadan olan pəncərəsini irəli-geri itələyib yerindən oynatmış, vintaçanla sıxıb pəncərəni açmışdır. Pəncərədən evə daxil olmuş, otaqlardan 2 ədəd “Toshiba” və “Dell” markalı nootbuk kompyuterləri, 1 ədəd planşet, 1 ədəd “Philips” markalı toster götürmüş özü ilə gətirdiyi torbaya yığmışdır. Sonra bıçaqla evdə və həyətdə çəkilmiş və gözlə görünən elektrik naqillərini kəsib torbaya yığaraq evdən çıxdımışdır. Həyəti axtararkən hamam otağından 1 ədəd samovarı götürmüş, əşyalarla birgə yoldan ötən tanımadığı taksi maşınını saxladaraq həmin əşyaları Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi Sovxoz küçəsində kirayə etdiyi 4 otaqlı həyət evinə gətirmişdir. Əşyaları hissə-hissə rus bazarında satmışdır. Elektik naqilini isə səyyar qaydada metal alan tanımadığı şəxsə satmışdır. 03 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində oğurluq məqsədi ilə təkcə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs18 məxsus bağ evinin işığının yanmadığını görüb müşahidə aparmış, əmin olmuşdur ki, evdə yaşayış yoxdur. O hasardan aşaraq həyətə keçmiş, həyətə nəzarət edərkən evin divarından asılmış, hələ quraşdırılmamış təzə «Energy» markalı kombi aparatı diqqətini cəlb etmişdir. Həmin kombi aparatını asıldığı yerdən çıxarıb həyətin darvazasını açıb küçəyə çıxmışdır. Darvaza açıq qalmaqla evdə oğurluq olmasında şübhə yaratmasın deyə daş parçası taparaq darvazanın arxasına qoymuşdur. Kombini taksiyə qoyaraq Xəzər rayonu ərazisinə gətirmiş, 120 manata Şahid3 satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozuna gəlmişdir. Oğurluğa uyğun ev seçərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs21 bağ evi diqqətini cəlb etmiş, belə ki, evdə işıqlar yanmırmış. Əmin olmaq üçün kiçik daş parçasını evə atıb gözləmiş, lakin küçəyə heç kim çıxmamışdır. Bundan sonra evə baxıb görmüşdür ki, yaşayış yalnız evin 1 otağındadır, digər otaqlar təmirsizdir. Evin taxta qapısını bir neçə dəfə itələyərək yerindən oynatmış, qapını sıxıb açmış və otağa daxil olmuşdur. Həmin otaqdan 1 bıçaq dəsti, 1 qaşıq dəsti, 2 ədəd velosiped, 1 ədəd tozsoran, 1 su mühərriki, 2 ədəd fen, 1 ədəd “Samsung” markalı telefon və 1 ədəd “Lenovo” markalı planşeti götürmüşdür. Bundan başqa qaşıq dəstinin içərisində 3.000 manat pul da var imiş. Oğurladığı əşyaları dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı, sürücüsünü tanımadığı və xarici görünüşünə fikir vermədiyi taksi avtomobili ilə kirayə tutduğu ünvana gətirmişdir. Həmin əşyaları hissə-hissə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “rus” bazarı deyilən yerdə tanımadığı müxtəlif şəxslərə hazırda xatırlamadığı qiymətlərə səyyari olaraq satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozuna gəlmiş və orada gəzişərək oğurluq üçün yer axtarmışdır. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs20 qızma məxsus bağ evi diqqətini cəlb etmiş, belə ki, ev N mərtəbəli olmuş, evdə işıq yanmırmış. O hasara qalxaraq oradan evi müşahidə etmiş, tam əmin olmuşdur ki, evdə yaşayış yoxdur. Hasardan həyətə keçmiş, evin plastik qapısının kilidini sındırmaqla evə girmişdir. Evdən 1 ədəd “Baykan” markalı kombi aparatını, 1 ədəd enerji tənzimləyicini və 2 ədəd bıçaq-çəngəl dəstini götürərək evdən çıxmışdır. Həmin əşyaları yoldan ötən taksiyə yerləşdirərək kirayə qaldığı Köhnə Günəşlidəki evə gətirmişdir. Növbəti gün kombi aparatını və enerji tənzimləyicini Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən vət. Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışdır. Bıçaq-çəngəl dəstini isə 8-ci kilometr bazarında tanımadığı şəxslərə satmışdır. Qeyd edim ki, Məhəmmədə əşyaların oğurluq olduğunu demirmiş, o özünü elektrik aparatlarının və kombi aparatının ustası kimi tanıtmışdır. Kombiləri və televizorları müştərilərdən aldığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində, bir gün istirahət etdikdən sonra rentakardan götürdüyü “KİA” markalı, **-ZO-*** nömrəli avtomaşınla Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan massivində oğurluq etmək qərarına gəlmişdir. Son 2-3 gündə Ruslanın evində şəxsi işləri olmuş, odur ki, oğurluğa tək çıxmışdır. Uzun müddəndir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs22 evində yaşayış olmadığını bilmiş, qərara gəlmişdir ki, oğurluğu həmin evdən etsin. O özü ilə vintaçan götürüb hasardan həyətə aşmış, evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını dartaraq yerindən qopartmış, vintaçanla pəncərəni açmış və pəncərədən evə daxil olmuşdur. Evdən 2 ədəd “LG” markalı televizor, qazan dəstləri, tava, elektrik samovar, çaydan, yataq dəstləri, dəsmal, yorğan və 1 ədəd süfrəni özü ilə gətirdiyi torbalara yığaraq evin bir güncündə toplamışdır. Uzum müddətdir ki, evə nəzarət etdiyindən bilirmiş ki, gələn olmayacaq, odur ki, evə axşam saatlarında girmiş və tələsmədən əşyaları toplamışdır. Daha sonra evdən “İmmergas” markalı kombi aparatını sökmüş, sonra həmin əşyaları .səliqə ilə həyətə yığmış, həyətdən isə icarəyə götürdüyü maşına yığaraq oradan uzaqlaşmışdır. Həmin əşyaları Sabunçu bazarında tanımadığı şəxslərə xatırlamadığı qiymətlərə satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində, oğurluq məqsədi ilə Abşeron rayonu, Məmmədli kəndinə getmişdir. Kəntdə oğurluq üçün diqqətini sonradan adını bildiyi Zərərçəkmiş şəxs24 bağ evi çəkmişdir. Evin işığının yanmadığını görüb hasardan aşaraq həyətə daxil oldumuşdur. Evin arxa tərəfində yerləşən plastik pəncərəsini özündə olan vintaçanla açaraq evə girmişdir. Evi gəzərək axtarmış, qonaq otağından 1 ədəd “Samsung” markalı televizor götürərək pəncərədən çölə çıxartmışdır. Yenidən evə girib axtarışını davam etdirmiş, yataq otağındakı dolabdan 1 ədəd qızıl üzük, üzərində kulonu olan qızıl boyunbağı və 1 cüt qızıl sırğanı götürərək cibinə qoymuşdur. Pəncərədən çıxaraq həyətə düşmüş, televizoru götürərək həyətdən çıxmışdır. Televizoru yol kənarına gətirmiş, yoldan ötən taksiyə minərək kirayə yaşadığı evə getmişdir. Növbəti gün televizoru “rus bazarı” adlanan bazarda 150 manata tanımadığı şəxsə satmışdır. Qızıl zinət əşyalarını isə Nizami rayonu Neftçilər prospektində yerləşən ünvanını bilmədiyi lonbarda 500 manata sataraq pulunu xərcləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə oğurluğa çıxmış. Uzun müddətmiş ki, kombi və televizor oğurlayıb satırmışlar, odur ki, qərara gəlmişlər ki, tikinti materialları oğurlasınlar. Bundan başqa tikinti materialları qalxdığından həmin materiallara tələbat artmışdır. Bu məqsədlə sahibsiz həyətlərə baxarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 həyətində olan tikinti materialları diqqətlərini cəlb etmişdir. Belə ki, həmin həyətdə bahalı tikinti materialları var imiş, materiallar çardağın altına yığılmışdır. Onlar yoldan ötən “QAZ-EL” markalı yük maşını danışmış, sürücüyə bildirmişlər ki, evi satmışlar, odur ki, həyətdə guya onlara aid olan tikinti materiallarını satırmışlar. Sürücü onlarla 35 manata razılaşmışdır. Onlar yük maşınını darvazanın qarşısına sürdürmüş, darvazanı açmış, lakin maşın həyətə girə bilməmişdir, maşını darvazanın qarşısında saxlamışdır. Darvazanın qıfılını hələ yük maşınını ünvana gətirmədən sındırmışlar ki, sürücü şübhələnməsin. Təxminən 5 kub 4 metrlik taxtaları, 35 ədəd 4 metrlik şivellerləri və 35 ədəd 14-lük 4 metrlik armaturları daşıyaraq maşına yükləmişlər. Darvazanı bağlamışlar ki, oğurluq olması bilinməsin, hətta qıfılıda darvazaya keçirtmişlər. Bir başa maşını Dərnəgül bazarına sürdürmüşlər. Orada materialları bazarın qapısında qarşılaşdıqları tikinti materialları alverçilərinə bir yerdən 1.000 manata satmış, sürücünü yola salmışlar. 1000 manatı Ruslanla bölmüşlər. Materialları rahat satdıqlarından nəzərlərində saxlamışlar ki, həmin yerdə qalan materiallarıda oğurlasınlar. xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə, təkrarən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən bağ evinə gəlmişlər. Evdə heç kimin olmamasına əmin olduqdan sonra yoldan ötən “QAZ-EL” markalı yük maşını dayandırmış, həmin sürücüyə də eyni qaydada bildirmişlər ki evi satmışlar, həyətdə qalan mallarını yükləyib Dərnəgül bazarına aparacağlar. Sürücü onlarla 30 manata razılaşmışdır. Maşını həyətin qarşısına sürdürmüş, darvazanı açdırmış, həyətdə olan 3 ədəd plastik pəncərələri və 3 ədəd plastik qapıları maşına yükləmişlər. Hava işıqlandığından tez darvazanı bağlamış, qıfılı üstünə keçirmiş, birbaşa Dərnəgül bazarına getmiş, həmin materialları bazarın qapısındakı alverçilərə 400 manata satmış və pulunu bölmüşlər. xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən bağ evinə gəlmişlər. Bu onların sonuncu gəlişi imiş, bilirdilər ki, həmin ünvanda yaxşı material az qalmışdır. Evdə heç kimin olmamasına əmin olduqdan sonra yoldan ötən “QAZ-EL” markalı yük maşını dayandırmışlar. Sürücüyə eyni qaydada bildirmişlər ki evi satmışlar, həyətdə qalan mallarını yükləyib satmaq üçün Dərnəgül bazarına aparacaqlar. Sürücü onlarla 25 manata razılaşmışdır. Maşını həyətin qarşısına sürdürmüş, darvazanı açmış, həyətdə olan 3 ədəd 6 metrlik şvelleri və 5 ədəd 6 metrlik taxtanı maşına yükləmişlər. Qalan materiallar keyfiyyətsiz olduğundan yükləməmişlər ki, üstlərində qalmasın. Bir başa Dərnəgül bazarına getmiş, həmin materialları bazarın qapısındakı alverçilərə 300 manata satıb pulunu bölmüşlər. xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə gəlmişlər. Orada oğurluq üçün təhlükəsiz ev axtararkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs27 məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Müşahidə apararkən görmüşlər ki, evdə yaşayış yoxdur. Onlar hasardan həyətə keçmişlər. Özləri ilə götürdükləri vintaçanla evin plastik pəncərəsini sıxıb açmışlar. Pəncərədən evə daxil olmuş, evləri axtararkən yataq otağındakı dolabda 6.100 manat pul tapıb götürmüşlər. Daha sonra 1 ədəd “LG” markalı televizoru, 1 ədəd qızıl qolbaq, 2 ədəd qızıl sep və 1 cüt sırqanı götürərək evin pəncərəsindən çıxmışlar. Həmin qızılları Sabunçu qəsəbəsində xatırlamadığı ünvanda yerləşən lombarda satmışlar, televizoru isə səhv etmirsə Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq etmək üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsinə gəlmişlər. Orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs30 məxsus bağ evi diqqətləri cəlb etmişdir. Kənardan apardıqları müşahidə zamanı görmüşlər ki, evdə yaşayış yoxdur. Odur ki, hasardan həyətə keçmişlər. Evin plastik pənəcərəsini özlərində olan vintaçanla açıb pəncərədən evə daxil olmuşlar. Evi axtarmışlar, pul və ya qızıl-zinət əşyaları tapmamışlar. Evdən təxminən 7 ədəd müxtəlif ölçülü xalçaları, 1 ədəd mis samovarı və xrustal dəstini küçədə saxladığları, rentakardan götürdükləri “Kia” markalı maşınlarına yükləmişlər. Həmin əşyaları səhər açıldıqdan sonra Sədərək bazarında tanımadıqları xalça alverçisinə 500 manata, samovarla, xrustal qabı isə 8-ci kilometrdəki bazarda 50 manata satmışlar. Pulları bölmüşlər. xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq etmək üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlmişlər. Orada gəzişərək əlverişli şəraiti olan ev axtarmışlar. Sonradan adını bildiyi X4 bağ evinin işığının yanmadığını görüb həyət darvazasına yaxınlaşmışlar, qapının açıq olub-olmamasını yoxlamışlar. Əmin olmuşlar ki, evdə heç kim yoxdur. Onlar evin hasarından həyətə aşmış, özlərində olan vintaçanla evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxartmışlar. Plastikdən hazırlanmış pəncərəni sıxıb açmışlar, pəncərədən evə girmişlər. Evi axtararkən pul tapmamışlar, 1 ədəd 110 diaqonallı “Samsung” markalı televizoru, 2 ədəd 82 diaqonallı “Samsung” markalı televizorları, 1 ədəd mikrodalğalı sobanı, 1 ədəd nərdtaxtanı, 5 ədəd viskini və 5 ədəd arağı pəncərədən həyətə yığmışlar, oradan isə küçəyə çıxartmışlar. Yoldan ötən taksiyə yükləyərək 8-ci km bazarına aparmışlar. Havanın işıqlanmasını gözləmişlər, saat 10:00 radələrində həmin əşyaları tanımadıqları şəxsə və xatırlamadıqları məbləğə satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişlər. Oğurluq məqsədi ilə gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs36 evi yaraşıqlı olduğundan və evdə yaşayış olmadığından darvazadan həyətə keçmişlər. Özləri ilə gətirdikləri vintaçanla evin plastik pəncərəsini sıxıb açmışlar və pəncərədən evə daxil olmuşlar. Evdən 1 ədəd “Baymak" markalı kombi aparatını, 2 top elektrik naqili, təxminən 100 metr uzunluğunda 25-lik su borusunu, 1 ədəd laqondanı, 1 ədəd perfaratoru, 1 ədəd ütü aparatını, 2 ədəd duş aparatını, vintaçan dəstini və 1 ədəd spot işığı götürərək həyətdən çıxmışlar, kirayə götürdükləri “Kia Forte” markalı, maşına yığmışlar. Kombi aparatını 120 manata Şahid3 işlətdiyi “Ferro” servis mağazasına satmışlar, qalan malları isə Dərnəgül bazarında tanımadıqları şəxsə 400 manata satmışlar. Həmin pulu Ruslanla bölmüşlər. 27 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs37 bağ evinə girmişlər. Belə ki, həmin ərazidə piyada gəzməyə başlamışlar ki, işığı yanmamaqla sahibləri evdə olmayan evləri müəyyən etsinlər. Rastlarına yarımtikili çıxmış, hasarı olmamış, odur ki, asanlıqla həyətinə girmişlər. Həyətdəki təmiri başa çatmamış evə yaxınlaşmışlar, qapı və pəncərəsi olmamışdır. Evə pəncərədən keçib içərisinə baxdıqda oğurluq üçün heçnə tapmamışlar, lakin damında yaxta quraşdırılmış, taxtalar yerinə mismarlanmadığından görmüşlər ki, asanlıqla düzüldüyü yerdən götürmək olur. Evdə olan təmir alətləri ilə taxtaları bir-birinə mismarlayıb nərdivan düzəltmişlər. Hətta mişar daşlarının üzərinə taxta düzərək stolda quraşdırmışlar. Bundan sonra Ruslanla birgə taxtaları damdan aşağı atmışlar. Taxta təxminən 8 kub olmuşdur. Daha sonra maşın yolu tərəfə çıxaraq yoldan ötən “QAZ-el” markalı yük maşını dayandırmışlar, sürücüyə bildirmişlər ki, həyətlərində olan, təmir üçün aldıqları, lakin çox aldıqlarına görə artıq qalan taxtaları Dərnəgül taxta bazarına aparmaq lazımdır. Sürücü onlarla taxtaları maşınında daşıması üçün 20 manata razılaşmış, maşını həyətə sürmüş və taxtaları maşına yükləmişlər. Oradan bir başa Dərnəgüldəki tikinti materialları bazarına aparmışlar. Yük maşınlarının şəhər ərazisində hərəkətinə yalnız 20:00-dan sonra icazə verildiyindən həmin bazarda axşam saatlarında da topdan yük alıb satırlar. Taxtanı orada tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxslərə bazarın içində 200 manata satmışlar və 1 günə qazandıqları 200 manatı bölərək şəxsi işlərinə xərcləmişlər. Yük maşının nömrəsini bilmir, sürücüsünü tanımır, görsə belə tanıya bilməz, sürücü və ya taxtanı alan şəxslər taxtanın oğurluq olmasını bilməmişlər.xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Südçülük sovxozuna gəlmişlər. Oğurluq üçün ev axtararkən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs38 məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Belə ki, evdə yaşayış yox imiş, bir müddət müşahidə apardıqdan sonra hasardan həyətə keçmişlər, həyətdəki evin dəmir qapısının qıfılını sındıraraq evə daxil olmuşlar. Evdən 1 ədəd “Hisense” markalı televizoru və 1 ədəd “Termogas” markalı kombi aparatını götürmüşlər, kirayə götürdükləri “Kia” markalı maşına yükləyərək özləri ilə aparmışlar. Kombi aparatını Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən vət. Şahid2 100 manata satmışlar. Televizoru isə Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazarı” adlanan bazarda tanımadıqları şəxsə 200 manata satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, oğurluq məqsədi ilə Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Zərkənd massivinə gəlmiş, oğurluq üçün ev axtararkən, sonradan adını bildiyi Gamlet Efendıyevə məxsus bağ evi diqqətini cəlb etmiş, belə ki, evin işıqları yanmırmış. Bir müddət müşahidə apardıqdan sonra hasardan həyətə keçmiş, özündə olan vintaçanla evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxartmışdır. Plastikdən hazırlanmış pəncərəni sıxıb açmış, pəncərədən evə girmişdir. Evin hər küncünü axtarmış, qonaq otağında olan pencəyin cibindən 400 manat nağd pul taparaq cibinə qoymuşdur. Daha sonra yataq otağındakı dolabdan 1 ədəd qızıldan olan qadın nişan üzüyü, 1 ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 2 dəst gümüşdən olan üzük, sırqa, boyunbağı və kulon dəstini götürmüşdür. Oğurladığı qızıl-ziynət əşyalarını Nizami rayonu Q.Qarayev prospektində tanımadığı ünvanda yerləşən Lombarda tanımadığı şəxsə 300 manata satmışdır. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birgə oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Savalan massivində gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs39 bağ evi rastlarına çıxmış, evdə işıq yanmırmış, evin dəmir darvazası var imiş, onlar darvazanın kilidini açaraq həyətə daxil olmuşlar. Həyətdə acıq qırmızı rəngə boyanmış ev var imiş, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını qardaşı ilə birgə dəfələrlə dartaraq xeyli cəhtdən sonra yerindən qopartmışlar. Sonra özündə olan vintaçanla sıxıb plastik pəncərənin pəncərəsini açmış, həmin pəncərədən evə girmişlər. Qonaq otağından “Hisense” markalı televizoru götürüb kənara qoymuşlar. Daha şonra evdəki şkaflardan, paltarlardan və yataq dəstlərinin altından pul və ya qiymətli əşya axtarmağa başlamışlar. Səhv etmirsə mebel dəstindən 200 manata yaxın nağd pul tapmış, həmin pulu və televizoru götürüb evdən çıxmışlar. Ətrafda saxladıqları maşınlarına minərək evdən uzaqlaşmışlar. O həmin televizoru Xəzər rayonu Albalılıq bağ massivində yerləşən “Ferro Servis” adlanan mağazada işləyən Orxan adlı tanışına səhv etmirsə 200 manata satmış, 400 manatı şəxsi işlərinə xərcləmişlər. xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə oğurluq etmək məqsədilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə getmişlər. Orada gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs40 məxsus bağ evini görmüşlər və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Evin həyətyanı sahəsinə hasardan daxil olmuşlar. Vintaçanla evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq pəncərəni sıxıb açmışlar. Yataq otağındakı dolabın üzərindən təxminən 2.000 manat nağd pulunu, qızıldan olan qadın üzüklərini, qolbağını, kişi üzüyünü, kişi boyunbağını, uşaq qolbağını, sırğasını, 1 ədəd saatı, 1 cüt sırğanı və 1 ədəd mikrafonu götürərək evdən çıxmışlar. Bir neçə gün sonra oğurladıqları qızılları metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tanımadığı şəxsə 1.400 manata satmışlar. Mikrafonu isə evin yaxınlığındakı zibil qutusuna atmışlar.xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində oğurluq üçün evin yerini müəyyən etmişlər. Sonradan adını bildiyi İdris Sharıpova məxsus həmin ev qeyd olunan küçədə hərbi hissənin arxasında yerləşirmiş. Bağ evinin işığı yanmırmış, odur ki, eydə heç kimin olmamasına əmin olmuşlar. Həmin həyətə giriş qapısının üstündən daxil olmuş və həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmışlar. Daha sonra vintaçanla sıxıb pəncərəni açıb pəncərədən evə daxil olmuşlar. Evin yataq otağından 1 ədəd “Samsung” markalı televizoru götürərək çıxmışlar. Oğurladıqları televizoru Sabunçu bazarında 90 manata satmışlar. Həmin həyətdə 2 ev olmuş, digər evə gec olduğundan girə bilməmişlər, düşünmüşlər ki, növbəti dəfə həmin evə girsinlər.xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində oğurluq etmək məqsədi ilə gəzirmiş. Bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs43 məxsus bağ evi diqqətini cəlb etmişdir. Belə ki, həyətin giriş-çıxış qapısı taxtadan olmuş, taxta qapının üzərində asma qıfıl var imiş. Bu səbəbdən evdə heç kimin olmamasına əmin olmuş, həmin qıfılı qıraraq evin həyətinə daxil olmuşdur. Vintaçanla sıxıb açdığı plastik pəncərədən evə girmişdir. Evi axtarmağa başlamış, yataq otağından 1 ədəd “HP” markalı nootbuk kompyuteri, 1 ədəd Playstation-3 oyun aparatı götürüb evdən çıxmışdır. Həmin oğurladığı əşyaları rent a cardan götürdüyü “Kia Forte” markalı maşına yükləyərək Sabunçu bazarına gəlmiş, bazarda tanımadığı şəxsə 200 manata satmışdır. xx.xx.2022-ci il tarixd, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, əvvəlcədən oğurluq etdikləri həyətə gəlmişlər. Həmin həyətdə yerləşən sonradan adını bildiyi İntıkam Sharıphovının evinin işığı yanmadığından heç kimin olmamasını bilmişlər. Həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmışlar, vintaçanla sıxıb açdıqları pəncərədən evə daxil olmuşlar. Evi axtardıqdan sonra yataq otağından 1 ədəd “LG” markalı televizoru, 1 ədəd “HP” markalı nootbuk kompyuteri, 1 cüt uğaq qızıl sırqası, sep və kulon dəstini və 1 ədəd “Termona” kombi aparatını götürərək həyətə çıxartmışlar. Həmin əşyaları Rent a cardan götürdükləri “Kia Forte” markalı maşına yükləmişlər. Səhəri gün həmin əşyaları səyyar küçə alveri ilə məşğul olan tanımadıqları şəxsə 100 manata satmışlar, “HP” nootbuk kompyuterinə yaxşı pul verən olmadığından maşınında saxlamışdır. Həmin nootbuku polis əməmkdaşları xx.xx.2022-ci il tarixdə maşınından aşkar edərək götürmüşlər.xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə birgə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində oğurluq üçün ev seçirmişlər. Sonradan adını bildiyi Nazıla Velıevaya məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Evə boylanarkən evdə yaşayış olmadığını görmüşlər və bunu dəqiqləşdirmək üçün həmin evin taxtadan olan qapısını döymüşlər. Evdə heç kimin olmamasına əmin olduqdan sonra qardaşı ilə birgə hasardan həyətə daxil olmuşlar. Həyətdəki evin plastik pəncərəsinin şüşəsini sındırmaqla evə girmişlər. Evi axtarmağa başlamışlar, evdəki qonaq otağından, paltarların arasından 400 ABŞ dolları və 100 manat nağd pul taparaq götürmüşlər. Onlar həmin evdən çıxaraq uzaqlaşmışlar, pulu 780 manat kimi qəbul edərək Ruslanla bölmüşlər. xx.xx.2022-ci il tarixdə, Ruslanın şəxsi işləri olduğundan oğurluq etməyə tək getmiş. Belə ki, o artıq bir neçə oğurluq etdiyindən oğurluq etmək qorxusu və həyəcanı canından çıxmış, oğurluq ona adiləşmişdir. Saat 01:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi 1-ci Albalılıq yaşayış sahəsində yerləşən sonradan Zərərçəkmiş şəxs52 məxsus olduğunu bildiyi bağ evinin qarşısından keçərkən evdə işığın yanmaması və evin dəmir çərçivədən olan, üstündən asanlıqla həyətə keçilməsi mümkün olan giriş-çıxış qapısı, qapının üzərində müxtəlif rənglərə boyanmış avtomaşın təkərləri diqqətini cəlb etmişdir. O dəmir çərçivədən olan hasarın üzərindən həyətə keçmiş, həyətdəki evin xırda həcimli pəncərəsini vintaçanla sıxıb açaraq pəncərədən yataq otağına girmişdir. Həmin evi axtararaq qiymətli əşya və ya pul tapmamiş, evdən 2 ədəd direl, 2 ədəd laqonda, 1 ədəd divardeşən və evdə olan bir top elektrik naqilini götürüb özü ilə oğurluq üçün gətirdiyi qalın selofan sumkaya toplayıb evdən çıxmışdır. O evdən çox əşya götürə bilərmiş, lakin tək olduğumdan gücü çatmayacaqmış. Drelləri, laqondaları və divar deşəni “Razin” ticarət mərkəzində tanımadığı və görsə belə üzdən tanıya bilməyəcəyi şəxsə 100 manata satmış, elektrik naqilini isə özündə saxlamışdır ki, növbəti oğurluqlarda ələ keçirəcəyi elektrik naqilləri ilə birgə yandırıb üzərindəki örtükdən azad edərək metal şəklində satsın. Həmin 100 manatdan Ruslana verməmiş, onun bu işə heç bir aidiyyəti yox imiş, pulu tək xərcləmişdir.xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda oğurluq etmək üçün gəzişərkən saat 23:00 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs49 evinin işığının yanmaması diqqətlərini cəlb etmişdir. O evin darvazasından həyətə keçmiş, içəri tərəfdən olan cəftəsini qaldıraraq darvazanı açmış və qardaşı Ruslanda içəri daxil olmuşdur. Onlar bütün gücləri ilə həyətdəki evin pəncərəsində olan dəmir barmaqlıqları sirkələyərək və dartaraq yerindən qoparmışlar. O özündə olan vintaçanla plastik pəncərəni sıxıb açmış, hər ikisi otağa daxil olmuşlar. Səhv etmirsə qonaq otağından 1 ədəd “Samsung” markalı televizoru götürmüş, evi axtarsalar da qiymətli əşya tapmamışlar. Odur ki, həyətə düşmüş, həyətdə piləkənin altında quraşdırılmış “Mobella” markalı kombi aparatını yerindən söküb çıxartmışlar. Televizoru və kombi aparatını evin yaxınlığında saxladıqları, rentakardan kirayə götürdükləri “KİA” markalı **-ZO-*** nömrəli maşılarına yükləyərək ərazidən uzaqlaşmışlar. Qardaşı evə getmiş, televizor və kombi maşında qalmışdır. O kombini xatırlamadığı ünvanda xatırlamadığı qiymətə satmış, “Samsung” markalı televizoru isə Xəzər rayonu Albalılıq bağ massivində yerləşən “Ferro Servis” adlanan mağazaya Şahid2 səhv etmirsə 100 manata satmışdır. Həmin televizor xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şahid2 işlətdiyi mağazadan götürülmüşdür. xx.xx.2022-ci il tarixdə onu və qardaşı Təqsirləndirilən şəxs2 14-cü PB- nin əməkdaşları tutmuşlar, saxlanılarkən icarəyə götürdükləri “KİA” markalı maşında olmuş, Ruslanın oğurluq malları maşından aşkar olunaraq götürülmüşdür. Bundan başqa oğurladıqları əşyaları satdıqları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazanı və Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 işlədiyi “Ferro Servis” adlanan mağazanın yerini polis əməkdaşlarına göstərmiş, həmin mağazalara satdıqları əşyalar götürülmüşdür. Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən vət. Şahid2 işlədiyi “Ferro Servis” adlanan mağazadan götürülmüş, onun satdığı “JVC” və “Orion” markalı televizorları, “Novatec” və “Robella” markalı kombi aparatlarını, həmçinin Ruslan saxlanılarkən avtomaşınında olan 1 ədəd dəsmalı və 2 ədəd yataq dəstlərini hansı ünvandan oğurladıqlarını xatırlamır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurladıqları kombi aparatlarını və enerji tənzimləyiciləri 2021-ci ilin oktyabr, noyabr və dekabr ayının əvvələrinə kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmış, 2021-ci ilin dekabr və yanvar aylarında oğurladıqları televizor və kombi aparatlarını Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışlar.xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə razılaşmışlar ki, oğurluq etsinlər. Bu məqsədlə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 Məmmədəli oğluna məxsus bağ evinin qarşısına gəlmiş, həmin evdə işığının yanmaması diqqətlərini cəlb etmişdir. Seyfulla ilə razılaşmışlar ki, Seyfulla küçədə maşında dayansın, kənardan müşahidə aparsın, ev sahibi və digər şəxslər tərəfindən gələn olarsa o, məlumat versin. Özü isə həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmaqla, pəncərəni vintaçanla sıxıb pəncərədən evə daxil olmuşdur. Təxminən 30 dəqiyqə sonra evdən çıxmış, evdən “LG” markalı 108 diaqonallı televizor, 1 ədəd havatəmizləyici qurğu, 1 ədəd qaz sobası, 1 ədəd qaşıq dəsti, 3 ədəd çaydan, 1 ədəd “Tefal” markalı çaynik, 1 ədəd qazan dəsti, 2 ədəd qazanlar, 1 ədəd ütü, 1 ədəd ətçəkən maşını, yataq örtüyü, 1 ədəd yorğan, 6 ədəd süfrə, yataq dəsti, ləbləbi qabı, 2 ədəd meyvə qabı, razetka, konfetqabı, 6 ədəd yataq dəsti və samovar götürərək maşına yığmışlar. Həmin əşyaları 8-ci kilometr bazarında tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışlar.xx.xx.2021-ci il tarixdə, saat 11:10 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz adlanan ərazidə gəzən zaman, pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu zaman həmin ərazidə yol kənarına basdırılmış dirəklərin üzərində çəkilmiş sonradan bildiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus telefon kabellərini oğurlayıb içərisində olan misi satmaq istəmişdir. Həmin dirəyə yaxın həyət hasarının üzərinə çıxaraq dirəyə qalxmış və təxmini uzunluğu 150 metr oaln telefon kabellərini əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən qayçı ilə kəsərək yerə atməşdır. Sonra kabeli yığaraq həmin ərazidən uzaqlaşmışdır. Maştağa qəsəbəsində xatırlamadığı yerdə kabeli yandıraraq misi götürmüş, mis az olduğundan başqa ərazidə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, həmin vaxt Maştağa qəsəbəsi, R.Salmanov küçəsində yerləşən dirəklərin üzərindəki kabelləri kəsmək üçün yenidən dirəyə yaxın olan həyət hasarının üzərinə çıxmışdır. Üzərində olan dəmir kəsən qayçı ilə təxminən 90 metr kabeli kəsərək yerə atmışdır. Bu zaman avtomobil səsini eşidib və təhlükə hiss etdiyindən yerə düşmək istəyərkən dirəkdəki kabel ona mane olmuş, həmin kabel mane olmasın deyə həmin rabitə kabelini kəsmiş və yerə düşüb qaçmış, qəbiristanlıqda gizlənmişdir. Avtomobil uzaqlaşdıqdan sonra ilkin olaraq kəsib yerə atdığı kabeli götürərək, gizləndiyi qəbiristanlığa aparıb orada yandıraraq içərisində olan misi götürmüşdür. Ayağına dolaşdığına görə kəsdiyi kabeli isə götürməmiş, sadəcə hasardan düşməsinə mane olduğu üçün kəsmişdir. Həmin misləri səhər saatlarında ərazidə səyyar metal alanlara 100-150 manata satmışdır.xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda gəzən zaman oğurluq etmək qərarına gəlmiş, həmin ərazidə sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus bağ evinin işıqlarının yanmadığını görmüş və evdə heç kimin olmadığını bilmişdir. Evin həyətyanı sahəsinə hasardan aşaraq həyətə daxil olmuş, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını özündə olan vintaçanla sındırmış, dartaraq yerindən oynatmışdır. Pəncərəni əllə itələyərək açmış və evə daxil olmuşdur. Oğurlamaq üçün pul yaxud qızıl-zinət əşyaları axtarmış, evin yataq otağında olan dolabdan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərziyi, 1 cüt qızıl sırğanı, 4 ədəd qadın qızıl üzüyü və 100 manat nağd pul götürmüş, evə girdiyi pəncərədən də çıxmışdır. Səhəri gün həmin qızılları Q.Qarayev prospektində yerləşən Laçın ticarət mərkəzinin yaxınlığındakı tanımadığı şəxsə 800 manata satmış, əldə etdiyi pulu xərcləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 məxsus bağ evinin qarşısına gəlmişlər. Evin işığının yanmaması diqqətlərini cəlb etmiş, evin sol yan hissəsinin alçaq hasarından həyətə daxil olmuşlar, ilk olaraq evin piləkəninin sol hissəsində yerləşən zirzəmi kimi istifadə olunan yerin dəmir qapısını vintaçanla qıraraq oraya daxil olmuşlar. Həmin hissədə 1 ədəd “İmmerqas” markalı kombi aparatını və 1 ədəd su mühərrikini oğurlayaraq həyətə qoymuşlar. Bundan sonra evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopardıb kənara atmış, özləri ilə gəzdirdikləri vintaçanla, yəni anvyorka ilə pəncərəni sıxıb açmış, pəncərədən evə daxil olmuşlar. Evin otaqlarında olan 4 ədəd 51 seksiyalı radiatoru, hamam otağında olan 1 ədəd krant dəstini çıxararaq kənara yığmış, oğurladıqları əşyaların hamısını Ramana qəsəbəsi Gülçülük sovxozu ərazisində gizlətmişlər. Həmin gün səhər saatlarında əşyaları tanımadığı şəxsə məxsus taksiyə yükləyərək satmaq üçün Sabunçu bazarına aparmış, Sabunçu bazarında həmin əşyaları ayrı-ayrı şəxslərə ümumilikdə 600 manata sataraq əldə etdikləri pulu özlərinə xərcləmişlər. “İmmergas” markalı kombi aparatını isə sonralar Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışlar. 8 ədəd radiatorda olan 51 seksiya istilik sisteminin bir qismini isə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya satmışlar. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şahid2 işlətdiyi mağazadan “İmmergas” markalı kombi aparatı, Şahid3 işlətdiyi mağazadan isə istilik sisteminin 8 ədəd seksiyası aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin gecə, yəni xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzərkən sonradan adını bildiyi Gafıl Gasanovun evi diqqətlərini cəlb etmişdir. Həmin evin darvazasını yoxlamış, evin darvazasının bağlı olduğunu görüb evin hasarından həyətə keçmiş, evin işıqları sönlü olmuşdur. Ev sahibinin gəlmə etimalını nəzərə alaraq darvazanı içəridən bağlamış, vintaçanla evin plastik pəncərəsini itələyib açaraq pəncərədən evə daxil olmuşdur. İlkin olaraq daxil olduğu yataq otağını axtarmış, orada yerləşən şalvarın cibindən 300 manat nağd pulunu götürmüşlər. Sonra isə digər yataq otağını axtarmış, dolabın içərisində yerləşən qutudan 1 ədəd üzük və 1 ədəd kulonla birlikdə olan boyunbağını, iri paltar dolabının içərisindəki paltarların arasından 1.780 manat nağd pulunu götürmüşlər. Eyni zamanda zal otağından “LG” markalı televizor və “Asus” markalı nootbuk, digər bir yataq otağından 1 ədəd elektrik sobası və 1 ədəd tozsoran götürərək evi pəncərədən tərk etmişlər və oradan uzaqlaşmışlar. Oğurladıqları əşyaları növbəti gün Sabunçu bazarında tanımadığı şəxslərə satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzən zaman oğurluq etmək məqsədilə sonradan adını bildiyi Zərərçəkmiş şəxs7 məxsus bağ evinin işıqlarının yanmadığını görmüş və evdə heç kimin olmamasına əmin olmaq üçün qapını döymüş, evdə heç kimin olmadığını bilmiş və darvazadan həyətə daxil olmuşdur. Həyətdə olan “Prado” markalı avtomobilin arxa sol şüşəsini sındıraraq içərisində qızıl-zinət əşyası və ya pul olub olmamasını yoxlamış, heçnə tapmadığından evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını dartaraq yerindən qopartmış, vintaçanla pəncərəni sıxıb açaraq pəncərədən evə girmişdir. Evdən 1 ədəd “Termet” markalı kombi aparatını və 1 ədəd “Eko Gastherm” markalı cərəyan tənzimləyicini götürmüşdür. Həyətdən yolun kənarına çıxardaraq markasın xatırlamadığı və tanımadığı taksiyə malları yükləyərək evə aparmışdır. Sonralar oğurladığı əşyaları Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 işlədiyi “Ferro Servis" adlanan mağazaya satmışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən həmin mağazadan “Termet” markalı kombi aparatı mağazadan aşkar olunaraq götürülmüşdür. xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1 ilə birgə, oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivinə getmiş, orada gəzişərkən günorta saatları olduğundan niyyəti yalnız pul və ya qızıl oğurlamaq olmuşdur. Ruslanla gəzişərkən sonradan adını bildiyi X11 məxsus yaşayış evi diqqətlərini cəlb etmiş, evdə heç kimin olmamasını dəqiqləşdirmək üçün yaşayış evinin qapısını döymüşlər. Qapıya heç kim çıxmadığından əmin olmuşlar ki, evdə heç'kim yoxdur. Bundan sonra evin arxa tərəfindəki plastik pəncərəni vintaçanla açmış və həmin pəncərədən yataq otağına girmişlər. Evin giriş qapısını arxadan bağlamışlar ki, kimsə qapıdan gələrsə pəncərədən qaçıb gedə bilsinlər. Yataq otağını axtararkən paltar dolabında asılan gödəkçənin cibindən 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 1 cüt qızıl sırğa və 1 cüt qızıl sırğa və qızıl üzük dəsti taparaq götürmüşlər. Bundan sonra evi axtarsalar da pul və ya digər əşya tapa bilməmişlər. Pəncərədən çıxaraq həmin evdən uzaqlaşmış, qızılları Nizami rayonu ərazisində, metronun “Xalqlar Dostluğu" stansiyasının yaxınlığında, tanımadığı şəxsə sataraq pulunu yarı bölüb xərcləmişlər.xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan massivində tək gəzirmiş. Həmin zaman pula ehtiyacı olduğundan sonradan adını bildiyi Zərərçəkmiş şəxs9 məxsus bağ evinin qapısının üzərində qıfıl olduğunu görmüş evdə heç kimin olmamasına əmin olduğundan oğurluq etmək qərarına gəlmişdir. Həmin qapının üzərindən həyətə keçmiş, vintaçanla plastik pəncərəni açaraq içəri girmiş, yataq otağındakı dolabda yerləşən çantanın içərisindən 2 cüt qızıl sırğanı, 1 ədəd qızıl sepi, 1 ədəd qadın nişan üzüyünü götürərək oradan uzaqlaşmışdır. Əşyaları həmin gün metronun “20 Yanvar” stansiyasının yaxınlığında tanımadığı şəxsə 800 manata satmışdır. Bildirmişdir ki, Seyfullanın və özünün qızıldan yaxşı başları çıxırmış, əyyarları, qızıl və ya gümüş olub-olmamasını asanlıqla aid edə bilirmiş.xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalanda gəzən zaman pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və sonradan adını bildiyi Zərərçəkmiş şəxs10 məxsus bağ evinin işıqlarının yanmadığını görərək evin qapısını döymüş, evdə heç kimin olmadığına əmin olmuşdur. Darvazadan qalxaraq həyətə daxil olmuş, evin arxa qapısının qıfılını sındıraraq evə girmişdir. Mətbəxdə olan döşəyin altından səhf etmirsə 1.200 manat nağd pulu və cib bıçağını götürərək evdən çıxmışdır. xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində oğurluq etmək qərarına gəlmiş, piyada gəzən zaman görmüşdür ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs11 bağ evinin qapısını küçədən bağlayaraq evindən uzaqlaşdı. O, Nurlananı bir qədər müşahidə etdikdə əmin olmuşdur ki, sonuncu evindən uzaqlaşdı. Dərhal həmin ev tərəfə qayıtmış, evin qapısını döysə də heç kim açmamış və əmin olmuşdur ki, evdə heç kim qalmadı. Hasardan həyətə daxil olmuş, üzərində olan vintaçanla plastik pəncərəni sıxıb açmışdır. Pəncərədən evə girərək evi axtarmış, yataq otağından 350 manat nağd pulu və 100 ABŞ dollarını götürərək dərhal evə girdiyi yerdən də həyətə çıxmış, hasardan aşaraq oradan uzaqlaşmışdır. xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə rentakardan götürdüyü “KİA” markalı maşınla oğurluq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə gəlmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs13 məxsus bağ evinin işığının yanmaması diqqətini cəlb etmişdir. Ətrafda kiminsə olmamasına əmin olduqdan sonra hasardan evin həyətinə keçmiş, vintaçanla plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları sındıraraq dartıb yerindən ayırmışdır. Bundan sonra pəncərəni sıxaraq açmış, pəncərədən evə daxil olmuşdur. Evin yataq otağını axtardıqda dolabdan qazan, tava, çaydanlar, ədyallar və çay servisi götürərək evə daxil olduqları pəncərədən evi tərk etmişlər. Bundan sonra evin giriş qapısının yanında quraşdırılmış “Elektronika” markalı kombini sökərək oğurladıqları əşyaları hissə-hissə hasardan keçirərək maşına yığmış və oradan uzaqlaşmışlar. Həmin əşyaları Sabunçu bazarında tanımadıqları şəxslərə satmışlar. “Elektronika” markalı kombi aparatını Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya həmin gün digər evdən oğurladığı “ECA” markalı kombi aparatı ilə birgə 250 manata satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 04:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən sonradan adını biildiyi Zərərçəkmiş şəxs14 məxsus evin yanından ötərkən evdə işıq yanmadığından oradan da oğurluq etmək qərarına gəlmişlər. Evin qapısını döymüş, açan olmadıqda tam əmin olmuşlar ki, evdə yaşayış yoxdur. Hasardan həyətə keçmiş, sanitar qovşağının plastik qapısını vintaçanla sıxıb açmış, oradan “ECA” markalı kombi aparatını yerindən sökmüş, lakin qapıdan çıxmayacağından sanitar qovşağının qapısını sökərək həyətə qoymuş və kombini sanitar qovşağından çıxara bilmişlər. Bundan sonra evin plastik pəncərəsini vintaçanla sıxıb açmış, həmin pəncərədən evə girmişlər. Qonaq otağından “Hoffmann” markalı televizoru, yataq otağından ətçəkən dəzgahı, yataq dəsti, qaşıq dəsti və 1 ədəd güzgünü götürərək həyətə çıxmışlar. Həmin əşyaları idarə etdiyi “KİA” markalı avtomaşına yükləyərək ərazidən uzaqlaşmışlar. O, “ECA” markalı kombi aparatını Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən Şahid3 işlədiyi “Ferro Servis” adlanan mağazaya həmin gün digər evdən oğurladığı "Elektronika” markalı kombi aparatı ilə birgə 250 manata satmış, digər əşyaları isə 8-ci kilometr bazarında tanımadığı şəxslərə satmışdır. xx.xx.2021-ci il tarixdə özünə 1 gün istirahət verdikdən sonra saat 01:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində gəzişərkən sakitlik olduğundan qərara gəlmişdir ki, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabelini kəsərək əridib satsın. Belə ki, misi satmaq çox asandır, istənilən an satmaq olur. Həmin ərazidəki hasarın üzərinə ordanda dirəyə qalxaraq üzərində gətirdiyi dəmirkəsənlə təxminən 75 metr uzunluğunda kabeli kəsərək aşağı düşmüş, həmin kabeli yolun kənarında yandıraraq mis əldə etmiş və Savalan massivi ərazisində tanımadığı şəxsə 30 manata satmışdır.xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozuna getmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs16 məxsus bağ evinin qapısının açıq olub-olmamasını yoxlayarkən qapının bağlı olduğunu görmüş, döysə də açan olmamışdır. Evin darvazasının bağlı olduğunu görmüş, Seyfulla ilə birgə hasardan həyətə daxil olmuş, vintaçanla plastik pəncərəni sıxıb açmış, pəncərədən evə girmişdir. Evin yataq otağındakı dolabın içərisində şüşə balon görmüş, balonun içərisində təxminən 200 manat dəmir pul, 3 ədəd 100 manatlıq olmaqla cəmi 1.000 manata yaxın kağız pul olmuşdur. O həmin 1.200 manat pulu götürmüş, evin digər otaqlarına baxmış, lakin qiymətli əşya tapmadıqlarından pəncərədən çıxaraq evdən uzaqlaşmışlar. Pulları öz aralarında bölərək şəxsi işlərinə xərcləmişlər. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs17 məxsus bağ evinin işıqlarının yanmadığını görərək evdə heç kimin olmadığını bilmişdir. Kənardan müşahidə aparmış, evdə heç kimin olmamasına tam əmin olduqdan sonra darvazanın üstündən həyətə daxil olmuşdur. Həyətdə olarkən evin taxta pəncərəsinin üzərində olan selofanı cırmış, pəncərədən evə daxil olmuşdur. Ev çox kasıb ev olmuş, evdə demək olar ki, heçnə olamışdır. Evdən boş çıxmasın deyə meyvəqabı dəstini, gözmuncuğu formalı suveniri və 1 ədəd yataq dəstini götürərək həmin evdən uzaqlaşmışdır. Yolun kənarında tanımadığı markasını və nömrəsini xatırlamadığı taksiyə minərək oradan uzaqlaşmış, səhəri gün həmin əşyaları səyyar küçə alveri ilə məşğul olan tanımadığı şəxsə 40 manata satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs2lə oğurluğa çıxmış. Uzun müddətmiş ki, kombi və televizor oğurlayıb satırmışlar, odur ki, qərara gəlmişlər ki, tikinti materialları oğurlasınlar. Bundan başqa tikinti materialları qalxdığından həmin materiallara tələbat artmışdır. Bu məqsədlə sahibsiz həyətlərə baxarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 həyətində olan tikinti materialları diqqətlərini cəlb etmişdir. Belə ki, həmin həyətdə bahalı tikinti materialları var imiş, materiallar çardağın altına yığılmışdır. Onlar yoldan ötən “QAZ-EL” markalı yük maşını danışmış, sürücüyə bildirmişlər ki, evi satmışlar, odur ki, həyətdə guya onlara aid olan tikinti materiallarını satırmışlar. Sürücü onlarla 35 manata razılaşmışdır. Onlar yük maşınını darvazanın qarşısına sürdürmüş, darvazanı açmış, lakin maşın həyətə girə bilməmişdir, maşını darvazanın qarşısında saxlamışdır. Darvazanın qıfılını hələ yük maşınını ünvana gətirmədən sındırmışlar ki, sürücü şübhələnməsin. Təxminən 5 kub 4 metrlik taxtaları, 35 ədəd 4 metrlik şivellerləri və 35 ədəd 14-lük 4 metrlik armaturları daşıyaraq maşına yükləmişlər. Darvazanı bağlamışlar ki, oğurluq olması bilinməsin, hətta qıfılıda darvazaya keçirtmişlər. Bir başa maşını Dərnəgül bazarına sürdürmüşlər. Orada materialları bazarın qapısında qarşılaşdıqları tikinti materialları alverçilərinə bir yerdən 1.000 manata satmış, sürücünü yola salmışlar. 1000 manatı Ruslanla bölmüşlər. Materialları rahat satdıqlarından nəzərlərində saxlamışlar ki, həmin yerdə qalan materiallarıda oğurlasınlar.xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə, təkrarən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən bağ evinə gəlmişlər. Evdə heç kimin olmamasına əmin olduqdan sonra yoldan ötən “QAZ-EL” markalı yük maşını dayandırmış, həmin sürücüyə də eyni qaydada bildirmişlər ki evi satmışlar, həyətdə qalan mallarını yükləyib Dərnəgül bazarına aparacağlar. Sürücü onlarla 30 manata razılaşmışdır. Maşını həyətin qarşısına sürdürmüş, darvazanı açdırmış, həyətdə olan 3 ədəd plastik pəncərələri və 3 ədəd plastik qapıları maşına yükləmişlər. Hava işıqlandığından tez darvazanı bağlamış, qıfılı üstünə keçirmiş, birbaşa Dərnəgül bazarına getmiş, həmin materialları bazarın qapısındakı alverçilərə 400 manata satmış və pulunu bölmüşlər.xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində qardaşı Təqsirləndirilən şəxs2lə birgə sonradan adını bildiyi Zərərçəkmiş şəxs25 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən bağ evinə gəlmişlər. Bu onların sonuncu gəlişi imiş, bilirdilər ki, həmin ünvanda yaxşı material az qalmışdır. Evdə heç kimin olmamasına əmin olduqdan sonra yoldan ötən “QAZ-EL” markalı yük maşını dayandırmışlar. Sürücüyə eyni qaydada bildirmişlər ki evi satmışlar, həyətdə qalan mallarını yükləyib satmaq üçün Dərnəgül bazarına aparacaqlar. Sürücü onlarla 25 manata razılaşmışdır. Maşını həyətin qarşısına sürdürmüş, darvazanı açmış, həyətdə olan 3 ədəd 6 metrlik şvelleri və 5 ədəd 6 metrlik taxtanı maşına yükləmişlər. Qalan materiallar keyfiyyətsiz olduğundan yükləməmişlər ki, üstlərində qalmasın. Bir başa Dərnəgül bazarına getmiş, həmin materialları bazarın qapısındakı alverçilərə 300 manata satıb pulunu bölmüşlər. xx.xx.2021-ci il tarixdə, saat 19:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzən zaman oğurluq etmək qərarına gəlmişdir. Sonradan adını bildiyi vət. Zərərçəkmiş şəxs26 məxsus bağ evini bir müddət müşahidə etmiş, evdə heç kimin olmamasına tam əmin olduqdan sonra hasardan həyətə keçmişdir. Həyətdəki evi nəzərdən keçirib vintaçanla plastik qapını açaraq evə daxil olmuş, evin hər yerini axtarmış, yataq otağındakı dolabdan 2.000 manat nağd pul və 400 ABŞ dolları tapmışdır. O, həmin pulları götürərək evdən çıxmış, qardaşı Seyfulla ilə telefon əlaqəsi saxlamış, Seyfulla dalınca gəlmiş, Seyfulla ilə birgə digər oğurluğa getmişlər.xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə gəlmişlər. Orada oğurluq üçün təhlükəsiz ev axtararkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs27 məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Müşahidə apararkən görmüşlər ki, evdə yaşayış yoxdur. Onlar hasardan həyətə keçmişlər. Özləri ilə götürdükləri vintaçanla evin plastik pəncərəsini sıxıb açmışlar. Pəncərədən evə daxil olmuş, evləri axtararkən yataq otağındakı dolabda 6.100 manat pul tapıb götürmüşlər. Daha sonra 1 ədəd “LG” markalı televizoru, 1 ədəd qızıl qolbaq, 2 ədəd qızıl sep və 1 cüt sırqanı götürərək evin pəncərəsindən çıxmışlar. Həmin qızılları Sabunçu qəsəbəsində xatırlamadığı ünvanda yerləşən lombarda satmışlar, televizoru isə səhv etmirsə Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən Şahid2 satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzən zaman oğurluq etmək üçün, əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs28 məxsus bağ evinin işığının yanmadığını görüb, evdə heç kimin olmamasını bilmişdir. Evin həyət qapısı olmadığından rahat həyətə daxil olmuş, evin plastik pəncərəsini üzərində gətirdiyi vintaçanla sıxıb açaraq içəri daxil olmuşdur. Evi axtarmış, evdən pul və ya qızıl-zinət əşyaları tapmamış, evdən 1 ədəd “LG” markalı televizor və 1 ədəd “Baymak” markalı kombi aparatı götürərək evdən çıxmışdır. Yolun kənarında səhərin açılmasın gözləmiş və səhər saat 09:00 radələrində markasını xatırlamadığım və sürücüsünü tanımadığı taksiyə əşyaları yükləyərək 8-ci km bazarına tanımadığı şəxsə 500 manata satmışdır.xx.xx.2021ci il tarixdə, saat 04:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozuna oğurluq etmək məqsədi ilə getmişdir. Orada müşahidə apararkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs29 məxsus evin işığının yanmadığını görmüş, hasara çıxaraq həyəti müşahidə etmiş, görmüşdür ki, evdə yaşayış yoxdur. Hasardan həyətə keçmiş, həyətdəki saxlanc yerinin qapısını açaraq içində olan 24 ədəd 4 metrlik borunu, 7 ədəd şvelleri, 13 ədəd uqolniki və manqalı götürərək həmin həyətdən bir qədər kənara yığmışdır. Oğurladığı əşyalar ağır olduğundan yolun kənarına tək-tək daşıyaraq düzmüş, yoldan ötən sürücüsünü tanımadığı “QAZ-el” markalı yük maşınını dayandırmış, 20 manat qarşılığında əşyaları Dərnəgül bazarına apararaq 200 manata satmışdır.xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində oğurluq etmək məqsədi ilə gəzən zaman rabitə kabellərini oğurlamaq qərarına gəlmişdir. Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabelini kəsmək üçün həyət hasarına və dirəyə çıxmış, üzərində gəzdirdiyi dəmir kəsən qayçı ilə təxminən 240 metr uzunluğunda olan kabeli kəsərək yerə atmışdır. Sonra dirəkdən düşərək kabelləri bir yerə toplamış, yolun kənarında yandırmış, içərisindən çıxan misi Sabunçu rayonu ərazisdə yerləşən səyyar qaydada mis toplayan tanımadığı şəxsə 100 manata satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq etmək üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsinə gəlmişlər. Orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs30 məxsus bağ evi diqqətləri cəlb etmişdir. Kənardan apardıqları müşahidə zamanı görmüşlər ki, evdə yaşayış yoxdur. Odur ki, hasardan həyətə keçmişlər. Evin plastik pənəcərəsini özlərində olan vintaçanla açıb pəncərədən evə daxil olmuşlar. Evi axtarmışlar, pul və ya qızıl-zinət əşyaları tapmamışlar. Evdən təxminən 7 ədəd müxtəlif ölçülü xalçaları, 1 ədəd mis samovarı və xrustal dəstini küçədə saxladığları, rentakardan götürdükləri “Kia” markalı maşınlarına yükləmişlər. Həmin əşyaları səhər açıldıqdan sonra Sədərək bazarında tanımadıqları xalça alverçisinə 500 manata, samovarla, xrustal qabı isə 8-ci kilometrdəki bazarda 50 manata satmışlar. Pulları bölmüşlər.xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tranvay küçəsində sahibsiz və əlverişli ev axtarmış, adını bildiyi Zərərçəkmiş şəxs31 məxsus bağ evinin qapısının qıfılının bağlı olduğunu görmüşdür. Hasardan həyətə keçmiş, özündə olan vintaçanla evin plastik pəncərəsini sıxıb açmış və pəncərədən evə girmişdir. Yataq otağındakı çarpayının altından 500 manat nağd pulu götürərək pencərədən çıxmış, küçəyə çıxaraq evdən uzaqlaşmışdır. xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində gəzən zaman hansısa evdən pul yaxud qızıl-zinət əşyası oğurlamaq qərarına gəlmişdir. Bir müddət müşahidə etdikdən sonra, sonradan adını bildiyi Zərərçəkmiş şəxs32 məxsus bağ evinin işıqlarının yanmadığını görmüş, müşahidə apardıqdan sonra hasardan həyətə keçmiş, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını üzərində olan vintaçanla sındıraraq pəncərəni açıb evə daxil olmuşdur. Evin yataq otağından qızıl kişi üzüyünü, qızıldan qadın üzükləri, qızıl üzük, sırğa, boyunbağı və qolbaq dəsti, bilərzikləri, 1 dəst sırğa və üzüyü, 1 cüt qızıl uşaq sırğasını, 1 ədəd qızıl qadın sepini və qəpikdən ibarət 300 manat nağd pulu götürərək həmin evdən uzaqlaşmışdır. Oğurladığı qızılları Q.Qarayev prospektində Laçın ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 1.000 manata satmışdır. xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsində gəzən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs33 məxsus bağ evinin işıqlarının yanmadığını görüb evi bir qədər kənardan müşahidə ştmişdir. Evdə heç kimin olmadığını bildikdən sonra hasardan keçib həyətə daxil olmuşdur. Evin taxta pəncərəsinin üzərində olan dəmir barmaqlığı özü ilə gətirdiyi vintaçanla qırmış, taxta pəncərəni açıb evə girmişdir. Evin hər yerini axtarmış, qonaq otağındakı dolabdan 650 manat nağd pulu, yataq otağından 2 ədəd elektrik qızdırıcını və 2 ədəd paltar ütüsünü götürərək evə girdiyi yoldan çıxaraq uzaqlaşmışdır. Həmin əşyaları səhəri gün Maştağa qəsəbəsində “Xəyal bazar” adlanan bazarın yaxınlığında tanımadığı şəxsə 60-70 manata satmışdır.xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi Müşalan küçəsində oğurluq etmək məqsədi ilə gəzən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs34 Tofiq oğluna məxsus bağ evinin işığının yanmaması diqqətini cəlb etmişdir. Qapıya və həyətə daş ataraq reaksiyanı gözləmiş, heç kim evdən çıxmadığından hasardan həyətə daxil olmuşdur. Həyətdəki evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmış, vintaçanla sıxıb açdığı pəncərədən evə keçmişdir. Otaqları axtarmış, evdə “Toshiba” markalı televizor, 1 ədəd DVD aparatı, 1 ədəd ətçəkən dəzgahı, 1 ədəd blenderi, xrustal qab dəstini və yataq dəstini götürərək evdən çıxmışdır. Evin həyətində olan tikilinin dəmir qapısının qıfılını sındıraraq içəridən 4 ədəd drel, 3 ədəd laqonda, 1 ədəd preforator, 1 ədəd “Bosh” markalı laqonda və 1 ədəd “Candan” markalı boru ütüsünü götürərək həyətdən çıxmışdır. Yolun kənarına gələrək xatırlamadığı taksiyə oğurladığı əşyaları yükləmiş, əşyaları “Rus bazarı” adlanan bazarda xatırlamadığı qiymətə satmışdır. xx.xx.2021-ci il tarixdə, gecəki oğurluğundan sonra yorulduğundan gün ərzində evdə yatıb istirahət etmiş, axşam tərəfi, yəni həmin tarixdə saat 21:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsinə oğurluq məqsədi ilə getmişdir. Orada X50 küçəsində gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs35 evi diqqətini cəlb etmişdir. Evin qapısını döysə də açan olmamış, bir müddət küçədə gözlədikdən sonra tam əmin olmuşdur ki, evdə heç kim yoxdur. O, hasardan həyətə keçmiş, həyətdə səliqəli, yerdən hündür ev olmuşdur. O, evin piləkənləri ilə qalxaraq giriş qapısının yanında olan plastik pəncərəsini vintaçanla sıxıb açmış və evə daxil olmuşdur. Evi axtarmağa başlamış, yataq otağındakı masanın üzərində şüşə bankadan xırda pulları götürmüş, sonra uşaq otağındakı dolabdan qızıl üzüklər, boyunbaqlar, kulon, sırqa, qolbaq və qol saatı götürüb girdiyi pəncərədən də evdən çıxmışdır. Həmin qızılları metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında dayanan, tanımadığı şəxsə 300 manata satmışdır. xx.xx.2021-ci il traixdə, saat 02:00 radələrində yenidən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində oğurluq etmişdir. Belə ki, sonradan adını bildiyi X5 evinə hələ bir gün əvvəldən girmək istəyirmiş, hiss etmişdir ki, ev boşdur, lakin həyətdə işıq yandığından tərəddüd etmişdir. Lakin xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində evin qarşısına gəlmiş, 2 saat kənardan müşahidə apardıqdan sonra əmin olmuşdur ki, evdə heç kim yoxdur. Hasardan həyətə keçmiş, dərhal darvazanın arxasını cəftə ilə bağlamış, həyətin işığını söndürmüşdür ki, kənardan görünməsin. Evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmış, vintaçanla sıxıb pəncərəni açmış və pəncərədən evə girmişdir. Evdən səhv etmirsə 108 diaqonallı 1 ədəd “Samsung” markalı televizoru asılqanından sökərək götürmüş və masanın üzərindəki qabın içərisindən 100 manat civarında nağd pulu götürüb evdən çıxmışdır. Həyəti axtararkən həyətdəki tikilidən “Warmhaus” markalı kombi aparatını və həmin otaqdakı təmir alətlərini çantası ilə birgə götürüb evdən çıxmışdır. Həmin kombi aparatını 100 manata Xəzər rayonu ərazisində Şahid2 işlətdiyi mağazaya satmışdır.xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq etmək üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlmişlər. Orada gəzişərək əlverişli şəraiti olan ev axtarmışlar. Sonradan adını bildiyi X4 bağ evinin işığının yanmadığını görüb həyət darvazasına yaxınlaşmışlar, qapının açıq olub-olmamasını yoxlamışlar. Əmin olmuşlar ki, evdə heç kim yoxdur. Onlar evin hasarından həyətə aşmış, özlərində olan vintaçanla evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxartmışlar. Plastikdən hazırlanmış pəncərəni sıxıb açmışlar, pəncərədən evə girmişlər. Evi axtararkən pul tapmamışlar, 1 ədəd 110 diaqonallı “Samsung” markalı televizoru, 2 ədəd 82 diaqonallı “Samsung” markalı televizorları, 1 ədəd mikrodalğalı sobanı, 1 ədəd nərdtaxtanı, 5 ədəd viskini və 5 ədəd arağı pəncərədən həyətə yığmışlar, oradan isə küçəyə çıxartmışlar. Yoldan ötən taksiyə yükləyərək 8-ci km bazarına aparmışlar. Havanın işıqlanmasını gözləmişlər, saat 10:00 radələrində həmin əşyaları tanımadıqları şəxsə və xatırlamadıqları məbləğə satmışlar. xx.xx.2021-ci il tarixdə, saat 05:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişlər. Oğurluq məqsədi ilə gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs36 evi yaraşıqlı olduğundan və evdə yaşayış olmadığından darvazadan həyətə keçmişlər. Özləri ilə gətirdikləri vintaçanla evin plastik pəncərəsini sıxıb açmışlar və pəncərədən evə daxil olmuşlar. Evdən 1 ədəd “Baymak” markalı kombi aparatını, 2 top elektrik naqili, təxminən 100 metr uzunluğunda 25-lik su borusunu, .1 ədəd laqondanı, 1 ədəd perfaratoru, 1 ədəd ütü aparatını, 2 ədəd duş aparatını, vintaçan dəstini və 1 ədəd spot işığı götürərək həyətdən çıxmışlar, kirayə götürdükləri “Kia Forte” markalı maşına yığmışlar. Kombi aparatını 400 manata Şahid3 işlətdiyi “Ferro” servis mağazasına satmışlar, qalan malları isə Dərnəgül bazarında tanımadıqları şəxsə 400 manata satmışlar. Həmin pulu Ruslanla bölmüşlər. xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs37 bağ evinə girmişlər. Belə ki, həmin ərazidə piyada gəzməyə başlamışlar ki, işığı yanmamaqla sahibləri evdə olmayan evləri müəyyən etsinlər. Rastlarına yarımtikili çıxmış, hasarı olmamış, odur ki, asanlıqla həyətinə girmişlər. Həyətdəki təmiri başa çatmamış evə yaxınlaşmışlar, qapı və pəncərəsi olmamışdır. Evə pəncərədən keçib içərisinə baxdıqda oğurluq üçün heçnə tapmamışlar, lakin damında yaxta quraşdırılmış, taxtalar yerinə mismarlanmadığından görmüşlər ki, asanlıqla düzüldüyü yerdən götürmək olur. Evdə olan təmir alətləri ilə taxtaları bir-birinə mismarlayıb nərdivan düzəltmişlər. Hətta mişar daşlarının üzərinə taxta düzərək stolda quraşdırmışlar. Bundan sonra Seyfulla ilə birgə taxtaları damdan aşağı atmışlar. Taxta təxminən 8 kub olmuşdur. Daha sonra maşın yolu tərəfə çıxaraq yoldan ötən “Qazel” markalı yük maşını dayandırmışlar, sürücüyə bildirmişlər ki, həyətlərində olan, təmir üçün aldıqları, lakin çox aldıqlarına görə artıq qalan taxtaları Dərnəgül taxta bazarına aparmaq lazımdır. Sürücü onlarla taxtaları maşınında daşıması üçün 20 manata razılaşmış, maşını həyətə sürmüş və taxtaları maşına yükləmişlər. Oradan bir başa Dərnəgüldəki tikinti materialları bazarına aparmışlar. Yük maşınlarının şəhər ərazisində hərəkətinə yalnız 20:00-dan sonra icazə verildiyindən həmin bazarda axşam saatlarında da topdan yük alıb satırlar. Taxtanı orada tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxslərə bazarın içində 200 manata satmışlar və 1 günə qazandıqları 200 manatı bölərək şəxsi işlərinə xərcləmişlər. Yük maşının nömrəsini bilmir, sürücüsünü tanımır, görsə belə tanıya bilməz, sürücü və ya taxtanı alan şəxslər taxtanın oğurluq olmasını bilməmişlər. xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Südçülük sovxozuna gəlmişlər. Oğurluq üçün ev axtararkən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs38 məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Belə ki, evdə yaşayış yox imiş, bir müddət müşahidə apardıqdan sonra hasardan həyətə keçmişlər, həyətdəki evin dəmir qapısının qıfılını sındıraraq evə daxil olmuşlar. Evdən 1 ədəd “Hisense” markalı televizoru və 1 ədəd “Termogas” markalı kombi aparatını götürmüşlər, kirayə götürdükləri “Kia” markalı maşına yükləyərək özləri ilə aparmışlar. Kombi aparatını Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən vət. Şahid2 400 manata satmışlar. Televizoru isə Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazarı” adlanan bazarda tanımadıqları şəxsə 200 manata satmışlar.xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə birgə oğurluq etmək məqsədi ilə Sabunçu rayonu, Savalan massivində gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs39 bağ evi rastlarına çıxmış, evdə işıq yanmırmış, evin dəmir darvazası var imiş, onlar darvazanın kilidini açaraq həyətə daxil olmuşlar. Həyətdə acıq qırmızı rəngə boyanmış ev var imiş, həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını qardaşı ilə birgə dəfələrlə dartaraq xeyli cəhtdən sonra yerindən qopartmışlar. Sonra özündə olan vintaçanla sıxıb plastik pəncərənin pəncərəsini açmış, həmin pəncərədən evə girmişlər. Qonaq otağından “Hisense” markalı televizoru götürüb kənara qoymuşlar. Daha sonra evdəki şkaflardan, paltarlardan və yataq dəstlərinin altından pul və ya qiymətli əşya axtarmağa başlamışlar. Səhv etmirsə mebel dəstindən 200 manata yaxın nağd pul tapmış, həmin pulu və televizoru götürüb evdən çıxmışlar. Ətrafda saxladıqları maşınlarına minərək evdən uzaqlaşmışlar. O həmin televizoru Xəzər rayonu Albalılıq bağ massivində yerləşən “Ferro Servis” adlanan mağazada işləyən Orxan adlı tanışına səhv etmirsə 200 manata satmış, 400 manatı şəxsi işlərinə xərcləmişlər.xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1lə birgə oğurluq etmək məqsədilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivinə getmişlər. Orada gəzişərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs40 məxsus bağ evini görmüşlər və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Evin həyətyanı sahəsinə hasardan daxil olmuşlar. Vintaçanla evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq pəncərəni sıxıb açmışlar. Yataq otağındakı dolabın üzərindən təxminən 2.000 manat nağd pulunu, qızıldan olan qadın üzüklərini, qolbağını, kişi üzüyünü, kişi boyunbağını, uşaq qolbağını, sırğasını, 1 ədəd saatı, 1 cüt sırğanı və 1 ədəd mikrafonu götürərək evdən çıxmışlar. Bir neçə gün sonra oğurladıqları qızılları metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tanımadığı şəxsə 1.400 manata satmışlar. Mikrafonu isə evin yaxınlığındakı zibil qutusuna atmışlar. xx.xx.2022-ci il tarixdə, saat 06:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Gülçülük sovxozunda oğurluq etmək məqsədi ilə gəzən zaman yaşayış olmayan sonradan adını bildiyi Zərərçəkmiş şəxs41 məxsus həyət qapısı olmayan bağ evinə girmişdir. Evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla içəri daxil olmuş, sanitar qovşağında olan “Bosch” markalı perfaratoru, “Maketa 6823” markalı alçipan drelini, kabel uzadıcını, 3 ədəd işıqlanma ötürücülərini, təxminən 4 top 25 metrlik elektrik naqili, qoruyucu avtomatları, təxminən 1 top anten kabelini və təxminən 4 top elektrik naqilini götürərək oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları Sabunçu qəsəbəsindəki “Rit bazarı” adlanan bazarın yaxınlığında tanımadığı şəxsə satmışdır.xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində pul və qızıl-zinət əşyaları oğurlamaq məqsədi ilə gəzən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs42 məxsus bağ evinin işıqlarının yanmadığını görmüşdür. Evin qapısını döymüşdür ki, kimsə açar bəhanə edib uzaqlaşar. Qapının qarşısında gözləmiş, heç kim gəlmədikdən sonra evdə heç kimin olmadığına əmin olmuş və hasardan həyətə girmişdir. Həmin evin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla içəri daxil olmuş, yataq otağından 1 ədəd briliant qaşlı nişan üzüyü, “A” hərifli formasında qızıl klonu, 1 cüt “Luiton” markalı qızıl sırqanı, ürək formalı klonu olan sepi, uşaq üçün qızıl sırğanı götürərək həmin evdən uzaqlaşmışdır. Səhəri günü Neftçilər prospektində yerləşən Lombardın yaxınlığında tanımadığı şəxsə 300 manata satmışdır. xx.xx.2022-ci il tarixdə, aat 23:30 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində oğurluq üçün evin yerini müəyyən etmişlər. Sonradan adını bildiyi İdris Sharıpova məxsus həmin ev qeyd olunan küçədə hərbi hissənin arxasında yerləşirmiş. Bağ evinin işığı yanmırmış, odur ki, evdə heç kimin olmamasına əmin olmuşlar. Həmin həyətə giriş qapısının üstündən daxil olmuş və həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmışlar. Daha sonra vintaçanla sıxıb pəncərəni açıb pəncərədən evə daxil olmuşlar. Evin yataq otağından 1 ədəd “Samsung” markalı televizoru götürərək çıxmışlar. Oğurladıqları televizoru Sabunçu bazarında 90 manata satmışlar. Həmin həyətdə 2 ev olmuş, digər evə gec olduğundan girə bilməmişlər, düşünmüşlər ki, növbəti dəfə həmin evə girsinlər.xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində qardaşı Təqsirləndirilən şəxs1lə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən, əvvəlcədən oğurluq etdikləri həyətə gəlmişlər. Həmin həyətdə yerləşən sonradan adını bildiyi İntıkam Sharıphovının evinin işığı yanmadığından heç kimin olmamasını bilmişlər. Həmin evin plastik pəncərəsinin dəmir barmaqlıqlarını əllə çəkib yerindən qopartmışlar, vintaçanla sıxıb açdıqları pəncərədən evə daxil olmuşlar. Evi axtardıqdan sonra yataq otağından 1 ədəd “LG” markalı televizoru, 1 ədəd “HP” markalı nootbuk kompyuteri, 1 cüt uğaq qızıl sırqası, sep və kulon dəstini və 1 ədəd “Termona” kombi aparatını götürərək həyətə çıxartmışlar. Həmin əşyaları Rent a cardan götürdükləri “Kia Forte” markalı maşına yükləmişlər. Səhəri gün həmin əşyaları səyyar küçə alveri ilə məşğul olan tanımadıqları şəxsə 100 manata, kombi aparatını Şahid2 100 manata satmış, “HP” nootbuk kompyuterinə yaxşı pul verən olmadığından maşınında saxlamışdır. Həmin nootbuku polis əməmkdaşları xx.xx.2022-ci il tarixdə maşınından aşkar edərək götürmüşlər. xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində, qardaşı Təqsirləndirilən şəxs1lə birgə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində oğurluq üçün ev seçirmişlər. Sonradan adını bildiyi Nazıla Velıevaya məxsus bağ evi diqqətlərini cəlb etmişdir. Evə boylanarkən evdə yaşayış olmadığını görmüşlər və bunu dəqiqləşdirmək üçün həmin evin taxtadan olan qapısını döymüşlər. Evdə heç kimin olmamasına əmin olduqdan sonra qardaşı ilə birgə hasardan həyətə daxil olmuşlar. Həyətdəki evin plastik pəncərəsinin şüşəsini sındırmaqla evə girmişlər. Evi axtarmağa başlamışlar, evdəki qonaq otağından, paltarların arasından 400 ABŞ dolları və 100 manat nağd pul taparaq götürmüşlər. Onlar həmin evdən çıxaraq uzaqlaşmışlar, pulu 780 manat kimi qəbul edərək Ruslanla bölmüşlər.xx.xx.2022-ci il tarixdə, saat 07:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasın oğurluq etmək məqsədi ilə məhəlləni gəzirmiş. Bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs51 evin qapısını bağlayaraq evdən uzaqlaşmasını görmüş, ətrafda kiminsə olmadığını bildikdən sonra dərhal hasardan həyətə daxil olmuşdur. Üzərində gəzdirdiyi vintaçanla sıxıb açdığı plastik pəncərədən evə girmişdir. Evin yataq otağından 200 manat nağd pulu, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğanı götürərək oradan uzaqlaşmışdır. Həmin oğurladığı qızılları Maştağa qəsəbəsində yerləşən Xəyal bazarının yaxınlığında tanımadığı şəxsə 100 manata satmışdır.xx.xx.2022ci il tarixdə, saat 23:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda oğurluq məqsədi ilə gəzirmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs50 məxsus bağ evinin işıqlarının yanmadığını görmüşdür. Bir qədər müşahidə etdikdən sonra və heç kimin olmadığına əmin olduqdan sonra evə hasardan daxil olmuş, üzərində götürdüyü vintaçanla pəncərənin dəmir barmaqlığını sındırıb pəncərəni .sıxıb açaraq evə girmişdir. Evi axtarmağa başlamış, yataq otağından 1 ədəd “Quattro TriggeT” markalı tir tüfəngini, qonaq otağından “Sony” markalı oyun konsolunu götürüb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra ətrafa göz gəzdirmiş və evin arxasında olan zirzəmisindən “İmmergas” markalı kombi aparatını və “Eko Gastherm” markalı gərginlik tənzimləyicini götürərək icarəyə götürdüyü “KİA” markalı maşınına yığmışdır. Kombi aparatını satsa da digər əşyalar maşında qalmış, həmin 1 ədəd “Quattro TriggeT” markalı tir tüfəngini, “Sony” markalı oyun konsolunu və “Eko Gastherm” markalı gərginlik tənzimləyicini polis əməmkdaşları xx.xx.2022-ci il tarixdə maşınından aşkar edərək götürmüşlər. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası massivində oğurluq etmək məqsədi ilə gəzirmiş. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs48 məxsus bağ evinin işıqlarının yanmadığını görmüş bir qədər müşahidə etdikdən sonra evdə heç kimin olmadığına əmin olmuşdur. Həyətə hasardan aşaraq daxil olmuş, üzərində gətirdiyi vintaçanla sıxıb pəncərəni açaraq evə girmişdir. Mətbəxdən ətçəkən dəzgahını və şirəçəkən dəzgahını götürərək, oradan uzaqlaşmış, həmin əşyaları səhəri gün Sabunçu rayonu “Rus bazarı” adlanan bazarın yaxınlığında tanımadığı şəxsə 100 manata satmışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs1lə birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda oğurluq etmək üçün gəzişərkən saat 23:00 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs49 evinin işığının yanmaması diqqətlərini cəlb etmişdir. O evin darvazasından həyətə keçmiş, içəri tərəfdən olan cəftəsini qaldıraraq darvazanı açmış və qardaşı Ruslanda içəri daxil olmuşdur. Onlar bütün gücləri ilə həyətdəki evin pəncərəsində olan dəmir barmaqlıqları sirkələyərək və dartaraq yerindən qoparmışlar. O özündə olan vintaçanla plastik pəncərəni sıxıb açmış, hər ikisi otağa daxil olmuşlar. Səhv etmirsə qonaq otağından 1 ədəd “Samsung” markalı televizoru götürmüş, evi axtarsalar da qiymətli əşya tapmamışlar. Odur ki, həyətə düşmüş, həyətdə piləkənin altında quraşdırılmış “Mobella” markalı kombi aparatını yerindən söküb çıxartmışlar. Televizoru və kombi aparatını evin yaxınlığında saxladıqları, rentakardan kirayə götürdükləri “KİA" markalı **-ZO-*** nömrəli maşılarına yükləyərək ərazidən uzaqlaşmışlar. Qardaşı evə getmiş, televizor və kombi maşında qalmışdır. O kombini xatırlamadığı ünvanda xatırlamadığı qiymətə satmış, “Samsung” markalı televizoru isə Xəzər rayonu Albalılıq bağ massivində yerləşən “Ferro Servis” adlanan mağazaya Şahid2 səhv etmirsə 500 manata satmışdır. Həmin televizor xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şahid2 işlətdiyi mağazadan götürülmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozuna gələrək həmin ərazidə yerləşən evlərin yaxınlığında gəzib oğurluq etmək üçün əlverişli ev axtarmışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs47 məxsus bağ evinin işıqlarının yanmadığını görüb hasardan evin həyətinə keçmiş, evin plastik pəncərəsini itələyərək açıb evə daxil olmuş, evi axtarmağa başlamışdır. Evdən 700 manat nağd pul, 1 ədəd “Samsung” markalı planşet, 3 ədəd döşək üzü və 2 ədəd qadın köynəyi götürərək oradan uzaqlaşmışdır. Sabunçu bazarına gedərək “Samsung” markalı planşeti 150 manata satmış, qalan əşyalara alıcı tapa bilmədiyinə görə tullamışdır. xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində oğurluq məqsədi ilə gəzən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs46 məxsus bağ evinin işıqlarının yanmadığını görmüş, evi yoxlamaq üçün hasarın yanında olan borunun üstünə çıxaraq həyəti müşahidə etmiş və evdə heçkimin olmamasına əmin olmuşdur. Hasardan həyətə keçmiş, özü ilə gətirdiyi vintaçanla sıxıb pəncərəni açaraq evə daxil olmuşdur. Evdən təxminən 40 metr uzunluğunda 2 ədəd elektrik uzadıcı, “Bosch” markalı 2 ədəd prefarator, 3 ədəd direl, 1 ədəd mikserini, istilik sisteminə aid krantları, 1 ədəd su mühərrikini, təxminən 60 metr uzunluğunda elektrik naqillərini, təxminən 85 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq hissə-hissə hasardan çölə tullamışdır. Sonra onları yığıb yolun kənarına çıxmış, tanımadığı markasını xatırlamadığı taksi vasitəsi ilə evə gəlmişdir. Səhəri günü Sabunçu bazarında tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır. xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində oğurluq üçün ev seçərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs45 məxsus ev diqqətini cəlb etmişdir. Həyətə keçərkən görmüşdür ki, həyətdə 1 otaqlı bağ evi var. Evə yaxınlaşarkən görmüşdür ki, evin qapısı açıqdır, qapının arxasına daş söykəyiblər. Daşın arxadan söykənməsindən başa düşmüşdür ki, evin içərisində heç kim yoxdur, lakin ev sahibi hər an gələ bilər. Odur ki, daşı kənara itələyib evə girmiş, dolabdakı pəncəyin cibindən 1.285 manat nağd pulu götürüb evdən çıxmışdır. Həyətdəki sanitar qovşağını axtararkən oradan 2 ədəd aliminium qazan, təxminən 15 ədəd qaşıq dəsti götürüb özü ilə gətirdiyi torbaya yığmışdır. Götürdüklərini metal kimi satacağından evdə və həyətdə gözə görünən naqilləri kəsərək torbaya toplayıb həyətdən çıxmışdır. Həmin əşyaları metal kimi səyyar qaydada yollarda metal yığanlara 30 manata satmışdır. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində oğurluq məqsədi ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna getmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs44 məxsus evin işığı yanmadığından diqqətini cəlb etmişdir. Bir qədər kənardan evə baxdıqdan sonra əmin olmuşdur ki, evdə yaşayış yoxdur. Evin yataq otağının həyətə baxan plastik pəncərəsini vintaçanla sıxaraq pəncərəni açmış və pəncərədən evə daxil olmuşdur. Ev 2 yataq otağından və 1 qonaq otağından ibarət olmuş, evləri axtarmağa başlaməş, yataq otaqları qismən təmir olunmuşdur, qonaq otağı isə tam təmirsiz olmuşdur. Yataq otağında olan paltar dolabının sıyırmasındakı pul qabından 270 manat nağd pul taparaq götürmüş, yataq otağında olan paltar dolabından isə 13 dəst müxtəlif rənglərdə və ölçülərdə olan uşaq üçün idman geyimlərini götürmüşdür. Evdən çıxmaq istəyərkən soyuducunun yanından 1 ədəd laqonda və 1 ədəd prefarator götürmüşdür. Həmin əşyaları Sabunçu bazarında tanımadığı şəxslərə 40 manata satmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs22 qaynatasıdır, sonuncunun oğlu Ağadadaş Ağayevlə 2017-ci ildə ailə həyatı qurduqdan sonra Sabunçu rayon Savalan qəsəbəsində qaynatası Arzuya Ağayevə məxsus bağ evində yaşamış, 2021-ci ilin iyun ayında Ağadadaşdan ayrıldıqdan sonra həmin evdə yaşamamış lakin cehizləri evdə qalmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında əri Ağadadaş zəng vuraraq əvvəllər birlikdə yaşadıqları Savalan yaşayış massivindəki bağ evində oğurluq olduğunu bildirmişdir. xx.xx.2021-cı il tarixdə evdəki otağa baxış keçirərkən yataq otağından 700 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, 250 manat dəyərində 1 ədəd tefal qazan dəsti, 250 manat dəyərində 1 ədəd qazan dəsti, 400 manat dəyərində 1 ədəd “Galaksi” markalı qazan dəsti, 170 manat dəyərində 1 ədəd qazan dəsti, 70 manat dəyərində 1 ədəd tavanı, 200 manat dəyərində 1 ədəd qazan dəsti, 150 manat dəyərində 1 ədəd elektrik samovarı, 130 manat dəyərinə 1 ədəd elektrik çaydanı, 100 manat dəyərində 1 ədəd mikseri, 350 manat dəyərində 1 ədəd yataq dəstini, hər birinin 100 manat olmaqla 1000 manat dəyərində 10 ədəd yataq örtüyünü, hər biri 50 manat olmaqla 150 manat dəyərində 3 ədəd yataq örtüyü; hər biri 150 manat olmaqla 1.200 manat dəyərində 8 ədəd yataq dəstini, 480 manat dəyərində dəsmal dəstini, 50 manat dəyərində 1 ədəd yorğanı, 150 manat dəyərində 1 ədəd süfrəsinin oğurlandığını görmüşdür. Oğurluq hadisəsi nəticəsində ona 5.800 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs50 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Gülçülük savxozunda yerləşən yaşayış evi vardır və tez-tez həmin yaşayış evinə baş çəkir. Bağ evi kimi sayılan yaşayış evi 82 kv metr sahədən ibarət olmaqla bir mərtəbədən 3 otaq, mətbəxdən ibarətdir. Evin giriş qapısı dəmir qapı ilə bağlanır. Evin pəncərələri plastik materialdan olan pəncərələrdən ibarətdir. Pəncərələr üzərində dəmir barmaqlıqlar vardır. 13 yanvar 2022-ci il tarixdə səhər saatlarında qonşusu və qohumu olan Elçin ona zəng vuraraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Gülçülük savxozunda yerləşən yaşayış evindən oğurluq olması barədə məlumat vermiş və o da məlumat aldıqdan dərhal sonra bağ evinə baş çəkmək üçün gəlmiş və evin həyətinə daxil olduqda evin yataq otağının plastik materialdan olan pəncərə üzərində dəmir barmaqlığının aralanmasını və pəncərənin açılmaqla evə daxıl olunduğunu aşkar etmişdir. Evə qapısını açıb içəri daxil olduqda evin otaqlarının dağınıq vəziyyətdə omasını görmüşdür. Yaşayış evinə baxış keçirdikdə evin yataq otağında çarpayının altında olmuş 600 manat dəyərində qutunun içərisində açılıb qatlanan Türkiyə istehsalı olan «Hatsan» markalı tir tüfənginin, qonaq otağında isə şkafın içərisində olmuş 350 manat dəyərində Çin istehsalı olan «Sony-3» markalı oyun aparatının oğurlanmasını aşkar etmişdir. Evin həyətinə baxdıqda yaşayış evinin arxasında saxlanc yeri sayılan zirzəminin içərisində olan 700 manat dəyərində Türkiyə istehsalı olan «İmeyriqaz» 24-lik kombi aparatının və həmin kombi aparatı üçün aldığı bir ədəd 70 manat dəyərində Türkiyə istehsalı olan «eko qazterm» elekrtik tənzimləyicisinin də oğurlanmasını aşkarlamışdır. O baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan hadisə yerinə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları gələrək yaşayış evinə baxış keçirmişlər. O yaşadığı evdən oğurluğun baş verməsi ilə bağlı Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmiş və baş vermiş oğurluqla bağlı izahat yazmışdır. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 1.720 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs49 ifadəsində göstərmişdir ki, qardaşı Telman Məmmədovla birgə 2010-cu ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi Gülçülük sovxozunda 0,12 ha torpaq sahəsi almış, həmin torpağın 5 sotu onun, 7 sotu isə qardaşı Telman Məmmədovun payına düşmüşdür. Hər ikisi ayrı-ayrı ev tikdirmişlər. Telman Məmmədov 7 sotun içində kürsülü, 3 yataq və 1 qonaq otağından ibarət ev tikdirib, evi tam təmir etdirmiş, lakin qardaşı Telman Qazaxstanda yaşadığından həmin evi ona vermiş, evin bütün əşyalarını isə özü almış və evdə oğlu yaşayır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində qardaşının adına rəsmiləşmiş, lakin oğlunun yaşadığı evə nəzarət etmək üçün keçərkən görmüşdür ki, küçədən həyətə olan giriş-çıxış darvazası açıq vəziyyətdədir, darvazanın içəridən olan qıfılı sındırılıb. Evə baxdıqda görmüşdür ki, evin arxasından yataq otağının pəncərəsində olan dəmir çərçivəni dartaraq yerindən çıxarıblar, pəncərənin plastik qapısını sıxma yolu ilə səliqəli açıblar. Evə daxil olarkən görmüşdür ki, evdə olan bütün əşyalar dağınıq vəziyyətdədir, qonaq otağında divarda asılmış, “Samsung” markalı, 55 diaqonallı, qara rəngli, istifadə olunmuş, Rusiya istehsalı olan, 1.400 manata qiymətləndirdiyi led televizoru oğurlanıb. Evin həyətdə olan piləkəninin yanında quraşdırılmış “Nobella” markalı, 600 manata qiymətləndirdiyi kombi aparatı oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Ona 4 ədəd televizor təqdim edilmiş, arxasının cızıqlarından televizorunu tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs42 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən evində ailəsi ilə yaşayır, evin ölçüsü 90 kvadratdır, həyətyanı sahəsi 3 sotdur, həyət hasarlıdır. Evlidir, ali təhsillidir, iki azyaşlı övladı var. xx.xx.2021 tarixdə saat 15:00 radələrində ailəsi ilə birgə qohumlarının evinə qonaq getmiş, saat 23:00 radələrində evinə qayıdarkən görmüşdür ki, evin yataq otağının plastik pəncərəsi sıxılaraq açılıb, yataq otağından 300 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü; 120 manat dəyərində “A” hərifli formasında qızıl klonu; 260 manat dəyərində 1 cüt “Luiton” markalı qızıl sırqası; 150 manat dəyərində, ürək formalı klonu olan sepi; 80 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş qızıl sırğası oğurlanmış, ona cəmi 910 manat maddi ziyan dəymişdir. Bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs52 Rəhim qızı ifadəsində göstərmişdir ki, 1990-cı ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq 1369 B ünvanda yerləşən bağ evi var. Hər il yay mövsümündə ailəsi ilə birgə həmin bağ evinə gələrək istirahət edir.xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci Albalılıq, 1369 B ünvanda yerləşən bağ evinə baş çəkməyə gəlmiş, bağ evində görmüşdür ki, evin pəncərəsi açıq vəziyyətdədir. O, mənzilə daxil olmuş, görmüşdür ki, mənzildən hər biri 105 manat olmaqla 210 manat dəyərində 2 ədəd direli, hər birinin 85 manat olmaqla 170 manat dəyərində 2 ədəd laqondası, 80 manat dəyərində 1 ədəd divardeşəni, 20 manat dəyərində 10 metr elektri naqili oğurlanıb. Oğurluq nəticəsində ona cəmi 480 manat məbləğində maddi ziyan dəyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, ailəsi ilə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi, X50 küçəsində yerləşən nömrəsiz bağ evində yaşayır. xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində yaşadığı evdən çıxmış, Yasamal rayonu ərazisindəki xəstəxanada yatan arvadını xəstəxanadan çıxararaq saat 22:30 radələrində yaşadığı evə qayıtmışlar. Evin küçə qapısını, yəni dəmir darvazanı açıb həyətə daxil olduqda evin ikinci mərtəbəsində yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirərkən evdə olan əşyaların dağıdıldığını, yataq otağında olan masanın üzərində 2 litrlik şüşə pankanın içərisində saxladığı 50 manatının, uşaq otağında olan trümonun birinci sıyırmasındakı qızıl qabının içərisindən 350 manat dəyərində bir ədəd 4 qramlıq 585 əyarlı üzüyün, 170 manat eləyərində bir ədəd 2 qramlıq 585 əyarlı boyunbağın, 510 manat dəyərində bir ədəd 6 qramlıq qolbağın, 595 manat dəyərində bir ədəd üzərində briliant qaşları olan 7 qramlıq 585 əyarlı üzüyün, 45 manat dəyərində bir ədəd 5 qramlıq gümüş boyunbağın, hər biri 20 manat olan 40 manat dəyərində iki ədəd qramını bilmədiyi gümüş klonun, 40 manat dəyərində bir ədəd 4 qramlıq gümüş üzüyün, hər biri 30 manat olan 60 manat dəyərində iki ədəd qramını bilmədiyi gümüş üzüyün, 100 manat dəyərində “Gold” markalı qol saatının oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermiş, oğurluq nəticəsində ona cəmi 1.960 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində evə baş çəkərkən şübhəli məqam aşkar etməmiş, lakin xx.xx.2021 tarixdə saat 16:30 radələrində evə gələrkən müəyyən etmişdir ki, hasardan həyətə daxil olan şəxs evin dəmir qapısının kilidini sındırmış, qonaq otağından 500 manat dəyərində 1 ədəd “Hisense” markalı televizoru və 500 manat dəyərində 1 ədəd “Termogas” markalı kombi aparatını oğurlamışdır. Bu barədə polisə məlumat vermiş, oğurluq nəticəsində ona 1.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük savxozunda yerləşən yaşayış evinə baş çəkmək üçün gələrkən evin yataq otağının plastik materialdan olan pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Evə qapısını açıb içəri daxil olduqda evin otaqlarının dağınıq vəziyyətdə omasını görmüşdür. Yaşayış evinə baxış keçirdikdə evin santiar otağında saxladığı 550 manat dəyərində «Bosch» markalı referator çamadanının alətləri ilə birlikdə, qiyməti 350 manat təşkil edən «Maketa 6823» markalı alçepan direlinin, qiyməti 60 manat təşkil edən 45 metrlik kabel uzadıcısının, ümumi dəyəri 100 manat təşkil edən_3 ədəd 25+15+20 metrlik işıqlanma ötürücüsünün, hər birinin qiyməti 85 manat olan 4 top 25 metrlik elektrik naqilinin, ümumi dəyəri 125 manat olan 12 ədəd «JVS» markalı qoruyucu avtomatın, dəyəri 110 manat təşkil edən bir top anten kabelinin və evin divarından çölə çıxmış ümumi eləyəri 270 manat təşkil edən 4 top elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, oğurluq zamanı ona ümumilikdə 1.905 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Yasamal rayonu ərazisindı yaşayır, hərdən bağ evinə baş çəkir. xx.xx.2021-ci i tarixdə bağ evinə gələrək nəzarət etmiş, şübhəli məqamla rastlaşmamışdır. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində bağ evinə gələrkən müəyyən etmişdir ki, evin plastik qapısının gilidi sındırılmış, evdən 1.500 manat dəyərində “Baykan” markalı 24-lük kombi aparatı, 500 manat dəyərində Rusiya istehsalı olan işıq generatoru, hər biri 300 manat olmaqla 600 manat dəyərində bıçaq-çəngəl dəsti oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, Müşalan küçəsində yerləşən 38 nömrəli ev ona məxsusdur, həmin ev 1 qonaq, 3 yataq otağından ibarət olmaqla ümumilikdə 4 otaqlıdır. xx.xx.2021 -ci il tarixdə ailə üzvləri ilə birgə qardaşı oğlunun Lənkəran şəhərində keçiriləcək toy mmərasiminə getmiş, xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində evinə geri dönmüşdür. Evin həyət darvazasının qapısını açarla açmaq istəmiş, lakin qapı içəridən bağlandığından həyətinə daxil ola bilməmişdir. Darvazanın üzərindən həyətinə keçmiş, evinin giriş qapəsənə açarla açaraq evə daxil olmuşdur. Evə baxarkən özünün və oğlunun yataq otaqlarının pəncərələrinin açıq olduğunu görmüş, evə baxış keçirərkən yataq otağındakı şalvarının cibindən 300 manat nağd pulunun, qızının yataq otağındakı dolabın içərisindəki qutudan 270 manat dəyərində qızıldan qadın üzüyü, 350 manat dəyərində qızıl kulonlu boyunbağı, paltar dolabındakı paltarların arasından 1.780 manat nağd pulu, oğlunun yataq otağından 300 manat dəyərində elektrik sobası, 200 manat dəyərində markasını xatırlamadığı tozsoran, qonaq otağından 580 manat dəyərində “LG” markalı televizor, 510 manat dəyərində “Asus” markalı nootbuk oğurlanmışdır. Ona ümumilikdə 4.290 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiq şəxs qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən nömrəsiz bağ evində yaşayır. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində ailə üzvləri ilə birgə yaşadıqları evdən çıxaraq Şəki şəhərinə getmişlər. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində evinə qayıdarkən müəyyən etmişdir ki, naməlum şəxs evinin plastik pəncərəsini sıxıb aşmaq yolu ilə evə daxil olmuşdur. Evin yataq otağındakı dolabdan 6.100 manat nağd pulunun, 1.000 manat dəyərində 1 ədəd “LG” markalı 108 diaqonallı televizorun, 2.200 manat dəyərində uşaq üçün nəzərdə tutulmuş 1 ədəd qızıl qolbağın, 2 ədəd qızıl sep və 1 cüt sirqanın oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona 9.300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 Bağı oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində olmuş, şübhəli məqamla rastlaşmamışdır. Növbəti dəfə 26.11,2021-ci il tarixdə saat 16:00 radələrində evinə gedərkən evinin yağış sularının axması üçün nəzərdə tutulmuş 1 ədədinin qiyməti 50 manat olan 300 manat dəyərində 6 ədəd plastik borunun yerindən çıxarılaraq oğurlandığını, evinin plastik pəncərəsi sıxılaraq açıldığını görmüşdür. Evinin qapısını açaraq işəri daxil olarkən dəhlizdən 1 kubunun qiyməti 500 manat olan, 1.500 manat dəyərində 3 küb taxtasının, evin istilik sistemi üçün nəzərdə tutulmuş 1 metrinin qiyməti 5 manat olan 1.000 manat dəyərində 200 metr uzunluğunda istilik borularının, 1 metrəsi 1 manat olan 70 manat dəyərində 70 metr uzunluğunda kanalizasiya borusunun, 1 metrinin qiyməti 2 manat olan 800 manat dəyərində 400 metr uzunluğunda elektrik naqillərinin oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona 3.600 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs44 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda bağ evində yaşayır. Evi 2 yataq otağından və 1 qonaq otağından ibarətdir, yataq otaqlarını qismən təmir etdirmiş, qonaq otağı isə təmirsizdir. Evinin pəncərələri plastikdəndir, pəncərələrə dəmir çərçivə qoydurmamışdır.xx.xx.2022-ci il tarixdə doğulduğu Şərur rayonuna getmiş, evdə tək qalmasın deyə həyat yoldaşı Səidə Bəbirova atasının yaşadığı Ramana qəsəbəsinə köçmüşdür. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində həyat yoldaşı Səidə Bəbirova evə qayıdarkən müəyyən etmişdir ki, evin yataq otağının həyətə baxan plastik pəncərəsini sıxıb açıblar, evə daxil olaraq evi axtarıblar. Evə baxarkən müəyyən etmişdir ki, uşaqların yataq otağında olan paltar dolabının sıyırmasındakı pul qabından 270 manat nağd pulu, digər yataq otağında olan paltar dolabından isə ümumi dəyəri 195 manat olan 13 dəst müxtəlif rənglərdə və ölçülərdə uşaq üçün idman geyimləri oğurlanmışdır. Həmin idman paltarlarını çörək pulu əldə etmək üçün qohumlarından satmağa götürmüşdür. Bundan bağqa evində soyuducunun yanından olan 80 manat dəyərində laqondası və 120 manat dəyərində prefaratoru oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 665 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində işə getmiş, saat 14:30 radələrində isə arvadı Sevil Abışova qardaşının evinə getmişdir. Saat 21:15 radələrində işdən çıxaraq qardaşının evindən arvadı Sevili götürüb yaşadığı evlərinə qayıtmışlar. Evə gələrkən mətbəxin plastik pəncərəsinin dəmir barmaqlıqlarının qoparıldığını, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evinə girərkən otaqların dağınıq olduğunu, evin yataq otağındakı dolabın üstündəki çantadan 600 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünün, 1.200, 200, 500 və 200 manat eləyərlərində 4 ədəd qızıl qadın üzüklərinin, 5.000 manat dəyərində qızıl üzük, sırğa, boyunbağı və qolbaq dəstinin, 300 və 150 manat dəyərlərində 2 ədəd qızıl bilərziklərin, 500 manat dəyərində 1 dəst sırğa və üzüyünün, 200 manat dəyərində 1 cüt qızıl uşaq sırğasının, 150 manat dəyərində 1 ədəd qızıl qadın sepinin və qəpikdən ibarət 300 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Bu barədə 14-cü PB-yə müraciət etmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən fərdi evi var, ailə üzvləri ilə birgə həmin evdə yaşayır. xx.xx.2021-ci il tarixdə ailəsi ilə birgə istirahət etməsi üçün Qəbələ rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evinə qayıdarkən evinin yataq otağının dəmir barmaqlıqlarının sındırılmasını görmüşdür. Evinə baxış keçirərkən müəyyən etmişdir ki, evi dağınıq vəziyyətdədir, yataq otağındakı dolabın üzərindən 2.000 manat nağd pulu, 2.000 manat dəyərində qızıl dəsti, 200 və 180 manat dəyərlərində 2 ədəd qızıl qadın üzükləri, 400 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, 380 manat dəyərində 1 ədəd qızıl kişi boyunbağı, 100 manat dəyərində 1 ədəd qızıldan uşaq qolbağı, 70 manat dəyərində 1 ədəd qızıl uşaq sırğası, 30 manat dəyərində 1 ədəd saatı, 20 manat dəyərində 1 ədəd qolbağı, 20 manat dəyərində 1 cüt sırğa, 80 manat dəyərində 1 ədəd “Quick” markalı üzqırxanı və 30 manat dəyərində 1 ədəd mikrafonu oğurlanmış, oğurluq nəticəsində ona 5.510 manat ziyan dəymişdir. Bu barədə 14-cü PB-yə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 rzdələrində özünə məxsus, yaşayış olmayan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən evinə baş çəkmək üçün gəlmiş, evin arxa pəncərəsinin dəmir barmağlığının sındırıldığını və evdən dəyəri 1.000 manat təşkil edən “Samsung” markalı televizor və dəyəri 300 manat olan suqızdırıcının oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəəsində göstərmişdir ki, X36 cehiz kimi aldıqları əşyaları qablaşdıraraq bağ evinə yığmışdır. Sonuncu dəfə bağ evində xx.xx.2021-ci il tarixdə olmuş, xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində həyat yoldaşı ilə birgə Savalan massivindəki bağ evinə gedərkən görmüşdür ki, evinin pəncərəsinin dəmir barmaqlıqları çıxarılmış, plastik pəncərə açılmışdır. Evindən oğurluq olmasını başa düşərək bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Təxminən 30 dəqiyqə sonra hadisə yerinə gələn polis əməkdaşları ilə evə baxış keçirərkən evinin dağınıq vəziyyətdə olmasını, evin 1-ci mərtəbəsindəki qonaq otağından 600 manat dəyərində 108 diaqonallı “LG” markalı televizor, 220 manat dəyərində mətbəxdə öz qutusunun içərisində olan istifadə olunmamış havatəmizləyici, 230 manat dəyərində 4 gözlü masaüstü qaz sobası, evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı dolabın içərisində olan 160 manat dəyərində qaşıq dəsti, 120 manat dəyərində 3 ədəd çaydan, 60 manat dəyərində “Tefal” markalı çaydan, 250 manat dəyərində qazan dəsti, 110 manat dəyərində 2 ədəd qazan, 80 manat dəyərində markasını bilmədiyi ütü, 150 manat dəyərində markasını bilmədiyi ətçəkən dəzgahı, 420 manat dəyərində yataq örtüyü, 110 manat dəyərində 1 ədəd yorğan, 510 manat dəyərində 6 ədəd süfrə; 610 manat dəyərində yataq dəsti; 80 manat dəyərində ləbləbi qabı; 140 manat dəyərində 2 ədəd meyvə qabı, 40 manat dəyərində 1 dəst mürəbbə qabı; 160 manat dəyərində 1 dəst konfetqabı, 1.080 manat dəyərində 6 ədəd yataq dəsti, 90 manat dəyərində 1 ədəd samovarı gizli olaraq talayıb, zərərçəkmiş Elibəyi Zamanova cəmi 5.300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş hüquqi şəxsin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC-in nümayəndəsi Zərərçəkmiş şəxs3 istintaqa verdiyi göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin istismarı qurğularının istismarı şöbəsinin EATS-455 saylı xətt mühəndisi X29 4 saylı RXM-nə məlumat verərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz adlanan ərazidən ötən dirəklərin arasında olan TPP 100X2 tipli -150 metr, həmin qəsəbənin Rövşən Salmanov küçəsindən TPP 10X2 tipli -90 metr və KPD 2X2 tipli -90 metr rabitə kabellərinin oğurlandığını bildirmişdir. Göstərilən faktla bağlı hadisə yerinə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və aktlaşdırılmışdır. Həmin oğurluq hadisəsi nəticəsində dövlət təsərrüfatına ümumilikdə, cəmi 990 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozundan çıxaraq usta kimi işlədiyi Bakıxanov qəsəbəsindəki mebel sexinə getmişdir. Həmin tarixdə saat 16:00 radələrində arvadı Züleyxa Salmanlı şəxsi işi ilə əlaqədar onunla eyni sovxozda yaşayan dayısı qızının evinə getmişdir. Saat 20:30 radələrində arvadı Züleyxanı götürərək evə qayıtmış, evə girərkən müəyyən etmişdir ki, qonaq otağının pəncərəsində olan dəmir barmaqlıqları yerindən çıxarılmış, plastik pəncərə açılmışdır. Dağınıq vəziyyətdə olan evinə baxış keçirərkən məlum olmuşdur ki, yataq otağındakı dolabda saxladığı 1.800 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 1.200 manat dəyərində 1 ədəd qızıl bilərzik, 700 manat dəyərində 1 cüt qızıl sırğa, hər biri 200 manat olmaqla 800 manat dəyərində 4 ədəd qızıl qadın üzüyü və 100 manat pulu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən nömrəsiz evində yaşayır, evini 2019-cu ildə tikdirmiş, həyətyanı sahəsi 2 sot, ev isə 100 kvadratmetrdir. Həmin evdə yaşamır, lakin tez-tez baş çəkir. Sonuncu dəfə həmin evdə xx.xx.2021 tarixdə olmuş, lakin xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində evə baş çəkərkən görmüşdür ki, naməlum şəxs evin pəncərəsində olan dəmir barmaqlığı yerindən qoparıb, plastik pəncərənin kilidini sıxıb açaraq evə daxil olub. Həmin şəxs evdən 1.200 manat dəyərində “İmmerqas” markalı kombi aparatını, hər biri 10 manat olan 51 ədəd radiator seksiyası, 55 manat dəyərində təzə vəziyyətdə olan krant dəsti, 120 manat dəyərində qaz sobası, hər biri 20 manat olmaqla 40 manat dəyərində su borusu, 95 manat dəyərində 1 ədəd su mühərriki, 60 manat dəyərində enerji tənzimləyən aparat və 120 manat dəyərində pəncərədən çıxarılmış dəmir barmaqlıq oğurlanmış, pəncərə və qapımı, evdəki çarpayını zədələməklə 300 manat ziyan vurmuşlar. Oğurluq nəticəsində ona 2.600 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, Savalan massivindəki evini 2021 -ci ildə tikdirmiş, həyətyanı sahəsi 2 sot, evi isə iki mərtəbəli olmaqla 100 kvadratın içindədir. Həmin evdə yaşamır, lakin tez-tez evə gəlib baş çəkir, yaxınlıqda yaşayan atasının evində ailə üzvləri ilə birgə yaşayır. 14 noyabr 2021-ci il tarixdə hər gün olduğu kimi saat 22:00 radələrində “Toyota” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən evinin həyətində saxlayaraq yaxınlıqda yerləşən atasının evinə getmişdir. Səhər, yəni xx.xx.2021 -ci il tarixdə saat 07:30 radələrində həyətinə gələrkən görmüşdür ki, naməlum şəxs hasardan həyətinə keçib, evin mətbəxinin həyətə baxan pəncərəsində olan dəmiri dartaraq yerindən çıxarıb, plastik pəncərəni sıxıb açaraq evinə daxil olub. Evinin içərisində, 1 -ci mərtəbədən 2-ci mərtəbəyə qalxan piləkənin altında, 1-ci mərtəbədə quraşdırılmış 1.300 manat dəyərində “Termet” markalı kombi aparatını və aparatın yanında olan “Eco Gastherm” markalı, narıncı rəngli, 50 manat dəyərində 500 VA-lıq, Türkiyə istehsalı olan gərginlik tənzimləyicini oğurlayıb. Evini gəzərkən müəyyən etmişdir ki, həyətdə saxladığı “Toyota Prado” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınının arxa sol şüşəsi sındırılmaqla maşınına 200 manat ziyan vurulub. İlkin elə başa düşmüşdür ki, akumlyatoru oğurlanıb, lakin sonradan görmüşdür ki, akumlyator oğurlanmayıb. Oğurluq nəticəsində ona cəmi 1.350 manat ziyan dəymişdir. Ona Sabunçu RPİ-də 4 kombi təqdim olunmuş, kombilərin sirasından oğurlanmış “Termet” markalı kombi aparatını həmin kombilərin içərisindən tanımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində özünə məxsus bağ evində ailə üzvləri ilə birgə yaşayır. O, hər gün saat 08:00 radələrində yaşadığı evdən çıxaraq işə gedir, saat 21:00 radələrində evinə qayıdır. Qızı Lalə isə şənbə və bazar günləri istisna olmaqla digər günlərdə saat 08:30 radələrində evdən çıxaraq dərsə gedir, saat 14:00 radələrində evə qayıdır, qızı Sona isə hər gün saat 12:00 radələrində evdən çıxaraq işə gedir. 16.11,2021ci il tarixdə qızı Lalə saat 14:00 radələrində dərsdən evə qayıdarkən giriş qapısının bağlı olduğunu görüb ona zəng vuraraq qapının bağlı olduğunu demiş, özü dərhal evə gəlmiş, evinin arxa tərəfinə keçərkən yataq otağının plastik pəncərəsinin açıldığını görmüşdür. Pəncərədən baxaraq evin dağıdılmasının şahidi olmuş, DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Polis əməkdaşları evinə baxış keçirmiş, məlum olmuşdur ki, yataq otağında olan paltar dolabındakı gödəkçəsinin cibindən 350 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 120 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 350 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, 400 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 100 manat dəyərində 1 cüt qızıl sırğası və 670 manat dəyərində 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəsti oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Şahmar oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan massivində, nömrəsiz bağ evində ailə üzvləri ilə birgə yaşayır, hər gün saat 06:00 radələrində evdən çıxaraq işə gedir, işdən saat 18:00 radələrində geri dönür. Eyni zamanda həyat yoldaşı saat 13:00 radələrində azyaşlı uşaqlarını dərsə aparır, saat 14:00 radələrində evə qayıdır. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində həyat yoldaşı ona zəng vuraraq evdə olmadığı müddət ərzində, yəni saat 13:00-dan saat 14:30- dək olan müddət ərzində evlərinə naməlum şəxs girərək qızılzinət əşyalarını oğurlamasını bildirmişdir. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, evinə gələrkən müəyyən etmişdir ki, evində olan əşyaları və paltarları dağıdılıb, yataq otağındakı paltar şkafında, çantanın içərisində olan hər biri 50 manat, cəmi 100 manat dəyərində 2 cüt qızıl sırğa, 700 manat dəyərində 1 ədəd qızıl sep, 1.200 manat dəyərində 1 ədəd qadın nişan üzüyü oğurlanmış, oğurluq nəticəsində ona 2.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 02:00 radələrində, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11 -ci dalanda yerləşən, ona məxsus yaşayış sahəsi olan 747 nömrəli bağ evinə, həmin evin qapısının qıfıllarını sındırmaqla qanunsuz daxil olaraq, mətbəxdən 1.200 manat nağd pulunu və 20 manat dəyərində cib bıçağını gizli olaraq talamışlar. Ona 1.220 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən, ona məxsus yaşayış sahəsi olan 618 nömrəli bağ evinə, vintaçanla sıxıb açdığı plastik pəncərədən qanunsuz daxil olaraq, yataq otağından 350 manat nağd pulunu və milli pul vahidi ilə 170 manat təşkil edən 100 ABŞ dolları oğulrlanmışdır. Ona 520 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən nömrəsiz bağ evi ona məxsusdur, soyuq aylarda həmin evdə yaşamır, lakin hərdən nəzarət edir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində evinə gələrkən evinin pəncərəsinin dəmir barmaqlıqlarının qopardılmasını, pəncərənin isə açılmasını görüb evdən oğurluq olmasını başa düşmüşdür. Evinə baxış keçirərkən, giriş qapısının yanında quraşdırılmış “Elektronika” markalı kombi aparatının, yataq otağından 50 manat dəyərində qazanın, 50 manat dəyərində tavanın, ümumi dəyəri 100 manat olan 2 ədəd çaydanın, ümumi dəyəri 100 manat olan 2 ədəd ədyal dəstinin, 30 manat dəyərində çaydanın, 150 manat dəyərində çay servisinin, 30 manat dəyərində çay dəstinin oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Samir Məmmədov ifadəsində göstərmişdir ki, 2015-ci ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində 2 sotun içərisində 1 mərtəbəli ev almış və həmin evdə yaşayır. xx.xx.2021-ci il tarixdə evinin qapısını bağlayaraq Şəki rayonuna getmiş, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində evinə qayıtmışdır. Qapını açıb həyətinə daxil olarkən həyətdə yerləşən sanitar qovşağının qapısının sındırıldığını, oradan 700 manat dəyərində “ECA” markalı kombi aparatının oğurlandığını müəyyən etmiş, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları ilə birgə evə baxış keçirərkən qonaq otağından “Hoffman” markalı televizorunun, yataq otağından 300 manat dəyərində ətçəkən dəzgahının, 150 manat dəyərində yataq dəstinin və 200 manat dəyərində qaşıq dəstinin və 50 manat dəyərində güzgünün oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində 3 sot torpaq sahəsi almış, 2016cı il tarixdə həmin torpaq sahəsində 3 yataq və 1 qonaq otağından ibarət fərdi ev tikdirmişdir. Həmin evdə yaşamasa da, mütəmadi olaraq nəzarət edirmiş.xx.xx.2021-ci il l tarixdə saat 18:00 radələrində həmin evin həyətyanı sahəsinə daxil olarkən fərdi evin qapısının açıq olduğunu görmüş, evə girərkən 350 manat dəyərində “Samsung” markalı televizorunun və 100 manat dəyərində “Evrolux” markalı tozsoranının yerində omadığını müəyyən etmişdir. Həyəti nəzərdən keçirərkən divara quraşdırılmış 450 manat dəyərində “Viva” markalı kombi aparatının sökülərək aparıldığını aşkar etmişdir Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən, özünə məxsus nömrəsiz evdə ailə üzvləri ilə birgə yaşayırlar. xx.xx.2021-ci il tarixdə saat 06:00 radələrində evdən çıxaraq işə getmişdir. Həmin tarixdə saat 14:30 radələrində arvadı evdən çıxaraq qardaşının evinə getmiş, saat 15:00 radələrində evə qayıdarkən evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə baxarkən yataq otağındakı dolabın içərisində olan balonda topladıqları 1.500 manat nağd pulunun və 50 qəpikdən ibarət 200 manatının oğurlandığını müəyyən etmişdir. Bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1.700 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 Murtuz oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində 3 sot torpaq sahəsi içərisində fərdi yaşayış evi var, Gədəbəy rayonunda yaşayır, lakin hərdən rayondan gələrkən Savalan massivindəki evinə baş çəkir. xx.xx.2021-ci il tarixdə qaynı Asif ona zəng vuraraq evindən oğurluq hadisəsinin baş verməsini bildirmişdir. Həmin tarixdə evinə gələrkən müəyyən etmişdir ki, evinin taxtadan olan pəncərəsinin selofan örtüyü kəsilərək pəncərədən evə girilmiş, evindən 300 manat dəyərində meyvə qabı dəsti, 50 manat dəyərində yataq örtüyü və 50 manat dəyərində gözmuncuğu formalı suveniri oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yerləşən yaşayış evi vardır. Yaşadığı evin həyətində özü üçün yeni yaşayış evi tikmişdir. Həmin yaşayış evinin qapısı və pəncərəsinin olmasına baxmayaraq yaşayış sahəsinin təmiri başa çatmamışdır və evdə yaşayış yoxdur. Tikdiyi yaşayış sahəsinin qapısı dəmir qapı ilə bağlı olur. Həmin yaşayış evinə istiklik sistemini təşkil etmək üçün 930 manata «Energy» markalı 28-lik kombi aparatı almışdır. Evdə təmir tam başa çatmadığından aldığı kombi aparatını quraşdırmamış və kombi aparatını yeni tikilmiş yaşayış evinin sol küncündə divardan asmışdır. 02 dekabr 2021-ci il tarixdə günorta saatlarında ailə üzvləri ilə birlikdə yaşadığım evdən çıxaraq toy məclisində iştirak etmək üçün Ağsu rayonuna getmişdir. 05 dekabr 2021-ci il tarixdə rayondan evə. qayıdarkən yaşadığı evin həyətinə daxil olmaq istəyərkən həyətin darvazasının arxasına daşın qoyulmasını görmüş, daşı götürən zaman həyət darvazasının öz-özlüyündən açılmasında həyətə oğrunun girməsindən şübhələnmişdir. Dərhal yaşadığı evin həyətinə baxış keçirdikdə təzə tikilmiş evin divarına asılmış, quraşdırılmayan 930 manata aldığı «Energy» markalı 28-lik kombi aparatının oğurlanmasını aşkarlamışdır. Yaşadığı əvə və yeni tikilmiş təmiri başa çatmamış evə baxıdıqda başqa əşyanın oğurlanmamasını müəyyən etmişdir. O baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.Sonradan hadisə yerinə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları gələrək yaşayış evinə baxış keçirmişlər. O yaşadığı evdən oğurluğun baş verməsi ilə bağlı Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə ilə müraciət etmiş və baş vermiş oğurluqla bağlı izahat yazmışdır.Baş vermiş oğurluq zamanı ona ümumilikdə 930 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 06:00 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs evə daxil olaraq həyətyanı sahədə və evin içərisində olan 50 manat dəyərində elektrik naqillərini kəsərək oğurlamış, evin içərisindən 500 manat dəyərində 1 ədəd “Toshiba”, 500 manat dəyərində 1 ədəd “Dell" markalı noutbukları, 350 manat dəyərində 1 ədəd “İpad”, 100 manat dəyərində 1 ədəd “Philips” markalı tostoru, həyətyanı sahədə olan hamam otağından 500 manat dəyərində bir ədəd samovarı oğurlanmışdır. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01:50 radələrində bağ evinə gələrkən görmüşdür ki, yaşadığı otağının taxta qapısı qırılıb açılmaqla oradan 170 manat dəyərində bir ədəd bıçaq dəsti, 170 manat dəyərində bir ədəd qaşıq dəsti, qaşıq dəstinin içərisində saxladığı 3.000 manat pulu, hər biri 170 manat olmaqla 340 manat dəyərində 2 ədəd velosipedi, 50 manat dəyərində bir ədəd tozsoranı, 70 manat dəyərində su mühərriki, hər biri 25 manat olmaqla 50 manat dəyərində 2 ədəd feni, 110 manat dəyərində 1 ədəd Samsung markalı telefonu, 1 ədəd 300 manat dəyərində “lenovo" markalı planşetini oğurlamışlar. Ümumilikdə ona 4.260 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Məştağa qəsəbəsi Savalan massivində ona məxsus fərdi yaşayış evi var, həmin evi ailə qurduğu üçün müvəqqəti olaraq oğlu Ağadadaşa vermiş, oğlunun ailəsində narazalıq olduğundan 2021-ci ilin iyun ayından ayrılmışlar, evdə yaşayan olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında evinə baş çəkməyə gedərkən görmüşdür ki, evin plastik pəncərəsinin dəmir barmaqlıqları qopardılıb, pəncərə sıxılaraq açılıb, yataq otağından gəlini Zərərçəkmiş şəxs23 cehizləri və evin giriş qapısının yanından 500 manat dəyərində “İmmergas” markalı kombi aparatı və 400 manat dəyərində “LG” markalı paltaryuyan maşını oğurlanıb. O hadisəsi nəticəsində ona 900 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 08:05-də həyat yoldaşı ilə birgə evdən çıxaraq işə getmiş, saat 21:30 radələrində yaşadıqları evə qayıdarkən evlərinin yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüş, şübhələndiyindən evə baxış keçirmişdir. Müəyyən etmişdir ki, qonaq otağından 800 manat dəyərində “Samsung” markalı televizoru, yataq otağındakı dolabdan 400 manat dəyərində 1 ədəd qızıl üzüyü, 500 manat dəyərində üzərində kulonu olan qızıl boyunbağı və 400 manat dəyərində 1 cüt qızıl sırğa oğurlanmışdır. Bu barədə 15-ci PB-yə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Xəzər rayonunun ərazisi olan Maştağa-Buzovna yolunun kənarında, Abşeron küçəsində, “Sab OİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında nömrəsiz ünvanda 0,07 ha torpaq sahəsi almış, həyətdə kürsülü, 3 otaqdan ibarət yarımtikili evi var, evin qapı- pəncərəsi yoxdur. Həyətdə 5 metr enində və 25 metr uzunluğunda çardağı var, həyətdə yaşayış yoxdur, teztez həyətə baş çəkir. Oğurluqdan əvvəl həyətinə 2021-ci ilin noyabr ayında baş çəkmiş, xx.xx.2021-ci il tarixdə evinə növbəti dəfə baş çəkərkən müəyyən etmişdir ki, çardağının altına yığdırdığı 1.700 manat dəyərində 5 kub 4 metrlik taxtaları, 7.000 manat dəyərində 35 ədəd 4 metrlik şivelleri, 300 manat dəyərində 14-lük 35 ədəd 4 metrlik armaturu oğurlanıb. Oğurluq nəticəsində ona 9.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 Cavanşir qızı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində oğlu Emil Bəşirov ona zəng vuraraq bildirmişdir ki, yaşadıqları evə qayıtdıqda yaşayış evinin plastikdən olan giriş qapısının sındırılmasını, evin otaqlarının axtarılmasını, dağınıq vəziyyətdə olmasını görmüşdür. O tez yaşadığı evə gəlib baxış keçirdikdə evin yataq otağındakı dolabda saxladığı 2.000 manat və 400 ABŞ dolları pulunun oğurlanmasını aşkarlamışdır. Hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 2680 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivindı torpaq sahəsi alıb ev inşa etdirmişdir. Həmin evdə sonuncu dəfə 2021-ci ilin dekabr ayının əvvəllərində olmuşdur. xx.xx.2021-ci il tarixdə özünə məxsus həmin evə gələrkən görmüşdür ki, evin 2-ci mərtəbəsindən 400 manat dəyərində 1 ədəd “LG” markalı televizorunun və 600 manat dəyərində 1 ədəd adını xatırlamadığı kombi aparatının oğurlanmasını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində həyətinin qapısını bağlayaraq yatmış, xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində evdən çıxıb mağazaya gedərkən yaşadığı evinin qarşısında, çərçivəyə aldığı ərazinin qapısının açıq olduğunu görmüşdür. Həmin yerə baxış keçirərkən müəyyən etmişdir ki, hər biri 6.25 manat olmaqla 150 manat dəyərində 24 ədəd 4 metrlik boru, hər biri 50 manat olmaqla 350 manat dəyərində 7 ədəd şveller, hər biri 10 manat olmaqla 130 manat dəyərində 13 ədəd uqolnik və 70 manat dəyərində 1 ədəd manqal oğurlanmışdır. Oğurluq nəticəsində ona 700 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə evdən çıxıb qızı Aynurun Balaxanıdakı evinə getmiş, xx.xx.2021 tarixdə bağ evinə digər qızı Afət gəlib görmüşdür ki, naməlum şəxs hasardan həyətə aşaraq evin plastik pəncərəsini açmış, evdən 460 manat dəyərində 1 ədəd İran İslam Respublikası istehsalı olan 5X3.6 ölçülü xalçanı; 370 manat dəyərində 1 ədəd Türkiyə istehsalı olan 3,6X2,6 ölçülü oval formalı xalçanı; 300 manat dəyərində 1 ədəd Rusiya Federasiyası istehsalı olan 2,8X2 ölçülü xalçanı; hər biri 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan xalçanı; 500 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 3,2X1,8 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd Azərbaycan Respublikasının istehsalı olan 5X1,6 ölçülü xalçanı; 200 manat dəyərində 1 ədəd mis samovarı və 150 manat dəyərində xrustal dəstini oğurlamışdır. Bu barədə polisə məlumat vermiş, oğurluq nəticəsində ona 2.580 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, .12.2021-ci il tarixdə saat 07:00 radələrində yaşadığı evdən çıxaraq işə getmiş, ailə üzvləri isə həmin gün saat 09:00 radələrində evdən çıxmışlar. Həmin gün saat 17:30 radələrində yaşadığı evə qayıdarkən evin küçə qapısını, yəni dəmir darvazanı açıb həyətə daxil olmuş, evin giriş qapısını açıb evin içərisinə daxil olduqda evin dəhlizinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, əvvəlcə elə başa düşmüşdür ki, pəncərəni külək açıb, pəncərəni örtüb evin yataq otağına daxil olduqda şkafın qapısının açıq vəziyyətdə olduğunu və əşyaların dağnıq vəziyyətdə oldgğunu görmüşdür. Bundan sonra arvadı Aliyə Gülməmmədovaya zəng vuraraq bu barədə məlumat vermiş, lakin arvadı gün ərzində evdə olmadığını bildirmişdir. Həmin vaxt başa düşmüşdür ki, evdə olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evə qanunsuz daxil olaraq evdən oğurluq ediblər. Bundan sonra DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermiş, evinə gələn Sabunçu RPİ- nin 15-ci polis bölməsinin əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirərkən evin yataq otağındakı çarpayının altında saxladığı 500 manatının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, Sonuncu dəfə bağ evində 15 dekabr 2021-ci il tarixdə olmuşdur. 18 dekabr 2021-ci il tarixdə saat təxminən 13:25 radələrində bağ evinə baş çəkmək üçün gəlmiş və evin həyətinə daxil olduqda evin yataq otağının taxta materialdan olan pəncərə üzərində eləmir barmaqlığının sındırılmasnı və pəncərənin açılmaqla evə daxıl olunduğunu aşkar etmişdir. Evə qapısını açıb içəri daxil olduqda evin otaqlarının dağınıq vəziyyətdə omasını görmüşdür.Yaşayış evinə baxış keçirdikdə evin qonaq otağında dolabdan 650 manat pulun və yataq otağından isə 100 manat dəyərində elektrik qızdırıcısının və ümumi dəyəri 240 manat təşkil edən 2 ədəd ütünün oğurlanmasını aşkarlamışdır. O baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan hadisə yerinə Bakı şəhəri Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları gələrək yaşayış evinə baxış keçirmişlər. O yaşadığım evdən oğurluğun baş verməsi ilə bağlı Sabunçu RPİ-nin 14- cü PB-nə ərizə ilə müraciət etmiş və baş vermiş oğurluqla bağlı izahat yazmışdır. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 990 manat məbləğində maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 Tofiq oğlu ifadəsində göstərmişdir ki, Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində ailə üzvləri ilə birlikdə sözü gedən bağ evindən çıxaraq Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan qardaşının evinə qonaq getmiş, evdən çıxarkən evin qapısını və pəncəsini bağlamışdır. Bağ evinə xx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində qayıtmışdır. Evin küçə qapısını, yəni dəmir darvazanı açıb həyətə daxil olduqda evin işıqlarının söndüyünü və həyətyanı sahədə yerləşən bir otaqdan ibarət saxlanc yeri kimi istifadə olunan əlavə tikilinin dəmir qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Evin işıqlanma sistemini yandıraraq tikliyə yaxınlaşdıqda dəmir qapısının qıfılının sındırıldığını görmüş və tikiliyə daxil olduqda orada saxladığı markalarını bilmədiyi hər biri 50, 80, 70 və 100 manat olan 4 ədəd drelin, qiyməti 90 manat olan markasını bilmədiyi bir ədəd preforatorun, markalarını bilmədiyi 111, 60 və 50 manat dəyərində 3 ədəd laqondanın, qiyməti 50 manat olan “Bosh” markalı bir ədəd laqondanın, qiyməti 65 manat olan “Candan" markalı, bir ədəd boru ütüsünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra evin giriş qapısını açıb içəri daxil olmaq istədikdə, qapının kilidinin sındırıldığını, evdə olan əşyaların dağnıq vəziyyətdə olduğunu, evin plastik pəncərəsinin dəmir barmaqlıqları sındırılaraq pəncərəni açıb evinə daxil olduqlarını görmüşdür. Evə baxış keçirərkən 650 manat dəyərində “Toshiba” markalı, 82 dioqanallı bir ədəd televizorun, 45 manat dəyərində markasını bilmədiyim DVD aparatının, mətbəxdən 150 manat dəyərində markasını bilmədiyi bir ədəd ətçəkən dəzgahının, 80 manat dəyərində markasını bilmədiyim bir ədəd blenderin, 200 manat dəyərində komplekt dəstdən ibarət xrustal qabların və 200 manat dəyərində yataq dəstinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermiş, Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 2.051 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2021 -ciil tarixdə saat 12:00 radələrində ailəüzvləri ilə birgə Şamaxı rayonuna qonaq getmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən evinin açarını Məmmədli kəndində yaşayan X44a vermişdir ki, evinə baş çəksin. xx.xx.2021-ci il tarixdə saat 07:30 radələrində qaynatası evinə baş çəkməyə gələrkən evin işığının söndürüldüyünü görmüşdür. Qapını açmaq istəsə də qapı açılmadığından evdə oğurluq olmasından şübhələnmişdir. Hasardan həyətə keçərkən evinin pəncərəsinin dəmir barmaqlıqlarının qoparılmasını aşkar etmişdir. X44 DİN-in “102” xidmətinə şikayət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində evinə qayıtmış, qonaq otağının pəncərəsinin dəmir barmaqlığının qoparıldığını, pəncərənin açıldığını görmüşdür. Evinə baxış keçirərkən evinin dağıdıldığını, 1.200 manat dəyərində “Samsung” markalı 102 diaqonallı televizorunun və masanın üzərindəki qabın içərisindən 250 manat nağd pulunun, evin həyətindəki saxlanc yerindən 850 manat dəyərində 1 ədəd “Warmhaus” markalı kombi aparatının və 60 manat dəyərində içərisində iş alətləri olan çantasının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə bağ evinə baş çəkmiş, növbəti dəfə isə xx.xx.2021 -ci il tarixdə saat 12:00 radələrində getmişdir. Həyətə daxil olarkən evin qonaq otağının plastikdən olan pəncərəsinin üzərindəki dəmir barmaqlıqların yerindən çıxarılaraq yerə atıldığını, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirərkən 1.150 manat dəyərində 1 ədəd 110 diaqonallı “Samsung” markalı televizorun, hər biri 1.000 manat olmaqla 2.000 manat dəyərində 2 ədəd 82 diaqonallı “Samsung” markalı televizorların, 300 manat dəyərində 1 ədəd mikrodalğalı sobanın, 80 manat dəyərində 1 ədəd nərdtaxtanın, hər biri 50 manat olmaqla 250 manat dəyərində 5 ədəd viskini; hər biri 40 manat olmaqla 200 manat dəyərində 5 ədəd arağın oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından etibarən ünvan 16 ünvanda yaşayış evi tikdirmişdir. Sonuncu dəfə həmin evdə xx.xx.2021-ci il tarixdə olmuşdur. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə bağ evinə gedərkən görmüşdür ki, evin plastik pəncərəsi açıq vəziyyətdədir. Bu barədə polisə məlumat vermişdir. Evə baxış keçirərkən müəyyən etmişdir ki, evdə quraşdırılmış 1.300 manat dəyərində 1 ədəd “Baymak” markalı kombi aparatı, 400 manat dəyərində 2 top elektrik naqili, 600 manat dəyərində 100 metr uzunluğunda 25-lik plastik su borusu, 150 manat dəyərində 1 ədəd laqondası, 120 manat dəyərində 1 ədəd perfaratoru, 80 manat dəyərində 1 ədəd ütü aparatı, 200 manat dəyərində 2 ədəd duş aparatı, 100 manat dəyərində vintaçan dəsti və 50 manat dəyərində 1 ədəd spot işığı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində, yəni Ramana qəsəbəsi Sülçülük Sovxozunda 0,05 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində 163 kvadrat ərazidə kürsülü 3 yataq otağından, 1 qonaq otağından və sanitar qovşağından ibarət ev tikdirmişdir. Lakin pulu yetmədiyinə görə tikintini yarımçıq dayandırmışdır. Evini yaşayış üçün hazır etməsə də hərdən evə baş çəkirmiş. xx.xx.2022-ci il tarixdə evinə gələrkən görmüşdür ki, təmiri başa çatmamış evinin damına mismarlatmadan düzdürdüyü 2.400 manat dəyərində 8 kub taxtası oğurlanmışdır. Taxtaların hamısının oğurlanmaması diqqətini cəlb etmiş, yəni tavanda 10 kuba yaxın taxtası olsa da, təxminən 8 kubu oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Qamlet Efendiyev ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikası, Bolnisi rayonu, Arxivani kəndində qeydiyyatda olsa da, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Zərkənd massivində nömrəsiz evdə yaşayır. 2014- cü ildə Zərkənd massivində 6 sot torpaq alaraq N mərtəbəli ev tikdirmişdir. 2018-ci ildən ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Evin birinci mərtəbəsində 1 qonaq otağı, 1 mətbəx, 1 sanitar qovşağı, 2ci mərtəbəsində isə 4 yataq otağı var. xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində qızı ilə birgə evdən çıxaraq işə getmişlər. Həmin tarixdə saat 15:00 radələrində arvadı Gülnarə Əfəndiyeva evdən çıxaraq qardaşı oğlunun yas mərasiminə getmişdir. Həmin gün saat 21:15 radələrində qızı ilə birgə evə qayıdarkən görmüşlər ki, evləri dağınıq vəziyyətdədir, 1-ci mərtəbədəki qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlıqları yerindən çıxarılıb, pəncərə açıq vəziyyətdədir. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları ilə birgə evə baxış keçirərkən müəyyən etmişdir ki, yataq otağında olan pəncəyinin cibindən 400 manat nağd pulu, yataq otağındakı trümonun siyirməsindən 700 manat dəyərində 1 ədəd qızıldan olan qadın nişan üzüyü, 200 manat dəyərində 1 ədəd qızıl sırğa, 200 manat dəyərində 1 ədəd qızıl boyunbağı, hər biri 50 manat, cəmi 100 manat dəyərində 2 dəst gümüşdən olan üzük, sırqa, boyunbağı və kulon dəsti oğurlanmış, nəticədə ona 1.600 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində nömrəsiz evdə yaşayır, evi 1,5 sot torpaq sahəsinin içərisində tikilib, evin 3 tərəfi qonşuların evləri ilə əhatə olunub, 4 tərəfi mişar daşından hasarla hörülüb, 1 tərəf küçəyə baxır. Həyətinə giriş küçəyə baxan tərəfdəndir, həyətə giriş üçün dəmir darvaza var, darvazanın üstü dəmir çərçivədir. Evi 3 yataq otağından, 1 qonaq otağından ibarətdir, kürsülüdür, 3 yataq otaqlarının qapıları qonaq otağına açılır. xx.xx.2022-ci il tarixdə, saat 12-13 radələrində evinin qapısını bağlayaraq ailəsi ilə birgə Gəncə şəhərinə qohumlarına baş çəkməyə getmiş, evdə heç kim qalmamışdır. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində evinə qayıdarkən görmüşdür ki, darvazası və seyf qapısı bağlıdır, lakin arxa tərəfə baxan yataq otağının pəncərəsinin dəmir barmaqlıqları çıxarılıb, plastik pəncərə isə sıxılaraq açılıb, evi dağınıq vəziyyətdədir. Baxış keçirərkən müəyyən etmişdir ki, qonaq otağında divara asdığı 1.000 manat dəyərində “Hisense” markalı 109 ekran, qara rəngli, plazma televizoru və yataq otağındakı mebel dəstinə asdığı pəncəyinin cibində olan 1.000 manatı oğurlanıb. Oğurluq nəticəsində ona 2.600 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Şharipov İdris ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanda yaşayır, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində, hərbi hissənin arxasında yerləşən, özünə məxsus 1 mərtəbəli bağ evi var. Ev 12 sot torpağın içərisindədir, həmin torpaq sahəsində X27nın N mərtəbəli evi var, 12 sot torpaq sahəsi hasara alınsa da, evlərinin arasında hasar yoxdur. Həmin evdə yalnız yay fəslində yaşayır. X27 isə həmin bağ evində yaşayır, onun evinə də nəzarət edir. xx.xx.2021-ci il tarixdə X27 yeni il bayramı ilə əlaqədar Balakən rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində bağ evinə baş çəkməyə gəlmiş, evində şübhə doğuran məqam aşkar etməmiş, saat 16:00 radələrində həyətdən çıxaraq evinə qayıtməşdır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində qonşuları ona zəng vurub bildirmişlər ki, evinin dəmir barmaqlıqları sındırılıb. Vacib işi olduğundan növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə həyətinə gələrək evə baxış keçirmiş, görmüşdür ki, yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqları çıxarılmış, plastik pəncərə sıxılaraq açılmış, yataq otağından 120 manat dəyərində 72 diaqonallı “Samsung” markalı televizoru oğurlanmışdır. Həmçinin görmüşdür ki, X27nın evindən oğurluq olmuşdur. Oğurluq nəticəsində ona 120 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Şharipov İntikam ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində, hərbi hissənin arxasında N mərtəbəli bağ evi var. Bağ evi 12 sot torpağın içərisindədir, həmin torpaq sahəsində ondan başqa qardaşı İdris Sharıpov da ev tikdirib, 12 sot torpaq sahəsi hasara alınsa da, evləriniz arasında hasar yoxdur. Ailəsi ilə birgə həmin evdə yaşasa da, qardaşı X47 rayonu ərazisində yaşayır. xx.xx.2021-ci il tarixdə yeni il bayramı ilə əlaqədar Balakən rayonuna getmiş, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində qardaşı bağ evinə baş çəkməyə getmiş, evində şübhə doğuran məqam aşkar etməmiş, saat 16:00 radələrində həyətdən çıxaraq evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində qonşular qardaşı İdris Sharıpova zəng vurub bildirmişlər ki, İdris Sharıpovun evinin pəncərəsinin dəmir barmaqlıqları sındırılıb. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində İdris Sharıpov həyətə getmiş, görmüşdür ki, artıq onunda evinin dəmir barmaqlıqları qırılıb. Yəni xx.xx.2022-ci il saat 15:00-dan xx.xx.2022-ci il saat 11:00-dək olan müddət ərzində evindən oğurluq olub. xx.xx.2022-ci il tarixdə evinə qayıtmış, görmüşdür ki, yataq otağının plastik pəncərəsinin dəmir barmaqlıqları yerindən qoparılmış, plastik pəncərə sıxılaraq açılmış, yataq otağından 400 manat dəyərində 1 ədəd 82 diaqonallı “LG” markalı televizoru, 400 manat dəyərində 1 ədəd “HP” markalı nootbuk kompyuteri, 100 manat dəyərində 1 cüt uşaq qızıl sırqa, sep və kulon dəsti və 1.100 manat dəyərində 1 ədəd “Termona” kombi aparatı oğurlanmışdır. Oğurluq nəticəsində ona 2.000 manat ziyan dəymişdir. Daha sonra bildirmişdir ki, istintaq dövründə ona 4 ədəd nootbuk kompyuteri təqdim olunmuş, o, həmin nootbukların sırasından “HP” markalı kompyuterini yaddaşında olan ailə üzvlərinin fotoşəkillərindən tanımışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 ifadəsində göstərmişdir ki, ailəsi ilə birgə xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən 1 mərtəbəli nömrəsiz bağ evində yaşayır. Evinin ətrafı daş hasarla hasarlanmışdır, giriş qapısı taxtadandır, qapını asma qıfılla kilidləyir. xx.xx.2022-ci il tarixdə saat 06:40 radələrində həyat yoldaşı ilə birgə uşaqlarını məktəbə aparmış, oradan isə şəxsi işlərinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:40 radələrində anası evinin qarşısından ötərkən qapının qıfılını yerində görməyib həyətə daxil olmuş, evin dəmirdən olan qapısının açıq olmasını müəyyən edib ona zəng vurub bu barədə məkumat vermişdir. O, saat 12:00 radələrində evə gəlmiş, müəyyən etmişdir ki, evinin qapısı və pəncərəsi açılmış, yataq otağındakı dolabın sıyırmasından 900 manat dəyərində 1 ədəd “Samsung” markalı notebook kompyuteri, 1.000 manat dəyərində 1 ədəd “HP” markalı notebook kompyuteri, 300 manat dəyərində 1 ədəd Playstation-3 oyun aparatı, hər biri 140 manat olmaqla 280 manat dəyərində 2 ədəd qızıl qolbaq, 180 manat dəyərində 1 ədəd “Samsug” markalı fotoaparatı və 100 manat dəyərində 1 ədəd “Panasonic” markalı videokamerası oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində Nazilə Vəliyeva ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının Marneuli rayonunda qeydiyyatda olsa da, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində yerləşən nömrəsiz bağ evində əri ilə birgə yaşayırlar. Ev 2 otaqdan ibarətdir, 2,6 sot içərisində tikilib, həyət hasara alınıb, giriş qapısı taxtadandır. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində əri ilə birgə evdən çıxaraq işə getmiş, saat 18:00 radələrində evinə qayıdarkən evin qapısını açıb həyətə daxil olmuş, evin qonaq otağının pəncərəsinin açıldığını və pəncərəsinin şüşəsinin qırıldığını görmüşdür. Evə baxış keçirərkən müəyyən etmişdir ki, qonaq otağındakı paltarlarının arasına qoyduğu 400 ABŞ dolları, milli pul vahidi ilə 680 manatının və 2 litrlik bankada topladığı 100 manat nağd pulunun oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona 780 manat ziyan dəymişdir. Bu barədə 14-cü PB-yə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs51 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Lənkəran rayonundan Bakı şəhərinə köçmüş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında 2 sot torpaq alıb özünə ev tikdirmişdir. Həmin evdə ailə üzvləri ilə birgə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində yaşadığı bağ evindən çıxaraq işi ilə əlaqədar getmiş, həmin tarixdə saat 14:00 radələrində evə qayıdarkən görmüşdür ki, evinin plastik pəncərəsi açıq vəziyyətdədir. Evə baxış keçirərkən müəyyən etmişdir ki, evinin otaqları dağınıq vəziyyətdədir, evinin yataq otağının sağ küncündə olan dolabın içərisindən 200 manat pulu, 120 manat dəyərində 1 ədəd qızıl boyunbağı və 80 manat dəyərində 1 cüt qızıl sırğa oğurlanmışdır. Oğurluq nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs48 Rafiq qızı ifadəsində göstərmişdir ki, 2010-cu ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası massivində torpaq sahəsi alaraq 1 mərtəbəli ev tikdirmiş, ailə üzvləri ilə birgə həmin evdə yaşayır. Evi 2 otaqdan və mətbəxdən ibarətdir, evin qapısı dəmir qapı ilə bağlanır, pəncərəsində dəmir barmaqlıq yoxdur. 2021-ci ilin dekabr ayının əvvəllərində həyat yoldaşı İlqar Vahabov işi ilə əlaqədar Qax rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında qızının yaşadığı Xətai rayonu ərazisindəki evinə getmiş, həmin evdə gecələmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində evinə qayıtmış, həyətinə daxil olarkən evinin plastikdən olan pəncərəsinin açıq olmasını görmüş, evin qapısı arxadan bağlı olduğundan evə qapıdan daxil ola bilməmişdir. Açıq olan pəncərədən evinə girərkən görmüşdür ki, otaqlar dağınıq vəziyyətdədir, mətbəxdən 110 manat dəyərində ətçəkən dəzgahı, 120 manat dəyərində şirəçəkən dəzgahı oğurlanmışdır. Bu barədə 14-cü PB-yə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs47 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz bağ evində ailəsi ilə birgə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində qardaşı Hacalı oxuduğu məktəbə, saat 09:00 radələrində özü işə, saat 10:00 radələrində isə anası Məhbubə həkimə getmiş, saat 12:00 radələrində qardaşı Hacalı ona zəng vuraraq ev əşyalarının dağıdılmasını bildirmişdir. Dərhal evə gələrkən müəyyən etmişdir ki, 700 manat nağd pulu, 350 manat dəyərində 1 ədəd “Samsung” markalı planşeti, hər biri 50 manat olmaqla 150 manat dəyərində 3 ədəd döşək üzü, hər biri 75 manat olmaqla 150 manat dəyərində 2 ədəd qadın köynəyi oğurlanmışdır. Bu barədə 14-cü PB-yə müraciət etmiş, oğurluq nəticəsində ona 1.350 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs46 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində 6 sot torpaq sahəsi almış və həmin yerdə dörd otaqdan ibarət birmərtəbəli həyət evi tikdirmişdir. Evdə yaşayış yoxdur, vaxtaşırı evə gedib nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində bağ evinə gələrkən müəyyən etmişdir ki, naməlum şəxs pəncərədən evə daxil olaraq hər biri 30 manat olmaqla 60 manat dəyərində 40 metr uzunluğunda 2 ədəd elektrik uzadıcını, 150 və 180 manat dəyərlərində 2 ədəd “Bosch” markalı prefaratorları, hər biri 70 manat olmaqla 120, 140 və 300 manat dəyərlərində 3 ədəd “Bosch” markalı direlləri, 180 manat dəyərində 1 ədəd “Bosch” markalı mikseri, hər biri 10 manat olmaqla 120 manat dəyərində istilik sisteminə aid 12 ədəd latun krantları, 80 manat dəyərində 1 ədəd su mühərriki, 1 metri 4 manat 50 qəpik olmaqla 270 manat dəyərində 60 metr uzunluğunda 10-luq elektrik naqillərini, 1 metrinin dəyəri 2 manat 50 qəpik olmaqla 212 manat 50 qəpik dəyərində 85 metr uzunluğunda 4-lük elektrik naqillərini oğurlayıb. Oğurluq nəticəsində ona 1.812 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Hadisə barədə DİN-in 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində həyətyanı sahəsi var, həmin həyətdə 1 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. 15.01,2022-ci il tarixdə saat 14:00 radələrində qohumunun evinə getmiş, yaşadığı evinin qapısı bağlanmadığı üçün qapısının qarşısına daş söykəmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində evə qayıdarkən müəyyən etmişdir ki, ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən nömrəsiz evinə naməlum şəxs daxil olmuş, evin həyətyanı sahəsindəki sanitar qovşağından dəyəri 60 manat olan 60 metr uzunluğunda elektrik kabelini, 70 manat dəyərində 2 ədəd qazanını, 30 manat dəyərində qaşıq dəsti və evin 1 otaqlı evin içərisindən asdığı pencəyinin cibindən 1.285 manat nağd pulunu oğurlamışdır. Oğurluq nəticəsində ona 1.445 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Zərərçəkmiş şəxs5 küçəsi, ev 10, mənzil 39-da yaşayır, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Sovxoz küçəsində yerləşən həyət evi özünə məxsusdur. Həmin ev 4 mərtəbədən ibarət olduğundan birinci mərtəbəsini kirayə verir. 2021 -ci ilin dekabr ayında evinə kirayə müştəri tapmaq üçün xahiş etdiyi dəllal ona zəng vuraraq evində qalmaq istəyənlərin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 evini təqdim etmiş, dəllal tərəfindən tərtib edilmiş müqavilə əsasında hər ayı 300 manata Təqsirləndirilən şəxs2lə razılaşmış, 2021-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs2 evində yaşamışdır. Təqsirləndirilən şəxs2 qaldığı müddət ərzində bağ evinə nəzarət üçün gedən zaman Təqsirləndirilən şəxs2lə qarşılaşmış, lakin şübhəli heç bir hərəkətini görməmişdir. Ruslanın qaldığı müddət ərzində qonşusu ona zəng vuraraq gecə saatlarında, yəni saat 03-04 radələrində Ruslanın qaldığı mənzilə bir neçə şəxsin maşınla gəldiyini və narahatçılıq yaratmasını bildirmiş, Ruslanla əlaqə saxlayıb Ruslana iradını bildirmişdir. Ruslan ona yanına gələn tanışlarının maşın alveri ilə məşğul olduğunu və namaz qıldığını bildirdiyi üçün Ruslana inanmışdır. Sonradan ona məlum olmuşdur ki, Ruslan oğurluqla məşğuldur və oğurluq etdikdən sonra onun kirayə verdiyi evdə qalır. Lakin, onun Ruslanın bu hərəkətlərindən məlumatı olmamışdır. Ruslan onun mənzilində qaldığı müddətdə Ruslanın heç bir şübhəli hərəkətini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3la 2016-cı ildə Türkiyədə “Ferro Texnik” şirkətində birgə işləmiş, oradan sertifikat almış, bu səbəbdən Xəzər rayonu, Albalılıq bağ massivində ayrı-ayrı yerlərdə dükan açaraq mağazaya “Ferro Servis” adını qoymuşlar. Təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində mağazada olarkən Təqsirləndirilən şəxs2 mağazaya gələrək Özünü elektrik avadanlıqları və kombi ustası kimi təqdim etmiş, Ruslanın usta olmasına inanmışdır. Ruslan özündə mütəmadi olaraq işlənmiş kombi aparatlarının və plazma televizorlarının olmasını və satmaq istədiyini bildirmiş, izah etmişdir ki, təmir zamanı müştərilərdən ucuz qiymətə kombi və televizor götürür, həmin televizor və kombiləri təmir edərək satır. Söhbətləri zamanı əmin olmuşdur ki, Ruslanın mbidən və elektrik avadanlıqlarından yaxşı başı çıxır. Odur ki, Ruslandan kombi aparatları almağa razılıq vermişdir. Təxminən 2-3 gün sonra Ruslan ona işlənmiş kombi aparatları gətirməyə başlamış, işini etibarlı tutsun deyə hər dəfə Ruslandan kombi aparatı alarkən özündə bu barədə qeydiyyat aparmış, həmçinin Ruslan və Seyfullanın şəxsiyyət vəsiqələrinin surətlərini çıxararaq götürmüşdür. Vərəqdə olan qeydiyyatına görə Ruslan və Təqsirləndirilən şəxs1lərdən xx.xx.2021-ci il tarixdə 300 manata -“İmmergas” və “Termet”; xx.xx.2021-ci il tarixdə 100 manata -“Warmhaus”;xx.xx.2021-ci il tarixdə 120 manata - “Baymak”; xx.xx.2021 -ci il tarixdə 100 manata -"Termogas”; xx.xx.2022-ci il tarixdə 100 manata -“Termona”; xx.xx.2022-ci il tarixdə 100 manata -“Robello” və “Novatek”; xx.xx.2022-ci il tarixdə 150 manata -“İmmargas” və xx.xx.2022-ci il tarixdə 100 manata - “Mobella” markalı kombilər almış, xx.xx.2022-ci il tarixdə kombinin üstündə ona 1 ədəd «eko qazterm» elekrtik tənzimləyicisidə vermişdir. Ruslan və Seyfulladan cəmi 10 ədəd kombi aparatı almış, kombilərə görə cəmi 1.070 manat pul vermişdir. Bundan başqa Ruslan və Təqsirləndirilən şəxs1lərdən xx.xx.2022-ci il tarixdə “Samsung”, “Orion” bə “JVC” markalı televizor almış, həmin televizorlara görə Ruslan və Seyfullaya 600 manat pu vermişdir. Həmin əşyaların oğurluq olmasını bilməmiş, bu barədə 14-cü PB-nin əməmkdaşları mağazaya gələrkən bilmiş və dərhal satılmayan əşyaları polis əməkdaşlarına qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2la 2016-cı ildə Türkiyədə “Ferro Texnik” şirkətində birgə işləmiş və sertifikat almışdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Ferro” servisdə usta işləyir, mağazanı icarəyə götürmüşdür. Dükanda kombidən başqa həmçinin kondisioner və kondisionerin ehtiyyat hissələrini də satır. 2021ci ilin oktyabr ayında özünü Ruslan kimi təqdim edən şəxs sonradan qardaşı olduğunu bildiyim Seyfulla ilə birgə işlədiyi dükana gələrək özlərini elektrik əşyaların, xüsusilə də kombi aparatının ustası kimi təqdim etmişlər. Ruslan və Seyfulla özlərində işlənmiş kombi istilik cihazının olmasını və satmaq istədiklərini bildirmi.lər. Kombiləri haradan almalarını, oğurluq olub-olmamasını soruşduqda bildirmişlər ki, təmir üçün getdiyi evlərdən alırlar. O, Ruslanla Seyfullaya etiraz etməmiş, çünki özü də işlənmiş kombiləri alaraq dükanda təmir etdikdən sonra başqa şəxslərə satır. Təxminən 2-3 gün sonra Ruslan ona işlənmiş kombi aparatları gətirməyə başlamışdır. İşini etibarlı tutsun deyə hər dəfə Ruslandan kombi aparatı alarkən özündə bu barədə qeydiyyat aparmış, həmçinin Ruslan və Seyfullanın şəxsiyyət vəsiqələrinin surətlərini çıxararaq özündə saxlamışdır. Ağ vərəqdə olan yazıya istinad edərək bildirmişdir ki, Ruslan və Təqsirləndirilən şəxs1lərdən xx.xx.2021-ci il tarixdə 250 manata - “Elektronika” və “ECA”; xx.xx.2021-ci il tarixdə 100 manata -“Viva”; xx.xx.2021-ci il tarixdə 120 manata -“Energy”; xx.xx.2021-ci il tarixdə 100 manata - “Baykan”; xx.xx.2021-ci il tarixdə 300 manata -2 ədəd “İmmergas" markalı kombilər almışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə 50 manata 8 seksiyadan ibarət istilik sistemi almış, ümumilikdə Ruslan və Seyfulladan cəmi 7 ədəd kombi aparatı almış, kombilərə və 8 seksiyaya görə cəmi 920 manat pul vermişdir. Ruslan və Seyfulla mağazaya 2021-ci ilin oktyabr, noyabr və dekabr ayının əvvəllərində əşya satmış, həmin əşyaların oğurluq olmasını bilməmiş, bu barədə 14-cü PB-nin əməmkdaşları mağazaya gələrkən bilmiş və dərhal 8 seksiyadan ibarət istilik sistemini polis əməkdaşlarına qaytarmışdır. Onunla alveri Ruslan aparmış, Seyfulla mağazaya cəmi 2 dəfə gəlmiş, hər ikisində də kənarda dayanmışdır. Malların qiymətlərini Ruslan özü müəyyən edirmiş, alver edib ümumi razılığa gəlirmişlər. Ruslanın başı kombidən yaxşı çıxdığından işlənmiş malların bazar qiymətini asan müəyyən edirmiş. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/1052 saylı, 10 mart 2022-ci il tarixli rəyindən görünür ki, "Sony” markalı oyun konsolu 180 manat; “Eco Gastherm” markalı gərginlik tənzimləyici 30 manat; “Quattro Trigger” markalı tir tüfngi 120 manat; “HP” markalı nootbuk kompyuter 150 manat; “Samsung” markalı televizor 650 manat və kombi aparatının istilik radiatorları 64 manat, cəmi 1.624 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, X19 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29.180.1-ci maddəsi ilə təqsirli bilinərək 08 aü müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3, 69.3cü maddələri ilə təqsirli bilinib, 02 il, 01 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)197/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə 8 noyabr X40 amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 05-ci Bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış və məhkum Təqsirləndirilən şəxs1 cəzasının sonu ilə əlaqədar 25 fevral 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə və xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahidlərin ifadə və göstərdikləri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahidlərin ifadə və göstərdikləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X23 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh., 151). Cinayət işinin materiallarında olan 29 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 189). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)86/2022 saylı, 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbirinin müddətinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01, səh., 214). Cinayət işinin materiallarında olan 19 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur (cild 02, səh., 33). Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh.,52). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması barədə 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (cild 02, səh.,73). Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (cild 02, səh.,77). Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)395/2022 saylı, 27 aprel 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmuş və onlar məhkəmə iclas zalından həbs edilmişlər. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 25 manat ) tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdikləri 100 saata görə hər birinə ayrı-ayrılıqda 600 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixə kimi, Təqsirləndirilən şəxs2 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanılma müddəti nəzərə alınmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs32 mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş əməl nəticəsində ona dəymiş 9.300 manat məbləğində maddi ziyan və 113 manat ödənilmiş dövlət rüsumunun, mülki iddiaçı Zərərçəkmiş şəxs40 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki qaydada iddia ərizəsi ilə müraciət edərək, 5.510 manat məbləğində maddi ziyan və 75 manat dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs32 mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs2 mülki iddiaçı Zərərçəkmiş şəxs32 xeyrinə 9.300 manat məbləğində maddi ziyan və 113 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs40 mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilməli, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki iddiaçı Zərərçəkmiş şəxs40 xeyrinə müştərək qaydada 5.510 manat məbləğində maddi ziyan və 75 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs2 «02» (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət, («19» fevral 2022-ci il tarixdən «21» fevral 2022-ci il tarixə) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs1 «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət («27» yanvar 2022-ci il tarixdən «29» yanvar 2022-ci il tarixə) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «27» aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (hər birindən 25 manat ) tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutların sahiblərinə qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirak etdikləri 100 saata görə hər birinə ayrı-ayrılıqda 600 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Mülki iddiaçı Zərərçəkmiş şəxs32 mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs2 mülki iddiaçı Zərərçəkmiş şəxs32 xeyrinə 9.300 manat məbləğində maddi ziyan və 113 manat ödənilmiş dövlət rüsumu tutulsun, Mülki iddiaçı Zərərçəkmiş şəxs40 mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki iddiaçı Zərərçəkmiş şəxs40 xeyrinə müştərək qaydada 5.510 manat məbləğində maddi ziyan və 75 manat dövlət rüsumu tutulsun. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar