Məhkəmə qərarları › İş №1(008)-33/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-33/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-33/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda kirayədə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, 09 yanvar 1977-ci il tarixdə Culfa şəhəri, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 3 ünvanda yaşamış, başqa cinayət işi üzrə həbsdə olmaqla azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, dostları Şahid3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə, digər dostları Zərərçəkmiş şəxs onlara olan etibarından sui-istifadə edərək 2020-ci ilin oktyabr ayının ortalarında sonuncuya Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçədə yerləşən 436 nömrəli evinə bitişik, dövlət torpaq fonduna aid və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən 0,2 ha torpaq sahəsini özəlləşdirəcəyinə dair vəd verib, həmin işin görülməsi iqtidarında olduğunu tam əmin etmək məqsədilə cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan, cinayətdən xəbərsiz tanışından istifadə edib sonuncunun vasitəsilə qeyd edilən torpaq sahəsində guya ölçülərin aparılması gürüntüsü yaradıb inandıraraq aldatma yolu ilə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında qrupun üzvü Şahid3 aldığı 2.500 manat məbləğində pulu öz aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs bu üsulla Şahid3 daha pul əldə edə bilməyəcəyini zənn edib, Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə qanunsuz və əvəzsiz ələ keçirilməsinə yönəlmiş cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs2la birgə Zərərçəkmiş şəxs yanına gedib həmin torpaq sahəsini həqiqətən də Təqsirləndirilən şəxs2la birgə özəlləşdirəcəklərinə yalan vədlər verməklə inandıraraq ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında xx.xx.2021 -ci il tarixdə 1.500 manat, 2021-ci ilin iyul ayının sonlarında 3.300 manat, 2021-ci ilin avqust ayında isə Təqsirləndirilən şəxs2 vasitəsilə 700 manat pulunu vahid niyyətlə əhatə edən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, 8.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, dostları Şahid3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə, digər dostları Zərərçəkmiş şəxs onlara olan etibarından sui-istifadə edərək 2020-ci ilin oktyabr ayının ortalarında sonuncuya Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçədə yerləşən 436 nömrəli evinə bitişik, dövlət torpaq fonduna aid və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən 0,2 ha torpaq sahəsini özəlləşdirəcəyinə dair vəd verib, həmin işin görülməsi iqtidarında olduğunu tam əmin etmək məqsədilə istintaqa məlum olmayan, cinayətdən xəbərsiz tanışından istifadə edib sonuncunun vasitəsilə qeyd edilən torpaq sahəsində guya ölçülərin aparılması gürüntüsü yaradıb inandıraraq aldatma yolu ilə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında qrupun üzvü Şahid3 aldığı 2.500 manat məbləğində pulu öz aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs bu üsulla Şahid3 daha pul əldə edə bilməyəcəyini zənn edib, Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə qanunsuz və əvəzsiz ələ keçirilməsinə yönəlmiş cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs1lə birgə Zərərçəkmiş şəxs yanına gedib həmin torpaq sahəsini həqiqətən də Təqsirləndirilən şəxs1lə birgə özəlləşdirəcəklərinə yalan vədlər verməklə inandıraraq ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında xx.xx.2021-ci il tarixdə 1.500 manat, 2021-ci ilin iyul ayının sonlarında 3.300 manat, 2021-ci ilin avqust ayında isə 700 manat pulunu vahid niyyətlə əhatə edən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, 8.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ümumiyyətlə pul almamış, Şahid3 və Təqsirləndirilən şəxs2 Azərdən aldığı pullardan isə ona hər hansı məbləğdə pul verilməmişdir. Şahid3lə Zərərçəkmiş şəxs əsgərlik yoldaşı olmuşlar. O, Etibarla qohumdur, Azəri də Etibar vasitəsi ilə tanımışdır. Hazırki hadisəyə qədər Azərlə birlikdə oturub yemək yemişlər, dəfələrlə Zərərçəkmiş şəxs klinikasında olmuşlar. Zərərçəkmiş şəxs hansısa torpağın sənəd işlərini həll etməsini Etbardan xahiş etmiş, Etibarla Zaur isə Azərə kömək edəcəklərini demişlər. Onun bildiyinə görə ilkin olaraq Etibar Azərdən 1000 manat pul almışdır. O, özü həmin vaxt təhsil alması ilə əlaqədar Ukraynada olmuşdur. Bir müddət sonra Azər ona zəng edərək Eibardan şikayət edəcəyini, onu aldadaraq pulunu aldığını bildirimişdir. Sonra Nurlana adlı xanım da bununla bağlı ona zəng etmişdir. Bundan sonra o, Zaurla birlikdə Azərin işlədiyi klinikaya Azərin yanına getmişlər. Zaur ona sənədləşdirmək istədiyi torpağın problemli olduğunu və həmin ərazidən elektrik xəttinin keçdiyini demişdir. O, Azərin yanına gedərək Etibarla bir elli olduqlarını deyərək ondan şikayət etməməsini xahiş etmişdir. Həmçinin, Azərə demişdir ki, Zaur özü burdadır, işi o, həll etməli idi, “bu Zaur, bu da sən, özünüz məsələnizi həll edin”. Bir müddət sonra Nurlana adlı xanım ona zəng edərək işin həll edilmədiyini bildirdikdə o, həmin xanıma demişdir ki, “məni yığma, Zaurun nömrəsini bilirsiz, işi o, həll edir, ona zəng edin”. Olanlar hamısı bundan ibarətdir. O, Azər Məhərrəmou aldatmamış, X8 razılaşmalarında sonradan xəbəri olmuş, Azərlə bu barədə danışmasının səbəbinin isə qohumu Etibardan şikayət etməməsi üçün Azəri yola gətirmək olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Etibarın əsgər yoldaşı kimi tanıdığını, Ukraynada olan zaman Azərin ona zəng edərək Etibara 2500 manat məbləğində pul verdiyini, lakin Etibarın sənədləşmə işini həll etmədiyini bildirdiyini, həmin vaxt Azərə “mən neyləyə bilərəm” kimi cavab verdiyini, Azərin sənədləşməsini xahiş etdiyi torpağın harada yerləşməsindən xəbərinin olmadığını, bir dəfə də olsun həmin ərazidə olmadığını, Azər ona Etibardan şikayət edəcəyini bildirən zaman Azərə bir elli olduqlarını və şikayət etməməsini xahiş etdiyini, sonradan Azərin onu Etibardan vaxtında şikayət etməyə qoymamasında günahlandırdığını, Azərin Etibara ümumi nə qədər pul verməsini, hansı sənədlərin hazırlanmalı olmasını bilmədiyini, Nurlana adlı xanımın ona 2-3 dəfə zəng etdiyini, bu zaman Nurlanaya ona pul verilmədiyini bildirdiyini, hadisə ilə bağlı Azərin işlədiyi klinikada cəmi bir dəfə Zaurla olduğunu, bu zaman onlara hər hansı məbləğdə pul verilmədiyini, onun klinikaya getməkdə məqsədinin Azərin Etibardan şikayət etməməsi üçün onu yola gətirmək olduğunu, bu məqsədlə 2021-ci ili iyul ayında kilinikaya Zaurla getdiklərini, Nurlana adlı xanımı ilk dəfə polis idarəsində üzləşmə zamanı gördüyünü, daha öncə görmədiyini, Aksana adlı xanımı klinikada bir dəfə onlara çay gətirən zaman gördüyünü və həmin xanımın onun facebook dostluğunda olduğunu, Etibara Azərin ona zəng etdiyini və şikayət edəcəyini deyən zaman Etibarın ona Azərdən 2500 manat pul aldığını və torpaq məsələsini həll edəcəyini bildirdiyini və Azərə işin həll olunacağını bildirməsini xahiş etdiyini, Azərin yanına Zaurla getdikləri gün Azərin nə ona, nə də Zaura pul vermədiyini, Etibarın ona Azəri aldatmasını demədiyini, sadəcə torpaq məsələsi olduğunu, məsələnin həll olunacağını, Azərlə görüşən zaman isə Zaurun da Azərə eynilə işin həll olunacağını bildirdiyini, Azərin Zaura onun yanında heç vaxt pul vermədiyini, Etbarın ona Azərin işini Zaurla həll edəcəklərini bildirdiyini, Zaurun da bunu etiraf etdiyini, Azərə də onun yanında işi həll edəcəyini bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında deyil, 2021-ci ildə Azərlə Etibar onun ofisinə gələrək Badamdar ərazisində torpaq sahəsinin sənədləşməsi üçün ondan kömək istəmişlər. O, isə məsələni həll edə biləcəyini və bunun üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. Onun müxtəlif idarələrdə yaxın dostları olmuş, o, həmin dostlarına məsələni dedikdə onlar həll edə biləcəklərini söyləmişlər. Etibarın Azərdən bu işlə bağlı pul almasından, hansı məbləğdə pul almasından xəbəri olmamışdır. Dəqiq tarix yadında olmasa da, işin həlli ilə bağlı Azərin işlədiyi klinikaya getmiş və Azərdən 1500 manat pul almışdır. Həmin vaxt o, klinikaya tək getmiş və həmin pulun ona verilməsi zamanı orada Azərlə ondan başqa heç kim olmamışdır. Kartına pul göndərilməsini xatırlamır. Onun Azərdən aldığı sadəcə 1500 manat olmuşdur. Məhkəmə iclasında verimiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 istintaq zamanı da özünü ittihamda təqsirli bilmədiyini, müstəntiqə ifadə vermədiyini, Azərin sənədləşməsini xahiş etdiyi torpağın harada yerləşdiyini bilmədiyini, ora özünün getmədiyini, onun danışıqları nəticəsində icra hakimiyyətində işləyən şəxslərdən kimlərinsə gedib əraziyə baxdıqlarını, Azərə həmin torpaq sahəsinin özəlləşdiriləcəyinə dair söz verdiyini, torpaq sahəsində yüksək gərginlikli elektrik xətlərinin keçməsindən məlumatlı olduğunu, bu işlə bağlı Təqsirləndirilən şəxs1lə heç bir əlaqəsinin olmadığını, Azərdən aldığı 1500 manatı aidiyyəti şəxslərə verdiyini, bunun müqabilində Azərə müvafiq sənədlərin göndərildiyini, 1500 manatdan 750 manatı aidiyyəti şəxslərə sənəd işləri üçün verdiyini, 750 manatı isə özünə xərclədiyini, Nizamini cəmi iki dəfə gördüyünü, Azərin klinikasına bir dəfə Nizami ilə, bir dəfə isə tək getdiyini, Nizaminin ona Azərin Etibarı tutdurmaq istəməsini bildirməsi səbəbindən Nizami ilə birlikdə klinikaya getdiklərini, klinikaya getməkdə məqsədlərinin Azərdən Etibardan şikayət etməməsini xahiş etmələrinin olduğunu, Azərə işi özünün həll edəcəyini bildirdiyini, həmin gün Azərin ona pul vermədiyini, Nizaminin ona “sən sənədləri düzəlt ki, Azər Etibardan şikayət etməsin” dediyini, ilk dəfə onun ofisinə torpağın sənədləşməsini xahiş etmək üçün Azər, Etibar və Nizaminin gəldiklərini, Azərin Etibara pul verməsindən xəbərinin olmadığını bildirmişdir. Növbəti məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına olan bank kartına 03 iyul 2021-ci il tarixdə 300 manat, 05 yul 2021-ci il tarixdə isə 400 manat köçürülməsinə dair müvafiq qəbzlər təqdim edildikdə Təqsirləndirilən şəxs2 həmin məbləğlərin ona göndərildiyini təsdiq etmiş və ötən məhkəmə iclasında yadından çıxdığından ona pul göndərilmədiyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində özünə məxsus 1995-ci ildən aldığı ünvan 5 ünvanda yerləşən həyət evinə bitişik 0,2 ha, yəni 2 sot torpaq sahəsini özəlləşdirmək qərarına gəlmiş, lakin evinə bitişik olan 0,2 ha torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirə bilməmişdir. Bununla bağlı bir neçə tanışına müraciət etmişdir. Həmin ərəfədə 2000-ci ildə birgə hərbi xidmətdə olduqlarından aralarında dostluq münasibətləri yaranmış Şahid3 işlədiyi «Medicare» klinikasına gəlmişdir. Söhbət əsnasında Şahid3 demişdir ki, evinə bitişik olan 0,2 ha torpaq sahəsi var, lakin dövlət torpaq fonduna aiddir və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, belə olmasaydı torpağı özəlləşdirərdi. Etibar bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirə bilər. Bu danışıq klinikanın icraçı direktoru Şahid2 iştirakı ilə olmuşdur. Etibar istər hərbi xidmət, istərsə də, hərbi xidmətdən sonra onun etibarını qazandığından Etibara inanmış, torpaq sahəsinin müvafiq sənədlərinin surətini Etibara təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Şahid3 klinikaya gələrək bildirmişdir ki, torpaq sahəsini özəlləşdirməyə başlayıb, torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat lazımdır, ilkin olaraq 2.500 manat ödənməlidir. O, bu işin belə ucuz başa gələcəyinə təcüblənmiş, Etibar bildirmişdir ki, guya ona görə tanışlarından xahiş etmiş, tanışları Etibarın xahişini nəzərə alaraq ucuz qiymətə razılaşmışlar. Həmin tarixdə o, işçi Şahid2 iştirakı ilə Etibara torpağın özəlləşdirilməsi üçün 2.500 manat pul vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında o, Etibara bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, “Barbeku” kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək olar. Etibar ona bildirmişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Etibara tam inanmadığından demişdir ki, dönərxananın tikilməsi barədə İcra Hakimiyyətindən sənəd alınandan sonra 3.000 manatı verəcək. Həmin ərəfədə Etibar ona bildirmişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Razin Talkuçkası’’ adlanan Bakıxanov Bazarı ilə üzbə-üz yerləşən “Barbeku” kafesinin həyətində dəmir konstruksiyalı köşk tiktirməyə rəsmi olaraq razılıq alıb. Hətta Etibar ona guya razılıq alması barədə sənəd göstərmiş, lakin sənəd Etibarın özündə qalmışdır. O, tam əmin olmuşdur ki, Etibar razılıq alıb və onu aldatmır. Etibar demişdir ki, torpağın özəlləşdirilməsi ilə bağlı tələsməsin, həmin işidə həll edəcək. O, ticarət işini bilmədiyindən 2020-ci ilin oktyabr ayının sonlarında yenidən Şahid2 iştirakı ilə «Medicare» klinikasında Etibara 3.000 manat pul vermişdir. Ona pul lazım olanda işçisi Şahid2 müraciət edir, belə ki, pullarını klinikada Şahid2 saxlayır, odur ki, hər dəfə Etibara pulu Nurlananın şahidliyi ilə vermişdir. Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Etibar torpaq sahəsinin özəlləşdirilməsi üçün heç bir iş görmədiyindən o, həmin işə görə və dönər köşkü ilə əlaqədar Etibarı tələsdirmişdir. 2020-ci ilin noyabr ayında Etibar bildirmişdir ki, saat 20 radələrində, yəni havanın qaranlıq saatlarından başlayaraq gecə saatlarınadək köşkü tikməlidirlər. O, Etibardan soruşmuşdur ki, əgər rəsmi razılıqları vardırsa nə səbəbdən gecə saatlarında tikməlidirlər. Etibar bildirmişdir ki, tikinti əslində gecə saatlarında aparılmalıdır ki, yoldan ötən insanların təhlükəsizliyi təmin edilsin. Önəmlisi razılıq sənədi olduğundan əhəmiyyət verməmişdir. 2020-ci ilin noyabr ayının axırlarında, saat 20 radələrində öz xərci ilə həmin ünvana dəmir gətizdirmiş, həmin vaxt Etibar oradan getmiş, lakin əhəmiyyət verməmiş, düşünmüşdür ki, rəsmi sənəd vardırsa problem olmaz. Tikintiyə başlayarkən bu barədə məlumat verməsi üçün Etibara zəng vurmuş, lakin Etibar telefonunu artıq söndürmüşdür. O, dərhal əvvəlcədən danışdığı ustalarla birgə quraşdırma işinə başlamışlar. Növbəti günə keçən gecə, yəni saat 02 radələrində dəmir konstruksiyadan dönər köşkü tikərək işlərini bitirmişlər. Növbəti gün Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tikinti aparılan yerə gələrək tikintinin sökülməsini tələb etmiş, o, bildirmişdir ki, tikintiyə rəsmi sənəd almış, lakin İcra nümayəndələri demişlər ki, tikintiyə razılıq verilməyib və heç bir rəsmi sənəd yoxdur. O, başa düşmüşdür ki, Etibar onu aldadıb. Həmin gündən başlayaraq Etibara zəng çatmamış, onun nömrəsi bloka atmış, Etibarı axtarsa da tapa bilməmişdir, əmin olmuşdur ki, Etibar onu aldadaraq pulunu ələ keçirib. Odur ki, şikayət etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə Etibara şikayət edəcəyi barədə xəbər göndərmişdir. 2021-ci ilin iyul ayının əvvələrində həmin söhbətlərdən təxminən 10 ay ötəndən sonra Etibarın vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 klinikaya gəlmiş, Zaur və Nizami torpağın özəlləşdirilməsi ilə bağlı özünün məşğul olduğunu bildirmiş, işin ləngiməsinə görə Etibarın əvəzinə ondan üzrhaqlıq etmişlər. Zaur və Nizami torpaq sahəsinin özəlləşdirilməsi məsələsini həll edəcəklərinə bir daha söz verərək xahiş etmişlər ki, Etibardan şikayət etməsin. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək ondan əlavə olaraq 1.500 manat pul almışdır. 2021 -ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya gəlmiş, torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin 1 ay ərzində həll olunacağını demiş, əlavə olaraq ondan 3.300 manat pul istəmişlər, bildirmişlər ki, 20 avqust 2021-ci il tarixdə torpağın sənədləri hazır olacaq. O, Nizami və Zaura 3300 manat məbləğində pul vermişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını demiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 sözlərinə əsasən qeyd olunan məbləğdə pulu sonuncunun kart hesabına köçürmüşdür. Həmin köçürmənin qəbzini izahatına əlavə etmişdir. Həmin vaxtdan sonra Etibarı tapa bilməmiş, ona sonradan məlum olmuşdur ki, Etibar, Nizami və Zaur heç bir iş görməmişlər. Bununla da Etibar, Nizami və Zaur torpaq sahəsinin özəlləşdirilməsi adı ilə onun 8.000 manatını, dönər köşkünün açılması adı ilə isə Etibar tək özü 3.000 manatını ələ keçirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Zaurla ilk dəfə telefon vasitəsi ilə Etibarın vasitəliyi ilə danışaraq tanış olduğunu, real olaraq həyatda onu Zaurla tanış edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, Nizaminin Zaurla onun klinikasına gələrək Etibardan şikayət etməməsini xahiş edən zaman Zauru ilk dəfə gördüyünü, həmin vaxt artıq Etibarın yoxa çıxaraq onun zənglərinə cavab vermədiyini, Nizami ilə bu məsələ ilə bağlı telefon danışıqlarının olduğunu, Nizamiyə Etibarın onun pulunu alaraq yoxa çıxdığını bildirdiyini, Nizaminin onun klinikasına gələrək Etibardan şikayət etməməsini və işin həlli üçün əlavə 1500 manatın lazım olduğunu bildirdiyini, həmin gün Nizamiyə 1500 manat pul verdiyini, növbəti dəfə Nizaminin Zaurla birgə iyul ayının sonlarında gələrək onu Zaurla tanış etdiyini, həmin gün onlara işin həll edilməsi üçün 3300 manat pul verdiyini, Zaurun ofisinə Etibar və Nizami ilə getmədiyini, Zaurun ofisinə ilk dəfə artıq pulları ələ keçirilib Zaur yoxa çıxandan sonra onu tapmaq məqsədi ilə getdiyini, 1500 manatı Nizaminin iyul ayında klinikaya gələrək götürdüyünü, ondan 10 gün sonra isə Zaurla gələrək 3300 manat aldıqlarını bildirmişdir. Sonrakı məhkəmə iclaslarında zərərçəkmiş şəxs hazırki cinayət işi ilə əlaqədar ona dəymiş 8000 manat ziyanın 2500 manat hissəsinin Şahid3 tərəfindən, 3000 manat hissəsinin Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun istintaq zamanı yazılmış ifadələri onun sözləri ilə yazılmamışdır. Təqsirləndirilən şəxs1 onun qohumu, Təqsirləndirilən şəxs2 isə tanışı olmuşdur. O, Təqsirləndirilən şəxs2 Nizami vasitəsi ilə tanımışdır. Yəni, onu Zaurla tanış edən məhz Nizami olmuşdur. Zərərçəkmiş şəxsla həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 o, tanış etmişdir. İlk dəfə X12 ofisində tanış etmişdir. Həmin vaxt Zaura Azərin torpaq məsələsi olduğunu və torpağın sənədləşməsinə kömək lazım olduğunu bildirmiş, Zaur da Azərə həmin məsələni həll edə biləcəyini demişdir. X10 arasında olan danışıqlardan xəbəri olmamış, Zaurun Azərdən hansı məbləğdə pul almasını bilməmişdir. O, özü Azərdən pul almış, lakin hazırda Azərə dəymiş ziyanı tam ödəmişdir. Azərdən 1000 manat almasından həm Zaurun, həm də Nizaminin xəbəri olmuşdur. Lakin həmin puldan onlara heç nə verməmişdir. Növbəti məhkəmə iclasında təkrarən dindirilmiş Şahid3 bildirmişdir ki, o, Azərdən aldığı məbləği ona ödəmiş, bununla yanaşı, bütünlüklə vurulmuş zərərin 25% hissəsini dövlət büdcəsinə ödəmiş və məhkəmənin qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. Həmin 25% məbləği təkbaşına ödəmiş, həmin məbləğin ödənilməsində nə Nizaminin, nə də Zaurunun payı və ya iştirakı olmamışdır. O, Azərdən 5500 manat məbləğində pul alarkən nə Zaurla, nə də Nizami ilə öncədən razılaşmamışlar. Həmin vaxtı onun pul almasından Nizaminin və Zaurun xəbəri olmamış, o, aldığı puldan onlara heç nə verməmişdir. O, Azəri Zaurla tanış etdikdən və Zaur Azərə ona sənədləri düzəltməkdə kömək edəcəyini dedikdən sonra onlar arasında olan haqq-hesabdan xəbərsiz olmuşdur. Necə ki, o, aldığı puldan Zaura heç nə verməmiş, Zaur da ona aldığı məbləğdən hər hansı pul verməmişdir. X13 hansı məbləğdə pul almasından belə xəbəri olmamışdır. Nizaminin Azərdən pul alıb-almamasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən «Medicare» klinikasında müxtəlif vəzifələrdə, 2020-ci ildən isə həmin klinikanın icraçı direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qeyd olunan klinikanın təsisçisi və direktorudur, uzun illərdir ki, bir-birilərini tanıyırlar, Şahid3 Bəxtiyar oğlunu Azərin vasitəsi ilə tanımış, Azərlə Etibar hərbi xidmətdə bir yerdə olmuşlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini özəlləşdirmək qərarına gəlmişdir. Bununla bağlı bir neçə tanışına müraciət etmiş, o cümlədən Etibar da bu barədə bilmişdir. Etibar Azərə demişdir ki, Etibarın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində tanışları vardır, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməkdə köməklik göstərə bilər. Bu danışıq onun iştirakı ilə «Medicare» klinikasında baş tutmuşdur. Azər Etibara inandığı üçün həmin işin görülməsinə etiraz etməmiş və torpaq sahəsinin müvafiq sənədlərinin surətini Etibara təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Etibar bir daha klinikaya gələrək Azərlə görüşmüş və torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat pul lazım olduğunu bildirmişdir. Azər və o, bu işin belə ucuz qiymətə başa gəldiyindən təcüblənmiş, Etibar bunu Azərə görə tanışlarından xahiş etdiyini, bu səbəbdən hörmət olaraq bu qiymətə torpağı özəlləşdirdiklərini demişdir. Həmin tarixdə Azər onun iştirakı ilə Etibara ilkin olaraq 2.500 manat pul vermiş və sonuncu çıxıb getmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında klinikada olarkən Zərərçəkmiş şəxs Etibara bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, “Barbeku" kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək istəyir. Etibar Azərə demişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Zərərçəkmiş şəxs Etibara demişdir ki, dönərxananın tikilməsi barədə İcra Hakimiyyətindən sənəd alandan sonra 3.000 manatı verəcək. Həmin ərəfədə Etibar Zərərçəkmiş şəxs bildirmişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz yerləşən “Barbeku” kafesinin həyətində dəmir konstruksiyalı köşk tiktirməyə rəsmi olaraq razılıq almışdır. X16 Məhərrəmova guya razılıq alması barədə sənəd göstərmiş, lakin sənəd Etibarın özündə qalmışdır. Etibar Azərə demişdir ki, torpağın özəlləşdirilməsi ilə bağlı tələsməsin, həmin işidə həll edəcək. 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs onun iştirakı ilə «Medicare» klinikasında Etibara 3.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs pul lazım olanda ona müraciət edir, belə ki, Azərin pullarını klinikada o, saxlayır, odur ki, hər dəfə Azər Etibara pul verərkən pulun verilməsinin şahidi olmuşdur. Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Etibar nə torpaq sahəsinin özəlləşdirilməsi, nə də ki, dönər satışının həyata keçirilməsi üçün yerli İcra Hakimiyyətindən icazəsini almamışdır. Azər həmin işlərlə bağlı Etibardan dəfələrlə maraqlansa da, Etibar müxtəlif bəhanələr gətirərək işlərin yaxın zamanda həll olunacağına vəd vermişdir. Azər aldanıldığını başa düşüb Etibardan şikayət etmək qərarına gəlmiş və şikayət edəcəyini Etibara demişdir. xx.xx.2021 -ci il tarixdə Etibarın vasitəsi ilə tanıdıqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 klinikaya gəlmiş, onlar Etibarın əvəzinə Azərdən üzrhaqlıq etmiş, torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Zaurla Nizami həll edəcəklərini bildirmişlər. Zaur və Nizami Azərdən xahiş etmişlər ki, Etibardan şikayət etməsin. Həmin vaxt Nizami və Zaur torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək klinikada Azərdən əlavə olaraq 1.500 manat pul almışlar. 2021 -ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya gələrək Azərə torpaq sahəsinin özəlləşdirilmə məsələsinin artıq 1 ay ərzində həll olunacağını deyib Azərdən əlavə olaraq 3.300 manat pul istəmişlər. Bildirmişlər ki,2 0 avqust 2021-ci il tarixdə torpağın sənədləri hazır olacaq. Həmin tarixdə Azər onun iştirakı ilə Nizami ilə Zaura 3300 manat vermişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs2 Azərə zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirib Azərdən əlavə 700 manat pul istəmiş, Azər Təqsirləndirilən şəxs2 sözlərinə əsasən qeyd olunan məbləğdə pulu sonuncunun kart hesabına köçürmüşdür. Lakin Etibar, Nizami və Zaurun torpaq sahəsinin çıxarışını almaq üçün vəd verdiyi vaxtın keçməsinə baxmayaraq bu iş həll olunmamışdır. Bir müddət sonra məlum olmuşdur ki, Etibar, Nizami və Zaur heç bir iş görməmişlər və Azərdən pulları alaraq ələ keçirmişlər. Bundan sonra Azər adı çəkilən şəxslərdən pulunu geri qaytarmaqlarını tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək yayınmışlar. Bir müddət gözlədikdən sonra Azər həmin şəxslərdən şikayət etmək qərarına gəlmişdir. Etibar, Nizami və Zaur adlı şəxslərlə əlaqə saxlamağa çalışsalar da, sonradan Etibar, Nizami və Zaur istifadələrində olan mobil telefon nömrələrini söndürmüşlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Etibar Zərərçəkmiş şəxs pullarını alıb yoxa çıxdıqdan sonra Nizami ilə əlaqə saxladıqlarını, Nizaminin klinikaya gələrək işin həlli üçün pulun çatmadığını qeyd edərək 1500 manat pul aldığını, klinikadakı pulları o saxladığından pulları Zərərçəkmiş şəxs şəxsən verdiyini, pulların verilməsi prosesində iştirak etdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəfələrlə klinikada gördüyünü, Zaurla Nizami klinikaya birlikdə gəldikləri gün onlara 3300 manat pul verdildiyini, Zaurla əlaqə saxlanılan zaman Zaurun sənədlərin hazır olduğunu bildirdiyini, onlara saxta sənədlər verdiyini, saxta sənədlər verdikdən sonra isə Zaurun şirinlik kimi 700 manat pul istədiyini, həmin məbləğin onun kartına göndərildiyini, klinikada olan pullar onda olduğundan həmin pulların verilməsi zamanı da özünün həmin prosesdə iştirak etdiyini, klinikada kameraların olduğunu, lakin həmin görüntülərin 1 aydan sonra avtomatik silindiyini, özü həm də hüquq şirkətinin direktoru olduğundan Azərin bu cür işləri onunla məsləhət etdiyini, bu səbəbdən də pullar verilən zaman Azərin yanında olduğunu, istintaq zamanı üzləşdirmə aparılarkən Təqsirləndirilən şəxs1 Azərdən pul almasını etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından ünvan 6 ünvanda yerləşən «Tour Med» klinikasının baş direktoru vəzifəsində işləyir, əvvəl isə həmin ünvanda yerləşən «Medicare» klinikasında baş direktorun müşaviri vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs qeyd olunan klinikanın təsisçi və baş direktoru, Şahid2 isə həmin klinikanın icraçı direktorudur. Onların hər ikisini uzun illərdir tanıyır, Nurlananın özü ilə rəfiqədirlər. Şəbəndəyev X1 birgə hərbi xidmətdə olmuş, Etibar «Medicare» klinikasına tez tez gəlib getdiyi üçün Etibarı Azərin vasitəsi ilə tanımışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs özünə məxsus Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini özəlləşdirmək qərarına gəlmişdir. Bununla bağlı bir neçə tanışına müraciət etmiş, o cümlədən Etibar da bu barədə bilmişdir. Etibar Azərə demişdir ki, Etibarın Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətində tanışları vardır, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməkdə köməklik göstərə bilər. Azər Etibara inandığı üçün həmin işin görülməsinə etiraz etməmiş və torpaq sahəsinin müvafiq sənədlərinin surətini Etibara təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Etibar bir daha klinikaya gələrək Azərlə görüşmüş və torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat pul lazım olduğunu bildirmişdir. Azər bu işin belə ucuz başa gəldiyindən təcüblənsə də, Etibar bunu Azərə görə tanışlarından xahiş etdiyini, bu səbəbdən hörmət olaraq bu qiymətə torpağı özəlləşdirdiklərini demişdir. Həmin tarixdə Azər Nurlananın iştirakı ilə Etibara ilkin olaraq 2.500 manat pul vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında klinikada olarkən Zərərçəkmiş şəxs Etibara bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, “Barbeku” kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək istəyir. Etibar Azərə bildirmişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Zərərçəkmiş şəxs Etibara demişdir ki, dönərxananın tikilməsi barədə İcra Hakimiyyətindən sənəd alandan sonra 3.000 manatı verəcək. Həmin ərəfədə Etibar Zərərçəkmiş şəxs bildirmişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz yerləşən “Barbeku” kafesinin həyətində dəmir konstruksiyalı köşk tikdirməyə rəsmi olaraq razılıq alıb. X16 Məhərrəmova guya razılıq alması barədə sənəd göstərmiş, lakin sənəd Etibarın özündə qalmışdır. Etibar Azərə demişdir ki, torpağın özəlləşdirilməsi ilə bağlı tələsməsin, həmin işidə həll edəcək. 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs onun və Nurlananın iştirakı ilə «Medicare» klinikasında Etibara 3.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs pullarını klinikada Nurlana saxladığından Azərə pul lazım olduqda Nurlanadan götürür. Odur ki, Nurlana, Azərin Etibara və digərlərinə pul verməsinin şahidi olmuşdur. Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Etibar nə torpaq sahəsinin özəlləşdirilməsi, nə də ki, dönər satışının həyata keçirilməsi üçün yerli İcra Hakimiyyətindən icazəsini almamışdır. Azər həmin işlərlə bağlı Etibardan dəfələrlə maraqlansa da, Etibar müxtəlif bəhanələr gətirərək işlərin yaxın zamanda həll olunacağını deyib icra etməmişdir. Azər aldanıldığını başa düşüb Etibara şikayət edəcəyini demişdir.15 iyul 2021-ci il tarixdə Etibarın vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 klinikaya gəlmiş, onun və Nurlananın iştirakı ilə Nizami və Zaur Azərdən üzrhaqlıq etmiş, torpaq sahəsinin özəlləşdirilməsi məsələsini özlərinin həll etdiklərini bildirmişlər. Zaur və Nizami xahiş etmişlər ki, Etibardan şikayət etməsin. Həmin vaxt Nizami və Zaur torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək onlar klinikada Azərdən əlavə olaraq 1.500 manat pul almışlar. 2021-ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya gələrək Azərə torpaq sahəsinin özəlləşdirilmə məsələsinin artıq 1 ay ərzində həll olunacağını deyib Azərdən əlavə olaraq 3.300 manat pul istəmiş, bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə torpağın sənədləri hazır olacaq. Azər Nurlananın və onun iştirakı ilə Nizami ilə Zaura 3300 manat pul vermişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs2 Azərə zəng edərək torpaq sahəsinin çıxarışının hazır olduğunu deyib kartına əlavə 700 manat pul köçürməsini bildirmişdir. Azər Təqsirləndirilən şəxs2 kartına 700 manat köçürmüşdür. Lakin Etibar, Nizami və Zaurun torpaq sahəsinin çıxarışını almaq üçün vəd verdiyi vaxtın keçməsinə baxmayaraq bu iş həll olunmamışdır. Bir müddət sonra məlum olmuşdur ki, Etibar, Nizami və Zaur heç bir iş görməmişlər və Azərdən pulları alaraq ələ keçirmişlər. Bundan sonra Azər adı çəkilən şəxslərdən pulunu geri qaytarmaqlarını tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək yayınmışlar. Bir müddət gözlədikdən sonra Azər həmin şəxslərdən şikayət etmək qərarına gəlmiş, Etibar, Nizami və Zaur adlı şəxslərlə əlaqə saxlamağa çalışsalar da, sonuncular istifadələrində olan mobil telefon nömrələrini söndürmüşlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Nizami və Zauru tanıdığını, Nizaminin öncədən də Etibarla birlikdə tez-tez klinikaya gəldiyini, Zaurla Nizami birlikdə gələn zaman onlara 3300 manat verilməsinin, o cümlədən, təklikdə də 1500 manatın da Nizamiyə verilməsinin şahidi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçju qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən “Medecare Kilinikası”dır (i.v.15-17). Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pul almadığını bildirsə də, Zərərçəkmiş şəxs onun üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları demişdir (i.v.169-172). Məhkəmə baxışı zamanı əldə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin "xxxx" MMC tərəfindən təqdim edilmiş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 23 iyul 2021-ci il tarixdə, saat 10:14-dən 10:50-dək ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatlarında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatlarından görünür ki, o, 01 iyul 2021-ci il tarixdə, saat 15:32 radələrində və 23 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten məlumatlarında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və "xxxx" MMC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsinin anten məlumatlarından görünür ki, ittihamda göstərilən 15 və 30 iyul 2021-ci il tarixlərdə, o cümlədən, Təqsirləndirilən şəxs1 klinkaya getməsinin anten məlumatları ilə müəyyən edildiyi 01 iyul və 23 iyul 2021-ci il tarixlərdə və vaxtda Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPMnin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək törədilmiş cinayətdə iştirakının olmadığını göstərsə də, məhkəmə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutları tədqiq edərək, o cümlədən, təqsirləndirilən şəxslərin hər birinin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini ayrı-ayrılıqda və əlaqəli şəkildə təhlil edərək Təqsirləndirilən şəxs1 ifadələrində səmimi olmaması qənaətinə gələrək onun məhkəmə iclaslarında verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələr arasında və həmin ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında olan ziddiyyətlərə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin izahatından görünür ki, o, həmin izahatında özünü AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri təqsirli bilməmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin yay aylarında Şahid3 vasitəsi ilə tanımışdır. O, Kiyev şəhərində təhsil alırmış və oradan qayıtdıqdan sonra Azərlə hal-əhval tutmaq üçün onun Sabunçu qəsəbəsində yerləşən klinikasına getmişdir. Orada söhbət zamanı Azər ona bildirmişdir ki, torpaq sahəsinə sənəd almaq üçün Etibara 2500 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Azər ona zəng edərək Etibarın verilmiş pul müqabilində heç bir iş görmədiyini və Etibardan şikayət edəcəyini bildirmişdir. Bundan sonra o, Etibarla görüşmüş, Etibar ona sənəd işini Zaurun həll etməli olduğunu bildirmişdir. O, Zauru da Etibar vasitəsi ilə tanımışdır. Bundan sonra o, Zaurla birlikdə Azərin klinikasına getmişdir. Həmin vaxt Zaur Azərə torpağın sənəd işini özünün həll etdiyini, lakin bunun üçün əlavə pul lazım olduğunu bildirmiş, Azər də Zaura 1500 manat pul vermişdir. Bir müddət sonra Azərin işçisi Nurlana ona zəng edərək torpağın sənədi ilə maraqlanmış, o isə həmin qadına bu işə aidiyyətinin olmadığını bildirmişdir. X14 və Zaur arasında pul məsələsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 05 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində dindirilməsi” protokolunda olan ifadəsindən görünür ki, o, həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində Şahid3 ona və Təqsirləndirilən şəxs2 danışmışdır ki, Zərərçəkmiş şəxs iş yerində olarkən sonuncu ona bildirmişdir ki, özünə məxsus, ünvan 7 ünvanda yerləşən həyət evinə bitişik 0,2 ha, yəni 2 sot torpaq sahəsini özəlləşdirmək istəyir, bununla bağlı bir neçə tanışına müraciət etmiş, lakin həmin torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirilməsi mümkün deyil. Etibar Azərə bildirmişdir ki, guya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, Bakı şəhər İcra Hakimiyyətində və digər orqanlarda tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməyə köməklik göstərə və digər istənilən işləri görə bilər. Şahid3 bu barədə ona və Təqsirləndirilən şəxs2 danışdıqdan sonra razılığa gəlmişlər ki, Azəri inandırsınlar ki, guya torpaq sahəsini birgə, yəni onunla və Təqsirləndirilən şəxs2la özəlləşdirəcəklər, aldıqları pulları isə bölüb xərcləyərlər. Belə ki, həmin ərəfədə onların heç birinin xərclik belə pulları olmamışdır. Əvvəlcədən razılaşmışlar ki, inandırıcı olsun deyə Etibar Azərə desin ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndəsi ilə torpaq sahəsinə baxılmalıdır. Təqsirləndirilən şəxs2 ofisində kuryer işləyən, heç bir anket məlumatını bilmədiyi tanışından xahiş etmişdir ki, Şahid3lə birgə sonuncunun göstərəcəyi torpaq sahəsinə gedib həmin torpaq sahəsinin ölçülərini götürsünlər. Lakin Zaurun ofisində kuryer işləyən şəxsə məqsədləri barədə bildirməmişlər. Etibar Zaurun ofisində kuryer işləyən 23-25 yaşlı oğlanla birgə həmin torpaq sahəsinə getmiş, torpağı nəzərdən keçirərək həmin oğlan torpağın ölçülərini götürmüşdür. Sonradan Etibarın ona və Zaura deməsinə görə torpaq sahəsində olarkən aşkar görünürmüş ki, torpaq sahəsi dövlət torpaq fonduna aiddir və yüksək gərginlikli elektrik xəttinin altında yerləşir, odur ki, Azər torpağı özəlləşdirə bilməmişdir. Azəri torpağı özəlləşdirəcəyinə inandırmaq məqsədi ilə Etibar, Etibarı Azərin həyətində qarşılayan Azərin qardaşı olan şəxsdən Azərin evinin çıxarışının surətini götürmüşdür. Təxminən 1 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının ortalarında Etibar Azərin iş yerinə gedərək bildirmişdir ki, torpaq sahəsini özəlləşdirməyə başlamış, torpaq sahəsinin özəlləşdirilməsi üçün 4500 manat pul lazımdır, ilkin olaraq 2500 manat ödəyər, qalan pulu isə hissə-hissə verər. Azər bildirmişdir ki, 4500 manata havayıdır, Etibar Azərə demişdir ki, güya Azərin xətrinə tanışlarından, xahiş etmişdir deyə ucuz qiymətə razılaşmışlar. Etibarın deməsinə görə Zərərçəkmiş şəxs işçisi Şahid2 iştirakı ilə Etibara 2500 manat pul vermişdir. Etibar həmin 2500 manatı götürdükdən sonra Etibar, Zaurla və onunla görüşmüş, Azərdən 2500 manat aldığını bildirmiş, o, Etibarla Zaura demişdir ki, Mingəçevir şəhər Polis İdarəsində işləyən oğlu Tərtər rayonunda yol-nəqliyyat hadisəsi törədib, bu səbəbdən təcili olaraq Tərtər rayonuna getməlidir. Odur ki, Etibar həmin puldan 500 manatını ona vermişdir ki, oğlunun dalınca Tərtər rayonuna gedə bilsin. Etibar həmin 2500 manatdan 400 manatını Zaura vermiş, qalan 1600 manatı isə özünə götürmüş, bildirmişdir ki, o, öz payına düşəni götürdü, qalan 2000 manatı alarkən Zaurla onun arasında böləcək. O, 500 manatı götürərək həmin gün Tərtər rayonuna getmiş, 500 manatı şəxsi işlərinə xərcləmişdir. Həmin ərəfədə Şahid3 Zərərçəkmiş şəxsla birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində dönər köşkü tikdirərkən işləri alınmadığından və Etibar həmin işə görə Zərərçəkmiş şəxs 3000 manat alıb şəxsi işlərinə xərcləyərək qaytara bilmədiyindən Zərərçəkmiş şəxs 3000 manatla yanaşı Bayıl qəsəbəsindəki torpaq sahəsinə dair çıxarışıda tələb etməyə başlamışdır. O, anlamışdır ki, Azər Etibara torpağa görə ödəməli olduğu qalan 2000 manatı verməyəcək. Odur ki, həmin ərəfədə, yəni 2020-ci ilin noyabr ayının axırlarında Azər ona zəng vuraraq bildirmişdir ki, Etibar Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv 34-cü küçə, ev 436 ünvanda yerləşən həyət evinə bitişik 0,2 ha, yəni 2 sot dövlət torpaq fonduna aid və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsini özəlləşdirmək adı ilə Azərdən 2500 manat alaraq aldatmışdır. Azər bildirmişdir ki, Etibar Azərin pulunu qaytarmasa şikayət edəcək. 2021-ci ilin iyul ayının əvvəllərində Şahid3 və Təqsirləndirilən şəxs2la qərara gəlmişlər ki, o, Zaurla birgə klinikaya getsin, Azərə desinlər ki, guya Azərin torpağının sənədləşdirilməsi ilə o, Zaurla birgə məşğul olurmuş, işin tamamlanması üçün əlavə olaraq pul lazımdır. Bu minvalla 15 iyul 2021-ci il tarixdə Zaurla birgə klinikaya Azərin yanına getmişdir. Orada olarkən Etibarın əvəzinə Azərdən üzürhaqlıq etmişlər, Zaur bildirmişdir ki, guya torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Zaur onunla birgə həll edir, söz vermişlər ki, torpağı özəlləşdirəcəklər, Etibardan şikayət etməsin. O, Azərə torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyib Azərdən 1500 manat pul alaraq şəxsi işlərinə xərcləmişdir. 2021 -ci ilin iyul ayının sonlarında Zaurla bir daha klinikaya getmiş, demişlər ki, guya 1 ay ərzində torpaq sahəsinin özəlləşdirilməsi məsələsini həll edəcəklər, lakin əlavə olaraq 3300 manat pul lazımdır, 3300 manat verərsə xx.xx.2021-ci il tarixdə torpağın sənədləri tam hazır olacaq. Azər onun iştirakı ila Təqsirləndirilən şəxs2 2000 manat vermiş, bildirmişdir ki, qalan 1300 manat günortadan sonra hazır olacaq. Həmin tarixdə Təqsirləndirilən şəxs2 klinikaya gedərək 1300 manatı Azərdən götürmüş və Zaur 3300 manatı şəxsi işlərinə xərcləmişdir. Sonradan Zaurun ona və Etibara deməsinə görə 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 Azərə zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirmiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini istəmişdir. Azər həmin 700 manatı Təqsirləndirilən şəxs2 kart hesabına köçürmüş, Zaur 700 manatı şəxsi işlərinə xərcləmişdir. Həmin ifadəsindən 10 gün sonra Təqsirləndirilən şəxs1 yenidən ifadə verərək özünü təqsirli bilməmiş və ilkin izahatında göstərdiyi xüsusatları təkrarlamışdır. Həmin ifadəsində sonra müstəntiqin sualına cavab olaraq Azərin 1500 manatı Zaurla birgə klinikaya getdikləri gün Zaura verdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tamamilə fərqli məzmunda verilmiş ifadələrini onun məhkəmə istintaqı zamanı verdiyi ifadələr ilə müqayisəli şəkildə tədqiq edərək onun ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək verdiyi ifadələrin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadələrlə uzlaşmadığı qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərin Etibara pul verməsi ilə Azərin klinikasına Zaurla birgə getdikləri gün Azərin Zaura 1500 manat pul verdiyini, Azərlə Etibar və Zaur arasında olan haqq-hesabdan xəbərinin olmadığını, bundan sonra Nurlana adlı xanımın ona zəng edərək torpaqla bağlı maraqlandıqda ona məsələnin ona aidiyyətinin olmadığını və Zaura zəng etməsini dediyini bildirsə də, məhkəmə istintaqı zamanı Zaurla birlikdə Azərin klinikasına getdikləri gün Azərin nə ona, nə də Zaura pul vermədiyini, Azərin Zaura sonradan hansı məbləğdə pul verməsindən xəbərinin olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaq zamanı verdiyi ifadələrində Azərlə Etibar arasında narazılıqdan xəbəri olduqdan sonra Azərin klinikasına cəmi bir dəfə Zaurla getdiyini, ondan başqa oraya getmədiyini bildirsə də, məhkəmə istintaqı zamanı əldə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin "xxxx" MMC tərəfindən təqdim edilmiş anten məlumatları elan edildikdən sonra elə təkcə iyul ayında Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında olması elan edildikdən sonra təqsirləndirilən şəxs ilkin olaraq Azərin yanına təkrar Azəri Etibardan şikayət etməməsi üçün yola gətirmək üçün getdiyini, sonrakı məhkəmə iclaslarında isə ödünü yoxlatdırmaq klinikaya həkim yanına getdiyini bildirmiş, klinikadan bunu təsdiq edən sənəd gətirəcəyini bildirsə də, ötən uzun müddət ərzində belə bir sənədi məhkəməyə təqdim edə bilməmişdir ki, bu da təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə müxtəlif və əsası olmayan arqumentə istinad etməsinin göstəricisidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Şahid3 ifadələrindəki xüsusatlarla Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi hallların da ayrılıqda təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Azərin Etibara hansı məbləğdə pul verməsindən öncədən xəbərinin olmadığını, bu barədə yalnız Azər ona zəng edərək Etibardan şikayət edəcəyini bildirdiyi zaman xəbər tutduğunu bildirsə də, məhkəmə iclasında dindirilərkən Şahid3 Azərdən 1000 manat alması barədə Zaurla Nizamiyə dediyini bildirmişdir. Digər bir diqqətəlayiq məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Etibar vasitəsi ilə tanıdığını göstərsə də, məhkəmə iclasında Şahid3 onu Zaurla məhz Təqsirləndirilən şəxs1 tanış etdiyini bildirmiş və həmin xüsusat Təqsirləndirilən şəxs2 tərəfindən də təsdiq edilmişdir. Göstərilən bu xırda məqamların hər biri özü-özlüyündə Təqsirləndirilən şəxs1 özünü hadisələrdən kənarda saxlayaraq məhkəmədə sanki hər şeydən xəbərsiz olması, Zaurla Etibarın qanunsuz əməlləri nəticəsində adının əsassız olaraq hallanması təəssüratı yaratmağa cəhd etməsinin göstəricidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 öncədən Etibarla Azər, o cümlədən, Etibar, Zaur və Azər arasında olan danışıqlardan xəbərsiz olduğunu, məsələdən yalnız Etibarın Azərdən pul alaraq yoxa çıxdıqdan sonra Azərin ona zəng edərək məlumat verməsi nəticəsində xəbər tutduğunu bildirsə də, ibtidai istintaq zamanı verdiyi ilkin izahatında Azərlə hal-əhval tutmaq üçün onun Sabunçu qəsəbəsində yerləşən klinikasına gedən zaman söhbət zamanı Azərin ona torpaq sahəsinə sənəd almaq üçün Etibara 2500 manat pul verdiyini dediyini, bu söhbətdən bir müddət sonra artıq Azərin ona zəng edərək Etibardan şikayət edəcəyini bildirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 ilkin izahatına əsasən Azər ona Etibara torpağın sənədləşməsi üçün 2500 manat pul verdiyini deyən zaman hələ Etibarla Azər arasında heç bir narazılıq olmamışdır. Göstərilən bu hal, yəni, hələ Azərin Etibardan şikayət edəcəyini bildirməsinə qədərki olan vaxt ərzində X7 pul verməsi barədə deməsi, Etibarın da Nizamiyə Azərin ona torpağın sənədləşməsi ilə bağlı ilkin olaraq 1000 manat verməsini deməsi Nizaminin ilk əvvəldən Etibarla Azər arasında olan danışıqlardan xəbərdar olmasının və məhkəmə istintaqı zamanı onun bu barədə məlumatsız olması, yalnız Etibar Azərin pulunu götürüb yoxa çıxdıqdan sonra Azərin ona bu barədə məlumat verməsi zamanı xəbər tutmasına dair irəli sürdüyü dəlilin də həqiqəti əks etdirməməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs1 Azərlə Etibar arasında olan danışıqlardan xəbərsiz olsa və bu barədə onlar arasında hər hansı danışıq olmamış olsa idi, Zərərçəkmiş şəxs Etibar pulu alıb onun zənglərinə cavab vermədiyi zaman Zaura deyil, məhz Nizamiyə zəng etməz, Zaurla Nizaminin klinikaya getdikdən sonrakı müddətlərdə Şahid2 da məhz Nizamiyə zəng edərək məsələ ilə bağlı maraqlanmazdı. Əks halda zərərçəkmiş şəxsin və şahidin torpağa görə ödənilən məbləğdən xəbərsiz və məsələyə aidiyyəti olmayan şəxsə dəfələrlə zəng edərək həmin məsələ ilə bağlı maraqlanmaları, işin hansı səbəbdən həll olunmaması barədə suallar ünvanlanmaları məntiqi və real deyil. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı fərqli ifadələr verməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadələrdəki xüsusatların həm özünün ibtidai istintaq zamanı göstərdiyi hallar, həm də digər təqsirləndirilən şəxslərin ifadələrindəki xüsusatlarla uzlaşmaması, onun ifadələrinin zərərçəkmiş şəxsin və şahidlərin istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla verdikləri biri-digəri ilə uzlaşan ifadələri ilə təkzib edilməsi, ilkin olaraq X5 tanış etməsi, Zaurla ilkin danışıqlar zamanı Etibar və Azərlə birlikdə Nizaminin də orada iştirak etməsi Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə verməsinin göstəricisidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 05 may 2023-cü il tarixdə verdiyi etirafedici ifadəsini işin həqiqi halları, digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə uzlaşan ifadələr kimi qiymətləndirir və onun həmin ifadəsini səmimi verilmiş ifadə kimi qəbul edir. Məhkəmə istintaqı zamanı əldə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrənin "xxxx" MMC tərəfindən təqdim edilmiş anten məlumatlarına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məlumatlarda Təqsirləndirilən şəxs1 məhz 15 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasına getməsi görünməsə də, onun iyul ayında iki dəfə kilinkada olması müəyyən edilmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, tarixin məhz ittihamda göstərilən tarix olmaması (nəzərə alınsa ki, zərərçəkmiş şəxs tarixi dəqiq xatırlamadan təxmini də deyə bilərdi) birmənalı şəkildə onun cinayətdən xəbərsiz olması, zərərçəkmiş şəxsdən pul almaması qənaətinə gəlmək üçün əsas ola bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və Şahid3 hər biri cinayəti bir-birindən xəbərsiz törətdiklərini, Nizaminin cinayətə aidiyyətinin olmadığını göstərsələr də, məhkəmə onların ifadələrinin iş materiallarında olan sübutlara uyğun gəlmədiyini, hətta birinin ifadəsindəki xüsusatın digərinin ifadəsində xüsusatla belə uzlaşmadığını nəzərə alaraq onların ifadələrində səmimi olmaması və ifadələrindəki həmin halı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən kənarda saxlamaq niyyəti ilə deyilmiş xüsusat kimi qiymətləndirir. Məhkəmə onların bu cür ifadə vermələrini cinayətin bir qrup şəxs tərəfindən törədilməsi daha ağır məsuliyyətə səbəb olduğundan və əldə edilmiş vəsaitin ümumi məbləği xeyli miqdar yaratdığından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Şahid3 hər biri digərindən xəbərsiz Azərdən pul aldıqlarını, Etibarın aldığı puldan Zaurun, Zaurun aldığı puldan isə Etibarın xəbərinin olmadığını, Nizaminin isə ümumiyyətlə bu məsələ ilə əlaqəsinin olmadığını göstərməklə əməllərinin daha yüngül maddəyə, yəni AR CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə vəziyyətlərinin yüngülləşdirilməsinə nail olmağa çalışmalarına cəhd kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi X2 aldığı puldan Təqsirləndirilən şəxs1 də verdiyini, Nizaminin Azərdən 1500 manat pul aldığını, Nizami ilə birlikdə kilinikaya gedərkən isə Azərin həmin gün onlara 3300 manat pul verdiyini göstərmiş, Şahid3 də ibtidai istintaq zamanı, o cümlədən, onun özünün cinayət işinə baxılan zaman keçirilən məhkəmə iclasında (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(008)- 381/2023 saylı qərarında olan ifadəsi) verdiyi ifadəsində cinayəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birgə törətdiklərini, Nizaminin Azərdən 1500 manat aldığını, sonradan Zaurla birlikdə 3300 manat aldıqlarını, daha sonra isə Azərin Zaurun kartına 700 manat pul göndərdiyini bildirmiş və verilmiş ittihamın mahiyyətinə uyğun ifadə vermişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasının təsisçisi Zərərçəkmiş şəxsla birgə 2000-ci ildə hərbi xidmətdə birgə olduqlarından aralarında dostluq münasibətləri yaranmış, hərdən Zərərçəkmiş şəxs iş yerində görüşürlərmiş. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs iş yerində olarkən sonuncu ona bildirmişdir ki, özünə məxsus 1995-ci ildən aldığı ünvan 9 ünvanda yerləşən həyət evinə bitişik 0,2 ha, yəni 2 sot torpaq sahəsini özəlləşdirmək istəyir, bununla bağlı bir neçə tanışına müraciət etmiş, lakin alınmamışdır, belə ki, həmin torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirilməsi mümkün olmamışdır. O, Azərə bildirmişdir ki, torpağı özəlləşdirə bilər. Həmin ərəfələrdə, yəni 2020-ci ilin iyul ayında cərrahiyə əməliyyatından çıxdığından pul qazana bilmirmiş, əlində olanları isə əməliyyatına xərcləmişdir. Xərcliyinə pul lazım olduğundan Zərərçəkmiş şəxs demişdir ki, guya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, Bakı şəhər İcra Hakimiyyətində və digər orqanlarda tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməyə köməklik göstərə və digər istənilən işləri görə bilər. O, Azərlə aralarında torpaqla bağlı olan söhbətlərini dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 demiş, razılığa gəlmişlər ki, Azəri inandırsınlar ki, guya torpaq sahəsini Zaur və Nizaminin əli ilə özəlləşdirəcək, aldıqları pulları bölərlər. Belə ki, həmin ərəfədə Zaur və Nizaminində pula ehtiyacları olmuş, düşünmüşlər ki, Azərdən aldığı pulu xərcləyərlər. İnandırıcı olsun deyə Azərə demişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndəsi ilə torpaq sahəsinə baxmalıdır. Azər razılıq verdikdən sonra bu barədə Zaur və Nizamiyə bildirmiş, onların vaxtı olmadığından Zaur öz ofisində kuryer kimi işləyən, heç bir anket məlumatını bilmədiyi işçisindən xahiş etmişdir ki, ki, onunla birgə onun göstərəcəyi torpaq sahəsinə gedib həmin torpaq sahəsinin ölçülərini götürsün. Zaur və ya Nizami həmin kuryerə torpağı ölçməkdə məqsədləri barədə bildirməmişlər. O, Zaurun təqdim etdiyi, 23-25 yaşlı oğlanla birgə həmin torpaq sahəsinə gedərək torpağı nəzərdən keçirmiş, həmin oğlan torpağın ölçülərini götürmüşdür. Torpaq sahəsindən aşkar görünürmüş ki, torpaq sahəsi dövlət torpaq fonduna aiddir və yüksək gərginlikli elektrik xəttinin altındadır. Başa düşmüşdür ki, bu səbəbdən də Azər torpağı özəlləşdirə bilməmişdir. Torpağı özəlləşdirəcəyinə inandırmaq məqsədi ilə onunla kuryeri Azərin həyətində qarşılayan, səhv etmirsə Azərin qardaşı olan şəxsdən Azərin evinin çıxarışının surətini almışdır. Təxminən 1 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının ortalarında Azərin iş yerində Azərə demişdir ki, torpaq sahəsini özəlləşdirməyə başlamış, torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat pul lazımdır, ilkin olaraq 2.500 manat ödəyər, qalan pulu isə hissə-hissə verər. Azər bildirmişdir ki, 4.500 manata havayıdır, o, Azərə demişdir ki, guya Azərin xətrinə tanışlarından xahiş etmiş deyə ucuz qiymətə razılaşıblar. Zərərçəkmiş şəxs işçisi Şahid2 iştirakı ilə ona 2.500 manat pul vermişdir. O, pulu götürərək Zaur və Nizami ilə görüşmüş, Azərdən 2.500 manat pul aldığını bildirmiş, Nizami demişdir ki, Mingəçevir şəhər Polis İdarəsində işləyən hazırda adını xatırlamadığı oğlu Tərtər rayonunda yol-nəqliyyat hadisəsi törədib, bu səbəbdən təcili olaraq Tərtər rayonuna getməlidir. O, həmin puldan 500 manatını Nizamiyə vermişdir ki, oğlunun dalınca Tərtər rayonuna getsin, 400 manatını Zaura vermiş, qalan 1.600 manatı isə özünə götürmüş, bildirmişdir ki, öz payına düşəni götürdü, qalan 2.000 manatı alarkən Zaurla Nizami öz aralarında bölərlər. O, 1.600 manatı şəxsi işlərinə xərcləmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin oktyabr ayının sonlarında Azər ona bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Razin Talkuçkası” adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, “Barbeku” kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək olar. O, Azərə demişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. 2020-ci ilin noyabr ayında Azərə demişdir ki, guya həmin yerdə köşk tikdirməyə rəsmi olaraq razılıq almış, Azərə xatırlamadığı hansısa sənədi ötəri göstərərək bildirmişdir ki, guya dönər köşkünün tikintisinə razılıq alınması barədə sənətdir, Azər sənədin olmasına inanaraq sənədə baxmamışdır. Azərə bildirmişdir ki, 3.000 manatı versin ki, lazımi adamlara ödəyəcək və həftənin altıncı günü saat 20 radələrində, yəni havanın qaranlıq saatlarında köşkü tikməyə başlasın. Azər onunla razılaşaraq dönər köşkünə görə 2020-ci ilin noyabr ayında işçisi Şahid2 iştirakı ilə «Medicare» klinikasında ona 3.000 manat pul vermiş, pulu alaraq Azərə bildirmişdir ki, torpağında özəlləşdirilməsi ilə bağlı sənədlərini düzəldəcək. O, həmin 3.000 manatı şəxsi işlərinə xərcləmişdir. 2020-ci ilin noyabr ayının axırlarında Azər dəmir konstruksiyadan dönər köşkü tikmişdir. Növbəti gün Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tikinti aparılan yerə gələrək sökülməsini tələb etmiş, tikintiyə razılıq verilmədiyini və tikinti üçün heç bir rəsmi sənəd olmadığını bildirmişlər. Azər onu axtarsa da, telefonunu söndürərək nömrəsini dəyişmişdir ki, Azər onu tapa bilməsin. Həmin vaxtdan başlayaraq Azər ümumi tanışları olan Zaur Həsənovdan və Təqsirləndirilən şəxs1 ona tez-tez xəbər göndərərək şikayət edəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayının əvvələrində Təqsirləndirilən şəxs1 və Zaur Həsənovla qərara gəlmişlər ki, Nizami və Zaur klinikaya gedib, Azərə bildirsinlər ki, guya Azərin torpağının sənədləşdirilməsinin tamamlanması üçün əlavə olaraq pul lazımdır. Belə ki, o, ilk günlərdən Azərə demişdir ki, torpağın özəlləşdirilməsinə 4.500 manat lazım olacaq, lakin o, ilkin olaraq Azərdən 2.500 manat almış və o, Nizami və Zaur bilmişlər ki, Azər ona heç vaxt əlavə pul verməyəcək. Bu minvalla xx.xx.2021-ci il tarixdə Nizami və Zaur klinikaya Azərin yanına getmiş, onun əvəzinə Azərdən üzrhaqlıq etmiş, Zaur bildirmişdir ki, guya torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Zaur həll edir, Zaur və Nizami bir daha söz vermişlər ki, torpağı özəlləşdirəcəklər, Azər ondan şikayət etməsin. Təqsirləndirilən şəxs1 torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək Azərdən 1.500 manat pul almışdır. 2021-ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya getmiş, onlar torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin artıq 1 ay ərzində həll olunacağını demiş, əlavə olaraq 3300 manat pul istəyərək bildirmişlər ki, xx.xx.2021-ci il tarixdə torpağın sənədləri tam hazır olacaq. Azər 2.000 manat Təqsirləndirilən şəxs1 vermiş, bildirmişdir ki, qalan 1.300 manat günortadan sonra hazır olacaq. Həmin tarixdə Zaur Həsənov klinikaya gedərək 1.300 manatı Azərdən götürmüşdür. Bundan başqa 2021-ci ilin avqust ayında X15 zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirmiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini istəmişdir. Azər həmin 700 manatı Zaur Həsənovun kart hesabına köçürtmüş, Nizami və Zaur sonradan aldıqları pullardan ona verməmiş, belə ki, həmin ərəfələrdə Zaurun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılmış, Zaur həmin pulları həmin işlərinə xərcləmişdir ki, həbs edilməsin. Torpaq sahəsinin özəlləşdirilməsi adı ilə Azərdən cəmi 8.000 manat almışlar. Göründüyü kimi, hazırda məhkəmə iclaslarında təqsirləndirilən şəxslər və hazırki iş üzrə şahid Etibar Şahgəldiyev həm ibtidai istintaq zamanı verdikləri ifadələrindən, o cümlədən, biribirilərindən fərqli ifadələr, zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2 isə istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla eyni məzmunlu birinin ifadəsi digəri ilə uyğun gələn ifadələr vermişlər ki, bu da təqsirləndirilən şəxslərin işin həqiqi hallarını təhrif etmələri, sonradan ifadələrini dəyişməklə məsuliyyətdən yayınmağa cəhd etmələri qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-digər təqsirləndirilən şəxslərin iş materiallarında olan ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 05 may 2023-cü il tarixdə verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək Azər Hüseynovdan cəmi 2200 manat məbləğində pul aldığını, Etibarın Azərlə arasında olan məsələdən xəbərsiz olduğunu, Nizaminin bu məsələ ilə əlaqəsinin olmadığını göstərsə də, məhkəmə onun da həmin ifadələrini həqiqəti əsk etdirməyən ifadələr kimi qiymətləndirir və gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırır: Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı təqdim edilmiş bütün sənədləri imzalamaqdan imtina etmiş və heç bir sənədi imzalamamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi özü tərəfindən imzalanmasa da, həmin dindirmə zamanı iştirak etmiş müdafiəçisi tərəfindən imzalanmışdır. O, həmin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs sonuncunun torpağına sənəd düzəldilməsi üçün yalnız 4000 manat pul almış, 3300 manatı nağd olaraq, 700 manatı isə sonuncu onun kart hesabına köçürmüşdür. Digər pulları Təqsirləndirilən şəxs1 və Şahid3 almışlar. Onun aldığı 4000 manat pul xeyli miqdarı yaratmır, odur ki, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilə bilməz. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Şahid3 onun dostlarıdır, həmin şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur, mehriban dostlar olduqlarından tez-tez görüşürmüşlər. Şahid3 Zərərçəkmiş şəxsla 2000-ci ildə hərbi xidmətdə bir yerdə olduqlarından daha mehriban münasibətləri yaranmış, odur ki, tez-tez Zərərçəkmiş şəxs təsisçisi olduğu Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi 5 ünvanda yerləşən «Medicare» klinikasında görüşürmüşlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində Şahid3 ona və Təqsirləndirilən şəxs1 danışmışdır ki, Zərərçəkmiş şəxs iş yerində olarkən sonuncu ona bildirmişdir ki, özünə məxsus, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv 34-cü küçə, ev 436 ünvanda yerləşən həyət evinə bitişik 2 sot torpaq sahəsini özəlləşdirmək istəyir, bununla bağlı bir neçə tanışına müraciət edib, lakin həmin torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirilməsi mümkün deyil. Etibar Azərə demişdir ki, guya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, Bakı şəhər İcra Hakimiyyətində və digər orqanlarda tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməyə köməklik göstərə və digər istənilən işləri görə bilər. Etibarın deməsinə görə Zərərçəkmiş şəxs Etibara 2500 manat pul vermiş, həmin puldan Etibar Nizamiyə 500 manat vermiş, ona həmin puldan 1 manatda olsun verməmişdir. Həmin ərəfədə Şahid3 Zərərçəkmiş şəxsla birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində dönər köşkü tikdirərkən işləri alınmadığından və Etibar həmin işə görə Zərərçəkmiş şəxs 3000 manat alıb şəxsi işlərinə xərcləyərək qaytara bilmədiyindən Zərərçəkmiş şəxs 3000 manatla yanaşı Bayıl qəsəbəsindəki torpaq sahəsinə dair çıxarışıda tələb etməyə başlamışdır. Odur ki, həmin ərəfədə, yəni 2020-ci ilin noyabr ayının axırlarında Azər ona zəng vuraraq bildirmişdir ki, X11 rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv 34-cü küçə, ev 436 ünvanda yerləşən həyət evinə bitişik 2 sot dövlət torpaq fonduna aid və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsini özəlləşdirmək adı ilə Azərdən 2500 manat alaraq aldadıb. Azər demişdir ki, Etibar pulunu qaytarmasa şikayət edəcək. Etibar Azərin şikayət etmək istədiyini görüb müxtəlif bəhanələrlə Azəri şikayətdən yayındırmış və vaxtı uzatmışdır. 2021ci ilin iyul ayının əvvəllərində Azərin real olaraq şikayət edəcəyini görüb Şahid3 və Təqsirləndirilən şəxs1lə qərara gəlmişlər ki, o, Nizami ilə klinikaya gedib məsələyə aydınlıq gətirsinlər. Bu minvalla xx.xx.2021-ci il tarixdə Nizami ilə birgə klinikaya Azərin yanına getmişlər. Orada olarkən Etibarın əvəzinə Azərdən üzrhaqlıq etmiş, o, Azərə demişdir ki, torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Nizami ilə birgə həll edəcəklər, söz vermişlər ki, torpağı özəlləşdirəcəklər, lakin Etibardan şikayət etməsin. Nizami Azərə torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyib Azərdən 1.500 manat pul almış, həmin pulun ona heç bir aidiyyəti olmamış və Nizami həmin puldan ona verməmişdir. Nizami həmin torpaq sahəsinə sənəd düzəldə bilmədiyindən torpağa dair sənədi o, düzəltməli olmuşdur. Odur ki, 2021-ci ilin iyul ayının sonlarında Nizami ilə birgə klinikaya getmiş, Azərə demişdir ki, 1 ay ərzində torpaq sahəsinin özəlləşdirilməsi məsələsini həll edəcək, bunun üçün 3300 manat pul lazımdır, 3300 manat verərsə xx.xx.2021-ci il tarixdə torpağın sənədləri tam hazır olacaq. Azər ona 2000 manat vermiş, bildirmişdir ki, qalan 1300 manat günortadan sonra hazır olacaq. Həmin tarixdə klinikaya gedərək 1300 manatı Azərdən götürmüşdür. 2021-ci ilin avqust ayında Azərə zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirmiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini istəmişdir. Azər həmin 700 manatı hazırda xatırlamadığı kart hesabına köçürmüşdür. 2021-ci ilin sonlarından başlayaraq Azər ondan və Nizamidən torpaqla bağlı çıxarışı tələb etməyə başlamış, hətta 2022-ci ilin yanvar ayında Nizami ilə birgə Azərin iş yerinə gedərək bildirmişlər ki, səbirli olsun çıxarış hazırlanır. Sonradan Azərin əl çəkmədiyini görüb ondan yayınmış, Azərlə söhbətlərinin və Azərin onlara pul verməsinin şahidi olan Aksana və Nurlana ona zəng vursalar da, zənglərinə cavab verməmiş, sonralar isə telefon nömrəsini dəyişmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı zərərçəkmiş şəxsdən 4000 manat pul aldığını bildirsə də, məhkəmə istintaqı zamanı ilk öncə 1500 manat aldığını və kartına ümumiyyətlə pul göndərilmədiyini bildirmiş, növbəti məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 kartına 700 manat pulun göndərilməsini təsdiq edən bank qəbzləri təqdim edildikdən sonra isə Təqsirləndirilən şəxs2 kartına pul göndərildiyini unutduğunu bildirərək həmin məbləği də ələ keçirdiyini etiraf edərək zərərçəkmiş şəxsdən cəmi 2200 manat pul aldığını, Etibarın Azərdən aldığı pullardan xəbərinin olmadığını, Nizaminin isə bu işə aidiyyətinin olmadığını bildirmişdir. Göstərilən bu hallar, yəni Təqsirləndirilən şəxs2 hər ifadəsində fərqli məbləğ göstərməsi, zərərçəkmiş şəxs tərəfindən bank qəbzləri təqdim edilənədək məhkəməni yanıltmağa çalışaraq katına hər hansı məbləğ göndərilmədiyini bildirməsi, qəbzlər təqdim edildikdən sonra məcburiyyət qarşısında qalaraq həmin məbləği də qəbul etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsində Etibarın aldığı puldan Nizamiyə də verdiyini göstərməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ümumiyyətlə Etibarın aldığı puldan xəbərinin olmadığını, Nizaminin isə ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu göstərməsini nəzərə alaraq onun ifadələrində səmimi olmaması qənaətinə gəlir və Təqsirləndirilən şəxs2 hər dəfə fərqli hallara istinad etməsini onun əməlinin AR CM-nin daha yüngül maddəsinə tövsif edilməsinə cəhdi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Şahid3 ifadələrində xüsusatları təhlil edərək Təqsirləndirilən şəxs2 Etibarın Azərdən pul almasından xəbərsiz olmasının, Təqsirləndirilən şəxs1 Azərlə olan məsələdə heç bir rolunun olmamasının real olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında Şahid3 torpağın sənədləşməsi ilə bağlı Zaurun tanışları olduğundan onu Azərlə tanış etdiyini bildirmiş, həmin hal məhkəmə iclasında zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 tərəfindən də təsdiq edilmiş, Təqsirləndirilən şəxs1 də Etibarın ona torpağın sənədləşməsi işini Zaurun həll edəcəyini bildirdiyini göstərmişdir ki, bu hal özü zərərçəkmiş şəxsin sənədləşməsini xahiş etdiyi torpaqla bağlı təqsirləndirilən şəxslərin öncədən əlaqəyə girdiklərini və həmin məsələ ilə bağlı olan danışıqlardan, əldə edilmiş pul vəsaitlərindən hər birinin xəbərdar olmalarının göstəricisidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 özü ibtidai istintaq zamanı Etibarın Azərdən aldığı puldan və həmin pulun məbləğindən məlumatlı olduğunu göstərmiş, həmin xüsusat Təqsirləndirilən şəxs1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı müxtəlif tarixlərdə keçirilən iclaslarda fərqli məzmunda ifadə vermiş, həm özünün, həm də digər təqsirləndirilən şəxslərin cinayətdə iştirakı ilə bağlı işin hallarına və iş materiallarında olan sübutlara uyğun olmayan ifadələr verməklə onu gözləyən məsuliyyətin yüngülləşdirilməsinə nail olmağa çalışmışdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-digər təqsirləndirilən şəxslərin iş materiallarında olan ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə, iş üçün əhəmiyyət kəsb edən sənədlərlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin 05 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Sabunçu qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır (i.v.130). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.150). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01 sentyabr 2012-ci il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, 2018-ci ildə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 02 may 2018-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, 25 dekabr 2023-cü il tarixdə AR CM-nin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 29 dekabr 2023-cü il tarixdə barəsində olan cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v.196-197). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2022-ci il tarixdə AR CMnin 178.2.1, 178.2.2, 178.2.4, 310, 312.2 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 30 aprel 2022-ci il tarixdə iş məhkəməyə göndərilmiş, 20 iyun 2022-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 20 iyun 2022-ci il tarixdə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir (i.v.198-199). Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-123/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2, 310, 320.1 və 32,312.2ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 310-cu maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2 və 66.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(103)-1353/2023 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)- 123/2023 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.4, 312.2-ci maddəsi ilə elan olunmuş ittiham hökmdən xaric edilmiş, AR CM-nin 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(004)-27/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 1(103)-1353/2023 saylı qərarı ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli. 1(008)-671/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmaqla barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş ƏAT nəticəsində 11 mart 2024-cü il tarixdə saxlanılaraq MSY-nə təhvil verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(008)-33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmişdir. “Təqsirləndirilən şəxsin tutulması haqqında” 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsində AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə tutulmuş və Bakı şəhəri Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli, 4(008)-370/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 4(103)-676/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli, 4(008)-370/2024 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından həbs edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03 may 2024-cü il tarixli notarial ərizədən görünür ki, ona dəymiş ziyandan 3000 manat Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların hər birinin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, (CM-59.1.12), onun tərəfindən dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı tutularaq saxlandığı, məhkəmə istintaqı zamanı isə həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər (məhkəmə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edildikdən sonra başqa cinayət işi ilə bağlı 17 iyun 2024-cü il tarixdə tutulduğunu, həmin tarixdə “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin dayandığını və hesablanmadığını, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli, 4(008)-370/2024 saylı qərarı ilə məhkəmə iclas zalında azad edildiyi tarixdən Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 4(103)-676/2024 saylı qərarı ilə məhkəmə iclas zalından həbsə alındığı tarixədək ev dustaqlığında olmasını (Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(008)-33/2024 saylı qərarı qüvvədə olmuş və təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həmin tarix aralığında hər hansı başqa qətimkan tədbiri seçilməmişdir ki, bu da ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımının davam etməsinə dəlalət edir) və onun 11 mart 2024-cü il tarixdən 17 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında, 19 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək ev dustaqlığında saxlandığı müddətin 03 ay 12 gün təşkil etməsini nəzərə alır) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti qismən etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(004)-27/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(004)- 27/2024 saylı hökmü ilə ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməklə başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə gələcəkdə təqsirləndirilən şəxslərin AR CM-nin 80-1-ci maddəsi ilə nəzərdə tutulmuş imkandan istifadə edərək cəzadan azad olunmaq hüquqlarından istifadə edə bilmələrinin təmin edilməsi üçün onların hər birinin cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 40-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73-1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. AR CM-nin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, məhkəmə adı çəkilən Plenum qərarında göstərilənləri, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində iştirakının dərəcə və xarakterini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(008)-381/2023 saylı qərarı ilə cinayətin digər iştirakçısı Şahid3 müəyyən edilmiş payı çıxıldıqdan sonra qalıq qalmış məbləği (5500 manat) nəzərə alaraq vurulmuş ziyanda Təqsirləndirilən şəxs1 payının 3000 manat həcmində, Təqsirləndirilən şəxs2 payının isə 2500 manat həcmində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 qohumları tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyandan 3000 manat ödənilsə də, həmin məbləğin 25% məbləğində dövlət büdcəsinə ödəniş edilməmiş, təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ümumiyyətlə hazırki ittihamda təqsirli bilmədiyini, 3000 manat məbləğində pulun onun iradəsi nəzərə alınmadan qohumları tərəfindən ödənildiyini, 25% məbləği ödəmək fikrinin olmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ümumi zərər məbləğinin 25% hissəsinin digər təqsirləndirilən şəxs Şahid3 tərəfindən ödənilməsində onun da iştirakının və payının olması barədə sual ünvanlandıqda Təqsirləndirilən şəxs1 Etibar Şəbədəyev tərəfindən zərər məbləğinin 25% hissəsinin ödənilməsində heç bir qəpik də payının olmadığını, həmin məbləğin Etibar Şəbədəyevin öz təşəbbüsü ilə ödənildiyini bildirmiş, ötən məhkəmə iclaslarında həmin xüsusat Etibar Şəbədəyev tərəfindən də təsdiq edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 özünü cinayət əməlində ümumiyyətlə təqsirli bilməyərək cinayət nəticəsində vurulmuş zərərin 25% hissəsinin ödənilməsində iştirakının olmadığını, həmin məbləğin Şahid3 tərəfindən təkbaşına ödənilməsinin məhkəmə istintaqı zamanı tam təsdiq edildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 AR CM-nin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 may 2023-cü il tarixdə tutularaq saxlandığı 01 gün müddət, məhkəmə istintaqı zamanı 11 mart 2024-cü il tarixdən 17 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında, 19 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək ev dustaqlığında saxlandığı 03 ay 12 gün müddət, cəmi 03 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 26 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(004)-27/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid3 tərəfindən vurulmuş 8000 manat məbləğində ziyandan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 1(008)-381/2023 saylı qərarı ilə cinayətin digər iştirakçısı Şahid3 müəyyən edilmiş payı çıxılmaqla qalıq qalmış 5500 manat ziyanda Təqsirləndirilən şəxs1 payı 3000 manat həcmində, Təqsirləndirilən şəxs2 payı 2500 manat həcmində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 gələcəkdə məhkəmə istintaqı zamanı ödənilmiş zərərin 25% həcmində dövlət büdcəsinə ödəniş etməklə, Təqsirləndirilən şəxs2 isə öz payına düşən zərəri ödəməklə, o cümlədən həmin payın 25% həcmində dövlət büdcəsinə ödəniş etməklə AR CM-nin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxslərə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar