Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-33/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi, vəkili Ekol Vəkil Bürosunun Nümayəndə, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxx 2002-ci il tarixdə Rusiya Federasiyası, Perm şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində silah qismində istifadə edilən əşyadan istifadə eməklə, bir qrup şəxs tərəfindən zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 övladı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən 10 fevral 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə alıcı qismində olarkən, ayzayşlı nəvəsinin rəflər arası yolu araba ilə bağladığına görə digər alıcı Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs2 irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək marketin kassa aparatının quraşdırıldığı yerin yaxınlığında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib özunun şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına habelə mağazanın normal fəaliyyət göstərməsinə mane olmasına səbəb olmaqla qəsdən Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurduqdan sonra buna haqlı iradını bildirən Zərərçəkmiş şəxs1 saçından tutub dartıb yerə yıxmış həmin zaman Təqsirləndirilən şəxs2 sonuncunun saçından tutub sürüməsindən istifadə edərək əlində olan mobil telefon aparatını silah qismində istifadə etməklə onunla Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir neçə dəfə vurub Zərərçəkmiş şəxs2 qolundan dişləyərək Təqsirləndirilən şəxs2 ilə birlikdə hər ikisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vurub döyərək Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən alt dodaq nahiyəsinin əzilmiş səthi yarası, sağ əlin qançır və əzilmiş səthi yaraları, sol əlin sıyrığı və sağ diz oynağı hiyəsinin qançırı ilə nəticələnən Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərıaltı hematoması və sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən sağ əlin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət olunan bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərəfindən 10 fevral 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev kuçəsı 27 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə alıcı qismində olarkən, ayzayşlı qızının rəflər arası yolu araba ilə bağladığına görə digər alıcı Zərərçəkmiş şəxs2 tərəfindən ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək marketin kassa aparatının quraşdırıldığı yerin yaxınlığında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib özünün şəxsiyyətim sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ətrafdakı şəxslər uçun aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat norma arına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına habelə mağazanın normal fəaliyyət göstərməsinə mane olmasına səbəb olmaqla Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurduqdan sonra buna haqlı iradını bildirən Zərərçəkmiş şəxs1 saçından tutub dartıb yerə yıxmış həmin zaman onun da mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs1 saçından tutub sürüməsindən istifadə edən Təqsirləndirilən şəxs1 əlində olan mobil telefon aparatını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir neçə dəfə vurub Zərərçəkmiş şəxs2 qolundan dişləyərək Təqsirləndirilən şəxs1 ilə birlikdə hər ikisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vurub döyərək Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən alt dodaq nahiyəsinin əzilmiş səthi yarası, sağ əlin qançır və əzilmiş səthi yaralan, sol əlin sıyrığı və sağ diz oynağı hiyəsinin qançırı ilə nəticələnən Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərıaltı hematoması və sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən sağ əlin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 27-də yerləşən “Rahat “marketə alış-verişə getmişdir. Marketdə alış-veriş edərkən əqli qüsurlu olan azyaşlı bir oğlan uşağının səsini eşidərək arxaya dönmüş və tanımadığı bir qadının həmin uşağın arabasını itələdiyinin şahidi olmuşdur. Bundan sonra həmin qadının səsini eşidərək, qadının uşağı təhqir etdiyi üçün həmin qadınla aralarında sözlə mübahisə yaranmışdır. Həmin qadına uşağın xəstə olduğunu, nə üçün həmin uşağın arabasını itələdiyini soruşmuş, həmin qadın uşağın xəstə olduğunu deyib onu ələ salmağa başlamışdır. Orta yaşlı qadının yanında olan qız isə heç bir şey etmədiyi halda onu polislə hədələmiş və nalayiq sözlərlə təhqir etmişdir. Qız onu təhqir etidiyi üçün qızın üzərinə getmişdir. Bu zaman qızın anası onun üzərinə gəlmiş və aralarında sözlə mübahisə yaranmış və marketin işçiləri onları aralamışlar. Həmin zaman orta yaşlı qadın onun üzərinə gəldiyi üçün anasına zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra anası marketə daxil olmuş və həmin vaxt özünə məxsus mobil telefonu anasına verərək, olanlar barədə anasına məlumat vermiş, həmin qadını axtarmağa başlamış və anası da onun arxasınca gəlmişdir. Həmin qız onu söydüyü üçün o qızın üzərinə getmiş və nə haqla təhqir etdiyini soruşmuşdur. Həmin qızın anası onu söyərək əl qol atmağa başlamışdır. Bundan sonra həmin qızı yenidən anasını təhqir etməyə başlamışdır. Bu zaman anası həmin qızın üzərinə gedərək sonuncuya hücum etmiş və saçından tutaraq yerə yıxmışdır. Yerə yıxdıqdan sonra o, həmin qızı sürüməyə başlamışdır. Həmin vaxtı anası ilə orta yaşlı qadın arasında əl qol hərəkətləri davam etmişdir. Həmin qadın anasının saçından tutaraq boğazına xəsarət yetirmiş, anası həmin orta yaşlı qadının sağ əlini dişləmişdir. Bundan sonra marketdə olan müştərilər onları aralamış, onlar da marketi tərk edərək yaşadıqları evə getmişlər. Nə özü, nə də anası hadisə zamanı telefonla heç kimə xəsarət yetirməmişdir. Marketdə etdiyi hərəkətlərə görə peşman olduğunu bildirərək, ona cərimə cəzası verilməsini xahiş etmişdir. Ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək, təmin edilməməsini, yalnız hadisə zamanı “İphone 5” markalı mobil telefona xəsarətlər dəydiyindən barışıq üçün alıb verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü ıl tarixdə saat təxminən 20:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 27-də yerləşən “Rahat “marketdə qızı Aysun alış-verişə getmişdir. Alış-veriş getdikdən təxminən 10-15 dəqiqə keçdikdən sonra qızı Aysun ona zəng edərək marketdə tanımadığı qadınlarla mübahisə etdiyini bildirmişdir. O dərhal həmin marketə getmiş və marketdə onların mübahisə etdiyini görmüşdür. Onları aralamaq istəyən zaman yaşlı olanı onu əl qolu ilə üz və boğaz nahiyyələrindən cıraraq saçını yolmuş və orta yaşlı qız isə onu nəlayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman həmin qızın onu təhqir etdiyini eşidib saçından tutaraq yerə yıxmış, sonuncunun anası onun saçından tutaraq özünə dartan zaman onun əlindən dişləyərək sinəsindən itələmişdir. Bundan sonra qızı Aysu yerə yıxılan orta yaşlı qızı yerdə sürüyərək əlini çəkmişdir. Marketdə olan müştərilər onları aralamış, onlar isə həmin marketdən çıxaraq yaşadıqları mənzilə getmişlər. O yalnız Zərərçəkmiş şəxs1 saçından yolmuş, yaşlı qadınla mübahisə etmiş, telefonla heç kimə xəsarət yetirməmişdir. Marketdə etdiyi hərəkətlərə görə peşmandır, bir daha belə halların yol verilməməsinə çalışacaqdır. Ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək, təmin edilməməsini, hadisə zamanı “İphone 5” markalı mobil telefonu isə alıb verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 40 ilə yaxındır ki, Xətai rayonu 263 saylı tam orta məktəbdə rus dili müəlliməsi vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:25 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 27-də yerləşən “Rahat” marketdə qızı Vəfa ilə alış-veriş edən zaman marketin içərisində marketin xadiməçisinin yeri sildiyini görüb başqa bir bölməyə keçən zaman azyaşlı bir uşağın marketin arabasını tutub yolu kəsdiyini xadimə görüb uşağa yoldan çəkilməsini bildirmişdir. Uşaqdan səs çıxmadıqda o da uşağa yoldan çəkilməsini demişdir. Bundan sonra bir gənc qız onların yanına gələrək ona və xadiməyə nalayiq ifadələrlə uşağa niyə qışqırdığını, uşağın əlil uşaq olduğunu bildirmiş, bu zaman qızı Vəfa yaxınlaşıb həmin gənc qıza yaşca özündən böyük insanlarla belə danışmağı irad bildirmişdir. Həmin gənc qız qızı Vəfaya nalayiq ifadələr işlədərək vitrindən sousu əlinə götürərək qızının başına vuracağı ilə hədələmişdir. Bunu görən kimi mühafizəni çağırmış, qızına 102-ə zəng etməyi təklif etmişdir. Menecer gələrək onları aralamış və sonra onlar alış-veriş etməyə davam etmişlər. Qızı Vəfa yenə ondan biraz aralıda alış veriş etməyə davam etmişdir. O, telefonunu götürmək üçün başını aşağı salmış və görmüşdür ki, qızı sillə ilə vurulur. Yaşlı olan qadın qızı Vəfanın üzərinə hücum etmişdir. Qızına hücum çəkənlərə əl qaldırmamış, qızını qorumaq üçün əllərini açaraq qabağına keçmişdir. Təqsirləndirilən şəxs1 əlinin altından çıxmış və əlindəki telefonla qızının başına vurmuşdur. Bu zaman o da Xəyalənin saçından tutub qızından aralamışdır. Aysun o vaxt sakit aralıda durmuş, Xəyalə qızı Vəfanı itələyərək Aysuna tərəf atmışdır. Bu zaman Aysun qızının saçından tutaraq şöbə tərəfə sürümüşdür. Sonra Xəyalə telefonunu Aysuna ötürüb qızı Vəfanın saçından tutmuşdur. Bu zaman Aysun onun qabğını kəsmişdir ki, qızı Vəfaya kömək edə bilməsin. O Aysundan aralananda qızı Vəfanın yerdə olduğunu, bir neçə nəfərin qızı Vəfanın Xəyalənin əlindən qurtara bilmədiyini görmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs2 da telefonla qızı Vəfanın alnının sağ yuxarı tərəfindən bir neçə dəfə vurmuş və sonra əllərini cırmaqlamışdır. Əlini uzadıb Xəyalənin biləyini sıxmış, Xəyalə isə onun əlini dişləmişdir. Bundan sonra marketin işçilərinin köməyi ilə bir otağa yerləşib, 102 xidmətinə zəng etdiklərindən polis əməkdaşlarının gəlməsini gözləmişlər. Qeyd edilən anda qızı telefonla olanları qeydə almışdır. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə dəvət etmişlər. İrəli sürülmüş mülki iddianı isə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Mülki iddianı onunla əsaslandırmışdır ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində telefon olmuş, nəticədə onun yanağı yarılmış, dişləri qırılmış, diz qapağı zədələnmişdir. Hadisədən bu günə kimi o zərərçəkmiş və zərərçəkmişin valideyni kimi böyük mənəvi, maddi, psixoloji sarsıntılar, əziyyətlər çəkmişdir. Ən öncə bir valideyn kimi övladını qoruya bilməmiş, onun hansı mənəvi, fiziki, psixoloji və maddi ziyanlara düşməsinin qarşısını ala bilməmişdir. Hadisədən sonra 8-9 ay ancaq xəstəxanalarda, polis idarələrinə getmiş, səhhətləri yol vermədiyindən “taxi” xidmətindən istifadə etmişlər. Həm əlini, həm də sağ dizini rentgen elətdirmiş, əlində olan əzələ zədələnmiş, sol ayağı tapdalandığından damarlar partlayıb, ayağı şişir, əlinin fəaliyyəti məhdudlaşıb, kəskin ağrılar baş verir. Baş vermiş hadisə nəticəsində onun və qızının mənəvi sarsıntı keçirməyi danılmazdır və hadisə nəticəsində və ondan sonra proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Hadisə zamanı dişlərinin bərpası üçün 12 700 manat, müalicə üçün 1 000 manat, mənəvi ziyana görə isə 80 000 manat, dövlət rüsumunun əvəzi olaraq 371.10 manat, cəmi 93 700 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq ona verilməldir. Məhkəmə iclasında ifadəsi elan edilmiş və videokonfrans əlaqə sistemi ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:25 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 27-də yerləşən "Rahat “marketdə anası Sürayyə ilə alış-veriş edən zaman marketin içərisində marketin xadimənin yeri sildiyini görüb başqa bir bölməyə keçən zaman xadimə onlara həmin yerdən keçməməyi və başqa yöndən getmələrini demişdir. Bu zaman azyaşlı bir uşağın marketin arabasını tutub yolu kəsdiyini xadimə görüb uşağa yoldan çəkilməyi xahiş etmişdir. Həmin vaxt marketdə alış veriş edən bir nəfər qadın orada olan xadiməyə irad bildirmişdir ki, həmin uşaq xəstədir və sonuncu düzgün etməyib uşağa arabanı çək deyib. İradı eyni ilə onun anasına bildirmişdir. Bu zaman uşağın arxasında durub alış-veriş edən gənc bir qız uca səslə bildimişdir ki, bu uşağın üzərinə niyə qışqırırsız, niyə arabanı çəkməsini deyirsiniz. Bu vaxt həmin gənc qız onlara tərəf dönərək hansı səbəbdən uşaqa irad bildirildiyini demişdir. Həmin qız özündən yaşca böyük olan xadiməyə qışqırdığından o, həmin qıza sakit olmağı, yaşca böyüklə belə danışmamağı demişdir. Həmin qız onun bədənini süzərək “üzündən vidindən fasonundan bəllidir necə birisən" ifadəsini işlətmişdir. O, həmin qıza bu ifadənin ətrafda olanlara nə aidiyyəti var demişdir. Bundan sonra həmin şəxs ona, anasına və xadiməyə səbəbsiz yerə qışqırmağa başlamışdır. Sonra əlini rəfdə olan sous qutusuna uzadaraq “mən əsəbiyəm, mən hirsliyəm, sizi vuraram” ifadəsini işlədib həmin qutunu götürdüyü yerə qoymuşdur. O, marketin mühafizəçisini gözlə axtararaq səsləmiş, marektin kişi cinsindən olan meneceri yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O, həmin şəxsə baş verənləri izah etmiş, bundan sonra o və anası oradan ayrılaraq alış verişlərinə davam etmişlər. Təxminən 10 dəqiqə sonra ona və anasına həmin qızla bir nəfər təxminən 40 yaşında xanım yaxınlaşmışdır. Həmin gənc qız onu və anasını görsədib “ana budu" demişdir. Həmin yaşlı qadın və qızı anası Sürayyəni sillə və yumuruq zərbələri ilə vurmağa başlamışdır. O, sonuncunun bu hərəkətlərini görüb köməyə adamlar çağırmışdır. Həmin qadın onun qışqırığını görüb dayanmış, o, mobil telefonunda video müşahidə kamerasını açaraq çəkilişə başlamışdır. Həmin xanım ona “işverənsən sən“ ifadəsini işlətmiş və anasını ayaq zərbəsi ilə ayaq hissəsinə vuraraq onun üzərinə hücum çəkib əli ilə onun saçından tutaraq onu yerə yıxmışdır. Anası həmin qadını ondan ayıran zaman cavan qız onun saçından tutaraq sürüyüb marketdə olan rəflərin arasına salmışdır. Yaşlı olan qadın yenidən saçından əli ilə tutaraq əlində olan mobil telefon vasitəsi ilə başına zərbələr endirmişdir. Marketdə olan müştərilərdən 4-5 nəfəri onları ayırmağa çalışmışdır. Anası Zərərçəkmiş şəxs2 həmin yaşlı qadının biləyindən tutaraq ayırmağa çalışmış, həmin qadın anası Sürayyənin biləyindən dişləmişdir. Qadın və qızı onun saçını buraxmışlar. Anası onu yerdən qaldırmış, o anası ilə birlikdə həmi qadınlardan uzaqlaşmışdır. Bundan sonra həmin qadın və qızı sakitləşməyərək marketdə olan salfetkaları onun və anasının üzərinə atmışdır. Marketin işçisi onlara yaxınlaşaraq gedin bayırda dalaşın demişdir. Bundan sonra onlar marketin işçilərindən boş otaq istəmişlər ki, gözləsinlər. Onlar boş otaqa keçdikdə həmin qız onları axtarmış və menecerə onu öz əlləri ilə öldürəcəyini demişdir. Bir qədər sonra ora polis əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. Hadisə, təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin şəxslərdən nisbətən yaşlı olanı onun baş nahiyyəsinə əlində olan mobil telefonla xəsarət yetirmişdir. Əlavə olaraq cavan qadın Aysun da əlində olan telefonla onun başına sağ tərəfdən zərbə vurmuşdur. Onun və anasının üzərinə hücum zamanı o, yerə yıxılan zaman onun əvvəllər 1000 manata almış olduğu hazırda isə bazar dəyərinin neçəyə olmasını bilmədiyi “İphone 5” markalı mobil telefonu yararsız vəziyyətə düşmüşdür. İrəli sürülmüş mülki iddianı isə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Mülki iddianı onunla əsaslandırmışdır ki, hadisəni telefonla çəkərkən Təqsirləndirilən şəxs1 əlindəki “İhone” 14 promax markalı telefonu vurmaqla zədələmiş, bunun nəticəsində həmin telefon elektrik enerjisini saxlamadığı üçün yararsız hala düşmüşdür. Həmçinin onda olan digər “İphone 5” markalı və Samsung Galaxy S3 markalı mobil telefon isə sındırılmış və ona maddi ziyan vurulmuşdur. Maddi və mənəvi ziyan çəkmiş, hadisədən sonra 1 ay müddətində boynunda və başında olan ağrılara görə başını hər hansı yerə qoyaraq yata bilməmiş, bu xəsarətlərlə bağlı Respublika Neyrocərrahiyə xəstəxanasında müayinədən keçmiş, komputer tomoqrafiyası olunmuşdur. Hadisədən sonra bədənində və psixologiyasında müəyyən narahatçılıqlar olduğu üçün 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək, terapevt həkimin, psixiatr həkimin, cərrah həkimin, göz həkiminin, diş həkiminin müayinəsindən keçmək məcburiyyətində qalmış, gözlərində zəiflik yaranmış, gələcəkdə əməliyyat olunmağı qeyd edilmişdir. Sağlamlığının bərpa olunması üçün hadisənin törədildiyi gündən bu günə qədər bir çox dərmanlara pul xərcləmiş və nəticədə müayinə, müalicə və dərmanlar almaq üçün 3 000 manat xərc çəkmişdir. “İhone” 14 promax markalı, “İphone 5” markalı və Samsung Galaxy S3 markalı telefonlar yarasız hala salınmış və ona 4 900 manat ziyan vurulmuşdur. Hadisə zamanı maddi ziyana görə 7 900 manat, mənəvi ziyana görə 100 000 manat, vəkil xidməti üçün 1000 manat, dövlət rüsumunun əvəzi olaraq 397.20 manat, cəmi 109 336.2 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq ona verilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən «Rahat» marketdir (i.v. 4-5). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibb ekspertiza və X2 PHŞ Sabunçu Rayon Şöbəsinin 321 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 alt dodaq nahiyəsinin əzilmiş səthi yarası, sağ əlin qançır və əzilmiş səthi yaraları, sol əlin sıyrığı və sağ diz oynağı nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v 27-28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibb ekspertiza və X2 PHŞ Sabunçu Rayon Şöbəsinin 322 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması və sağ əlin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ əlin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v 29-30). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Haqverdı qızı ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(i.v 103-105). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(i.v 106-109). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(i.v 110-113). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Haqverdı qızı ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(i.v 202-204). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.57). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.205). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.144). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.172). Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin video görüntü 10 fevral 2024-cü il tarixdə saat 20:25 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə Zərərçəkmiş şəxs1 ilə mübahisənin görüntüsüdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 əlində mobil telefon apartı vardır(i.v 74). Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı İlqar Əsədov tərəfindən tərtib edilmiş «diskə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsiyyəti Təqsirləndirilən şəxs1 olan şəxs orada qısa ətəkli qadını, yəni şəxsiyyəti Zərərçəkmiş şəxs1 arxadan gəlib saçından tutaraq onu mağazanın içərisində yerə yıxır, yerdə sürüyür. Bu zaman kənardan gələn Təqsirləndirilən şəxs1 qızı, yəni şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs2 da gəlib anasının saçından tutub sürüdüyü Zərərçəkmiş şəxs1 vurur. Hadisə yerində olan müştərilər isə dayanıb hadisəyə tamaşa edirlər. Sonra isə kənardan gələn şəxsmlərin müdaxilələrindən sonra tərəfləri ayırmaq mümkün olmuşdur(i.v 31). «Götürmə və baxış keçirmə barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 06 ədəd fotoşəkillər və videogörüntünü özündə əks etdirən bir ədəd CD disk götürülmüşdür(i.v. 96). “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham edlan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qəbul ediləcək qərarın surəti və ayrılacaq materiallar Sabunçu RPİ-nin 13-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 186 və 221.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə videogörüntünü özündə əks etdirən 2 ədəd CD disk və 6 ədəd foto şəkillər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.229-234). Arayış və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixli azyaşlı övladı vardır(i.v.207,209- 210). Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il tarixli azyaşlı övladı vardır(i.v.208,211). İş üzrə dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şirxan Allahverdiyev göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istintaq zamanı verdikləri ifadələrini dəfələrlə oxuyaraq tanış olmuş, hətta Zərərçəkmiş şəxs2 bir neçə dəfə düzəliş etdikdən sonra ifadəsini oxuyub imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduqları ifadələrində nə demişlərsə qeyd edilmiş, dedikləri tam olaraq ifadəsində əks olunmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi verərək təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada vurduğu maddi ziyana görə 7 900 manat, mənəvi ziyana görə 100 000 manat, vəkil xidməti üçün 1 000 manat və mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 397.2 manat, əmlakın üzərinə həbs qoyulması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat, cəmi 109 336.20 manat məbləğində pul alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi verərək təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada vurduğu maddi ziyana görə 12 700 manat, həkim müayinəsi və müalicəsinə 1000 manat, mənəvi ziyana görə 80 000 manat, dövlət rüsumunun əvəzi olaraq 371.10 manat, cəmi 93 700 manat məbləğində pul alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-637/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslərin vəsatəti qismən təmin edilərək, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan xx.xx.2024-cü il tarixli “Kia Sportage” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi ev 27, 8 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.2.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə həmin şəxslərin ifadələrində iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı müəyyən ziddiyyətin olmasını nəzərə alaraq onların ifadələrinin ziddiyyətli hissəsində tədqiqinə zərurət görür. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 ifadəsindəki məqamlara münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ibtidai istintaq dövründə təqsirli bilməsə də, məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək hadisə günü “Rahat” marketdə Təqsirləndirilən şəxs2 saçından tutub sürüməsini, digər Zərərçəkmiş şəxs2 hücum etməsini, səs küy salınmasını, marketdə olan şəxslərin onları ayırmasını bildirmişdir. Hadisənin zərərçəkmiş şəxslərin əqli qüsurlu olan azyaşlı bir oğlana söz atması ilə yarandığını qeyd etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi inandırıcı hesab edilərək, göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı və iş materiallarında olan sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə yerə yıxılarkən saçından tutub sürüməsi, hücum edərək xəsarətlər yetirməsinə dair zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusat iş üzrə təqsirləndirilən şəxslərin ifadələri, video görüntü və digər sübutlar ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi hadisənin yaranma səbəbinin zərərçəkmiş şəxslərin əqli qüsurlu olan azyaşlı bir oğlana söz atması ilə bağlı başlamasına münasibətdə məhkəmə qeyd edir ki, hadisələrin sonrakı axarının genişləndirilməsinə münasibətdə müqayisə edilməli olsa qeyd edilən səbəb cuzi səbəb kimi qiymətləndirilməlidir. İş üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Təqsirləndirilən şəxs2 da telefonla Zərərçəkmiş şəxs1 başına zərbələr endirməsini ifadələrində qeyd etsələr də, məhkəmə onların ifadələrini həmin hissədə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin özlərinin məhkəməyədək icraat dövründə verdikləri ifadələri, video görüntülərlə əlaqəli və müqayisəli şəkildə tədqiq edərək onların ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin olmasını nəzərə alaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Təqsirləndirilən şəxs2 telefonla Zərərçəkmiş şəxs1 başına zərbələr endirməsi hissəsində səmimi olmaması qənaətinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs2 vəsatətində(İİ cild i.v 72) Təqsirləndirilən şəxs2 qızının alnının sağ yuxarı tərəfindən bir neçə dəfə telefonla vurması və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 onun başının sağ tərəfindən zərbə endirməsini bildirsə də, “Məhkəmə-tibb ekspertiza və X2 PHŞ Sabunçu Rayon Şöbəsinin 322 nömrəli xx.xx.2024-cü il tarixli rəyinin obyektiv müayinə hissəsində Zərərçəkmiş şəxs1 üzərində ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması və sağ əlin sıyrıqları müəyyən edilmiş, digər xəsarətlər aşkar olunmamış, nə video görüntülərdə, nə də hər hansı bir digər sübutlarla təsdiq edilməmişdir. Verilmiş suallara cavabında zərərçəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 telefonla Zərərçəkmiş şəxs1 başına zərbələr endirməsi ilə bağlı ibtidai istintaq dövründə bildirsə də, müstəntiq tərəfindən ifadələrində qeyd olunmamışdır. İş üzrə dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Şirxan Allahverdiyev göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istintaq zamanı verdikləri ifadələrini dəfələrlə oxuyaraq tanış olmuş, hətta Zərərçəkmiş şəxs2 bir neçə dəfə düzəliş etdikdən sonra ifadəsini oxuyub imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduqları ifadələrində nə demişlərsə qeyd edilmiş, dedikləri tam olaraq ifadəsində əks olunmuşdur. Bundan əlavə Bakı şəhər şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs2 əməlinə Cinayət Məcəlləsinin 134-cü və 221.3-cü maddəsinin tərkibi mövcud olduğu üçün ona daha ağır ittiham verilməsi üçün cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatətlərinin təmin edilməməsi barədə qərarında zərərçəkmiş şəxslərin ifadələrində qeyd edilən “menecerə Zərərçəkmiş şəxs1 öz əlləri ilə öldərücəyinə” və Təqsirləndirilən şəxs2 telefonla Zərərçəkmiş şəxs1 başına zərbələr endirməsinə qiymət verərək, əsasların olmaması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən ilk növbədə 10 fevral 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə qeyd edir ki, 10 fevral 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev kuçəsı 27 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs2 irad bildirməsi cüzi səbəb kimi bəhanə edilərək marketin kassa aparatının quraşdırıldığı yerin yaxınlığında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına habelə mağazanın normal fəaliyyət göstərməsinə mane olmasına səbəb olmaqla Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurduqdan sonra buna haqlı iradını bildirən Zərərçəkmiş şəxs1 saçından tutub dartıb yerə yıxıb həmin zaman onun da mübahisəni davam etdirərək Zərərçəkmiş şəxs1 saçından tutub sürüməsindən, Zərərçəkmiş şəxs2 qolundan dişləyərək Təqsirləndirilən şəxs1 ilə birlikdə hər ikisi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əl zərbələri ilə vurub Zərərçəkmiş şəxs2 ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən alt dodaq nahiyəsinin əzilmiş səthi yarası, sağ əlin qançır və əzilmiş səthi yaralar, sol əlin sıyrığı və sağ diz oynağı hiyəsinin qançırı ilə nəticələnən Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması və sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən sağ əlin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etməsi zərərçəkmiş şəxslərin ifadəsində göstərdiyi xüsusat iş üzrə video görüntülər və digər sübutlar ilə öz təsdiqini tapmışdır. Video görüntülərdən də görünür ki, hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev kuçəsı 27 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə baş verməsi, münaqişə zamanı başqa şəxslərin hadisənin şahidi olması, market daxili normal alış-veriş qaydalarının pozulması, satış üçün malların təqsirləndirilən şəxs tərəfindən götürülərək zərərçəkmiş şəxslərə atılması, səs-küy, qışqırıq səslərinin yayılması, münaqişənin davam etməsi digər şəxslərin alış-veriş etməsinə maneələrin olması, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər olmaqla uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olmuşdur. Bununla da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarların ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər baş vermişdir. Zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin ifadələrindən də görünür ki, hadisə baş verənədək onlar arasında münasibətlər olmamış, bir-birilərini tanımamış, aralarında şəxsi münaqişə olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, xuliqanlıq hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinəəsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarına əsasən şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün onun xuliqanlıq hərəkətlərini silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə məhkəmə hesab edir ki, bununla bağlı təqdim edilmiş sübutlara qiymət verilməsi zəruridir. Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə özünü qismən təqsirli bilərək, hadisə zamanı mobil telefondan istifadə etmədiyini bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməsi ilə bağlı sübutlar qismində zərərçəkmiş şəxslərin ifadələri və mübahisə zamanı Təqsirləndirilən şəxs1 əlində mobil telefon aparatının olmasını əks etdirən video görüntülər təşkil edir. İttiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi xuliqanlıq cinayət əməlini silah və ya silah qisminə istifadə edilən əşya vasitəsi ilə törətməsi barədə başqa sübut təqdim etməmişdir. Video görüntüyə baxış keçirilməsi haqqında ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli protokolu ilə müəyyən olunur ki, həmin video görüntü 10 fevral 2024-cü il tarixdə saat 20:25 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “Rahat" marketdə Zərərçəkmiş şəxs1 ilə mübahisənin görüntüsüdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 əlində mobil telefon aparatı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əlində mobil telefon olması iş üzrə sübutlarla təkzib olunmur. Lakin Təqsirləndirilən şəxs1 əlində olan mobil telefonun hadisə zamanı silah qismində istifadə olunan əşya kimi “istifadə edilməsi” araşdırılmalıdır. Belə ki, Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına əsasən xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı hadisənin görüntüsünü əks etdirən “29 saniyə təşkil edən” video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, münaqişə zamanı Təqsirləndirilən şəxs1 ona üzbəüz dayandmış Sürəyya Həsənovanı keçərək Zərərçəkmiş şəxs1 doğru hərəkət edir, bu zaman onun sol əlində mobil telefon aparatı olması aşkar görünür. Əlləri ilə Zərərçəkmiş şəxs1 saçından tutmağa, həmin anda ona Zərərçəkmiş şəxs2 maneə olmağa çalışır. Zərərçəkmiş şəxs1 saçından əlləri ilə tutduqdan sonra itələyərək yığmağa çalışır, Zərərçəkmiş şəxs2 sol tərəfdən onların aralarına daxil olur və sol əlində olan telefon Zərərçəkmiş şəxs2 kürəyində qalır. Zərərçəkmiş şəxs1 yerə yıxılır, sonra Təqsirləndirilən şəxs2 onun saçından tutur, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 arxaları kameraya doğru olduğundan münaqişənin yerdə davam etməsi və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 saçından sürüyərək aparması, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 bir-birindən ayrılaraq onların arxasınca getmələri, daha sonra marketdə olan başqa şəxslərin və marketin işçilərinin onların arxasınca getməsi aşkar olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, video görüntülərdə Təqsirləndirilən şəxs1 əlində mobil telefon olsa da, həmin mobil telefondan istifadə etməklə Zərərçəkmiş şəxs1 vurmaqla zor tətbiq olunması aşkar olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, mobil telefonun əldə olması, əməlin törədilməsi zamanı onun istifadə edilməsi anlamına gələ bilməz. Bundan əlavə ibtidai istintaq orqanı tərəfindən hadisənin silah qismində istifadə olunan mobil telefondan istifadə edilməklə törədilməsi qeyd edilsə də, istifadə edilən mobil telefon müəyyən edilərək ona baxış keçirilməmiş və maddi sübut kimi tanınmamışdır. Məhkəmə zərərçəkmiş şəxslərin ifadələrində Təqsirləndirilən şəxs1 əlində olan mobil telefonla Zərərçəkmiş şəxs1 başından bir neçə dəfə vurmasına münasibətdə qeyd edir ki, qeyd edilən hallar digər sübutlarla təsdiq edilmədiyindən sübuta yetirilməmiş hesab edilməldir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, “Mirzəyeva əlimin altından çıxdı və mən bir də gördüm ki, Mirzəyeva əlindəki telefonla qızımın başına vurur”, ona verilmiş sullara cavabında isə “Xəyalə qızımın başından bir neçə dəfə vurdu” olaraq qeyd etmiş, lakin nə xx.xx.2024-cü il tarixli şahid qismində dindirilməsi zamanı(İ cild i.v.75-78), nə xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində dindirilməsi zamanı(İ cild i.v.221-224) Mirzəyevanın əlindəki telefonla qızının başına vurmasını qeyd etməmiş, əksinə olaraq ona verilən Zərərçəkmiş şəxs1 vurulan xəsarətlər bağlı suallara cavabında “həmin xəsarətləri marketdə tanımadığı qadın və qızı yetirmişdir. Həmin şəxslər onu və qızını döyərək xəsarət yetirmişdir” formasında cavablandırmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il ibtidai istintaq zamanı verdiyi ifadəsindən (İ cild i.v.92-95) görünür ki, “anası yenidən saçımdan əli ilə tutaraq əlində olan mobil telefon vasitəsi ilə başıma zərbələr endirdi”, ona verilmiş sullara cavabında isə “həmin şəxslərdən nisbətən yaşlı olanı mənim baş nahiyyəmə əlində olan mobil telefonla xəsarət yetirmişdir” deyə qeyd etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxslər ifadələrində xəsarətlərin ənsə nahiyyəsindən vurulması ilə bağlı dəqiq məlumat verməyərək, Təqsirləndirilən şəxs1 tərfindən Zərərçəkmiş şəxs1 başının ənsə nahiyyəsindən vurması barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibb ekspertiza və X2 PHŞ Sabunçu Rayon Şöbəsinin 322 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması və sağ əlin sıyrıqları müəyyən edilmiş, digər xəsarətlər isə aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı ifadələrində ekspert rəyində qeyd edilən digər xəsarət-sağ əlin sıyrıqlarının telefonla vurulması barədə ümumiyyətlə məlumat verməmişlər və bu aşkar olunmamışdır. Təqsirləndirilən şəxslər ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əlində olan telefonla Zərərçəkmiş şəxs1 telefonla vurmasını təkzib etmişlər. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibb ekspertiza və X2 PHŞ Sabunçu Rayon Şöbəsinin 322 nömrəli xx.xx.2024-cü il tarixli rəyində Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşayiət olunan ənsə nahiyəsinin dərialtı hematoması və sağ əlin sıyrıqların bərk-küt əşya (əşyalar) təsirindən törənməsi ilə bağlı qeyd edir ki, bərk-küt əşya qismində yumruq, yıxılma nəticəsində maneəyə toxunma, saçın dartılması, əlin ayaq altında qalması nəticəsində yaranma ehtimalı olduğundan mülahizə olmaqla qəbul edilməklə, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə tətbiq edildikdə şübhə olduğundan təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında AvropaMəhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixliQərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görədə,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov vəqeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcələsinin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olmasını (CM-59.1.4), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olmasını(CM-59.1.4), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddianı onunla əsaslandırmışdır ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində telefon olmuş, nəticədə onun yanağı yarılmış, dişləri qırılmış, diz qapağı zədələnmişdir. Hadisədən bu günə kimi o zərərçəkmiş və zərərçəkmişin validyeni kimi böyük mənəvi, maddi, psixoloji sarsıntılar, əziyyətlər çəkmişdir. Ən öncə bir valideyn kimi övladını qoruya bilməmiş, onun hansı mənəvi, fiziki, psixoloji və maddi ziyanlara düşməsinin qarşısını ala bilməmişdir. Hadisədən sonra 8-9 ay ancaq xəstəxanalarda, polis idarələrinə getmiş, səhhətləri yol vermədiyindən “taxi” xidmətindən istifadə etmişlər. Həm əlini, həm də sağ dizini rentgen elətdirmiş, əlindəı olan əzələ zədələnmiş, sol ayağı tapdalandığından damarlar partlayıb, ayağı şişir, əlinin fəaliyyəti məhdudlaşıb, kəskin ağrılar baş verir. Baş vermiş hadisə nəticəsində onun və qızının mənəvi sarsıntı keçirməyi danılmazdır və hadisə nəticəsində və ondan sonra proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Hadisə zamanı dişlərinin bərpası üçün 12 700 manat, müalicə üçün 1 000 manat, mənəvi ziyana görə isə 80 000 manat, dövlət rüsumunun əvəzi olaraq 371.10 manat, cəmi 93 700 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 mülki iddianı onunla əsaslandırmışdır ki, hadisəni telefonla çəkərkən Təqsirləndirilən şəxs1 əlindəki “İhone” 14 promax markalı telefonu vurmaqla zədələmiş, bunun nəticəsində həmin telefon elektrik enerjisini saxlamadığı üçün yarasız hala düşmüşdür. Həmçinin onda olan digər “İphone 5” markalı və Samsung Galaxy S3 markalı mobil telefon isə sındırılmış və ona maddi ziyan vurulmuşdur. Maddi və mənəvi ziyan çəkmiş, hadisədən sonra 1 ay müddətində boynunda və başında olan ağrılara görə başını hər hansı yerə qoyaraq yata bilməmiş, bu xəsarətlərlə bağlı Respublika Neyrocərrahiyə xəstəxanasında müayinədən keçmiş, komputer tomoqrafiyası olunmuşdur. Hadisədən sonra bədənində və psixaloyiyasında müəyyən narahatçılıqlar olduğu üçün 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək, terapevt həkimin, psixiatr həkimin, cərrah həkimin, göz həkiminin, diş həkiminin müayinəsindən keçmək məcburiyyətində qalmış, gözlərində zəiflik yaranmış, gələcəkdə əməliyyat olunmağı qeyd edilmişdir. Sağlamlığının bərpa olunması üçün hadisənin törədildiyi gündən bu günə qədər bir çox dərmanlara pul xərcləmiş və nəticədə müayinə, müalicə və dərmanlar almaq üçün 3 000 manat xərc çəkmişdir. “İhone” 14 promax markalı, “İphone 5” markalı və Samsung Galaxy S3 markalı telefonlar yarasız hala salınmış və ona 4 900 manat ziyan vurulmuşdur. Hadisə zamanı maddi ziyana görə 7 900 manat, mənəvi ziyana görə 100 000 manat, vəkil xidməti üçün 1000 manat, dövlət rüsumunun əvəzi olaraq 397.20 manat, cəmi 109 336.2 manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, ittiham aktı üzrə əlavə edilmiş arayışda maddi ziyanın olmadığı qeyd edilmişdir. Mülki iddia üzrə cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iddia ərizəsini yalnız “İphone 5” markalı telefona münasibətdə qəbul etmiş, digər hissələrdə isə qəbul etməyərək rədd edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərərçəkmiş şəxs2 mülki iddiasına münasibətdə məhkəmə qeyd edir ki, tərəf olaraq iddiasında qeyd edilən halların olmasını, bu halların həmin hadisə zamanı baş verməsini, onların məhz təqsirləndirilən şəxslərin hərəkətləri nəticəində baş verməsini, maddi ziyan və müalicə üçün tələb etdiyi məbləğlərlə bağlı çəkdiyi və ya çəkməli olduğu xərclərə dair, həmin məbləğlərin hansı səbəbdən əmələ gəlməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Mənəvi ziyanla bağlı isə məhkəmə hesab edir ki, baş vermiş hadisə ilə bağlı şəxsin mənəvi sarsıntılar keçirməsi nəzərə alınmaqla həmin hissədə iddia qismən təmin edilməli, mənəvi ziyana 2 000 manat və dövlət rüsumunun əvəzi olaraq 7.92(yeddi manat doxsan iki qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi qalan məbləğ özünə aid edilməlidir. Zərərçəkmiş şəxs1 mülki iddiasına münasibətdə məhkəmə qeyd edir ki, istintaq zamanı yalnız “İphone 5” markalı mobil telefonun şəklini təqdim edərək sındırıldığı barədə məlumat vermiş, məhkəmə iclasında isə cavabdehlər həmin hissədə iddianı qəbul etmişlər. Həmin telefona münasibətdə isə müxtəlif satış saytlarında “İphone 5” markalı mobil telefonun yenisinin qiymətinin 200-220 manat arasında müəyyən edildiyi aşkar edilmişdir. Mülki iddia ilə bağlı məhkəmə baxışı zamanı təqdim edilmiş və cinayət iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək Respublika Diaqnostika Mərkəzinin epikrizinə, xx.xx.2024-cü il tarixli dərmanlar üçün reseptə, Samsung Galaxy S3 markalı telefononun zədələnmiş foto surətinə, geyim əşyalarının foto surətinə münasibət məhkəmə qeyd edir ki, həmin əşyaların həmin hadisə zamanı baş verməsini, onların məhz təqsirləndirilən şəxslərin hərəkətləri nəticəində baş verməsini, maddi ziyan üçün tələb etdiyi məbləğlərlə bağlı çəkdiyi və ya çəkməli olduğu xərclərə dair, həmin məbləğlərin hansı səbəbdən əmələ gəlməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Həmin sənədlərin tarixinə baxdıqda belə aşkar olunur ki, hadisədən təxminən 8-9 ay sonrakı tarixlərə aiddir. İddiasında qeyd edilən digər hallarla bağlı isə ümumiyyətlə sübut təqdim edilməmişdir. Mənəvi ziyanla bağlı isə məhkəmə hesab edir ki, baş vermiş hadisə ilə bağlı şəxsin mənəvi sarsıntılar keçirməsi nəzərə alınmaqla həmin hissədə iddia qismən təmin edilməli, maddi ziyana görə 220 manat, 2 000 manat və dövlət rüsumunun əvəzi olaraq 8.06(səkkiz manat altı qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməli, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi qalan məbləğ özünə aid edilməlidir. Məhkəmə vəkil üçün xidmət haqqına münasibətdə hesab edir ki, həmin müqavilə ilə vəkil yalnız mülki iddianın verilməsi üçün deyil, cinayət işində Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində çıxış edərək onun hüquqlarını müdafiə etmiş, mülki iddia qismən təmin edildiyindən həmin hissədə 100 manat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 73-cü bəndində qeyd edilir ki, mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-637/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 mülkiyyətində olan xx.xx.2024cü il tarixli “Kia Sportage” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi ev 27, 8 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 220 manat, mənəvi ziyana görə 2 000 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 8.06(səkkiz manat altı qəpik) manat, vəkil üçün xidmət haqqına görə 100 manat, cəmi 2328.06(iki min üç yüz iyirmi səkkiz manat altı qəpik) manat mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsnin verilməsi üçün dövlət büdcəsinə ödədiyi qalıq məbləğdə dövlət rüsumu və vəkil üçün ödənilmiş qalıq xidmət haqqı özünə aid edilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Mənəvi ziyana görə 2 000(iki min) manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 7.92(yeddi manat doxsan iki qəpik) manat, cəmi 2 007.92(iki min yeddi manat doxsan iki qəpik) manat mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsnin verilməsi üçün dövlət büdcəsinə ödədiyi qalıq məbləğdə dövlət rüsumu və vəkil üçün ödənilmiş xidmət haqqı özünə aid edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-637/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 mülkiyyətində olan xx.xx.2024-cü il tarixli “Kia Sportage” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi ev 27, 8 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 06 ədəd CD disk, 6 ədəd foto şəkillər iş materiallarında saxlanılsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-33/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-33/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver