Məhkəmə qərarları › İş №1(008)-330/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-330/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-330/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2002-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Yuxarı Seyidəhmədli Ə/D, Qorqan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində silah hesab edilən əşyalardan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuiiqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə saat 18:20 radələrində fəhlə işlədiyi ünvan 3 ünvanda yerləşən “Möcüzə” marketin arxa hissəsində heç bir əsaslı səbəb olmadan həmin günün əvvəlində onunla həmin marketdə fəhlə işləyən Zərərçəkmiş şəxs yaxşı işləməməsinə irad bildirməsi kimi heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb ünvanına nalayiq söyüşlər söyüb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək üzərində olan bir ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 3 dəfə vuraraq sonuncuya sol bazu nahiyəsinin bir ədəd, sol bud nahiyəsinin bir ədəd və sol baldır nahiyəsinin bir ədəd (cəmi: üç (3) ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuiiqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona görə özünü qismən təqsirli bilir ki, o, söyüş söyməmişdir. Xuliqanlıq edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməkdə özünü təqsirli bilir. Təxminən 2024-cü ilin yanvar ayında Bakıxanov qəsəbəsi, N.ismayılov küçəsi “Möcüzə” marketdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs də onunla eyni marketdə fəhlə işləmişdir. xx.xx.2024-cü il tarixdə işdə olarkən o, Cabbarın istədiyi qızla söhbət edən zaman Cabbar ona yaxınlaşmış, onu kənara çağırmışdır. Onlar küçəyə çıxmış, orada söhbət etmişlər. Cabbar ona həmin qızla danışmamasını, ona qarşı ciddi fikrinin olmasını bildirmişdir. O, isə Cabbara “yaxşı” cavabını vermişdir. Daha sonra marketə daxil olmuşlar. Marketin “qastronom” deyilən hissəsində işləyən uşaqlarla göz qaş eləmişlər. Həmin uşaqlar ona axşam söhbət edəcəklərini bildirmişlər. Daha sonra o, ortalığın sakitləşməsi üçün işdən çıxıb getmişdir. İşdə onun şkafında bıçağı olmuşdur. Həmin gün işdən çıxıb evə gedən zaman bıçaq işdə qalmışdır. Axşam o, marketə qayıdanda şkafdan bıçağı götürüb yenidən küçəyə Cabbarla söhbət etmək üçün çıxmışdır. Cabbar yenidən ona qızla danışmamasını bildirmiş, o isə cavabında iş yoldaşı olduqlarını, istər istəməz ünsiyyətdə olacaqlarını bildirmişdir. Onun cavabı Cabbarın xoşuna gəlməmişdir. Bu zaman Cabbar ona kəllə vurmuş, daha sonra iki dəfə yumruq atmışdır. Yumruğun biri dəymiş, digəri isə dəyməmişdir. Zərərçəkmiş şəxs onu vurmağa davam etmişdir. O, maşına dəyib yıxılan zaman arxa cibindən bıçağı çıxartmış və zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Bıçağı götürməkdə məqsədi isə zərərçəkmiş şəxs əgər onu vurmuş olsa o, da bıçaqla ona xəsarət yetirmək olmuşdur. Bıçaqla zərərçəkmiş şəxsə sol tərəfdən xəsarət yetirmişdir. Həmin vaxt ətrafda digər şəxslər olmuşdur. O, zərərçəkmiş şəxsə xəsarət yetirəndən sonra onları ayırmışlar. Zərərçəkmiş şəxsə nəsə olsa idi, yalnız onun valideynlərinə görə peşmançılıq çəkərdi. O, heç kimə əzilən biri deyil. Bu cinayəti törədən zaman onu hansı nəticələrin gözlədiyini bilirdi. Tutulmaqdan da qorxmur. Məhkəmə hansı cəzanı versə ona razıdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin yanvar ayında Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi “Möcüzə” marketdə fəhlə işləyirmiş. Zərərçəkmiş şəxs də onunla eyni marketdə fəhlə işləyirmiş. xx.xx.2024-cü il tarixdə işdə olarkən ondan tələb olunan işləri görürmüş. Lakin Zərərçəkmiş şəxs heç bir iş görməyərək başqa iş yoldaşları ilə söhbət edirmiş. O, Cabbarın işləmədiyi üçün sonuncuya irad bildirdikdə Cabbarla aralarında sözlə mübahisə yaranmış, onlar ambardan çölə çıxmış və içəri qayıtdıqda Zərərçəkmiş şəxs ona bildirmişdir ki, axşam söhbət edərlər və onlar öz işlərinə davam etmişlər. Həmin vaxt o, saat təxminən 16:20 dəqiqədə ofisə yaxınlaşıb Nigar xanımdan evdə xəstəsi olduğunu deyərək evə getmək üçün icazə almış və çıxıb evə getmişdir. Evdə yemək yeyib, stolun üzərində olan mətbəx bıçağını götürüb həyətə çıxmış və sonra yenidən Zərərçəkmiş şəxsla söhbət etmək məqsədi ilə iş yerinə, yəni “Möcüzə” marketə gəlmişdir. Marketə gedərkən yolda adlarını və digər anket məlumatlarını bilmədiyi 2 nəfər tanışını görmüş və onunla birlikdə gəlmələrini, ola bilər ki dava edərsə və onu ayırmalarını xahiş etmişdir. Sonuncular onunla gəlmişlər. Təxminən saat 18:15 radələrində “Möcüzə” marketin arxa hissəsində anbarın qarşısında Zərərçəkmiş şəxs görüb söhbət etmək üçün çağırmışdır. Cabbar ona yaxınlaşmış və onlar ikisi söhbət edərkən edərkən o onu nalayiq sözlərlə təhqir etdiyi üçün Zərərçəkmiş şəxs qəflətən ona kəllə atmış və yumruqla onu vurmuşdur. O, həmin vaxt yanlarında dayanan maşına söykənmiş və əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində saxladığı bıçağı çıxardaraq iki dəfə Cabbarın sol ayaq və bir dəfə sol qol nahiyəsindən vurmuşdur. Həmin vaxt onlara iş yoldaşları yaxınlaşmış və o, yerə düşən bıçağı götürüb həmin yerdən qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki “Möcüzə” adlı marketdə fəhlə işləyir. Onun işi marketə gələn malları arabalarla bir yerdən digər yerə aparmaq və bu kimi digər işlərdən ibarətdir. xx.xx.2024-cü il tarixdə Elgünə az işləməsini, birlikdə işləyirlərsə hamısının işləmələrini deyərək ona irad bildirmişdir və Elgün də ona etiraz etməmişdir. Bundan bir qədər sonra Elgün işdən icazə alıb çıxıb getmişdir. Həmin gün axşamçağı saat 17:50 radələrində Elgün marketə gəlmiş və onu çölə çağırmışdır. O, da çölə çıxmışdır. Orada Elgün onunla niyə sərt danışması ilə bağlı ona irad bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Elgün əli ilə onu itələmişdir. O da sonuncunu yumruqla vurmuşdur. Onlar tutaşarkən Elgünün ona bıçaq vurmasını əvvəlcə bilməmişdir. Elgün çıxıb gedəndən sonra ayağından, qolundan qan gəldiyini görmüş və bıçaqlandığını bilmişdir. İş yoldaşlarının köməyi ilə marketin paltarsoyunma otağına keçmiş və orada paltarını dəyişən zaman sol qolunun yuxarı çiyin hissəsindən və sol ayağının isə dizdən yuxarı hissəsində bir ədəd, dizdən aşağı hissəsində isə bir ədəd bıçaqla deşilmiş yara olmasını görmüşdür. Hadisə zamanı ətrafda marketin və anbarın işçiləri olmuş, onları aralamağa çalışmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Ona cəza verilməsini istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsə ünvanlanmış suala cavab olaraq o, təqsirləndirilən şəxslə hadisə günü aralarında qız məsələsi ilə bağlı mübahisə olmadığını, yalnız işlə bağlı mübahisə olduğunu, qızla bağlı söhbətin hadisədən 3-4 gün əvvəl olduğunu və aralarında danışaraq həll etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki “Möcüzə” adlı marketdə fəhlə işləyir. 28 yanvar 2024-cü il tarixdə saat 18:20 radələrində arabanı gətirmək üçün marketin arxa tərəfinə getmişdir. Bu zaman marketdə işləyən Cabbar və Elgünün dava etməsini, digər adlarını bilmədiyi üzdən tanıdığı market işçilərinin də onları aralamağa çalışdıqlarını görmüşdür. Daha sonra marketdə anbardar işləyən Kamran Cabbarın qolundan tutaraq əks istiqamətə apardığından dava başa çatmışdır. Cabbarla Elgün aralandıqdan sonra Cabbarın qolundan və ayağından qan axmasını gömüş, o zaman Cabbarın Elgün tərəfindən bıçaqlanmasını başa düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki “Möcüzə” adlı marketdə anbardar köməkçisi işləyir. xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində siqaret çəkmək üçün çölə çıxmışdır. Elgünlə Cabbarın dava etdiklərini demişlər. O da oraya yaxınlaşıb digər şəxslərlə birlikdə onları aralamışdır. Elgün qaçıb getmişdir. Cabbarı isə içəri aparmışlar. Bu zaman Cabbarın ayaq və qol nahiyəsindən qan gəlməsini görmüş və Cabbarın Elgün tərəfindən bıçaqlanmasını bilmişdir. Məhkəməyədək icraat zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsindəki “Möcüzə” adlı marketdə anbardar köməkçisi işləyir. xx.xx.2024cü il tarixdə saat 18:20 radələrində anbarda olarkən mağazadan çöldə nəsə guppultu səsi eşitmişdir. O, elə bilmişdir ki, avtomobil qəzası olub və dərhal çölə çıxarkən 2 nəfərin dalaşmasını, tanımadığı başqa şəxslərin də onları aralamasını görmüşdür. O, dərhal kömək üçün oraya gedərkən Elgünün yıxılmış vəziyyətdən durub, yerdən nəsə predmet götürüb qaçıb getməsini görmüşdür. Cabbar isə əsəbi olduğu üçün onu tutan digər adamların yanında gəzişmiş və o, da Cabbarın qolundan tutub Elgün gedən tərəfə getməməsini demiş, sonuncunu dartaraq kənara aparmış və beləliklə dava sona çatmışdır. Cabbarla Elgünü araladıqdan sonra Cabbarın ayaq və qol nahiyəsindən qan gəlməsini görmüşdür. O zaman Cabbarın Elgün tərəfindən bıçaqlanmasını və Elgünün də qaçıb gedərkən yerdən bıçağı götürməsini düşünmüşlər. Elgünün yanında əlavə iki nəfər da onların işlədikləri marketdə işləməyən, tanımadıqları cavan oğlan olmuş, lakin onların da kimisə vurmasını və ya dava etməsini görməmişdir. Hadisə yerinə məhəllədən də tanımadığı şəxslər gəlmişdir. İlk dəfə eşitdiyi guppultu isə Elgünlə Cabbarın dalaşarkən orada olan avtomobilə dəymələri səsi olmasını bilmişdir. Marketdə isə işçilər tez-tez dəyişdiyindən orada işləyən şəxsləri tanımır. Həmçinin onun işi marketin içində olmadığından marketin işçilərini yaxşı tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başalnılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov pr 5 ünvanında yerləşən “Möcüzə” marketə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, görüntüdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 5 ünvanında yerləşən «Möcüzə» marketin arxasında Zərərçəkmiş şəxs ilə mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirərək qaçıb getməsi, bir neçə şəxsin onları ayırması müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 237 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin bir ədəd, sol bud nahiyəsinin bir ədəd və sol baldır nahiyəsinin bir ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Könüllü təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/368 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat təxminən 18:00 radələrində saxlanılmış və Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir; Tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında məhkumluğu barəsində məlumat aşkar olunmamışdır. Toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd bıçaq və hadisənin görüntüsünü özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmiş və bir ədəd bıçaq maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir.. Məhkəmə istintaqı zamanı 01 ədəd “CD” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə olduğu 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq xüsusi müsadirə olunmalı və məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək göstərilən hüquqi yardıma sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd bıçaq xüsusi müsadirə olunsun və məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək göstərilən hüquqi yardıma görə sərf etdiyi 4 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 24 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra isə sərf etdiyi 20 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait, cəmi 244 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar