Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-334/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X22 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüquq verən BB seriyalı 302817 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində N.İsmayılov ilə «Bakıxanov Mail» istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkət nizamlayıcı tərəfindən və ya sfetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərə əməl etməklə hadisənin qarşısım almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən «Zəka» dəftərxana mallarının satışı mağazasının yaxınlığında yolu sağdan sola doğru keçmək istəyən piyada X5 avtomobilin qabaq sağ tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Vladislav Konnitsevə baş- beyinin əzilməsi, sol gicgah və sol təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sol l-Xİ, sağ İİ qabırğaların yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla X3 hadisə zamanı almış olduğu xəsarətlərdən 12 mart 2024-cü il tarixdə müalicədə olduğu X20 ölümünə səbəb olmuş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, əməkdaşlarının gəlməsini gözləməli, zərərçəkən Vladislav Konnitsevə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «təcili tibbi yardım» maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı halda isə səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra isə hadisə yerinə qayıtmalı olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2001-ci ildən avtomobil idarə edir. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. O hazırda özümə məxsus olan «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 29 noyabr 2023-cü il tarixdə saat təxminən 22:30 radələrındə texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə idarə etdiyi «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi ilə Bakıxanov Mail istiqamətində yolun orta hərəkət zolağı ilə “Zəka” dəftərxana malları satışı mağazasının yaxınlığında saatda 40 km surətlə idarə edərkən hərəkət etdiyi istiqamətdə piyada zolağı ilə yolun sağ tərəfindən sola doğru keçmək istəyərkən piyada oğlanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Zərbədən piyada yerə yıxılmışdır. İdarə etdiyi avtomobili irəlidə saxlayıb avtomobillə vurduğu həmin piyadaya köməklik göstərmək üçün avtomobildən düşmək istəyərkən vurduğu piyadanın ətrafına camaatın yığışmasını, yığışan adamların piyadanın qohum və tanışlarının olmasından ehtiyat edərək onların qəzəbinə və şiddətinə məruz qalacağından qorxaraq idarə etdiyi avtomobillə hadisə yerini tərk edərək yaşadığı evə gəlmişdir. Yaşadığı evdə olarkən tutduğu əməldən peşman olub polisə gedib təslim olmaq qərarına gəlmiş və bu məqsədlə hadisədən bir neçə saat sonra 30 noyabr 2023-cü il tarixdə, saat 08 radələrində Bakı şəhəri Sabunçu RPİ-nə hadisəni törətdiyi «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək törədiyi yol nəqliyyat hadisəsini könüllü olaraq etiraf etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmamış və hadisə zamanı hər hansı bir spirtli içki qəbul etməmişdir. Baş vermiş hadisə ilə bağlı olaraq avtomobillə vurmuş olduğu piyada X3 müalicəsi üçün tərəfindən zəruri olan maddi və mənəvi köməklik göstərilmiş, zərərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X1 əridir. Konnitsev Vladislav onunla birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Həsənbəy ünvan 2 ünvanında yaşamışdır. 29 noyabr 2023-cü il tarixdə saat 23:30 radələrində ona məlum olmuşdur ki, əri X6 29 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır və tibbi yardım alması üçün X21 yerləşdirilmişdir. O bu barədə məlumat aldıqdan dərhal sonra X19 gəlmişdir. X14rkən ona sonradan məlum olmuşdur ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə əri X5 vuraraq hadisə yerindən yayınmışdır. 30 noyabr 2023-cü il tarixdə xəstəxanada olarkən ona məlum olmuşdur ki, 29 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada əri X5 vurmuşdur. Daha sonra təqsirləndirilən şəxs onun həyat yoldaşının uzun müddət xəstəxanada qalma xərclərini, bütün yas xərclərini çəkmiş, onun qəbir daşını düzəltmiş və əlavə olaraq mənəvi zərər kimi ona 5000 manat pul vermişdir. Hazırda cinayət nəticəsində dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsidir. Yolun hərəkət hissəsi düzdür, yol örtüyü asfaltdır, yol quru vəziyyətdədir, piyada keçidi vardır, hadisə piyada keçidi üzərində baş vermişdir, yolda tormozlama izləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, ətrafdakı əşyalara toxunma izləri və digər izlər yoxdur (i.v.5-13). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “Opel Astra” markalı, **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadının yuxarı hissəsi əzilmişdir. Qabaq alın şüşəsinin sağ tərəfi zədələnmiş vəziyyətdədir. Şin ölçüləri, şinlərin protesktorunun konturu, şinlərin vəziyyəti, əl tormozu dəstəyinin və sürət ötürücünün vəziyyəti, sükan və idarəetmə sisteminin vəziyyəti, tormoz və işıq sisteminin vəziyyəti, hər təkərin şinində havanın təzyiqi normal olmuşdur (i.v.24-27). “Yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD diskə baxış keçirilməsi barədə” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər xidmətinin TŞ 9-005 nömrəli videomüşahidə kameralarındakı görüntüləri əks etdirən DVD diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video müşahidə kamerası Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi “Bakıxanov Mail” istiqamətində olan avtomobil yolunu görüntüləyir, görüntüyə baxarkən 29 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində piyada keçidinə daxil olan «Opel Astra» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili getdiyi istiqamətdə yolu sağdan sola doğru keçən piyadanı vurur və avtomobil dayanmayaraq öz hərəkətinə davam edir (i.v.38). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 3-13-16/2-713/2024 saylı məktubdan görünür ki, DİN-nin Baş X26 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatına əsasən Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə BB 302817 nömrəli, “B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə məlumat qeydə alınmamışdır (i.v.39). “Məhkəmə-tibbi ekspertizası və X11” X23 Sabunçu rayon şöbəsinin 29 dekabr 2023-cü il tarixli, 3174 saylı ekspert rəyindən görünür ki,. X2 baldır sümüklərinin yerini dəyişən, açıq, çoxqəlpəli X4 baş-beyınin əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, ikitərəfli hemopnevmotoraksla müşayiət olunan (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan sol l-İX, sağ İİ qabırğaların yerini dəyişən qapalı sınıqları müəyyən edilmişdir.Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (i.v.49- 51). Bakı şəhəri Sabunçu RPİ-nin NH-nin məsul növbətçisi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli raportdan görünür ki, 12 mart 2024-cü il tarixdə, saat 17-də X16 verilmiş məlumata əsasən 29 noyabr 2023-cü il tarixdən Mərkəzdə müalicədə olan X7 ölmüşdür (i.v.57). Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 26 fevral 2024-cü il tarixli, 8/400 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 74-77). “Məhkəmə-tibbi ekspertizası və X11” X23 Sabunçu rayon şöbəsinin 19 mart 2024cü il tarixli, 57 saylı ekspert rəyindən görünür ki,. mərhum X3 meyitində baş-beyinin əzilməsi, sol gicgah və sol təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sol l-Xİ, sağ İİ qabırğaların yerini dəyişən qapalı sınıqları olmuşdur. Xəsarətlər həyati olub, bərkküt əşya (əşyalar) təsirindən V.N.Konnitsevin xəstəxanaya daxil olmasından (xx.xx.2023cü il saat 22:50) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X12 Nıkolayeviçin ölümünə səbəb sol gicgah və sol təpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə əlaqədar baş vermiş beyin maddəsinin əzilməsi, baş beyin qişalarna və maddəsinə qansızma olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 17-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərilə təsdiq olunur ( i.v.78-82). “Sübutların qiymətləndirilməsi barədə” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2 və 264-cü maddələri ilə ittiham elan edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, Azərbaycan Respublikası DİN-nin Təhlükəsizlik şəhər xidmətindən götürülmüş TŞ 9-005 nömrəli videomüşahidə kamerasındakı görüntüləri əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınaaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.84-88). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyun 2013-cü il tarixli Plenum qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində piyadanı vurmasını könüllü etiraf edərək təslim olmuşdur (i.v.14). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 11 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Nəcəfov X9 Vilayəti Veydelov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmünə əsasən RF CM-nin 322-ci maddəsinin 2-ci hissəsi, 72 maddəsinin 5-ci hissəsinə əsasən 110000 rubl cərimə cəzasına məhkum edilmişdir (i.v.29-30). 3713 və 7411 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2013-cü il təvəllüdlü (X17) və 07 sentaybr 2015-ci il təvəllüdlü (X15) uşaqları var (i.v.114-115). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” `19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.116-117). Zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş ərizədən görünür ki, cinayət nəticəsində vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heş bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), onun könüllü olaraq polis orqanına gedərək təqsirini boynuna almasını (CM- 59.1.10), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13), törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması,, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası, əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası, AR CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əsas cəzaya münasibətdə AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 66.2.-ci maddəsinə əsasən, əlavə cəzaya münasibətdə isə AR CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti əsas və əlavə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 264-cü maddəsi ilə təyin edilmiş əsas cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılmaqla, AR CM-nin 66.4-cü maddəsinə əsasən isə təyin edilmiş əlavə cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-334/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-334/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver