Məhkəmə qərarları › İş №1(008)-335/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-335/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-335/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 22 aprel 2024cü il tarixli 1(008)-189/2024 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun küçəsi döngə 5 ev 1-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamaqla, daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,917 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 17 yanvar 2024-cü il tarixdə saat 14.30 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli paltonun sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,917 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişilik edilməmiş 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah avtomatı, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı avtomatların darağı, habelə 11 ədəd patronlardan 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 10 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62x39 mm kalibrli, döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların 11 ədəd ştat patronları əldə edib daşıyaraq gəzdirib yaşadığı ünvan 1 ünvanda saxlamış, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlaması daşıması, gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən 17 yanvar 2024-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində onun yaşadığı ünvan 1 ünvanda aparılan axtarış zamanı həmin ünvanda yataq otağında divanın altında gizlətdiyi ağ rəngli torbanın içərisindən zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişilik edilməmiş 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah avtomatı, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd Kalaşnikov konstruksiyalı avtomatların darağı, habelə 11 ədəd patronlardan 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 10 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62x39 mm kalibrli, döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı silahların 11 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun illərdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Rəsmi olaraq heç bir dövlət işində işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini o falqada yandırıb tüstüsünü nəfəsinə alır. Sonuncu dəfə 17 yanvar 2024-cü il tarixdə Binəqədi rayonun ərazisinə gedib oradan tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata bir büküm narkotik vasitə heroini almışdır. Aldığı narkotik vasitə heroini o əynində olan sarı rəngli paltonun sağ yan cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni alandan sonra o yaşadığı Maştağa qəsəbəsinə qayıtmış, həmin tarixdə yəni 17 yanvar 2024-cü il tarixdə saat 14.30 radələrində o Maştağa qəsəbəsi B.Dadaşov küçəsi 5 saylı evin qarşısında olan zamanı ona iki nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək, ərizəsinə əsasən vəkilin iştirakı olmadan üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan sarı rəngli paltonun sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən o bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin maddəni o öz istifadəsi üçün Binəqədi rayonun ərazisindən tanımadığı şəxsdən 25 manata almışdır. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolu və zərfi o imzalamışdır. Bundan əlavə olaraq üzərinə keçirilən şəxsi axtarış zamanı o polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə avtomat saxlayır. Belə ki, təxminən 6-7 ay bundan əvvəl o Maştağa qəsəbəsində dəmir yığarkən zibilliklərin arasında bir ədəd ağ torbanı tapmış, torbanın içərisinə baxanda o görmüşdür ki, orada bir ədəd Kalaşnikov markalı avtomata oxşar olan silah və 11 ədəd patron var. O ətrafa baxanda görmüşdür ki, orada təkdir və onu heç kim görmür, buna görədə həmin torbanı özü ilə götürüb evinə gətirmişdir. Evdə o tək yaşayır. Tapdığı avtomatı o yataq otağında yatdığı divanın altına gizlətmişdir ki, bir neçə vaxtdan sonra avtomatı kiməsə satıb pul əldə etsin, çünki maddi vəziyyəti pis olmuşdur. Evinə onun razılığı ilə axtarış keçirilmiş və yataq otağında divanın altında ağ torbada gizlətdiyi 01 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomatın darağı və darağın içərisində olan 11 ədəd patron aşkar olunaraq götürülmüş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolu o imzalamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilmir, belə ki, o silahı könüllü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mayıs oğlu ifadəsində göstərdi ki, 17 yanvar 2024-cü il tarixdə polis bölməsinə daxil olmuş əməliyyat məlumatında göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsi ilə məşğul olur. Həmçinin qanunsuz olaraq odlu sihalı hesab edilən Kalaşnikov avtomatı satış məqsədi ilə əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə ondan və polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət olan əməliyyat qrupu yaradılmışdır. 17 yanvar 2024-cü il tarixdə saat 14.30 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılıb 14-cü polis bölməsinə gətirilmişdir, 14-cü polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli paltonun sağ yan cibindən bir bükümdə spesifik iyli qəhvəyi rəngli toz şəklində olan narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs vildeoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir, həmin maddəni o «Binəqədi» deyilən yerdən öz istifadəsi üçün 25 manata almışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər olan maddə qablaşdırılmış və möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və imzalanmışdır. Ekspertiza tədqiqatından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş maddə narkotik vasitə heroindir. Bundan əlavə olaraq 14-cü polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı İbrahim bildirmişdir ki, yaşadığı evində avtomat saxlanılır həmin avtomatı o 6-7 ay əvvəl Maştağa qəsəbəsində zibilliklərin birindən torbada bükülmüş vəziyyətdə tapmışdır. Həmin avtomatı və avtomata aid olan patronları o evində satış məqsədi ilə gizlədib saxlayır. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ərizəsi ilə müraciət edib bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşadığı evinə axtarış keçirilməsinə icazə vermiş, həmçinin həmin axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 1 ünvana axtarış keçirilmiş və keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs evinin yataq otağında yerləşən divanın içərisindən ağ rəngli kisəyə bükülmüş 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah hesab edilən avtomat, həmin avtomata aid olan 01 ədəd sandıqça və 11 ədəd patronlar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomatı, sandıqçanı və 11 ədəd patronları 6-7 ay əvvəl Maştağa qəsəbəsində zibilliklərin birində tapmış və satış məqsədi ilə evində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş avtomat, həmin avtomata aid olan sandıqça və 11 ədəd patronlar qablaşdırıldı və yoxlanılması üçün ekspertizaya göndərildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 Mayıs oğlu ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər(i.v.106-108); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30 radələrində CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); şəxsi axtarış və götürmə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən döyüş sursatlarını, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki sarı rəngli paltonun sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotikə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş narkotikə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir.(i.v.29-30); mənzilə baxış keçirmə və götümə aparılması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda adığı ehtimal edilən döyüş sursatların, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq divanın altından üzərində ********* nömrələri və “AK103“ 762x39 nömrələri həkk edilmiş 01 ədəd avtomat və içərisində 11 ədəd patron olan 01 ədəd sandıqçanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomat və içərisində 11 ədəd patron olan 01 ədəd sandıqça cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd mələfəyə bükülərək kisəyə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Evdə axtarış davam etdirilən zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilmədi. Baxış və götürmə qismən gecə vaxtı olduğundan süni işıqlandırma şəraitində aparılmışdır (i.v.33- 34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/327 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100 möhür əksi, “....Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,917 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.42-45); Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/135 nömrəli rəydən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd ********* nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 11 ədəd patronların 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 10 ədədi isə zavod usulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir (i.v.47-53); Video yazıya baxış keçirilməsi barədə 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Emil Həsənzadə 14-cü PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 14-cü PŞ-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli paltonun sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə «kokos» yəni heroinin olduğunu və öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evində avtomat saxlayır, həmin avtomatı 6-7 ay əvvəl Maştağa qəsəbəsində zibilliklərin birində tapmış və satış məqsədi ilə evində saxlamışdır (i.v.59); Video yazıya baxış keçirilməsi barədə 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinə axtarış keçirilir və keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs evinin yataq otağında yerləşən divanın içərisindən ağ rəngli kisəyə bükülmüş 01 ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah hesab edilən avtomat, həmin avtomata aid olan 01 ədəd sandıqça və 11 ədəd patronlar aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomatı, sandıqçanı və 11 ədəd patronları 6-7 ay əvvəl Maştağa qəsəbəsində zibilliklərin birində tapmış və satış məqsədi ilə evində saxlamışdır (i.v.61); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-36/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.86-91); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir(i.v.100-101); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 7.62 kalibrli, ********* nömrəli Kalaşnikov konstruksiyalı, AK-103 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanımış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir(i.v.109); Maddi sübut kimi tanınması haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 0,917 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra narkotik vasitə heroinin 0,867 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. 2. Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən evindən aşkar olunaraq götürülmüş bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah hesab edilən avtomat, həmin avtomatın komplekt hissəsi-01 ədəd darağ və 11 ədəd 7,62x39 mm kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra 7,62x39 mm kalibrli patronların 08 ədədi, bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli ********* nömrəli odlu yivli silah hesab edilən avtomat, həmin avtomatın komplekt hissəsi-01 ədəd darağ saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. 02 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.110-112); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin xx.xx.2024-cü il tarixli 568 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yararan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.113-114); Məhkəmə istintaqı zamanı video disklərə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin video görüntülər diskə baxış keçirilməsi haqqında protokollara uyğun olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-189/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs silahı könüllü təqdim etməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş üzrə şahidlər məhkəmə iclasında verdikləri ifadələrində daxil olmuş əməliyyat məlumatına əsasən təqsirləndirilən şəxsi saxladıqlarını, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə silah saxlama və qanunsuz olaraq narkotik vasitə daşıması ilə bağlı olduqlarını bildirmişlər. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,917 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılaraq qəti cəza təyin edilməli(CM-66.2), Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-189/2024 saylı hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatlardan sonra qalıq qalan 7,62x39 mm kalibrli patronların 08 ədədi, bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK- 103 modelli odlu yivli silah hesab edilən avtomat, həmin avtomatın komplekt hissəsi - 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, tədqiqatlardan sonra qalıq qalan 0,867 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-189/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatlardan sonra qalıq qalan 7,62x39 mm kalibrli patronların 08 ədədi, bir ədəd 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-103 modelli odlu yivli silah hesab edilən avtomat, həmin avtomatın komplekt hissəsi -01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq qalan 0,867 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar