Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-337/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, Zərərçəkmiş şəxslər-Dadaşov Məmmədrza Balarza oğlunun, Zərərçəkmiş şəxs2 İlham oğlunun, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Əli oğlunun iştirakı ilə xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəh., Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 saylı ünvanda qeydiyyatda olan, Bakı şəh., Xəzər rayonu, Albalılıq qəsəbəsi, S.M.Ziya küç., ev 05 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Nemətulla küç., ev 24 qeydiyyatda olan, Bakı şəh., Maştağa qəsəbəsi, Çiləgər YYM-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair işə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 ona kiminsə gəldiyi halda xəbər verməkdən ötrü evin bayır tərəfdən küçədə durub ətrafa nəzarət etmiş, özü isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küç., döngə 3, 33 «A» ünvanda yerləşən bir mərtəbədən ibarət fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla həyətə daxil olduqdan sonra evin yataq otağının plastik pəncərəsini əli ilə güc tətbiq edib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus evin yataq otağında olan termonun birinci çəkməcəsinin içərisində olan 2.750 manat dəyərində qadın üçün nəzərdə tutulmuş, bir ədəd qolbaq, bir ədəd boyunbağı, bir ədəd üzükdən ibarət qızıl dəstini və bir ədəd 250 manat dəyərində kişi üçün nəzərdə tutulmuş qızıl üzüyü gizli olaraq talayıb ünvandan uzaqlaşaraq həmin qızılzinət əşyalarını satıb əldə etdikləri gəliri aralarında bölərək Zərərçəkmiş şəxs2 3.000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə, saat 18:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küç., 7 A ünvanda yerləşən bir mərtəbədən ibarət fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla həyətə daxil olduqdan sonra evin plastik pəncərəsini əli ilə güc tətbiq edib açaraq yaşayış sahəsinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus evin yataq otağındakı termonun birinci siyirməsindən 10.000 manat nağd pulu, 1.300 manat dəyərində sırğa, üzük, sep, qolbağdan ibarət brilyant qaşlı qızıl dəstini, 800 manat dəyərində sırğa, üzükdən ibarət qızıl dəstini, bir ədəd 350 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 500 manat dəyərində kəpənəkli klonu olan qızıl boyunbağını, bir ədəd 250 manat dəyərində uşaq üçün naxışlı qızıl qolbağını, bir ədəd 280 manat dəyərində uşaq üçün sadə qaşlı qızıl qolbağını, bir cüt uşaq üçün 300 manat dəyərində qızıl sırğanı, bir ədəd 250 manat dəyərində «Versage» markalı qızıl klonu, bir ədəd 300 manat dəyərində oğlan uşağı üçün qızıl üzüyü və 140 manat dəyərində müxtəlif növdə gümüş-bujiteriyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 14.470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən razılaşdıqları kimi o kimsə gəldiyi halda Təqsirləndirilən şəxs1 xəbər verməkdən ötrü evin bayır tərəfində küçədə durub ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küç., döngə 3, 33 «A» ünvanda yerləşən bir mərtəbədən ibarət fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla həyətə daxil olduqdan sonra evin yataq otağının plastik pəncərəsini əli ilə güc tətbiq edib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus evin yataq otağında olan termonun birinci çəkməcəsinin içərisindəki 2.750 manat dəyərində qadın üçün nəzərdə tutulmuş, bir ədəd qolbaq, bir ədəd boyunbağı və bir ədəd üzükdən ibarət qızıl dəstini və bir ədəd 250 manat dəyərində kişi üçün nəzərdə tutulmuş qızıl üzüyü gizli olaraq talayıb göstərilən ünvandan uzaqlaşaraq həmin qızıl-zinət əşyalarını satıb əldə etdikləri gəliri aralarında bölərək zərərçəkmiş şəxs S.İ. Məmmədova 3.000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində tanıdığı Əbdülkərim ilə məhlədə görüşmüşdür. Həmin vaxt Əbdülkərimə maddi cəhətdən vəziyyətinin yaxşı olmadığını bildirmiş, ona birlikdə oğurluq etmələrini təklif etmişdir. Əbdülkərim onunla razılaşmış, bundan sonra yaxınlıqdakı evlərdən birinin işıqlarının sönülü olduğunu görüb evdə heç kimin olmadığını yəqin etmişlər. Əbdülkərimlə əvvəlcədən Əbdüləkrim evin həyət qapısının darvazasının qarşısında dayanmağı, onun isə evə girməsi barədə razılaşmışlar. Əbdülkərim evin həyət darvazasının küçə tərəfdə qarşısında dayanmışdır. O, isə evin həyətinin hasarından aşaraq həyətə düşmüşdür. Həyətdən dəmir parçası götürüb evin plastik pəncərəsini açıb evə daxil olmuş, evin otaqlarını axtarmış, yataq otağında olan güzgülü termonun çəkməcəsini açmışdır. Qızıl qabını götürmüş, qızıl qabının içərisini açdıqda içində qızıl-ziynət əşyalarının olduğunu görmüşdür. Alışqanın işığı ilə baxdıqda isə üzərində prob kağızları olan bir ədəd qolbaq, bir ədəd boyunbağını və iki ədəd üzüyü götürüb evə daxil olduğu yerdən çıxmışdır. Əbdülkərimə oğurladığı qızılları göstərmişdir. xx xxxx 2020-ci il tarixdə Əbdülkərim ilə birlikdə «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı ofisinə gedərək həmin qızılları Əbdülkərimin şəxsiyyət vəsiqəsini təqdim etməklə ümumilikdə 1.450 manata satmışlar. Pulun 700 manatını Əbdülkərimə vermiş, qalan hissəsini isə özünə götürmüşdür. Əldə etdiyi pulu şəxsi ehtiyyacılarına xərcləmişdir. xx xxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Maştağa qəsəbəsi Çiləgər adlanan yerdə məhlə ilə gedərkən yaxınlıqdakı evlərdən birinin sahibinin, qadının evin həyət darvazasının qapısını bağladığını və maşınla getdiklərini görmüşdür. Evdə heç kimin olmadığını bilmişdir. Ev sahibləri uzaqlaşıb getdikdən sonra evin darvazasının yanından ağaca çıxıb hasarı aşaraq həyətə düşmüş, həyət darvazasının qapısını arxadan bağlamış, yerdən tapdığı fəhlə əlcəyini geyinib evin arxa tərəfinə keçib plastik materialdan olan pəncərənin torunu əli ilə cırıb pəncərəni də əli ilə sıxıb açaraq evə daxil olmudur. Evin otaqlarını, şkafları axtarmış, heç nə tapa bilməmişdir. Daha sonra yataq otağında sol tərəfdə olan şkafın birinci çəkməcəsini çəkib açmış, oradan üç ədəd qızıl qabını açıb içərisindən iki ədəd qızıl qolbağı və bir cüt qızıl sırğanı götürüb qızıl qablarını evdə yerə atmışdır. Daha sonra güzgülü şkafın üstündə olan qızıl qablarını götürüb açmış, içərisindəki əşyaların qızıl olmadığını görmüş, şkafı bağladıqda üzərində olan yük yerə aşmışdır. Bundan sonra evə daxil olduğu yerdən çıxıb getmişdir. Qızılları isə cibinə qoyub hasarı aşaraq evinə tərəf getmişdir. Gedərkən yolda taksi fəaliyyəti ilə məşğul olan tanışı Telmanı görmüşdür. Telmana onu «Neftçilərə» aparmasını xahiş etmişdir. Yolda Telmana özünə məxsus olan qızılları satmaq istədiyini deyərək, karantin rejimi ilə əlaqədar yolda postlar olduğunu, həmin qızılları almasını təklif etmişdir. Telman iki ədəd qolbağa görə 100 manat verə biləcəyni demişdir. Onunla razılaşmış və hər iki qızılı 100 manata Telmana satmışdır. Bir cüt qızıl sırğanı isə cibində saxlamış, geri qayıdıb məhlədə düşmüş və yaşadığı evə getmişdir. Bundan 2-3 gün sonra bir cüt qızıl sırğanı əvvəllər onunla qonşu olmuş Ədalət adlı şəxsə 50 manata nisyə satmışdır. Lakin sonradan Ədaləti tapa bilmədiyi üçün pulunu ala bilməmişdir. Əldə etdiyi pulu isə öz ehtiyyacına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Novruz» bayramı ərəfəsində maddi vəziyyəti çox pis olmuş və necə pul əldə edəcəyini bilməmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində məhlədən tanıdığı Namiq ilə Maştağa qəsəbəsində Altağac deyilən yerdə görüşmüşdür. Namiq ona orada işıqları yanmayan evdən oğurluq etməyi təklif etmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün, yəni cibində pulu olmadığı üçün Namiqin təklifi ilə razılaşmışdır. Həmin evə girməmişdən əvvəl oğurluq edəcəkləri evdən Namiqin çıxıb qaça bilməsi üçün o, evin bayır tərəfdən darvazasının yanında dayanması, kiminsə gələcəyi təqdirdə Namiqə tez xəbər etməsi üçün aralarında razılığa gəlmişlər. Namiqlə birlikdə onun göstərdiyi evin darvazasının qarşısına gəlmişlər. Əvvəldən razılaşdıqları kimi o darvazanın qarşısında dayanmış, Namiq isə darvazanın üstündən aşaraq həyətə düşmüşdür. Bir müddət sonra isə geri qayıtmış və ona həmin evdən iki ədəd üzük, bir ədəd qızıl boyunbağı, bir ədəd qolbaq oğurladığını demişdir. Səhəri gün xx xxxx 2020-ci il tarixdə Namiq ilə birlikdə «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı ofisinə getmişlər. Həmin qızılları o şəxsiyyət vəsiqəsini təqdim etməklə 1.450 manata satmışdır. Əldə etdikləri puldan 700 manatını o, qalan hissəsini isə Namiq götürmüşdür. Həmin pulu isə öz ehtiyyacılarına xərcləmişdir. Törətdiyi əməldən peşmadır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Balarza oğlu ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə bazarlıq etmək üçün saat 17:30 radələrində yoldaşı ilə birlikdə yaşadıqları evdən çıxıb həyət darvazasının qapısını bağlayıb idarə etdiyi avtomobilə minib getmişlər. Həmin gün saat 19:00 radələrində evə qayıdıb həyət darvazasının qapısını açmaq istədikdə qapı açılmamışdır. Təxminən 10-15 dəqiqə qapını aça bilmədiyi üçün kilidin sıradan çıxdığını fikirləşmişdir. Ona görə də hasardan aşıb həyətə düşdüş və darvazanın qapısı arxa tərəfdən kilidlə bağlandığını görmüşdür. Qapını açmış, lakin evdən oğurluq olması barədə fikrinə heç nə gəlməmişdir. Yoldaşı və uşaqları ilə birlikdə evin qapısını açıb içəri girdikdə naməlum şəxs və ya şəxslərin evin arxa tərəfində olan pəncərəsinin torunu cırmaqla pəncərədən evə daxil olduğunu, otaqları axtararaq yataq otağında olan güzgülü termonun birinci çəkməcəsindən 10.000 manat pulu və təxminən 4.000 manat dəyərində qızıl-ziynət əşyalarını oğurladıqlarını aşkar etmişdir. Bu barədə polisə məlumat vermiş, polislər gəlib müvafiq aradırma apardıqdan sonra hadisə barədə ərizə yazmışdır. Oğurluq hadisəsinin ona məxsus yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 7 «A» nömrəli bir mərtəbədən ibarət fərdi yaşayış evindən baş vermişdir. Evin yataq otağında olan termonun birinci çəkməcəsinin içərisindəki 10.000 manat nəğd pulun və 4.470 manat dəyərində qızılziynət və müxtəlif növdə gümüş-bujiteriya əşyalarının, 1.300 manat dəyərində sırğa, üzük, sep, qolbağdan ibarət brilyant qaşlı qızıl dəsti, 800 manat dəyərində sırğa, üzükdən ibarət qızıl dəsti, bir ədəd 350 manat dəyərində qızıl qadın üzüyü, bir ədəd 500 manat dəyərində kəpənəkli klon olan qızıl boyunbağı, bir ədəd 250 manat dəyərində uşaq üçün naxılı qızıl qolbağı, bir ədəd 280 manat dəyərində uşaq üçün, qaşlı qızıl qolbağı, bir cüt uşaq üçün 300 manat dəyərində sırğa, bir ədəd 250 manat dəyərində «Versage» markalı qızıl klon, bir ədəd 300 manat dəyərində oğlan uşağı üçün qızıl üzükdən ibarət olduğunu, qızılardan əlavə evdən 140 manat dəyərində müxtəlif növdə gümüş-bujiteriyalarda oğurlanmış və ona 14.470 manat dəyərində maddi ziyan dəydiyini bidirmişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qohumları ilə bayramlaşmaq üçün xx xxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə Cəlilabad rayonuna getmişdir. xx xxxx 2020-ci il tarixdə rayonda olarkən əmisi oğlu, eyni zamanda yeznəsi İ.Müdafiəçi1 onun mobil telefonuna zəng vuraraq yaşadğı evin pəncərəsinin açıq olduğunu və evdən oğurluq hadisəsinin baş verdiyini demişdir. Ona polisə məlumat verməsini demiş və İlkin polisə məlumat verərkən ondan evdə nə olduğunu sonruşduqda İlkinə evdə 5.000 manat dəyərində qızıl-ziynət əşyaları olduğunu demişdir. Daha sonra polislər gedib evə baxış keçirmiş, İlkin evdə qızılları qoyduqları yataq otağında olan termonun birinci çəkməcəsinə baxıb qızılların olmadığını, qızıl qabının isə evdə yerdə oluğunu bildirmişdir. Bundan sonra evdən ona məxsus qızılların oğurlandığını bilmişdir. Həmin vaxt ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar rayondan Bakı şəhərinə gələ bilmədiyi üçün ərizə yaza bilməmişdir. xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-in 14-cü PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı 2.750 manat dəyərində qadın üçün nəzərdə tutulmuş, bir ədəd qolbaq, bir ədəd boyunbağı, bir ədəd üzükdən ibarət qızıl dəsti və bir ədəd 250 manat dəyərində kişi üçün nəzərdə tutulmuş qızıl üzük oğurlanmış, ona 3.000 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda şikyətçidir. Təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəh., Nizami rayonu, «Neftçilər» metrostansiyasının çıxışında, «Maqnit» adlı mağazanın yanında qızıl alqı-satqısı mağazasında zərgər işləməklə qızıl-ziynət əşyalarının alqı-satqısı ilə də məşğul olur. İşlədiyi mağazanı icarə əsasında götürmüş, hər ay 300 manat icarə haqqı ödəyir. 22 mart 2020-ci il tarixdə günorta saatlarında işdə olarkən iki nəfər tanımadığı şəxs mağazaya daxil olaraq sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs ona bir ədəd qızıl kişi üzüyü, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzükdən ibarət qızıl dəstini göstərərək özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin qızıllara baxıb qramlarını çəkərək qramlarına görə boyunbağıya 1.270 manat, üzüyə görə isə 180 manat verə biləcəyini bildirmişdir. Həmin şəxslər fikirləşib razılaşdıqdan sonra onlardan şəxsiyyətlərini təsdiq edən sənəd istəmişdir. Qızılı ona təqdim edən şəxs Təqsirləndirilən şəxs2 öz şəxsiyyət vəsiqəsini təqdim etməklə qızılların ona məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadğını, cavabdeh olduğunu bildirmişdir. Həmin qızılları götürüb ona 1.450 manat vermiş, daha sonra «qızıl və brilyantların alqı-satqı» kitabında qeydiyyat apararaq həmin kitabı Əbdülkərimə imzalatmış, özüdə imzaladıqdan sonra həmin şəxslər getmişlər. Qızılları isə iki gün sonra mağazaya gələn tanımadığı müştəriyə 1.500 manata satmışdır. Həmin müştərinin anket məlumatları haqqında məlumatı olmadığını bu hadisədən bir neçə ay sonra, yəni xx xxx 2020-ci il tarixdə yenə də işdə olarkən polislər mağazaya gəlmiş, ona oğurluq yolu ilə əldə olunan qızıl-ziynət əşyalarını aldığını bildirmişlər. Maraqlandıqdan sonra polislərə alqı-satqı kitabını göstərərək həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə onun Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Cəlilov Telman Akif oğlu ifadəsində göstərmişdir ki, idarə etdiyi «Xəzər» markalı, «az ** TB ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Adətən yaşadığı məhlədə dayanır. xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində məhlədə dayanarkən qonşuluqda yaşayan tanıdığı Namiq ona yaxınlaşıb avtomobilə əyləşmişdir. Namiq əlində olan qızılları satması üçün «Neftçilər» metrostansiyasına aparmasını xahiş etmişdir. Onunla razılaşdıqdan sonra yola çıxmışlar, Zabrat qəsəbəsinə çatdıqda Namiq gec olduğunu, karantin rejimi ilə əlaqədar yolda postlar olduğunu, bu səbəbdən qızılları ona almağı təklif etmişdir. Qızıllara baxıb qiymət soruşmuş, Namiq iki ədəd qızıl qolbağını 120 manata sata biləcəyini demişdir. O isə Namiqə 100 manat verə biləcəyini demişdir. Zabrat qəsəbəsindən geri qayıtmış, məhlədə avtomobilin içində Namiqə 100 manat verib qızılları almış, evə aparmış, lakin heç kimə göstərməmişdir. Bundan bir həftə sonra polislər onda oğurluq qızıl olduğunu və onlara təqdim etməsini bildirmişlər. O, polislərə həmin qızılları tanıdığı Namiqdən 100 manata aldığını, yaşadığı evdə olduğunu, təqdim edə biləcəyini demişdir. Bundan sonra polislərlə birlikdə yaşadığı evə gedib həmin qızılları götürüb polislərə təqdim etmişdir. Cinayət işinin materiallarında olan, iş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1165-9/2041 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, 1.69 qram kütləli qolbaq 583/585 əyarlı qızıldan, 1.18 qram kütləli qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşı qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş əyşaların 2020-ci ilin may ayına olan pərakəndə satış qiyməti 1.69 qram kütləli qolbaq-109.00 manat, 1.18 qram kütləli qolbaq- 76.0 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ-i tərəfindən 16 iyul 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Salayev Namiq Adil oğlu Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxx 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 7(003)1154/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Salayev Namiq Adil oğlu cəzanın çəkilməmiş 07 ay, 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəh., Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 1080/4M saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Salayev Namiq Adil oğlu cəza müddəti bitdiyinə görə xx xxxx 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən 16 iyul 2020ci il tarixdə doldurumuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin qismən etirafedici, zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Salayev Namiq Adil oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Salayev Namiq Adil oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs2 oğlnun Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla ziyan vurmaqla talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin qismən etiraf edici, zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ocümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №-li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədiilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Salayev Namiq Adil oğlu xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 44). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 129). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)295/2020 saylı, 27 may 2020-ci il tarixli qərardan görünür ki, Salayev Namiq Adil oğlu barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 180). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 may2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 101). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 112). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)294/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 178). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Salayev Namiq Adil oğluna Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir (səh., 222). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs Əliyev X1 Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, Salayev Namiq Adil oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzalarını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- «ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin başlanğıcı «25» may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Adil oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan iki ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs1 Malarza oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 90 manat qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Bakı şəh., Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə 07 ay, 26 gün vaxtından əvvəl şərti azad olunmuş hissəsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs1 oğlunun üzərində 03 (üç) il, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Salayev Namiq Adil oğlu cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkmə müddətinin başlanğıcı «25» may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «25» may 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan iki ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. 90 manat qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-337/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-337/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver