Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-337/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, M.Namazov küçəsi, ev 14-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 09 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapançanı, 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən istifadəyə yararlı ümumilikdə 16 ədəd ştat patronları və zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olmaqla texniki cəhətdən saz və istifadəyə yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən gölün kənarına qədər dayışıb gəzdirmiş, 12 yanvar 2024-cü il tarixdə, saat 00:06-da Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən gölün kənarında piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı üzərində “Origenal Levis” yazısı olan göy rəngli selofanın içərisindən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan Makarov konstruksiyalı PM modelli tapança, 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən istifadəyə yararlı ümumilikdə 16 ədəd ştat patronları və zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olmaqla texniki cəhətdən saz və istifadəyə yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə müddət əvvəl ünvan 2assivində, yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən orada olan zibil qutularının yanında qara rəngli paket onun diqqətini çəkmiş, o, paketi açaraq içərisinə baxdığı zaman 01 ədəd tapança, tapançaya aid daraq və patronlar görmüşdür. 12 yanvar 2024-cü il tarixdə polisə təhvil vermək məqsədi ilə tapdığı silahı, silaha aid darağı və 16 ədəd patronu sellofan paketin içərisinə yerləşdirərək evdən çıxmış, həmin gün, yəni, 12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən gölün kənarında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona onlarla birlikdə bölməyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə gəlmişdir. Polis Bölməsində xidməti otaqlardan birində şəxsi axtarış və götürmə zamanı qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olubolmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bundan sonra əlində saxladığı üzərində göy rəngli selofanın içərisindən 01 ədəd «Makarov» tipli tapançanı, 01 ədəd tapança darağını, 16 ədəd patronları təqdim etmiş, yaşadığı ünvanın yaxınlığında zibil qutularının yanından tapdığını bildirmişdir. Onun odlu silahı üzərində gəzdirməsinin səbəbi onu hüquq-mühafizə orqanlarına əqdim etmək olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 15-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis bölməsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 12 yanvar 2024-cü il tarixdə, saat 00:06 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən gölün kənarında piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə aparılmış, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzrəinə videoçəkiliş vasitəsi ilə şəxsi atarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis bölməsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində göy rəngli selofanın içərisindən 01 ədəd «Makarov» tipli tapançanı, 01 ədəd tapança darağını, tapança darağının içərisindən 07 ədəd və 01 ədəd karton kağızdan olan patron qabının içərisindən isə 09 ədəd olmaqla ümumilikdə 16 ədəd patronları təqdim etmişdir. Təqsirləndirilən şəxs silahı haradan, kimdən və hansı məqsədlə əldə etdiyi soruşulmuş, o, təqdim etdiyi silah və patronları bir neçə ay öncə ünvan 2assivində zibil tullantılarının yaxınlığından zibil atarkən taparaq yaşadığı ünvan 2assivi, M.Namazov küçəsi, ev 14 ünvanının zirzəmisində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Makarov» tipli tapança, 01 ədəd tapança darağı, 16 ədəd patron ekspertiza mərkəzinə göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Sabunçu RPİnin 15-ci PB-yə dəvət edərkən və gətirilərkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 12 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqəsində olan 12 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun sağ əlində saxladığı göy rəngli üzərində «Orginal Levis» yazısı olan selofanın içərisindən 01 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 01 ədəd tapança darağı, həmin tapança darağının içərisindən 07 ədəd və 01 ədəd karton kağızdan olan patron qabınnın içərisindən isə 09 ədəd olmaqla ümumilikdə 16 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin 37-42-сi vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 24/84R №li, 12 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 16 ədəd patronlardan 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədəd isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Təqdim edilmiş 16 ədəd 9x18mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 85-90-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 22/2024 nömrəli, 13 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan AA3614994 nömrəli şəxsiyyəti vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-2983/2024 nömrəli, 01 mart 2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş «Makarov» konstruksiyalı, PM modelli tapançadan eskperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin «Güllə-Giliz» kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 108-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 109-110-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/209 nömrəli, 12 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli Makarov (PM) konstruksiyalı tapançanın süngüsünün sol yan səthində seriya-nömrəsi həkk olunduğu sahələr tamamilə dərindən silinmişdir, çərçivənin sol yan səthində seriyanömrəsindən “KP 3..” müşahidə olunur, digər üç rəqəmlər isə dərindən silindiyindən zavod nömrəsini müəyyən etmək mümkün deyil. Cinayət işinin 114-122-ci vərəqəsində olan 04 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 09 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli tapançanı, 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla «Makarov (PM)» və «Steçkin (APS)» konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən istifadəyə yararlı ümumilikdə 16 ədəd ştat patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 13 ədəd patron və istifadəyə yararlı olan patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 101-102-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın 01 (bir) gününü azadlıqdan məhrum etmənin 01 (bir) gününə hesablayaraq üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tapdığı silahı təhvil verməyə gedərkən tutulmasını bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir və iş materiallarında olan sübutlarla təkzib olunmaqla inkar edilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin silahı uzun müddət özündə saxlamış, habelə silahtəqsirləndirilən şəxsin ifadəsinə sasən Buzovna qəsəbəsində tapılmasına baxmayaraq, o, həmin silahla Zabrat qəsəbəsində, həm də saat 00:06 radələrində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində 12 yanvar 2024-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçildiyindən sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli cinayət işi üzrə azadlığının 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 09 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli tapançanı, 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla «Makarov (PM)» və «Steçkin (APS)» konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən istifadəyə yararlı ümumilikdə 16 ədəd ştat patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 13 ədəd patron və istifadəyə yararlı olan patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli, 12 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-161/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 09 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli tapançanı, 12 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla «Makarov (PM)» və «Steçkin (APS)» konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən istifadəyə yararlı ümumilikdə 16 ədəd ştat patronun atəşə yararlı olmasının müəyyən edilməsi ilə əlaqədar tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 13 ədəd patron və istifadəyə yararlı olan patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-337/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-337/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver